Azərbaycanda psixoloji FİKİRLƏR



Yüklə 125,95 Kb.
səhifə19/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   15   16   17   18   19   20   21   22   ...   80
psixologiya

Xarici nitq başqaları ilə ünsiyyətə yönəlmiş olub, eşidilən, görünən və tələffüz edilən nitqdir. Xarici nitqin mühüm növü olan şifahi nitq tələffüz edilən, eçidilərək qavranılan, başa düşülən nitq növüdür. Bu nitq danışanlar arasında bilavasitə əlaqə yaradır. Şifahi nitq zamanı danışan adamlar bilasvasitə bir-birini görür, eçidirlər. danışan adamın öz və bədəninin ifadəli hərəkətləri, səsinin ahəngi nitqin məzmununun, buna bəslədiyi mənfi və müsbət münasibətlərin anlaşılmasına yardım göstərir. Şifahi nitqdə səsin ahəngi və ifadəli hərəkətlərin iştirakı sayəsində eyni söz müxtəlif mənada ifadəı edilib, cürbəcür başa düşülə bilər. Məsələn, “Yenə gəldi” sözləri tələffüzdən asılı olaraq həm sevinc, həm nifrət, həm də biganəliyi bildirə bilər. burada müsahibin mimikası, pantomimikası, vokal mimikası həlledici rol oynayır.

Ünsiyyət şəraitindən, onun məqsəd və məzmunundan asılı olaraq şifahi nitq ya dialoji, ya da momoloji formada cərəyan edə bilər.



Dialoji nitq nitq ünsiyyətinin ən qədim növü olub iki və ya bir neçə şəxsin bilavasitə ünsiyyət prosesidir. Nitqin bu növü daha çox insanların birgə əmək fəaliyyəti ilə bağlıdır. Nitqin bu növünün bir neçə xüsusiyyəti ayırd edilir. Dialoji nitq bilavasitə reaksiya tələb edir. yəni müsahib deyilənlərə öz münasibətini bildirir: ya sual verir, ya təsdiq edir, ya inkar edir və s. bu cəhət başqasının öz fikrini ifadə etmək istiqamətinə təsir göstərir, onu müəyyən səmtə yönəldir. Dialoq danışan şəxsin emosional-ekspressiv rabitəsi şəraitində baş verir, belə bir vəziyyətdə onlar bir-birini bilavasitə qavrayır, emosional vəziyyətlərini qiymətləndirirlər. üçüncüsü, dialoq müəyyən şəraitdə və ya obyektlə bağlı olur. Bu mənada o situativ səciyyə daşıyır, söhbət obyekti dəyişən kimi dialoqun istiqaməti və xarakteri dəyişir. Sakit danışıqdan qızğın mübahisəyə və ya, əksinə, emosional həyacana keçid buna misal ola bilər.


Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin