Temperamentin xassələri
Müasir psixologiyada temperamentin əsas formal-dinamik xarakteristikası kimi aşağıdakı xassələrinə xüsusi diqqət yetirilir.: ümumi aktivlik temperamentin strukturunda xüsusilə böyük əhəmiyyətə malikdir. Onun mahiyyətini insan özünü ifadə etmək, xarici aləmi səmərəli surətdə mənimsəmək və dəyişmək meyli təşkil edir. Temp, ritm, sürət, intensivlik, plastik, dözümlülük və s. ümumi aktivliyin əsas göstəriciləridir. Süstlik, ədalətlilik və passiv seyrçilikdən tutmuş yüksək enerjilik və daimi coşqunluğa qədər ümumi aktivlik müxtəlif temperamentli adamlarda müxtəlif dərəcədə özünü göstərir.
Hərəki aktivlik də mahiyyət etibarilə ümumi aktivliyin tərkib hissəsi kimi meydana çıxır. Onda hərəki (və xüsusilə nitq-hərəkət) aparatla bağlı keyfiyyətlər əsas yer tutur.
Temperament xassələri içərisində hərəki aktivliyin xüsusi olaraq fərqləndirilməsi onun əhəmiyyətindən irəli gəlir. Hərəki sahə elə vasitədir ki, bütün fərdi çalarları ilə birlikdə psixi halların daxili dinamikası onun köməyilə aktuallaşır. Hərəki aktivliyin əzələ hərəkətinin tezlik, qüvvə, kəskinlik, ritm, amplituda və b. əlamətləri ilə xarakterizə edirlər (onların bir qismi nitqin hərəki çalarlarını səciyyələndirmək üçün mühüm əhəmiyyətə malikdir).
Emosionallıq-insanın affekt və əhvallarının bütün zənginliyi öz əksini temperamentin bu mühüm xassəsində tapır. Temperamentin digər xassələrinə nisbətən emosionallıq daha mürəkkəb xarakter daşıyır və özünün çoxcəhətli strukturu ilə fərqlənir. Müxtəlif hiss və emosiyaların, o cümlədən affektlərin və əhvalların əmələgəlmə, cərəyanetmə və kəsilməsi xüsusiyyətlərini xarakterizə edən xassə və keyfiyyətlərin hamısı emossionallıqla bağlıdır. Onun əsas cəhətləri kimi mütəəssirlik, impulsivlik və emosional labilliyi fərqləndirirlər. Mütəəssirlik insanın emosiogen təsirlərə affektiv həssaslığını ifadə edir. İnpulsivlik dedikdə emosiyaların hansı sürətlə insanın əməllərinin, hərəkətlərinin təhrikedici qüvvəsinə çevrilməsini başa düşürlər. Ümumi aktivlik, hərəki aktivlik və emosionallıq temperamentin əsas xassələridir. Tipindən asılı olmayaraq onlar hər bir adamın temperamentinin xarakteristikasında başlıca yer tutur. Lakin bütün temperament tiplərində onlar eyni formada ifadə olunur.
Psixoloji ədəbiyyatda müxtəlif temperament tipləri təsvir olunmuşdur. Temperamentin tipləri dedikdə bir-biri ilə qanunauyğun şəkildə bağlı olan və müəyyən insan qrupu üçün ümumilik təşkil edən psixoloji xassələrin cəmi nəzərdə tutur. Temperamentin 4 əsas tipi vardır: 1.Sanqvinik tipə(zirək tip)-məxsus şəxslər olduqca zirək, diribaş olur. Dərsdə rahat otura bilmir, daim vəziyyətini dəyişdirir, əlini qaldırır, yoldaşı ilə söhbət edir. Sürətlə yeriyir və tez-tez danışır. Onun marağı və həvəsi çox davamsızdır. Mimikası zəngin və ifadəlidir. Onun əhval-ruhiyyəsini, insanlara münasibətini üzündən oxumaq olar. Maraqlandığı dərslərdə fəallıq göstərir, maraqlanmadığı dərslərdə isə müəllimə qətiyyən qulaq asmır, əsnəyir. Hissləri çox dəyişkəndir, lakin hisslərinə hakim olmağı bacarır. Evik və narahat olsa da intizama tez alışır. Uşaqlarla asanlıqla dil tapır. Bu tipli adam ona təsir edən xarici qıcıqlara olduqca həssasdır. Sanqivinik tipə malik olan adamlarda aktivlik və reaktivlik müvazinətdə olur.
Dostları ilə paylaş: |