salaraq susqun halda kənarlaşdı. Fəqət həlledici qələbə
qazandığını dərk edən qonaq uğurunu inkişaf etdirmək
istədi:
— Mən öz tərəfimdən hesab etmirəm ki, Londonun
əyalətlər qarşısında hansısa ciddi bir üstünlüyü var —
əlbəttə, mağazalar və əyləncələr nəzərə alınmasa.
Əyalətdə yaşamaq xoşdur, doğrudurmu, mister Binqli?
downloaded from KitabYurdu.org
57
— Mən əyalətdə olarkən, — o, cavab verdi, — oradan
çıxıb getmək istəmirəm. Ancaq nə vaxt yolum paytaxta
düşür, eyni hissləri keçirirəm. Buranın da, oranın da yaxşı
tərəfləri var. Mən orada da, burada da eyni cür məsud ola
bilərəm.
— Bəli, ancaq bu sizin sağlam düşündüyünüzə
görədir. Bu centlmen isə, — o, Darsiyə baxdı, — əyalət
həyatına yuxandan baxır.
— Siz yanılırsınız, xanım, — Elizabet anasının yerinə
qızara-qızara müdaxilə etdi. — Siz mister Darsini yanlış
anladınız. O, yalnız onu demək istədi ki, şəhərdə olduğu
ilə müqayisədə əyalətdə müxtəlif insanlarla daha az
rastlaşırsan, bununla, əlbəttə ki, siz də razılaşarsınız.
— Əlbəttə, mənim əzizim, heç kim böyük
müxtəliflikdən bəhs etmir. Yeri gəlmişkən, tanışlı
dairəsinə gəlincə, inanmıram ki, o burada başqa yerdə
olduğundan azdır. Bizi iyirmi dörd evə nahar etməyə
dəvət edirlər.
Əgər Elizabetin hisslərinə mərhəmət etməyi lazım
bilməsəydi, çətin ki, mister Binqli bu yerdə sifətinin ciddi
ifadəsini qoruyub saxlaya bilərdi. Onun bacısı bu qədər
incə və həssas deyildi və mister Darsiyə xeyli ifadəli
təbəssümlə baxırdı. Anasının düşüncələrini yeni məcraya
yönəltmək üçün nəsə bir şey fikirləşməyə səy göstərən
Elizabet missis Bennet dən soruşdu ki, o olmadığı
müddətdə Şarlotta Lukas onlara gəlməyib ki.
— Oh, bəli, dünən o atası ilə bizdə idi. Bu ser Uilyam
çox əziz bir insandır, doğrudurmu, mister Binqli? Əsl
downloaded from KitabYurdu.org
58
kübardır,
alicənab və lütfkar! O, həmişə hər bir insana deməyə söz
tapır. Məncə, yaxşı zövq örnəyi odur! Özləri haqqında
Allah bilir, nələr düşünən, hətta ağızlarını açmaq
istəməyən şəxslər əbəs yerə güman edirlər ki, onlar yaxşı
tərbiyə alıblar.
—
Şarlotta sizinlə nahar etdi?
— Yox, o, evə tələsirdi. Yəqin ki, onun qulluqçuya
piroq hazırlamaqda kömək etməsi lazım idi. Bizə gəlincə
isə, mister Binqli, mən elə qulluqçular saxlayıram ki, öz
işlərinin öhdəsindən özləri gəlirlər. Bəli, mənim qızlarım
başqa cür tərbiyə alıblar. Yeri gəlmişkən, hər kəs
bacardığı kimi hərəkət edir. Bununla belə, Lukas bacıları
çox şirindirlər, sizi əmin edə bilərəm. Nə acıdır ki, onlar
gözəl deyillər. Mən demirəm ki, Şarlotta tamam
eybəcərdir — o bizim ən yaxşı rəfiqəmizdir.
— Mənə elə gəlir ki, o, çox xoş bir gənc qadındır, —
Binqli dedi.
— Oh, əlbəttə! Ancaq siz inkar etməyəcəksiniz ki, o
idbardır. Bunu ledi Lukas da etiraf edir və mənim
Ceynimin gözəlliyinə həsəd aparır. Qızımı tərifləmək
istəməzdim, ancaq Ceyn barədə danışmaq lazımdırsa,
deyə bilərəm ki, belə gözəli
hələm-hələm tapa bilməzsən. Bu barədə hər addımbaşı
eşidə bilərsən — özüm də özümə inanmazdım. Onun 15
yaşı tamam olanda biz Londonda qardaşımın yanında
yaşayırdıq. Təsəvvür edin, orda bir centlmen vardı, ona
dəlicəsinə vurulmuşdu. O gözləyirdi ki, biz getməzdən
downloaded from KitabYurdu.org
59
öncə centlmen ona evlənmək təklif edəcək. Düzdür, bu,
baş vermədi, ola bilər ona görə ki, Ceyn həddən artıq gənc
idi. Əvəzində o, qıza şeirlər həsr etdi — bilirsiniz, sadəcə,
ecazkar şeirlər idi.
— Elə bununla da macəra bitdi, — Elizabet tələsik
sözə qarışdı. — Düşünürəm ki, bu, o cür qurtaran yeganə
sərgüzəşt
deyil. Maraqlıdır, poeziyanın sevgini
öldürdüyünü birinci kim kəşf edib?
— Mən poeziyanı məhəbbət üçün bəsləyici mühit
saymağa adət etmişəm, — Darsi dedi.
— Bəli, möhkəm, sağlam və ehtiraslı məhəbbət üçün
ola bilər. Artıq möhkəmlənən sevgi isə nəylə olsa,
qidalana bilər. Ancaq yüngül meyildən danışsaq, əminəm
ki, bir yaxşı sonetdən sonra ondan əsərəlamət qalmaz.
Darsi gülümsədi. Ortaya çökmüş sükutda Elizabet
həyəcanla anasının necəsə yeni bir nəzakətsizlik
edəcəyini gözləyirdi. Missis Bennet gerçəkdən də
danışmağı çox istəyirdi, ancaq beyninə heç bir şey
gəlmədi. Müəyyən pauzadan sonra o, Ceynin qayğısına
qaldığına görə mister Binqliyə yenidən minnətdarlığını
bildirdi və üstəlik, Lizzinin də onlar üçün narahatlıq
yaratmasına görə üzrxahlıq etdi. Binqli cavablarında
səmimi olaraq lütfkar idi, kiçik bacısını da nəzakətli
olmağa vadar edirdi və miss Binqli bu kimi hallara uyğun
olan bütün ifadələri işlədirdi. O öz rolunu xüsusi səy
göstərmədən oynasa da, missis Bennet tamamən məmnun
qaldı və onlara tezliklə ekipaj verilməsini xahiş etdi.
Həmin vaxt siqnala bəndmiş kimi onun balaca qızı çıxış
downloaded from KitabYurdu.org
60
etdi. Kitti və Lidiya bütün ziyarət boyunca öz aralarında
pıçıldaşırdılar. Eyni zamanda onlar razılaşmışdılar ki,
kiçik qız mister Binqliyə Hardfordşipdə olduğu vaxt söz
vermiş olduğu Nezerfilddə bal təşkil etmək məsələsini
xatırlatmalıdır.
Hündürboy, qəşəng, 15 yaşlı Lidiya anasının sevimlisi
idi. Məhz bu bağlılığın sayəsində o bu qədər gənc yaşda
kübar
cəmiyyətə ayaq açmışdı. Onun fitri fərasətliliyi və
ünsiyyətcilliyi əmilərinin babat naharlarının cəlb etdiyi
zabitlərin diqqət və özünün anadangəlmə yüngülxasiyyət
olması sayəsində təkəbbürə çevrilmişdi. Ona görə də onun
mister Binqli ilə bal haqda danışması və onun öhdəliyini
yadına salması, əgər sözünü tutmasa, bunun rüsvayçı səhv
ola biləcəyini əlavə etməsi elə də çətinlik törətmirdi.
Binqlinin bu gözlənilməz həmləyə cavabı missis Bennetin
qulağına olduqca xoş gəldi.
— İnanın, mən öz vədimi məmnuniyyətlə yerinə
yetirəcəyəm. Miss Bennet sağalan kimi xahiş edəcəyəm
ki, bu bayram üçün gün seçməyə məhz siz lütf edəsiniz.
Ancaq nə qədər ki o xəstədir, güman edirəm özünüz də
rəqs etmək istəməzdiniz.
Lidiya onun sözlərindən tamamilə məmnun qaldığını
bildirdi.
— Bəli, ən yaxşısı Ceynin sağalmasını gözləməkdir.
Bundan əlavə, o vaxta qədər kapitan Karter Meritona
qayıda bilər. Sizin baldan sonra, — o, əlavə etdi, — mən
onları da bal təşkil etməyə
downloaded from KitabYurdu.org
61
vadar edərəm. Polkovnik Forsterə də belə deyərəm ki,
boyun qaçırması ayıb olar.
Bundan sonra missis Bennet və qızları getdilər,
Elizabet isə dərhal Ceynin yanma qayıdaraq, iki lediyə və
mister Darsiyə onun və doğmalarının barəsində maneəsiz
qeybət etmək imkanı yaratdı. Yeri gəlmişkən, miss
Binqlinin Elizabetin “füsunkar gözləri” barədəki bütün
tikanlı atmacalanna baxmayaraq, qadınlar mister Darsini
onun barəsində nəsə bir mühakimə yürütməyə məcbur edə
bilmədilər.
X
FƏSİL
Günün yerdə qalan hissəsi təxminən ötən gün kimi keçdi.
Missis Hörst və miss Binqli günün birinci yarısında bir
neçə saat yavaş-yavaş yaxşılaşmaqda olan xəstənin
yanında keçirdilər. Axşam Elizabet cəmiyyətin toplaşdığı
qonaq otağına endi. Bu dəfə kart masası yox idi. Mister
Darsi məktub yazırdı, onunla yanaşı oturan miss Binqli
onun qələmini izləyirdi və bacısına çatdırmağı xahiş
etdiyi müxtəlif arzulan ilə daima onun diqqətini
yayındınrdı. Mister Hörst və mister Binqli piket
oynayırdılar, missis isə onların oyununa tamaşa edirdi.
Elizabet tikişlə məşğul ola-ola, mister Darsi və onun
qonşusunun arasında baş verənlərə qulaq verərək xeyli
dərəcədə məmnun qaldı. Onun xətti, sətirlərin rəvanlığı və
ya məktubun genişliyi barədə ledinin fasiləsiz coşqulu
iradları və centlmenin təriflərə tam laqeyd cavablan
maraqlı dialoq əmələ gətirirdi və Elizabetdə onun
iştirakçılannm xasiyyətləri barədə yaranmış təsəvvürə
downloaded from KitabYurdu.org
62
dəqiqliklə uyğun gəlirdi.
—
Miss Darsi bu məktuba çox sevinəcək!
Sükut.
—
Siz qeyri-adi şəkildə iti yazırsınız.
—
Yanılırsınız. Mən kifayət qədər asta-asta yazıram.
— Allah xatirinə, bacınıza yazın ki, mən onu çox
görmək istəyirəm.
— İl ərzində nə qədər məktub yazmalı olursunuz!
Hələ bir də işgüzar məktublar! Təsəvvür edirəm, bu necə
yorucu işdir.
— Olsun, sizin xoşbəxtliyinizdən, mənim qismətimə
bu düşüb.
—
Mən bunu artıq sizin xahişinizlə yazmışam.
— Məncə, sizin qələminiz pisdir. Verin, mən onu
itiləyim. Mən qələmi əla itiləməyi öyrənmişəm.
— Təşəkkür edirəm, ancaq mən həmişə qələmi öz
əlimlə itiləyirəm.
—
Siz belə səlis yazmağı necə bacarırsınız?
O susurdu.
— Bacınıza yazm ki, onun arfa çalmaqda qazandığı
uğurlar məni çox sevindirib. Lütfən, çatdırın ki, onun
süfrələr üçün
saldığı naxışlardan vəcdə gəlmişəm və onları miss
Qrantlinin rəsmlərindən daha uğurlu sayıram.
— İcazə verərsiniz sizin vəcdlərinizi növbəti məktuba
saxlayım? Mənim burada artıq onlar üçün münasib yerim
qalmayıb.
— Oo, qoy bu, sizi narahat etməsin. Mən yanvarda
downloaded from KitabYurdu.org
63
onunla görüşəcəyəm. Deyin, mister Darsi, siz ona həmişə
bu cür nəfis şəkildə uzun məktub yazırsınız?
— Bəli, onlar kifayət qədər genişdir, amma nə qədər
nəfisdir, bunu mən deyə bilmərəm.
— Özlüyündə təbii olaraq mənə elə gəlir ki, bu qədər
asanlıqla uzun məktub yaza bilən insan onu pis yaza
bilməz.
— Darsi üçün bu kompliment deyil, Kerolayn, —
onun qardaşı söhbətə qarışdı, — onun məktub yazması elə
də asan başa gəlmir. O, hər zaman dördhecalı sözlər
axtarmağa həddən artıq çalışır, — elə deyilmi, Darsi?
— Mənim məktubumun stili, əlbəttə ki, sizinkindən
fərqlənir.
— Oo, miss Binqli səsləndi, — Çarlz elə yarıtmaz
yazır ki, heç kim onun kimi yazmır. Sözlərin bir yarısını
yeyir, ikinci yansını pozur.
— Fikirlər başımda elə sürətlə fırlanır ki, onlan ifadə
edib yazmağı çatdırmıram. O üzdən mənim məktublarım
bəzən ünvanlandığı adamlara heç bir fikir çatdırmır.
—
Sizin təvazökarlığınız, mister Binqli, — Elizabet
dedi,
— istənilən tənqidçinizi tərk-silah edərdi.
—
Göstərmə təvazökarlıqdan daha aldadıcı heç nə
yoxdur,
— Darsi dedi. — Çox olur ki, onun altında başqalarının
rəyinə biganəlik, hərdən də pərdələnmiş lovğalıq gizlənir.
— Mənim mütəvazi mühakimlərimi siz necə
adlandırırsınız?
downloaded from KitabYurdu.org
64
— Əlbəttə ki, pərdələnmiş lovğalıq. Siz axı ürəyinizin
dərinliyində öz məktublarınızın çatışmazlıqları ilə qürur
duyursunuz. Siz hesab edirsiniz ki, onları düşüncələrin
itiliyi və icranın yarıtmazlığı doğurur — xüsusiyyət
tərifəlayiq olmasa da, hər halda cazibədarlıqdan məhrum
deyil. Nəyisə qısa zamanda etmək bacarığı onun sahibi
tərəfindən, çox vaxt icra
edilmənin keyfiyyətindən asılı olmayaraq həmişə yüksək
qiymətləndirilir. Axı siz bu gün səhər missis Bennetə
bəyan edəndə ki, əgər Nezerfildi tərk etmək fikri
beyninizə yeriyərsə, burda beş dəqiqə belə ləngiməzdiniz,
onda özünüzü ən uyğun işıqda göstərmək istəyirdiniz.
Mahiyyətcə vacib işlərin başa çatdırılmamış qala biləcəyi
və ondan nə özünə, nə kimsəyə başqalarına fayda
olmayacağı tələskənlikdə öyünməli nə var?
— Ancaq bu, səhər-səhər deyilmiş sözə görə axşam
qınaq eşitmək artıq əndazədən aşmış oldu, — mister
Binqli dilləndi,
— şərəfimə and içirəm ki, o vaxt özüm barədə dediyim
sözə inanırdım və bu saat da inanmaqda davam edirəm.
Bir də, hər halda ifrat tələskənliyim haqda danışmağım
xanımlann qarşısında lovğalanmaqdan ötrü deyildi.
— Şübhə etmirəm ki, siz buna inanırdınız. Ancaq mən
tam əmin deyiləm ki, siz o qədər zirəkliklə gedərdiniz.
Sizin davranışınız istənilən başqa adamın davranışı kimi
durumdan asılı olardı. Əgər atın belinə atıldığınız həmin
vaxt böyürdən bir dost çıxsaydı və “Binqli, bir həftə daha
qalmağınız daha yaxşı olmazmı” desəydi, ola bilər, siz o
downloaded from KitabYurdu.org
65
cür də hərəkət edərdiniz və
heç yerə getməzdiniz, başqa sözlə, bütöv bir ay boyunca
ilişib qalardınız.
— Siz yalnız sübut etdiniz ki, mister Binqli özü özünə
qarşı ədalətli deyil, — Elizabet səsləndi. — Siz onu onun
özünün etdiyindən daha çox tərənnüm etdiniz.
— Mənə xoşdur ki, siz dostumun sözlərini
xasiyyətimin yumşaqlığının tərifinə döndərirsiniz, —
Binqli dedi. — Ancaq qorxuram ki, onun sözlərinə sizin
verdiyiniz yozum Darsinin onlarla yerləşdirdiyi fikirlərlə
birbaşa tərs mütənasibdir. O, əlbəttə, düşünür ki, bu kimi
hallarda mənim üçün ən yaxşısı qəti şəkildə imtina etmək
və bacardıqca tez çapıb getməkdir.
— Məgər mister Darsi hesab edir ki, sizin ilkin
qəranmzdakı səfehlik, onu yerinə yetirdiyiniz inadkarlıqla
ödəşə bilərdi?
— Sözün düzü, burada məsələ nədədir, mənə məlum
deyil. Ən yaxşısı, qoy Darsi özü desin.
— Siz istəyirsiniz ki, mənə aid etdiyiniz, amma mənim
dilə gətirmədiyim rəyi müdafiə edim. Ancaq tutalım,
məsələ siz dediyiniz kimidir. Siz xatırlayırsınızım, miss
Bennet, biz
ehtimal etdik ki, misterin öz gedişini təxirə salmasını
istəyən dost yalnız arzu, xahiş bildirdi və hətta bu xahişlə
heç nə izah etmədi.
— Məgər siz dostun tövsiyəsinə asanca güzəştə
getməyə hazır olmaqda bir ləyaqət görmürsünüz?
— Məntiqsiz güzəşt hər ikisinin əqli qabiliyyətinə
downloaded from KitabYurdu.org
66
şərəf gətirməzdi.
— Mənə elə gəlir ki, mister Darsi, siz dostluğun və ya
bağlılığın təsirini qiymətləndirmirsiniz. Bu arada
iltimasçıya hörmət insanı tez-tez həmin xahişi, nə
dərəcədə əsaslandırılmasına varmadan yerinə yetirməyə
vadar edir. Mən mister Binqliyə münasibətdə ehtimal
etdiyiniz hadisəni nəzərdə tutmuram. Biz belə bir
durumun gerçəkdə yaranmasını gözləyə bilərik və o
zaman onun hərəkətinin məqbul olması barədə fikir
yürüdə bilərik. Ancaq ümumiyyətlə desək, əgər kimsə
dostundan o qədər də mühüm olmayan addımdan imtina
etməyi xahiş edərsə və o, məntiqli dəlilsübut istəmədən
ona güzəştə gedərsə, məgər siz buna görə onu mühakimə
edərdiniz?
— Bu məsələni daha da müzakirə etməzdən öncə
xahişin əhəmiyyətini, eləcə də dostlar arasındakı
yaxınlığın dərəcəsini dəqiq müəyyən etməli deyilikmi?
— Tamamilə zəruridir! — Binqli səsləndi. — Gəlin
bütün xırdalıqlar, hətta dostların boy və gücü barədə də
unutmadan hər şey haqqında şərtləşək. Bu, missis Bennet,
ilk baxışdan göründüyünə nisbətən daha böyük əhəmiyyət
kəsb edə bilər. İnanın ki, Darsi mənimlə müqayisədə bu
cür yekəpər olmasaydı, mən onunla az hesablaşardım.
Məlum hallarda və müəyyən yerlərdə, etiraf edirəm, o,
adamı qorxmağa vadar edir
— xüsusilə də bazar axşamları heç bir işinin olmadığı öz
evində.
Darsi gülümsədi, ancaq Elizabet onun ürəyinin
downloaded from KitabYurdu.org
67
dərinliyində incidiyini hiss etdi və gülüşünü boğdu. Miss
Binqli ona qarşı yol verilmiş həqarətə görə hiddətləndi və
bu axmaq çərənləmə üçün qardaşını yamanladı.
— Mən sizin planı çözdüm, Binqli, — onun dostu
dedi,
— Bizim mübahisə sizin xoşunuza gəlmir və siz bu üsulla
onu bitirmək istəyirsiniz.
— Ola bilər. Mübahisələr disputlara çox bənzəyir. Siz
və miss Bennet mən otaqdan çıxana qədər öz dartışmanızı
təxirə salsanız, sizə minnətdar olaram. O zaman siz
mənim barəmdə istədiyiniz hər şeyi danışa bilərsiniz.
— Sizin xahiş, — Elizabet dedi, — mənim tərəfimdən
qurban tələb etmir. Əgər məktubunu tamamlamağa nail
olsaydı, bu, mister Darsi üçün isə daha yaxşı olardı.
Mister Darsi onun məsləhətindən istifadə edərək,
məktubunu axıra qədər yazıb başa çatdırdı.
Sərbəstləşdiyi vaxt o, miss Binqli və Elizabetdən
büsatı bir qədər musiqi ilə əyləndirməyi xahiş etdi. Miss
Binqli fortepianoya doğru yönəldi və nəzakətlə birinci
çıxışı Elizabetə təklif etdi, ancaq onun eyni lütfkarlıqla,
daha artıq səmimiyyətlə imtina etməsindən sonra musiqi
alətinin arxasında əyləşdi.
Missis Hörst bacısı ilə oxuyurdu. Onlann ikisinin də
məşğul olduğu vaxt Elizabet fortepianonun üstünə
dağılmış notları yığışdırarkən istəristəməz mister
Darsinin nəzərlərinin tez-tez öz üzərində dayandığını
sezirdi. O, heç cür ehtimal edə
bilmirdi ki, bu təkəbbürlü insan ondan xoşlanır. Bununla
downloaded from KitabYurdu.org
68
belə, Darsinin ona ikrah hiss edə-edə baxdığı düşüncəsi
Elizabetə elə o qədər ziddiyyətli görünürdü. Axırda o,
Darsinin diqqətini onunla əsaslandırmalı oldu ki, o, hər
şeydən çox hazırda evdə olan insanların içində öz zövq və
baxışlarının məhz onunku ilə uyğun gəlmədiyini hiss
edib. Bu əqli tapıntı onu bir misqal da üzmədi. Darsi onun
üçün o qədər xoşagəlməz idi ki, qız özü barədə onun
qənaəti ilə hesablaşmağa hazırlaşmırdı.
Bir neçə italyan ariyası oxuduqdan sonra miss Binqli
müxtəliflik üçün şən şotland havaları çalmağa başladı.
Demək olar ki, o dəqiqə mister Darsi Elizabetə yanaşdı və
dedi:
— Miss Bennet, fürsətdən istifadə edərək tağalaq rəqsi
etmək istərdinizmi?
Qız heç bir cavab verməyərək gülümsədi. Onun
susqunluğuna təəccüblənən Darsi sualını təkrarladı.
— Mən sizi çox yaxşı eşitdim, — o dedi. — Sadəcə,
dərhal cavab tapa bilmədim. Siz. əlbəttə, istərdiniz ki,
mən dəvətinizi qəbul edərək, mənim aşağı zövqüm barədə
əmin olmağınız üçün sizə xoş bir fürsət verim. Ancaq mən
həmişə bu tipli
tələləri təxmin etməyi və onun müəlliflərini gözlədikləri
həzdən məhrum qoymağı sevmişəm. Bax, ona görə
beynimə gəldi ki, deyim, mən, ümumiyyətlə, tağalaq
rəqsinə dözə bilmirəm. İndi bacarırsınızsa, məni
mühakimə edin!
İnanın, mən bütün hallarda sizi mühakimə edə
bilməzdim!
downloaded from KitabYurdu.org
69
Sözlərinin onu incitməli olduğunu düşünən Elizabet
Darsinin nəzakətliliyindən təəccübləndi.
Ancaq onun davranışında işıq saçan bu cazibədar
məkrlilik çətin ki, kimisə incidə bilərdi. Darsi hiss etdi ki,
heç vaxt başqa bir qadına bu qədər çox heyran olmayıb.
Onun özünə də aydın idi ki, əgər Elizabetin qohumları
daha münasib olsaydı, onun qəlbini müəyyən təhlükə
təhdid edərdi.
Miss Binqli qısqanclıq hiss etməyə yetəcək qədər
müşahidə etmiş və ya şübhələnmişdi. Ona görə də onun
əziz rəfiqəsi Ceynin tezliklə sağalmasına dair qaynar
qayğısı, onun bacısı ilə tez bir zamanda xudahafizləşmək
arzusu ilə birləşdi.
O, tez-tez Darsini Elizabetə qarşı yönəltmək üçün
onlann ehtimal olunan nikahı və onun belə bir arvadla
xoşbəxt ola biləcəyi barədə çərənləyirdi.
— Ümidvaram ki, — missis Binqli ertəsi gün səhər
ikilikdə evin yaxınlığında, əkilmiş kolların arasındakı
cığırla gəzişərkən dedi, — bu qədər arzuolunan hadisə baş
verəndən sonra siz qayınanamza hərdən dili dinc
saxlamağın faydalı olduğu barədə eyham etməyə
müyəssər olacaqsınız. Bunun öhdəsindən gəldikdən sonra
balaca bacıların — baldızlarınızın zabitlərin arxasınca
düşmək vərdişini tərgitdirərsiniz. Əgər bu qədər məhrəm
mövzuya toxunmaq imkanı yalnız mənə verilibsə, öz
sevib-seçdiyinizi təkəbbür və utanmazlıqla həmsərhəd
olan şeylərdən çəkindirməyə çalışın.
Bəlkə siz mənə mənim ailə səadətim üçün bir qədər də
downloaded from KitabYurdu.org
70
faydalı olası nəsə məsləhət görəsiniz?
— Ah, əlbəttə! Mütləq Filips əminin portretini
Pemberlidəki qalereyada asarsınız. Təxminən atanızın
əmisi olan hakimin portreti ilə yanaşı bir yerdə. Axı onlar
müxtəlif
tərəflərdə
dursalar da, eyni peşənin
təmsilçiləridir, elə deyilmi? Arvadınız Elizabetin
portretinə gəlincə, onu hətta sifariş verməyə belə cəhd
etməyin. Məgər hansısa bir rəssam kətan
üzərində onun gözəl gözlərini layiqli bir şəkildə həkk
etməyi bacararmı?
— Gerçəkdən onların ifadəsini çatdırmaq elə də asan
deyil. Ancaq yaxşı rəssam onların formasını, rəngini,
qeyri-adi uzun kirpiklərini təsvir edə bilər. Dostları ilə paylaş: |