Məkanqavrayışı. Məkan materiyanın mövcudluq formasıdır. Məkanın qavranılması dedikdə cisimlərin məkan xüsusiyyətlərinin və münasibətlərinin formasının, həcminin, fəzada tutduğu yerin, uzaqlığının qavranılması başa düşülür.Məkanın qavranılmasında hərəkət analizatoru əsas rol oynayır. Onun köməyi ilə müxtəlif analizatorlar arasında əlaqə yaranır.
Zaman qavrayışı. Zaman da məkan kimi materiyanın mövcudluq formalarından biridir. Zaman qavrayışı gerçəkliyin hadisələrinin obyektiv müddətinin, sürətinin və ardıcıllığının inikasından ibarətdir. Zaman qavrayışında müxtəlif analizatorlar iştirak edir, bununla belə kineztesik və eşitmə duyğuları əsas rol oynayır.
Hərəkət qavrayışı - həm məkan, həm də zaman amillərindən - cismin uzaqlığından, onların yerdəyişmə sürətindən, həm də qavrayanın özünün məkanda hərəkətindən asılıdır.
Üçüncü növ qarşıda məqsədin olub-olmamasına görə qavrayışın iki növü mövcuddur:
Qeyriixtiyari qavrayiş - qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin qavranılmasına qeyri-ixtiyariqavrayışdeyilir.
İxtiyariqavrayış - Qarşıya qoyduğumuz məqsədə müvafiq olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən prosesə ixtiyariqavrayışdeyilir.
Qavrayışın özünəməxsus xüsusiyyətləri vardır. Bunlara qavrayışın əşyaviliyi, tamlığı, sabitliyi, mənalılığı, seçiciliyiniaid etmək olar. Qavrayışın əşyaviliyi obyektləşdirmə aktında ifadə olunur.
Qavrayışın digər bir xüsusiyyəti isə onun tamlığıdır. Qavrayış cisimlərin ayrı-ayrı xassələrini, əlamətlərini əks etdirən duyğulardan fərqli olaraq cisimlərin tam surəti kimi təzahür edir.
Qavrayışın sabitliyi onun digər bir xüsusiyyətidir. Qavrayışın sabitliyi qavranılan cismin surətinin, onun dərk edilmə şəraitinin dəyişilməsinə baxmayaraq, sabit qalmasında ifadə olunur.
Qavrayışın mənalılığıxüsusiyyəti də qavrayışı xarakterizə edən başqa bir cəhətdir.Qavrayışın mənalılığını əyani şəkildə görmək üçün iki mənalı adlanan şəkillərə baxmaq kifayətdir. Deyilənlərdə əlavə qavrayışın seçiciliyivə strukturluğu kimi xüsusiyyətləri də var.
**1. Hafizəhaqqındaanlayış. 2. Hafizəninprosesləri. 3. Hafizəninnövlərivətipləri. 4. Hafizəpozuntuları. İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Hafizə bütün canlılarda vardır. Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Hafizə və onun mexanizmləri ta qədim zamanlardan mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuşdur. Bu baxımdan hafizənin psixoloji, fizioloji,biokimyəvivəs. nəzəriyyələri meydana çıxmışdır.
Müəyyənləşdirilmişdir ki, beynin arxa nahiyəsinin zədələnməsi görmənin, alın nahiyəsinin zədələnməsi emosiyanın, sol yarımkürənin zədələnməsi nitqin pozulmasına səbəb olur. Hafizə çoxsaylı amillərdən: beynin xüsusiyyətlərindən, mərkəzi sinir sistemindən, mühitdən, fəaliyyətin xarakterindən və şəxsiyyətin növündən asılıdır. Hafizənin yadda saxlama, yadasalma, tanıma və unutma kimi prosesləri vardır.
Hafizə psixikanın funksional bütövlüyünün, üç mühüm prosesin nəticəsində yaranır. Onlardan birincisi yadda saxlamadır. Bu prosesdə beynə daxil olan müxtəlif informasiyaların təhlili, identifikasiyası və kodlaşdırılması aparılır. Hafizə prosesinin ikinci mərhələsi informasiyanın hifz olunmasıdır. Prosesin üçüncü mərhələsi ixtiyari və ya qeyri-ixtiyari yadasalmadır.