Sinesteziya. Bu hadisə ən çox özünü rəngli eşitmə deyilən xüsusiyyətə malik insanlarda göstərir.
Ardıcılsurətlər- duyğular qıcıqlandırıcıların təsiri kəsildikdən sonra dərhal yox olub getmir. Ardıcıl surətlər həm müsbət, həm də mənfi xarakter daşıya bilir. Ardıcıl surətlər hadisəsi təkcə görmə deyil, eşitmə, temperatur, ağrı, dadbilmə duyğularında da qıcıqlandırıcıların təsiri kəsildikdən sonra da özlərini göstərə bilirlər.
5. Qavrayış haqqında anlayış. 6. Qavrayışın təsnifi və növləri. 7. Qavrayışın əsasxüsusiyyətləri. Həm duyğu, həm də qavrayış hissi idrak prossesləridir. Varlığın, aləmin dərki duyğu və qavrayışdan başlanır.Duymaq qabilliyyəti anadangəlmə sinir sisteminə malik olan həm bizə, həm də bütün canlılara xasdır. Aləmi obrazlar şəklində qavrama ancaq insanlara və ali heyvanlara aiddir.
Duyğu hal-hazırki anda hiss üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan sadə psixi prossesdir. Qavrayış isə duyğuya nisbətdə mürəkkəb psixi prossesdir. Cisim və hadisələrin hiss üzvlərinə bilavasitə təsiri nəticəsindəonların insan beynində bütövlükdə inikasından ibarət olanpsixi prosesəqavrayışdeyilir. Qavrayış bir neçə nöqteyi-nəzərdən təsnif olunur.
Qavrayış prosesində hansı analizatorun üstün rol oynamasına görə;
Qavranılan obyektin, başqa sözlə materiyanın mövcudluq formasına görə;
Qarşıda məqsədin olub-olmamasına görə.
Birinci bölgü onunla əlaqədardır ki, bəzən qavrayış prosesində hansısa bir analizator daha üstün şəkildə iştirak edir. Nəticədə duyğularda olduğu kimi qavrayışın görmə, eşitmə, lamisə, iybilmə və dadbilmə kimi sadə növləri əmələ gəlir.
İkinci növ təsnifat isə, qavranılan obyektin, materiyanın mövcudluq formasına görə aparılır. Bu baxımdan qavrayışın məkan,zamanvəhərəkətkimi mürəkkəb növləri mövcuddur.