4.Melanxolok tipə(zəif tip)-məxsus olan çşəxslər sakitdir. Əhvalı çox cüzi təsirlərdə dəyişir. İfrat dərəcədə həssasdır. Ona kişik bir nöqsan tutan kimi özünü tez itirir, sızılır, səsi dəyişir, güclə eşidir. Öz hisslərini çox zəif ifadə edir. Hərəkətlərü süst, zəifdir, ağır-ağır usandırıcı danışır. Onlar həm də daha çox qapalı, qaraqabaq adam təsiri bağışlayırlar. Təlim tapşırığını yerinə yetirərkən rast gəldiyi çətinlik onu qorxudur, tez ruhdan düşür və işi axıra çatdırmır. Öz qabiliyyət və biliyini çox aşağı qiymətləndirir, əslində isə onun biliyi və qabiliyyəti orta səviyyədən bir qədər yüksəkdir. Melanxolok tipə aid olan adamlar adətən musiqidə, ədəbi yaradıcılıqda, rəssamlıqda daha çox uğur qazanırlar.
Temperamentin inkişafında həyat şəraiti də həlledici rol oynayır. Müəllim bunu nəzərə alaraq şagirdin ailə şəraiti, ailə üzvlərinin ona münasibəti, ailə tərbiyəsinin bütün cəhətləri ilə maraqlanmalı, onları temperament tərbiyəsi nöqteyi-nəzərdən qiymətləndirməli və valideynlərlə lazımi məsləhətlər verməlidir.
Dostları ilə paylaş: |