Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əllamə Şəmsəddin Əbu Muhəmməd Əbdülhəmid ibn İsa ibn Əmuyyə ibn Yunis ibn



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə36/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

Əllamə Şəmsəddin Əbu Muhəmməd Əbdülhəmid ibn İsa ibn Əmuyyə ibn Yunis ibn 

Xəlil ibn Abdullah ibn Yusif Xosrovşahi Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih,  mütəkəllim  və  təbib  idi.  H.  580-ci  ildə  (1184) 

Xosrovşahda

1376


  anadan  olmuşdu.  Fəxrəddin  Razinin  tələbəsi  olmuş  və  ondan  kəlam 

elmini  öyrənmişdi.  Muidəddin  Tusidən  hədis  dinləmişdi.  Əbu  Muhəmməd 

Əbdülhəmid  Təbrizi  Şam  vilayətinə  getmiş,  Kərək

1377


  şəhərində  məskunlaşmış  və 

burada elmi fəaliyyətlə məşğul olmuşdu. O, İbn Sinanın tibbə dair ‚əş-Şəfa‛ adlı əsərini 

                                                 

1373


 Əbu Bəkr əl-Kutubi əl-ƏHƏRİ, İstoriya Şeyxa Uveysa, s. 14, Bakı 1984. 

1374


 ONULLAHİ, XIII-XVII Əsrlərdə Təbriz Şəhəri, s. 58. 

1375


 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 79-80, 87. Gəz farsca uzunluq ölçüsüdür. 1 gəzin uzunluğu 0,7-1 m. arasıdır.  

1376


 Xosrovşahi-Təbrizdən bir neçə km. cənubi-qərbində, Təbriz-Marağa yolu üzərində, dəniz səviyyəsindən 1357 m. 

hündürlükdə, yerləşən qəsəbə. İndi Xosrovşəhr və ya Xisroşəhr adlanır.  

1377

 Kərək şəhəri indiki İordaniya ərazisində, paytaxt Əmmanın cənubunda, Ölü dənizin 17 km şərqində yerləşir. 



ixtisar  etmişdi.  Bundan  başqa  fiqh  və  fiqh  üsuluna  dair  bəzi  risalələrini,  məntiqə  dair 

‚İşkalat  və  İradat‛  (Şübhələr  və  İradlar)  adlı  əsərini  də  Kərəkdə  qələmə  almışdı. 

Bundan  başqa  alim  ‚Müxtəsər  Kitabü’l-Mühəzzəb‛  və  ‚Tətimmət  Kitabü’l-Ayatü’l-

Bəyanat‛  adlı  əsərlərin  də  müəllifi  idi

1378

.  Xətib  Zeynəddin  ibnü’l-Mürəhhəl  onun 



yetişdirdiyi  alimlərdən  biri  idi.  Alim  h.  652-ci  ilin  şəvval  ayında  (noyabr  1254) 

Dəməşqdə vəfat etmiş və Qasiyyun qəbristanında dəfn edilmişdi

1379

.  


 

Əllamə Əbü’l-Fəth Şəbüstəri Təbrizi 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Dəməşqdə yaşayan əllamə Əbü’l-Fəth Təbrizi fəzilət, 

gözəl  əxlaq  sahibi,  xoşrəftar  insan  olmaqla  yanaşı  tədqiqatçı  alim  kimi  də  tanınmışdı. 

Onun  tələbələri  arasından  şeyx  İsmayıl  Nəblusi,  şeyx  İmadəddin,  şeyx  Şəmsəddin  əl-

Münqari,  Nəcməddin  əl-Bəhanisi,  qazi  Əbdürrəhman  ibnü’l-Fərfuri  kimi  alimlər 

yetişmişdi.  O,  Sümeysatiyyə  xanəgahında  yaşayır,  ibadət  və  tədrislə  də  orada  məşğul 

olurdu. H. 962-ci ildə (1555) Dəməşqdə taun epidemiyası vaxtı ölmüşdü

1380


.  

 

Əllamə  Nizaməddin  Əbu  Muhəmməd  Əbdüssəməd  ibn  Hamid  ibn  Əbü’l-Bərəkat 



ibn Əbdüssəməd ibn Bədəl ibn Nəhşəl ən-Nəhşəli Təbrizi 

Müfəssir,  qari  və  fəqih  idi.  H.  703-cü  ilin  cəmadiəlaxir  ayında  (yanvar  1304)  Təbrizdə 

anadan olmuşdu. Azərbaycanın müxtəlif şəhərlərindəki alimlərdən ərəb dili, təfsir, fiqh 

və  hədis  dərsləri  almışdı.  Onun  müəllimi  olmuş  alimlərdən  şeyx  Şəmsəddin  əl-Xəffaf, 

imam Şəmsəddin Qəzvini, əllamə Şərəfəddin Əbu Abdullah ət-Təyyi, əllamə Fəxrəddin 

əl-Carbərdinin  adlarını  çəkmək  olar.  Nizaməddin  Əbdüssəməd  Təbrizi  həmçinin 

astronomiya  elmi  ilə  də  məşğul  olmuşdu.  O,  h.  762-ci  ildə  (1361)  Suriya  yolu  ilə  həcc 

ziyarətinə  getmişdi.  Vəfatından  bir  müddət  əvvəl  Təbrizin  qaziü’l-quzatlığına  təyin 

edilmişdi

1381


. Mənbələrdə ölüm tarixi qeyd edilməmişdir. XIV əsrdə yaşamışdır.  

                                                 

1378

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 64. ‚Kitabü’l-Mühəzzəb‛ Şeyxülislam Əbu İshaq İbrahim Şirazinin (öl. 



1083)  şafi’i  fiqhinə  dair  əsəridir.  ‚Kitabü’l-Ayatü’l-Bəyanat‛  isə  Fəxrəddin  Razinin  (öl.  1209)  əsəridir.  Əllamə 

Şəmsəddin Xosrovşahi Təbrizi bu bunlardan birincisini ixtisar etmiş, ikincisinə isə şərh və əlavələr yazmışdır. 

1379

 İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi, C. II, s. 92; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s.581. 



1380

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s.189. 

1381

 DAVUDİ, Təbəqatü’l-Müfəssirin, C. I, s. 303; İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 320.  



 

Hüseyn ibn Hamid ibn Hüseyn əs-Sarayi Təbrizi 

Yaşadığı dövrün mahir qarilərindən biri olan Hüseyn ibn Hamid Təbrizi həmçinin varlı 

tacir idi və tez-tez ticarət məqsədiylə səyahətlərə çıxırdı. H. 769-cu ildə (1368) Dəməşqə 

getmiş,  burada  şeyx  Şəmsəddin  Əbü’l-Məali  Muhəmməd  ibn  Əhməd  ibnü’l-Ləbanın 

tələbəsi olmuşdu. Dəməşqdən geri, vətənə  qayıtmışdı. Bir müddət sonra yenidən Şam 

diyarına  gedərək  burada  İbnü’s-Səlabdan  Qur’ani-Kərimin  qiraət  və  təcvidinin 

incəliklərini  öyrənmişdi.  Daha  sonra  Anadoluya  getmiş,  oradan  da  Azərbaycana 

qayıtmışdı.  Hüseyn  ibn  Hamid  Təbrizi  h.  785-ci  ilin  rəbiəlaxir  ayında  (iyun  1383) 

yenidən  Dəməşqə  getmiş,  bir  müddət  orada  qaldıqdan  sonra  Hələbə  gedərək  bu 

şəhərdə  yaşamışdı.  Hələbdə  Menglibuğa  camesində  qiraət  dərsləri  vermişdi.  Daha 

sonra Qüdsə gedərək h. 801-ci ildə (1399) vəfat edənə qədər bu şəhərdə yaşamışdı

1382


 

Nəfis ibn Davud ibn Ə’nan əd-Davudi Təbrizi 

Həkim olan Nəfis İbn Davud Təbriz yəhudilərindən idi. H. 654-cü ildə (1256) Təbrizdən 

Qahirəyə  getmişdi.  Burada  oynaq  ağrılarından  (ehtimal  ki,  revmatizmdən)  əziyyət 

çəkən  əmir  Qəlaini  müalicə  etmişdi.  Misirdə  müsəlman  ilahiyyatçılarla  bir  neçə  dəfə 

teoloji  mövzularda  mübahisəyə  girişmişdi.  Bir  müddət  sonra  İslamı  qəbul  etmişdi. 

Bundan  sonra  bacarıqlı  həkim  kimi  tanınmışdı.  Oğullarından  Mö’təsim  Təbrizə 

qayıtmış  və  haqqında  bəhs  edəcəyimiz  Fəthullah  Fəthəddin  Təbrizi  burada  dünyaya 

gəlmişdi.  Digər  oğlu  Bədi’  Təbrizi  isə  Qahirədə,  atası  Nəfisin  yanında  qalmışdı. 

Atasının ölümündən sonra Fəthəddin Fəthullah Qahirəyə əmisinin yanına gəlmişdi

1383



Nəfis  ibn  Davud  Təbirizinin  XIII  əsrdə  yaşadığı  və  Qahirədə  vəfat  etdiyi  bilinsə  də 



ölüm tarixi məlum deyil.    

 

Fəthəddin Fəthullah ibn Mö’təsim ibn Nəfis əd-Davudi Təbrizi 

                                                 

1382


 İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 195; SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 66. 

1383


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 80-81. 

Təbib  və  hənəfi  məzhəbinə  mənsub  fəqih  idi.  H.  759-cu  ildə  (1358)  anadan  olmuşdu. 

Onun babası Nəfis, Misir Məmlüklü sultanı Nasirəddin Muhəmməd ibn Qəlavunun

1384

 

hakimiyyəti  illərində  köçüb  Qahirədə  məskunlaşmışdı.  Atası  o,  kiçik  ikən  vəfat  etmiş 



və  Fəthullah  Təbrizi  həkim  olan  əmisi  Bədi’  ibn  Nəfis  Təbrizinin  himayəsində 

böyümüşdü. Yaxşı təhsil almış və tibbə dair bir çox kitab və ‚əl-Muxtar‛ı

1385

 oxumuşdu. 



Fəthəddin Fəthullah Təbrizi dindar, fəzilətli, gözəl əxlaq sahibi və təvazökar insan idi. 

O, Qahirədə əczaçılıqla, müxtəlif dərmanların hazırlanması və satışı ilə məşğul olurdu. 

Misir  Məmlüklü  sultanı  Zahir  Seyfəddin  Bərquq  (1382-1399)  Bədi’  ibn  Nəfis  Təbrizini 

ölkəsinin  baş  həkimliyinə  (rəisu’l-ətibba),  yəni  səhiyyə  nazirliyinə  təyin  etmişdi. 

Əmisinin  vəfatından  sonra  Fəthəddin  Fəthullah  Təbrizi  bu  vəzifəyə  təyin 

olunmuşdu

1386

. O, sultan Bərququn mübtəla olduğu bir xəstəliyi uğurla müalicə etdiyi 



üçün  sultanın  yanında  hörmət  və  ehtiramı  daha  da  artmışdı.  Sultan  onu  özünün  sirr 

katibliyinə

1387

  təyin  etmişdi.  Alim  h.  815-ci  ilin  rəbiələvvəl  ayında  (iyun  1412)  vəfat 



etmişdi

1388


.  Təqiyəddin  Əhməd  Məqrizi  Fəthəddin  Fəthullah  Təbrizinin  babası  Nəfisin  

Davud (×) peyğəmbərin nəslindən olan yəhudi olduğunu və İslamı qəbul etdiyini qeyd 

etmişdir

1389


. Ehtimal ki, ‚əd-Davudi‛ nisbəsi də bundan qaynaqlanırdı. 

 

Həkim Sədrəddin Bədi’ ibn Nəfis Təbrizi 

Fəthəddin  Fəthullah  Təbrizinin  əmisi  idi.  Fəzilətli,  xoşrəftar,  şair  təbiətli  insan  olan 

Bədi’  Təbrizi  Misir  Məmlüklü  sultanı  Zahir  Seyfəddin  Bərququn  (1382-1399)  şəxsi 

həkimlərindən  biri  və  ölkənin  baş  həkimi  (rəisu’l-ətibba)  Əlaəddin  ibn  Səğirin 

köməkçisi  idi.  Sultan  Zahir  Əlaəddin  ibn  Səğirin  ölümündən  sonra  Bədi’  ibn  Nəfis 

                                                 

1384


 Nasirəddin Muhəmməd ibn Qəlavun 1293-1294, 1299-1309 və 1310-1341-ci illərdə, üç dəfə Misir Məmlüklü sultanı 

olmuşdu. Bunlardan ilk ikisində hərbi çevriliş, üçüncüsündə isə vəfatı ilə hakimiyyətdən ayrılmışdı.  

1385

 Abdullah ibn Mahmud ibn Məvdud əl-Məvsili tərəfindən qələmə alınmış ‚əl-İxtiyar li-Təlili’l-Muxtar‛ adlı əsər 



İmam Əbu Hənifənin (699-767) fiqhə dair fikir və fətvalarını ehtiva edir. 

1386


  Sultan  Bərququn  həyatı  haqqındakı  monoqrafiyasında  Əyman  Ömər  Şükri  Fəthullah  Fəthəddinin  bu  vəzifəyə 

Əlaəddin ibn Səğirin vəfatından sonra təyin edildiyini qeyd edir. Bax: ŞÜKRİ, Sultan Bərquq, s. 474.  

1387

  Katibü’s-sirr,  sirr  katibi  orta  əsr  müsəlman  dövlətlərində  dövlət  başçısının  gündəlik,  həm  siyasi,  həm  də  şəxsi, 



həyatını da qələmə alırdı. Bundan başqa gizli yazışma və müqavilələrini də sirr katibləri qələmə alırdılar.   

1388


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 785; İBN TAĞRIBİRDİ, Nücumu’z-Zahirə, C. III, s.50; MƏQRİZİ, Kitabu’s-

Süluk, C. II, s. 498. 

1389


  MƏQRİZİ,  Kitabu’s-Süluk,  C.  II,  s.  494.  Əyman  Ömər  Şükri,  Fəthullah  Fəthəddinin  babası  Nəfisin  yəhudi 

olduğunu, lakin Davud (×) peyğəmbərin nəslindən olması məsələsinin isə tamamilə yalan olduğunu qeyd etmişdir. 

Lakin müəllif bunu nəyə istinad edərək inkar etdiyini təəssüf ki, qeyd etməmişdir. Bax: ŞÜKRİ, həmin əsər.  


Təbrizini ölkəsinin baş həkimliyinə təyin etmişdi. Sədrəddin Bədi’ Təbrizi h. 797-ci ilin 

rəbiələvvəl ayında (yanvar 1395) vəfat etmişdi

1390

. İbn Tağrıbirdi onun bacarıqlı həkim 



və  dərin  biliyə  malik  tibb  alimi  kimi  tövsif  etmiş,  tibbə  dair  bir  sıra  əsərin  müəllifi 

olduğunu  qeyd  etmişdi

1391

.  Səid  Nəfisi  həkim  Bədi’nin  farsca  çox  gözəl  qəzəllər 



yazdığını  qeyd  etmişdi.  Digər  bir  azərbaycanlı  şair  Heydər  Təbrizi  isə  Bədi’  Təbrizini 

həcv edən şerlər yazmışdı

1392

.   


 

Qazi Hidayətullah ibn Yarəli əl-Qustantini

1393


 Təbrizi 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  və  mütəkəllim  idi.  Bundan  başqa  ərəb  dili  və  fiqh 

üsulu  üzrə  də  dövrün  tanınmış  alimlərindən  biri  idi.  Mövlana  Pir  Əhəd,  mövlana 

Muhyəddin əl-Fənari və İbn Kamal paşanın

1394

 tələbəsi olmuşdu. Məkkə qaziliyinə təyin 



olunan  Hidayətullah  Təbrizi  h.  940-cı  ildə  (1533)  Hələb  və  Dəməşq  yolu  ilə  Məkkəyə 

gələrək  vəzifəsinin  icrasına  başlamışdı.  Lakin  gözlərindəki  xəstəlik  səbəbiylə 

vəzifəsindən  istefa  edərək  müalicə  üçün  Misirə  getmiş  və  ölümünə  qədər  orada 

qalmışdı. Alim h. 949-cu ildə (1542) vəfat etmişdi

1395

 



 

Hüsaməddin Əbu Abdullah Həsən ibn Şərəf Təbrizi 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  və  müfəssir  idi.  Misir  Məmlüklüləri  dövründə  Şam 

vilayətində  yaşamışdır.  Filoloq,  tarixçi  və  müfəssir  Muhibbəddin  Əbü’l-Fəzl 

Muhəmməd ibnü’ş-Şihnə (öl. 1412) onun tələbəsi olmuş və onun yanında Zəməxşərinin 

‚Kəşşaf‛  adlı  təfsirini  oxumuşdu.  Hüsaməddin  Həsən  Təbrizi  hənəfi  fiqhinə  dair 

‚Dürrü’l-Bihar‛  adlı  əsərin  müəllifi  idi.  Bu  əsərin  nadir  əlyazma  nüsxələrindən  biri 

Paris  milli  kitabxanasında  saxlanılır

1396


.  ‚Damğətü’l-Mübtədiyin  və  Nasirətü’l-

Mühtədiyin‛  və  ‚Mənzumə  fi  Fürui’l-Hənəfiyyə‛  isə  onun  qələmə  aldığı  digər 

əsərlərdir.  ‚Damğətü’l-Mübtədiyin‛in  Türkiyədəki  yeganə  nüsxəsi  Ankara  milli 

                                                 

1390

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. I, s. 230; İBN HƏCƏR, İbnai’l-Ğumr, C. II, s. 69, 166; İBNü’l-İMAD, Şəzəratü’z-



Zəhəb, C. VII, s. 785. 

1391


 İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi, C. I, s. 249. 

1392


 NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 525-526. 

1393


 Osmanlıca mətinlərdə İstanbulun qədim adı olan Konstantinia ‚Qustantiniyyə‛ formasında yazılır.  

1394


 Şəmsəddin Əhməd Kamalpaşazadə 1526-1534-cü illərdə Osmanlı dövlətinin 10-cu şeyxülislamı olmuşdur.  

1395


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s.159. 

1396


 DE SLANE, həmin əsər, s. 190. 

kitabxanasında  mühafizə  edilir.  Mənbələr  alimin  ölüm  tarixinin  h.  770-ci  (1369-1370) 

illərə 


təsadüf 

etdiyini 

yazırlar

1397


‚Damğətü’l-Mübtədiyin‛in 

Ankara 

milli 


kitabxanasındakı  nüsxəsindəki  qeydlərdən  Hüsaməddin  Həsən  Təbrizinin  h.  790-cı 

(1388) ildə vəfat etdiyini öyrənirik. 

 

Hüsaməddin Həsən ibn Şərəf Təbrizi 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  idi.  Mardinə

1398

  getmiş  və  burada  Xeyrəddin  Xəlil 



ibnü’l-Əla  əl-Buxarinin  tələbəsi  olmuşdu.  Təhsilini  başa  vurandan  sonra  Mardində 

qalıb  tədrislə  məşğul  olmuşdu.  Şeyx  Bədrəddin  ibü’s-Səlamə  Əstərabadi,  Rüknəddin 

Məvsili kimi alimlər onun tələbələri arasından yetişmişdilər. İbn Həcər Əsqəlani onun 

Nəsrəddin Tusi ilə görüşdüyünü qeyd etmişdir. O, Nəcməddin Əbdülğəffar Qəzvininin 

‚əl-Havi‛ adlı əsərinə şərh yazmışdı. Alim h. 715-ci ildə (1315) vəfat etmişdir

1399


.   

 

İmam  Nəcməddin  Əbu  Neman  Bəşir  ibn  Hamid  ibn  Süleyman  ibn  Yusif  ibn 

Süleyman ibn Abdullah əl-Cə’fəri Təbrizi 

Şafi’i məzhəbinə mənsub mühəddis, fəqih və müfəssir idi. Cə’fər ibn Əbu Talibin

1400

 (ا) 


nəslindən olan imam Nəcməddin Bəşir Təbrizi h. 570-ci ilin rəbiüləvvəl ayında (oktyabr 

1174)  Ərdəbildə  anadan  olmuşdu.  O,  Təbrizdə  böyümüş,  bu  şəhərin  mədrəsələrində 

təhsil  almış,  Qur’an  hafizi  olmuşdu.  Əbdülmün’im  ibn  Kuleyb,  Yəhya  əs-Səqəfi,  Əbu 

Əhməd ibn Səkinə, Əbu Həfs ibn Təbərzəd və digər mühəddislərdən hədis dinləmiş və 

nəql  etmişdi.  Hafiz  Şərəfəddin  Əbdülmömin  ibn  Xələf  əd-Dimyati  və  başqaları  ondan 

hədis  dinləmişdilər.  Nəcməddin  Bəşir  Təbrizi  Bağdadda  Əbü’l-Qasım  ibn  Fəzlan  və 

Yəhya ibnü’l-Rəbi’nin tələbəsi olmuş, onlardan şafi’i fiqhi, fiqh üsulu və xilaf elmini

1401


 

öyrənmişdi. O, Bağdad Nizamiyyə mədrəsəsində dərs verirdi, fətva mərcii idi və tez-tez 

                                                 

1397


 TƏMİMİ, Təbəqatü’s-Səniyyə, s. 491; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 896; C. II, s. 1055. 

1398


 Mardin-Türkiyənin cənubi-şərqində şəhər. Oğuzların Qayı boyuna mənsub Artuqlu dövlətinin üç mərkəzindən 

biri  olmuşdur.  Hısn-Keyfa  Artuqluları,  Harput  Artuqluları  və  Mardin  Artuqluları  adlanan  bu  kiçik  dövlətlərdən 

sonuncusu  Nəcməddin  İlqazi tərəfindən 1105-ci  ildə  qurulmuş  və  1409-cu  ilə  qədər  mövcud  olmuşdur.  Bu  dövrdə 

Mardin regionun mədəniyyət və elm mərkəzlərindən birinə çevrilmişdi. Hüsaməddin Həsən Təbrizi də bu dövrdə 

Mardində yaşamışdı.    

1399


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. I, s. 273. 

1400


  Cə’fər  ibn  Əbu  Talib  (ا)  -  Əli  ibn  Əbu  Talibin  (ا)  qardaşı  idi.  629-cu  ildə  Bizans  imperiyası  qüvvələrinə  qarşı 

aparılan Mutə döyüşündə şəhid olmuşdu.  

1401

 Xilaf elmi (İlmu’l-xilaf)-Müqayisəli hüquq. 



elmi  diskussiyalarda  iştirak  edirdi.  Səxavi  onu  ‚şeyxü’l-hərameyn‛

1402


  kimi  təqdim 

etmiş,  həmçinin  Məkkə  və  Mədinə  müftisi  olduğunu  qeyd  etmişdir

1403

.  Nəcməddin 



Bəşir  Təbrizi  Qur’ani-Kərimə  ‚Tibyan  fi  İ’rabü’l-Qur’an‛  adlı  bir  neçə  cildlik  təfsir 

yazmışdı. Bu əsərin h. 649-cu ildə (1251) Mədinə şəhərində üzü köçürülmüş bir nüsxəsi 

Türkiyədə,  Konya  BYEK-də  saxlanılır.  Onun  qələmindən  çıxmış  ‚Ərbəun  Hədisən 

Əhasini’l-Kəlam  və  Məhasinü’l-Kiram‛  hədis  elminə  dair  əsərdir

1404

.  O,  ‚Hədisü’l-



Ərbəin  fi  Umuri’d-Din‛  adlı  hədis  elminə  aid  başqa  bir  əsərin  də  müəllifidir. 

Nəcməddin  Bəşir  Təbrizi  fəzilət  sahibi,  xoşrəftar,  mömin,  gözəl  əxlaqlı,  saleh  əməlli 

insan idi. O, həmiçinin şair idi və çox gözəl şerlər yazırdı

1405


. Nəcməddin Bəşir Təbrizi h. 

3 səfər 646-cı ildə (28 may 1248) Məkkədə mücavir

1406

 ikən vəfat etmişdi



1407

 

 

Qazi İzzəddin Muhəmməd ibn Muhəmməd ibn Muhmud ibn Bəndar Təbrizi  

Mühəddis  idi.  Mühəddis  əl-Cəraidinin  tələbəsi  olmuş,  ondan  hədis  dinləmiş  və  hədis 

elmlərini  öyrənmişdi.  Misir  Məmlüklü  dövləti  tərəfindən  Qəzzə  qaziliyinə  təyin 

olunmuşdu.  Qəzzə  qazisi  olduğu  illərdə  tədqiqatla  məşğul  olmuş  və  bir  sıra  əsərlər 

qələmə  almışdı.  İzzəddin  Muhəmməd  Təbrizi  ‚Cəmiü’l-Üsul‛

1408


  adlı  çoxcildli  hədis 

külliyatını  ixtisar  etmişdi.  Bu  əsər  ‚Müxtəsərü’l-  Cəmiü’l-Üsul‛  adı  ilə  tanınmışdı. 

Onun qələmə aldığı bir digər əsər isə ‚Müxtəsərü’l-Rəuzə‛ adlanır. Qəzzə qaziliyindən 

sonra Dəməşqə gəlmiş və buradakı Nasiriyyə mədrəsəsində hədis dərsləri vermişdi

1409



Alim  h.  16  zilhiccə  770-ci  ildə  (21  iyul  1369)  Dəməşqdə  vəfat  etmiş  və  Qasiyyun 



qəbristanında dəfn edilmişdi

1410


.   

 

Şeyx İzzəddin Yusif ibn Həsən ibn Mahmud əs-Sarayi Təbrizi 

                                                 

1402


 Məkkə və Mədinə şəhərlərinin şeyxi.  

1403


 SƏXAVİ, Tuhfətü’l-Lətifə, C. I, s. 143. 

1404


 BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 15. 

1405


 ƏBBADİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, s. 70. 

1406


 Mücavir sözü lüğətdə qonşu, qonşuluq mənasını ifadə edir. Mədinədəki Məscidi-Nəbəvi və Məkkədəki Məscidi 

Həramın yaxınlığında bir müddət yaşayaraq ibadətlərini bu məscidlərdə edən şəxslərə mücavir deyilirdi.  

1407

 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s. 70-71; SÜYUTİ, Təbəqatü’l-Müfəssirin, s. 11; ƏDNİRƏVİ, Təbəqatü’l-



Müfəssirin, s. 104; ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, s. 148; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 593, 794. 

1408


 ‚Cəmiü’l-Üsul‛ İmam Məcdəddin Əbü’s-Səadə Mübarək ibn Muhəmməd ibü’l-Əsir əl-Cəzəri Məvsilinin məşhur 

hədis külliyatıdır. 

1409

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 463. 



1410

 İBN RAFİ’, əl-Vəfayat, s. 90; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 692. 



Şafi’i məzhəbinə mənsub müfəssir, mühəddis və fəqih idi. H. 730-cu ildə (1330) anadan 

olmuşdu. Təbriz mədrəsələrində təhsil almış, şeyx Cəlaləddin Qəzvini, şeyx Bəhaəddin 

Xunəci və qazi Əzudəddin əl-İcidən (öl. 1355) fiqh dərsləri almışdı. Daha sonra təhsilini 

davam  etdirmək  üçün  Bağdada  getmiş  və  burada  Şəmsəddin  Kirmaninin  yanında 

imam  Buxarinin  ‚Səhih‛ini  və  oradakı  hədislərin  şərhini  oxumuşdu.  Təhsilini  başa 

vurandan  sonra  Təbrizə  qaytımış,  burada  tədris  və  elmi  fəaliyyətlə  məşğul  olmuşdu. 

Toxtamış  xanın  Təbrizi  işğalı  vaxtı  Azərbaycanı  tərk  edərək  Anadoluya  getmiş  və 

Mardində  məskunlaşmışdı

1411

.  Qızıl  Orda  hökmdarı  Toxtamış  xanın  ordusu  4  yanvar 



1386-cı  ildə  Təbrizə  hücum  etmiş,  lakin  əhalinin  ciddi  müqavimətinə  rast  gələrək 

hücumu  dayandırmışdı.  Əldə  edilmiş  sazişə  əsasən  Təbriz  əhalisi  250  tümən  qızıl  pul 

ödəyəcək  və  Toxtamış  xan  ordusunu  şəhərdən  uzaqlaşdıracaqdı.  Toxtamış  xan  şəhər 

müdafiəçilərinin  bu  razılaşmadan  sonra  döyüş  yerlərini  tərk  etməsindən  sui-istifadə 

edərək  şəhərə  qoşun  yeritmişdi.  Bir  həftə  boyunca  tatarlar  Təbrizdə  qətl  və  qarət 

törətmişdilər. 12 gün sonra Toxtamış xanın ordusu ikinci dəfə Təbrizi zəbt etmişdi. Bu 

iki hücum vaxtı əhalidən 10 min nəfər öldürülmüş və 100 min nəfərə yaxını əsir edilib 

aparılmışdı.  Şəhər  qarət  edilmişdi.  Toxtamış  xanın  ordusu  Marağa,  Naxçıvan  və 

Qarabağı da qarət edəndən sonra təqribən 200 min əsirlə Azərbaycanı tərk etmişdi

1412


Əmir  Teymurun  Azərbaycanı  zəbt  etməsindən  sonra  Təbriz  hakimi  olan  oğlu  Ömər 

Mirzə Mardinə xəbər göndərərək İzzəddin Yusif Təbrizinin geri qayıtmasını istəmişdi. 

İzzəddin Yusif Təbrizi doğma şəhərinə qayıtmış, Ömər Mirzə onu hörmət və ehtiramla 

qarşılamışdı.  O,  yenidən  tədris  və  elmi  fəaliyyətlə  məşğul  olmağa  başlamış, 

Zəməxşərinin ‚Kəşşaf‛ına haşiyə yazmışdı. Bundan başqa qazi Nasirəddin Bəyzavinin 

‚Minhəc‛,  İbn  Həcərin  ‚Əsmai’l-Hüsnə‛  və  imam  Nəvəvinin  ‚Qırx  Hədis‛  adlı 

əsərlərinə

1413

  şərh  yazmışdı.  İzzəddin  Yusif  Təbrizi  mömin,  təmiz  əqidəli,  çox  ibadət 



edən,  zöhd  və  vəra’  sahibi  insan  idi.  O,  həcc  üçün  yola  çıxmış  və  həcc  ziyarətindən 

sonra 1 il Mədinədə mücavir olaraq qalmışdı. Lakin vətənə qayıdandan sonra Təbrizdə 

zülm  və  hərc-mərcliyin  artması  səbəbiylə  yenidən  Təbrizi  tərk  etmiş  və  Anadoluya 

                                                 

1411

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 710; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 207. 



1412

 ONULLAHİ, həmin əsər, s. 67; MÜŞTƏRƏK, Azərbaycan Tarixi, s. 350.  

1413

 Muhyəddin Əbu Zəkəriyyə Yəhya ibn Şərəf Nəvəvi (1233-1277) Suriyada, Nəva qəsəbəsində dünyaya gəlmişdir. 



İslam tarixində yetişmiş böyük alimlərdəndir. 40-dan çox əsərinə müəllifidir. ‚Riyazü’s-Salihin‛ adlı hədis külliyatı 

və ‚Qırx Hədis‛ ən tanınmış əsərləridir.   



getmişdi.  Cəzirədə

1414


  məskunlaşaraq  h.  804-cü  ildə  (1402)  vəfat  edənə  qədər  orada 

yaşamışdı

1415

 



 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin