Azərbaycanda psixoloji FİKİRLƏR



Yüklə 125,95 Kb.
səhifə39/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   35   36   37   38   39   40   41   42   ...   80
psixologiya

DİQQƏTİN NÖVLƏRİ

Diqqət mürəkkəb psixi hadisə kimi insan fəaliyyətinin bütün sahələrinə xidmət edir. diqqətin üç növü vardır. 1.İxtiyarı diqqət. 2.Qeyri-ixtiyarı diqqət. 3.İxtiyarıdan sonrakı diqqət.



İxtiyarı diqqət-qarşıya qoyulmuş şüurlu məqsədlə əmələ gələn və müəyyən iradi səy tələb edən diqqətə deyilir. İxtiyarı diqqətin yaranması insanın xüsusi niyyəti və məqsədilə bağlıdır. O, daha çox fəaliyyət prosesində əmələ gəlir və fəaliyyətin tənzim edilməsinə yönəlmiş olur. İxtiyarı diqqət obyekti müəyyən sistem üzrə, həm də ətraflı öyrənməyə imkan verir.

İxtiyarı diqqət prosesində biz heç də təsir edən bütün qıcıqlandırıcı deyil, yalnız məqsədimizə müvafiq olan qıcıqlandırıcıları seçirik. Bu isə həmin obyektlərə diqqət etməyə qabaqcadan hazırlaşmağı tələb edir. hər hansı işlə məşğul olduqda bir sıra başqa amillər təsir göstərib, diqqətin yaranmasına səbəb olur. İnsanın bu maneləri aradan qaldırmaq və ya onların təsirini zəiflətmək üçün iradi səy göstərməsi lazım gəlir.




Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin