Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
E-mail: serqqapisi@nakhchivan.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 211 (20.616)
7 noyabr 2012-ci il, çərşənbə
Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf
Nazirliyinin və GS1 (Qlobal Sistem 1) Azərbaycan
Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən, muxtar res-
publikadan 70-dən çox sahibkarın iştirak etdiyi tədbirdə
“Avtomatik identifikasiya texnologiyaları iqtisadiyyatın
real sektorunda” mövzusu müzakirə edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası iqtisadi
inkişaf nazirinin müavini Anar Seyidov və GS1 Azər-
baycan Cəmiyyətinin Baş direktoru Vəfa Əliyev çıxış
edərək tədbirin məqsəd və mahiyyətindən danışıblar.
Əvvəlcə, GS1 beynəlxalq sistemin strukturu haqqında
məlumat verilib və GS1-in fəaliyyəti ilə bağlı video-
təqdimat olub.
GS1 Azərbaycan Cəmiyyətinin icraçı direktoru
Nigar Nəzərova ştrixkod ilə malların nömrələnməsi
və markalanması, əmtəə məhsullarının identifikasiyası
üçün ştrixkod simvolikaların növləri, bağlamaların
üzərində ştrixkodların yerləşdirilmə qaydaları, ştrix-
kodların rəng palitrası, ölçüləri, etiketlərin çapı və
markalanması zamanı tipik səhvlər haqqında ətraflı
məlumat verib. Həmçinin ştrixkod nümunələrindən
istifadə qaydaları əyani şəkildə izah olunub.
Qeyd edilib ki, 1999-cu il may ayının 11-də Berlində
EAN-International (hal-hazırda GS1 adlanan) Asso-
siasiyasının Baş Assambleyasında GS1 Azərbaycan
Cəmiyyəti yekdilliklə bu təşkilata üzv qəbul olunub
və ölkəmizə 476 prefiksi ayrılıb. Bu prefiks GS1
Azərbaycan Cəmiyyətinə respublika üzrə məlumat
bankının yaradılmasına imkan verir. GS1 Azərbaycan
Cəmiyyəti ölkəmizdə Beynəlxalq Assosiasiyanın üzvü
kimi çıxış edən, müəssisələrin beynəlxalq sistemdə
qeydiyyatını təmin edən və onlara müvafiq nömrələr
vermək səlahiyyəti olan yeganə təşkilatdır. Bu təşkilat
respublika iqtisadiyyatının inkişafına və tərəqqisinə
kömək göstərilməsi zəminində vətəndaşların öz ira-
dələrini sərbəst ifadə etməsi nəticəsində yaradılıb.
Cəmiyyətin əsas məqsədi Azərbaycanda əmtəələrin
və xidmətlərin beynəlxalq avtomatik identifikasiya
sistemində təbliğatı və həyata keçirilməsidir. GS1
Azərbaycan Cəmiyyəti GS1 Beynəlxalq Assosiasiya-
sının tamhüquqlu üzvüdür və Azərbaycan müəssisə
və təşkilatlarının maraqlarını qoruyur. Bundan başqa,
bu təşkilat GS1 beynəlxalq sistemin milli səviyyədə
istifadəsini və inkişafını təmin edir, müəssisələri bey-
nəlxalq sistemdə qeydiyyata alır, onlara müvafiq iden-
tifikasiya nömrələri ayırır.
GS1 Azərbaycan Cəmiyyəti nümayəndələrinin
muxtar respublika sahibkarları ilə görüşü olub
Naxçıvan Regional Peşə Tədris
Mərkəzində Azərbaycanda ilk dəfə
olaraq fotoqrafiya kursu təşkil olu-
nub. Noyabrın 1-dən başlayan kurs
iki ay davam edəcək. Noyabr ayında
müdavimlərə fotoqraflıq sənəti nə-
zəri cəhətdən tədris olunacaq. Daha
sonra isə kurs iştirakçıları öyrən-
diklərini praktik olaraq tətbiq edə-
cək, fotoçəkimlərdə iştirak edəcəklər.
Müdavimlər ingilis dili dərsləri alır,
fotoqrafiya ilə bağlı beynəlxalq ter-
minləri və kütləvi informasiya va-
sitələri haqqında Azərbaycan Res-
publikasının Qanununu da
öyrənirlər. Dərslər qurtar-
dıqdan sonra imtahanlar-
dan müvəffəqiyyətlə ke-
çənlərə sertifikatlar veri-
ləcək. Kursa həvəskar fo-
toqraflarla bərabər, muxtar
respublikamızın mətbu or-
qanlarının fotomüxbirləri
də cəlb edilib. Məqsəd on-
ların təcrübələrinin və peşəkarlıq-
larının artırılmasıdır.
Məlumat üçün qeyd edək ki, fo-
toqrafiya ilə bağlı dərsləri Azər-
baycan Fotoqraflar Birliyi İdarə
Heyətinin sədri, tanınmış fotoqraf
Mirnaib Həsənoğlu tədris edir.
Xəbərlər şöbəsi
Həvəskar fotoqraflar üçün kurs təşkil edilib
Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xid-
mətindən aldığımız məlumata görə,
2012-ci ilin ilk 10 ayı ərzində Nax-
çıvan Muxtar Respublikası Vergilər
Nazirliyi və onun yerli vergi orqanları
tərəfindən operativ nəzarətin əhatə
funksiyalarına daxil olan məsələlər
üzrə 268 vergi ödəyicisində qanun-
vericiliyin pozulması faktları aşkar
edilib, müvafiq tədbirlər görülüb.
Həyata keçirilən operativ nəzarət
tədbirləri zamanı 74 vergi ödəyicisi
tərəfindən əhali ilə nağd hesablaş-
maların aparılması qaydalarının po-
zulması, 68 vergi ödəyicisi tərəfin-
dən xarici valyuta məbləğlərinin
ödəniş vasitəsi kimi qəbul edilməsi
və valyuta sərvətlərinin ticarət, iaşə
və xidmət müəssisələrində qanun-
vericiliklə müəyyən edilmiş qaydalar
pozulmaqla alınıb-satılması və ya
dəyişdirilməsi, 6 vergi ödəyicisində
19 nəfər fiziki şəxsin əmək müqa-
viləsi bağlamadan işə qəbul edilməsi
faktları aşkarlanıb.
Operativ vergi nəzarəti tədbirləri
zamanı 33 vergi ödəyicisinin “Fərq-
lənmə nişanı” olmadan avtomobil
nəqliyyatı ilə sərnişin daşıması, 41
vergi ödəyicisinin xüsusi razılıq (li-
senziya) tələb olunan fəaliyyət növləri
ilə belə razılıq (lisenziya) olmadan
məşğul olması, 26 vergi ödəyicisində
isə aksiz markası olmadan alkoqollu
içki və tütün məmulatlarının satışı
faktları aşkar edilib. Vergi orqanla-
rında uçotda durmadan fəaliyyət
göstərən şəxslərin aşkar edilməsi ilə
bağlı həyata keçirilən nəzarət təd-
birləri zamanı 20 şəxsin vergi or-
qanlarında uçotda durmadan fəaliyyət
göstərdiyi müəyyənləşdirilib.
Qeyd olunan dövr ərzində 202
obyektdə nəzarət-kassa aparatlarının
quraşdırılması təmin edilib.
2012-ci ilin ilk 10 ayında vergi-
dənyayınma və dövriyyənin gizlə-
dilməsi hallarına qarşı mübarizə
məqsədilə 98 vergi ödəyicisində
xronometraj metodu ilə müşahidələr
aparılıb, müşahidələr zamanı mü-
şahidəyədək olan dövriyyələrlə mü-
qayisədə 108013.5 manat dövriyyə
artımına nail olunub.
Operativ vergi nəzarəti tədbirləri
mütəmadi olaraq davam etdirilir.
Operativ vergi nəzarəti tədbirləri gücləndirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Beynəlxalq Tele-
kommunikasiya İttifaqının Baş katibi Hamadun Tureni qəbul etmişdir.
Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hamadun Ture 2003-cü ildən
başlayaraq Azərbaycana səfərlər etdiyini və hər gəlişi zamanı ölkəmizdə böyük inkişafın
şahidi olduğunu vurğuladı. Prezident İlham Əliyevin Beynəlxalq Telekommunikasiya
İttifaqının Cenevrə Sammitində iştirakını və o vaxtlar dövlət başçısının “qara qızılı insan
kapitalına çevirəcəyəm” sözlərini xatırlayan qonaq həmin fikirlərin bu gün artıq reallığa çev-
rildiyini qeyd etdi. Hamadun Ture VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə
təşkil olunduğunu dedi. O, ölkəmizlə rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığı daha da
genişləndirməyin önəmini vurğuladı.
Dövlətimizin başçısı son 9 ildə Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən informasiya
və kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə etdiyini vurğuladı. VII
İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edən Prezident
İlham Əliyev bunu Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə ölkəmizdə görülən
işlərə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirdi.
* * *
Noyabrın 6-da Bakı Sərgi Mərkəzində “BakuTel-2012” XVIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi açılmışdır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olmuşlar.
Rəsmi xronika
Muxtar respublika əhalisi ara-
sında profilaktik tədbirlərin ke -
çirilməsini daim diqqət mərkəzində
saxlayan tibb müəssisələrindən biri
də Naxçıvan Muxtar Respublikası
Onkoloji Mərkəzidir. 2009-cu ildə
yeni binaya köçürülən mərkəzdə
onkoloji xəstəliklərin müayinə və
müalicəsi üçün lazımi şərait ya -
radılıb. Mərkəzdə stasionar rent -
genoqrafiya və rəqəmsal mammo -
qrafiya aparatları quraşdırılıb. Bu-
rada həmçinin histoloji və sitoloji
laboratoriya fəaliyyət göstərir. Məhz
buna görə də istənilən onkoloji
xəstə liyin müayinəsi yüksək səviy-
yədə həyata keçirilir. Belə tədbirlərdə
yüksək ixtisaslı həkimlərin iştirakı
artıq mütəmadi xarakter daşıyır.
Noyabrın 6-da Azərbaycan Res-
publikası Milli Onkologiya Mərkə-
zinin 9 nəfərdən ibarət mütəxəssi-
sinin Naxçıvan Muxtar Respublikası
Onkoloji Mərkəzində olması həmin
tədbirlərin davamıdır. Azərbaycan
Respublikasının baş onkoloqu Azad
Kərimlinin rəhbərlik etdiyi heyətin
səfərində məqsəd onkoloji xəstə-
liklərdən əziyyət çəkənləri tibbi
müayinədən keçirmək və müalicə-
lərinə kömək etməkdən ibarət idi.
İkigünlük səfər çərçivəsində on-
koloq, mammoloq, mamoqraf, rent-
genoqraf, ginekoloq həkimlər tərə-
findən, ümumilikdə, 274 xəstə müa-
yinə olunmuş, xəstələr həmçinin
ultrasəs, elektrokardioqrafiya müa-
yinələrindən keçirilmiş,müvafiq
tibbi təyinatlar almışlar.
Müayinə olunmuş xəstələr belə
tədbirləri dövlətin əhalinin sağlam-
lığına göstərilən qayğının ifadəsi
kimi dəyərləndirmiş və öz min -
nətdarlıqlarını bildirmişlər.
Yüksək ixtisaslı həkimlər onkoloji xəstələri
müayinədən keçirmişlər
Dünən Akademik Həsən Əliyev
adına “Araz” Elm-İstehsalat Birli-
yində bu mövzuda tarla-seminar
müşavirəsi keçirilib. Naxçıvan Mux-
tar Respublikası Kənd Təsərrüfatı
Nazirliyi əməkdaşlarının, nazirliyin
strukturuna daxil olan təşkilatların
mütəxəssislərinin, bələdiyyə nüma-
yəndələrinin və fermerlərin iştirak
etdikləri müşavirəni birliyin direk-
toru Bəhruz Bayramov açaraq təd-
birin mahiyyətindən danışıb. Qeyd
olunub ki, su itkisi və su məsrəfinin
qarşısını almaq, taxıl zəmilərində
suvarılmamış tala sahələrin qalma-
ması üçün şırım üsulu taxılçılıqda
daha səmərəli üsullardandır. Həm-
çinin bu üsulla əkin taxılı qış şax-
talarından daha etibarlı şəkildə qo-
ruyur və əkinlər quraqlığa qarşı
daha dayanıqlı olur. Məhsuldarlığın
yüksək olmasında da şırım üsulu
xeyli əlverişlidir.
Mövzu ətrafında nazirliyin əmək-
daşı Xaliq Abbasov, Layihə Axtarış
Kimyalaşdırma Stansiyasının direk-
toru Məhəmməd Qaybalıyev çıxış
ediblər. Bildirilib ki, bir neçə ildir,
muxtar respublikada şırım üsulundan
istifadə olunur. Torpaq mülkiyyət-
çiləri, taxılçılıqla məşğul olan fer-
merlər iqtisadi səmərəlilik baxımın-
dan bu üsulun üstünlüklərini öz təc-
rübələrindən müəyyən ediblər. Ona
görə də şırım üsulu ilə taxıl əkənlərin
sayı ilbəil artır.
Sonda bələdiyyə nümayəndələ-
rinin və fermerlərin sualları cavab-
landırılıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti
Taxıl bitkilərinin şırım üsulu ilə
əkilib-becərilməsi mütərəqqi üsuldur
Mərkəzi Neftçilər Xəstəxanasının
invaziv kardioloqu, tibb üzrə fəlsəfə
doktoru Abbasəli Abbasəliyev noyabr
ayının 2-si və 3-də Naxçıvan Diaq-
nostika-Müalicə Mərkəzində olmuş-
dur. Mərkəzin həkimləri tərəfindən
son iki ay ərzində angioqrafiya əmə-
liyyatına və stend qoyulmasına eh-
tiyacı olan xəstələr müəyyən edilərək
növbəyə alınmışlar.
Təcrübəli həkim 2 gün ərzində
9 xəstə üzərində angioqrafiya əmə-
liyyatı aparmış, 9 xəstəyə isə 12
stend qoymuşdur. Xəstələr birgün-
lük həkim nəzarətindən sonra evə
buraxılmışlar.
Qeyd etmək lazımdır ki, Diaq-
nostika-Müalicə Mərkəzində Kar-
diocərrahiyyə şöbəsi açıldıqdan sonra
yüzlərlə xəstə üzərində angioqrafiya
əməliyyatı aparılmış, daralmış ürək
damarları balonla genişləndirilmiş,
stendlər, kardiostimulyatorlar qo-
yulmuş, müxtəlif anadangəlmə və
qazanılmış ürək qüsurları aradan
qaldırılmış, həmçinin ürəyin işemik
xəstəlikləri zamanı açıq ürək əmə-
liyyatı yolu ilə xəstələrin həyatı
xilas edilmişdir. Angioqrafiya kimi
mürəkkəb diaqnostik müayinə və
laparostik əməliyyatlar mərkəzin öz
həkimləri tərəfindən də müvəffə-
qiyyətlə aparılmaqdadır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində
növbəti angioqrafiya əməliyyatları aparılıb
2
Dünya əhalisinin sayının get-
dikcə artmasına baxmayaraq, bu
gün insanlar əvvəlki əsrlərə nis-
bətən daha yüksək həyat səviy-
yəsinə malikdirlər. Bəziləri düşü-
nürlər ki, dünyada mövcud olan
təbii ehtiyatların getdikcə tükən-
məsi həyat səviyyəsinin aşağı düş-
məsi ilə nəticələnəcək. Amma ha-
zırkı iqtisadiyyatı əvvəlki ilə mü-
qayisə etsək, aydın olar ki, inno-
vasiya iqtisadiyyatı şəraitində və
texnoloji tərəqqi nəticəsində is-
tehsal ehtiyatlarımız təkmilləşərək
daha qənaətcil işləyir, bərpa edilə
bilməyən ehtiyatlar müxtəlif eh-
tiyatlarla əvəzlənir.
Dünya iqtisadiyyatında əldə
olunan nailiyyətlər və məhsuldar-
lığın artması informasiya texno-
logiyaları və internetin sürətli in-
kişafı ilə əlaqələndirilir. Bu gün
sahibkar operativ olaraq dünyada
istehsal edilən yeni məhsul və
xidmətlər haqqında informasiya
alır, daha məhsuldar texnologiya-
larla tanış olur, müxtəlif yerli və
xarici müəssisələrlə virtual əlaqə
yaradaraq öz bazarını axtarır, in-
ternet vasitəsilə satış prosesini hə-
yata keçirir. Nəticədə, müstəqillik
illərinin əvvəllərində üstünlük təş-
kil edən kommersiya sahibkarlığı
öz yerini istehsal sahibkarlığına
ötürməklə ölkənin iqtisadi inki-
şafına böyük töhfələr verir.
İnsanların yaradıcılıq potensi-
allarından istifadə etmək məqsədilə
innovasiya sahibkarlığını inkişaf
etdirmək dövlətin qarşısında duran
prioritet vəzifələrdən biridir. Cə-
miyyətin inkişafının əsasını in-
formasiya və elmi-texniki tərəqqi
təşkil etdiyindən dövlətin də so-
sial-iqtisadi siyasətinin əsasını ha-
zırkı dövrdə innovasiya siyasəti
təşkil edir və bu istiqamətdə əhə-
miyyətli investisiyalar qoyularaq
müxtəlif proqram və layihələr hə-
yata keçirilir. İnnovasiya siyasəti
yeni elmi ideyaların təcrübədə tət-
biqi ilə innovasiya sahibkarlığının
inkişafı üçün geniş imkanlar açır,
müasir standartlara uyğun məhsul
istehsalını təmin etməklə iqtisadi
səmərəliliyi yüksəldir və ixrac po-
tensialını genişləndirir.
Bu məqsədlə ölkə Prezidenti
cənab İlham Əliyev tərəfindən
təsdiq edilmiş “Azərbaycan Res-
publikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strate-
giya”nın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı”nda inno-
vasiya siyasətinin aparılması, el-
min, təhsilin və istehsalın inteqra -
siyasının təmin edilməsi nəzərdə
tutulmuşdur. Bunlarla yanaşı, elmin
inkişafı üzrə Milli Strategiyada
innovasiya fəaliyyəti infrastruk-
turunun inkişaf etdirilməsi, o cüm-
lədən texnoparklar, texnoloji mər-
kəzlər, biznes inkubatorları şəbə-
kəsinin genişləndirilməsi də bir
vəzifə kimi qarşıya qoyulmuşdur.
Milli Strategiyanın həyata keçiril -
məsi ilə bağlı Dövlət Proqramının
icrasına dair Tədbirlər Planında
isə elmi-tədqiqat işlərinin isteh-
salata tətbiqini sürətləndirmək
üçün texnoparkların yaradılmasına
dair təkliflərin və müvafiq nor-
mativ-hüquqi sənədlərin hazırlan-
ması Azərbaycan Milli Elmlər
Akademiyasına və digər əlaqədar
təşkilatlara tapşırılmışdır. Səna-
yeləşmə sahəsində yeni dövrün
başlanğıcı olaraq, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin
Sumqayıtda və Balaxanıda sənaye
parklarının yaradılması ilə bağlı
müvafiq fərman və sərəncamları
innovasiya sahibkarlığının, yüksək
texnologiyalara əsaslanan müəs-
sisələrin təşkil edilməsinə güclü
stimul olmuşdur.
İnnovasiya prosesi yeni məh-
sulların mənimsənilməsi, buraxılan
məhsulun modernləşdirilməsi, yeni
istehsal vasitələrinin istehsal pro-
sesinə cəlb edilməsi, istehsalın
təşkili və idarə olunmasının daha
mükəmməl formaları ilə əlaqəlidir.
Həyata keçirilən bu proseslər nə-
ticəsində məhsulun çeşidi təzələ-
nərək onun rəqabət qabiliyyəti
artır, nəticədə, əhalinin tələbatı
ödənilir, istehsalın səmərəliliyi
yüksəlir, məhdud resurslardan qə-
naətlə istifadə olunur, istehsal
xərcləri azalmaqla mənfəət artır
və sosial-iqtisadi inkişaf təmin
edilir. İnnovasiya prosesinin son
məqsədi yeni məhsulun istehsal
qabiliyyətini yüksəltməklə kütləvi
istehsala nail olmaqdır. Uğurlu
fəaliyyət nümayiş etdirmək istəyən
hər bir sahibkarın istehsala inno-
vasiyanı tətbiq etməsi vacib şərtdir.
Bunun üçün böyük çevikliyə ma-
lik olması ilə məhsul çeşidinin
durmadan təzələnməsi, istehsalda
qabaqcıl texnologiyadan istifadə
etməklə əmək məhsuldarlığının
və keyfiyyətin artırılması, yerli
xammaldan istifadə edərək tədarük
xərclərinin azaldılması üçün is-
tehsalın idarə edilməsinin təkmil-
ləşdirilməsi, həmçinin satışdan
sonrakı xidmətin təşkili müəssi-
sənin qarşısında duran mühüm
vəzifələrdən olmalıdır.
İnnovasiya iqtisadiyyatı şərai-
tində sahibkar daim risk etməyə
hazır olmalı, başqalarının edə bil-
mədiklərini əvvəlcədən görə bil-
məli, istehlakçıların etibarını qa-
zanmalı, özünəinamlı olmalı və
daim yeniliklər axtarmalıdır. Onlar
daim axtarışda olan işgüzar in-
sanlar olmaqla yeni məhsulların,
texnologiyanın, biznesin yeni for-
malarını yaradan, yeni ideyaları
və layihələri həyata keçirənlərdir.
Sahibkarlıq fəaliyyəti həmişə ye-
niliklə və yeniliyin tətbiqi ilə bağlı
olan dinamik prosesdir. Ən az
məsrəflə, əməyin və istehsalın təş-
kilinin ən səmərəli üsullarını tətbiq
etməklə tələbata uyğun məhsullar
istehsal etdiyi və istehlakçıya yük-
sək keyfiyyətli xidmət göstərdiyi
üçün sahibkarlıq fəaliyyəti səmərəli
təsərrüfat formasıdır. İqtisadiyyatın
dinamik inkişafının təmin edil-
məsində, iqtisadi tərəqqinin daha
sürətli xarakter almasında inno-
vasiya sahibkarlığının fəaliyyəti
əvəzedilməz əhəmiyyətə malikdir.
İnkişaf etmiş ölkələrdə elmi-texniki
tərəqqinin inkişafı məhz innovasiya
sahibkarlığı ilə bağlıdır.
Dünya standartlarına malik olan
texnologiya məhsuldarlığın əsas
amili olmaqla, işçi qüvvəsinə tə-
ləbatı azaldaraq istehsal xərclərini
aşağı salır, rəqabətədavamlı məhsul
istehsal etməyə şərait yaradır və
işçilərin başqa məhsul və xidmət
istehsal etməkdə iştirakına imkan
verir. Əhalinin həyat səviyyəsi is-
tehsal edilən məhsul və xidmətin
həcmi ilə ölçüldüyündən bu proses
sosial-iqtisadi inkişafla nəticələnir.
Müasir iqtisadi şəraitdə Nax-
çıvan Muxtar Respublikasında sə-
naye, kənd təsərrüfatı, tikinti, so-
sial-mədəni və digər sahələrdə
yeni nəsil texnologiyaların tətbiqi
ilə keyfiyyətli məhsul və xidmət-
lərin istehsalına nail olunmuş, in-
novasiya, modernləşmə, müasir-
ləşmə nəticəsində davamlı və da-
yanıqlı inkişaf təmin edilmişdir.
Muxtar respublikada yerli sa-
hibkarlığın inkişafı istiqamətində
həyata keçirilən tədbirlərlə əlaqədar
olaraq, hər il onlarca layihələr re-
allaşdırılaraq müasir texnologiya-
larla təmin olunmuş innovasiya-
yönümlü müəssisələr yaradılmışdır.
Nəticədə, xarici ticarət dövriyyə-
sinin strukturunda ciddi dəyişiklik
baş vermiş, idxalda üstünlük təşkil
edən ərzaq məhsulları öz istiqa-
mətini avadanlıq və texnologiya-
lara doğru dəyişmişdir ki, bu da
istehsalın avtomatlaşdırılması ilə
dünya standartlarına uyğun ix-
racyönümlü məhsulların istehsa-
lının artmasına öz müsbət təsirini
göstərmişdir.
İstehsala innovasiyaların tətbiqi
nəticəsində bu gün muxtar res-
publikada 30-dan çox ixrac po-
tensiallı istehsal müəssisəsi fəa-
liyyət göstərir. Belə müəssisələrin
artaraq səmərəli fəaliyyət göstər-
məsi nəticəsində xarici ticarət döv-
riyyəsinin həcmi cari ilin ilk 9
ayında ötən ilin müvafiq dövrü
ilə müqayisədə 8,7 faiz artaraq
xarici ticarət dövriyyəsi üzrə 191
milyon 519 min ABŞ dolları həc-
mində müsbət saldo yaranmışdır.
Xarici ticarət dövriyyəsinin 19,5
faizini idxal, 80,5 faizini ixrac
təşkil edir.
Sahibkarlığın inkişafı məqsədilə
həyata keçirilən tədbirlər nəticə-
sində son 12 il ərzində Sahibkarlığa
Kömək Fondunun vəsaiti hesabına
1066 layihənin maliyyələşdirilmə-
sinə 86 milyon manatdan artıq gü-
zəştli kredit verilmişdir. Təkcə
2012-ci ilin ilk doqquz ayında fon-
dun hesabına müasir texnologiya-
larla təmin olunmuş 16 istehsal
və xidmət sahəsi istifadəyə veril-
mişdir. Hər yeni açılan istehsal,
emal və xidmət müəssisəsi muxtar
respublikanın sosial-iqtisadi inkişaf
istiqamətində qazandığı yeni bir
uğur hesab olunmaqla daha bir və
ya bir neçə idxal məhsuluna tələbatı
minimuma endirərək idxaldan ası-
lılığın azaldılmasına, onlarla iş ye-
rinin açılmasına şərait yaradır.
Eyni zamanda milli valyutamızın
xarici ölkələrə axınının qarşısının
alınması ilə bu vəsaitlərin yenidən
dövriyyəyə qayıtması və investi-
siyaya yönəldilməsi dünya baza-
rına uyğun yeni məhsul istehsal
etməyə imkan verir. Əmtəə, xidmət
və müəssisənin rəqabətqabiliyyətli
olması, bütövlükdə, ölkənin də rə-
qabətqabiliyyətliliyini artırır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin hər yeni müəs-
sisənin açılışında iştirak etməsi,
müəssisənin iş prosesi ilə tanış ol-
ması muxtar respublikada sahib-
karlıq fəaliyyətinə verilən dəstək,
göstərilən diqqət və qayğının əyani
təzahürü, sahibkarlıq məsuliyyə-
tinin artırılmasına isə bir işarədir.
Bu ənənəni davam etdirən muxtar
respublika rəhbəri fikrini belə ifadə
edir: “İndi bizim qarşımızda bir
vəzifə var. O da sahibkarlıq struk-
turlarında fəaliyyəti genişləndir-
məklə ölkəmizin, eləcə də muxtar
respublikamızın iqtisadi qüdrətini
artırmaqdan, bununla yanaşı,
əhalinin rifah halını daha da yax-
şılaşdırmaqdan ibarətdir”.
Deməli, daha yaxşı və firavan
həyat üçün sahibkarlığın inkişaf
etdirilməsinin əhəmiyyətini dərin-
dən anlayaraq hər sahibkar üzə-
rinə düşən vəzifəni layiqincə yerinə
yetirməlidir.