ROL DAVRANIŞININ QANUNAUYĞUNLUQLARI
V.Şekspir “Bu sizin necə də xoşunuza gələcəkdir” dramında “bütün dünya” “teatra” bənzədilir. Onun sözləri ilə desək, “bu teatrda kişilərin və qadınların hamısı aktyordur”, “onlardan hər biri müxtəlif rollar oynayırlar”. Adamlar həyatda müxtəlif rollar ifadə edirlər: eyni bir adam məktəbdə müəllim, evdə ana, poliklinikada xəstə, avtobusda sərnişin rolunda və s. çıxış edirlər. Rolların diapazonu və miqdarı insanın daxil olduğu münasibət sahələrinin-sosial qrupların və fəaliyyət növlərinin diapazonu və miqdarı ilə müəyyən olunur. Əgər hər bir adam 5 qrupun, digəri 7 qrupun üzvüdürsə, onlardan birincisi müvafiq münasibətlər sahəsində 5 rolda, ikincisi isə 7 rolda çıxış edir. Xarici ölkələrdə rol nəzəriyyəsi tərəfdarları (C.Mid, C.Moreno və b.) Şeksperin bu sözlərini dönə-dönə iqtibas gətirirlər. Onlar bu zaman teatr aktyorları ilə cəmiyyət üzvləri arasında müxtəlif oxşar cəhətlərə diqqəti cəlb edirlər: aktyorlar müəyyən rol ifadə edir, cəmiyyət üzvləri müəyyən mövqe tuturlar: aktyorlar pyesin mətninə əsaslanırlar, cəmiyyət üzvləri isə bir-birlərinə reaksiyalarını qarşılıqlı surətdə nəzərə almalıdır.
İlk baxışda bu bənzətmələr təbii görünmür, bununla belə onlar Şüeksprin sözlərinin mənasını dəqiq ifadə edirlər. Xarici ölkələrdə rol nəzəriyyəsi tərəfdarları çoxlu faktlar toplamışlar, lakin onlar maraqlı olan bu faktları cəmiyyət haqqında yalnış təsəvvürlər əsasında izah edirlər. Psixologiya üçün səciyyəvi olan ümumi metoloji səhv onun rol nəzəriyyəsində bu aydın nəzərə çarpır. İnsanın rol davranışına verilən tələblər mahiyyət etibarilə obyektiv sosial-tarixi şəraitlə müəyyən olunur. Bəzi rol nəzəriyyəsi nümayəndələri bu cəhəti inkar edir.
Rol nəzəriyyəsinin əsas nümayəndələrindən biri olan C.Morenonun fikirincə, sosial təşkilat insanların davranışını məhdudlaşdıran və ona istiqamət verən rollar şəbəkəsindən ibarətdir. Moreno cəmiyyət termini əvəzinə “sosial təşkilat” terminindən istifadə edir. Burjua sosioloqları çox vaxt bu məqsədlə “sosial institut” terminindən istifadə edirlər. Rol nəzəriyyəsinə görə:a)sosial təşkilat rollar şəbəkəsindən ibarətdir: b)insanların davranışı müvafiq rollarla müəyyən olunur. Rollar insanların davranışını bir tərəfdən məhdudlaşdırır, digər tərəfdən ona istiqamət verir. Bu zaman insanların bir-birinə qarşılıqlı təsiri nə ilə şərtlənir? Rollar nəzəriyyəsinin banisi C.Mid suala cavab verir: qarşılıqlı təsirin təşkili ağıldan asılıdır. Əgər ağıl rolları qəbul etmək və təxəyyüldə fəaliyyətin alternativ variantlarını oynamaq qabiliyyətinə malik olmasaydı, fərdlər öz fəaliyyətini uzlaşdıra bilməzdilər. İnsanların qarşılıqlı münasibətində əsas, müəyyənedici cəhət ictimai-iqtisadi münasibətlərdir. İnsanlar arasında bütün digər münasibətlər onların əsasında formalaşır.
İctimai həyatda istehsal prosesində insanlar arasında obyektiv surətdə yaranan real rabitə və münasibətlər onların subyektiv münasibətlərində əks olunur.
Buna görə də şəxsiyyətin sosial qarşılıqlı təsirini təkcə onun rollarını formal əlamətlərə görə təsvir etməklə məhdudlaşdırmaq olmaz. Şəxsiyyətin rol davranışını, hər hər hansı bir konkret situasiyada onun əməllərini yalnız ictimai münasibətlər sisteminin təhlili əsasında başa düşmək olar.
K.Marks göstərirdi ki, insanlar özlərinin ümumdünya tarixi dramının həm aktyoru, həm də müəllifləridir. Rol şəxsiyyətin bütövlükdə cəmiyyət, özünəməxsus ictimai təşkilat və ya konkret qrup tərəfindən müəyyən olunmuş hüquq və vəzifələrini əks etdirir.
Rolun hüquq və vəzifələri psixoloji baxımdan onun həm də başlıca cəhətini təşkil edir. İstər insanın özünün öz roluna, istərsə də başqa adamların onun roluna münasibəti məhz bunula bağlıdır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda rol davranışında aşağıdakıları ayırd etmək olar: a)rol gözləmələri və b)rol konsepsiyası(mövqeyi).
Rol gözləmələri sosial gözləmələrin xüsusi halıdır. Özünün bu xüsusiyyətinə görə rol gözləmələri nisbətən konkret xarakter daşıyır və müəyyən bir rol davranışının normalarını ifadə edir.
Rol gözləmələri ikitərəfli prosesdir: hər hansı bir adam, birtərəfdən, başqa adamlardan onların öz rollarına uyğun davranış tərzi gözləyir, müvafiq situasiyada qadının özünü, ana kimi, kişinin ata kimi aparacağını gözləyir. Əgər ana və ya ata özlərini ətrafdakı adamların gözlədiyi kimi aparmırsa, onların arasında müxtəlif formalarda konfliktlər yaranır. Atalar bu mənada da “uman yerdənküsərlər” demişlər. Belə konfliktlərə rollararası konfliktlər deyirlər. Digər tərfdən, hər bir adam başqa adamların ondan (onun rolundan) nə gözlədiyini bilir və özünü müvafiq rol gözləmələrinə uyğun olaraq aparır. Bu nöqteyi-nəzərdən rol gözləmələri sosial qrupda qarşılıqlı təsir və münasibətlər sisteminin özünəməxsus şəkildə tənzim edir.
Rol konsepsiyası rol gözləmələri ilə bilavasitə əlaqədardır: rol konsepsiyası rol gözləmələrinin mənimsənilməsi əsasında əmələ gəlir. Lakin rol gözləməsi anlayışına nisbətən rol konsepsiyası anlayışı daha geniş anlayışdır. Rol konsepsiyası rol gözləmələrindən başqa şəxsiyyətin öz roluna və özünün sosial qrupdakı yerinə münasibətini ifadə edir. Bu cəhət öz əksini rolun ifasında tapır.
Rolun ifası müəyyən bilik, bacarıq və vərdişlər tələb edir. İnsanın nəinki intellektual səviyyəsindən, emosional mədəniyyətindən, iradi keyfiyyətlərindən və s.-dən, həm də anatomik xüsusiyyətlərindən asılı olaraq hər bir rolun ifasında fərdi çalarlar əmələ gəlir. Lakin bütün hallarda bu davranışı insanın öz rolunu necə başa düşməsi, öz roluna və sosial qrupdakı yerinə münasibəti ilə bağlıdır. Bu cəhəti nəzərə almadfan rol davranəışını psixoloji cəhətdən düzgün təhlil etmək olmaz.
Dostları ilə paylaş: |