Bərpaedicitəxəyyültəsvirə, sxemə əsasən surətlərin yaradılması prosesidir. Mövcud olmuş, yaxud mövcud olan, lakin bizim tərəfimizdən heç zaman bilavasitə qavranılmamış obyektlərin təsvirə əsasən surətlərinin yaradılmasına bərpaedici təxəyyül deyilir. Yaradıcı təxəyyül fəaliyyətin tərkib hissəsini təşkil edən yeni surətlərin yaradılmasıdır. Təxəyyülün bu növü heç bir sxemə, təsvirə istinad etmədən, müstəqil olaraq yeni surətlərin yaradılmasından ibarətdir.
Xəyal. Təxəyyülün növlərindən biri də xəyaldır. Xəyal arzu edilən gələcəyə yönəlmiş obrazların yaradılması prosesidir. Xəyal insanın fəallığının çox qüvvətli stimullarından biridir. Xəyal insana fəaliyyətində və mübarizəsində qarşıya çıxan çətinliklərə üstün gəlməkdə bir güc, qüvvə verir. Xüsusilə gənclərin, məktəblilərin gələcək peşələri, həyat mövqeləri haqqındakı xəyalları onları yaxşı oxumağa, çalışmağa, özlərinin təhsil fəaliyyətlərinə daha ciddi yanaşmağa sövq edir. Xəyal insanın reallaşa bilən, yaxud reallaşması mümkün olan fantaziyasıdır.
3. Təxəyyül surətlərinin yaradılması prosesi.Təxəyyül surətlərinin yaradılması prosesi mühüm fikri proseslər olan təhlil-tərkib fəaliyyəti ilə bağlıdır. Təhlil və tərkib (analiz və sintez) təkcə təfəkkür fəaliyyətinin əsasını deyil, həm də təxəyyül surətlərinin yaradılmasının əsasını təşkil edir.
Surətlərin yaradılmasında yazıçının həyata keçirdiyi bu tərkib, sintezləşdirmə fəaliyyəti müxtəlif tərzlərdə özünü göstərir. Sintezləşdirmənin və tərkibin bu tərzi surətlərin yaradılmasında daha çox təsadüf edilən və daha aydın görünən növüdür.
Təxəyyül surətlərini yaradarkən digər sintezləşdirmə tərzlərindən də istifadə edilir. Belə tərzlərdən biri aqqlyutinasiya adlanır. Aqqlyutinasiya elə sintezləşdirmə tərzidir ki, bu zaman real həyatda biri-biri ilə birləşməyən müxtəlif keyfiyyətləri, xassələri, hissələri birləşdirilərək yeni bir surətin yaradılması prosesi baş verir.
Təxəyyül prosesində özünü göstərən sintezləşdirmə tərzlərindən biri də hiperbolizasiyadır. Hiperbolizasiya təxəyyül obrazlarının yaradılmasında mübaliğədən istifadə etmək deməkdir. Mübaliğə iki istiqamətdə gedə bilər: şişirtmə və kiçiltmə istiqamətində.
Təxəyyül prosesində təxəyyül surətlərinin yaradılmasında istifadə edən tərkib üsullarından biri də nəzərə çarpdırmaq,yaxud aksentləşdirmədir. Aksentləşdirmə zamanı xarakterik olan cəhət odur ki, surətlərin yaradılması prosesində birləşdirilən, tərkib edilən elementlərdən biri qabarıq, daha nəzərə çarpacaq şəkildə olur. Yoldaşlıq şarjlarının, karikaturaların yaradılmasında rəssam həmin tərzdən istifadə edir.
4. Təxəyyül və oyun. Təxəyyül və oyun bir-biri ilə sıx əlaqəyə malikdir. Məktəbəqədər yaş dövründə istər evdə ailə tərbiyəsi, istərsə də bağçada aparılan tərbiyə nəticəsində uşaqların oyun prosesində onların təsəvvür ehtiyatı xeyli artır, yaddaş fəaliyyəti, təfəkkürləri inkişaf edir, uşaqlarda yeni tələbatlar əmələ gəlir.
İstər əvvəlki dövr, istərsə də məktəbəqədər yaş dövrü ol- sun, ümumiyyətlə, uşaqlarda təxəyyül oyun prosesində inkişaf edir.
3-4 yaşlı uşaqlarda da belə bir tələbat əmələ gəlir. Uşaq edə bilməyəcəyi bir iş görmək istəyir, özünü kiməsə oxşatmaq, bənzətmək istəyir. Oyun prosesində uşaq özünü atın üstündə oturan, at çapan atlıya, təyyarəçiyə, sürücüyə, mü- əllimə, həkimə bənzədir. Uşaq öz oyununda təqlid yolu ilə bu peşə sahiblərinin zahirdə olan hərəkətlərini yamsılayır. Təbiidir ki, bütün bunlar uşağın idrakına, psixikasının inkişafına güclü təsir edir. Uşaq oyun prosesində cisimlərin əlamətlərini, insanların funksiyalarını, insanlar arasındakı münasibətləri dərk etməyə başlayır. Uşağın oyun fəaliyyətində yaradıcılıq ünsürləri nəzərə çarpır.
Uşağın təxəyyülünün yaradıcı funksiyası özünü büruzə verir. Uşaq şəraiti dəyişdirir, predmetləri yeni qaydada yerləşdirməyə can atır, əşyalara özü bildiyi funksiyaları həvalə edir. Uzun ağac parçası-ata, stul- avtomobilə, gəlinciklər- müəllimə, anaya, uşağa çevrilir.
Oyun prosesində uşağın təxəyyülü ixtiyari xarakter daşımağa başlayır. Belə ki, təxəyyül obrazları əvvəlcədən müəyyən olunmuş məqsədlə bağlı olaraq yaradılır. Məktəbəqədər yaşın sonrakı dövrlərində uşaq özü fəaliyyətə başlamamışdan qabaq qarşısına müəyyən məqsədlər qoyur. Beləliklə də, nəticə etibarı ilə uşağın təxəyyül fəaliyyəti ümumən onun fəaliyyətinə bir ixtiyarilik gətirir. Təxəyyülün uşaqlarda inkişafı onların oyunlarını daha mürəkkəb və davamlı edir. Psixoloqlardan V.S.Muxinanın tədqiqatlarına əsasən oyun 3-4 yaşlı uşaqlarda 10-15 dəqiqə, 5 yaşlı uşaqlarda 40-50 dəqiqə, 6-7 yaşlı uşaqlarda bir neçə saat da- vam edə bilir.
Uşaqlarda oyun fəaliyyətinin bu şəkildə olan inkişafı onların təxəyyülünü də zahiri köməyə ehtiyacı olan bir fəaliyyətdən elementar şəkildə olsa da söz yaradıcılığını və bədii yaradıcılığı həyata keçirməyə imkan verən daxili bir fəaliyyətə çevirir.
Uşağın həyat təcrübəsi çox az, bilikləri məhdud olduğun- dan o, bu və ya digər təxəyyül obrazını yaradarkən obyektiv varlığa xas olan qanunauyğunluqları nəzərə almır, həyatı reallığı pozur.
Oyun prosesində uşağın duyğuları, qavrayışı, hafizəsi və təfəkkürü inkişaf edir və bütün bunlar onun təxəyyül fəaliyyətinin də inkişafına səbəb olur. Getdikcə uşağın təxəyyül fəaliyyəti keyfiyyət dəyişmələrinə uğrayır.
Beləliklə də təxəyyül xüsusi bir psixi proses olmaq etibarilə uşağın oyun prosesində inkişaf edən qavrayış, hafizə və təfəkkür kimi psixi proseslərin arasında aralıq bir mövqe tutur.
6. Şəxsiyyətin mənlik şüuru. Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan «şəxs» sözündən götürmüş və hər hansı bir konkret şəxsi, simanı bildirir.
Qeyd edilənlərdən göründüyü kimi, insanın şəxsiyyətibirbaşavədolayımənadaonunsiması,sifətidir. Birbaşa mənada insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz onun xətləri, formaları, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik.