Yaddasaxlama duyub qavradıqlarımızın beyində hifz olunması prosesidir. Yaddasaxlamanın məntiqi və mexaniki növləri mövcuddur. Məntiqi yadda saxlamanın əsasında anlama dayanır. Bu zaman insan öyrəndiklərini öz sözləri ilə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru əzbərləmədir.
Qarşıya qoyulan məqsəddən asılı olaraq yaddasaxlamanın qeyri-ixtiyari və ixtiyari növlərini qeyd edirlər. Qeyri-ixtiyari yaddasaxlama qarşıya məqsəd qoymadan duyub qavradıqlarımızın yadda saxlanmasıdır.İxtiyari yaddasaxlama isə qarşıya qoyduğumuz məqsədlə bağlı olur. İxtiyari yaddasaxlamanın məhsuldarlığı üçün mühüm şərt kimi yadda saxlanılacaq materialın planını tutmaq, qarşıya yaddasaxlama, uzun müddətdə yaddasaxlama məqsədi qoymaq, materialı təsnif etmək, sistemləşdirmək, öyrəndiklərini təxəyyüldə canlandırmaq və s. zəruridir.Qısamüddətli yaddasaxlama saniyə və dəqiqələrlə, uzunmüddətli yaddasaxlama isə saatlarla, günlər, aylar, illərlə ölçülür.
Yadasalma əvvəllər möhkəmlənmiş məzmunun uzunmüddətli hafizədən operativ hafizəyə gətirilməsi nəticəsində aktuallaşdırılması, xatırlanmasından ibarət olan hafizə prosesidir. Yadasalma da ixtiyari və qeyri-ixtiyari olur.
Tanımayagəldikdə o, hər hansı bir obyekti yenidənqavramazamanıyadasalmaqdanibarətdir. Unutma. Müasir psixologiyanın bir çox tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun müddət hifz olunsa da onların çox hissəsi istifadə olunmamış qalır. Praktiki olaraq böyük əksəriyyəti «əlçatmaz» olur, «unudulur», amma deyirlər ki, onlar bunu bilirdi, oxumuşdu, eşitmişdi və s. Psixoloqlar bunu unutma adlandırırlar. Yəni psixikada olan informasiyalar dəqiqliyini, aydınlığını itirir və ya azalır.
Unutma eyni zamanda, psixikanın özünümüdafiə mexanizmidir. Unutma şüur və şüuraltı sahələri sarsıntı və pozulmalardan qoruyur. İnsana xüsusilə kəskin təsir etmiş hadisələrin uzun müddət həmin şiddətlə davam etməsinə təbii ki, orqanizm davam gətirməz. Vaxt keçdikcə onun təsiri azalır, tədricən unudulur.
Hafizənin aşağıdakıdörd növü müəyyənləşdirilmişdir. Maşın sürmək, musiqi alətlərində ifa etmək, kompyuterdə yazmaq və s. Hərəkət hafizə peşə fəaliyyətini icra etmək üçün vacibdir. Sonra gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarət surəthafizəsi formalaşır. Surət hafizəsində onun beş növünü: görmə, eşitmə, toxunma, iy bilmə və dadı ayırırlar.
Praktiki olaraq hərəkət hafizəsi ilə eyni vaxtda emosional hafizə formalaşır. Emosional hafizə yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin yada salınmasıdır.
Hafizənin ən yüksək, ali növü verbal (sözlü-məntiqli və ya semantik) hafizə hesab olunur. Onun köməyilə insanın intellektual bazası yaranır və oxumaq, yazmaq, hesablamaq və s. böyük əksəriyyəti həyata keçirilir.
Genetik hafizənin mexanizminin bir çox sahələri hələ də sirr olaraq qalır.