72
Əldə tez yayılır və suda tez təmizlənir. Çirkləri çox asanlıqla əldən çıxarır.
Əllərə
profilaktik təsir göstərir,müxtəlif meyvələrin ekstarktından istifadə olunur.
Bu sabunun əllərə yumşaqlıq verməsi onun tərkibindəki qliserindən irəli gəlir.
Bütün bunlarla yanaşı bu cür sabunların tərkibinə təbii yumşaldıcılar da əlavə
edirlər ki, bu da dərinin yumşaldaılmasında və zərif olmasında çox böyük effekt
göstərir.
Şəkil 31
Tozvari limonlu təmizləyici
[31]
Mətbəx və vanna otağında əvəzolunmaz vasitədir.Qazanların və tavaların
təmizlənməsində bu vasitə mükəmməldir. O əsasən üç maddənin qarışığından
ibarətdir.
1) Dolomit
2) Marlon
3) Tripolifosfat
73
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Yazılmış dissertasiya işindəki tədqiqat işləri bir daha müəyyən edir ki,
məişət kimya mallarının
istifadəsi rahat olsa da, onların müəyyən bir qismi
qablarda və paltarlarda qalır. Bu da istehlakçıların bəzi xəstəliklərə tutulmasına
gətirib çıxarır. Allergiya, dəri xəstəliklərinin əsas yayılmasına səbəb onları
göstərmək olar. Bilirik ki, məişət kimya mallarının tərkibində 30 - 50%-ə qədər
fosfatlar, parabenlər və s. digər kimyəvi maddələr var ki, bu da tullantı
şəklində
sularda, dənizdə canlılara mənfi təsir göstərir.
Dissertasiya işini yazarkən belə bir nəticəyə gəldim ki, hələ də bu sektorda
görməli görülməli işlərimiz işlərimiz çoxdur. Bu nöqteyi nəzərdən də mən bu
silsilələrdən aşağıdakı təklifləri verməyi məqsədə uyğun hesab edirəm:
1. Həyatımızda ən çox istifadə olunan yuyucu vasitələr geniş tətbiq edilir.
Bu baxımdan istehlakçıları qorumaq üçün onların
tərkibindəki zərərli
maddələri çıxarmaq məqsədəuyğun hesab edilirdi.
2. SYV-in istehsalı və istehlakının artırılmasına səbəb istehlakçıların bu
mallara tələbindən irəli gəlir, çünki syv çox üstün cəhətlərə malikdirlər
və bu sektorun yaranmasına zərurət yaradır.
3. SYV istehsalının yüksək texniki - iqtisadi səmərəliliyi təsdiq edilsə də
bir sıra çatışmamazlıqlar var ki, o da
bu vasitələrin tam sintetik
olmasından irəli gəlir.
4. Görkəmli alimlərin tədqiqatları göstərir ki, bu vasitələrin alınması
üsulları, texnologiyasının təkmilləşdirilməsinin daha da yenilənməsi
qaçılmazdır.
5. SYV istehlak xassələrini araşdırarkən, bu bölmənin daha dolğun tədqiq
olunması məqsədəuyğun hesab olunardı.
6. Əmtəəşünaslıq baxımından sintetik
yuyucu vasitələrin istehlak
xassələrinin MDB üzrə iri miqyaslı sayılan Sumqayıt “Məişət kimyası”
istehsalat birliyində SYV-in müasir və iqtisadi baxımdan böyük
74
əhəmiyyət kəsb edir, amma birlikdədi çatışmamazlığın aradan
qaldırılması çox vacib məsələlərdən hesab edilir.
7. Məişət kimya mallarının çatışmayan cəhətlərinin aradan qaldırılması, bu
günün ən mühüm problemi olaraq qalır, bu baxımdan
bü üzrə işlərin
sürətləndirilməsi daha məqsədəuyğun hesab edilərdi.
8. Bildiyimiz kimi SYV-in tərkibində hidrotrop maddələr var. Belə
maddələrin əsas işi səthi aktiv maddələrin suda və qeyri-üzvi duzların
qarışığında həlletmə qabiliyyətinin artırılması ilə bağlıdır. Amma
hidrotropun nə dərəcədə zərərli olduğu hələ də tam öyrənilməyib. Belə
silsilə tədqiqatların davam etdirilməsi qaçılmazdır.
9. Məişət kimya
məmulatları
həm toxuculuq sənayesində, həm
maşınqayırma, neft çıxarılmasında, kənd təsərrüfatında, həm də tibdə
geniş tətbir edilir. Bu da bu sahənin aktuallığını önə çıxarmalıdır.
10. Bu vasitələr ekologiyamızın çirklənməsində çox böyük rol oynayır. Ona
görə də belə malların istehsalı zamanı
buna çox böyük diqqət
yetirilməlidir.
Dostları ilə paylaş: