Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə391/391
tarix30.12.2021
ölçüsü3,37 Mb.
#22836
1   ...   383   384   385   386   387   388   389   390   391


Dil qaydaları.
4-cü tapşırıq. Birinci və dördüncü cümlələrdə Nərgiz və Arzu sözləri insan adları bildir -
diyindən böyük hərflə, ikinci və üçüncü cümlələrdə isə kiçik hərflə yazılır.
Bu tapşırıqların icrasından sonra müəllim sinifdə uşaqların adları ilə bağlı belə sual verir:
– Kimin adını ifadə edən söz cümlədən asılı olaraq həm də kiçik hərflə yazıla bilər?
5-ci tapşırıq. Dərs, ayaq, ana, oyun, dost sözlərindən söz birləşmələri yaradılır və
cümlədə işlədilir.
İş dəftərinin 145-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
İmla mətni:
Dinləmə mətni
Müəllim “Qırmızıpapaq” nağılını səsləndirməmişdən qabaq sual verir:
– Nəyə görə böyüklərin məsləhətinə həmişə qulaq asmaq lazımdır? 
Şagirdlərə tapşırılır ki, həyatda bununla bağlı başlarına gələn, gördükləri,
eşitdikləri hadisələri danışsınlar.
Mətn səhnələşdirilmiş şəkildə sinfə təqdim edilir. Bunun üçün müəllim
şagirdlər arasından 6 “aktyor” (aparıcı, Qırmızıpapaq, onun anası, Canavar,
Qırmızıpapağın nənəsi, ovçu) seçib onları qabaqcadan hazırlaşdırmalıdır.
Şagirdlər evdə xüsusi rekvizitlər (qırmızı papaq, zənbil, canavar maskası və
s.) hazırlamalıdırlar. 
QIRMIZIPAPAQ
(I hissə)
Biri  vardı, biri yoxdu, bir balaca qız vardı. Bu qız çox ağıllı, həm də qoçaq
idi. Nənəsi ad gü nündə ona qırmızı məxmərdən papaq tikib bağışladı. Bundan
sonra qızın adı Qırmızıpapaq qaldı .
Bir gün anası piroq bişirdi və Qırmızıpapağa dedi:
– Gəl bu piroqdan yığım səbətə, apar nənənə.
Qız çox sevindi. Anasının verdiklərini götürüb nənəsinə baş çəkməyə getdi.
Nənə meşənin o başında yaşayırdı. Anası qızın dalınca səsləndi:
– Tanımadığın heç kimlə danışma! Yoldan çıxma, düz get, düz gəl.
– Arxayın ol, ana, – deyə Qırmızıpapaq yola düşdü. 
(1)
Qırmızıpapaq meşədəki cığırla gedirdi. Meşə, doğrudan da, gözəl idi.
Yarpaqların arasından gün düşürdü. Çiçəklər ətir saçırdı. Kəpənəklər çiçəklərə
qonurdu. Qırmızıpapaq ürəyində dedi: “Nənəmə bir dəstə gül də aparım. Hələ
çox tezdir, çatdıraram”. Beləcə, o, cığırdan çıxıb meşənin dərinliyinə getdi. 
(2)
Qəfildən Qırmızıpapağın qarşısına bir Canavar çıxdı. 
– Sabahın xeyir, – Canavar dedi. – Səhər-səhər hara gedirsən belə?
– Nənəmə dəyməyə gedirəm.
– Bəs apardığın nədir?
– Piroq. Nənəm xəstələnib. Piroqu aparıram ki, yeyib cana gəlsin.
– Nənən harda olur, ay Qırmızıpapaq?
– Meşənin o başında, üç palıdın yanında.  
(3)
ULAQ (32 söz)
Qənd yüklü ulaqlar çaydan keçəndə onlardan biri çimmək istədi. Yoldaşları nə
qədər çalışdılarsa, fikrindən dönmədi. Ulaq çayda doyunca çimdi. Yükü əriyib çaya
axdı. Ulaq rahatlıq tapdı. Ancaq ulağın sahibi böyük ziyana düşdü.
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
221
Çap üçün deyil


Canavar:
– Onda sənə yaxşı yol, – deyib öz-özünə fikirləşdi: “Ləzzətli qızdır,
nənəsindən dadlı olar. Ancaq gərək elə kələk işlədim ki, ikisini də yeyim”.
Canavar tez özünü nənənin komasına yetirdi. Daxmanın qapısını döydü.
– Kimdir? – qapının dalından soruşdular.
Canavar incə səslə cavab verdi:
– Mənəm, ay nənə, Qırmızıpapaq. Sənə piroq gətirmişəm.
Nənə dedi:
– Xəstəyəm, dura bilmirəm. Qapını itələ, açılacaq.
Canavar qapını itələyib açdı. Nənənin yatağına yaxınlaşıb qarını yedi.
Sonra onun paltarlarını geyinib yerinə uzandı, özünü gizlətdi. 
(4)
– Qırmızı dairələr olan yerlərdə müəllim tamaşaya pauza verib sinfə suallar verir:
1. Anası Qırmızıpapağı yola salanda ona nə tapşırdı?
2. Bu yerdə Qırmızıpapaq anasının hansı məsləhətinə əməl etmədi?
3. Bəs bu yerdə Qırmızıpapaq anasının hansı məsləhətinə əməl etmədi?
4. Sizcə, bundan sonra nə baş verəcək? 
QIRMIZIPAPAQ
(II hissə)
Qırmızıpapağın qucağı çiçəklə dolmuşdu. Fikirləşdi ki, daha bəsdir, indi
nənəyə dəyməyə gedə bilər.
O, komaya yaxınlaşanda gördü ki, qapı açıqdır. Bir şey başa düşmədi, içəri
girib ucadan dedi:
– Sabahın xeyir!
Ancaq nənədən səs çıxmadı. Onda qız yaxınlaşıb yatağın örtüyünü
qaldırdı. Gördü ki, nənəsi uzanıb, ləçəyini üzünə endirib. Ancaq qarı nə isə
birtəhər görünürdü.
Qırmızıpapaq soruşdu:
– Ay nənə, qulağın niyə belə yekəlib? 
Yataqdan səs gəldi:
– Səni yaxşı eşitməkdən ötrü.
– Bəs gözlərin niyə belə böyüyüb?
– Səni yaxşı görüm deyə.
– Qolların necə də uzundur!
– O da səni yaxşı qucaqlamaq üçündür.
– Bəs ağzın niyə belə yekədir, ay nənə?
– Ondan ötrü ki, səni rahat yeyə bilim.
Bunu deyib Canavar Qırmızıpapağı da yedi.
Doyandan sonra Canavarı yuxu basdı. Yatağa uzanıb dərin yuxuya getdi.
Xorultusu hər yanı bürüdü.
Bu zaman komanın yanından bir ovçu keçirdi. Ovçu daxmadan gələn səsi
eşidəndə mat qaldı. Ola bilməzdi ki, qarı belə bərkdən xoruldasın.
O, pəncərəyə yaxınlaşıb içəri boylandı. Gördü qarının taxtında bir Canavar
yatır.
– Yaxşı əlimə düşmüsən, qoca qurd! – ovçu dedi. – Səni çoxdan axtarırdım!
O, yatan Canavarın qarnını qayçı ilə yardı. Qırmızıpapaqla nənəsi qurdun
qarnından sağ-salamat çıxdılar.
Üçü də çox sevinib bu işdən razı qaldı. Ovçu Canavarın dərisini soyub
evinə apardı. Nənə Qırmızıpapağın gətirdiyi piroqu yeyib sağaldı.
Dərslərin planlaşdırılması
VIII bölmə
222
Çap üçün deyil


Qırmızıpapaq isə başa düşdü ki, böyüyün sözünə qulaq asmaq lazımdır.
Ev tapşırığı. 
Özünüzdən kiçikhəcmli bir nağıl yazın. 
Dərsliyin 203-cü səhifəsindəki 6-cı tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 113. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. Dərslik, səh. 204
Dərs 114. BÖLMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 146-147
Dərs 115. YEKUN QİYMƏTLƏNDİRMƏ. Dərslik, səh. 205-207
Dərs 116. YEKUN QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 148-151
Dərslərin planlaşdırılması
NAĞILLAR ALƏMİNDƏ
223
Çap üçün deyil


Gülşən Orucova
Nərminə Qaragözova
Rafiq İsmayılov
Zahid Xəlilov 
AZƏRBAYCAN DİLİ 
(2-ci sinif)
Müəllim üçün metodik vəsait
Bakı: Altun Kitab, 2014. 224 səh.
Nəşriyyatın ünvanı:
AZ1130, Bakı, Ə.Naxçıvani küçəsi – 15A
www.altunkitab.az
E-mail: altunkitab2004@gmail.com
Çapa imzalanıb: 11.06.2014. Kağız formatı 57x82 1/8.
Fiziki çap vərəqi 28,00. Tirajı 8100 nüsxə.
Çap üçün deyil

Document Outline

  • girish
  • 1
  • 2
  • 3
  • 4

Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   383   384   385   386   387   388   389   390   391




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin