yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əza-
bından
) nicat tapmazlar!” (ən-Nəhl, 16/116).
Allahın haram buyurduğu şeyə halal demək nə
qədər günahdırsa, halal olan bir şeyə haram demək də
o qədər günahdır. Çünki Allah-Təala heç kimə halal və
haram qılma səlahiyyəti verməmişdir.
26
“Qurani-Kərim”də belə buyurulmuşdur:
(Ya Peyğə mbə rim!) De: “Allahın Öz bə ndə lə ri
üçün yaratdığ ı zinə ti və tə miz (halal) ruzilə ri kim ha-
ram buyurmuş dur?” De: “Bunlar dünyada iman gə -
tirə nlə r üçündür (lakin kafirlə rdə onlardan istifadə edə
bilə rlə r
), qiyamə t günündə (axirə tdə ) isə yalnız mö-
minlə rə mə xsusdur”. Biz ayə lə rimizi anlayıb-bilə n
bir tayfaya belə ə traflı izah edirik. (əl-Əraf, 7/32)..
De: “Allahın sizə ruzi olaraq (göydə n) nə endir-
diyini gördünüzmü ki, onun bir qismini haram, bir
qismini isə halal etdiniz?” De: “(Bunu demə yə ) Allah
Özü sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?”
(Yunus , 10/59 ).
Məhz bu ayələr bizə xəbərdarlıq edir. Allahın qoy-
duğu sərhəddi aşmamağımızı, halal dediyini halal, ha-
ram dediyini də haram qəbul etməyimizi nəsihət edir.
Haramdan çəkinməyən, halalla harama fərq qoy-
mayan insanın duasını Allah qəbul etməz. Haram qa-
zancla edilən yaxşılığın savabı olmaz.
Məhəmməd Peyğəmbər (s.ə.v.) belə buyurur:
“Ey insanlar, Allah tə mizdir, yalnız tə mizi (ha-
lal olanı) qə bul edə r. Allah peyğə mbə rlə rə ə mr etdi-
yini möminlə rə də ə mr etmiş dir”.
Məhəmməd Peyğəmbər (s.ə.v.) sonra bunları
söylədi:
“Aylarla səyahət edən, saçı-başı dağınıq, toz-
torpaq içində (olduğu halda) əllərini göyə doğru
qaldırıb “Ya Rəbbi, Ya Rəbbi” deyə dua edən, hal-
buki yediyi haram, içdiyi haram, geyindiyi haram
olan və haram ilə bəslənmiş olan bu adamın duası
necə qəbul olunacaq?” (Müslim, Zekat, 19; Tefsiril-
Quran, 3.)
27
“Bir nəfər halal qazancından - Allah halal mal-
dan verilə n sə də qə də n baş qa heç bir sə də qə ni qə bul
etmə z – bir xurma qə də r sə də qə versə , Allah o sə də -
qə ni qə bul edə r. Sonra onu, sizin atın balasını (day-
çasını) böyütdüyünüz kimi, sə də qə sahibi üçün bö-
yüdür. Belə ki, o sə də qə dağ boyda olur” (Buhari,
Zekat, 7; Müslim, Zekat, 1.).
Bu ayəti-kərimə və hədisi-şəriflər müsəlman üçün,
inanmış insan üçün halal tikənin və halal qazancın nə
qədər əhəmiyyətli olduğunu göstərir. Qazancı halal ol-
mayan insanın duası Allah tərəfindən qəbul edilməyə-
cəyi kimi, halal olmayan qazancı ilə elədiyi xeyirli işin
də bir qiyməti yoxdur.
Ancaq zəruriyyət haramı mübah (dinə görə edil-
məsi normal olan, nə günah, nə də savab olan işlər) ha-
la gətirir. Dinimizdə məcburiyyət yoxdur. Çünki Isla-
miyyət insana əziyyət verməyən bir dindir. Bir insan
özündən asılı olmayan səbəblərlə haram olan bir şey
yeməyə və yaxud haram olan bir şeyi eləməyə məcbur
qalarsa, halal sayılmasa da, öz ehtiyacını yerinə
yetirəcək qədər haram şeylərdən istifadə edə bilər. Bu,
günah olmaz. Çünki ayəti-kərimədə haram olan şeylər
sayıldıqdan sonra belə deyə buyurulmuşdur: “O
(Allah)
sizə ölmüş heyvanı, (axar) qanı, donuz ə tini
və Allahdan baş qasının adı ilə (bütlə rin və s. adı ilə )
kə silə nlə ri (yemə yi) qə ti haram etmiş dir. Lakin
naə lac qaldıqda (baçqasının malını) zorla mə nimsə -
mə də n və hə ddini aş madan (zə ruri ehtiyacı ödə yə nə
qə də r)
bunlardan yemə yə mə cbur olan kimsə nin
heç bir günahı yoxdur. Allah bağ ış layandır, mə rhə -
mə tlidir!” (əl-Bəqərə, 2/173).
28
Haramın növləri
Haram iki növ olur. Biri donuz əti və şərab kimi
özü haram olan şeylərdir. Bunlara «haram liaynihi»
deyilir. Digəri isə əslində haram olmayıb, vəziyyətdən
asılı olaraq haram olan şeylərdir. Bunlara «haram
liğayrihi» deyilir.
Oğurluq bir mal, məsələn, qoyun və ya pul ma-
hiyyətcə halaldır. Ancaq başqasının malı olduğu üçün
və sahibindən izinsiz alındığı üçün haram olmuşdur.
Halal və haram haqqında bu qısa izahatdan sonra
nəyin haram olduğuna baxaq.
Haram olan mə hsullar
1. Donuz ə ti. Donuz məməli heyvandır. Vəhşi və
ə
hilləşdirilmiş olmaq üzrə iki cinsi vardır.
Yuxarıda qeyd etdiyimiz kimi, Allah-Təala kirli və
sağlamlığa zərərli olan şeyləri haram buyurmuşdur.
Donuz da bunlardan biridir.
Donuz hər cür kirli şeyi, siçan və heyvan leşlərini
belə yeyən bir heyvandır. Buna görə də heyvanların ən
murdarı kimi tanınmışdır.
Donuz çirkli qidaları sevdiyi üçün, vücudunda
həddindən artıq mikrob olur. Bu mikrobların başında
trixin və solitor gəlir. Bunlar insan orqanizmi üçün çox
təhlükəlidir. Müasir tibb də donuz ətinin hər iqlimdə,
xüsusilə isti yerlərdə insan sağlığı üçün çox zərərli
olduğunu müəyyənləşdirmişdir. Trixindən başqa, do-
nuz streptokokku, donuz qripi, donuz vəbası, qarayara,
dabaq və vərəm də donuzdan insana yoluxan xəstə-
liklərdəndir. Bütün bu xəstəliklərdən qorunmaq üçün
donuza toxunmamaq və ətini yeməmək lazımdır.
29
Donuz ətinin haram buyurulmasının səbəbləri
yalnız bizim bu gün bildiklərimizdən ibarət deyildir.
Bəlkə, zaman keçdikcə yeni-yeni səbəbləri də öyrə-
nəcəyik. Hətta öyrənə bilməyəcəyimiz səbəblər də ola
bilər. Ancaq qəti olaraq bildiyimiz və inandığımız bir
ş
ey vardır ki, o da Allah Təbarəkə Təalanın haram
buyurduğu hər şeyin bizə zərərli olduğudur.
2. Allahdan baş qasının adına kə silə n heyvan. Əti
yeyilən heyvan kəsilirkən Allahın adı ilə – “Bismillah,
Allahü Ə kbə r” deyilərək kəsilir. Bu, bir növ heyvanı
yaradan və bizim istifadə və xidmətimizə verən ulu
Yaradandan icazə almaq deməkdir. Bu icazə alınmadan
heyvan kəsilə bilməz. Ancaq yaddan çıxdığı üçün,
Allahın adı deyilmədən kəsilmişsə, zərəri yoxdur.
Allahdan başqasının adı deyilərək və xatırlanaraq
kəsilən heyvan əti yeyilməz.
3. Leş, qaydalara uyğun olaraq kəsilmədən ölən
heyvan. Boğulmuş, daş, dəyənək və bu kimi şeylərlə
vurularaq, başqa heyvanlar tərəfindən buynuzlanaraq
öldürülmüş, canavarların yarısını yeyib atdığı hey-
vanlar da özü ölmüş heyvanlar kimi qiymətləndirilir və
yeyilə bilməz. Ancaq bunlar ölməmişdən qabaq kə-
silsə, yeyilə bilər.
4. Qan. Kəsilmiş heyvanın vücudundan axan qan
yeyilməz. Ancaq dalaq və ciyər kimi orqanlarda qalan
qan axmış sayılmaz, dalaq və ciyərlə yeyilə bilər.
Bu haqda “Qurani-Kərim”də belə buyurulur: “Ölü
(kə silmə də n ölüb murdar olmuş )
heyvan, qan, donuz
ə
ti, Allahdan başqasının adı ilə (bismillah demədən)
kə silmiş , boğ ulmuş (küt alə t və ya silahla) vurulmuş ,
(bir yerdə n)
yıxılaraq ölmüş , (baş qa bir heyvanın
buynuzu ilə )
vurulub gə bə rmiş , və hş i heyvanlar
30
tərəyindən parçalanıb yeyilmiş – canı çıxmamış
heyvanlar müstə snadır – dikinə qoyulmuş daş lar
(bütlə r və ya Kə bə nin ə trafındakı bütpə rə st qurban-
gahlar)
üzə rində kə silmiş heyvanlar və fal oxları ilə
pay bölmə k sizə haram edildi. Bunlar günahdır...
Kim aclıq üzündə n naçar qalarsa, (çə tinliyə düşə r-
sə
), günaha meyl etmə k niyyə tində olmayaraq (zə -
rurı ehtiyacını ödə yə cə k qə də r bu haram ə tlə rdə n yeyə
bilə r).
Hə qiqə tə n, Allah bağ ış layandır, rə hm edə n-
dir!”. (əl-Maidə, 5/3).
Burada əti yeyilən və yeyilməyən heyvanlar haq-
qında məlumat vermək faydalı olar.
Ə
ti yeyilən və yeyilməyən heyvanlar
Ə
ti yeyilən və yeyilməyən heyvanlar: suda yaşa-
yanlar, quruda yaşayanlar və suda-quruda yaşayanlar
olmaq üzrə üç yerə bölünür.
1. Yalnız suda yaş ayan heyvanlar. Balıq da daxil
olmaqla suda yaşayan bütün heyvanların əti yeyilir.
Hənəfi məzhəbində balıqdan başqa suda yaşayan digər
heyvanların əti yeyilməz. Ancaq suda öz-özünə ölüb su
üstündə tərsinə yatan heyvan, balıq belə olsa, yeyilməz.
2. Yalnız quruda yaşayan heyvanlar. Quruda
yaşayan heyvanlar üç yerə bölünür:
Birincilə r: çəyirtkə, milçək, qarışqa, hörümçək, arı,
ə
qrəb və başqa zəhərli həşəratlar kimi heç qanı olmayan-
lardır. Bunlardan sadəcə çəyirtkə yeyilə bilər, digərləri
yeyilə bilməz. Çünki bunlar insanın iyrəndiyi varlıqlardır.
Ikincilə r: ilan, kərtənkələ, gənə, bit və siçan kimi
yer həşəratları, kirpi, yabanı siçan və bunun kimi qanı
axmayan heyvanlardan ibarətdir. Bunlar zəhərli ol-
duğu, insanların iyrəndiyi və Peyğəmbərimiz tərəfin-
31
dən öldürülməsi əmr edildiyi üçün yeyilməz.
Üçüncülə r: qanı axan heyvanlardır. Bunlar da
ə
hilləşdirilmiş və vəhşi olmaq üzrə iki yerə bölünür.
Ə
hilləşdirilmişlərdən dəvə, inək, camış, keçi, toyuq,
qaz, ördək, göyərçin halaldır, əti yeyilə bilər.
Qatırla eşşəyin əti yeyilmir. Atın əti yeyilə bilər,
ancaq bu heyvan minik vasitəsi olduğu və ondan müha-
ribələrdə istifadə olunduğu üçün yeyilməsi məkruhdur.
It və samurun əti yeyilmir.
Vəhşi heyvanlara gəlincə, onlardan: aslan, pələng,
qurd, ayı, fil, meymun, pars və çaqqal kimi kəsici diş-
ləri olan və yırtıcı heyvanlarla birlikdə şahin, tərlan,
qartal və bayquş kimi pəncələri ilə ov edən heyvanların
ə
ti yeyilmir.
Kəsici dişləri və yırtıcı pəncələri olan bu heyvan-
lardan başqa vəhşi maral, vəhşi inək və eşşək kimi
heyvanların əti yeyilir.
Dovşan əti halaldır. Bunun kimi yırtıcı pəncələri
olmayan göyərçin, sərçələrin bütün növlərinin, durna
və buna bənzər yabanı quşların da əti yeyilir.
3. Hə m suda, hə m də quruda yaş ayan heyvan-
lar. Həm suda, həm də quruda yaşayan tısbağa, xər-
çəng, ilan, timsah, suiti və buna bənzər heyvanların əti
yeyilmir.
Içkilərdən haram olanlar
1. Içki, azı və ya çoxu sərxoşluq meydana gətirən
içilən mayedir. Içki haramdır. “Qurani-Kərim”də belə
buyurulmuşdur: “Ey iman gətirənlər! Şərab da (içki
də)
, qumar da, bütlər də, fal oxları da Şeytan
ə
məlindən olan murdar bir şeydir. Bunlardan çəki-
nin ki, bə lkə nicat tapasınız!” “ Ş übhə siz ki, Ş eytan
32
içki və qumarla aranıza ədavət və kin salmaqdan,
sizi Allahı yada salmaqdan və namaz qılmaqdan
ayırmaq istə r. Artıq bu işə son qoyacaqsınızmı?”
(ə l-Maidə, 5/90, 91 ).
Ayəti-kərimədə qadağan edilən içki şərabdır.
Ancaq Peyğəmbərimiz: “Sərxoşluq verən hər şey
şə
rabdır və hər şərab haramdır” (Müslim, Eşribə, 7)
- deyə buyurmuş və sərxoşluq verən hər içkinin şərab
kimi haram olduğunu bildirmişdir.
Sərxoşluq verən içkinin çoxu kimi, az miqdarı da
haramdır. Çünki Peyğəmbərimiz: “Çoxu sərxoş edən
ş
eyin azı da haramdır” (Tirmizi, Eşribə, 3) - deyə
buyurmuşdur.
Içki niyə haramdır?
Çünki içkinin bir çox zərəri vardır.
- Içki insanlar arasına düşmənçilik və kin salır.
- Içki insanın ağlını başından alır. Insan sərxoş
olduğu zaman ağlı, müvazinəti pozulur, nə danışdığını
bilmir, hörmətdən düşür.
- Içki insanın sağlamlığına da pis təsir edir. Mədə
və ağciyərini xarab edir. Həzm sistemini pozur. Təz-
yiqini yüksəldir. Beləliklə, orqanizmin düzgün işləməsi
pozulur.
- Böyük miqdarda can və mal itkisinə və bir çox
insanın şikəst qalmasına səbəb olan yol qəzalarının ək-
səriyyəti minik vasitələrinin alkoqollu vəziyyətdə
istifadə olunmasından meydana gəlir.
- Içki ailə həyatını da pozur. Insanın ailəsini və
uşaqlarını unutmasına və bu səbəblə də boşanma ilə
nəticələnən ailədaxili narazılığa səbəb olur. Belə bir
ailədə yetişən uşaqlar narahat və bədbəxt olur. Ərlə
arvadın yola getməməsi uşaqlara da təsir edir və
33
sağlam böyümələrinə mane olur.
Buna görə də Peyğəmbərimiz (s.ə.v.): “ Içkidə n
çə kinin, çünki o bütün pisliklə rin anasıdır” (Ət-
Tərğib vət-Tərhid, c.3, s.257. Hədisi Hakim rəvayət
etmişdir) - deyə buyurmuşdur.
2. Narkotik maddələr. Pis, çirkli və insan sağ-
lamlığına zərərli olan hər şeyin haram olduğu yuxarıda
izah edilmişdi. Narkotik maddələr də bunlardandır.
Insan sağlamlığına çox zərərli olduğu üçün bunlar da
haram buyurulmuşdur.
Narkotik deyincə, insanın ağlına nəşə, tiryək, he-
roin, kokain, morfi kimi maddələr gəlir. Haram olduq-
ları kimi, alınıb satılmaları da qanuni (izinli) deyildir.
Narkotik maddələrin ən təsirli və ortaq xüsusiy-
yətlərindən biri, az miqdarda qəbul edildiyi zaman belə
qısa müddətdə vərdiş əmələ gətirməsidir.
Narkotik maddənin dadına baxmaq olmaz. Bir də-
fə belə istifadə edənlərin ondan xilas olması çox çətin-
dir. Narkotik maddənin dadına baxmaq zəhərin dadına
baxmaq kimi bir şeydir. “Zəhər doğrudan da öldü-
rərmi?” deyə onun dadına baxmaq ölümlə nəticələn-
diyi kimi, narkotik maddəni bir dəfə qəbul edən insan
ondan xilas ola bilmir və ölümə məhkum olur. Tele-
viziya ekranlarında və mətbuatda tamaşaçıları dəhşətə
gətirən ibrətamiz nümunələrə təsadüf etmək müm-
kündür.
Narkotik maddələrin pis nəticələrindən biri də
ailəni dağıtması və ictimai münasibətləri pozmasından
ibarətdir. Narkoman ailəsinin, uşaqlarının, qohum-
ə
qrəbasının qarşısında öz məsuliyyətini itirir. Onun
axtardığı yalnız narkotik maddə olur. Onu tapmaq
üçün hər şeyi fəda edir. Çünki artıq onun üçün həyatda
34
heç bir şeyin qiyməti yoxdur. Narkotik maddə üçün pul
tapa bilmədiyi zaman oğurluq etməkdən və cinayət
törətməkdən belə çəkinmir.
Məhz buna görə də dinimiz narkotik maddənin
bütün növlərini qadağan etmiş, alış-verişinə də icazə
verməmişdir.
Donuz ətini yemək niyə haramdır?
Insan idrakı üçün aydın olmayan bu və digər sual-
ların bircə cavabı var – həqiqəti bilmək gərəkdir. Hə-
qiqəti bilməyin isə yeganə yolu Allaha üz tutmaqdır.
Müsəlmanlar Allahın donuz ətini haram buyur-
duğunu yaxşı bilir və öz qidalarında donuz ətindən
qətiyyən istifadə etmirlər.
Donuz ətindən istifadə edən və onun çox faydalı,
dadlı olduğunu, yalnız soyuducu olmayan keçmiş za-
manlarda tez korlandığı üçün haram buyurulduğunu
söyləyənlər isə, ilk növbədə bu qadağanın mahiyyətini
başa düşərək, üzərində düşünməlidirlər. Müzakirələr
aparmaq lazımlı şeydir, lakin müzakirələr təkzibedil-
məz faktlar əsasında olmalıdır.
Donuz ətinin qida kimi yararsız olması barədəki
faktlar az deyil. Bu faktlar həm elmi, həm də elmi-küt-
ləvi ədəbiyyatda dərc olunmuşdur. Lakin insanlar nə-
dənsə, bu cür faktlara etinasız yanaşır və müxtəlif növ-
lü qidalar hazırlanmasında donuz ətindən geniş surətdə
istifadə edirlər. Həm də etiraf olunmalıdır ki, donuz əti
və ondan hazırlanmış məmulatlar hələ qədim dövrlər-
dən başlayaraq ən çox istifadə edilən qida məhsul-
larındandır.
Donuzun ev heyvanına necə çevrilməsi və insan
həyatında bu “fəxri” yeri nə cür tutmasını göstərən
35
bəzi tarixi faktları sadalayaq.
Ev donuzlarının əcdadı digər vəhşi heyvanlara
nisbətən insandan daha az qorxan vəhşi qabandır.
Qədim insanın əkdiyi müxtəlif bitkilər vəhşi qabanları
ş
irnikləndirirdi. Insanların ciddi səylərinə baxmayaraq,
vəhşi qabanlar öz balaları ilə birlikdə əkin məhsulla-
rının “gecə oğrularına” çevrildi. Insanlar donuz bala-
larını tutmağa, çoxaltmağa və əhliləşdirməyə başla-
dılar. Qabanlar qabaqlarına çıxan hər şeyi yediklə-
rindən (onlar palıd qozası, yabanı bitkilərin kökləri,
həşərat, qurbağa, kiçik gəmiricilər, quş yumurtası və s.
ilə qidalanırlar) onları əhliləşdirmək çətin olmadı.
Beləliklə, vəhşi qaban indiki donuza çevrildi və ev
heyvanları cərgəsində itdən sonra ikinci yeri tutdu.
Qədim dövrlərdə Çin və Misirdə donuzlar müqəd-
dəs heyvan sayılırdı. Bu ölkələrdə donuzlar xoşbəxtlik
və firavanlıq rəmzi idi. Fironların, imperatorların və
kralların sarayında xüsusi donuzabaxan vəzifəsi
mövcud idi. Yalnız dini və dövlət bayramlarında donuz
ə
ti yeməyə icazə verilirdi. Roma imperiyasında donuz
ə
tinin dadını yaxşılaşdırmaq üçün kəsməmişdən əvvəl
donuza çaxır içirirdilər.
Bəzi papius qəbilələrində isə hətta qadınlar donuz
balalarına öz döşlərindən süd də verərdilər. Yeni Qvi-
neyada yaşayan papius qəbilələri arasında donuza pə-
rəstiş halı indiyə kimi qalmaqdadır. Donuz onlarda
ailənin üzvü sayılır. Donuza adla müraciət edir, onunla
söhbətləşir, danışırlar. Donuz xəstələndikdə, yaxud şi-
kəst olduqda papiuslar kədərlənir və ağlayırlar. Papius-
lar donuzu öz yedikləri qidalarla yemləyirlər. Insan-
larla donuzlar, həmçinin digər heyvanlar arasın-
dakı bu cür münasibətlər indi də bəzi başqa (hətta
36
“mədəni”) xalqlarda mövcuddur.
Lakin insanlarla donuzlar arasındakı “yaxşı” mü-
nasibət, donuz əti yeməklə insanların ağır nəticələrə
gətirib çıxaran (hətta ölümlə nəticələnən) müxtəlif
xəstəliklərə yoluxmaları ilə pozulmağa başladı.
Insanların mənafeyi naminə böyük Yaradan,
donuz əti yeməyi onlara qadağan etdi. Insanlara bu
qadağan haqqında hələ Bibliyada xəbər verilmişdir:
“Onların ətini yeməyin və leşlərinə toxunmayın;
Dostları ilə paylaş: |