Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


İmadəddin Əbu Nəsr Muhəmməd ibn Muhəmməd ibn Əbu Muhəmməd Təbrizi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə38/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   34   35   36   37   38   39   40   41   ...   50

İmadəddin Əbu Nəsr Muhəmməd ibn Muhəmməd ibn Əbu Muhəmməd Təbrizi 

İbnü’l-Fuvati  onun  xoşrəftar  və  yaraşıqlı  bir  gənc  olduğunu,  Təbriz  hakimi  olan  atası 

Sədrəddin  Muhəmmədin  vəfatından  sonra  h.  668-ci  ildə  (1270)  onun  yerinə  keçdiyini 

qeyd etmişdi. İmadəddin Əbu Nəsr Təbrizi gənc olmasına baxmayaraq bacarıqlı idarəçi 

olmuş, Təbriz və ətraf vilayətlərin həqiqi hakiminə çevrilmişdi. O, Elxanilərin baş vəziri 

Şəmsəddin  Muhəmməd  Cüveyni  ilə  dostluq  edirdi.  İmadəddin  Əbu  Nəsr  Təbrizi  h. 

676-cı  ildə  (1277)  gənc  yaşlarında  vəfat  etmiş,  Təbrizdə  atasının  inşa  etdirdiyi  əs-

Sədriyyə mədrəsəsinin həyətində, atasının məzarının yanında dəfn edilmişdi

1443

.  


 

Muhəmməd ibn Muhəmməd Təbrizi 

Mütəkəllim  idi.  Təbrizdə  dünyaya  gəlmiş  və  təhsil  almaq  məqsədiylə  vətəni  tərk 

etmişdi. Qütbəddin Təhtaninin

1444


 bilik, bacarıq və istedadı ilə fərqlənən tələbələrindən 

biri  idi.  Təhsilini  başa  vurduqdan  sonra  Qahirədə  tədrislə  məşğul  olmuşdu.  Qahirədə 

bir çox tələbə onun dərslərində iştirak etmiş və onun biliyindən faydalanmışdı. Alim h. 

776-cı ilin zilhiccə ayında (may 1375) Qahirədə vəfat etmişdi

1445



         



 

Qazi Bədrəddin Muhəmməd ibn Mahmud ibn Muhəmməd ibn Bəndar Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Fələstindəki  Qüds,  əl-Xəlil  və  Bəəlbək  şəhərinin 

qazisi  olmuşdu.  Yuxarıda  haqqında  məlumat  verdiyimiz  mühəddis  qazi  İzzəddin 

Muhəmməd  Təbrizinin  yaxın  qohumu  idi.  Qazi  Bədrəddin  Təbrizi  xeyirxah  və  saleh 

insan  kimi  tanınmışdı.  H.  725-ci  ilin  şəvval  (sentyabr  1325)  ayında  əl-Xəlil  şəhərində 

vəfat etmişdi

1446

.  


 

Şeyx Əlaəddin Əli ibn Hüseyn ibn Abdullah Təbrizi 

                                                 

1443

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 848-849. 



1444

 Qütbəddin Muhəmməd ibn Muhəmməd ər-Razi ət-Təhtani (1290-1365) əslən İranın Rey şəhərindəndir. Yaşadığı 

dövrün tanınmış fəlsəfə və məntiq alimlərindən biri idi. Bu sahəyə dair bir sıra əsərlərin müəllifidir. Əsərləri uzun 

müddət mədrəsələrdə dərslik kimi oxutulmuş və üzərinə şərhlər yazılmışdı. 

1445

 SÜYUTİ, Hüsnü’l-Mühazirə, s. 297. 



1446

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 6; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. V, s. 253. 



Təsəvvüf  əhlinə  mənsub  şeyx  idi.  Onun  ata  və  babaları  da  təsəvvüfçü  idilər.  Təbrizi 

tərk  edib  Marağa  yaxınlığındakı  Beyxaq  kəndindəki  Həvvariyyə

1447

  zaviyəsində 



məskunlaşmış  və  bütün  ömrünü  burada  keçirmişdi.  Şeyx  Əlaəddin  Əli  Təbrizi  şeyx 

Muhyəddin  Əli  ibn  Sadiq  əl-Həvvarinin  müridi  olmuş,  təriqət  xirqəsini  onun  əlindən 

geymişdi.  Şeyx  Əlaəddin  yaşadığı  və  irşadla  məşğul  olduğu  zaviyənin  yaxınlığında 

kənd  təsərrüfatı  ilə  məşğul  olur,  bostan  məhsulları  becərirdi

1448

.  Ölüm  tarixi  məlum 



deyil. XIII-XIV əsrlərdə yaşamışdır.  

 

Səlahəddin Muhəmməd ibn Əli ibn Əbdülhəqq əl-Ənsari Təbrizi 

Hənəfi  məzhəbinə mənsub alim  idi. Qahirədə yaşamış və bu şəhərdə İbnü’l-Molla Əli 

adı  ilə  tanınmışdı.  Mühibbəddin  Bağdadi,  İbnü’l-Hümam  və  İbn  Həcər  Əsqəlani  kimi 

alimlərdən  müxtəlif  elm  sahələrinə  dair  dərslər  almışdı.  Zahiriyyə  mədrəsəsinin 

tələbəsi  olmuş,  burada  imam  Buxarinin  ‚Səhih‛ini  dinləmişdi.  Qahirə  xəstəxanasında 

xəzinədar  işləyən  Səlahəddin  Təbrizi  bir  neçə  dəfə  həcc  ziyarətinə  getmişdi.  H.  856-ci 

ildə (1452) Şəmsəddin Səxavi ilə birlikdə həcc ziyarətində olmuşdu. İbnü’l-Molla Əli h. 

876-cı ilin zilqədə ayında (aprel 1472) vəfat etmişdi

1449


.   

 

Qazi İmadəddin Əbü’l-Fəzl Əhməd ibn Əli ibn Əbü’l-Fəzail Təbrizi 

Qazi  İmadəddin  Əhməd  Təbrizi  yaşadığı  dövrdə  Azərbaycanın  görkəmli  alimi,  fiqh 

sahəsində tanınmış mütəxəssisi olmaqla yanaşı həm də Təbriz şəhərinin idarəçiliyində 

mühüm  rol  oynamışdır.  İbnü’l-Fuvati  onu  xoşsima,  xoşrəftar  və  gözəl  əxlaq  sahibi 

insan kimi tövsif etmişdi

1450

. Ölüm tarixi məlum deyil. XII-XIII əsrlərdə yaşamışdır.  



 

İmadəddin Əbu Əli Hüseyn ibn Yusif ibnü’l-Hacı Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Əl-Qəlanisi  ləqəbi  ilə  tanınmışdı.  İmadəddin  əl-

Qəlanisi fəzilət sahibi  alim, həmçinin  şair  idi. İbnü’l-Fuvati  onun  şe’rlərindən bir neçə 

                                                 

1447

  Həvvariyyə  təriqəti-XIII  əsrdə  yaşamış  şeyx  Əbu  Bəkr  ibn  Həvvar  əl-Həvvari  tərəfindən  qurulmuş  təsəvvüf 



təriqətidir.  

1448


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1048. 

1449


 SƏXAVİ, Zəvu’l-Lami’, C. IV, s. 183. 

1450


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 671. 

beyti  öz  əsərində  qeyd  etmişdi

1451


.  ‚əl-Qəlanis‛

1452


  və  onunla  eyni  kökdən  olan  ‚əl-

Qələnsut‛ sözü ərəb dilində papaq, başlıq mənasını ifadə edir. İlk dövrlərdə qazilərin, 

sonrakı əsrlərdə isə daha çox təsəvvüf mənsublarının geydikləri hündür, silindrvari və 

yundan hazırlanan papağa ‚qələnsut‛ və ya ‚qəlansuva‛ deyilirdi. ‚əl-Qəlanisi‛ nisbəsi 

də öz mənşəyini buradan götürmüşdür

1453


. XIII əsrdə yaşamışdır.   

 

İmadəddin Hüseyn Təbrizi 

Şair və ədib idi. O, Elxanilərin baş vəziri Rəşidəddin Fəzlullah Qəzvininin övladlarının 

şəxsi  müəllimi  idi.  İbnü’l-Fuvati  onunla  Təbrizdə  şeyx  Şəmsəddin  Əbdülkafi  əs-

Seyyidinin yanında görüşdüyünü və onun h. 641-ci il (1243) təvəllüdlü olduğunu qeyd 

etmişdir


1454

.  Müəllif  İmadəddin  Hüseyn  Təbrizinin  ölüm  tarxini  qeyd  etməmişdir. 

Ehtimal  ki,  İbnü’l-Fuvati  (1323)  vəfat  etdiyi  vaxt  İmadəddin  Hüseyn  Təbrizi  hələ 

həyatda idi.  



 

Qazi İmadəddin Əbdülhəmid ibn Əbü’l-Fəth ibnü’l-Müəyyəd Təbrizi 

Təbriz  şəhəri  və  ətraf  nahiyələrin  qazisi  olmuşdur.  Qazi  İmadəddin  Əbdülhəmid 

Təbrizinin  ulu  babaları  əslən  İranın  Deyləm  vilayətindən  idilər,  Qəzvinə  oradan  da 

Təbrizə köçüb gəlmişdilər. Qazi İmadəddin Əbdülhəmid alim ailəsində dünyaya gəlib 

böyümüşdü

1455


. Ölüm tarixi məlum deyil. XIII-XIV əsrlərdə dünyaya gəlmişdir.  

 

Kəmaləddin Muhəmməd ibn Bayəzid ibn Həsən Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  idi.  Gənc  yaşlarından  etibarən  ticarətlə  məşğul 

olmuş  və  çox  səyahət  etmişdi.  Ərəb  filologiyasını  öyrənmişdi.  Məkkədə  Şəmsəddin 

Səxavinin  tələbəsi  olmuş,  onun  yanında  imam  Nəvəvinin  ‚Qırx  Hədis‛  kitabını 

oxumuşdu.  Səxavi  onun  başqa  alimlərdən  də  hədis  dərsləri  aldığını  qeyd  etmişdir. 

                                                 

1451


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 714. 

1452


  əl-Qəlanis  *ًٗلاوُا+  və  ‚əl-Qələnsut‛  *جٍٞ٘وُا]  sözləri  üçün  bax:  SARI,  Arapça-Türkçe  Lugat,  s.  1253;  BARANOV, 

Arabsko-Russkiy Slovar, s. 657. 

1453


 ‚əl-Qəlanisi‛ nisbəsi üçün bax: SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 66-67. 

1454


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 714-715. 

1455


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 757. 

Səxavi  h.  898-ci  ildə  (1493)  onunla  yenidən  Məkkədə  görüşdüyünü  qeyd  etmişdir

1456


Ölüm tarixini qeyd etmədiyinə görə ehtimal ki, Şəmsəddin Səxavi vəfat edərkən (1497) 

o, həyatda olmuşdu. 

 

Yaqubşah ibn Usta Əli Təbrizi 

H.  810-cu  ildə  (1407)  Ərzincanda  anadan  olmuş,  uşaqlıq  illərində  bibisi  ilə  birlikdə 

Təbrizə  gəlmiş  və  bu  şəhərdə  böyümüşdü.  Onun  bibisi  Qaraqoyunlu  hökmdarı  Qara 

Yusifin  (1389-1421)  sahibi-divanı  (baş  vəziri)  Əbu  Yəzidin  xanımı  idi.  Yaqubşah  ilk 

təhsilini  Təbrizdə  almış,  burada  Qur’an  qiraət  və  təcvidini  öyrənmişdi.  Daha  sonra 

Təbriz mədrəsələrində təhsilini davam etdirmişdi. Təhsilini başa vurduqdan sonra Qara 

Yusifin  oğlu  sultan  İskəndərə  (1421-1438)  xidmət  etmişdi.  H.  833-cü  (1430)  ildə 

Azərbaycandan  Misir  Məmlüklü  sarayına  gedən  diplomatik  heyətə  daxil  olmuşdu. 

Misirdə  qalmış  və  buradakı  alimlərdən  müxtəlif  elm  sahələrinə  dair  bilikləri 

öyrənmişdi.  Misirdə  qalaraq  Məmlüklü  dövlətinə  xidmət  etmişdi.  Sultan  Seyfəddin 

Əbu  Səid  Xoşqədəm  (1461-1467)  və  sultan  Əşrəf  Qayıtbayın  (1468-1496)  hakimiyyəti 

dövründə müxtəlif dövlət vəzifələrində qulluq etmişdi

1457

. Ölüm tarixi məlum deyil.  



 

Əlaəddin Əşrəf ibn Əhməd ibn Həsən ibn Məvdud əl-Həsəni Təbrizi 

Əlaəddin  Əşrəf  Təbrizi  yaşadığı  dövrün  tanınmış  şafi’i  qarilərindən  idi.  O,  imam 

Həsənin  (ا)  nəslindən  idi.  Babası  Hicazdan  köçüb  Azərbaycana  gəlmiş  və  Təbrizdə 

məskunlaşmışdı. Əlaəddin Əşrəf Təbrizi gəzəl əxlaqlı, xoşrəftar, təvazökar, xeyriyyəçi, 

möhtaclara  əl  tutan  insan  idi.  Təbrizdə  Qur’ani-Kərim  qiraəti  və  təcvidi  dərsləri 

verirdi


1458

. Ölüm tarixi məlum deyil. XIII-XIV əsrlərdə yaşamışdır.  

 

Qazi Əbu Saleh Şueyb ibn Saleh ibn Şueyb Təbrizi 

Yaşadığı  dövrün  tanınmış  mühəddislərindən  idi.  Onun  atası  da  mühəddis  idi  və 

atasından  hədis  dinləmişdi.  Bundan  başqa  şeyx  Əbu  İmran  Musa  ibn  İmran  Səlmasi, 

                                                 

1456

 SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 26. 



1457

 SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 166. 

1458

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 998-999. 



Muhəmməd ibn Muhəmməd ibn Həyyan, Xudadad ibn Asim ibn Bəkran Naxçıvanidən 

hədis  dinləmişdi.  Bağdadda  Xətib  Təbrizi  adı  ilə  məşhur  olmuş  ədib  Əbu  Zəkəriyyə 

Yəhya  Təbrizi  və  Əbü’l-Əla  Əhməd  ibn  Abdullah  ibn  Süleyman  əl-Muqrinin  tələbəsi 

olmuşdu. Daha sonra Şam diyarına getmiş, Əbü’l-Fəth Səlim ibn Əyyub ər-Razi, Əbü’l-

Qasım  Übeydullah  ibn  Əli  Rəqqi  və  Əbü’l-Qasım  Əbdülkərim  ibn  Muhəmməd  əs-

Səyyardan hədis dinləmişdi. İmam-xətib Əbu Bəkr Əhməd ibn Əli ibn Sabit, Əbü’l-Fəzl 

Muhəmməd  ibn  Nasir  əs-Səllami,  Əbu  Mənsur  Məvhub  ibn  Əhməd  ibn  Muhəmməd 

ibn  Xıdr  əl-Cəvaliqi,  Əbü’l-Həsən  Sə’dülxeyr  ibn  Muhəmməd  ibn  Səhl  əl-Əndəlusi 

Bağdadda, Əbu Tahir ibn Muhəmməd ibn Abdullah əs-Sənci Mərvdə ondan hədis nəql 

etmişdilər. Alim h. 502-ci ilin cəmadiəlaxir ayında (yanvar 1109) Bağdadda vəfat etmiş 

və Babü’l-İbriz qəbristanında dəfn edilmişdi

1459


.  

 

Əlaəddin Əbu Muhəmməd Əfridun ibn Bəhram Təbrizi 

Eldənizlər dövrünün dövlət xadimlərindən biri di. Bir sıra yüksək dövlət vəzifələrində 

işləmişdi. Həmçinin xeyriyyəçi idi. İbnü’l-Fuvati onun oğlu imam Hümaməddin Əbü’l-

Fəzl  Muhəmməd  Təbrizdən  dərs  aldığını  qeyd  etmişdir

1460


.  Ölüm  tarixi  məlum  deyil. 

XII-XIII əsrlərdə yaşamışdır. 

 

Qazi  Fəxrəddin  Əbü’l-Fəzl  Muhəmməd  ibn  Əhməd  ibn  Həsən  ibn  Əli  əl-Həddadi 

Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Əbu  Nəsr  Muhəmməd  ibn 

Muhəmməd əz-Zeynəbi və başqalarından hədis dinləmişdi. Böyük Səlcuqlu imperatoru 

Səncərin (1118-1157) və Atabəy Şəmsəddin Eldənizin (1136-1175) hakimiyyəti dövründə 

Təbriz şəhərinin qazisi və xətibi olmuşdu. Tarixçi alim Əbü’l-Qasım Əli ibn Əsakir (öl. 

1175)  qazi  Əbü’l-Fəzl  Muhəmməd  Təbrizinin  bu  şəhərdəki  mədrəsələrdə  tədrislə  də 

məşğul  olduğunu  qeyd  etmişdir

1461


.  Alimin  ölüm  tarixi  məlum  deyil.  XI-XII  əsrlərdə 

yaşamışdır. Mənbələrdə ‚əl-Həddadi‛  nisbəsi  ilə tanınan  bir neçə  fəqih və qaziyə rast 

                                                 

1459


  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C. I,  s.  299-300;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  II, s.  156;  İBN  MAKULA, 

İkmal, C. I, s. 142. 

1460


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 999. 

1461


 İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 217, 286; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 484. 

gəlinir.  Bu  soyadı  (nisbəni)  eyni  nəslə  mənsub  şəxslər  daşımışdırlar  və  bu  ailədən  bir 

çox alim çıxmışdı

1462

. Bunlardan bəziləri haqqında burada məlumat verilmişdir.   



 

Qaziü’l-quzat  seyyidü’s-şərif  Şəmsəddin  Muhəmməd  ibn  Əbdüləvvəl  əl-Cə’fəri  əl-

Hüseyni Təbrizi 

İmam Hüseynin (ا) nəslindən olan, şafi’i məzhəbinə mənsub fəqih idi. Təbrizdə böyük 

hörmət sahibi alimlərdən biri olmuşdu. Molla Muhəmməd Barlasidən fiqh öyrənmişdi. 

Bir  müddət  Azərbaycandakı  mədrəsələrdə  tədrislə  məşğul  olmuş,  sonra  Osmanlı 

torpaqlarına  köçmüşdü.  Anadolunun  müxtəlif  şəhərlərindəki  mədrəsələrdə  dərs 

vermişdi. Burada olduğu vaxt hənəfi məzhəbini mənimsəmişdi. İstanbulda Səmaniyyə 

mədrəsəsində  müəllim  olmuş,  h.  949-cu  ildə  (1542)  Hələb  qaziliyinə,  daha  sonra  isə 

Dəməşq  qaziliyinə  təyin  olunmuşdu.  H.  952-ci  ilin  rəbiülaxir  ayında  (iyun  1545) 

Dəməşqə  gələrək  vəzifəsinin  icrasına  başlamışdı.  O,  bu  vəzifədə  ikən  bəzi  fəqihlər 

qəhvənin satışı və istehlakının haram elan edilməsi ilə bağlı fətva çıxarmışdılar. Lakin 

bu qərar birmənalı qarşılanmamış, digər bəzi fəqihlər bu fətvanın İslam hüququna zidd 

olması səbəbiylə ləğv olunması tələbi ilə çıxış etmişdilər. Qərarın ləğv olunması tələbi 

ilə  sultan  Qanuni  I  Süleymana  (1520-1566)  müraciət  edən  fəqihlərin  arasında  qazi 

Şəmsəddin Muhəmməd ibn Əbdüləvvəl Təbrizi də var idi. Beləcə h. 953-cü ilin şəvval 

ayında  (dekabr  1546)  qəhvənin  idxalı,  satışı  və  istehlakına  qoyulan  qadağa  ləğv 

olunmuşdu.  Qazi  Şəmsəddin  Muhəmməd  Təbrizi  dərin  biliyə,  yüksək  natiqlik 

qabiliyyətəni malik olan alim idi. O, həm də mahir xəttat idi və gözəl xəttlə yazı yazırdı. 

Alim h. 963-cü ildə (1556) İstanbulda vəfat etmişdi

1463

 



Burada  hadisələrin  baş  verdiyi  tarix  və  yerlə  bağlı  bəzi  məsələlərə  aydınlıq  gətirməyə 

ehtiyac  var.  İbnü’l-İmad  öz  əsərində  qazi  Şəmsəddin  Muhəmməd  Təbrizinin  Dəməşq 

qaziliyinə  təyini  tarixini  qeyd  edir,  lakin  hansı  tarixə  qədər  bu  vəzifəni  icra  etdiyini 

yazmır.  Bununla  belə  yenə  onun  əsərindən  alimin  İstanbulda  vəfat  etdiyini  öyrənirik. 

Ehtimal ki, qazi Şəmsəddin Muhəmməd Təbrizi Dəməşq qazisi ikən Şam vilayətindəki 

bəzi fəqihlər tərəfindən sadəcə Şam vilayətinə şamil edilən qəhvə qadağasına dair fətva 

                                                 

1462


 Bax: BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 183. 

1463


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s.193.    

çıxarılmışdı.  Hələ  Osmanlı  hakimiyyətindən  əvvəl,  Misir  Məmlüklüləri  dövründə  də 

Hicaza  şamil  edilən  qəhvə  qadağası  mövcud  olmuşdu.  Məmlüklülərin  Məkkə  valisi 

Xeyir  bəy  qəhvə  içilməsinin  haram  olduğuna  dair  fətva  çıxartdırıb  bu  şəhərin  din 

alimlərinə təsdiq etdirmişdi. Sadəcə Məkkə qazisi belə bir qadağanın İslam hüququnda 

heç  bir  əsası  olmadığını  bildirərək  fətvanı  təsdiq  etməkdən  imtina  etmişdi.  Osmanlı 

ölkəsində  isə  qəhvə  istehlakı  məhz  Misirin  fəthindən  (1517)  sonra  yayılmağa 

başlamışdı.  İbrahim  Peçevi  öz  əsərində  h.  962-ci  (1555)  ilə  qədər  İstanbulda  və  bütün 

Osmanlı  ölkəsində  qəhvə  istehlakının  olmadığını  bildirməkdədir.  Bu  tarixdən  sonra 

Suriyalı  iki  ərəb  İstanbulda  ilk  qəhvəxananı  açmışdılar.  Bundan  sonra  İstanbulda 

qəhvəxanaların  sayı  sürətlə  artımşdı.  Belə  ki,  insanlar  işi-gücü  buraxıb  qəhvəxanalara 

toplaşır,  nərd,  şahmat  oynayıb  qəzəl  oxuyaraq  vaxt  öldürürdülər.  Belə  bir  mənzərə 

fəqihlər  və  qazilərin  şeyxülislama  şikayət  etmələrinə  səbəb  olmuş  və  şeyxülislam 

Əbu’s-Süud əfəndi qəhvə idxalı, satışı və istehlakını qadağan edən fətva çıxarmışdı

1464


Bu  qadağa  1589-ci  ilə  qədər  qüvvədə  qalmış,  bu  tarixdən  sonra  Bostanzadə  Mehmed 

Əfəndi

1465


 tərəfindən ləğv edilmişdi. Qazi Şəmsəddin Muhəmməd Təbrizin ölüm tarixi 

(1556)  həmin  bu  qadağanın  qüvvəyə  mindiyi  tarixə  təsadüf  edir.  Yəni  onun  yaşadığı 

dövrdə bu qadağa ləğv olunmamış, əksinə 34  il qüvvədə qalmışdı. Buna görə də qazi 

Şəmsəddin  Muhəmməd  Təbrizinin  etirazına  səbəb  olan  qadağa  qərarı  sırf  Şam 

vilayətinə  şamil  edilən  qadağa  olmalıdır.  Çünki  İbnü’l-İmad  da  bu  qadağanın  şeyx 

Yunis əl-Eysavi adlı bir alimin təşəbbüsü ilə meydana çıxdığını qeyd etmişdir

1466



 



Əbu Bəkr Sədiq ibn Osman ibn İbrahim əd-Dibaci Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Bağdadda  təhsil  almış,  Əbu  Abdullah  Hüseyn  ibn 

Əhməd ibn Təlhə ən-Nəali Bağdadinin tələbəsi olmuşdu. Tarixçi alim Əbü’l-Qasım Əli 

ibn  Əsakir  onun  Təbrizdə  fiqh  dərsləri  verdiyini,  özünün  də  bu  dərslərdə  iştirak 

etdiyini qeyd etmişdir.

1467


. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  

 

                                                 



1464

 PEÇEVİ, Tarixi-Peçevi, C. I, s. 363-364. Əbu’s-Süud Əfəndi (1545-1574) 15-ci Osmanlı şeyxülislamıdır. 

1465

 Bostanzadə Mehmed Əfəndi (1589-1592) 21-ci Osmanlı şeyxülislamıdır. 



1466

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s.193.    

1467

 İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 112; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 485; C. III, s. 574. 



Naib İmadəddin Əbü’l-Həyat Xıdır ibn İbrahim ibn Muhəmməd əl-Mömini Təbrizi 

Yaşadığı dövrdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən və siyasi xadimlərindən biri 

olmuşdu.  Alimliyi  və  müdriklilyi  ilə  tanınmışdı.  H.  707-ci  ildə  (1307)  Elxanilərin  baş 

vəziri Rəşidəddin Fəzlullah Qəzvininin naibi, müavini olmuşdu. İbnü’l-Fuvati onun h. 

710-cu ildə (1310) Bağdada getdiyini qeyd etmişdir. Əbü’l-Həyat Təbrizi həmçinin şair 

idi


1468

    



Katib Əbü’l-Fəzl Muhəmməd ibn Məmlan ibn Bikamiz ibn Mənuçöhr Təbrizi 

Katiblik  və  münşəat  sənətinin  böyük  ustadların  olan  Əbü’l-Fəzl  Muhəmməd  Təbrizi 

həmçinin  tarix  və  ədəbiyyat  sahələrində  də  dərin  elmi  biliyə  malik  idi.  O,  çox  sürətli 

yazı  yazırdı.  Onun  bir  gündə  16  dəftər  yazı  yazdığı  deyilirdi.  Gözəl  əxlaqlı,  mömin 

insan  idi.  Bağdaddakı  alimlərlə  yoldaşlıq  edir,  onların  məclislərində  iştirak  edirdi. 

Əbü’l-Fəzl  Muhəmməd  Təbrizi  h.  643-cü  ildə  (1245)  70  yaşında  Bağdadda  vəfat 

etmişdi

1469


.  

 

Qazi Ümdətəddin Əbü’l-Müzəffər Əhməd ibn Əbdüllətif ibn Əhməd Təbrizi 

Şafi’i məzhəbinə mənsub tanınmış fəqih idi. Hikmət və fəzilət sahibi alim kimi tanınmış 

qazi Ümdətəddin Təbrizi həmçinin dövlət xadimi idi. İbnü’l-Fuvati h. 659-cu ildə (1261) 

onunla  Azərbaycanda,  Vəravi  (indiki  Meşkin)  qalasında  görüşdüyünü  qeyd  etmişdir. 

O,  yüksək  xitabət  qabiliyyəti  və  parlaq  zəkaya  malik  insan  idi.  Müxtəlif  sahələrə  aid 

risalə və kitabların müəllifi idi. Bunlardan biri də Qur’an təfsirinə dair ‚Məcməü’l-Əltaf 

fi’l-Cəmi’ beyn Lətaifü’l-Bəsit və’l-Kəşşaf‛ adlı əsərdir

1470

. O, həmçinin istedadlı şair idi 



və  farsca  çox  gözəl  şerlər  yazırdı.  Onun  şe’rlərinin  bəzisi  Elxanilərin  baş  vəziri 

                                                 

1468

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 718-719. 



1469

  SƏFƏDİ,  Vafi  bi’l-Vəfayat,  C. V,  s. 43.  Səlahəddin  Səfədi  onun  atasının  adını  *للأٓ+  Məmlaz  olaraq yazmışdı.  Biz 

bunu  [ لأٓ

ٕ

+  Məmlan  olaraq  qeyd  etdik.  Çünki  orta  əsrlər  Azərbaycan  tarixində  Məmlaz  adına  rast  gəlinməmişdir. 



Məmlan adını daşıyan tarixi şəxsiyyətlərə isə rast gəlmək mümkündür. Məsələn Azərbaycan Rəvvadilər dövlətinin 

hökmdarlarından  Əbu  Mənsur  Vəhsudanın  atasının  adı  Məmlan  idi.  ‚Məmlan‛ın  ‚Məmlaz‛  kimi  yazılması  iki 

səbəbdən  ola  bilər.  Birincisi  ərəb  olan  Səlahəddin  Səfədi  bu  qeyri-ərəb  adla  tanış  olmadığı  üçün  müraciət  etdiyi 

mənbədən yanlış köçürmüşdü. İkincisi Səlahəddin Səfədinin əsərini təhqiq edərək çapa hazırlayan Zəki Mustafa və 

Əhməd  əl-Arnavut  xətaya  yol  verərək  *ٕ+  ‚nun‛  hərfini  *ل+  ‚za‛  kimi  oxumuşdular.  Belə  ki,  əlyazmalarda  bu  iki 

hərfin yazılışı bir-birinə çox bənzər olur. 

1470

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 764. 



Şəmsəddin  Muhəmməd  Cüveyninin  mədhinə  həsr  olunmuşdu.  Qazi  Ümdətəddin 

Təbrizi Elxanilərin hakimiyyəti illərində Vəravi, Əhər, Sərab, Kəleybər, Bərgüşad şəhər 

və ətraf ərazilərin canişini vəzifəsinə təyin olunmuşdu

1471


.    

 

Xətib  Cəmaləddin  Əbu  Bəkr  Əbdülqahir  ibn  Muhəmməd  ibn  Əbdülvahid  ibn 



Muhəmməd ibn Musa əl-Hərrani Təbrizi

1472


 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Varlı tacir olan atası Təbrizdən Hərrana köçmüş və  

Cəmaləddin  Təbrizi  h.  648-ci  ilin  şaban  ayının  ortalarında  (noyabr  1250)  Hərranda

1473


 

dünyaya  gəlmişdi.  O,  daha  sonra  ailəsi  ilə  birlikdə  Dəməşqə  köçmüşdü.  Hələ  azyaşlı 

uşaq  ikən  əvvəl  anası  sonra  da  atası  vəfat  edən  Cəmaləddin  Təbrizi  əmisi  Əbdülxaliq 

ibn  Əbdülvahid  Təbrizinin  himayəsində  böyümüşdü.  O,  Dəməşqədəki  mədrəsələrdə 

fiqh  oxumuş,  Nəcməddin  Muğani,  Zeynəddin  ibn  Əmr,  şeyx  Tacəddin  əl-Fizari,  şeyx 

Yəhya  əs-Səlavi  və  qaziü’l-quzat  Bədrəddin  ibn  Cəmaənin  tələbəsi  olmuşdu.  İbn 

Tağrıbirdi  onun  şeyx  Şəmsəddin  Hüseyn  Sührəvərdinin  müridi  olduğunu  qeyd 

etmişdir


1474

.  Cəmaləddin  Təbrizi  gənclik  yaşlarına  çatandan  sonra  Hərrana  gedərək 

atasının buradakı əmlakını 80 min dirhəmə

1475


 sataraq Dəməşqə qayıtmışdı. O, Səfəd

1476


 

qaziliyinə  təyin  edilmiş,  lakin  cəmi  bir  neçə  ay  bu  vəzifədə  qalmışdı.  Cəlaləddin 

Qəzvini  baş  qaziliyə  təyin  olunandan  sonra  Cəmaləddin  Təbrizini  Səfəd  qaziliyi 

vəzifəsindən  azad  etmişdi.  Cəmaləddin  Təbrizi  Misirə  getmiş  və  müəllimi  İbn 

Cəmaənin  təşəbbüsü  ilə  Dimyat  qaziliyinə  təyin  edilmişdi.  Lakin  Cəlaləddin  Qəzvini 

Misirə gələndən sonra onun Dimyat qaziliyindən də azad edilməsini təmin etmişdi. Bu 

hadisədən  sonra  Cəmaləddin  Təbrizi  Suriyaya  qayıtmışdı.  Bədrəddin  ibn  Cəmaənin 

təşəbbüsü  ilə yenidən Dimyat qaziliyinə təyin olunmuş və ömrünün sonuna qədər bu 

vəzifədə qalmışdı. O, zahirən yaraşıqı insan idi və güclü xitabət qabiliyyətinə malik idi. 

Cəmaləddin  Təbrizi  fəqih  olmaqla  yanaşı  həm  də  şair  idi.  Alim  h.  740-cı  ilin 

                                                 

1471


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 886. 

1472


 Şəmsəddin Zəhəbi alimin adını belə qeyd etmişdir: ‚Cəmaləddin Əbu Muhəmməd Əbdülqahir ibn Əbdülvahid 

ibn Muhəmməd Təbrizi‛, bax: Mu’cəmü’ş-Şüyux, C. II, s. 408. 

1473

 Hərran Türkiyənin cənubi-şərqində, bu gün Şanlıurfa vilayətində yerləşən qəsəbədir.  



1474

 İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi, C. II, s. 138 

1475

 Dirhəm-2,975 gr gümüş pul. 



1476

 Səfəd Fələstinin qədim şəhərlərindən birdir. Hazırda İsrail işğalı altındadır (İsrail-Livan-Suriya sərhəddində) və 

Zefat adlanır.  


cəmadiəlaxir  ayında  (dekabr  1339)  Misirin  Dimyat  şəhərində  vəfat  etmişdi

1477


Xeyrəddin  Zirikli  onun  ‚Məcmuatü’l-Xutb‛  adlı  əsərin  müəllifi  olduğunu  qeyd 

etmişdir

1478


 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin