Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əbu İshaq Yusif ibn Muhəmməd ibn Muhəmməd ibn Ömər ibn Yusif Urməvi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə44/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

 

Əbu İshaq Yusif ibn Muhəmməd ibn Muhəmməd ibn Ömər ibn Yusif Urməvi 

Yaşadığı  dövrdə  Bağdadın  tanınmış  mühəddislərindən  olan  Əbu  İshaq  Yusif  Urməvi 

yuxarıda  haqqında  danışdığımız  fəxrü’l-quzat  Əbü’l-Fəzl  Muhəmməd  Urməvinin 

nəvəsi  idi.  Babasından  və  şeyx  Əbü’l-Həsən  ibn  Əbdüssəlamdan  hədis  dərsləri  almış, 

hədis dinləmişdi. Bağdadda hədis dərsləri vermişdi. Ziya əd-Dəməşqi, Nəcib Əbdüllətif 

kimi  hədis  alimləri  onun  tələbəsi  olmuşdular.  Alim  h.  612-ci  ilin  rəbiəlaxir  ayında 

(avqust 1215) Bağdadda vəfat etmişdi

1665


 

                                                 



1660

  Deyru’l-Aqul-İraqda,  təqribən  indiki  Vasit  vilayətinin  ərazisində  yerləşirdi.  Deyru’l-Aqul  haqqında  daha  ətraflı 

məlumat üçün bax: Əbü’l-Qasım Übeydullah ibn Əhməd İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 19, Leiden 1889; 

İbrahim ibn Muhəmməd İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 34, 39, Leiden 1927. 

1661

  İbn  Əsakir  öz  əsərində  qazi  Əbü’l-Fəzl  Muhəmməd  Urməvi  ilə  Bağdadda  görüşdüyünü  və  onun  dərslərini 



dinlədiyini qeyd etmişdir. Bax: Mu’cəmü’ş-Şüyux, s. 260. 

1662


 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, c.6, s. 91; İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 358. 

1663


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 75. 

1664


  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  64;  SƏM’ANİ,  yenə  orada;  İBNü’l-FUVATİ,  Məcməü’l-Adab  ,  C.  IV/3,  s.  358; 

YAQUT əl-HƏMƏVİ, yenə orada; SÜBKİ, yenə orada; İBNü’l-İMAD, yenə orada; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-



Füqəhai’ş-Şafi’iyyə,  v.  125b-126a;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  I,  s.  154.  Yaqut  əl-Həməvi  və  Tacəddin 

Sübki alimin h. 547-ci ilin rəcəb ayında (oktyabr 1152) vəfat etdiyini qeyd etmişdir.  

1665

 ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, s. 379. 



Əllamə Tacəddin Əbu Əhməd Muhəmməd ibn Hüseyn

1666


 ibn Abdullah Urməvi 

Mütəkəllim  və  şafi’i  fəqihi  idi.  H.  584-cü  ilin  məhərrəm  ayında  (mart  1188)  Urmiyədə 

anadan  olmuşdu

1667


.  Fəxrəddin  Razinin  (öl.  1209)  sevimli  tələbələrindən  biri  idi. 

Ustadının  ‚əl-Məhsul‛  adlı  əsərini  ixtisar  etmiş  və  bu  əsərini  ‚əl-Hasil‛

1668

 

adlandırmışdı.  Tacəddin  Urməvinin  Abbasi  sarayı  tərəfindən  diplomatik  missayalarla 



müxtəlif  ölkələrə  göndərildiyini  Təqiyəddin  Məqdisinin  əsərindən  öyrənirik.  Müəllif 

Tacəddin  Urməvinin  səfir  olaraq  Misirə,  Əyyubi  hökmdarı  Məlik  Kamilin  (1218-1238) 

sarayına göndərildiyini qeyd etmişdir

1669


. Misirdə qaldığı müddətdə tədris fəlayyəti ilə 

də  məşğul  olan  Tacəddin  Urməvi  h.  624-cü  ildə  (1227)  Misirdən  Şam  diyarına 

getmişdi

1670


.  İbnü’l-İbrinin  əsərindən  biz  onun  Anadoluda  da  yaşadığını  öyrənirik. 

Müəllif  Fəxrəddin  Razinin  müxtəlif  ölkələrdə  yaşayan  tələbələrindən  bəhs  edərkən 

Anadoluda,  Konya  şəhərində  Razinin  tələbələrindən  Tacəddin  Urməvi  ilə  Siracəddin 

Urməvinin yaşadığını qeyd etimşdi

1671

. Bu dövrdə Fəxrəddin Razinin Tacəddin Urməvi 



adlı  başqa  bir  tələbəsinin  olmadığını  nəzərə  alaraq  bu  şəxsin  Tacəddin  Əbu  Əhməd 

Muhəmməd ibn Hüseyn Urməvi olduğunu demək mümkündür. Səlahəddin Səfədi də 

öz  əsərində  Tacəddin  Urməvinin  bir  müddət  ‚türk  məmləkətlərində‛  yaşadığını 

yazmış,  lakin  bunun  hansı  ölkə  olduğunu  qeyd  etməmişdir

1672

.  Şübhəsiz  ki,  müəllif 



Anadolunu  nəzərdə  tutmuşdur.  Muhəmməd  Sivasi  öz  əsərində  Tacəddin  Urməvinin 

dövrün  böyük  alimlərindən,  fəzilət  sahibi  və  şeyx  Əvhədəddin  Kirmaninin  (öl.  1238) 

müridi  olduğunu  qeyd  etmişdir.  Sivasi,  Tacəddin  Urməvinin  Bağdadda  bu  şəhərin 

tanınmış  alimlərindən  birini  Əvhədəddin  Kirmaninin  yanına  apararaq  onunla  tanış 

etdiyini yazır

1673


. Əvhədəddin Kirmani Bağdada, uzun sürən səyahətindən sonra, 1234-

cü  ildə  qayıtmış

1674

  və  4  il  sonra  burada  vəfat  etmişdi.  Bu  görüş  də  ehtimal  ki,  bu 



                                                 

1666


  Alimin  künyəsi  və  atasının  adı  mənbələrdə  müxtəlif  şəkildə  yazılır.  İbnü’l-Müqəffa  onun  künyəsini‚Əbu 

Əhməd‛,  ‚Əbu  Abdullah‛,  atasının  adını  isə  ‚Hüseyn‛  kimi  qeyd  edir.  Zəkəriyya  Qəzvini  onun  künyəsinin  ‚Əbu 

Əhməd‛, Səlahəddin Səfədi və İbnü’l-Fuvati isə alimin atasının adının ‚Həsən‛ olduğunu bildirmişdilər. 

1667


 MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. V, s. 585. 

1668


 Əsərin tam adı ‚Hasilü’l-Məhsul fi Üsulü’l-Fiqh‛dir. Bax: KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 252. 

1669


 MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. V, s. 585. 

1670


 Yenə orada. 

1671


 İBNü’l-İBRİ, Tarixu Müxtəsərü’d-Düvəl, s. 212.( ٢ٗٞوت ١ٞٓنلاا ٖ٣كُا ضاهٌٝ ١ٞٓنلاا ٖ٣كُا ضاذ ٝ ّٝهُات

ٙ

....  ٖٓ حػأظ ٕاً ٕآىُا امٛ ٢ك ٝ



١واهُا ٖ٣كُاهفك ّآلإا جمٓلاذ) 

1672


 SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. II, s. 261.  

1673


 BAYRAM, Şeyh Evhaü’d-Din El-Kirmânî ve Menâkıb-Nâmesi, s. 197-198. 

1674


 Yenə orada, s. 26. 

tarixlərdə baş vermişdi. Dəmək ki, həmin bu tarixdə Tacəddin Urməvi artıq Bağdadda 

yaşayırdı  və  mənaqibnamə  müəllifinə  görə  o,  burada  qazi  idi

1675

.  Onun  Anadoluya 



gəlişi ehtimal ki, 1204-cü ildə olmuşdur. Çünki şeyx Əvhədəddin Kirmani də məhz bu 

tarixdə, Anadolu Səlcuqlu sultanı Qiyasəddin I Keyxosrovun müəllimi şeyx Məcdəddin 

İshaqın (öl. 1221) dəvəti ilə Anadoluya getmişdi. Şeyx Kirmani buraya aralarında Əbu 

Cə’fər  Muhəmməd  Bərdəi,  şeyx  Nasirəddin  Mahmud  Urməvinin  də  olduğu  bir  qrup 

alim  və  sufi  şeyxi  ilə  gəlmişdi

1676


.  Ehtimal  ki,  onların  arasında  gənc  yaşlarında  olan 

Tacəddin  Muhəmməd  Urməvi  də  olmuşdu.  Zəkəriyya  Qəzvini  Tacəddin  Əbu  Əhməd 

Muhəmməd  Urməvinin  fiqh,  fiqh  üsulu,  kəlam,  ədəbiyyat  kimi  elm  sahələrində  öz 

dövrünün nadir alimlərindən biri olduğunu, gözəl nitq qabiliyyətinə malik olan alimin 

danışarkən  zərbi-məsəllər,  hikmətli  sözlər,  zərif  misallarla  öz  nitqini  bəzəyərək  onu 

dinləyənləri valeh etdiyini qeyd edir

1677

. Tacəddin Muhəmməd Urməvi Abbasi xəlifəsi 



Müstənsir Billahın (1226-1242) əmri h. 628-ci ilin şəvval (1231 avqust) ayının sonlarında 

Bağdada  yeni  inşa  edilib  istifadəyə  verilmiş  Şərəfiyyə  mədrəsəsinin  müdərrisliyinə 

təyin  olunmuşdu

1678


.  Tacəddin  Əbu  Əhməd  Muhəmməd  Urməvi  maddi  cəhətdən 

imkanlı  olmaqla  yanaşı  son  dərəcə  təvazökar  və  ləyaqətli  insan  idi.  Alim  moğolların 

Bağdadı işğalından bir müddət əvvəl, h. 656-cı ilin məhərrəm ayında (1258) bu şəhərdə 

vəfat etmişdi

1679

.      


 

Əllamə Zeynəddin Əbü'l-Vəfa Ürfə ibn Muhəmməd Urməvi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  riyaziyyatçı  idi.  Dəməşqdə  yaşayırdı.  İbnü’l-İmad 

onun daim tədqiqatda olan alim, xüsusən riyaziyyat və fəraiz sahələrində ixtisaslaşmış 

olduğunu  və  bu  sahədə  şöhrət  tapdığını  qeyd  etmişdir.  O,  riyaziyyat  və  fəraiz  elmini 

şeyx  Şəmsəddin  ibn  Fəqir,  əllamə  Şihabəddin  ibn  Arslan  ər-Rəmli

1680


  və  əllamə 

Şihabəddin  ibnü’l-Haimdən  öyrənmişdi.  Şihabəddin  Gəncəvi  kimi  bir  neçə  tanınmış 

                                                 

1675


 Yenə orada, s. 197. 

1676


 Yenə orada, s. 13. 

1677


 Asarü’l-Bilad, s. 478. 

1678


 İBNü’l-FUVATİ, Həvadisü’l-Camiə’, s. 11. 

1679


 İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 88; MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. V, s. 585; ƏSNƏVİ, Təbəqatu’ş-

Şafi’iyyə, C. I, s. 216. Səlahəddin Səfədi alimin h. 655-ci ildə (1257) vəfat etdiyini qeyd etmişdir. Bax: Vafi bi’l-Vəfayat

C. II, s. 261. 

1680

 Türk mənşəli bu alim Suriyanın Rəmlə şəhərindən idi. 



alim  onun  tələbələri  arasında  yetişmişdi.  Zeynəddin  Urməvi  ‚Təriqü’l-Vazihat  fi 

Əməlü’l-Münasixat‛,  ‚Haşiyə  ələ  Nüzhətü’n-Nizar  fi  Qələmü’l-Ğubar‛,  ‚Haşiyə  ələ’l-

Lüma’  li-İbnü’l-Haim‛  və  ‚Şərhi-Mənzumə  Fəthü’l-Vəhhab  fi’l-Hisab‛  adlı  əsərlərin 

müəllifi idi. Alim 11 şəvval 930-cu ildə (11 avqust 1524) vəfat etmişdi

1681

.  


 

Əbü’l-Qənaim Qanim ibn Hüseyn əl-Muşeyli Urməvi 

Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Bağdadda Nizamiyyə mədrəsəsində 

təhsil  almış,  şeyxülislam  Əbu  İshaq  Şirazinin  tələbəsi  olmuşdu.  Təhsilini  başa 

vurduqdan sonra Bağdaddan Nişapura getmiş və burada İmamu’l-Hərameyn ləqəbi ilə 

tanınmış  əş’ari  kəlamçısı  Rüknəddin  Əbü’l-Məali  Əbdülməlik  Cüveyni  ilə  tanış 

olmuşdu. O, Nişapurda İmamü’l-Hərameyndən kəlam elminin incəliklərini öyrənmişdi. 

Tez-tez  elmi  diskussiyalarda  iştirak  edən  Əbü’l-Qənaim  Urməvi  İslam  hüququ 

sahəsindəki  dərin  biliyi  ilə  tanınmışdı.  Alim  h.  525-ci  ildə  (1131)  Urmiyədə  vəfat 

etmişdi

1682




 

Şeyx  Zəkiyəddin  Əbdülqadir  ibn  İbrahim  ibn  Muhəmməd  ibn  İbrahim  ibn 

Abdullah ibn Yusif Urməvi 

Yaşadığı  dövrün  tanınmış  mühəddislərindən  idi.  Şeyx  Əbu  İshaq  İbrahim  Urməvinin 

(öl.  1292)  nəticəsi,  Əbu  Abdullah  Muhəmməd  Urməvinin  (öl.  1312)  isə  nəvəsi  idi.  H. 

735-ci  ildə  (1334)  alim  ailəsində  anadan  olmuşdu.  Onun  anası  Zeynəb  məşhur 

mühəddislərdən  birinin  qızı  idi.  Təəssüf  ki,  Şəmsəddin  Səxavi  bu  şəxsin  adını  sadəcə 

‚Kamaləddin‛  olaraq  qeyd  etmişdir.  Lakin  müəllif  Zəkiyəddin  Urməvinin  uşaq 

yaşlarından etibarən babasının dostları olan Yusif ibn Əbdürrəhman əl-Mizzi (öl. 1341), 

Elməddin  Qasım  ibn  Muhəmməd  əl-Birzali  (öl.  1338),  Muhəmməd  ibn  Əhməd  ibn 

Təmmam,  Əbu  Bəkr  ibn  Muhəmməd  ibnü’r-Rza,  Muhəmməd  ibn  Yusif  ibn  Dəvalə, 

Muhəmməd  ibn  Əbi  Zöhr,  Muhəmməd  ibn  Əbu  Bəkr  ibn  Əbdüddaim,  Əhməd  ibn 

Hazim Dəməşqi kimi mühəddislərin məclislərində iştirak etdiyini bildirmişdir. Zeynəb 

                                                 

1681

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 99; BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. I, s. 663; ZİRİKLİ, Ə’lam, C. IV, s. 



331. 

1682


 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 62; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 114a. 

bintü’l-Xubbaz,  Sittülərəb  bint  Əhməd  ibn  Bədr,  Fatimə  bint  İzzəddin  ibn  Cəmaə  əl-

Kinani  kimi  qadın  hədis  alimlərindən  də  hədis  dinləmişdi.  Ümumiyyətlə  o,  qadınlı-

kişili  24-dən  çox  alimdən  hədis  dərsləri  almışdı.  Zəkiyəddin  Urməvi  hədis  dərsləri 

vermiş  və  onun  dərslərində  çox  sayıda  tələbə  iştirak  etmişdi.  İbn  Həcər  Əsqəlani,  İbn 

Musa  əl-Mərakeşi,  Şihabəddin  ibn  Zeyd  kimi  alimlər  onun  tələbəsi  olmuşdular. 

Zəkiyəddin Urməvi h. 821-ci ilin şəvval ayında (noyabr 1418) vəfat etmişdi

1683

.  


 

Muhəmməd ibn İbrahim ibn Muhəmməd ibn Abdullah Urməvi 

Mühəddis  idi.  Fatimə  bint  İzzəddin  ibn  Cəmaə  və  başqa  alimlərdən  hədis  dərsləri 

almışdı. İbn Həcər Əsqəlani, Muhəmməd ibn İbrahim Urməvinin dərslərini dinləmişdi. 

Alim h. 804-cü ildə (1402) Dəməşqdə vəfat etmişdi

1684

.      


 

Hafiz Əbu Bəkr Əbdürrəzzaq ibn Əbdülqadir ibn Əbu Saleh Urməvi 

Hənbəli məzhəbinə mənsub siqa hədis hafizi, mühəddis idi. H. 18 zilqədə 528-ci ildə (9 

sentyabr  1134)  Bağdadda  anadan  olmuşdu.  Atası  şeyx  Əbdülqadir  Urməvi  Bağdadın 

tanınmış  hədis  alimlərindən  idi.  Atasından  və  Bağdadın  məşhur  mühəddislərindən 

hədis dinləmişdi. Ziya əl-Məqdisi onun haqqında ‚hədis isnadı və mətnin araşdırılması 

sahəsindəki etina və dəqiqliyinə görə Bağdadda onun misli bərabəri yox idi‛ demişdi. 

Mühəddis olmaqla yanaşı o, həm də hənbəli məzhəbi üzrə tanınmış fəqih idi. Əbu Bəkr 

Əbdürrəzzaq Urməvi mömin, mütədəyyin insan idi. O, mütaliə və tədqiqat xaricindəki 

vaxtını  ibadətlə  keçirirdi.  Tələbələrinə  evində  dərs  verir,  ehtiyacı  olmadıqca  evindən 

çıxmır və insanlarla çox az ünsiyyətdə olurdu. Onun tələbələri arasından Əbu Abdullah 

əd-Dübeysi,  Muhəmməd  ibn  Mahmud  ibnü’n-Nəccar  (öl.  1245),  Ziya  əd-Dəməşqi, 

Nəcib Əbdüllətif, Təqi əl-Yeldani kimi alimlər yetişmişdi. Sonralar baş qazi olmuş oğlu 

Əbu  Saleh  ibn  Əbdürrəzzaq  Urməvi  də  atasından  hədis  və  fiqh  dərsləri  almışdı.  Əbu 

Bəkr Əbdürrəzzaq Urməvi son dərəcə təvazökar və gözəl əxlaqlı insan idi. Sələfi-salihin 

mənhəcinə  sıx  bağlı  olan  Əbu  Bəkr  Əbdürrəzzaq  Urməvi  kasıb  və  bəsit  məişətə  sahib 

idi.  Buna  baxmayaraq  izzəti-nəfsindən  ötrü  heç  kimdən  heç  bir  şey  istəməmiş  və 

                                                 

1683


 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 367. 

1684


 SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 311. 

fəqirliyinə səbr etmişdi. Alim h. 6 şəvval 603-cü ildə (5 may 1207) vəfat etmiş və imam 

Əhməd ibn Hənbəlin (//780-855) qəbrinin yanında dəfn edilmişdi

1685

.  


 

Müzəffər ibn Yusif Urməvi 

Mühəddis  idi.  Əbü’l-Qasım  Hibətullah  ibn  Muhəmməd  ibnü’l-Husayn  əş-Şeybanidən 

(1041-1131) hədis dinləmiş və hədis elmlərinə dair bilikləri öyrənmişdi

1686


. Ölüm tarixi 

məlum  deyil.  Lakin  onun  tarixçi  və  mühəddis  Əli  ibn  Həsən  ibn  Əsakirin  (öl.  1175) 

müasiri olduğunu nəzərə alaraq XII əsrdə yaşadığını təxmin etmək olar. İbn Əsakir də 

Əbü’l-Qasım  Hibətullah  ibnü’l-Husaynın  tələbəsi  olmuş  və  onun  yanında  imam 

Əhməd ibn Hənbəlin (/) ‚Müsnəd‛ adlı hədis külliyatını oxumuşdu.  

 

Yusif ibn Müzəffər ibn Yusif Urməvi 

Müzəffər  ibn  Yusif  Urməvinin  oğlu  idi.  Katiblik  və  münşəat  işlərində  ixtisaslaşmışdı. 

Abbasi xəlifələrindən Nasir Li-Dinillah (1180-1225) onu işrafu’d-divan təyin etmişdi

1687



Ölüm tarixi məlum deyil. XII-XIII əsrlərdə yaşamışdır.  



İşrafu’d-Divan  və  ya  divan  müşrifi  orta  əsrlər  müsəlman  dövlətlərində  xeyli  mühüm 

vəzifə idi. İşrafu’d-divan dövlətin baş maliyyə müfəttişi idi. Bu vəzifəyə təyin olunmaq 

üçün sadəcə hesab və maliyyə işlərində ixtisaslaşmaq kifayət etmirdi. Divan müşrifləri, 

maliyyə  işlərini  mükəmməl  bilməklə  yanaşı,  mömin,  saleh  əməlli,  ədalətli,  dürüst  və 

insaf sahibi insanların arasından seçilirdi. Çünki baş maliyyə müfəttişi istənilən dövlət 

orqanını  təftiş  edərək  dövlətin  ayırdığı  maliyyə  vəsaitinin  aidiyyatı  üzrə  xərclənib-

xərclənmədiyini, hər hansı bir maliyyə fırıldağı və korrupsiya halının olub-olmadığını 

müəyyən  edirdi.  Mülki  və  hərbi  dövlət  məmurlarının  taleyi  işrafu’d-divanın  dövlət 

başçısına  təqdim  etdiyi  raportlardan  aslı  olurdu.  Maliyyə  fırıldağı  və  korrupsiya 

səbəbiylə edam olunmuş bir çox yüksək rütbəli dövlət məmuru olmuşdur. Bu vəzifə o 

qədər  mühüm  idi  ki,  raşid  xəlifələrdən  Ömər  ibn  Xəttab  (ا,  634-644),  başqasını  təyin 

etməyərək, bu işi şəxsən özü icra etmişdi.  

                                                 

1685


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 447. 

1686


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 154. 

1687


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 154. 

 

Əbu Osman Səid ibn Sə’d Urməvi 

Hədis ravisi idi. Bir çox ravidən hədis dinləmiş və nəql etmişdi. Onun hədis dinlədiyi 

ravilərdən  biri  də  Əhməd  ibn  Yəqla  əl-Hulvani  idi

1688


.  Əbu  Osman  Urməvinin  ölüm 

tarixi məlum deyil. IX əsrdə yaşamışdır. Nəql silsiləsində Əbu Osman Səid Urməvinin 

də olduğu hədislərdən biri aşağıdakıdır: 

Ənəs ibn Malik (ا) dedi: Allah Rəsulu (م) buyurdular: ‚Mən sizi (rüku və səcdə etdiyiniz 

vaxt) önümdə gördüyüm kimi, arxamda da görürəm‛

1689


 

Qazi Əbu Təyyib Nueym ibn Müsafir ibn Cə’fər Urməvi 

Mühəddis  idi.  Bağdadda  təhsil  almış,  hafiz  Əbü’l-Qasım  Übeydullah  ibn  Ömər  ibn 

Əhməd  ibn  Şahindən

1690

  (öl.  995)  hədis  dinləmişdi.  Urmiyə  qazisi  olmuşdu.  Urmiyədə 



Əbü’l-Fityan  Ömər  ibn  Əbü’l-Həsən  ər-Rəvasi  ondan  hədis  dərsləri  almış  və  hədis 

dinləmişdi.  Əbu  Təyyib  Nueym  Urməvinin  ölüm  tarixi  h.  460-cı  (1068-1078)  illərə 

təsadüf edir

1691


 

Qazi Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Hüseyn ibn Muhəmməd ibn Həsən 



ibn Zeyd ibn Həsən ibn Zəfər əl-Ələvi əl-Hüseyni Urməvi 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Şəmsəddin Muhəmməd Urməvi h. 578-ci ildə (1182) 

Urmiyədə  anadan  olmuşdu.  ‚əl-Ələvi‛  və  ‚əl-Hüseyni‛  nisbələrindən  də  göründüyü 

kimi  o,  Əli  ibn  Əbu  Talibin  (ا)  və  onun  oğlu  Hüseynin  (ا)  nəslin  idi.  O,  Bağdadda 

şeyxü’ş-şüyux  Sədrəddin  Əbü’l-Həsən  ibn  Həmmuyənin  tələbəsi  olmuş,  ondan  şafi’i 

fiqhini  öyrənmişdi.  Şeyx  Sədrəddin  Həmmuyə  onun  həm  fiqhdə  ustadı,  həm  də 

mürşidi  idi.  Mürşidinin  vəfatından  sonra  Şəmsəddin  Muhəmməd  Urməvi  Əyyubi 

hökmdarı Məlik Kamil ibn I Adilin (1218-1238) hakimiyyəti illərində Şam və əl-Cəzirə 

                                                 

1688


 ƏBU BƏKR İSFƏHANİ, Mu’cəm, C. II, s. 403.  

1689


 ƏBU BƏKR İSFƏHANİ, yenə orada. Bu hədis üçün bax: MÜSLİM, Səhih, Namaz, 24/425. ‚(Namaz qılarkən) Rüku 

və səcdələri düzgün icra edin. Vallahi mən siz rüku və səcdə etdiyiniz vaxt (mən sizin önünüzdə durub sizə namaz 

qıldırarkən, siz mənim kürəyimin ardında ikən) arxamda ikən də sizi görürəm‛. ( ١كؼت ٖٓ ًْانلأ ٢ٗئ اللهٞك قٞعٍُاٝ عًٞهُا اٞٔ٤هأ

١هٜظ كؼت ٖٓ ٍاه أتنٝ). 

1690

 Məşhur mühəddis hafiz Əbu Həfs Ömər ibn Əhməd ibn Osman ibn Şahin Bağdadinin (öl. 995) oğlu idi. 



1691

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 75; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 58.  



diyarına 

səyahət 


etmişdi. 

Qahirəyə 

gəlmiş 

və 


buranın 

mədrəsələrindəki 

mühəddislərdən  hədis  dinləmiş  və  hədis  elminin  incəliklərini  öyrənmişdi.  Təhsilini 

başa  vurduqdan  sonra  h.  630-cu  ildə  (1233)  Qahirədəki  Şərifiyyə,  daha  sonra  isə 

Nasiriyyə  mədrəsələrinin  müdərrisi  olmuşdu.  Sultan  Məlik  Kamil  onu  həmçinin 

Darü’l-Ədl  naibliyinə

1692

  təyin  etmişdi.  Alim  H.  635-ci  ildə  (1238)  Əyyubi  hökmdarı  II 



Adil (1238-1240) tərəfindən qaziəsgər və naqibü’l-əşraf

1693


 vəzifələrinə təyin olunmuşdu. 

Şəmsəddin  Muhəmməd  Urməvi  fəraiz,  fiqh  üsulu  və  nəzəriyyəçilik  sahələrində 

ixtisaslaşmışdı. Qazi Şəmsəddin Muhəmməd Urməvi möminliyi, dürüstlüyü, yumuşaq 

xarakteri və xoşrəftarlığı  ilə tanınmışdı. O, daim ona müraciət edən insanların hüquqi 

problemləri  ilə  ciddi  maraqlanıb  yoluna  qoymağa  çalışırdı.  Fəxrəddin  Razinin  ‚əl-

Məhsul‛  adlı  əsərinə  şərh  yazmışdı.  Alim  h.  650-ci  ilin  şəvval  ayının  13-ü  (16  dekabr 

1252) Qahirədə vəfat etmiş və Babü’l-Qirafədəki qəbristanda dəfn edilmişdi

1694




 

Şeyx  Şihabəddin  Əbü’r-Rəkəb  Hüseyn  ibn  Muhəmməd  ibn  Hüseyn  ibn  Həsən  ibn 

Zeyd ibn Həsən Urməvi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Misirdə  İbn  Qaziəsgər  adı  ilə  tanınmışdı.  Nəsil 

şəcərəsinə  əsaslanaraq  onun  qazi  Şəmsəddin  Əbu  Abdullah  Muhəmməd  Urməvi  (öl. 

1252)  ilə  yaxın  əqrəba  olduğunu  söyləmək  olar.  Ölüm  tarixləri  arasında  120  il  fərq 

olduğunu  nəzərə  alaraq  onların  görüşmədiklərini  söyləmək  olar.  Ehtimal  ki,  şeyx 

Şihabəddin  Əbü’r-Rəkəb  Urməvi,  qazi  Şəmsəddin  Muhəmməd  Urməvinin  əmisinin 

nəvəsi  idi.  Misir  Məmlüklü  dövlətində  naqibü’l-əşraf  və  divanü’l-inşa

1695


  katibi  idi. 

Daha  sonra  Məmlüklülər  tərəfindən  katiblik  vəzifəsinə  təyin  edilərək  Hələb  şəhərinə 

göndərilmişdi.  Bir  müddət  bu  vəzifəni  icra  etdəkdən  sonra  istefaya  çıxarılmışdı. 

Vəzifəsindən  ayrılandan  sonra  Şam  diyarında  qalmayıb  Qahirəyə  qayıtmışdı.  Şeyx 

Şihabəddin  Hüseyn  Urməvi  fəzilət  sahibi  alim  idi.  O,  həmçinin  istedadlı  şair  və  ədib 

                                                 

1692

 Müasir dövrlə müqayisə etməli olsan ədliyyə nazirinin müavini deyə bilərik.  



1693

 Naqibü’l-Əşraf-Allah Rəsulunun (م) nəslindən olanların, seyyidlərin başçısı. 

1694

 İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 9; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. III, s. 15; MƏQRİZİ, Süluk, C. I, s. 



127; MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. V, s. 597-598. 

1695


  Divanü’l-İnşa  (İnşa  Divanı)-Orta  əsr  müsəlman  dövlətlərində  dövlət  başçısının  əyalətlərdəki  vəzifə  sahibi 

şəxslərlə xəbərləşməsini təmin edən rəsmi qurum idi. Bundan başqa fərman, nişan, mənşur və bəraət kimi hökmdar 

tərəfindən verilən rəsmi dövlət sənədləri inşa divanında qələmə alınırdı. Müsəlman-Türk dövlətlərində divanü’l-inşa 

rəisi ‚tuğrai‛ adlanırdı. Çünki bu qurumda yazılan bütün rəsmi sənədlər hökmdarın rəsmi imzası sayılan tuğra ilə 

imzalanırdı.  


idi,  çox  gözəl  şerlər  yazırdı.  İbn  Tağrıbirdi  onun  bioqrafiyasını  yazarkən  şe’rlərindən 

bəzi  nümunələri  qeyd  etmişdi.  Qahirəyə  qayıdandan  sonra  Qarasunquriyyə 

mədrəsəsində  dərs  vermiş  və  eyni  zamanda  İbn  Əbdüzzahir  camesində  xətiblik 

etmişdi. Alim h. 16 şaban 772-ci ildə (5 mart 1371) Qahirədə vəfat etmişdi

1696

.     


 

Şeyx Sədrəddin Əbu Abdullah Muhəmməd ibn Həsən ibn Yusif ibn Musa əl-Firuzi 

Urməvi 

Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. H. 610-cu ildə (1213) Urmiyədə anadan 

olmuşdu. Təhsil almaq üçün Dəməşqə gəlmiş və Təqiyəddin Əbu Əmr Osman ibnü’s-

Səlahla (öl. 1245) görüşüb ondan hədis elmlərinə dair dərslər almışdı. Bundan başqa o, 

Tacəddin  ibn  Həmmuyə  və  İbn  Qumeyrə  kimi  alimlərdən  də  hədis  dinləmiş  və  nəql 

etmişdi.  İmam  Şəmsəddin  Zəhəbi  tələbəlik  illərində  şeyx  Sədrəddin  Urməvidən  dərs 

almışdı. Alim h. 700-cü ildə (1300) vəfat etmişdi

1697


.  

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin