Hafizənintipləri. Görmə tipinə malik olan adamlar ən çox gördüklərini, eşitmə tipinə malik olan adamlar eşitdiklərini, hərəki tipə mənsub olanlar isə bilavasitə əməliyyat apardıqları, hərəki analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda saxlayıb yada sala bilirlər. Həyatda ən çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəkət, eşitmə-hərəki tiplərə rast gəlmək mümkündür.
«Normal hafizə» anlayışı qeyri- müəyyəndir. Məsələn, bir də görürsən ki, yadasalma adi hallar da olduğundan xeyli canlı, aydın, konkretdir və ən xırda detallar belə yada salınır. Bu vəziyyət hafizənin qiper funksiyası adlanır. O, adətən güclü təsir, kəskin həyəcanlanma və bəzən də gipnoz halında, narkotik maddə qəbul etdikdə təzahür edir. Emosional tarazlığın pozulması, inamsızlıq hissi, həyəcanlanma hafizənin qiperfunksiyasını istiqamətləndirir və yadasalmaya təhrik edir.
Daha tez-tez rastlaşılan hal hafizə funksiyasının zəifləməsi ilə əlaqədardır. Mövcud informasiyanın yada salınması qabiliyyəti nisbətən itir. Onun səbəbləri sərxoşluq, zədələr, huşsuzluq, yaşlanma, şəxsiyyətin neqativ yönümdə dəyişməsi və bəzi xəstəliklər ola bilər.
Təhrif olunmuş hafizə, səhv yadasalma, yalnız bir istiqamətli yadasalma hafizəaldanmaları adlanır. Onlar adətən güclü istək, meyl və ödənilməmiş tələbat zamanı meydana çıxır.
5. Diqqəthaqqındaümümiməlumat. 6. Diqqətin xarakterik xüsusiyyətləri. 7. Diqqətinnövləri. Diqqətin insanın həyat və fəaliyyətində rolu əvəzolunmazdır. Diqqət olmadan insan nə duya, nə qavraya, nə fikirləşə, nə də hər hansı bir işi, hərəkəti yerinə yetirə bilməzdi. Psixoloqlar diqqətin üç əsas funksiyası üzərində dayanırlar: seçmə, saxlamavə nəzarətfunksiyaları.
Adətən, insan ona təsir edən cisim və hadisələrdən həyatı üçün daha əhəmiyyətli olanı seçir, psixi fəaliyyətini onun üzərinə yönəldir və onun ətrafında mərkəzləşdirir. Bu zaman ikinçi dərəçəli, kənar təsirlərə əhəmiyyət vermir. Şübhəsiz bu çür seçməhalı olmasa insanın lazımi obyektləri aydın qavraması mümkün olmazdı. Əhəmiyyətli və əhəmiyyətsiz obyektləri bir birindən ayırmaq məhz diqqətin seçmə funksiyasının köməyi ilə həyata keçir. Diqqətin həyata keçirdiyi ikinçi mühüm funksiya saxlama finksiyasıdır. İnsanın hər hansı bir obyekti lazımı şəkildə dərk etməsi üçün psixi fəaliyyətini, diqqətini müəyyən vaxt ərzində həmin obyektin üzərində saxlaması tələb olunur.
Nəhayət, diqqətin üçünçü mühüm funkiyası fəaliyyətin gedişini tənzim etmək və ona nəzarət etməkdir.
Psixoloji ədəbiyyatda diqqətin 5 əsas xüsusiyyətini ayırd edirlər. Bunlar diqqətin həcmi,davamlılığı ,paylanması,mərkəzləşməsi, və keçirilməsidir. Diqqətin həcmi onun eyni vaxtda əhatə etdiyi cisimlərin miqdarı ilə müəyyən edilir. Əksər hallarda diqqətin həcmini ölçmək üçün taxistoskop adlanan cihazdan istifadə olunur.Diqqətin həcmi qavranılan cisim və hadisələrin bir-biri ilə nə qədər sıx əlaqədar olmasından aslıdır.