Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əbu Bəkr Muhəmməd ibn Yəhya ibn Müslim Xoyi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə48/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   42   43   44   45   46   47   48   49   50

Əbu Bəkr Muhəmməd ibn Yəhya ibn Müslim Xoyi 

Hədis  ravisi  idi.  Cə’fər  ibn  İbrahim  əl-Müəzzindən  hədis  dinləmiş  və  nəql  etmişdi. 

Əbü’l-Qasım Abdullah ibn Muhəmməd ər-Razi ondan hədis dinləmişdi

1825

. Ölüm tarixi 



məlum deyil. Təqribən X-XI əsrlərdə yaşamışdır.  

 

Əbu Muaz Əbdan Mütətəbbib Xoyi 

Hədis  ravisi  və  həkim  idi.  əl-Cahizin

1826


  tələbəsi  olmuş,  tibbi  biliklərlə  yanaşı  ondan 

hədis  dinləmiş  və  nəql  etmişdi.  Əbu  Əli  əl-Qali,  Əbu  Yaqub  Yusif  ibn  Tahir  əl-Xoyi 

                                                 

1823


 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 1216.] <

طُ 


١

١نىعُا ه٤شلأا ٖتات فٝهؼُٔا محمد ٖت محمد ٖت الله هصٗ ٖ٣كُا ءا



<[  

1824


 DƏDƏYEV, həmin məqalə; TƏRBİYƏT, həmin əsər, s. 56; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s.   

1825


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 163. 

1826


  Əbu  Osman  Əmr  ibn  Bəhr  ibn  Məhbub  əl-Cahiz  əl-Kinani  əl-Bəsri  (777-869).  Əl-Kinani  nəsbəsi  daşısa  da  o, 

Kinanə qəbiləsinə mənsub saf ərəb deyildi. Babası Məhbub əslən şərqi Afrikalı kölə idi və Kinanə qəbiləsi üçün dəvə 

çobanlığı edirdi. Sonra köləlikdən azad edilmiş və ərəbləşmişdi. Cahiz qısa boylu, zəif bədənli, qalın dodaqlı, qara 

dərili  afro-ərəb  idi.  Cahiz  ləqəbi  ona  sağ  gözü  partlaq  olduğu  üçün  verilmişdi.  Cahiz  yaşadığı  dövrün  ən  məşhur 

alimlərindən idi. Zoologiya və antropologiya sahələrində ixtisaslaşsa da Cahiz tibb, ərəb dili və ədəbiyyatı, ilahiyyat, 

siyasət,  tarix,  dinlər  və  məzhəblər  tarixi,  fəlsəfə,  əxlaq,  iqtisadiyyat  və  ticarət  kimi  sahələrdə  360-dan  çox  kitab  və 

məqalənin müəllifi idi. O, zoologiya sahəsində qələmə aldığı əsərlərdə təmsil üsulundan istifadə edir, hər bir hevanın 

xüsusiyyətlərini  onun  öz  dili  ilə  anlatırdı.  Cahiz  ilk  dəfə  ətraf  mühitin,  səslərin,  eləcə  də  musiqinin  insanların 

psixologiyasına və heyvanların davranışlarına təsirini müəyyən etmiş və bu haqda risalə yazmışdı. İlk dəfə o, insanın 

tənəffüs  sistemini  dəqiqliklə  izah  etmişdi.  Zahiri  görkəminə  rəğmən  Cahiz  hazırcavablığı  və  zarafatcıllığı  ilə 



ondan  hədis  dinləmiş  və  nəql  etmişdilər

1827


.  Ölüm  tarixi  məlum  deyil.  X  əsrlərdə 

yaşamışdır.  

 

Əbu Yaqub Yusif ibn Tahir ibn Yusif ibn Həsən Xoyi 

Şafi’i məzhəbinə mənsub fəqih idi. O, həmçinin ədib və şair idi, gözəl şe’rlər yazmışdı. 

Xorasanın  Tus  şəhərində  yaşamış,  buradakı  Nəvqan  qəsəbəsində  qazi  müavini 

olmuşdu.  Fəzilətli  və  xoşrəftar  insan  idi.  O,  fəqhə  dair  bir  sıra  əsərlərin  müəllifi  idi. 

Bunlardan 

‚Fəraidü’l-Xəraid 

fi’l-Əmsilə‛, 

‚Şərhu 


Suqtü’z-Zənd 

li’l-Mə’ərri‛, 

‚Tənzihü’l-Qur’an‛ın adlarını sadalamaq olar. Təvəllüd və vəfat tarixləri məlum deyil. 

Lakin  əsərlərindəki  qeydlərindən  onun  h.  532-ci  ildə  (1138)  həyatda  olduğu  bilinir

1828



Buna  istinadən  alimin  XI-XII  əsrlərdə  yaşadığını  təxmin  etmək  olar.  ‚Fəraidü’l-Xəraid 



fi’l-Əmsilə‛nin  əlyazma  nüsxələrindən  biri  İstanbul  Köprülü  kitabxanasında 

mövcuddur. 

 

Qazi Əbu Nueym Muhəmməd ibn Übeydullah Xoyi 

Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. Xoy şəhərinin qazisi olmuş, həmçinin 

Xoyda hədis dərsləri də vermişdi. Bağdadda təhsil almış, burada Əbu Muhəmməd əs-

Seyrəfini və xətib Əbu Muhəmməd Abdullah ibn Muhəmməd ibn Hezarmərddən hədis 

dinləmişdi

1829


. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  

 

Əbü’l-Vəfa Budeyl ibn Əbi’l-Qasım ibn Budeyl əl-İmli Xoyi 

                                                                                                                                                             

insanların sevimlisi olmuşdu. Onun hekayələri ərəblər arasında lətifəyə çevrilmişdi. Onun yaşadığı dövrdə mö’təzilə 

məzhəbi  hakim  mövqedə  idi.  Buna  görə  də  Cahiz  Bağdadın  elmi  dairələrinə  daxil  ola  bilmək  üçün  mö’təzilə 

məzhəbini  qəbul  etmişdi.  Bundan  başqa  onun  yaşadığı  dövrdə  dəqiq  elmlərlə  məşğul  olan  alimlərin  böyük 

əksəriyyəti mö’təzili idi. O, Abbasilərin vəziri İbnü’z-Zəyyatla dost idi  və əsərlərinin böyük əksəriyyətini ona ithaf 

edərək  Bağdadda  rifah  içində  yaşamışdı.  İbnü’z-Zeyyatın  ölümündən  sonra  Cahiz  həbs  edilərək  bir  müddət 

zindanda  qalmiş,  lakin  sonra  azad  edilmişdi.  Cahiz  ömrünün  axırlarına  doğru  iflic  olmuş,  xəstəliyi  səbəbiylə 

Bağdaddan doğma şəhəri Bəsrəyə köçmüş və 92 yaşında orada vəfat etmişdi.   

1827

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 163; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. III, s. 182-183. 



1828

  KƏHHALƏ,  Mu’cəmü’l-Müəllifin,  C.  IV,  s.  165;  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  II,  s.  164.  Səm’ani  əsərində  alimin 

adını ‚Yusif ibn Muhəmməd‛ olaraq qeyd etmişdir. 

1829


 ZƏHƏBİ, Müştəbih, s. . 130; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s.179. 

Səm’ani  onun  ‚əl-İmli‛  nisbəsini  maraqlı  bir  xüsusla  izah  edərək  xoyluların 

ləhcəsindəki  ‚imlə‛  sözünün  ərəbcədəki  mənasının  ‚pəltəkləyən,  kəkələyən‛

1830

 

olduğunu  bildirir.  Müəllif,  Əbü’l-Vəfa  Budeyl  Xoyinin  bu  ləqəblə  tanınmasının 



səbəbinin onun babasının pəltək, kəkəmə olduğunu qeyd etmişdir. Əbü’l-Vəfa Budeyl 

Xoyi şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Qazi Əbü’l-Fəth Nasir ibn Əhməd 

ibn Bəkran Xoyinin tələbəsi olmuş, ondan hədis dinləmişdi. Tanınmış tarixçi, mühəddis 

və bioqraf hafiz Əbü’l-Qasım Əli ibn Həsən ibn Hibətullah İbn Əsakir Dəməşqi (1105-

1175)  ondan  hədis  dinləmiş  və  nəql  etmişdi.  Alimin  ölüm  tarixi  h.  530-cu  (1136-1146) 

illərə təsadüf edir

1831

.  


 

Əbu’r-Ruh Fərəc ibn Übeydullah ibn Əbi Nueym Xələf ibn Həsən Xoyi 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Bağdadda təhsil almış, şeyx Əbu İshaq Şirazi və Əbu 

Sə’d  əl-Mütəvəllinin  tələbəsi  olmuşdu.  Təhsilini  başa  vurduqdan  sonra  Xoya  qayıtmış 

və  burada  təsis  etdiyi  mədrəsənin  müdərrisi  olmuşdu.  Qısa  müddətdə  bu  mədrəsəyə 

çox  sayıda  tələbə  cəlb  olunmuşdu.  Yaşadığı  dövrdə  Azərbaycanın  ən  tanınmış 

fəqihlərindən  biri  olmuşdu.  Alim  h.  521-ci  ildə  (1127)  doğma  şəhəri  Xoyda  vəfat 

etmişdi

1832


.   

 

Vaiz Əbu Sə’d Əhməd ibn Hacı ibn Əmmar Xoyi 

Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Əbü’l-Qasım ibn Əbu İshaq əs-Səbi’nin 

tələbəsi olmuş ondan hədis dinləmişdi. Əbü’l-Qasım ibnü’l-Əsakir Azərbaycan, İran və 

Xorasana  səyahəti  vaxtı  Xoyda  onunla  görüşüb  dərslərində  iştirak  etmişdi

1833


.  Ölüm 

tarixi məlum deyil. XII əsrdə yaşamışdır.  



 

 

                                                 

 

1830


  (

ِٚٓأ ّارٔرُِ ٍاو٣ ١ٞـ َٛأ حـِتٝ).  Ərəbcədəki  *حََٔرَْٔذ+  (təmtəmə)  sözünün  azərbaycan  türkcəsindəki  mənaları 

(donquldanma,  kəkələmə,  pəltəkləmə,  burun  altında  danışma)dir.  İngiliscdə  *حََٔرَْٔذ]-  to  mutter,  to  stutter  (bax: 

VerbAce-Arabic-English-Arabic Electronic Dictionary), ruscada [حََٔرَْٔذ]- бормотание, ворчание (bax: BARANOV X. K, 



Arabsko-Russkiy  Slovar,  s.  105,  Moskva  2007).  Beləcə  *حََٔرَْٔذ+  bab  dəyişərək  *ّارٔذ]-(pəltək,  kəkəmə)  mənasını  ifadə 

edəcəkdir.  Cəlaləddin  Süyuti  də  ‚əl-İmli‛  nisbəsi  ilə  bağlı  Səm’ani  ilə  eyni  fikirləri  bəyan  etmişdir.  Bax:  Lübbü’l-



Lübab, s. 15.  

1831


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 141; ZƏHƏBİ, Müştəbih, s. 27; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s.251. 

1832


 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 241; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VII, s. 145. 

1833


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 180. 

Əbu Abdullah Muhəmməd ibn Mehran ibn Əhməd Xoyi 

Yaşadığı  dövrün  tanınmış  mühəddislərindən  biri  idi.  Şeyxülislam  Əbu  Tahir 

Muhəmməd  ibn  Əbdürrəhman  ibnü’l-Abbas  əl-Muxlis  və  Əbü’l-Həsən  Əhməd  ibn 

Muhəmməd  ibn  İmran  Musa,  Əbu  Bəkr  Muhəmməd  ibn  Ömər  ibn  Əli  ibn  Xələf  ibn 

Zənbur  kimi  öz  dövrünün  tanınmış  mühəddislərindən  hədis  dərsləri  almışdı.  Əbu 

Abdullah  Muhəmməd  Xoyi  Qəzvinə  gedərək  burada  tədrislə  məşğul  olmuş,  hədis 

dərsləri  vermişdi.  Onun  tələbələri  arasından  mühəddis  Hibətullah  ibn  Zazan  kimi 

alimlər  yetişmişdi.  Əbu  Abdullah  Muhəmməd  Xoyinin  ölüm  tarixi  məlum  deyil. 

Əbdülkərim  Rafi’i  onun  h.  442-ci  (1050)  ildə  Qəzvində  hədis  dərsləri  verdiyini  qeyd 

etmişdi.  Buna  istinadən  alimin  XI  əsrdə  yaşadığını  deyə  bilərik.  Əbdülkərim  Rafi’i 

həmçinin  öz  əsərində  Əbu  Abdullah  Muhəmməd  Xoyinin  Əbu  Bəkr  Muhəmməd  ibn 

Zənburdan  dinləyib  nəql  etdiyi  aşağıdakı  hədisi  qeyd  etmişdi:  Abdullah  ibn  Ömər  (ا) 

dedi:  Allah  Rəsulu  (م)  buyurdular  ki:  ‚Əbu  Bəkr  (ا)  anadan  olduğu  gecə  Allah  Ədn 

cənnətinə  dedi:  izzətim  və  cəlalım  haqqı  üçün,  sənə  daxil  olacaqların  arasında  mənim 

üçün bu doğulandan daha sevimli olanı olmayacaq‛

1834


.  

 

Əbü’l-Məali Muhəmməd ibn Hüseyn ibn Musa Xoyi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Bağdadda  Nizamiyyə  mədrəsəsində  təhsil  almış, 

Tacəddin  Urməvi,  Əbü’l-Abbas  Əhməd  ibnü’t-Tilayə  Bağdadi  (1070-1153)  kimi 

alimlərin  tələbəsi  olmuşdur.  Əbü’l-Məali  Xoyi  dərin  elmi  biliyi  ilə  yanaşı  fəziləti  və 

müdrikliyi  ilə  də  tanınmışdı.  Bağdadi  onun  bacarıqlı  pedaqoq  olduğunu,  həmçinin 

gözəl  səslə  Qur’an  oxuduğunu  qeyd  etmişdi

1835

.  Ölüm  tarixi  məlum  deyil.  XII  əsrdə 



yaşamışdır.   

 

Muhəmməd ibn Qütbəddin Xoyi 

Qaraqoyunluların  hakimiyyəti  dövründə  yaşamış  hənəfi  məzhəbinə  mənsub  fəqih  və 

mütəkəllim  idi.  Həyatı  haqqında  ətraflı  məlumat  yoxdur.  Muhəmməd  Xoyi  ‚Nüsus  fi 

                                                 

1834


 RAFİ’İ, Tədvin, C. II, s. 93-94.

 

[



صلى الله عليه وآله وسلم الله ٌٍٞن ٍاه ٍاه هٔػ ٖتا ٖػ غكاٗ ٖػ ١هٛىُا ٖػ ح٘٤٤ػ ٖت ٕا٤لٌ ا٘ش

 :

 ٚ٘ػ الله ٢ظن هٌت ٞتأ اٜ٤ك كُٝ ٢رُا حِ٤ُِا



قُُٞٞٔا امٛ كٔؼأ ٖٓ لائ يِـقأ لا ٢ُلاظٝ ٢ذىػٝ ٍاوك ،ٕكػ ح٘ظ ٠ُئ ٠ُاؼذ الله هظٗ

]

 



  

1835


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 181. 

Təhqiqü’t-Təvri’l-Məxsus‛  adlı  əsərini  h.  856-cı  ildə  (1452)  yazıb  başa  çatdırmışdı. 

Beləcə onun XV əsrdə yaşadığın söyləmək olar

1836



 



Muhəmməd ibn Əbdülhəyy ibn Süveyd Xoyi 

Hədis  ravisi  idi.  İmran  ibn  Musa  Cündişapuridən  hədis  dinləmiş  və  nəql  etmişdi. 

Əbü’l-Fəzl  əş-Şeybani  Kufi  (öl.  997)  ondan  hədis  dinləmişdi

1837


.  Ölüm  tarixi  məlum 

deyil. X əsrdə yaşamışdır.  

 

Qazi Şihabəddin Muhəmməd ibn Mahmud Xoyi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  İbn  Yasir  əl-Cəyyanidən  hədis  dinləmişdi.  Zəhəbi 

onun h. 580-ci ildə (1184) oğulları İmadəddin Muhəmməd və Zeynəddin Əliyə hədis və 

fiqh  dərsləri  verdiyini  qeyd  etmişdir

1838

.  Ölüm  tarixi  məlum  deyil.  XII-XIII  əsrlərdə 



yaşamışdır. 

 

Pir Muhəmməd ibn Qütbəddin ibn Həsən Xoyi 

Ağqoyunlular  dövründə  Azərbaycanda  yaşamış  hənəfi  məzhəbinə  mənsub  fəqih  və 

təsəvvüf  şeyxi  idi.  Pir  Muhəmməd  Xoyi  ‚Zübdətü’t-Təhqiq  və  Nüzhətü’t-Təvfiq‛  adlı 

əsərin  müəllifi  idi.  Şeyx  Sədrəddin  Qonyəvi  (öl.  1275)  atalığı  Muhyəddin  ibnü’l-

Ərəbinin  (öl.  1240)  ‚Füsusü’l-Hikəm‛  adlı  əsərini  ixtisar  edərək  bunu  ‚Nüsus  fi 

Təhqiqi’l-Məxsus‛ adlandırmışdı. Pir Muhəmməd Xoyi bu ixtisara şərh yazmış və bunu 

‚Zübdətü’t-Təhqiq  və  Nüzhətü’t-Təvfiq‛  adlandırmışdı.  Pir  Muhəmməd  Xoyinin  bu 

əsərinin nüsxələrindən biri Paris milli kitabxanasında saxlanılır

1839


. Türkiyədə əsərin iki 

əlyazma  nüsxəsi  mövcuddur.  Bunlardan  biri  Ankara  milli  kitabxanada,  digəri  isə 

İstanbul Millət kitabxanasında saxlanılır. Alimin ölüm tarixi məlum deyil. H. 856-cı ildə 

(1452) həyatda olduğu bilinir.  

 

                                                 



1836

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 603. 

1837

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 163-164. 



1838

 ZƏHƏBİ, Müştəbih, s. 130. 

1839

 DE SLANE, həmin əsər, s. 264. 



Muhəmməd ibn Əbdürrəhim Xoyi 

Hədis ravisi idi. Muhəmməd ibn Abdullah Nişapuridən hədis dinləmişdi. Muhəmməd 

ibn  Əbdürrəhman  Xoyi  siqa  mühəddislərdən  Əbü’l-Abbas  Muhəmməd  ibn  Həsən  ibn 

Quteybə Əsqəlaninin (öl. 922) hədis məclislərində iştirak edir və hədis nəql edirdi. Əbu 

Bəkr Muhəmməd İsfəhani bu məcləslərdə iştirak etmiş və onun nəql etdiyi hədislərdən 

bəzilərini  öz  əsərinə  daxil  etmişdi

1840

.  Ölüm  tarixi  məlum  deyil.  IX-X  əsrlərdə 



yaşamışdır. 

 

Qaziü’l-quzat Şəmsəddin Əbu’l-Abbas Əhməd ibn Xəlil ibn Səadə ibn Cə’fər ibn İsa 



əş-Şafi’i əl-Bərməki Xoyi 

h. 583-cü ilin şəvval ayında (dekabr 1187) anadan olmuşdu. Xorasana getmiş, burada

1841

 

Fəxrəddin  Razinin  tələbəsi  olmuş,  onun  yanında  kəlam  və  üsul  elmlərini  öyrənmişdi. 



O,  Qütbəddin  əl-Misri  və  Əlaəddin  ət-Tavus  kimi  alimlərdən  cədəl,  fiqh  və  hədis 

elmlərini  öyrənmişdi.  Nişapura  gedərək  burada  dövrün  tanınmış  mühəddislərindən 

biri  olan  Əbü’l-Həsən  Muid  ibn  Muhəmməd  ət-Tusidən  hədis  dərsləri  almışdı

1842


Dəməşqə  getmiş,  burada  Əbu  Abdullah  Hüseyn  ibnü’z-Zübeydi  və  Təqiyəddin  Əbu 

Əmr  Osman  ibnü’s-Səlah  (öl.  1245)    kimi  mühəddislərdən  hədis  dinləmiş  və  hədis 

elmlərinə  dair  bilikləri  öyrənmişdi.  Tacəddin  ibn  Əbu  Cə’fər,  Əbu  Əmr  ibnü’l-Hacib, 

Camal  Muhəmməd  ibnü’s-Sabuni  onun  tələbəsi  olmuş  və  ondan  müxtəlif  elmə 

sahələrinə  dair  bilikləri  öyrənmişdiləri.  Onun  tələbələrindən  biri  də  oğlu,  baş  qazi 

Şihabəddin Muhəmməd Xoyi olmuşdur

1843


Şəmsəddin  Əhməd  Xoyi  Qur’an  hafizi,  fiqh,  fiqh  üsulu,  kəlam,  tibb,  ərəb  dili  və 

ədəbiyyatı, cədəl kimi elm sahələrində tanınmış alim idi. O, həm də şair idi. Şəmsəddin 

Əhməd Xoyi himmət sahibi, mömin insan idi. O, çox namaz qılar və çox oruc tutardı. 

Əminiyyə

1844


,  Adiliyyə

1845


  və  Qəzzaliyyə  mədrəsələrinin  müdərrisi  idi.  Şam  vilayətinin 

                                                 

1840

  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  II,  s.  164;  ƏBU  BƏKR  İSFƏHANİ,  Mu’cəmü’ş-Şüyux,  s.  99-100;  BAĞDADİ, 



Təkmilətü'l-İkmal, C. II, s. 179.    

1841


  Ehtimal  ki,  Şəmsəddin  Əhməd  Xoyi  Əfqanıstanın  Heart  şəhərində  təhsil  almışdı.  Çünki  Fəxrəddin  Razi  bu 

şəhərdə yaşayır və tədrislə məşğul olurdu.  

1842

 İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 40. 



1843

 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s. 7-8; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 19.  

1844

 NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 140. 



qaziü’l-quzatlığına təyin olunmuşdu. İbn Nəzif əl-Həməvi onun bu vəzifəyə h. 623-cü 

ildə (1226) təyin olunduğunu qeyd etmişdir

1846

. Alim kəlam elmi sahəsində ‚Kitab fi’l-



Üsul‛,  ərəb  filologiyasına  dair  ‚Kitab  fi’n-Nəhv‛,  ərəb  ədəbiyyatına  dair  ‚Kitab  fi’l-

Əruz‛, fəlsəfəyə dair ‚Rumuz-u Hökmiyyə‛ adlı əsərlərin müəllifi idi. Qazi Şəmsəddin 

Əhməd  Xoyi  ustadı  Fəxrəddin  Razinin  (öl.  1209)  Təfsiri-Kəbir  adı  ilə  tanınan 

‚Miftahü’l-Qeyb‛  adlı  Qur’an  təfsirinə  şərh  və  əlavələr  yazmışdır.  Qazi  Şəmsəddin 

Xoyinin bu əsərinin bir nüsxəsi Paris milli kitabxanasında saxlanılır

1847


. Qazi Şəmsəddin 

Əhməd  Xoyi  Suriyada  qazilik  vəzifəsini  icra  etmiş  həmkarlarının  bioqrafiyasına  dair 

‚Rəvzu’l-Bəssam fi mən Vəlyə Qəzaü’ş-Şam‛ adlı bir əsər də qələmə almışdı

1848


. Onun 

bioqrafiyaya dair qələmə aldığı digər bir əsəri isə ‚Əxbarü’l-Əxyar bima Vəcədu ələ’l-

Qübur  minə’l-Əş’ar‛  adlanır

1849


.  Alim  h.  7  şaban  637-ci  ildə  (3  mart  1240)  Dəməşqdə 

vəfat etmiş və Qasiyyun dağındakı Səfih qəbristanında dəfn edilmişdi

1850

.  


 

Əbu İshaq İbrahim ibn Safi əl-Müqri Xoyi 

Mühəddis  idi.  Əbu  Hatim  Muhəmməd  ibn  İbrahim  və  digər  mühəddislərdən  hədis 

dinləmişdi.  Xoydakı  mədrəsələrdən  birində  hədis  dərsləri  vermişdi.  Xətib  Əbu  Səid 

Əbdürrəhman  Xoyi,  Əbü’l-Qasım  ibn  Əsakir  kimi  tanınmış  alimlər  onun  tələbələri 

arasından yetişmişdilər

1851


.  

 

Xətib Əbu Səid Əbdürrəhman ibn İsa ibn Muhəmməd Xoyi 

Mühəddis idi. Əbu İshaq İbrahim ibn Safi əl-Müqri Xoyinin tələbəsi olmuş, ondan hədis 

dinləmişdi.  Xoyda  yaşamış,  burada  hədis  dərsləri  vermişdi.  Tarixçi  alim  Əbü’l-Qasım 

                                                                                                                                                             

1845


 İBNü’s-SABUNİ, yenə orada. 

1846


 Əbü’l-Fəzl Muhəmməd İBN NƏZİF əl-Həməvi, Təlxisü’l-Kəşf və’l-Bəyan fi Həvadisü’z-Zaman, (Hzr. Ə. Dəvdəv), s. 

122, Dəməşq 1981. 

1847

 DE SLANE, həmin əsər, s. 141-142. 



1848

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 1129. Şəmsəddin Əhməd Xoyidən üç əsr sonra Şəmsəddin Muhəmməd ibn 

Əli  İbn  Tolon  Diməşqi  (öl.  1546)  eyni  mövzuya  dair  əsər  qələmə  almış  və  adını  da  bənzədərək  ‚Səğru’l-Bəssam  fi 

zikri mən vəlyə Qəzaü’ş-Şam‛ qoymuşdu. 

1849

 BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 20. 



1850

  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  240-241;  SÜBKİ,  yenə  orada;  İBN  QAZİ  ŞUHBƏ,  yenə  orada;  İBNü’l-İMAD, 



Şəzəratü’z-Zəhəb, C. V, s. 670; İBNü’l-ADİM, Buğyətü’t-Tələb, C. II, s. 121; MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və 

Mütəfəkkirləri, s. 45.  

1851


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 180. 

Əli ibn Əsakir 1130-cu illərdə Xoyda olarkən Əbu Səid Xoyinin dərslərini dinləmişdi

1852


Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  



 

Qazi Əbü’l-Qasım Nasir ibn Əhməd ibn Bəkran Xoyi 

Fəqih,  mühəddis,  filoloq,  ədib  və  şair  olan  Əbü’l-Qasım  Nasir  Xoyi  h.  466-cı  ilin 

məhərrəm  ayında  (sentyabr  1073)  anadan  olmuşdu.  Ərəb  filologiyasını  Əbu  Tahir 

Şirazidən  öyrənmiş,  şeyxülislam  Əbu  İshaq  İbrahim  Şirazinin  yanında  isə  şafi’i  fiqhi 

oxumuşdu. Əbü’l-Qasım Əli ibn Əhməd ibnü’s-Sirri, İbnü’n-Nüqəvvər əl-Asimi adı ilə 

tanımış  Əbü’l-Hüseyn  Asim  ibn  Hüseyn,  Əbu  Zeyd  Nizamülmülk  kimi 

mühəddislərdən  hədis  dinləmişdi.  Yaşadığı  dövrdə  Azərbaycanın,  mübahisəsiz,  ən 

böyük  ədəbiyyatçısı  idi.  O,  həm  də  istedadlı  şair  idi  və  özünün  divanı  var  idi. 

Atasından  sonra  Xoy şəhəri  qaziliyinə  təyin  olunmuşdu.  Əbü’l-Qasım  Nasir  Xoyi,  İbn 

Cinninin  ‚əl-Lüma‘‛

1853

  adlı  əsərinə  şərh  yazmışdı



1854

.  Alim  h.  509-cu  ilin  rəbiəlaxir 

ayında  (sentyabr  1115)  vəfat  etmişdi

1855


.  Səm’ani  Əbü’l-Vəfa  Budeyl  əl-İmli  Xoyi  (öl. 

1136-1146  illər  arasında)  haqqında  məlumat  verərkən  onun  qazi  Əbü’l-Fəth  Nasir  ibn 

Əhməd  ibn  Bəkran  Xoyi  adlı  bir  alimin  tələbəsi  olduğunu  və  ondan  hədis  dinlədiyini 

qeyd etmişdir

1856

. Göründüyü kimi bu iki şəxsin sadəcə ‚Əbü’l-Qasım‛ və ‚Əbü’l-Fəth‛ 



olaraq  künyələrində  fərq  var.  Səm’ani  və  Əbu  Tahir  əs-Süləfi  İsfəhani  baba  adını 

‚Bəkran‛,  Yaqut  əl-Həməvi  isə  burada  haqqında  daşıdığımız  şəxsin  babasını  adını 

‚Bəkr‛  olaraq  qeyd  etmişdir.  Yaşadıqları  dövrlərin  də  bir-birinə  müvafiq  olduğunu 

nəzərə alaraq bu ikisinin eyni şəxs olduğunu düşünmək olar.     



 

Şeyx Nəcibəddin Əbu Abdullah Muhəmməd ibn Məzyəd ibn Mübəşşir Xoyi 

                                                 

1852

 İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 140-141. 



1853

  Əbü’l-Fəth  Osman  ibn  Cinni  əl-Məvsilinin  (934-1002)  ‚Kitabü’l-Lüma’  fi’l-Lüğəti’l-Ərəbiyyə‛  (Ərəb  Dilinin  İşıq 

Saçan Kitabı) adlı ərəb dilinin qrammatikasına və morfologiyasına aid əsəri. 

1854


 ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 396. 

1855


 YAQUT əl-HƏMƏVİ, İrşadü’l-Ərib, s. 1651. Əbu Tahir İsfəhani onun h. 507-ci ilin rəbiəlaxir ayında (sentyabr 1113) 

Xorasanda vəfat etdiyini qeyd etmişdir. Bax: Mu’cəmü’s-Səfər, s. 396. 

1856

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 141. Bax: səh. ???. 



Mühəddis  idi.  H.  593-cü  ildə  (1197)  Xoyda  anadan  olmuşdu.  Vətənində  təhsilini  başa 

vurduqdan sonra Misirə getmiş və burada hədis tədris etmişdi. H. 12 şəvval 674-cü ildə 

(30 mart 1276) Qahirədə vəfat etmişdi

1857


.  

 

Qaziü’l-quzat  Şihabəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd  ibn  Xəlil  ibn 

Səadə ibn Cə’fər Xoyi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Yuxarıda  haqqında  bəhs  etdiyimiz 

qaziü’l-quzat  Şəmsəddin  Əhməd  Xoyinin  oğlu  idi.  H.  14  şəvval  626-cı  ildə

1858


  (4 

sentyabr 1229) Dəməşqin Adiliyyə səmtində anadan olmuş və bu şəhərdə böyümüşdü. 

Alim  ailəsində  böyüyən  Şihabəddin  Xoyi  hələ  kiçik  yaşlarından  elmi  biliklərə 

yiyələnməyə başlamışdı. O, 11 yaşında ikən atasını itirmişdi. Atasının vəfatından sonra 

Adiliyyə  mədrəsəsində  qalmış  və  tələbəliyə  başlamışdı.  Tezliklə  o,  öz  yaşıdlarından 

daha istedadlı və çalışqan olduğunu göstərmişdi. Şihabəddin Xoyi fenomenal yaddaşa 

sahib  idi.  O,  istənilən  mövzuya  dair  bilikləri  asanlıqla  əzbərləyb  yaddaşında  saxlaya 

bilirdi. Üstün bilik, bacarıq və istedı ilə tanınmış və hələ çox gənc yaşlarında Dimağiyyə 

mədrəsəsində  dərs  verməyə  başlamışdı.  Daha  sonra  Adiliyyə  və  Qəzzaliyyə 

mədrəsələrində  də  dərs  vermişdi.  İbn  Kəsir,  Şihabəddin  Muhəmməd  Xoyinin  hədisi, 

hədis  elmlərini  və  hədis  alimlərini  sevdiyini  qeyd  etmişdir.  O,  Misir,  Şam  vilayəti, 

Bağdad,  Xorasan  və  İsfahana  səyahət  edərək  buradakı  ən  tanınmış  mühəddislərdən 

dərs  almışdı.  Onun  müəllimi  olmuş  məşhur  mühəddislərdən  İbnü’l-Lətiy,  İbnü’l-

Müqəyyir,  Səxavi,  Əbu  Abdullah  Hüseyn  ibnü’z-Zübeydi,  İbü’s-Səlahın  adını  çəkmək 

olar.  Bundan  başqa  o,  Xorasanda  Fəxrəddin  Razinin  yetişdirdiyi  alimlərdən  və  elmi 

irsinin  davamçılarından  olan  Qütbəddin  əl-Misri  və  əllamə  ət-Tavusidən  məntiq  və 

kəlam dərsləri almışdı

1859


. Mənbələr onun hədis dinlədiyi ravi və mühəddislərin sayının 

250-300  arasında  olduğunu  qeyd  edirlər.  Alim  fiqh,  fiqh  üsulu,  hədis,  təfsir, 

pedaqoqika,  riyaziyyat,  astronomiya,  fəraiz,  filologiya,  poeziya  kimi  müxtəlif  elm 

sahələrinə  aid  20-dən  çox  kitabın  və  bir  çox  risalənin  müəllifi  idi.  Bunlardan  İbnü’s-

                                                 

1857


 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. VII, s. 231. 

1858


 İbn Həcər Əsqəlani onun h. 626-cı ilin rəcəb ayında (iyun 1229) anadan olduğunu qeyd etmişdir. Bax: Rəfi‘ü’l-İsr 

ən Quzat Misir, s. 144, London 1908. 

1859


 İBN HƏCƏR, Rəfi‘ü’l-İsr, s. 144. 

Səlahın  ‚Ülumü’l-Hədis‛  adlı  əsərinə  nəzm  formasında  şərh,  ‚əl-Fəsih‛,  ‚Şərhü’l-

Füsul‛, ‚əl-Müləxxəs‛, ‚Əqalimü’t-Təalim‛ və yenə nəzm formasında qələmə alınmış, 

ərəb  filologiyasına  dair,  ‚Kifayətü’l-Mütəhəffiz  fi’l-Lüğə‛  adlı  əsərlərin  adını  çəkmək 

olar.  Pedaqoqikaya  aid  ‚Əqalimü’t-Təalim‛  adlı  əsərində  alim  təfsir,  hədis,  fiqh,  tibb, 

həndəsə  və  riyaziyyat  kimi  elmlərin  tədris  metodları  haqqında  geniş  məlumat 

vermişdir

1860

. ‚Əqalimü’t-Təalim‛in nadir nüsxələrindən biri Paris milli kitabxanasında 



mühafizə edilir

1861


. Şihabəddin Muhəmməd Xoyi bir müddət Qüds qazisi olmuş, h. 657-

ci ildə (1259) bu vəzifəni icra etmək üçün Dəməşqdən Qüdsə getmişdi

1862

. Hülagü xanın 



Suriyanı  işğalı  vaxtı  (1260)  isə  Şam  diyarını  tərk  edərək  Misirə  getmişdi.  Bir  müddət 

sonra  Qahirə  qaziliyinə  təyin  olunmuşdu.  5  il  bu  vəzifəni  icra  etdikdən  sonra  qaziü’l-

quzat, yəni bütün Misirin baş qazisi olmuşdu. Dəməşq qazisi Bəhaəddin ibnü’z-Zəkinin 

ölümündən  sonra  bu  şəhərin  qaziliyi  vəzifəsi  də  ona  tapşırılmışdı.  Onun  yetişdirdiyi 

tələbələr arasından məşhur alimlər çıxmışdır. Bunlardan hafiz Yusif ibn Əbdürrəhman 

əl-Mizzi , Elməddin Qasım əl-Birzali, ən-Nəblusi, əl-Xotəni, Cəmaləddin ibnü’s-Sabuni, 

Əlaəddin  Məqdisinin  adını  çəkmək  olar.  Alim  h.  25  ramazan  693-cü  ildə  (19  avqust 

1294)  Dəməşqdə  vəfat  etmişdi.  Əl-Müzəffəri  məscidində  qılınan  cənazə  namazından 

sonra atasının qəbrinin yanıda dəfn edilmişdi

1863


.  

Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin