Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə42/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

İbrahim ibn Zeyd Tiflisi 

Təbəi-tabiundan

1583


  olan  hədis  ravisi  idi.  Ənəs  ibn  Malik  (ا),  Abdullah  ibn  Utbə  ibn 

Məs’ud  (ا)  və  Abdullah  ibn  Ömərdən  (ا)  mərfuən

1584

  hədis  nəql  etmişdir.  Əbü’l-Fəzl 



Əbdürrəhim  İraqi  öz  əsərində  onun,  yuxarıda  haqqında  bəhs  etdiyimiz,  İbrahim  ibn 

Zeyd  əl-Əsləmi  deyil,  başqa  bir  şəxs  olduğunu,  lakin  Şəmsəddin  Zəhəbinin  bu  iki 

şəxsin eyni adam olduğunu düşündüyünü qeyd etmişdir. Əbü’l-Fəzl İraqi bu mövzuda 

Xətib  əl-Bağdadinin  də  özü  ilə  həmfikir  olduğunu  və  bu  iki  şəxsin  ayrı-ayrı  adamlar 

olduğunu qeyd etmişdir. Əbü’l-Fəzl İraqinin qeydlərindən belə məlum olur ki, İbrahim 

ibn  Zeyd  Tiflisi  qədəriyyə  və  rafiziyyəni  İslam  ümmətinə  aid  etməyərək,  əqidəvi 

mövzularda  kifayət  qədər  prinsipial  mövqe  tutmuşdu.  Həmçinin  müəllif  tanınmış 

mühəddis  Əbü’l-Həsən  Əli  Darəqutninin,  İbrahim  ibn  Zeyd  Tiflisinin  nəql  etdiyi 

hədisləri  qeyd  etdiyini  bildirmişdir.  İbrahim  ibn  Zeyd  Tiflisinin  ölüm  tarixi  məlum 

deyil. Təqribən VIII-IX əsrlərdə yaşamışdı

1585



 



                                                 

1581


 ZƏHƏBİ, Mizanü’l-E’tidal, C. I, s.19. 

1582


 ZƏHƏBİ, yenə orada; İBN HƏCƏR,  Lisanü’l-Mizan, C. I, s. 46; Əbü’l-Fərəc Əbdürrəhman ibn Əli İBNü’l-CƏVZİ, 

İ’lili’l-Mütənahiyə

C. 


II, 

s. 


845, 

Beyrut 


(trz); 

Bundan 


başqa 

bax: 


http://akhawat.islamway.com/forum/index.php?showtopic=190320

  

1583



 Rəsulullahın (م) əshabından sonra gələn ikinci nəsil müsəlmanlar.  

1584


  Mərfu’  hədis-Sənədinin,  yəni  nəql  silsiləsinin  keyfiyyətindən  aslı  olmayaraq,  hökm  olaraq  və  sərahətən,  aşkar 

olaraq Rəsulullaha (م) aid edilən hədis. ‚Mərfu’ hukmən‛ və ‚Mərfu’ mürsəl‛ olaraq iki qismə ayrılır. Daha ətraflı 

məlumat üçün bax: AYDINLI, Hadis Istılahları Sözlüğü, s. 96. 

1585


 İRAQİ, Zeyl Mizanü’l-Etidal, s. 16. 

İmam Nəcməddin Əbü’l-Bəqa’ Sabit ibn Tavan Tiflisi 

Fütuvvət  şeyxi  olan  imam  Nəcməddin  Sabit  Tiflisi  şafi’i  fiqhi,  fiqh  üsulu,  ərəb 

filologiyası, tarix, ədəbiyyat və əxlaq kimi elm sahələrində tanınmış mütəxəssis idi. O, 

həmçinin  istedadlı  şair  idi  və  çox  gözəl  şerlər  yazırdı.  İmam  Nəcməddin  Tiflisi  çox 

ibadət  edir  və  riyazətlə  məşğul  olurdu.  Şeyx  Şihabəddin  Ömər  Sührəvərdinin  yaxın 

dostu idi. Nəcməddin Əbü’l-Bəqa’ Tiflisi həm də bacarıqlı diplomat idi. Misirə, Əyyubi 

sultanının  sarayına  Abbasi  xilafətinin  elçisi  olaraq  göndərilmişdi.  Onun  çox  zəngin 

şəxsi kitabxanası var idi. Vəfatından əvvəl bütün kitablarını tələbələrin istifadəsi üçün 

Sümeysatiyyə  xanəgahına  vəqf  etmiş,  bağışlamışdı.  Alim  h.  631-ci  ildə  (1234)  vəfat 

etmişdi


1586

.  Əbu  Şamə  Məqdisi,  Nəcməddin  Tiflisinin  h.  632-ci  ildə  (1235)  Dəməşqdə 

vəfat etdiyini, bu vaxt özünün də Dəməşqdə oluğunu və alimin Sufiyyə qəbristanında 

dəfn edildiyini qeyd etmişdir

1587

 



 

Əbu Nəsr Əhməd ibn Ömər ibn Muhəmməd Natan əl-Muqri Tiflisi 

Azərbaycan  Atabəyləri  dövründə  yaşamış  tanınmış  mühəddislərdən  idi.  Hafiz  Əbu 

Tahir  əs-Süləfi  İsfəhani  (öl.  1181)  Tiflisdə  onunla  görüşüb  söhbət  etmiş,  hədis 

dinləmişdi. Mühəddis Əbü’l-Qasım Əli  ibn  Əbdürrəhman Nişapuri Əbu Nəsr Əhməd 

Tiflisinin  hədis  dinlədiyi  alimlərdən  biri  idi.  Hafiz  Əbu  Tahir  əs-Süləfi  Tiflisdə  Əbu 

Nəsr  Əhməddən  dinlədiyi  aşağıdakı  hədisi  əsərində  qeyd  etmişdi.  Ənəs  ibn  Malik  (ا) 

dedi:  ‚Allah  Rəsulu  (م)  sabah  üçün  heç  bir  şey  saxlamazdı‛

1588


.  Əbu  Nəsr  Əhməd 

Tiflisinin ölüm tarixi məlum deyil. XII əsrdə yaşamışdır.  

 

Əbü’l-Qasım Abdullah ibn Əbdüləziz ibn Abdullah Tiflisi 

                                                 

1586

  İBN  ŞAKİR,  Fəvatü’l-Vəfayat,  C.  I,  s.  111;  SƏFƏDİ,  Vafi  bi’l-Vəfayat,  C.  X,  s.  155.  Səlahəddin  Səfədi,  imam 



Nəcməddin Tiflisinin h. 631-ci (1234) ildə vəfat etdiyini qeyd etmişdir.  

1587


 MƏQDİSİ, Təracim Ricali’l-Qərneyn,  s. 162. 

1588


  ƏBU  TAHİR  İSFƏHANİ,  Ərbəinü’l-Büldaniyyə,  s.  134. 

[

 ٖػ



 ص ّ٢ثُ٘ا ّٕا ًٗأ

 :

 ٍكـُ اًاج٤ش هـّك٣ لا ٕاً



]

.  Bu  hədis  üçün  bax: 

TİRMİZİ,  Sünən,  Zöhd,  Nr.  2362.  Bu  hədisdə  diqqətə  yetirilmək  istənən  xüsus  Allah  Rəsulunun  (م)  Allaha 

təvəkkülünün  nəhayətsiz  olduğudur.  Bu  təvəkkülü  səbəbiylə  sabah  yoxsulluğa  düçar  olacağı  əndişəsini  daşımaz, 

buna görə də hər hansı bir şeyi ehtiyat üçün saxlamağa ehtiyac duymazdı. Tirmizi ‚bu hədis qəribdir‛, Muhəmməd 

Əbdürrauf  əl-Münavi  (öl.  1622)  isə  Süleyman  ət-Təbəraninin  (öl.  971)  əsərinə  yazdığı  ‚Feyzü’l-Qədir  fi  Cami’üs-

Səğir‛ adlı şərhdə 

[

كّ٤ظ قاٌ٘ا



]

 ‚isnadı gözəl hədisdir‛ demişdilər. 



Fəqih  və  təsəvvüf  əhlinə  mənsub  şeyx  idi.  Bağdadda  Hibətullah  əş-Şibli,  Muhəmməd 

ibnü’l-Bəttə  və  Əbu  Zur’ədən  hədis  dərsləri  almışdı.  O,  Bağdadda  tədrislə  məşğul 

olmuşdu. Hafiz Zeynəddin Xalid odan hədis dinləmiş və hədis dərsləri almışdı. Əbü’l-

Qasım  Abdullah  Tiflisi  şeyx  Əbu’n-Nəcib  Əbdülqahir  Sührəvərdinin  (öl.  1168)  yaxın 

dostlarından biri olmuşdu. Alim h. 626-cı ilin rəbiələvvəl ayında (fevral 1229) Bağdadda 

vəfat etmişdi

1589

.  


 

Əbü’l-Qasım Sabit ibn Bəndar ibn Əsəd Tiflisi 

Mühəddis  idi.  Əbu  Əli  Hamid  ibn  Muhəmməd  əl-Hərəvi  və  Əbu  Əhməd  ibn  Ədiyy 

Cürcanidən  (890-976)  hədis  dinləmiş  və  nəql  etmişdir

1590


.  Ölüm  tarixi  məlum  deyil.  X 

əsrdə yaşamışdır. Nəql silsiləsində Əbü’l-Qasım Sabit Tiflisinin də olduğu hədislərdən 

biri aşağıdakıdır:  

Ummu  Hani  bint  Əbu  Talib

1591

  (ا)  dedi:  ‚Allah  Rəsulu  (م)  Məkkənin  fəthi  günü



1592

 

şəhərin  ən  yüksək  yerində  səkkiz  rəkat  namaz  qıldı.  Ondan  ‚ey  Allahın  elçisi!  Bu  nə 



namazı idi?‛ soruşdum. ‚Bu duha namazı idi‛ deyə cavab verdi‛

1593


.  

 

Şeyx  Fəthəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd  ibn  Haşim  ibn  Əhməd  ibn 

Ömər Tiflisi 

Mühəddis  idi.  h.  658-ci  ildə  (1260)  Qahirədə  anadan  olmuşdu.  Mühəddis  Əbü’l-Fərəc 

Əbdüllətif  əl-Hərraninin  tələbəsi  olmuş,  ondan  hədis  elmlərinə  dair  bilikləri 

öyrənmişdi. Fəthəddin Tiflisi h. 11 cəmaziəlaxir 720-ci ildə (iyul 1320) Fələstinin Hums 

şəhərində vəfat etmişdi

1594


.    

 

                                                 

1589

 ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, s. 217.  



1590

 ƏBU NUEYM İSBƏHANİ, Zikr Əxbaru-İsbəhan, C. I, s. 241 

1591

 Bu xanım səhabə Allah Rəsulunun (م) bibisi idi.  



1592

 11 yanvar 630-cu il.  

1593

  ƏBU  NUEYM  İSBƏHANİ,  Zikr  Əxbaru-İsbəhan,  C.  I,  s.  241.  Duha  namazına  dair  hədislər  üçün  bax:  CANAN, 



Kutubi-Sitte, Tercüme ve Şerhi, C. IX, s. 326. (

 ٙمٛ آ الله ٌٍٞن ا٣ دِوك خاؼًن ٕأش ٠ِصٝ حٌٓ ٠ِػأت ٍىٗ حٌٓ ػرك ػرلُا ْؼِص الله ٌٍٞن ّكه أُ

٠ؽعُا جلاص ٍاوك جلاصُا) 

1594


 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. V, s. 287. 

Tacəddin Əbü’s-Səna Mahmud ibn Muhəmməd ibn Əhməd ibn Hişam ibn Əhməd 

ibn Ömər Tiflisi 

Misir  Məmlüklü  ordusunda  zabit  olan  Tacəddin  Mahmud  Tiflisi  həmçinin  mühəddis 

idi. Yuxarıda haqqında bəhs etdiyimiz Fəthəddin Əbu Abdullah Muhəmməd Tiflisinin 

oğlu  olan  Tacəddin  Əbü’s-Səna  Mahmud  atası  ilə  yanaşı  şeyx  Fəxrəddin  ibnü’l-

Buxarinin  tələbəsi  olmuş,  onun  yanında  Tirmizinin  ‚Şəmailü’n-Nəbi‛  adlı  hədis 

kitabını oxumuşdu. Tacəddin Mahmud Tiflisi h. 11 ramazan 746-cı ildə (5 yanvar 1346) 

Dəməşqdə  vəfat  etmiş,  əl-Müzəffəriyyə  camesində  qılınan  cənazə  namazından  sonra 

Qasiyyun qəbristanında dəfn edilmişdi

1595

.  


 

Muhəmməd ibn Bəyan ibn Həmran Tiflisi 

Mühəddis  idi.  Bağdadda  yaşayırdı.  Atası  Bəyan  ibn  Həmran  hədis  ravisi  idi  və 

Muhəmməd Tiflisi ondan hədis dinləmişdi. Daha sonra Həmmad ibn Yəzid, Osman əl-

Bərri, Əbu İmran Mərvan ibn Şüca’ əl-Cəzəri, Səid ibn Məsləmə əl-Əməvi, Abdullah ibn 

Həmmad Tiflisi, Muafi ibn İmran, Əbdüləziz ibn Xalid, Yəhya ibn Nəsr ibn Hacib, Əbu 

Əbdürrəhman əl-Muqri kimi mühəddislərdən hədis dinləmiş və hədis elmələrinə dair 

bilikləri öyrənmişdi. Əhməd ibn Yusif ibn Yaqub əl-Kufi ondan hədis dinləmiş və nəql 

etmişdi


1596

. Ölüm tarixi məlum deyil. Onun hədis müəllimlərindən Əbu İmran Mərvan 

əl-Cəzəri h. 184-cü ildə (800) vəfat etmişdir. Bu səbəblə Muhəmməd ibn Bəyan Tiflisinin 

də VIII-IX əsrlərdə yaşadığını təxmin etmək olar.  

 

Əbu İshaq İbrahim ibn Hümeyd ibn Əhməd Tiflisi 

Mühəddis idi. H. 532-ci ildə (1138) Tiflis şəhərində anadan olmuşdu. İlk təhsilini doğma 

şəhərində  aldıqdan  sonra  təhsilini  davam  etdirmək  üçün  Misirə  getmişdi. 

İsgəndəriyyədə dövrün tanınmış mühəddislərindən şeyx Əbü’l-Qasım Sibt əs-Sələfinin 

tələbəsi  olmuşdu.  Təhsilini  başa  vurandan  sonra  Misirdə  qalmış  və  hədis  elmlərinin 

tədrisi ilə məşğul olmuşdu. Onun tələbələri arasından Əbu Muhəmməd əl-Mənzəri və 

Əbü’l-Hüseyn  əl-Qurəşi  kimi  hədis  alimləri  yetişmişdi.  Əbu  İshaq  İbrahim  Tiflisi 

                                                 

1595

 İBN RAFİ’, əl-Vəfayat, s. 54. 



1596

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 314; XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. II, s. 96.  



alimliyi  ilə  yanaşı  xoşrəftar,  abid,  zahid,  saleh  və  xeyriyyəçi  insan  kimi  tanınmışdı. 

Alim h. 13 zilqədə 618-ci ildə (29 dekabr 1221) Misirdə vəfat etmişdi

1597

.  


 

Qazi Hüseyn ibn Muhəmməd ibn Bəyan Tiflisi 

Mühəddis və Tiflis şəhərinin qazisi idi. Babası Bəyan Tiflisidən hədis dinləmiş və nəql 

etmişdi

1598


. Ölüm tarixi məlum deyil. Təqribən IX əsrdə yaşamışdı.  

 

Şeyx Bədrəddin Muhəmməd ibn Səbih ibn Abdullah Tiflisi 

Mühəddis, qari və müəzzin idi. Dəməşqdə rəisü’l-müəzzinin, yəni müəzzinləin başçısı 

adı ilə tanınmışdı. O, Dəməşqdəki əl-Əməvi camesinin müəzzini idi. Təvəllüdü h. 650-

ci  (1252-1262)  illərə  təsadüf  edir.  Aşağıda  haqqında  məlumat  verdiyimiz  qazi 

Kəmaləddin Ömər Tiflisi onun ana tərəfdən babası idi. Əmir İzzəddin Aybək əl-Cəmali, 

Əhməd  ibn  Ne’mət  əl-Məqdisi,  Əli  ibn  Əbdüddaim,  Ömər  əl-Kirmani,  Əbu  Bəkr 

ibnü’n-Nəşəbi  kimi  alimlərdən  hədis  dinləmişdi.  Şeyx  Yəhya  əl-Mənbicinin  tələbəsi 

olmuş, ondan Qur’an təcvid və tilavətinin incəliklərini öyrənmişdi. Muhəmməd Tiflisi 

özünün  gözəl  və  məftunedici  səsi  ilə  məşhur  olmuşdu.  Bir  müddət  səltənət  naibliyi, 

daha  sonra  isə  Salehiyyə  şəhərinin  möhtəsibi  vəzifəsinə  təyin  edilmişdi.  H.  725-ci  ilin 

zilhiccə ayında (noyabr 1325) vəfat etmişdi

1599

 



 

Şeyx Əbu Abdullah Muhəmməd ibn Muhəmməd ibn Əbü’l-Vird Tiflisi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  H.  626-cı  ilin  rəcəb  ayında  (iyun  1229)  Dəməşqdə 

anadan  olmuşdu.  Şam  diyarının  mədrəsələrində  təhsil  almış,  fiqh  və  hədis  elmlərini 

öyrənmişdi.  Bir  müddət  Hələbin  əl-Kəlasə

1600

  məhəlləsinin  imam-cüməsi  olmuş,  daha 



                                                 

1597


 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. I, s. 146-147. 

1598


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XLII, s.242. İbn Əsakir qazi Hüseyn ibn Muhəmməd ibn Bəyan Tiflisinin 

babasının  adını  ‚Əbu  Şərif  ibn  Saiq  Tiflisi‛  kimi  qeyd  edir.  Ehtimal  ki,  bu  Bəyan  Tiflisinin  künyəsi  ‚Əbu  Şərif‛ 

olmuşdu.  Lakin  Səm’ani,  İbn  Əsakirdən  fərqli  olaraq  Bəyan  Tiflisinin  atasının  adını  ‚Saiq‛  deyil  ‚Həmran‛ 

olduğunu qeyd etmişdir.  

1599

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. I, s. 305; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. IV, s. 474-475. 



1600

 [حٌلاٌُا] – əl-Kəlasə və ya Kiçik Kəlasə XIX əsrdə Hələb şəhərindəki 107 böyük məhəllədən biri idi. Bax: EROĞLU, 

Cengiz-Murat BABUÇOĞLU-KÖÇER, Mehmet, Osmanlı Vilayet Selnamelerinde Halep s. 151, Anrara 2007.  


sonra Misirə getmiş və burada hədis dərsləri vermişdi. Fəzilət sahibi, saleh insan kimi 

tanınmışdı. H. 14 şaban 691-ci ildə (30 iyul 1292) vəfat etmişdi

1601

.  


 

Mübarək ibn Muhəmməd ibn Əli əl-Məvsusi Tiflisi 

Fəqih  idi. Yəhya ibnü’r-Rəbi’nin tələbəsi olmuş, ondan şafi’i fiqhini öyrənmişdi. Fiqhə 

dair bir əsər qələmə almışdı. Ölüm tarixi 644-cü ildən (1246) sonraya təsadüf edir

1602




 

Əminəddin İbrahim ibn Əbu Bəkr ibn İbrahim əl-Bəkri Tiflisi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Raşid  xəlifələrdən  Əbu  Bəkrin  (ا) 

nəslindən  olduğu  üçün  əl-Bəkri  nisbəsi  ilə  də  tanınırdı.  Atası  Tiflisdən  Misirə 

köçmüşdü.  Əminəddin  İbrahim  Tiflisi  h.  625-ci  ilin  məhərrəm  ayında  (dekabr  1227) 

Qahirədə  dünaya  gəlmişdi.  Şeyx  Əbü’l-Qasım  Sibt  əs-Sələfinin  tələbəsi  olmuş,  ondan 

hədis  elmlərini  öyrənmişdi.  Əminəddin  İbrahim  Tiflisi  dərin  elmi  biliyi  ilə  yanaşı 

fəzilətli  şəxsiyyəti  ilə  də  tanınmışdı.  Məmlüklü  sultanı  Rüknəddin  Zahir  Bəybarsın 

hakimiyyəti  illərində  (1260-1277)  Misir  ordusunda  möhtəsiblik

1603

  vəzifəsinə  təyin 



olunmuşdu.  Alim  h.  680-ci  ildə  (1281)  vəfat  etmiş  və  Qahirədə  imam  Muhəmməd  ibn 

İdris əş-Şafi’inin (//öl. 819) məqbərəsinin yanında dəfn edilmişdi

1604

.  


 

Nəcməddin İsmayıl ibn İbrahim ibn Əbu Bəkr Tiflisi 

Mühəddis  idi.  İsmayıl  ibn  Əzvən,  Osman  ibn  Ruşeyq  kimi  mühəddislərdən  hədis 

dinləmişdi. İsmayıl ibn İbrahim ibn Musa əl-Qazi onun tələbəsi olmuş və ondan hədis 

dərsləri almışdı. Nəcməddin İsmayıl Tiflisi h. 746-cı ilin zilhiccə ayında (aprel 1346) 89 

yaşında ikən vəfat etmişdi

1605


.  

 

Qazi Kəmaləddin Əbü’l-Fəth Ömər ibn Bəndar ibn Ömər ibn Əli Tiflisi 

                                                 

1601


 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. VII, s. 100. 

1602


 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s.196; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 11. 

1603


 Möhtəsib-maliyyə müfəttişi. 

1604


 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. I, s. 117. 

1605


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. I, s. 175. 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Fiqh, fiqh üsulu, hədis, hədis üsulu, kəlam kimi elm 

sahələrində dərin biliyə malik alim idi. H. 601-ci ildə (1205) Tiflisdə anadan olmuşdu

1606



Şeyx Təqiyəddin ibnü’s-Səlah və şeyx Muhyəddin ən-Nəvəvidən hədis və hədis üsulu 



dərsləri  almışdı.  Qazi  Kəmaləddin  Tiflisi  Dəməşqdə  fətva  mərcii  idi  və  bu  şəhərin 

Adiliyyətü’l-Kəbir  və  Dimağiyyə  kimi

1607

  mədrəsələrində  müdərrislik  edirdi. 



Kəmaləddin  Tiflisi  11  il  Dəməşq  qazisi  Sədrəddin  Əhməd  ibn  Yəhya  ibn 

Səniyyüddövlənin  müavini  olmuşdu

1608

.  Məlum  olduğu  kimi  Hülagü  xan  1258-ci  ildə 



Bağdadı  zəbt  edərək Abbasi  xilafətinin  varlığına  son  qoymuşdu.  Onun  növbəti  hədəfi 

İslam  coğrafiyasında  moğol  təhlükəsi  qarşısında  öz  varlığını  qoruyub  saxlaya  bilmiş 

yeganə dövlət olan Misir Məmlüklüləri  idi.  Hülagü xan xristian tatar olan komandanı 

Kətbuğa Noyana Suriyanın işğalı əmrini verəndən sonra bu ölkə 31 yanvar 1260-cı ildə 

zəbt olunmuşdu

1609


. İşğaldan sonra Hülagü xan şeyx Kəmaləddin Tiflisini Şam, Cəzirə, 

Mosul,  Mardin,  Məyyafariqin  və  Hısn-Kəyfə

1610

  baş  qaziliyinə  və  vəqflər  nazirliyinə 



təyin  etdi.  Hülagü  xanın  fərmanı  26  rəbiələvvəl  558-ci  (10  mart  1260)  ildə  Dəməşqdə, 

yaşıl meydan adlanan yerdə xalqa oxunmuşdu. Kəmaləddin Tiflisinin Hülagü xanın və 

ümumiyyətlə  moğol  hərbi  məmurlarının  nəzdində  sözü  keçirdi.  Bu  səbəblə  də 

Kəmaləddin  Tiflisi  əlindən  gəldiyi  qədər  müsəlman  xalqı  moğolların  zülmündən,  qətl 

və  qarətdən  qorumağa  çalışmışdı

1611


.  Dəməşqin  sabiq  qaziləri  Muhyəddin  ibn  Zəki  və 

Sədrəddin  ibn  Səniyyuddövlə  Hələbə,  Hülagü  xanın  hüzuruna  gedərək  əvvəlki 

vəzifələrinə  qaytarılmalarını  xahiş  etmişdilər.  Muhyəddin  ibn  Zəki  yoldaşı  Sədrəddin 

ibn  Səniyuddövləyə  kələk  gələrək  moğol  dövlət  məmurlarına  böyük  miqdarda  rüşvət 

vermiş  və  Dəməşq  qaziliyinə  təyin  olunmasına  nail  olmuşdu.  Sədrəddin  ibn 

Səniyyuddövlə isə Bəəlbək qaziliyinə təyin olunmuşdu. Lakin bu vəzifə də ona qismət 

olmamış,  yolda  xəstələnmiş  və  Bəəlbəkə  çatandan  qısa  müddət  sonra  ölmüşdü. 

Muhəddin  ibn  Zəki  Hülagü  xanın  fərmanı  ilə  Dəməşqə  gəlib  vəzifəsinin  icrasına 

                                                 

1606


 ƏYNİ, İqdü’l-Cüman, s. 139. 

1607


 NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 178, 274. 

1608


  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  152-153;  İBN  KƏSİR,  Bidayə  və’n-Nihayə,  C.  XIII,  s.  457;  İBNü’l-İMAD, 

Şəzəratü’z-Zəhəb, C. V, s. 625. 

1609


 FƏHMİ, həmin əsər, s. 148-150. 

1610


 Mardin, Məyyafariqin və Hısn-Kəyfə şəhərləri Türkiyənin cənubi-şərqində yerləşirlər.  

1611


  İBN  TAĞRIBİRDİ,  Nücumu’z-Zahirə,  C.  II,  s.  518;  İBN  TOLON,  Səğru’l-Bəssam,  s.  94-95;  İBN  QAZİ  ŞUHBƏ, 

Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 123; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s. 173-174; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb

C. V, s. 625, İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 387-388. 



başlamışdı.  Kəmaləddin  Tiflisi  isə  Hələb  və  ətraf  vilayətlərin  qaziliyinə  təyin 

olunmuşdu.  Lakin  o,  Suriyada  uzun  müddət  qalmayaraq  1265-ci  ildən  sonra  Misirə 

köçmüşdü

1612


.  

1260-cı ildə Şam vilayəti, xüsusən də Suriya döyüş meydanına çevrilmiş, bir neçə dəfə 

əldə  ələ  keçmişdi.  Nəhayət  3  sentyabr  1260-cı  ildə  Misir  Məmlüklü  sultanı  Seyfəddin 

Müzəffər  Qutuzun  (1259-1260)  ordusu  Fələstin  ərazisində  baş  vermiş  Əyn  Calut 

dövyüşündə  Kətbuğanın  ordusunu  ağır  məğlubiyyətə  uğratmışdı.  Kətbuğa  noyan  bu 

döyüşdə  əmir  Cəmaləddin  Ağquş  tərəfindən  öldürülmüşdü.  Məğlub  olmuş  20  minlik 

moğol  ordusundan  çox  az  adam  sağ  qurtulmuşdu.  Suriya  moğol  işğalından 

təmizlənmişdi

1613

.  Bu  moğolların  ilk  ciddi  məğlubiyyəti  idi.  Bununla  da  Hülagü  xanın 



Suriyanı, Misiri, bunların ardınca da Məkkə və Mədinəni zəbt etmə planı pozulmuşdu. 

Misirə  gedən  Kəmaləddin  Tiflisi  Qahirədə  məskunlaşmış,  burada  tədris  və  elmi 

fəaliyyətlə məşğul olmuşdu. Onun dərslərinə böyük tələbə qrupları toplaşırdı. O, dərin 

biliyə  malik  alim  olmaqla  yanaşı  fəzilətli  və  izzətli  insan  idi.  Ailəsinin  böyük  və 

ehtiyacının  çox  olmasına  baxmayaraq  heç  vaxt  vəzifəsindən  sui-istifadə  etməmişdi. 

Misirə  gələndən  sonra  da  sultandan  hər  hansı  bir  vəzifəyə  təyin  olunmasını  xahiş 

etməmişdi.  Alim  h.  672-ci  ilin  rəbiələvvəl  ayında  (sentyabr  1273)  Qahirədə  vəfat 

etmişdi


1614

.  


 

Səfiyəddin Cövhər ibn Abdullah Tiflisi 

Mühəddis  idi.  Yaşadığı  dövrün  tanınmış  hədis  alimlərindən  hədis  dinləmiş  və  hədis 

elmlərinə dair bilikləri öyrənmişdi. Gözəl əxlaqlı, himmət sahibi, saleh əməlli, yumuşaq 

xasiyyətli və kəskin zəkalı şəxs idi. Şəxsi kitabxanasında hədis elmlərinə dair çox sayıda 

                                                 

1612


 Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ,  İbər fi Xəbər mən Ğəbər, C. III, s. 154, Küveyt 1966; 

İBN  TAĞRIBİRDİ,  yenə  orada;  İBN  TOLON,  yenə  orada;  İBN  QAZİ  ŞUHBƏ,  yenə  orada;  SÜBKİ,  yenə  orada;  İBNü’l-

İMAD, yenə orada

1613


  FƏHMİ,  yenə  orada,  s.  148-150;  İBN  KƏSİR,  Bidayə  və’n-Nihayə,  C.  XIII,  s.  388-392;  Mahmud  ŞƏLBİ,  Həyatü’l-

Məlikü’l-Müzəffər Qutuz, s. 285-288, Beyrut 1992.  

1614


  İBN  TOLON,  yenə  orada;  ƏSNƏVİ,  yenə  orada;  İBN  QAZİ  ŞUHBƏ,  yenə  orada;  SÜBKİ,  yenə  orada;  İBNü’l-İMAD, 

yenə orada; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 457; MƏQRİZİ, Kitabu’s-Süluk, C. I, s. 140. 

kitab  var  idi.  Vəfatından  əvvəl  şəxsi  kitabxanasını  hədis  tələbələrinin  istifadəsi  üçün 

vəqf etmiş, bağışlamışdı. Səfiyəddin Cövhər Tiflisi h. 700-cü ildə (1301) vəfat etmişdi

1615



 



Həkim Kəmaləddin Əbü’l-Fəzl Hübeyş ibn İbrahim ibn Muhəmməd əl-Mütətəbbib 

Tiflisi 

XII  əsrdə  yaşımış  məşhur  həkim,  əczaçı,  filoloq,  astronom  və  ilahiyyatçı  idi.  Təqribən 

1113-1116-cı  illərdə  Tiflisdə  dünyaya  gələn

1616


  Kəmaləddin  Əbü’l-Fəzlin  ailəsi 

Anadoluya  köçmişdi.  Onun  ailəsinin  hansı  tarixdə  Azərbaycandan  Rum  diyarına 

köçdüyü  barədə  mənbələrdə  məlumat  yoxdur.  Ehtimal  ki,  bu  köç  münfərid 

olmamışdır, yəni 1122-ci ildə gürcülərin Tiflisi işğalından

1617

 sonra bir çox azərbaycanlı 



öz  doğma  şəhərlərini  tərk  etmək  məcburiyyətində  qalmışdır.  Uzun  müddət  Kayseri 

şəhərində  yaşayan  Kəmaləddin  Hübeyş  Tiflisi  Anadolu  Səlcuqlu  sultanı  İzzəddin  II 

Qılıncarslanın  (1155-1292)  sarayına  dəvət  olunmuş,  elmi  fəaliyyətini  sultanın 

himayəsində  davam  etdirmişdi.  Bu  səbəbdən  də  alim  əsərlərinin  çoxunu  II 

Qılıncarslana  ithaf  etmişdi.  Onunla  eyni  dövrdə  məşhur  tibb  alimləri  süryani  Həsnun 

Nəsrani  ər-Ruhavi,  əndəlüslü  yəhudi  Musa  ibn  Maymun  da  Anadolu  Səlcuqlularının 

sarayında  fəaliyyət  göstərmişdilər

1618


.  İslam  dünyasında  yaşamış  tibb  alimləri  və 

məşhur  həkimlərin  tarixini  yazmış  Cəmaləddin  Qıfti  (1172-1248)  Kəmaləddin  Hübeyş 

Tiflisinin müasiri olmasına baxmayaraq əsərində onun haqqında məlumat verməmişdi. 

Cəmaləddin  Qıfti  öz  əsərində  Hübeyş  ibnü’l-Həsən  əl-Asim  adlı  bir  təbib  haqqında 

geniş  məlumat  verərək  hicri  VI  (XII)  əsrdə  yaşamış  bu  şəxsin  bir  çox  yunanca  kitabı, 

cümlədən Qalenin (Galenios) tibbə dair bir neçə əsərini də ərəb dilinə tərcümə etdiyini 

qeyd  edir

1619


.  Cəmaləddin  Qıftinin  haqqında  məlumat  verdiyi  bu  şəxs  fikrimizcə 

Kəmaləddin  Hübeyş  Tiflisidən  başqası  deyildir.  Çünki  irəlidə  də  görəcəyimiz  kimi 

Kəmaləddin Tiflisi yunan dilini mükəmməl şəkildə bilirdi və tibbə dair bir çox yunanca 

                                                 

1615

 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 62; İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi, C. I, s. 407; ƏYNİ, İqdü’l-Cüman, s. 



393. 

1616


 Kəmaləddin Əbü’l-Fəzl Hübeyş TİFLİSİ, Bəyanü’s-Sənə‘ət, (Nşr. Q. Mixaleviç), s. 13 (Önsöz qismi), Moskva 1976; s. 

13; Zəbihullah SƏFA, Tarixi-Ülume-Əqli dər Təməddüne-İslami, C. II, s. 998-999, Tehran 1329. 

1617

 BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 19-20. 



1618

  Cəmaləddin  Əbü'l-Həsən  Əli  ibn  Yusif  əl-QIFTİ,  Tarixü’l-Hükəmayi-Qıfti,  (Nşr.  B.  Darayi),  s.  s.  234,  445,  Tehran 

1347. 

1619


 QIFTİ, Tarixü’l-Hükəma, s. 244-245. 

əsəri  ərəb  və  fars  dillərinə  tərcümə  etmişdi.  Cəmaləddin  Qıfti  onun  adını,  künyə  və 

nisbəsini  fərqli  qeyd  edən  yeganə  müəllif  olmamışdır.  Türkiyə  Bursa  EYBEK  Orxan 

Ğazi  kolleksiyasında  saxlanılan,  Kəmaləddin  Hübeyş  Tiflisinin  müəllifi  olduğu 

‚Kifayətü’t-Tibb‛  adlı  əsənin  istinsəx  qeydində  onun  adı  Əbü’l-Fəzl  Hübeyş  ibn 

Muhəmməd Qəznəvi kimi qeyd edilmişdir. Bu qeyd Cavad İzgini Kəmaləddin Hübeyş 

Tiflisinin əslən Qəznəli olduğu, sonradan özünün və ya ailəsinin Tiflisə köçməsi

1620

 kimi 


yanlış nəticəyə istiqamətləndirmişdir. İranlı tədqiqatçılar Kəmaləddin Hübeyş Tiflisinin 

əsərlərində  istifadə  etdiyi  farsca  ləhcənin  Xorasanın  dəri  ləhcəsindən  fərqli  olduğu 

qənaətinə  gəlmişdirlər

1621


.  Alimin  ləqəbini  ‚Şərəfəddin‛  kimi  qeyd  edən  Səid  Nəfisi 

onun  əsərlərini  fars  və  tacik  dillərində  yazdığını  bildirmişdir

1622

.  Azərbaycanın  tarixi 



coğrafiyasından  danışarkən  Suğdabil  şəhərinin  inşasından  sonra  Sasani  şahı 

Ənuşirvanın  buraya  əhalini  Soğddan  köçürərək  məskunlaşdırdığını  qeyd  etmişdik. 

Ehtimal ki, Kəmaləddin Tiflisi əsərlərinin bəzilərini soğd ləhcədə yazmışdır. Əlbəttə ki, 

bu  köçürmə  və  məskunlaşmanın  üzərindən  uzun  əsrlər  ötdüyü  üçün  dil  mütləq 

müəyyən dəyişikliyə uğramışdı.  

Kəmaləddin  Hübeyş  Tiflisinin  25  əsəri  müəyyən  edilmişdir.  Bunlardan  10-u  fars, 

digərləri isə ərəb dilindədir. Alimin əsərlərinin əksəriyyəti tibbə aiddir. Bununla yanaşı 

onun  filologiya,  farmakologiya  (əczaçılıq)  və  astronomiya  (nücum  elmi)  sahəsində  də 

əsərləri mövcuddur.  

Tibbə  dair  əsərləri:  ‚Bəyanü’t-Tibb‛  adlı  əsərinin  bir  nüsxəsi  Tehran  Sipəhsalar 

kitabxanasında  saxlanılır.  ‚Təqvimü’l-Ədviyyə  fi’t-Tibb‛  adlı  əsəri  əczaçılığa  aiddir. 

Burada cəmi 734 növ dərmandan ərəb, fars, yunan, latın və süryani dillərindəki adları 

qeyd olunaraq bəhs edilir. Bu əsərin əlyazma nüsxələri İranın Maliki-Milli, İran Məclis 

kitabxanalarında  və  Türkiydə  Manisa  İHK-də  mövcuddur.  ‚Sihhətü’l-Əbdan‛ın  adı 

məlum  olsa  da  bu  vaxta  qədər  əlyazma  nüsxəsinə  rast  gəlinməmişdir.  Kəmaləddin 

Tiflisi ‚Kamilü’t-Tə’bir‛ adlı əsərinin müqəddiməsində ‚Bu əsəri (Kamilü’t-Tə’bir-E.N) 

‚Sihhətü’l-Əbdan‛ı yazıb başa vurduqdan sonra qələmə aldım‛ deyə yazır. ‚Kifayətü’t-

Tibb‛ adlı əsərini Anadolu Səlcuqlu şahzadəsi Qütbəddin II Məlikşaha (öl. 1193) ithafən 

                                                 

1620


 Cevat İZGİ, ‚Hubeyş et-Tiflisî‛, İA (TDV), C. XVIII, İstanbul 1998, ss. 298-299. 

1621


 Əli Təqi MÜNZƏVİ, Fərhəngnaməyi Ərəbi bə Farsi, s. 200, Tehran 1337. 

1622


 NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 128. 

qələmə  almışdır.  Bu  əsərin  nüsxələrindən  biri  Daşkənd  Şərq  Əlyazmaları 

kitabxanasında, digəri isə Almaniya Frankfurt Qota kitabxanasında saxlanılır

1623

.  


‚Nəzmü’s-Süluk‛,  ‚Risalə  fi  Şərhi  bə’zi’l-Məsail  li-Əsbab  və’l-Alamat‛,  ‚Müntəxabat 

min  əl-Qanun‛  da  Kəmaləddin  Tiflisinin  tibb  və  farmakologiyaya  dair  yazdığı 

əsərlərdir

1624


. Kəmaləddin Tiflisi burada İbn Sinanın ‚əl-Qanun fi’t-Tibb‛ adlı əsərində 

qeyd  olunmuş  bəzi  məsələləri  şərh  etmişdir.  Bundan  başqa  ilk  dəfə  Hippokrat  andını 

da  ‚Əhdi-Buqrat‛  adı  ilə  süryani  dilindən  fars  dilinə  Kəmaləddin  Tiflisi  tərcümə 

etmişdir.  Bu  kitabın  bir  nüsxəsi  Berlin  Milli  kitabxanası  Nr.  4959-6235  saxlanılır. 

Kəmaləddin  Hübeyş  Tiflisi  klassik  yunan  filosofu  və  təbibi  Qalenin  ‚Qalibi-Qutubi‛, 

‚Kitab  Mənfəət-i  Əza‛,  ‚Hisbü’l-Bədən‛  kimi  əsərlərini  də  farscaya  tərcümə 

etmişdir

1625


Kəmaləddin Tiflisinin tibbə dair qələmə aldığı digər bir əsər də ‚Məcmuatu’r-Rəsailü’t-

Tibbiyyə‛  adlanır.  Müəllif  bu  əsərini  ərəb  dilində  yazmışdır  və  əsərin  yeganə  nüsxəsi 

ABŞ  Princeton  universiteti  kitabxanasında  Nr.  1108-də  saxlanılır.  Əsər  cəmi  doqquz 

risalədən ibarətdir. Bunlar ‚Təqvimü’l-İlac və Bərəkatü’l-Mənhəc‛, ‚Rumuzü’l-Mənhəc 

və  Künzü’l-İlac‛,  ‚Təhsilü’s-Sihhə  bi’l-Əsbabü’s-Sittə‛,  ‚Ədviyyatü’l-Ədviyyat‛, 

‚Risalətü’l-Mütəarifə‛,  ‚Lübabu-Əsbab‛,  ‚İxtisar  Fusuli-Buqrat‛  adlı  risalələr 

bunlardan  bir  neçəsidir.  ‚Məcmuatu’r-Rəsailü’t-Tibbiyyə‛nin  əlyazma  nüsxəsinin 

surəti şəxsi kitabxanamda mövcuddur.  

Filologiyaya  və  ilahiyyata  dair  əsərləri:  ‚Bəyanü’t-Təsrif‛,  ‚Vücuhü’l-Qur’an‛  müəllif 

tərəfindən  1163-cü  ildə  Konya  şəhərində  qələmə  alınmışdır.  ‚Vücuhül-Qur’an‛  adlı 

əsərin  yeganə  nüsxəsi  Türkiyə  Süleymaniyyə  kitabxanası  Nr.  3246-da  mühafizə  edilir. 

‚Cəmiü’l-Bəyan  dər  Tərcümani-Qur’an‛,  ‚Təlxis  ələ’l-Qur’an‛  Kəmaləddin  Tiflisinin 

Qur’an və dini elmlər sahəsində qələmə aldığı əsərlərdir. ‚Qanunü’l-Adab dər Lüğət‛ 

(və ya Qanunü’l-Ədəb fi Zəbti Kəlimati’l-Ərəb) Tiflisinin müəllifi olduğu ərəbcə-farsca 

lüğətdir. Əsər eyni zamanda ərəbcə-farsca müqayisəli qrammatika kitabıdır. Dünyanın 

bir  çox  kitabxanasında  nüsxəsi  mövcuddur.  Bir  nüsxəsi  də  İstanbul  Aya  Sofiya 

kitabxanası  Nr.  472-də  saxlanılır.  Əsərin  digər    əlyazma  nüsxələri  Ankar  Milli 

                                                 

1623


 TİFLİSİ, Bəyanü’s-Sənə‘ət, (Nşr. Q. Mixaleviç), s. 38-47. 

1624


 BROCKELMANN, Geschıchte der Arabıschen Lıtteratur, E.S, C. I, s. 893. 

1625


 SƏFA, həmin əsər, C. I, s. 347. 

kitabxana, Amasiya Bəyazid İHK və Çorum Həsən paşa İHK-də mövcuddur. ‚Kitabü’l-

Qəvafi‛  ədəbiyyat,  şe’r  və  qafiyə  qaydalarına  dair  əsərdir.  Müəllif  bu  əsərini  1189-cu 

ildə yazıb bitirmiş və sultan İzzəddin II Qılıncarslana ithaf etmişdir.  

Astronomiyaya  dair  əsərləri:  ‚Bəyanü’n-Nücum‛,  ‚Mədxəl  ilə  İlmü’n-Nücum‛, 

‚Məlhamətü’d-Daniyal‛.  Bu  son  əsərinin  əlyazma  nüsxəsi  İstanbul  Aya  Sofiya 

kitabxanası  Nr.  2706-da  saxlanılır.  Həmçinin  Çorum  Həsən  paşa  İHK-də  bir  nüsxəsi 

mövcuddur.  ‚Kamilü’t-Tə’bir‛  adlı  əsəri  isə  yuxu  yozmaları  sahəsində  yazılmışdır. 

‚Kamulü’t-Tə’bir‛in  bir  nüsxəsi  Antaliya  Təkəlioğlu  kitabxanası  Nr.  2142-də 

saxlanılmaqdadır.  Həmçinin  İstanbul  Süleymaniyyə  əlyazma  əsərlər  kitabxanası  və 

Konya Yusifağa kitabxanasında da əlyazma nüsxələri mövcuddur. 

Rus  şərqşünası  Georgi  Mixaleviç  Kəmaləddin  Hübeyş  Tiflisinin  ‚Bəyanü’s-  Sənə‘ət‛ 

adlı  əsərini  rus  dilinə  tərcümə  və  nəşr  etmişdir.  Bu  əsərin  molla  Qurban  ibn  Cəlil 

tərəfindən h. 1217-ci (1802) ildə istinsax edilmiş əlyazma nüsxəsi AMEA Əİ Fondu Nr. 

B-796/3830-da  saxlanılan  məcmuənin  (vərəq  301b-321a)  içində  yerləşir.  Əsər  iyirmi 

fəsildən  ibarətdir.  Kəmaləddin  Tiflisi  əsərin  müqəddiməsində  belə  yazır:  ‚Mən 

Bəyanü’n-Nücum adlı əsəri yazıb bitirəndən sonra bu kiçik risaləni yazmağa başladım. 

Məqsədim  müxtəlif  sən’ətlər  haqqında  söhbət  açmaqdır.  Onlar  haqqında  müxtəlif 

ərəbcə  risalələrdən  məlumatlar  topladım  və  müxtəlif  sirrləri  bəyan  etdim.  Hansı  ki, 

bunları  müəlliflər  öz  əsərlərində  sirr  kimi  saxlamışdılar.  Kitabı  ‚Bəyan-üs-Sən’ət‛ 

adlandırdım.  Hər  bir  başlığın  altında  haqqında  danışılan  sən’ətin  müdrikliyini  izah 

etdim ki, inşaallah oxucu asan dərk etsin. Əgər bu kitab hər hansı bir şəxsin əlinə keçsə 

və  həmin  şəxs  bu  kitabdan  fayda  hasil  etsə  qoy  məni  xeyirli  dualarla  yada  salsın.  Bu 

mənim  haqqımda  xoş  xatirə  olaraq  qalsın.  Bu  kitabda  20  fəsil  var.  Mən  onları  sıra  ilə 

sadalayacağam. İnşaallah oxucu istədiyini asanlıqla tapa bilər‛

1626

.  


Müəllif  ilk  fəsil  olan  əl-Kimyada  misi  və  ya  qalayı  gümüşə  çevirə  bildiyini  iddia 

edənləri tənqid edərək onları yalançı adlandırır, sonra isə onların bu saxtakarlığı necə 

etdiklərini  açıqlayır

1627


.  Əsərin  yeddinci  fəsli  isə  o  dövrdə  silah  industriyasının  inkişaf 

səviyyəsi haqqında təsəvvür yaranması üçün yetərli məlumatı ehtiva edir. Kəmaləddin 

                                                 

1626


 TİFLİSİ, Bəyanü’s-Sənə‘ət, s. 65. 

1627


 Həmin əsər, s. 66-67. 

Tiflisi  burada  qılınc,  ox  ucu,  nizə  və.s  silahların  necə  daha  kəskin  və  öldürücü  gücə 

sahib  ola  biləcəyini  və  bunların  yollarını  açıqlayır.  Oxların  və  nizələrin  hədəfdən 

yayınmaması üçün alim maqnitin odda qızarana qədər saxlanılıb sonra suya atılmasını, 

daha sonra isə ox, nizə ucları və ya qılıncın da odda qızarana qədər saxlanaraq həmin 

suda  soyudulmasını  təklif  edir.  Belə  edildikdə  silahların  dəmir  əşyaları  maqnit  kimi 

özünə  çəkəcəyini  və  zirehləri  daha  asan  deşəcəyini  bildirir.  Bununla  yanaşı  müəllif 

zirehli  döyüş  geyimləri,  ox  və  nizə  uclarının  hazırlanma  qaydalarını  da  izah  edir

1628


Əsərin  digər  fəsillərində  isə  Kəmaləddin  Hübeyş  Tiflisi  rəngli  və  şəffaf  şüşələrin 

istehsalı,  qiymətli  daşların  müəyyən  edilməsi  və  emalı,  şüşə  qablar,  stəkanlar  və 

çıraqların hazırlanma üsullarını açıqlayır. 

Kəmaləddin  Hübeyş  Tiflisi  1204-cü  ildə  vəfat  etmişdir

1629


.  Alimin  öldüyü  və  dəfn 

edildiyi yer haqqında mənbələrdə heç bir məlumata rast gəlmək mümkün olmamışdır. 

Ehtimal  ki,  Kəmaləddin  Hübeyş  Tiflisi  Kayseri  şəhərində  vəfat  etmiş  və  orada  dəfn 

edilmişdir. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin