AZƏrbaycan hava yollari”qsc miLLİ aviASİya akademiyasi



Yüklə 34,5 Kb.
tarix23.12.2019
ölçüsü34,5 Kb.
#29992
Rüfət eko 10

AZƏRBAYCAN HAVA YOLLARI”QSC

MİLLİ AVİASİYA AKADEMİYASI

Sərbəst iş № 10
Fakultə Aerokosmik

Qrup 1438a

Fənn Ümumi Ekologiya

Mövzu Müasir dövrün ekoloji problemlər

Müəllim Əzizova Nailə

Tələbə Nəcəfov Rüfət



Bakı 2019

Müasir dövrün ən qlobal beynəlxalq ekoloji problemlərindən biri fəlakətli quraqlıqların çoxalması və bunun nəticəsində ərzaq və yem bitkilərinin məhsuldarılığının kəskin azalması ilə nəticələnən yer səthinin səhralaşma mərhələsinə keçməsidir. Bununla əlaqədar əsaslandırılmış təhlükə yaranır: gələcəkdə insanları nə gözləyir? Belə ki, Yer kürəsi bizim Günəş sistemində içməli və minerallaşmış su ehtiyatlarına malik yeganə planetdir.

Yerin tarixində susuz səhraların ərazisinin sürətlə azalması dövrləri olmuşdur. Həmçinin, quraqlıq arid ərazilərin genişləndiyi dövrlər də olmuşdur.

Səhralaşma dedikdə daha geniş mənada yerin bioloji potensialının azalması və ya məhv edilməsi, antropogen fəaliyyət və iqlim dəyişməsi nəticəsində yer üstü ekosistemlərin tükənməsi nəzərdə tutulur. BMT ekspertləri səhralaşma proseslərini və onun yayılmasının ekoloji situasiyalarının pisləşməsi kimi qiymətləndirir, qeyd edirlər ki bu proses nəticəsində quraq, yarımquraq ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir. Bu proses əsasən tədriclə gedir. Aridləşmə prosesi səhralaşmanın ilkin mərhələlərindən biridir.

Səhralaşma qlobal miqyasda təzahür edən ekoloji proses olub, müəyyən dövrlər ərzində landşaftın o, cümlədən torpaq örtüyünün bioloji məhsuldarlığının azalması ilə nəticələnən prosesdir. Bu proses Yer kürəsinin arid, subarid və qismən də subhumid ekosistemlərinin, həmçinin torpaq örtüyünün sürətli deqradasiyasına səbəb olur.

Son 40-45 ildə xüsusi ilə də 1980-2010-cu illərdə planetimizin bir sıra və semi arid vilayətlərində aridləşmə prose sinin xeyli güclənməsi nəticəsində səhra və yarımsəhraların sahəsinin genişlənməsi müşahidə edilir ki, bu da həmin ərazilərin bioloji məhsuldarlığının azalmasına və ya tamamilə məhv olmasına səbəb olur. Elmi ədəbiyyatlarda bu prosesi səhralaşma adlandırırlar. İlk dəfə səhrlaşama problemi dünya ictimaiyyətini 1968-1973-cü illərdə Böyük səhrada baş verən faciəli hadisələrdən sonra cəlb etməyə başlamışdır.

Məlumdur ki, Azərbaycan Respublikası dünyanın az torpaq ehtiyatlarına malik olan dövlətlərdəndir və burada əhalinin orta sıxlığı (92 nəfər) ümumi dünya göstəricilərindən (43 nəfər) yüksəkdir. Ölkənin mövcud ərazilərinin 48%-ikənd təsərrüfatı istehsalına cəlb edilmişdir. Bu göstərici əhalisi sıx olan ölkələrdə, o cümlədən, yüksək iqtisadi inkişafa malik olan Qərbi Avropada 50%-dən artıqdır. Ona görə də Azərbaycan Respublikası kimi ölkələrdə səhralaşma – torpaqların deqradasiyasının qarşısının alınması çox ciddi aktual ekoloji problemlərdəndir. Səhralaşma – torpaqların deqradasiyasına qarşı mübarizə tədbirləri hazırlamaq üçün ilk növbədə həmin ərazilərin təhlükəsizlik cəhətdən qiymətləndirilməsi və xəritələşdirilməsi vacibdir.

Üçüncü dövrün sonundan Yer üzərində buzlaşma ilə növbələşərək mütəmadi olaraq iqlim zonallığı seçilirdi və buzlaşmanın xeyli azalmasından sonrakı 10-20 min illikdə arid zonalar və geniş səhralar formalaşmışlar. Hazırda şimal və cənub yarımkurələrindən arid zonalar Yer kürəsinin ekvatorunun hər iki tərəfindən rütubətli – meşələr zonasını əhatə edir. Yer kürəsində arid zonaların sərhədləri və eni çox dəyişkəndir, əyri-üyrüdür, amma ümumiyyətlə 500-200 –şimal və cənub enliklərinin çərçivəsindən çıxmayaraq Afrikada, Cənubi Amerikada, Cənubi Hindistanda və Avstraliyanın şimalında ekvatora yaxınlaşır.

XXI əsrin başlanğıcında dünyada bir gün ərzində səhralaşma və şorlaşma nəticəsində 10 minlərlə hektar torpaq sahəsi öz münbitliyini və təsərrüfat əhəmiyyətini itirir, 28 min hektar, son məlumatlara görə isə 50 min hektar (yeni salınan meşə sahələrindən 10 dəfə çox) dünyanın ən qiymətli təbii sistemlərindən biri sayılan və planetimizin «ağ ciyəri» adlandırılan tropik meşə sahəsi məhv olur, 40 mindən artıq uşaq ölür. Təkcə bizim respublikamızda rəsmi məlumatlara əsasən 40,8% torpaq külək və su eroziyasına məruz qalıb və kənd təsərrüfatı üçün yararsız hala düşüb.

Səhralaşma eyni zamanda sosial-iqtisadi və təbii proses olmaqla təqribən 3,6 mlrd. hektar torpaq sahəsini təhlükə altında saxlamaqla, 700 mln.-dan çox insanın yaşadığı əraziləri əhatə edir. Bu Avropanın ərazisindən üç dəfə çoxdur və ya Yer kürəsi sahəsinin dörddə biri qədərdir. Daha təhlükəli vəziyyət Afrikanın sahel zonasında (Seneqal, Nigeriya, Burkino Foso, Mali və b.) keçici bioiqlim zonasında (400 km-ə qədər enində), şimalda Saxara və cənubda Savannalar arasında yaranmışdır. Səhralaşma prosesi dünyanın 1 mlrd.-dan çox əhalisi olan 110 ölkəsini əhatə etmişdir.

Səhralaşma Afrikada xüsusilə böyük ərazilər tutur. Məs. Böyük Səhranın ərazisi hal-hazırda cənuba doğru 1 km/ildə sürətlə artır. Dünyada səhraların ümumi artımı 50 min km2/il təşkil edir. Məs. 1968-1973-cü illərdə baş vermiş quraqlıq Böyük Səhra ilə Seneqal və Yuxarı Nigerin çay hövzələrini əhatə etmiş, 250 min nəfərdən çox insan və ey heyvanlarının 70%-i suyun çatışmazlığı nəticəsində məhv olmuşdur. Saheldə kritik vəziyyətin yaranması əsasən iki amilin təsirilə baş verir: 1) sürətlə artan əhalinin ərzaq məhsulları ilə təmin etmək məqsədilə insanın təbii ekosistemlərə təsirinin artması və s. 2) meteoroloji dəyişikliklərin (uzun müddətli quraqlıq) olması ilə. Mal-qaranın ardıcıl otarılması otlaqlarda artıq təzyiqin olmasına səbəb our. Səhralaşmaya həm də ot örtüyünün kütləvi yandırılması, xüsusilə yağış dövründən sonra, intensiv şumlanma, qrunt suyunun səviyyəsinin aşağı düşməsi və s. şərait yaradır.

Məhv edilmiş bitki örtüyü və torpağın çox xırdalanması torpağın üst qatının intensiv sovrulmasına (defliyasiya) şərait yaradır.BMT-nin məlumatlarına görə, hər il dünya meşələrinin 25 milyon hektar sahəsi qırılıb məhv edilir.



Meşələrin qırılması biosferin davamlılığının və atmosferdə oksigenin azalmasına, quraqlığın, torpaq eroziyasının, defliyasiyasının və sürüşmələrin əmələ gəlməsinə, səhralaşmanın sürətlənməsinə, su daşqınlarına, güclü selə, qasırqalara, torpağın və suyun eroziyasına, iqlimin və relyefin kəskin dəyişilməsinə və s. səbəb olur. Müasir xəritə materiallarına əsasən mütləq səhralar qurunun 8-10%-ni təşkil edirlər. Bu və ya digər dərəcədə səhralaşmaya məruz qalmış ümumi ərazi isə (mütləq səhralarla birlikdə) materiklərin 36-40%-ni təşkil edir. 70-75 ölkədə quraqlaşma hadisələri rast gəlinir. Səhra və səhra çöl ərazilərin 50%-ni hərəkət edən dyun və barxanlardan ibarət qumlu səhralıq təşkil edir.
Yüklə 34,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin