Əbu İshaq Yusif ibn Muhəmməd ibn Muhəmməd ibn Ömər ibn Yusif Urməvi
Yaşadığı dövrdə Bağdadın tanınmış mühəddislərindən olan Əbu İshaq Yusif Urməvi
yuxarıda haqqında danışdığımız fəxrü’l-quzat Əbü’l-Fəzl Muhəmməd Urməvinin
nəvəsi idi. Babasından və şeyx Əbü’l-Həsən ibn Əbdüssəlamdan hədis dərsləri almış,
hədis dinləmişdi. Bağdadda hədis dərsləri vermişdi. Ziya əd-Dəməşqi, Nəcib Əbdüllətif
kimi hədis alimləri onun tələbəsi olmuşdular. Alim h. 612-ci ilin rəbiəlaxir ayında
(avqust 1215) Bağdadda vəfat etmişdi
1665
.
1660
Deyru’l-Aqul-İraqda, təqribən indiki Vasit vilayətinin ərazisində yerləşirdi. Deyru’l-Aqul haqqında daha ətraflı
məlumat üçün bax: Əbü’l-Qasım Übeydullah ibn Əhməd İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 19, Leiden 1889;
İbrahim ibn Muhəmməd İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 34, 39, Leiden 1927.
1661
İbn Əsakir öz əsərində qazi Əbü’l-Fəzl Muhəmməd Urməvi ilə Bağdadda görüşdüyünü və onun dərslərini
dinlədiyini qeyd etmişdir. Bax: Mu’cəmü’ş-Şüyux, s. 260.
1662
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, c.6, s. 91; İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 358.
1663
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 75.
1664
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 64; SƏM’ANİ, yenə orada; İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 358;
YAQUT əl-HƏMƏVİ, yenə orada; SÜBKİ, yenə orada; İBNü’l-İMAD, yenə orada; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-
Füqəhai’ş-Şafi’iyyə, v. 125b-126a; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 154. Yaqut əl-Həməvi və Tacəddin
Sübki alimin h. 547-ci ilin rəcəb ayında (oktyabr 1152) vəfat etdiyini qeyd etmişdir.
1665
ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, s. 379.
Əllamə Tacəddin Əbu Əhməd Muhəmməd ibn Hüseyn
1666
ibn Abdullah Urməvi
Mütəkəllim və şafi’i fəqihi idi. H. 584-cü ilin məhərrəm ayında (mart 1188) Urmiyədə
anadan olmuşdu
1667
. Fəxrəddin Razinin (öl. 1209) sevimli tələbələrindən biri idi.
Ustadının ‚əl-Məhsul‛ adlı əsərini ixtisar etmiş və bu əsərini ‚əl-Hasil‛
1668
adlandırmışdı. Tacəddin Urməvinin Abbasi sarayı tərəfindən diplomatik missayalarla
müxtəlif ölkələrə göndərildiyini Təqiyəddin Məqdisinin əsərindən öyrənirik. Müəllif
Tacəddin Urməvinin səfir olaraq Misirə, Əyyubi hökmdarı Məlik Kamilin (1218-1238)
sarayına göndərildiyini qeyd etmişdir
1669
. Misirdə qaldığı müddətdə tədris fəlayyəti ilə
də məşğul olan Tacəddin Urməvi h. 624-cü ildə (1227) Misirdən Şam diyarına
getmişdi
1670
. İbnü’l-İbrinin əsərindən biz onun Anadoluda da yaşadığını öyrənirik.
Müəllif Fəxrəddin Razinin müxtəlif ölkələrdə yaşayan tələbələrindən bəhs edərkən
Anadoluda, Konya şəhərində Razinin tələbələrindən Tacəddin Urməvi ilə Siracəddin
Urməvinin yaşadığını qeyd etimşdi
1671
. Bu dövrdə Fəxrəddin Razinin Tacəddin Urməvi
adlı başqa bir tələbəsinin olmadığını nəzərə alaraq bu şəxsin Tacəddin Əbu Əhməd
Muhəmməd ibn Hüseyn Urməvi olduğunu demək mümkündür. Səlahəddin Səfədi də
öz əsərində Tacəddin Urməvinin bir müddət ‚türk məmləkətlərində‛ yaşadığını
yazmış, lakin bunun hansı ölkə olduğunu qeyd etməmişdir
1672
. Şübhəsiz ki, müəllif
Anadolunu nəzərdə tutmuşdur. Muhəmməd Sivasi öz əsərində Tacəddin Urməvinin
dövrün böyük alimlərindən, fəzilət sahibi və şeyx Əvhədəddin Kirmaninin (öl. 1238)
müridi olduğunu qeyd etmişdir. Sivasi, Tacəddin Urməvinin Bağdadda bu şəhərin
tanınmış alimlərindən birini Əvhədəddin Kirmaninin yanına apararaq onunla tanış
etdiyini yazır
1673
. Əvhədəddin Kirmani Bağdada, uzun sürən səyahətindən sonra, 1234-
cü ildə qayıtmış
1674
və 4 il sonra burada vəfat etmişdi. Bu görüş də ehtimal ki, bu
1666
Alimin künyəsi və atasının adı mənbələrdə müxtəlif şəkildə yazılır. İbnü’l-Müqəffa onun künyəsini‚Əbu
Əhməd‛, ‚Əbu Abdullah‛, atasının adını isə ‚Hüseyn‛ kimi qeyd edir. Zəkəriyya Qəzvini onun künyəsinin ‚Əbu
Əhməd‛, Səlahəddin Səfədi və İbnü’l-Fuvati isə alimin atasının adının ‚Həsən‛ olduğunu bildirmişdilər.
1667
MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. V, s. 585.
1668
Əsərin tam adı ‚Hasilü’l-Məhsul fi Üsulü’l-Fiqh‛dir. Bax: KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 252.
1669
MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. V, s. 585.
1670
Yenə orada.
1671
İBNü’l-İBRİ, Tarixu Müxtəsərü’d-Düvəl, s. 212.( ٢ٗٞوت ١ٞٓنلاا ٖ٣كُا ضاهٌٝ ١ٞٓنلاا ٖ٣كُا ضاذ ٝ ّٝهُات
ٙ
.... ٖٓ حػأظ ٕاً ٕآىُا امٛ ٢ك ٝ
١واهُا ٖ٣كُاهفك ّآلإا جمٓلاذ)
1672
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. II, s. 261.
1673
BAYRAM, Şeyh Evhaü’d-Din El-Kirmânî ve Menâkıb-Nâmesi, s. 197-198.
1674
Yenə orada, s. 26.
tarixlərdə baş vermişdi. Dəmək ki, həmin bu tarixdə Tacəddin Urməvi artıq Bağdadda
yaşayırdı və mənaqibnamə müəllifinə görə o, burada qazi idi
1675
. Onun Anadoluya
gəlişi ehtimal ki, 1204-cü ildə olmuşdur. Çünki şeyx Əvhədəddin Kirmani də məhz bu
tarixdə, Anadolu Səlcuqlu sultanı Qiyasəddin I Keyxosrovun müəllimi şeyx Məcdəddin
İshaqın (öl. 1221) dəvəti ilə Anadoluya getmişdi. Şeyx Kirmani buraya aralarında Əbu
Cə’fər Muhəmməd Bərdəi, şeyx Nasirəddin Mahmud Urməvinin də olduğu bir qrup
alim və sufi şeyxi ilə gəlmişdi
1676
. Ehtimal ki, onların arasında gənc yaşlarında olan
Tacəddin Muhəmməd Urməvi də olmuşdu. Zəkəriyya Qəzvini Tacəddin Əbu Əhməd
Muhəmməd Urməvinin fiqh, fiqh üsulu, kəlam, ədəbiyyat kimi elm sahələrində öz
dövrünün nadir alimlərindən biri olduğunu, gözəl nitq qabiliyyətinə malik olan alimin
danışarkən zərbi-məsəllər, hikmətli sözlər, zərif misallarla öz nitqini bəzəyərək onu
dinləyənləri valeh etdiyini qeyd edir
1677
. Tacəddin Muhəmməd Urməvi Abbasi xəlifəsi
Müstənsir Billahın (1226-1242) əmri h. 628-ci ilin şəvval (1231 avqust) ayının sonlarında
Bağdada yeni inşa edilib istifadəyə verilmiş Şərəfiyyə mədrəsəsinin müdərrisliyinə
təyin olunmuşdu
1678
. Tacəddin Əbu Əhməd Muhəmməd Urməvi maddi cəhətdən
imkanlı olmaqla yanaşı son dərəcə təvazökar və ləyaqətli insan idi. Alim moğolların
Bağdadı işğalından bir müddət əvvəl, h. 656-cı ilin məhərrəm ayında (1258) bu şəhərdə
vəfat etmişdi
1679
.
Əllamə Zeynəddin Əbü'l-Vəfa Ürfə ibn Muhəmməd Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih və riyaziyyatçı idi. Dəməşqdə yaşayırdı. İbnü’l-İmad
onun daim tədqiqatda olan alim, xüsusən riyaziyyat və fəraiz sahələrində ixtisaslaşmış
olduğunu və bu sahədə şöhrət tapdığını qeyd etmişdir. O, riyaziyyat və fəraiz elmini
şeyx Şəmsəddin ibn Fəqir, əllamə Şihabəddin ibn Arslan ər-Rəmli
1680
və əllamə
Şihabəddin ibnü’l-Haimdən öyrənmişdi. Şihabəddin Gəncəvi kimi bir neçə tanınmış
1675
Yenə orada, s. 197.
1676
Yenə orada, s. 13.
1677
Asarü’l-Bilad, s. 478.
1678
İBNü’l-FUVATİ, Həvadisü’l-Camiə’, s. 11.
1679
İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 88; MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. V, s. 585; ƏSNƏVİ, Təbəqatu’ş-
Şafi’iyyə, C. I, s. 216. Səlahəddin Səfədi alimin h. 655-ci ildə (1257) vəfat etdiyini qeyd etmişdir. Bax: Vafi bi’l-Vəfayat,
C. II, s. 261.
1680
Türk mənşəli bu alim Suriyanın Rəmlə şəhərindən idi.
alim onun tələbələri arasında yetişmişdi. Zeynəddin Urməvi ‚Təriqü’l-Vazihat fi
Əməlü’l-Münasixat‛, ‚Haşiyə ələ Nüzhətü’n-Nizar fi Qələmü’l-Ğubar‛, ‚Haşiyə ələ’l-
Lüma’ li-İbnü’l-Haim‛ və ‚Şərhi-Mənzumə Fəthü’l-Vəhhab fi’l-Hisab‛ adlı əsərlərin
müəllifi idi. Alim 11 şəvval 930-cu ildə (11 avqust 1524) vəfat etmişdi
1681
.
Əbü’l-Qənaim Qanim ibn Hüseyn əl-Muşeyli Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Bağdadda Nizamiyyə mədrəsəsində
təhsil almış, şeyxülislam Əbu İshaq Şirazinin tələbəsi olmuşdu. Təhsilini başa
vurduqdan sonra Bağdaddan Nişapura getmiş və burada İmamu’l-Hərameyn ləqəbi ilə
tanınmış əş’ari kəlamçısı Rüknəddin Əbü’l-Məali Əbdülməlik Cüveyni ilə tanış
olmuşdu. O, Nişapurda İmamü’l-Hərameyndən kəlam elminin incəliklərini öyrənmişdi.
Tez-tez elmi diskussiyalarda iştirak edən Əbü’l-Qənaim Urməvi İslam hüququ
sahəsindəki dərin biliyi ilə tanınmışdı. Alim h. 525-ci ildə (1131) Urmiyədə vəfat
etmişdi
1682
.
Şeyx Zəkiyəddin Əbdülqadir ibn İbrahim ibn Muhəmməd ibn İbrahim ibn
Abdullah ibn Yusif Urməvi
Yaşadığı dövrün tanınmış mühəddislərindən idi. Şeyx Əbu İshaq İbrahim Urməvinin
(öl. 1292) nəticəsi, Əbu Abdullah Muhəmməd Urməvinin (öl. 1312) isə nəvəsi idi. H.
735-ci ildə (1334) alim ailəsində anadan olmuşdu. Onun anası Zeynəb məşhur
mühəddislərdən birinin qızı idi. Təəssüf ki, Şəmsəddin Səxavi bu şəxsin adını sadəcə
‚Kamaləddin‛ olaraq qeyd etmişdir. Lakin müəllif Zəkiyəddin Urməvinin uşaq
yaşlarından etibarən babasının dostları olan Yusif ibn Əbdürrəhman əl-Mizzi (öl. 1341),
Elməddin Qasım ibn Muhəmməd əl-Birzali (öl. 1338), Muhəmməd ibn Əhməd ibn
Təmmam, Əbu Bəkr ibn Muhəmməd ibnü’r-Rza, Muhəmməd ibn Yusif ibn Dəvalə,
Muhəmməd ibn Əbi Zöhr, Muhəmməd ibn Əbu Bəkr ibn Əbdüddaim, Əhməd ibn
Hazim Dəməşqi kimi mühəddislərin məclislərində iştirak etdiyini bildirmişdir. Zeynəb
1681
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 99; BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. I, s. 663; ZİRİKLİ, Ə’lam, C. IV, s.
331.
1682
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 62; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 114a.
bintü’l-Xubbaz, Sittülərəb bint Əhməd ibn Bədr, Fatimə bint İzzəddin ibn Cəmaə əl-
Kinani kimi qadın hədis alimlərindən də hədis dinləmişdi. Ümumiyyətlə o, qadınlı-
kişili 24-dən çox alimdən hədis dərsləri almışdı. Zəkiyəddin Urməvi hədis dərsləri
vermiş və onun dərslərində çox sayıda tələbə iştirak etmişdi. İbn Həcər Əsqəlani, İbn
Musa əl-Mərakeşi, Şihabəddin ibn Zeyd kimi alimlər onun tələbəsi olmuşdular.
Zəkiyəddin Urməvi h. 821-ci ilin şəvval ayında (noyabr 1418) vəfat etmişdi
1683
.
Muhəmməd ibn İbrahim ibn Muhəmməd ibn Abdullah Urməvi
Mühəddis idi. Fatimə bint İzzəddin ibn Cəmaə və başqa alimlərdən hədis dərsləri
almışdı. İbn Həcər Əsqəlani, Muhəmməd ibn İbrahim Urməvinin dərslərini dinləmişdi.
Alim h. 804-cü ildə (1402) Dəməşqdə vəfat etmişdi
1684
.
Hafiz Əbu Bəkr Əbdürrəzzaq ibn Əbdülqadir ibn Əbu Saleh Urməvi
Hənbəli məzhəbinə mənsub siqa hədis hafizi, mühəddis idi. H. 18 zilqədə 528-ci ildə (9
sentyabr 1134) Bağdadda anadan olmuşdu. Atası şeyx Əbdülqadir Urməvi Bağdadın
tanınmış hədis alimlərindən idi. Atasından və Bağdadın məşhur mühəddislərindən
hədis dinləmişdi. Ziya əl-Məqdisi onun haqqında ‚hədis isnadı və mətnin araşdırılması
sahəsindəki etina və dəqiqliyinə görə Bağdadda onun misli bərabəri yox idi‛ demişdi.
Mühəddis olmaqla yanaşı o, həm də hənbəli məzhəbi üzrə tanınmış fəqih idi. Əbu Bəkr
Əbdürrəzzaq Urməvi mömin, mütədəyyin insan idi. O, mütaliə və tədqiqat xaricindəki
vaxtını ibadətlə keçirirdi. Tələbələrinə evində dərs verir, ehtiyacı olmadıqca evindən
çıxmır və insanlarla çox az ünsiyyətdə olurdu. Onun tələbələri arasından Əbu Abdullah
əd-Dübeysi, Muhəmməd ibn Mahmud ibnü’n-Nəccar (öl. 1245), Ziya əd-Dəməşqi,
Nəcib Əbdüllətif, Təqi əl-Yeldani kimi alimlər yetişmişdi. Sonralar baş qazi olmuş oğlu
Əbu Saleh ibn Əbdürrəzzaq Urməvi də atasından hədis və fiqh dərsləri almışdı. Əbu
Bəkr Əbdürrəzzaq Urməvi son dərəcə təvazökar və gözəl əxlaqlı insan idi. Sələfi-salihin
mənhəcinə sıx bağlı olan Əbu Bəkr Əbdürrəzzaq Urməvi kasıb və bəsit məişətə sahib
idi. Buna baxmayaraq izzəti-nəfsindən ötrü heç kimdən heç bir şey istəməmiş və
1683
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 367.
1684
SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 311.
fəqirliyinə səbr etmişdi. Alim h. 6 şəvval 603-cü ildə (5 may 1207) vəfat etmiş və imam
Əhməd ibn Hənbəlin (//780-855) qəbrinin yanında dəfn edilmişdi
1685
.
Müzəffər ibn Yusif Urməvi
Mühəddis idi. Əbü’l-Qasım Hibətullah ibn Muhəmməd ibnü’l-Husayn əş-Şeybanidən
(1041-1131) hədis dinləmiş və hədis elmlərinə dair bilikləri öyrənmişdi
1686
. Ölüm tarixi
məlum deyil. Lakin onun tarixçi və mühəddis Əli ibn Həsən ibn Əsakirin (öl. 1175)
müasiri olduğunu nəzərə alaraq XII əsrdə yaşadığını təxmin etmək olar. İbn Əsakir də
Əbü’l-Qasım Hibətullah ibnü’l-Husaynın tələbəsi olmuş və onun yanında imam
Əhməd ibn Hənbəlin (/) ‚Müsnəd‛ adlı hədis külliyatını oxumuşdu.
Yusif ibn Müzəffər ibn Yusif Urməvi
Müzəffər ibn Yusif Urməvinin oğlu idi. Katiblik və münşəat işlərində ixtisaslaşmışdı.
Abbasi xəlifələrindən Nasir Li-Dinillah (1180-1225) onu işrafu’d-divan təyin etmişdi
1687
.
Ölüm tarixi məlum deyil. XII-XIII əsrlərdə yaşamışdır.
İşrafu’d-Divan və ya divan müşrifi orta əsrlər müsəlman dövlətlərində xeyli mühüm
vəzifə idi. İşrafu’d-divan dövlətin baş maliyyə müfəttişi idi. Bu vəzifəyə təyin olunmaq
üçün sadəcə hesab və maliyyə işlərində ixtisaslaşmaq kifayət etmirdi. Divan müşrifləri,
maliyyə işlərini mükəmməl bilməklə yanaşı, mömin, saleh əməlli, ədalətli, dürüst və
insaf sahibi insanların arasından seçilirdi. Çünki baş maliyyə müfəttişi istənilən dövlət
orqanını təftiş edərək dövlətin ayırdığı maliyyə vəsaitinin aidiyyatı üzrə xərclənib-
xərclənmədiyini, hər hansı bir maliyyə fırıldağı və korrupsiya halının olub-olmadığını
müəyyən edirdi. Mülki və hərbi dövlət məmurlarının taleyi işrafu’d-divanın dövlət
başçısına təqdim etdiyi raportlardan aslı olurdu. Maliyyə fırıldağı və korrupsiya
səbəbiylə edam olunmuş bir çox yüksək rütbəli dövlət məmuru olmuşdur. Bu vəzifə o
qədər mühüm idi ki, raşid xəlifələrdən Ömər ibn Xəttab (ا, 634-644), başqasını təyin
etməyərək, bu işi şəxsən özü icra etmişdi.
1685
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 447.
1686
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 154.
1687
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 154.
Əbu Osman Səid ibn Sə’d Urməvi
Hədis ravisi idi. Bir çox ravidən hədis dinləmiş və nəql etmişdi. Onun hədis dinlədiyi
ravilərdən biri də Əhməd ibn Yəqla əl-Hulvani idi
1688
. Əbu Osman Urməvinin ölüm
tarixi məlum deyil. IX əsrdə yaşamışdır. Nəql silsiləsində Əbu Osman Səid Urməvinin
də olduğu hədislərdən biri aşağıdakıdır:
Ənəs ibn Malik (ا) dedi: Allah Rəsulu (م) buyurdular: ‚Mən sizi (rüku və səcdə etdiyiniz
vaxt) önümdə gördüyüm kimi, arxamda da görürəm‛
1689
.
Qazi Əbu Təyyib Nueym ibn Müsafir ibn Cə’fər Urməvi
Mühəddis idi. Bağdadda təhsil almış, hafiz Əbü’l-Qasım Übeydullah ibn Ömər ibn
Əhməd ibn Şahindən
1690
(öl. 995) hədis dinləmişdi. Urmiyə qazisi olmuşdu. Urmiyədə
Əbü’l-Fityan Ömər ibn Əbü’l-Həsən ər-Rəvasi ondan hədis dərsləri almış və hədis
dinləmişdi. Əbu Təyyib Nueym Urməvinin ölüm tarixi h. 460-cı (1068-1078) illərə
təsadüf edir
1691
.
Qazi Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Hüseyn ibn Muhəmməd ibn Həsən
ibn Zeyd ibn Həsən ibn Zəfər əl-Ələvi əl-Hüseyni Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Şəmsəddin Muhəmməd Urməvi h. 578-ci ildə (1182)
Urmiyədə anadan olmuşdu. ‚əl-Ələvi‛ və ‚əl-Hüseyni‛ nisbələrindən də göründüyü
kimi o, Əli ibn Əbu Talibin (ا) və onun oğlu Hüseynin (ا) nəslin idi. O, Bağdadda
şeyxü’ş-şüyux Sədrəddin Əbü’l-Həsən ibn Həmmuyənin tələbəsi olmuş, ondan şafi’i
fiqhini öyrənmişdi. Şeyx Sədrəddin Həmmuyə onun həm fiqhdə ustadı, həm də
mürşidi idi. Mürşidinin vəfatından sonra Şəmsəddin Muhəmməd Urməvi Əyyubi
hökmdarı Məlik Kamil ibn I Adilin (1218-1238) hakimiyyəti illərində Şam və əl-Cəzirə
1688
ƏBU BƏKR İSFƏHANİ, Mu’cəm, C. II, s. 403.
1689
ƏBU BƏKR İSFƏHANİ, yenə orada. Bu hədis üçün bax: MÜSLİM, Səhih, Namaz, 24/425. ‚(Namaz qılarkən) Rüku
və səcdələri düzgün icra edin. Vallahi mən siz rüku və səcdə etdiyiniz vaxt (mən sizin önünüzdə durub sizə namaz
qıldırarkən, siz mənim kürəyimin ardında ikən) arxamda ikən də sizi görürəm‛. ( ١كؼت ٖٓ ًْانلأ ٢ٗئ اللهٞك قٞعٍُاٝ عًٞهُا اٞٔ٤هأ
١هٜظ كؼت ٖٓ ٍاه أتنٝ).
1690
Məşhur mühəddis hafiz Əbu Həfs Ömər ibn Əhməd ibn Osman ibn Şahin Bağdadinin (öl. 995) oğlu idi.
1691
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 75; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 58.
diyarına
səyahət
etmişdi.
Qahirəyə
gəlmiş
və
buranın
mədrəsələrindəki
mühəddislərdən hədis dinləmiş və hədis elminin incəliklərini öyrənmişdi. Təhsilini
başa vurduqdan sonra h. 630-cu ildə (1233) Qahirədəki Şərifiyyə, daha sonra isə
Nasiriyyə mədrəsələrinin müdərrisi olmuşdu. Sultan Məlik Kamil onu həmçinin
Darü’l-Ədl naibliyinə
1692
təyin etmişdi. Alim H. 635-ci ildə (1238) Əyyubi hökmdarı II
Adil (1238-1240) tərəfindən qaziəsgər və naqibü’l-əşraf
1693
vəzifələrinə təyin olunmuşdu.
Şəmsəddin Muhəmməd Urməvi fəraiz, fiqh üsulu və nəzəriyyəçilik sahələrində
ixtisaslaşmışdı. Qazi Şəmsəddin Muhəmməd Urməvi möminliyi, dürüstlüyü, yumuşaq
xarakteri və xoşrəftarlığı ilə tanınmışdı. O, daim ona müraciət edən insanların hüquqi
problemləri ilə ciddi maraqlanıb yoluna qoymağa çalışırdı. Fəxrəddin Razinin ‚əl-
Məhsul‛ adlı əsərinə şərh yazmışdı. Alim h. 650-ci ilin şəvval ayının 13-ü (16 dekabr
1252) Qahirədə vəfat etmiş və Babü’l-Qirafədəki qəbristanda dəfn edilmişdi
1694
.
Şeyx Şihabəddin Əbü’r-Rəkəb Hüseyn ibn Muhəmməd ibn Hüseyn ibn Həsən ibn
Zeyd ibn Həsən Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Misirdə İbn Qaziəsgər adı ilə tanınmışdı. Nəsil
şəcərəsinə əsaslanaraq onun qazi Şəmsəddin Əbu Abdullah Muhəmməd Urməvi (öl.
1252) ilə yaxın əqrəba olduğunu söyləmək olar. Ölüm tarixləri arasında 120 il fərq
olduğunu nəzərə alaraq onların görüşmədiklərini söyləmək olar. Ehtimal ki, şeyx
Şihabəddin Əbü’r-Rəkəb Urməvi, qazi Şəmsəddin Muhəmməd Urməvinin əmisinin
nəvəsi idi. Misir Məmlüklü dövlətində naqibü’l-əşraf və divanü’l-inşa
1695
katibi idi.
Daha sonra Məmlüklülər tərəfindən katiblik vəzifəsinə təyin edilərək Hələb şəhərinə
göndərilmişdi. Bir müddət bu vəzifəni icra etdəkdən sonra istefaya çıxarılmışdı.
Vəzifəsindən ayrılandan sonra Şam diyarında qalmayıb Qahirəyə qayıtmışdı. Şeyx
Şihabəddin Hüseyn Urməvi fəzilət sahibi alim idi. O, həmçinin istedadlı şair və ədib
1692
Müasir dövrlə müqayisə etməli olsan ədliyyə nazirinin müavini deyə bilərik.
1693
Naqibü’l-Əşraf-Allah Rəsulunun (م) nəslindən olanların, seyyidlərin başçısı.
1694
İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 9; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. III, s. 15; MƏQRİZİ, Süluk, C. I, s.
127; MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. V, s. 597-598.
1695
Divanü’l-İnşa (İnşa Divanı)-Orta əsr müsəlman dövlətlərində dövlət başçısının əyalətlərdəki vəzifə sahibi
şəxslərlə xəbərləşməsini təmin edən rəsmi qurum idi. Bundan başqa fərman, nişan, mənşur və bəraət kimi hökmdar
tərəfindən verilən rəsmi dövlət sənədləri inşa divanında qələmə alınırdı. Müsəlman-Türk dövlətlərində divanü’l-inşa
rəisi ‚tuğrai‛ adlanırdı. Çünki bu qurumda yazılan bütün rəsmi sənədlər hökmdarın rəsmi imzası sayılan tuğra ilə
imzalanırdı.
idi, çox gözəl şerlər yazırdı. İbn Tağrıbirdi onun bioqrafiyasını yazarkən şe’rlərindən
bəzi nümunələri qeyd etmişdi. Qahirəyə qayıdandan sonra Qarasunquriyyə
mədrəsəsində dərs vermiş və eyni zamanda İbn Əbdüzzahir camesində xətiblik
etmişdi. Alim h. 16 şaban 772-ci ildə (5 mart 1371) Qahirədə vəfat etmişdi
1696
.
Şeyx Sədrəddin Əbu Abdullah Muhəmməd ibn Həsən ibn Yusif ibn Musa əl-Firuzi
Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. H. 610-cu ildə (1213) Urmiyədə anadan
olmuşdu. Təhsil almaq üçün Dəməşqə gəlmiş və Təqiyəddin Əbu Əmr Osman ibnü’s-
Səlahla (öl. 1245) görüşüb ondan hədis elmlərinə dair dərslər almışdı. Bundan başqa o,
Tacəddin ibn Həmmuyə və İbn Qumeyrə kimi alimlərdən də hədis dinləmiş və nəql
etmişdi. İmam Şəmsəddin Zəhəbi tələbəlik illərində şeyx Sədrəddin Urməvidən dərs
almışdı. Alim h. 700-cü ildə (1300) vəfat etmişdi
1697
.
Dostları ilə paylaş: |