Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Qazi Muhyəddin Əbü’l-Həsən ibn Əbü’l-Fəzail ibn Əbdülhəmid əl-Qəzvini Təbrizi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə41/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

 

Qazi Muhyəddin Əbü’l-Həsən ibn Əbü’l-Fəzail ibn Əbdülhəmid əl-Qəzvini Təbrizi 

Şafi’i məzhəbinə mənsub fəqih idi. O, yuxarıda sözü gedən qazi  İzzəddin Əbü’l-Fəzail 

Qəzvininin  (öl.  1250)  oğlu  idi.  Qazi  Muhyəddin  Təbrizi  Elxanilərin  hakimiyyəti 

dövründə həm Təbriz şəhərinin, həm də bütün Azərbaycanın baş qazisi (qaziü’l-quzat) 

idi.  İbnü’l-Fuvati  onu  dərin  elmi  biliyə  malik,  alicənab  insan  kimi  təsvir  etmişdi.  Qazi 

Muhyəddin  Təbrizi  h.  697-ci  ilin  zilhiccə  ayında  (sentyabr  1296)  Təbrizdə  vəfat 

etmişdir

1540


.  

 

Yusif ibn Həsən ibn Əxi Dinar Təbrizi 

Hədis  ravisi  idi.  Əbü’l-Fəzl  Cə’fər  ibn  Əhməd  ibn  Cə’fər  ər-Rəsi’nidən  hədis  nəql 

etmişdi

1541


. Ölüm tarixi məlum deyil. IX-X əsrlərdə yaşamışdır.  

 

Şeyx Muizəddin Üveys ibn şeyx Həsən ibn Həsən ibn Ağbuğa əl-Moğoli Təbrizi 

Şeyx Muizəddin Üveys Təbrizi Cəlairilər sülaləsinin hökmdarlarından biri idi və 1356-

1374-cü  illər  arasında  Azərbaycanın  hökmdarı  olmuşdur.  O,  mömin,  çox  ibadət  edən, 

saleh,  yumuşaq  qəlbli,  alim  və  mücahid  bir  şəxs  idi.  Təbrizi  ölkənin  paytaxt  şəhərinə 

çevirmişdi.  Hakimiyyəti  illərində  bir  sıra  islahatlar  aparmış,  haqsız  vergiləri  aradan 

qaldırmışdı.  Dövlət  başçısı  və  alim  kimi  üstün  keyfiyyətləri  səbəbiylə  Məkkədə  cümə 

namazı xütbələrində onun adı çəkilirdi. O, Məkkə hakimi İclan ibn Rumeysəyə qiymətli 

hədiyyələrlə  yanaşı  Kə’bəyi-Şərifi  işıqlandırmaq  üçün  düzəltdirdiyi  qızıl  qəndillər  də 

göndərmişdi.  Onun  hakimiyyəti  illərində  Azərbaycanın  iqtisadi  və  ictimai  həyatında 

                                                 

1540

 BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 



1541

 İBN MAKULA, İkmal, C. II, s. 236. 



canlanma baş vermişdi. Şeyx Üveys Təbrizi elm əhlinə hörmət bəsləyir, alimləri himayə 

edirdi. Şeyx Üveys Təbrizi h. 776-cı ildə (1374) vəfat etmişdi

1542

.  


 

Şeyx Cəlaləddin Təbrizi 

Şeyx  Bədrəddin  Əbu  Səid  Təbrizinin  tələbəsi  və  müridi  olmuşdu.  Şeyx  Bədrəddinin 

vəfatından  sonra  Bağdada  gəlmiş  və  Şihabəddin  Ömər  Sührəvərdi  ilə  görüşmüş  və 

onunla  dostlaşmışdı.  Şeyx  Bəhaəddin  Əbu  Muhəmməd  Zəkəriyyə  əl-Multani  ilə 

birlikdə  Hindistana  getmişdi.  Hindistanın  şərqində,  Benqalda

1543


  məskunlaşmış  və 

burada  yaşamışdı.  Şeyx  Cəmaləddin  Təbrizi  gündüzlərini  orucla,  gecələrini  ibadətlə 

keçirən  mömin  və  saleh  insan  idi.  Əbdülhəyy  Hüseyni  onun  son  Abbasi  xəlifəsi 

Müstə’sim  Billahın  (1242-1258)  yaxın  adamlarından  olduğunu  qeyd  etmişdir

1544

.  Şeyx 


Şihabəddin Ömər Sührəvərdi ilə yaxın dostluğunu da buna əlavə etsək ehtimal etmək 

olar ki, şeyx Cəmaləddin Təbrizi fütuvvət əhlinə mənsub şeyxlərdən idi və Hindistana 

xüsusi missiya ilə göndərilmişdi. Çünki şeyx Şihabəddin Ömər Sührəvərdi xəlifə Nasir 

li Dinillahın (1180-1225) xüsusi əhəmiyyət verdiyi və dəstəklədiyi fütuvvət təşkilatının 

ideya  müəlliflərindən  biri  idi  və  uzun  müddət  bu  təşkilata  rəhbərlik  etmişdi.  Şeyx 

Cəlaləddin Təbrizi h. 642-ci ildə (1244) Tibetlə həmsərhəd olan Kamir əyalətində vəfat 

etmişdi

1545


 

Kafiyəddin Əbu Muhəmməd Abdullah ibn Əbdürrəhman ibn Sə’id Təbrizi 

Müfəssir və filoloq  idi. Filologiyaya dair bir  sıra əsərlərin müəllifi  idi

1546


. İbnü’l-Fuvati 

onun  yaşadığı  dövrü  və  ya  ölüm  tarixini  qeyd  etməmişdi.  Ehtimal  ki,  Kafiyəddin 

Təbirzi İbnü’l-Fuvatinin (öl. 1323) müasiri olmuşdu.  

 

                                                 



1542

  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb,  C.  VI,  s.  720;  İBN  HƏCƏR,  İbnai’l-Ğumr,  C.  II,  s.  23.  Şeyx  Üveysin  fəaliyyəti  ilə 

bağlı ətraflı məlumat üçün bax: ƏHƏRİ, İstoriya Şeyxa Uveysa, s. 21-29. 

1543


 Benqal-Hindistanla Banqladeş arasında paylaşılmışdır. Hindistanın şərqində, Banqladeşlə həmsərhəd olan Qərbi 

Benqaliya ştatı yerləşir. 

1544

 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 149. 



1545

 Yenə orada

1546

 BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 



Qazi  Kəmaləddin  Əbu  Abdullah  Əbdülhəmid  ibn  Muhəmməd  ibn  Əli  ibn  Əbi 

Muaz Təbrizi 

Onun  mənsub  olduğu  nəsildən  bir  çox  alim,  qazi  və  rəis  çıxmışdı.  Yaşadığı  dövrün 

böyük  alimlərindən,  tanınmış  hüquqşünaslarından  biri  olan  qazi  Kəmaləddin 

Əbdülhəmid Təbrizi öz qardaşlarının həm yaşça ən böyüyü, həm də ən biliklisi idi. O, 

Azərbaycan  Atabəyləri  dövründə  Marağa  şəhərinin  qazisi  və  bu  şəhərdəki  əl-

Atabəkiyyə  mədrəsəsinin  müdərrisi  olmuşdu.  Eldənizli  hökmdarları  ona  böyük 

ehtiramla  yanaşırdılar.  Sultan  Cəlaləddin  Xarəzmşah  da  onu    hüzuruna  böyük 

hörmətlə  qəbul  edir,  onu  özü  ilə  yanaşı  taxtında  oturdurdu.  Qazi  Kəmaləddin 

Əbdülhəmid  Təbrizi  vəfatından  bir  müddət  əvvəl  İraqın  Ərbil  şəhərinə  getmiş  və  h. 

628-ci (1231) ildə orada vəfat etmişdi

1547

.  


 

Muhyəddin Əbu Abdullah Muhəmməd ibn Yəhya ibn Əbi’l-Məhasin Təbrizi 

Yaşadığı dövrün tanınmış fəqihlərindən və alimlərindən biri olmuşdur

1548

. İbnü’l-Fuvati 



alimin yaşadığı dövr və ya ölüm tarixiylə bağlı heç bir məlumat verməmişdir.  

 

Katib Kafiyəddin Hibətullah ibn Əlişah ibn Fəramurz əl-Fərəhani Təbrizi 

XIII  əsrdə  yaşamış  azərbaycanlı  dövlət  xadimi  idi.  Onun  mənsub  olduğu  nəsildən 

görkəmli  dövlət  xadimləri,  sədrlər,  katiblər,  rəislər  və  vəzirlər  çıxmışdı.  İbnü’l-Fuvati 

onunla  h.  705-ci  (1306)  ildə  Arranda  şeyx  Zeynəddin  Əbu  Hamid  Muhəmməd  əl-

Kişinin  yanında  ikən  görüşdüyünü  qeyd  edir.  Müəllif  həmçinin  katib  Kafiyəddin 

Təbrizinin  maliyyə  idarəsinə  rəhbərlik  etdiyini,  onun  hesablama  və  idarəetmə  işində 

mahir  olduğunu  qeyd  edir.  O,  daha  sonra  vəqflər  idarəsinə  rəhbərlik  etmişdi.  İbnü’l-

Fuvati  katib  Kafiyəddin  Təbrizinin  mülayim  xasiyyəti  və  gözəl  xətti  olduğunu  yazır. 

İbnü’l-Fuvati  deyir:  ‚mən  ondan  harada  anadan  olduğunu  soruşdum.  O,  h.  665-ci 

(1267)  ildə  Bərdədə  anadan  olduğunu  dedi‛.  Katib  Kafiyəddin  Təbrizi  daha  sonra 

maliyyə  dəftərxanasının  idarə  edilməsi  üçün  Bağdada  göndərilmişdi.  İbnü’l-Fuvati 

                                                 

1547


 BÜNYADOV, həmin məqalə

1548


 BÜNYADOV, həmin məqalə

Bağdaddakı Müstənsiriyyə mədrəsəsi kitabxanasının müdirliyinə təyin olunarkən katib 

Kafiyəddin Təbrizinin yeni iş yeri ilə onu tanış etdiyini yazır

1549

. Kafiyəddin Təbrizinin 



ölüm tarixi qeyd olunmur. Güman ki, o, İbnü’l-Fuvatidən (öl. 1323) sonra vəfat etmişdi.  

 

Mirzə Lütfullah ibn Şükrullah Təbrizi 

Müfəssir  və  mütəkəllim  idi.  Eyni  zamanda  fəlsəfə,  məntiq,  münşəat,  şe’r  və 

ədəbiyyatda  öz  dövrünün  tanınmış  simalarından  biri  idi.  Onun  atası  köçüb 

Hindistanda  məskunlaşmış  və  Lütfullah  Təbrizi  1095-ci  ildə  (1684)  Hindistanda 

dünyaya  gəlmişdi.  Atasından  münşəat  sənətini  öyrənmiş,  Həbibullah  İsfəhani,  Ağa 

Hüseyn  Xansarinin  tələbəsi  olmuşdu.  Parlaq  zəkası  və  çalışqanlığı  ilə  öz 

həmyaşlarından fərqənmişdi. Təhsilin başa vurandan sonra ticarət məqsədiylə Benqala 

getmişdi.  Benqal  hökmdarının  naibi  Şücaüddövlə  ilə  tanış  olub  dostlaşmışdı.  Bir 

müddət  sonra  Benqalı  tərk  edib  Heydərabada  gəlmiş  və  h.  1164-cü  (1751)  ildə  orada 

ölmüşdü

1550


.  Mirzə  Lütfullah  Təbrizi  ‚Xülasətü’l-Minhəc  fi’t-Təfsir‛  adlı  əsərin 

müəllifidir

1551



 



Mövlana Elməddin Həkim Təbrizi 

Öz  dövrünün  məşhur  alimlərindən  idi.  Tibb  sahəsində  şöhrət  tapmışdı.  Gülbərgədə 

sultan  Əlaəddin  Həsən  əl-Bəhməninin

1552


  (öl.  1358)  himayəsində  yaşayırdı.  Gülbərgə 

şəhərində  tibb  dərsləri  verir  və  müalicə  işi  ilə  məşğul  olurdu

1553

.  Ölüm  tarixi  məlum 



deyil. XIV əsrdə yaşamışdır.  

 

Bədrəddin Təbrizi 

                                                 

1549

 BÜNYADOV, həmin məqalə



1550

 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 790-791. 

1551

 BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 216. 



1552

  Muhəmməd  şah  Tuğluqun  (1325-1351)  hakimiyyəti  illərində  Hind  yarımadasının  mərkəzində  yerləşən  Dəkkən 

vilayətində qiyam qaldırılmış və bu qiyam nəticəində Əlaəddin Həsən Bəhməni adlı şəxs özünü sultan elan edərək 

Dəkkən və ətraf vilayətləri Dehli sultanlığından ayırmışdı. Paytaxt olaraq özünə Gülbərgə şəhərini seçən Əlaəddin 

Həsən Bəhmənilər sülaləsinin əsasını qoymuşdu. Gülbərgə Hindistanın mərkəzində, Heydərabad şəhərinin qərbində 

yerləşir.  

1553

 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 177. 



XIII  əsrdə  Anadoluda  yaşamış  memar  idi.  O,  həmçinin  riyaziyyat,  həndəsə,  kimya, 

astronomiya kimi elm sahələrində də öz dövrünün tanınmış mütəxəssislərindən biri idi. 

İlk  moğol  hücumları  (1220-1221)  vaxtı  Azərbaycanı  tərk  edərək  Anadoluya  gələn

1554


 

Bədrəddin  Təbrizi  mövlana  Cəlaləddin  Ruminin  müridlərindən  biri  olmuşdu

1555



Mövlana  Cəlaləddin  Ruminin  digər  müridləri  əmir  Aləməddin  Qeysər



1556

,  Müinəddin 

Süleyman Pərvanə

1557


 və onun xanımı Gürcü xatunun təşəbbüsü ilə Cəlaləddin Ruminin 

ölümündən  (1274)  sonra  məzarının  üstündə  türbə  tikilməsi  üçün  160  min  dirhəm  pul 

toplanmışdı

1558


.  Türbənin  inşası  memar  Bədrəddin  Təbriziyə  həvalə  edilmişdi. 

Bədrəddin  Təbrizi  türbənin  inşasını  1274-cü  ildə  başa  çatdırmışdı

1559

.  1284-cü  ildə  baş 



verən zəlzələdən sonra türbənin təmirə ehtiyacı olmuşdu. Təmir işlərinə də Bədrəddin 

Təbirzi  rəhbərlik  etmişdi

1560

.  İ.  H.  Konyalının  fikrinə  görə  hal-hazırda  Konyadakı  bu 



türbə  və  üzərindəki  yaşıl  qübbə  memar  Bədrəddin  Təbrizinin  əsəri  deyil,  sonradan 

Qaramanoğlu  Əlaəddin  bəy  (öl.  1291)  tərəfindən  əsaslı  təmir  etdirilərək  indiki  halını 

almışdı

1561


. Memar Bədrəddin Təbrizinin ölüm tarixi 1284-cü ildən sonraya təsadüf edir.    

 

Qazi Əminəddin Təbrizi 

Əminəddin  Təbrizi  Anadolu  Səlcuqlu  sultanı  Qiyasəddin  III  Keyxosrovun  (1266-1284) 

hakimiyyəti  dövründə,  1266-cı  ildə  Ağsaray  şəhəri  qaziliyinə  təyin  edilmişdi.  Qazi 

Əminəddin Təbrizi fiqh və kəlam elmləri sahəsində öz dövrünün tanınmış alimlərindən 

idi


1562

.  Əminəddin  Təbrizi  haqqında  məlumat  verən  yeganə  mənbə  ‚Müsaməratü’l-

Əxbar‛dır. Kəriməddin Aqsarayi alimin ölüm tarixi barədə məlumat verməmişdir. 

Yuxarıda  Məcdəddin  Baba  Mərəndinin  də  Ağsarayda  qazilik  vəzifəsini  icra  etdiyini 

qeyd  etmişdik.  Anadolu  Səlcuqlu  sultanlarının  bu  şəhərə  məmur  təyin  edərkən 

                                                 

1554

 ÜNVER, Selçuklu Tababeti, s. 94. 



1555

 ƏFLAKİ, Ariflerin Menkıbeleri, C. I, s. 151, 210. 

1556

  Aləməddin  Qeysər  Anadolu  Səlcuqlu  dövlətini  məmurlarından  biri  idi.  Uzun  müddət  moğollara  sədaqətlə 



xidmət etməsinə baxmayaraq 1297-ci ildə Elxani Qazan xanın əmri ilə edam edilmişdi.  

1557


  Müinəddin  Süleyman  Pərvanə  də  moğollara  sədaqətlə  xidmət  etməsinə  baxmayaraq  1277-ci  ildə  Elxani  Abaqa 

xanın əmri ilə edam edilmişdi.  

1558

 ƏFLAKİ, Ariflerin Menkıbeleri, C. I, s. 204. 



1559

 İbrahim Hakkı KONYALI, Konya Tarihi, s. 636, Konya 1964. 

1560

 Hasan ÖZÖNDER, ‚Mevlana Türbe ve Külliyesinin Tamir ve İlaveler Kronolojisi‛,  Selçuk Dergisi, S. 2, Konya 



1988, s. 11-19. 

1561


 KONYALI, həmin əsər, s. 636-641. 

1562


 AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 90 

azərbaycanlılara üstünlük verməsi ehtimal ki, Ağsaray əhalisinin böyük əksəriyyətinin 

Azərbaycandan  Anadoluya  köçürülmüş  olması  ilə  əlaqədardır.  Sultan  İzzəddin  II 

Qılıncarslan  (1155-1192)  Ağsaray  şəhərinin  təməlini  qoymuş,  burada  evlər,  imarətlər, 

saraylar,  məscidlər,  mədrəsələr,  hamam,  karvansaray  kimi  ictimai-iaşə  binaları  inşa 

etdirərək  Azərbaycandan  bu  şəhərə  alimlər,  tacirlər,  sənətkarlar  və  digər  zümrələrə 

mənsub insanları köçürərək məskunlaşdırmışdı

1563



 



Təbib Fəxrəddin Əbu İshaq İbrahim ibn Muhəmməd Təbrizi 

XIII-XIV  əsrlərdə  Anadoluda  yaşamış  tanınmış  azərbaycanlı  həkim,  tibb  alimi  idi.  O, 

yaşadığı dövrdə Anadoluda daha çox təbib  Qəzənfər Təbrizi adı  ilə məşhur olmuşdu. 

Anadolu Səlcuqlularının saray həkimlərindən biri olan təbib Qəzənfər Təbrizi həmçinin 

Konyadakı  xəstəxanada  da  müalicə  işi  ilə  məşğul  olmuşdu

1564


.  O,  tibbə  dair  bir  sıra 

əsərlərin  müəllifi  idi.  Bunlardan  ən  tanınmışı  ‚Hasilü’l-Məsail  fi’t-Tibb‛  adlanır.  Bu 

əsərin  cəmi  iki  əlyazma  nüsxəsi  müəyyən  edilmişdir.  ‚Hasilü’l-Məsail  fi’t-Tibb‛ 

Abbasilər  dövrünün  məşhur  tibb  alimlərindən  olan  Hüneyn  ibn  İshaqın  (öl.  873) 

‚Məsail  fi’t-Tibb‛  əsərinin  xülasəsi  idi  və  güman  ki,  tibb  mədrəsəsi  tələbələri  üçün 

dərslik kimi tərtib edilmişdi. Təbib Qəzənfər Təbrizinin bu əsərinin əlyazma nüsxəsinin 

surəti  şəxsi  kitabxanamda  mövcuddur  və  gələcəkdə  tərəfimizdən  tədqiq  və  nəşr 

ediləcəkdir.  

Məhəmmədəli  Tərbiyət  sözü  gedən  əsəri  ‚Həllü’l-Məsail‛  adlandıraraq  Qəzənfər 

Təbrizinin  hicri-qəməri  XII-XIII  (miladi  XVIII-XIX)  əsrlərdə  yaşadığını  güman 

etmişdir

1565


.  Doğrusu  bunun  Məhəmmədəli  Tərbiyətinmi,  yoxsa  ‚Danişməndani-

Azərbaycan‛ı  azəri  türkcəsinə  tərcümə  edənlərinmi  xətası  olduğunu  müəyyən  edə 

bilmədik.  

Təbib  Qəzənfər  Təbrizinin  bilinən  digər  əsərləri  İbn  Sinanın  ‚İşarat  və’t-Tənbihat‛  və 

‚Təbiyyat‛, Əbu Reyhan Biruninin ‚Risalətü’l-Fihrist‛ adlı əsərlərinə yazdığı şərhlər, o 

cümlədən  Bəhmənyarın  əsərlərindən  birinə  yazdığı  tənqiddir

1566

.  Bundan  başqa  onun 



1279-cu  ildə  Əbu  Reyhan  əl-Biruninin  ‚Kitabü’s-Saydələ  fi’t-Tibb‛  adlı  əsərinin  üzün 

                                                 

1563

 Həmin əsər, s. 31-32. 



1564

 ÜNVER, Selçuklu Tababeti, s. 66, 93. 

1565

 Danişməndani-Azərbaycan, s. 65. 



1566

 BAYAT, həmin məqalə



köçürdüyü də bilinir

1567


. Mövlana Cəlaləddin Rumi ölüm döşəyində ikən onun yanında 

təbib  Əkmələddin  Naxçıvani  ilə  yanaşı  təbib  Qəzənfər  Təbrizi  də  var  idi

1568

.  Alimin 



ölüm tarixi məlum deyil. Lakin onun İbn Sinanın ‚İşarat və’t-Tənbihat‛ına yazdığı şərhi 

1302-ci ildə başa vurduğu məlumdur

1569

. Deməli ölüm tarixi də bundan sonraya təsadüf 



etmişdir. 

 

Əbu Abdullah İsmayıl ibn Muhəmməd ibn Sirri ibn Bənnun ibn Hümeyd Tiflisi 

Yaşadığı  dövrün  tanınmış  şafi’i  mühəddislərindən  idi.  H.  373-cü  ildə  (983)  Tiflisdə 

anadan  olmuşdu.  O,  Xorasanın  Nişapur  şəhərinə  getmiş  və  burada  yaşamışdı.  Əbu 

Abdullah  İsmayıl  Tiflisi  alim  olmaqla  yanaşı  həm  də  varlı  tacir  idi.  Əbu  Bəkr  Əhməd 

ibn Hüseyn ibn Mehran Nişapuri, Əbu Həsən Muhəmməd ibn Əhməd ibn Əli əs-Sıbği 

kimi dövrün tanınmış hədis alimlərindən dərs almışdı

1570

. Ölüm tarixi məlum deyil.  



 

Əbu Bəkr Muhəmməd ibn İsmayıl ibn Muhəmməd ibn Sirri ibn Bənnun Tiflisi 

Əksər hadis alimlərinin siqa,  bəzilərinin  isə  səduq kimi qiymətləndirdikləri  mühəddis 

idi.  Atası  köçüb  Nişapurda  məskunlaşmış  və  Əbu  Bəkr  Tiflisi  də  h.  400-cü  ilin  rəcəb 

ayında  (mart  1010)  Nişapurda  dünyaya  gəlmişdi.  Hafiz  idi  və  minlərlə  hədisi  əzbər 

bilirdi.  Hafiz  Əbu  Abdullah  Muhəmməd  ibn  Abdullah,  Əbu  Tahir  Muhəmməd  ibn 

Muhəmməd  əz-Ziyadi,  Əbu  Sadiq  əs-Səydəlani,  Abdullah  ibn  Yusif  əs-Süləmi,  Əbu 

Yə’la  Həmzə  ibn  Əbdüləziz  Nişapuridən  hədis  dinləmiş  və  nəql  etmişdi.  İsfəhanda 

hafiz  Əbü’l-Qasım  İsmayıl  ibn  Muhəmməd,  Nişapurda  Əbü’l-Qasım  Əhməd  ibn 

İbrahim  əl-Muqri,  Mərvdə  Əbu  Əli  Hüseyn  ibn  Əli  əş-Şihami  ondan  dinlədikləri 

hədisləri  nəql  etmişdilər  Alim  h.  483-cü  ilin  şəvval  ayında  (dekabr  1090)  vəfat 

etmişdir

1571


.  

 

Qazi Əlaəddin Ömər ibn Əbdüləziz ibn Əbdülcabbar Tiflisi 

                                                 

1567


 ÜNVER, həmin əsər, s. 66, 93. 

1568


 RUMİ, Mektuplar, (Önsöz qismi), s. 228. 

1569


 BAYAT, həmin məqalə

1570


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 330; SEYRƏFİNİ, Müntəxəb, s. 14. 

1571


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 314; ZƏHƏBİ, Siyəru Ə’lamü’n-Nübəla, s. XXIII, s. 133; BEYHƏQİ, Məvsusəti-Rical

s. 30; SEYRƏFİNİ, Müntəxəb, s. 57. 



Onun atası şeyx Fəxrəddin Əbdüləziz əslən Əxlatlı idi. Qazi Əlaəddin Ömər ilk təhsilini 

atasından almışdı. İbnü’l-Fuvati onun gənc, fəzilətli alim olduğunu, h. 705-ci ildə (1306) 

onunla  Arranda  görüşdüyünü  qeyd  edir.  Müəllif,  Əlaəddin  Ömərin  burada  Elxani 

hökmdarına özünün  Tiflis qaziliyinə təyini  üçün  iltimas etdiyini qeyd etmişdi. Ondan 

əvvəl  bu  vəzifəni  İbnü’s-Sabuni  adı  ilə  tanınmış  Cəmaləddin  Muhəmməd  ibn  Haşim 

Tiflisi  icra  etmişdi

1572

.  Qazi  Əlaəddin  Ömər  Tiflisinin  ölüm  tarixi  məlum  deyil.  İbnü’l-



Fuvati  onu  gördüyü  vaxt  gənc  yaşlarında  olduğunu  qeyd  etmişdir.  Ehtimal  ki,  qazi 

Əlaəddin Ömər Tiflisi İbnü’l-Fuvatidən (öl. 1323) çox sonra vəfat etmişdir.  

 

Əbu Əhməd Hamid ibn Yusif ibn Əhməd ibn Hüseyn Tiflisi 

Mühəddis idi. Tiflisdəki hədis alimlərindən hədis dinləmiş, daha sonra hədis dinləmək 

məqsədiylə  səyahətə  çıxmışdı.  Bağdada  gələrək  buradakı  mühəddislərin  dərslərində 

iştirak  etmişdi.  Qüdsdə  Əbu  Abdullah  Muhəmməd  ibn  Əli  ibn  Əhməd  Beyhəqi,  Əbu 

Bəkr  Muhəmməd  əl-Bişnəvidən,  Məkkədə  Əbu  Həsən  Əli  ibn  İbrahim  əl-Aqulidən, 

Bağdadda  Əbu  Həkim  Abdullah  ibn  İbrahim  əl-Xeyridən,  Əbü’l-Fəzl  Muhəmməd 

Əbivədidən  hədis  dinləmiş  və  nəql etmişdi.  Əli  ibn  Muhəmməd  Savi,  Hüseyn  ibn  Əli 

əl-Fərzi, Şüca ibn Faris əz-Zıhli, Əbu Həsən Əli ibn Abdullah ibn Əbu Curadə əl-Antaki 

ondan  hədis  dinləmişdilər.  Alim  h.  483-cü  ilə  (1090)  qədər  Dəməşqdə  yaşamış,  bu 

tarixdən  sonra  Dəməşqdən  getmişdi.  Əbu  Əhməd  Hamid  Tiflisi  Böyük  Səlcuqlu 

hökmdarı Məlikşahın  (1072-1092) vəziri Tacülmülkün

1573


 dostu idi. Ölüm tarixi h. 484-

cü ildən (1091) sonraya təsadüf edir

1574

 



 

Əbu Sə’d Məs’ud ibn Əbdürrəhman ibn Əli ibn Həsən Tiflisi 

Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. h. 410-cu (1019) ildə Tiflisdə dünyaya 

gəlmişdi. Təhsil almaq üçün Xorasana getmiş və Nişapurda Əbu Sə’d Muhəmməd ibn 

                                                 

1572

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1065. 



1573

  Vəzir  Tacülmülk  1092-ci  ildə  vəzir  Nizamülmülkün  sui-qəsd  nəticəsində  öldürülməsindən  sonra  bu  vəzifəyə 

təyin edilmiş, lakin cəmi 7 ay bu vəzifəni icra etmişdi.  O, da sələfinin aqibətinə uğramış, sui-qəsd nəticəsində qətlə 

yetirilmişdi. 

1574

  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  I,  s.  314;  SƏFƏDİ,  Vafi  bi’l-Vəfayat,  C.  X,  s.  101;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-



Büldan, C. II, s. 84-85. 

Əbdürrəhman  Gəncərudi

1575


,  Əbu  Bəkr  Əhməd  ibn  Mənsur  əl-Bəzzar  kimi  alimlərin 

tələbəsi olmuşdu. Alim h. 11 cəmadiəlaxir 490-cı ildə (26 may 1097) vəfat etmişdi

1576

.   


 

Qazi Əbü’l-Qasım Mahmud ibn Yusif ibn Hüseyn əl-Bərzəndi Tiflisi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Təhsil  almaq  üçün  Bağdada  getmiş,  Nizamiyyə 

mədrəsəsində  təhsil  almışdı.  Burada  şeyxülislam  Əbu  İshaq  İbrahim  Şirazinin  tələbəsi 

olmuş,  ondan  fiqh  və  hədis  dərsləri  almışdı.  Şərif  Əbü’l-Hüseyn  Muhəmməd  ibn  Əli 

ibnü’l-Mühtədi  Billah  əl-Haşimi  və  şərif  Əbü’l-Qənaim  Əbdüssəməd  ibn  Əli  ibnü’l-

Mə’mun  əl-Haşimidən

1577

  hədis  dinləmişdi.  Onun  Bağdadda  görüşüb  hədis  dərsləri 



aldığı alimlərdən biri də qazi Əbu Yə’la Mahmud ibn Hüseyn ibn Xələf ibnü’l-Fərra əl-

Hənbəli olmuşdur. Təhsilin başa vurandan sonra Əbü’l-Qasım Mahmud doğma şəhəri 

Tiflisə  qayıtmış,  bu  şəhərin  qaziliyinə  təyin  olunmuş

1578


  və  həmçinin  burada  hədis 

dərsləri vermişdi. Əbu Bəkr Təyyib  ibn Əhməd əl-Əbivərdi Mərvdə ondan hədis nəql 

etmişdi. Alimin ölüm tarixi h. 550-ci ildən (1155) sonraya təsadüf edir

1579


.    

 

Əbu Hərb Muhəmməd ibn Muhsin ibn Həsən əl-Hüseyni Tiflisi        

İmam  Hüseynin  (ا)  nəslindən  olan  Əbu  Hərb  Tiflisi  şafi’i  məzhəbinə  mənsub  fəqih, 

tarixçi və bioqraf idi. Uzun müddət Bağdadda yaşadıqdan sonra Qəznəvilər dövlətinin 

hakimiyyəti  altındakı  Əfqanıstana  köçmüşdü.  Alim  h.  480-ci  ildə  (1087)  Qəznə 

şəhərində  vəfat  etmişdi.  O,  ənsaba  (bioqrafiya)  dair  ensklopedik  bir  əsərin  müəllifi 

idi

1580


.  

 

İbrahim ibn Zeyd əl-Əsləmi Tiflisi 

Zəif hədis ravisi idi. Muhəmməd ibn Yəzid Muhəmməd ondan hədis dinləmiş və nəql 

etmişdi.  Şəmsəddin  Zəhəbi  onun  bəzən  batil  xəbər  nəql  etdiyini  qeyd  etmişdi.  Onun 

                                                 

1575


 Gəncərud-və ya Cənzərud Nişapurun kəndlərindən biri idi. Bax: SÜYUTİ, Lübbü’l-Lübab, s. 47. 

1576


 SEYRƏFİNİ, Müntəxəb, s. 475. 

1577


 Əbü’l-Qasım Mahmud Tiflisinin hədis dərsləri aldığı bu iki şafi’i mühəddis imam Həsərin (ا) nəslindən idilər.  

1578


 ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 361-362. 

1579


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 314; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VII, s. 166-167; ƏSNƏVİ, Təbəqatu’ş-

Şafi’iyyə, C. I, s. 149.  

1580


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 616. 

nəql etdiyi zəif hədislərdən biri aşağıdakıdır: ‚Əbu Hüreyrədən (ا): Biz Allah Rəsulu (م) 

birlikdə oturarkən bir oğlan uşağı gəldi və peyğəmbərdən ona dua öyrətməsini istədi, 

peyğəmbər  ona  belə  dua  etdi:  Allahım  sənin  qullarının  zülmünün  çoxluğu  səbəbiylə 

səndən  əvf  və  bağışlanma  diləyirəm.....  ‛

  1581

.  Bu  uzun  bir  hədisdir.  Bu  hədisin  səhih 



olmadığına  dair  keçmiş  və  müasir  mühəddislər  həmfikir  olmuşdurlar

1582


.  İbrahim  əl-

Əsləmi Tiflisinin ölüm tarixini müəyyən etmək mümkün olmamışdır.  Əbü’l-Həsən Əli 

Darəqutni  (öl.  995)  və  Əbu  Nueym  Əhməd  İsfəhani  (öl.  1038)  kimi  alimlər  onun 

haqqında fikir bəyan etdiklərinə görə İbrahim ibn Zeyd əl-Əsləmi Tiflisi bu iki şəxsdən 

əvvəl vəfat etmişdir. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin