Azərbaycanda psixoloji FİKİRLƏR


ÜNSİYYƏTİN QARŞILIQLI MÜNASİBƏTLƏRİ VƏ ÜNSİYYƏT



Yüklə 125,95 Kb.
səhifə58/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   54   55   56   57   58   59   60   61   ...   80
psixologiya

ÜNSİYYƏTİN QARŞILIQLI MÜNASİBƏTLƏRİ VƏ ÜNSİYYƏT

İnsanların qarşılıqlı şəxsiyyətlərarası münasibətlər öz reallığını ünsiyyət prosesində tapır. Ünsiyyət situasiyasında iki və ya üç adamın iştirak etməsi faktının özü insanlar arasında qarşılıqlı münasibətlərin olmasını nəzərdə tutur. Qarşılıqlı münasibətlər nəinki ünsiyyət prosesində əks olunur, həm də bu prosesdə formalaşır.

Ünsiyyət qarşılıqlı münasibətlər bir-birilə üzvü surətdə əlaqədar olsa da, onları eyniləşdirmək olmaz. Ünsiyyət insanların birgə həyat fəaliyyəti ilə şərtlənir. Qarşılıqlı münasibətlərin tipi və xarakteri ünsiyyətin məzmununa və formasına mühüm təsir göstərir, lakin insanların münasibətləri son dərəsə kəskin olduqda belə, ünsiyyət spesifik formalarda mövcud olur. Ünsiyyət adamları bir-birinə münasibətinin müsbət və ya mənfi olmasından asıklı olmayaraq bütün hallarda zəruri surətdə həyata keçirilir.

Qarşılıqlı münasibətlər müxtəlifdir. Funksional baxımdan onların aşağıdakı tipini fərqləndirirlər: a)formal (və ya rəsmi); b)qeyri-formal(və ya qeyri-rəsmi) qarşılıqlı münasibətlər.

Formal qarşılıqlı münasibətlər hər bir fərdin müvafiq konkret qrupda onun rəsmi statusu (mövqeyi) ilə şərtlənən münasibətlərinin məcmusundan ibarətdir. Onlar fəaliyyətin normativ cəhətlərini əks etdirir və müəyyən qaydalarla tənzim edilən işgüzar münasibətlərdə ifadə olunur. Rəsmi münasibətlər səviyyəsində kollektiv üzvləri arasında fəaliyyətin məzmunu və təşkilat vasitələrinə uyğun olaraq struktur-funksional asılılıq, məsul asılılıq münasibətləri sistemi yaranır.

Məktəbdə “direktor-müəllim” və “müəllim-müəllim” tipli münasibətlər formal qarşılıqlı münasibətlər rəsmi xarakter daşıyır və müvafiq inzibati-hüquqi qaydalarla tənzim olunur. Hər bir məktəbdə, eləcə də zavodda, ailədə, elmi-tədqiqat institutunda və s.-də insanlar arasında formal qarşılıqlı münasibətlərlə yanaşı qeyri-formal qarşılıqlı münasibətlər əmələ gəlir.

Formal qarşılıqlı münasibətlərlə yanaşı sosial-psixoloji xarakter daşıyan qeyri-formal qarşılıqlı münasibətlərin yaranması ünsiyyətin qanunauyğun cəhətlərindən birini əks etdirir. Qeyri-formal qarşılıqlı münasibətlər mahiyyət etibarilə ictimai funksiyalarla müəyyən olunur, şəxsi xarakter daşıyır.

Qeyri-formal qarşılıqlı münasibətlər heç kəs tərəfindən müəyyən edilmir, psixoloji cəhətdən əlverişli şərait olduqda öz-özünə təşəkkül edir. Formal və qeyri-formal münasibətlər adətən bir-birini üzvü şəkildə tamamlayır və kollektivin çoxcəhətli həyatında ahəngdar surətdə uzlaşır. Qarşılıqlı münasibətlərin tipi və ya səviyyəsi insanlar arasında ünsiyyətin xarakterinə mühüm təsir göstərir. Qeyri-formal ünsiyyət formal ünsiyyət kimi rəsmi qaydalarla məhdudlaşdırılmır. Lakin burada da qarşılıqlı münasibətin xarakterindən asılı olaraq insanlar arasında müəyyən psixoloji məsafə gözlənilir.

Ünsiyyət mədəniyyətinin əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Ünsiyyət mədəniyyəti insan münasibətlərinin daxili gözəlliyində öz ifadəsini tapır. Nəzakətlilik, təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabili dinləmək bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə, ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamabunlar ünsiyyət mədəniyyətinin əlifbasıdır.Hamı bu əlifbanı öyrənməli, mənimsəməlidir.


Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin