Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əbu Cə’fər Muhəmməd ibn Həfs Uşnuhi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə47/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   42   43   44   45   46   47   48   49   50

Əbu Cə’fər Muhəmməd ibn Həfs Uşnuhi  

Mühəddis  idi.  Həyatı  haqqında  ətraflı  məlumata  rast  gəlinməmişdir.  Tanınmış  tarixçi 

və mühəddis, ‚Tarixi-Buxara‛ əsərinin müəllifi Əbu Abdullah Muhəmməd ibn Əhməd 

əl-Qəncar  əl-Buxari  (948-1019)  Əbu  Cə’fər  Uşnuhinin  tələbəsi  olmuş,  ondan  hədis 

dinləmişdi

1783


.  Alimin  ölüm  tarixi  məlum  deyil.  Əbu  Abdullah  əl-Qəncarın  ustadı  və 

müasiri  olduğunu  nəzərə  alaraq  Əbu  Cə’fər  Uşnuhinin  X  əsrdə  yaşadığını  təxmin 

etmək olar.  

 

Şeyx Əbü’l-Fəzl Əbdüləziz ibn Əli ibn Əbdüləziz ibn Hüseyn Uşnuhi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Bağdadda  təhsil  almış,  şeyxülislam 

Əbu  İshaq  İbrahim  Şirazinin  tələbəsi  olmuş,  ondan  şafi’i  fiqhini  öyrənmişdi.  Hədis 

dinləmək  məqsədiylə  səyahət  etmiş,  bir  çox  mühəddislərlə  yanaşı  Əbu  Cə’fər  ibn 

Məsləmədən  də  hədis  dərsləri  almışdı.  Səyahətini  başa  vurduqdan  sonra  Bağdada 

getmişdi.  Bir  müddət  Bağdadda  yaşadıqdan  sonra  Azərbaycana  qayıtmış,  vətənində 

tədris  və  tədqiqatla  məşğul  olmuşdu.  Fəzl  ibn  Muhəmməd  ən-Nəvqani  ondan  hədis 

dinləmişdi.  Əbü’l-Fəzl  Əbdüləziz  Uşnuhi  çox  ibadət  edən,  zahid  insan  idi.  O,  İslam 

vərəsəlik hüququna dair ‚əl-Uşnuhiyyə fi’l-Fəraiz‛ adlı əsər qələmə almışdı

1784

. Bu əsər 



daha  çox  ‚Fəraizü’l-Uşnuhiyyə‛  adı  ilə  tanınmışdı.  Cəmaləddin  Əsnəvi  onun  öz 

vətənində vəfat etdiyini yazsa da ölüm tarixini qeyd etməmişdir. Alimin ‚əl-Uşnuhiyyə 

fi’l-Fəraiz‛  adlı  əsərinin  öz  dəsti  xətti  ilə  h.  505-ci  ildə  (1111)  yazılmış  nüsxəsi 

                                                 

1782

Hüseyn  ibn  Muhəmməd  İBN  BİBİ,  Əxbari-Səlacuqe-Rum,  (Nşr.  M.C.Məşkur),  s.  317,  Tehran  1971.  İbn  Bibinin 



əsərini tədqiq və nəşr etmiş Muhəmməd Cavad Məşkur Sivas qazisi İzzəddin Urməvi ilə Anadolu Səlcuqlu sultanı 

İzzəddin II Keykavusun vəziri qazi İzzəddin Muhəmmədi eyni şəxs hesab edərək kitabın fihristində də bu şəkildə 

qeyd  etmişdi.  Halbuki  Vəzir  qazi  İzzəddin  Muhəmməd  14  oktyabr  1256-cı  ildə  Ağsaray  yaxınlığındakı  Sultanxanı 

döyüşündə  Səlcuqlu  ordusunun  moğollara  məğlub  olmasından  sonra  Baycu  noyanın  əmri  ilə,  əsir  düşmüş  14 

Səlcuqlu dövlət xadimi ilə birlikdə, edam edilmişdi. Sivas qazisi İzzəddin Urməvi isə, yuxarıda qeyd etdiyimiz kimi, 

1277-ci  ildə  qətlə  yetirilmişdi.  Vəzir  İzzəddin  Muhəmmədlə  bağlı  ətraflı  məlumat  üçün  bax:  Mikayıl  BAYRAM, 

‚Selçuklu Veziri Kadı İzzeddin Tarafından Düzenlenen bir Vakıf-Name‛, Ata Dergisi, S. 8, Konya 1997, ss. 48-49. 

1783


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 116. 

1784


  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  58;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  I,  s.  135;  SÜBKİ,  Təbəqatü’ş-

Şafi’iyyə əl-Kübra, C. VII, s. 94; İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. VI, s. 148. 

mövcuddur  və  Qahirədə,  Misir  Milli  kitabxanasında  saxlanılır.  Bu  əsərin  Türkiyədəki 

iki  əlyazma  nüsxəsindən  biri  Çorum  Həsən  paşa  İHK,  digəri  isə  Konya  BYEK-də 

mühafizə  edilir.  Konyadakı  nüsxəni  h.  983-cü  ildə  (1575)  Zeynəddin  ibn  Ağacan 

Naxçıvani adlı şəxs istinsəx edilmişdir. Şeyx Əbdüləziz Uşnuhi həmçinin ‚əl-İlhaq‛ və 

‚Kifayə fi’l-Fiqh‛ adlı bir əsərlərin də müəllifi idi. İbnü’s-Səlah Şəhrəzuri ölüm tarixini 

qeyd etməsə də onun Uşnuhda vəfat etdiyini yazmışdır. Ömər Rza alimin h. 550-ci ildə 

(1155) vəfat etdiyini qeyd etmişdir

1785


.  

 

Şeyxü’l-İslam Tacəddin Mahmud ibn Həddad ibn Əbu Bəkr ibn Yusif Uşnuhi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  fütuvvət  şeyxi  idi.  XII  əsrin  əvvəllərində 

Azərbaycanın Uşnuh şəhərində anadan olmuş və ilk təhsilini vətənində almışdı. Daha 

sonra Əfqanıstanın Herat şəhərinə getmişdi. Heratda şeyx Şəmsəddin Muhəmməd ibn 

Əbdülməlik  Deyləmi  ilə  tanış  olaraq  onun  müridi  olmuşdu.  Şeyx  Tacəddin  Uşnuhi 

məşhur  fütuvvət  şeyxi  Şihabəddin  Ömər  Sührəvərdinin  (öl.  1234)  yaxın  dostlarından 

idi.  Alim  ‚Kitab  Qayətü’l-İmkan  fi  Dirayətü’l-Məkan‛  adlı  əsərin  müəllifi  idi.    Şeyx 

Tacəddin  Uşnuhi  həm  də  istedadlı  şair  idi  və  farsca  gözəl  şerlər  yazırdı.  Səid  Nəfisi 

onun ‚Tacinamə‛ adlı şe’rlər kitabının olduğunu qeyd etmişdir. Şeyx Tacəddin Uşnuhi 

XIII  əsrin  ikinci  yarısında  Heratda  vəfat  etmiş,  burada  şeyx  Məcdəddin  Talibinin 

məzarının yanda dəfn edilmişdi

1786


.  

 

Əbü’l-Abbas Əhməd ibn Musa ibn Cəvseyn Uşnuhi 

Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. H. 450-ci ildə (1058) anadan olmuşdu. 

Bağdada  köçmüş  və  burada  yaşamışdı.  Əbu  Sə’d  əl-Mütəvəllinin

1787

  tələbəsi  olmuş, 



ondan  şafi’i  fiqhini  öyrənmişdi.  Əbu  Cə’fər  Muhəmməd  ibn  Əhməd  əl-Nəccari  və 

Əbü’l-Qənaim  əd-Dəqqaq  kimi  mühəddislərdən  hədis  dinləmişdi.  Əbu  Bəkr  əl-

Mübarək və Əbü’l-Qasım Zakir ibn Kamil əl-Xəffaf kimi alimlər onun tələbəsi olmuş və 

                                                 

1785

 ŞƏHRƏZURİ, Təbəqati’l-Füqəhai’ş-Şafi’iyyə, C. I, s. 550; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 164. 



1786

 NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. II, s. 750. 

1787

 Əbu Sə’d Əbdürrəhman ibn Mə’mun ibn Əli əl-Mütəvəlli (öl. 1085) yaşadığı dövrün tanınmış şafi’i alimlərindən 



idi.  Şeyx  Əbu  İshaq  Şirazinin  (öl.  1083)  ölümündən  sonra  Bağdad  Nizamiyyə  mədrəsəsinin  baş  müdərrisi,  rektoru 

olmuşdu. ‚Tətimmə‛ onun fiqhə dair qələmə aldığı əsər idi.  



ondan  hədis  dinləmişdilər.  Əbü’l-Abbas  Uşnuhi  salehliyi  və  fəziləti  ilə  tanınmış  alim 

idi. H. 515-ci ilin zilhiccə ayında (fevral 1122) vəfat etmişdi

1788

.  


 

Mənsur ibn Ətiq ibn Mənsur Uşnuhi 

Müfəssir  idi.  Əbu  Bəkr  Übeydullah  ibn  Cami,  Səid  ibn  Hüseyn  ər-Ravəndi,  Əbü’l-

Qasım  Fəzl  ibn  Abdullah  ibnü’l-Mühib  kimi  alimlərin  tələbəsi  olmuşdu.  Tarixçi  İbn 

Əsakirin qeydlərindən Mənsur Uşnuhinin Qur’anın təfsirinə dair əsərin müəllifi olduğu 

anlaşılır.  İbn  Əsakir  onun  Qur’ani-Kərimin  İsra  surəsi  110-cu  ayəsini  təfsir  edərkən 

Abdullah  ibn  Abbasın  (ا)  fikrini  əsas  götürdüyünü  qeyd  etmişdi.  İbn  Abbas  (ا)  bu 

ayənin enmə səbəbi haqqında belə demişdi:  

Bu ayə Allah Rəsulunun (م) (hicrətdən əvvəl, İslamın ilk illərində) Məkkədə əshabı ilə 

birlikdə gizli namaz qıldığı vaxtlarda nazil olmuşdu. Allah Rəsulu (م) əshabına namaz 

qıldırıb  Qur’an  oxuyarkən  səsini  qaldırırdı.  Qüreyş  müşrikləri  onu  eşidəndə  Qur’anı, 

onu endirəni və endiriləni söyürdülər. Bundan sonra bu ayə nazil oldu: ‚(Ey Rəsulum) 

Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta 

bir  yol  tut!‛  .  Allah  öz  elçisinə  ‚namazdakı  Qur’an  oxunuşlarında,  müşriklər  eşidib 

Qur’anı  söyməsinlər  deyə,  səsini  çox  yüksəltmə,  əshabın  da  sənin  Qur’an  oxumağını 

dinləməkdən məhrum olmasınlar deyə səsini çox alçaltma. Bu ikisinin arasında bir yol 

tut‛ deyə bəyan etdi

1789

.   


 

Şeyx Təqiyəddin Əbu’t-Təqi Saleh ibn Muxtar ibn Saleh ibn Əbü’l-Fəvaris Uşnuhi 

Mühəddis  idi.  Şeyx  İbn  Əbdüddaim,  Şəmsəddin  Muhəmməd  ibnü’l-Kamal 

Əbdürrəhim  və  Fəxrəddin  Əbü’l-Həsən  Əli  ibn  Əhməd  ibnü’l-Buxari  kimi  dövrün 

məşhur  mühəddislərinin  tələbəsi  olmuş,  onlardan  hədis  dərsləri  almışdı.  Muhəmməd 

ibn Əbdülhadi və İbrahim  ibn Xəlildən  şafi’i fiqhini öyrənmiş və bu alimlərdən  icazət 

(diplom)  almışdı.  Şeyx  Təqiyəddin  Saleh  Uşnuhi  hədis  elminə  dair  bir  sıra  əsərlərin 

                                                 

1788


 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VI, s. 35; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 58; SƏFƏDİ, Vafi bi’l-Vəfayat

C. VIII, s. 129. Səlahəddin Səfədi onun babasının adını ‚Huşeyn‛ kimi qeyd etmişdir.  

1789

 İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 301-302. Bu ayənin təfsiri üçün bax: TƏBƏRİ,  Camiü’l-Bəyan, C. V, s. 326-328; 



BUXARİ, Səhih, Təfsirü’l-Qur’an, Nr. 27; MÜSLİM, Səhih, əs-Səlat, Nr. 17; TİRMİZİ, Sünən, 48/3146. (  لاٝ يذلاصت هٜعذ لاٝ

اٜت دكافذ).  



müəllifi  idi.  Onun  tələbələri  arasından  tanınmış  mühəddislər  çıxmışdı.  Alim  h.  738-ci 

ilin  cəmaziələvvəl  ayında  (dekabr  1337)  Qahirədə  vəfat  etmiş  və  bu  şəhərin  Qirafə 

səmtindəki qəbristanda dəfn edilmişdi

1790


.  

 

Qütbəddin Əbu Muhəmməd Əmiri ibn Bəxtiyar Uşnuhi 

Mühəddis  idi.  İraqın  Ərbil  şəhərində  yaşamışdı.  Yaşadığı  dövrün  tanınmış  şafi’i 

alimlərindən  biri  idi.  Abdullah  ibn  Əhməd  ibn  Muhəmməd  Məvsilidən  hədis 

dinləmişdi. Alim h. 614-cü ilin cəmadiəlaxir ayında (sentyabr 1217) təqribən 70 yaşında 

vəfat etmişdi

1791

.  


 

Əbu Nəsr Nueym ibn Əhməd ibn Muhəmməd ibn Əla Varsani 

Mühəddis idi. Fəqih Əbu Bəkr Muhəmməd ibn Həfsuyənin tələbəsi olmuş, ondan hədis 

dərsləri almışdı. Əbu Nəsr Nueym Varsani h. 345-ci (956) ildə İranın Cürcan şəhərində 

hədis dərsləri vermişdir

1792

. Ölüm tarixi məlum deyil.  



 

Əbü’l-Fərəc Əbdülvahid ibn Bəkr ibn Muhəmməd Varsani 

Mühəddis  idi.  Hədis  dinləmək  üçün  çox  səyahət  etmişdi.  Dəməşqdə  Cuməh  ibnü’l-

Qasım,  Muhəmməd  ibn  Abdullah  ibn  Cə’fər  ər-Razi,  Yəhya  ibn  Abdullah  əz-Zəccac, 

Əbu  Bəkr  Əhməd  ibn  Abdullah  ibn  Əbu  Dücanə,  Əbü’l-Qasım  ibn  Əbi’l-Əqəb, 

Muhəmməd ibn Harun ibn Şueyb, Əbu Yə’la Abdullah ibn Əbi Kərimə əs-Səydavi, Əbu 

Bəkr  Muhəmməd  ibn  Davud  əd-Duqqi,  Mənsur  ibn  Əhməd  əl-Hərəvi  kimi 

mühəddislərdən hədis dinləmiş və nəql etmişdi. 

Həmzə ibn Yusif əs-Səhmi, Müzəffər ibn Əhməd əl-Fəqih, Əbü’l-Həsən Əbdülvahid ibn 

Şah,  Əbu  Əhməd  Əbhəri,  Əbu  Sə’d  əl-Maleyni,  Əbu  Əbdürrəhman  əs-Süləmi,  Əbu 

Muhəmməd  Həsən  ibn  İsmayıl  Ğəssani  ondan  hədis  dinləmişdilər.  Əbü’l-Fərəc 

Əbdülvahid Varsani tanınmış mühəddis Əhməd ibn Mənsur Şirazinin yaxın dostu idi. 

                                                 

1790

 İBN RAFİ’, əl-Vəfayat, s. 10. 



1791

 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s.70. 

1792

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s.467. 



Əbü’l-Fərəc Varsani h. 365-ci  ildə (976) Cürcana getmiş orada hədis dərsləri vermişdi. 

Alim h. 372-ci ildə (982) Hicazda vəfat etmişdi

1793

.  


 

Əhməd ibn Duləf Varsani 

Mühəddis idi. Qəzvində təhsil almış, burada Həsən Əli ibn Muhəmməd ibn Quttandan 

(öl. 1231) hədis dinləmişdi. Əhməd  ibn Duləf Varsani İbrahim  ibn Nəsr, Abdullah ibn 

Rica  kimi  ravilərdən  hədis  nəql  etmişdi

1794

.  Ölüm  tarixi  məlum  deyil,  XIII  əsrdə 



yaşamışdır.  

 

Əbü’l-Həsən Əli ibnü’s-Sirri ibn Səqr ibn Həmmad Varsani 

Mühəddis  idi.  Əbü’l-Qasım  Abdullah  ibn  Muhəmməd  əl-Bəğəvi  (öl.  929),  Əbu  Bəkr 

Muhəmməd  ibn  Qasım  İsfəhani,  Cə’fər  ibn  İsa  Hulvani,  Əbu  Bəkr  Muhəmməd  ibn 

Həsən  ibn  Davuddan  hədis  dinləmiş  və  nəql  etmişdi.  Əbü’l-Həsən  Əli  Varsani  bir 

müddət  Qəzvində  təhsil  almış,  burada  Əbu  Hatim  əs-Sicistani,  Əbu  Əli  ət-Tusi  kimi 

alimlərdən hədis dinləmişdi. İbn Bilal və İbn Bərkan, Əbü’l-Həsən Əli Varsanidən hədis 

dinləmişdilər

1795

. Ölüm tarixi məlum deyil. IX-X əsrlərdə yaşamışdır.  



Əhməd əl-Bəlazuri əsərində ‚əl-Varsani‛ nisbəli bir şəxsin Abbasi xəlifələrindən Cə’fər 

ibn  Mənsurun  (754-775)  qızı  Umm  Cə’fər  Zübeydənin

1796

  (öl.  831)  məvlası  olduğunu 



qeyd etmişdir. Əsərin naşiri Dr. Abdullah Ənis ət-Təbba’ ‚əl-Varsani‛ nisbəli bu şəxsin 

Əbü’l-Həsən  Əli  ibnü’s-Sirri  olduğunu  qeyd  etmişdir

1797

.  Lakin  təəssüf  ki,  naşir 



istinadını bildirməmişdir.  

 

Müəllim Əbü’l-Hüseyn Əli ibn Davud ibn Əhməd əl-Azərbaycani Varsani 

Yaşadığı  dövrün  tanınmış  mühəddislərindən  idi.  İbn  Əbü’d-Dünya,  katib  Əbu  Cə’fər 

Muhəmməd  ibnü’l-Əzhər,  Abdullah  ibn  Hazır  ər-Razi,  Muhəmməd  ibn  İsrail  əl-

Cəvhəri,  Muhəmməd  ibn  Qalib  ət-Təmmam,  Hamid  ibn  Səhl  əs-Səğri,  Əhməd  ibn 

                                                 

1793

 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XXXVII,s. 206-208; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 556. 



1794

 RAFİ’İ, Tədvin, C. II, s. 175. 

1795

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 556; RAFİ’İ, Tədvin, C. IV, s. 75. 



1796

 Zübeydə bint Cə’fər 781-ci ildə əmisi oğlu, xəlifə Harun ər-Rəşidlə evlənmişdi.  

1797

 Bax: BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 461. 



Muhəmməd əl-Amiri, Əhməd ibn Nəsr Tirmizi, Əbü’l-Abbas Sərrac əs-Səqəfidən hədis 

dinləmiş  və  nəql  etmişdi.  Əbü’l-Hüseyn  ər-Razi,  Əbü’l-Fərəc  İmran  əl-Xəffaf,  Əbü’l-

Fəth Müzəffər əl-Muqri, Əbu Haşim əl-Müəddəb, Əbü’l-Qasım Əbdürrəhman Şeybani, 

Əbü’l-Fəth  Əbdülmün’im  ibn  Xıdır  Ğəssani  ondan  hədis  dinləmiş  və  qeyd  etmişdilər. 

Alimin ölüm tarixi h. 338-ci ildən (949) sonraya təsadüf edir. O, Dəməşq yaxınlığındakı 

Neyrəb kəndində yaşamış və orada vəfat etmişi

1798

. Əbü’l-Hüseyn Əli Varsaninin nəql 



silsiləsində yer aldığı hədislərdən bəzilərini burada qeyd etmək yerinə düşəcəkdir:  

Əbu  Zərr  əl-Ğifari  dedi  (ا),  Rəsulullah  (م)  buyurdular  ki:  ‚Müəllim  (öyrədən)  xeyir 

tapmışdır.  Alim  üçün  yerdəki  canlılar,  uçan  quşlar,  hətta  dənizdəki  balıqlar  xeyir-dua 

edər, günahlarının əvf edilməsi üçün Allaha yalvararlar‛

1799

.  


Əbu Hüreyrə dedi (ا) Rəsulullah (م) buyurdular ki: ‚Allah əcəlini altımış yaşına qədər 

uzatdığı  şəxsin  hər  cür  üzr  və  bəhanələrini  aradan  qaldırmışdır‛

1800

.  Yəni  altımış  yaşa 



qədər  yaşamış  bir  şəxsin  dini  mükəlləfiyyətlərindən  ötrü  istər  həyatda,  istərsə  də 

Allahın qarşısında: ‚vaxtım olmadı, bilmədim, öyrədən olmadı, öyrənə bilmədim‛ və.s 

bu qəbildən olan heç bir bəhanəsi qəbul edilməyəcəkdir. 

 

Qazi Əbu Bəkr Muhəmməd ibn Xuzeymə Varsani 

Mühəddis və Varsan şəhərinin qazisi idi. Mühəddis Əbu Zərr Muhəmməd ibn Yusif ibn 

Muhəmməddin tələbəsi olmuş, ondan hədis dərsləri almışdı. Tanınmış mühəddis imam 

Əhməd  ibn  Əli  ibn  Lal  qazi  Əbu  Bəkr  Varsaninin  tələbələrindən  biri  olmuş,  ondan 

hədis  dinləyərək  nəql  etmişdi

1801

.  Qazi  Əbu  Bəkr  Varsaninin  ölüm  tarixi  məlum  deyil. 



İmam  Əhməd  ibn  Əli  ibn  Lal  məşhur  azərbaycanlı  hədis  hafizi  Əbü’l-Qasım  Həfs  ibn 

Ömər  Ərdəbilinin  (öl.  950)  də  tələbəsi  olmuş,  ondan  hədis  dinləmişdi

1802

.  Deməli  qazi 



Əbu Bəkr Varsani hafiz Əbü’l-Qasım Ərdəbilinin müasiri olmuşdur. Beləcə onun da IX-

X əsrlərdə yaşadığını söyləyə bilərik.  

                                                 

1798


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XLI, s. 467-469. 

1799


  İBN  ƏSAKİR,  Tarixu-Mədinəti-Diməşq,  C.  XLI,  s.  469.  Ləfz  və  məna  baxımından  bənzər  hədislər  üçün  bax: 

TİRMİZİ, Sünən, İlm, hədis Nr: 2681, 2682, 2685; İBN MACƏ, Sünən, Müqəddimə, 239. (  ٢ِص٣ ٕاٌ٣هش ٚت َٓاؼُاٝ ه٤فُا ِْؼٓ

هؽثُا ٕٞٗٝ ءأٍُا ه٤غٝ ضنلأا ٢ك باٝكُا ٠رؼ ئش ًَ أٜ٤ِػ) 

1800


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XLI, s. 469. Bundan başqa bax: BUXARİ, Səhih, Riqaq 4; TİRMİZİ, Sünən, 

Dəvət, Nr: 3545, Zöhd, Nr: 2332; İBN MACƏ, Sünən, Zöhd, Nr: 4236. (هٔؼُا ٢ك ٚ٤ُئ الله نمػأ كوك حٌ٘ ٕٞرٌ ٚ٤ِػ دذأ ٖٓ) 

1801

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s.467. 



1802

 Bax: ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 850-851. 



 

Əllamə Hüseyn ibn Həsən əl-Hüseyni Xalxali 

İmam Hüseynin (ا) nəslindən olan əllamə Hüseyn Xalxali sultan III Murad (1574-1595) 

və III Mehmedin (1595-1603) hakimiyyəti illərində Osmanlı imperatorluğunda yaşamış 

tanınmış müfəssir, filoloq, kəlamçı və astronom idi. Əllamə Hüseyn Xalxali Mirzə Can 

Şirazinin  tələbəsi  olmuşdu.  O,  müxtəlif  elm  sahələrinə  dair  ərəbcə,  farsca  və  türkcə 

qələmə aldığı bir sıra əsərlərin müəllifi idi. ‚Haşiyə ələ Şərhü’l-Əqaidü’l-Əzudiyyə‛

1803



‚Şərhü’d-Dairətü’l-Hindiyyə‛



1804

,  ‚Haşiyə  ələ  Ənvarü’t-Tənzil‛

1805

,  ‚Miftah  fi  Həllü’l-



Məsabih‛,  ‚Risalə  fi’l-Məbdəi’l-Əvvəl  və  Sifatihi‛,  ‚Şərhü’l-Kafiyyə  li  İbnü’l-Hacib‛, 

‚Risalə  fi  Təhqiqi-Vəqti’z-Zəval‛,  ‚Haşiyə  ələ  Risalətü  İsbati’l-Vacib‛,  ‚Haşiyə  ələ 

Şərhi’d-Dəvvani  li-Təhzibü’l-Məntiq‛

1806


  Hüseyn  Xalxalinin  əsərlərindən  bəziləridir. 

Alim h. 1014-cü ildə (1605) vəfat etmişdir

1807

. Türkiyənin əlyazma əsər kitabxanalarında 



əllamə Hüseyn Xalxalinin əsərlərinin yüzlərlə nüsxəsi mövcuddur.   

 

Əbu İshaq İbrahim ibn Xosrovşah ibn Hüseyn ibn Ömər Xalxali 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Xalxal  şəhərində  dünyaya  gəlmiş  və 

Azərbaycandakı  mədrəsələrdə  təhsil  almışdı.  Daha  sonra  Misirə  getmiş  və  burada 

yaşamışdı.  H.  646-cı  ildə  (1248),  yəni  Əyyubilərin  Misirdəki  hakimiyyətinin  son 

illərində  Bilbeys

1808


  şəhəri  qaziliyinə  təyin  olunmuşdu.  Qazilik  vəzifəsinin  icrası  ilə 

yanaşı  hədis  tədrisi  ilə  də  məşğul  olmuşdu.  Misirdə  yaşadığı  dövrdə  şafi’i  fiqhi 

                                                 

1803


  Bu  haşiyə  Əzudəddin  əl-İcinin  ‚Əqaidü’l-Əzudiyyə‛  adlı  əsərinə  Cəlaləddin  Dəvvaninin  yazdığı  şərh  üzərinə 

qələmə alınmışdır. 

1804

 Bu Sədrəddin Şirazinin əsərinə yazılmış şərhdir. 



1805

 Bu haşiyə qazi Nasirəddin Bəyzavinin təfsirinə yazılmış haşiyədir.  

1806

  ‚Təhzibü’l-Məntiq  və’l-Kəlam‛  Sə’dəddin  Təftazaninin  (öl.  1390)  kəlam  elmi  sahəsində  qələmə  aldığı  əsərdir. 



Cəlaləddin Dəvvani (öl. 1502) bu əsərə ‚Şərhu Təhzibü’l-Məntiq‛ adı ilə bilinən şərh yazmışdır. Hüseyn Xalxali də 

bu  şərhə  haşiyə  yazmışdır.  Bu  şərhə  haşiyə  yazmış  digər  bir  azərbaycanlı  alim,  yuxarıda  haqqında  məlumat 

verdiyimiz, Mir Əbü’l-Fəth Ərdəbilidir. 

1807


 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 1092; ZİRİKLİ, Ə’lam, C. II, s. 351; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 

549, 606; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 393. Səid Nəfisi alim barədə məlumat verərkən mühüm bir səhvə yol 

vermişdir.  S.  Nəfisi  alimin  adını  ‚Əllamə  Seyyid  Həsən  əl-Hüseyni  Xalxali‛  olaraq  qeyd  etmiş,  onun  h.  1014-cü 

(1605)  ildə  vəfat  etdiyini  və  yuxarıda  adları  qeyd  olunmuş  əsərlərin  müəllifi  olduğunu  bildirmişdir.  Halbuki  alim 

haqqında  məlumat  verən  bütün  mənbələrdə,  o  cümlədən  onun  əsələrinin  əlyazma  nüsxələrində  adı  ‚Hüseyn  ibn 

Həsən əl-Hüseyni Xalxali‛ kimi yazılmaqdadır.  

1808

  Bilbeys-(qədim  Misirin  Felbs  adlanırdı),  orta  əsrlərdə  Misirin  şəmali-şərqində,  Nil  deltasının  şərq  sahilində 



yerləşən strateji əhəmiyyətə malik qala-şəhər idi. İndi Qahirədən 20-25 km şimali-şərqdə yerləşən kiçik şəhərdir.  

sahəsində  böyük  mütəxəssis  kimi  şöhrət  tapmışdı.  Alim  h.  16  ramazan  668-ci  ildə  (8 

may 1270) Dəməşqdə vəfat etmişdi

1809

.  


 

Şəmsəddin Muhəmməd ibn Müzəffər Xalxali 

Elxanilərin  hakimiyyəti  illərində  (1256-1357)  Azərbaycanın  tanınmış  şafi’i  fəqihi, 

mühəddis,  ədəbiyyatşünas  və  mütəkəllimlərindən  biri  idi.  Xətibi  ləqəbi  ilə  məşhur 

olmuş  Şəmsəddin  Xalxali  müxtəlif  elm  sahələrinə  aid  bir  sıra  əsərlərin  müəllifi  idi. 

Bunlardan  ‚Tənvirü’l-Məsabih‛,  ‚Şərhu  Mişkatü’l-Məsabih‛,  ‚Şərhu  Müntəhiyü’s-Sul 

və’l-Əməl  fi  İlmü’l-Üsul‛,  ‚Şərhu  Miftahü’l-Ülum‛,  ‚Şərhu  Təlxisü’l-Miftah‛ı

1810

 

sadalamaq  olar.  Alim  h.  745-ci  ildə  (1344)  Arranda  vəfat  etmişdi



1811

.  ‚Şərhu  Təlxisü’l-

Miftah‛ın  nadir  əlyazma  nüsxələrindən  biri  Türkiyə  Afyon  Gədik  Əhməd  paşa  İHK, 

‚Şərhu  Miftahü’l-Ülum‛un  nüsxələrində  biri  isə  İstanbul  Köprülü  yazma  əsərlər 

kitabxanasında saxlanılır.  

 

Nəsrullah ibn Muhəmməd əl-Öməri Xalxali 

Şafi’i məzhəbinə mənsub fəqih, müfəssir, mütəkəllim, əxlaq nəzəriyyəçisi, riyaziyyatçı 

və  şair  idi.  Nəsrullah  Xalxali  Səfəvilərin  təzyiq  və  təqibləri  nəticəsində  vətəni  tərk 

etmək  məcburiyyətində  qalan  alimlərdən  biri  idi.  Alim  Osmanlı  imperatorluğu 

idarəsində  olan  Şam  diyarına  getmiş,  Hələb  şəhərində  məskunlaşmışdı.  Nəsrullah 

Xalxali  Hələbdəki  Əsruniyyə  mədrəsəsində  dərs  vermişdi

1812


.  Dəyərli  həmkarım  Bilal 

Dədəyev  mənbələrdəki  məlumatlardan  Nəsrullah  Xalxalinin,  yuxarıda  haqqında 

məlumat  verdiyimiz,  Şəmsəddin  Muhəmməd  Xalxalinin  oğlu  olduğu  qənaətini  hasil 

etmişdir


1813

. Şəmsəddin Muhəmməd Xalxali h. 745-ci ildə )1344(, Nəsrullah Xalxali isə h. 

962-ci  ildə  (1555)  vəfat  etmişdir.  Ata  ilə  oğulun  ölüm  tarixləri  arasında  211  il  olması 

mümkün deyil. Yəni Şəmsəddin Muhəmməd Xalxalinin Nəsrullah Xalxalinin atası olma 

                                                 

1809


 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. I, s. 148. 

1810


  ‚Miftahü’l-Ülum‛  tanınmış  ədəbiyyatşünas  və  mütəkəllim  Yusif  ibn  Əbu  Bəkr  əs-Səkkakinin  (öl.  1299)  ərəb 

filologiyasına  dair  əsərdir.  Xətib  Şəmsəddin  Muhəmməd  ibn  Əbdürrəhman  Qəzvini  (öl.  1338)  bu  əsərin  xülasəsini 

yazmış və bunu ‚Təlxisü’l-Miftah‛ adlandırmışdı. Şəmsəddin Xalxali isə bu iki əsərə şərh yazmışdı. 

1811


 HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 143; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 612; BAĞDADLI, İzahü’l-Məknun

C. I, s. 165; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 726. 

1812

  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb,  C.  III,  s.  222;  NƏFİSİ,  Tarixi-Nəzm  və  Nəsr,  C.  II,  s.  706;  KƏHHALƏ,  Mu’cəmü’l-



Müəllifin, C. IV, s. 28. 

1813


 DƏDƏYEV, həmin məqalə

ehtimalı yoxdur. Lakin biz İbnü’l-İmadın qeydlərindən Nəsrullah Xalxalinin atasının da 

Azərbaycanın  tanınmış  şafi’i  fəqihlərindən  biri  olduğunu  öyrənirik

1814

.  İbnü’l-İmad 



onun haqqında ‚fəqih oğlu fəqih‛

1815


 ifadəsini işlədir. Nəsrullah Xalxali haqqındakı bir 

digər  yanılğı  isə  onun  Şamaxı  yaxınlığındakı  Xalxal  vilayətindən  olmasıdır

1816

.  Orta 


əsrlərə  aid  tarixi  mənbələr  və  bioqrafiya  kitablarında  ‚Xalxali‛  nisbəsi  ilə  Şirvandakı 

vilayət deyil, Azərbaycanın cənubunda, Ərdəbillə Sultaniyyə və Zəncan arasında, Talış 

dağlarının  ətəyində,  Gilanla  həmsərhəd  ərazidə  yerləşən  Xalxal  şəhəri  nəzərdə 

tutulur


1817

.  Xalxal  şəhəri  haqqında  Azərbaycanın  tarixi  coğrafiyası  barədə  yazarkən 

ətraflı  məlumat  vermişik.  Ömər  Rza  öz  əsərində  Nəsrullah  Xalxalinin  h.  946-cı  ildə 

(1539)  vəfat  etdiyini  qeyd  etsə  də

  1818

  mənbələrdə  bunu  təsdiq  edən  heç  bir  məlumata 



rast gəlinmir. 

Nəsrullah  Xalxali  müxtəlif  elm  sahələrinə  dair  bir  sıra  əsərin  müəllifi  idi.  Qazi 

Bəyzavinin  təfsirinə  yazılmış  ‚Haşiyə  ələ  Ənvarü’t-Tənzil‛,  Cəlaləddin  Dəvvaninin 

əsərinə yazılmış ‚Haşiyə ələ İsbatü’l-Vacib‛, ‚Haşiyə ələ Şərhü’l-Hidayətü’l-Hikmə‛

1819



‚Şərhü’l-Cədidətü’l-Cəlaliyyə‛



1820

,  ‚Talibətü’r-Rayihə  min  Tələbi’l-Fatihə‛,  ‚Tuhfətü’l-

Əcaib  və  Turfətü’l-Qəraib‛,  ‚Cami‘ü’l-Kəbir  fi  Sən’ətü’l-Mənzum‛,  ‚Məcmuətü’l-

Hesab‛ Nəsrullah Xalxalinin qələmindən çıxmış əsərlərdir

1821

.  


Ömər  Rza,  Katib  Çələbiyə  istinad  edərək,  ‚Rəsail  İbnü’l-Əsir‛  adlı  əsəri  də  Nəsrullah 

Xalxaliyə aid etmişdir

1822

. Halbuki Katib Çələbi bu əsər haqqında məlumat verərkən ‚bu 



                                                 

1814


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 195. 

1815


 

[

ٚ٤ولُا ٖتا ٚ٤ولُا



]

 

1816



 DƏDƏYEV, həmin məqalə

1817


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. III, s. 145. 

[

ٕلا٤عُ حٔـارٓ ٕاع٤تنلأ فهغ ٢ك جنًٞٝ ح٘٣كٓ



]

; HİMYƏRİ, Nisbə ilə’l-



Məvazi’, C. I, s. 279. 

[

ح٤ٗاطٍُِا ٢ؼاٞٗ ٖٓ ح٣هه ،ٍافِفُا



]

1818



 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 28. 

1819


 ‚Hidayətü’l-Hikmə‛ Əsirəddin Müfəzzəl ibn Ömər Əbhərinin (öl. 1265) məntiq elminə dair əsəridir. Bu əsərə bir 

çox alim tərəfindən şərh yazılmışdır. Belə şərhlərdən biri də qazi Mir Hüseyn ibn Müin əl-Meybədi Yəzdiyə (öl. 1498) 

məxsusdur. Nəsrullah Xalxali də bu şərhə haşiyə yazmışdır.  

1820


 Bu şərh Cəlaləddin Dəvvaninin (öl. 1502) ‚Risalətü’l-İsbati’l-Vacibü’l-Cədidə‛ adlı əsərinə yazılmışdır. Bu əsərin 

zəmanəmizə  iki  variantı  gəlib  çatmışdır.  Bu  variantlardan  biri  ‚qədim‛,  digəri  isə  ‚yeni‛  (cədid)  variant  hesab 

olunur. Birinci variantı Dəvvani gənclik illərində iki gün ərzində yazmışdır. Sonralar bu nüsxə ixtisar edilərək geniş 

oxucu kütləsi üçün münasib hala gətirilmişdi. Bu əsər barəsində daha ətraflı məlumat üçün bax: ŞƏRİFOV, Əbdülqəni 



Əfəndi..., s. 34.  

1821


 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 774; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 28. 

1822


 KƏHHALƏ, yenə orada, C. IV, s. 28. 

əsərin  müəllifi  637-ci  ildə  (1239)  vəfat  etmiş  Ziyaəddin  Nəsrullah  ibn  Muhəmməddir, 

hansı ki, İbnü’l-Əsir əl-Cəzəri kimi tanınmışdır‛

1823

 deyə qeyd etmişdir.  



Həmkarım  Bilal  Dədəyev  Katib  Çələbinin  ‚Məcmuətü’l-Hesab‛  adlı    əsəri  Nəsrullah 

Xalxaliyə  aid  etdiyini,  lakin  bunun  dəqiq  məlumat  olmadığını  və  Məhəmmədəli 

Tərbiyətin də bu barədə tərəddüdlü olduğunu öz məqaləsində qeyd etmişdir

1824


. Məsələ 

burasındadır  ki,  ‚Məcmuətü’l-Hesab‛  həqiqətən  Nəsrullah  Xalxalinin  zehninin 

məhsuludur  və  bu  əsərin  Türkiyədəki  yeganə  əlyazma  nüsxəsi  Kayseri  şəhəri  Raşid 

əfəndi əski əsərlər kitabxanasında saxlanılır. Ankara Milli kitabxanada alimin ‚Haşiyə 

ələ  Şərhü’l-Hidayətü’l-Hikmə‛  adlı  əsəri  mühafizə  edilir.  Bu  əsərin  digər  bir  əlyazma 

nüsxəsi  də  Konya  BYEK-də  saxlanılır.  Alimin  ‚Talibətü’r-Rayihə  min  Tələbi’l-Fatihə‛ 

adlı  əsərinin  əlyazma  nüsxəsi  Türkiyə  Afyon  Gədik  Əhməd  paşa  İHK-ndədir.  Onun 

‚Şərhü’l-Cədidətü’l-Cəlaliyyə‛  adlı  əsərinin  yeganə  nüsxəsi  İstanbul  Nuriosmaniyyə 

əlyazmalar kitabxanasında mühafizə edilir. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin