Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Həkim Şükrullah Muhəmməd ibn Mahmud ibn Muhəmməd Dilşad Şirvani



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə33/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

Həkim Şükrullah Muhəmməd ibn Mahmud ibn Muhəmməd Dilşad Şirvani 

Yaşadığı  dövrdə  Osmanlı  imperatorluğunda  tanınmış  həkimlərindən  biri,  həmçinin 

ərəb  filologiyası,  təfsir  və  hədis  kimi  dini  elmlərdə  də  mütəxəssis  idi.  Müəllifi  olduğu 

‚Risalətü’s-Sultaniyyə‛  və  ‚Kəmaliyyətü’t-Tibb‛  adlı  əsərlərdə  onun  adı  ‚Şükrullah 

Muhəmməd ibn Mahmud Dilşad‛ kimi qeyd olunmuşdur. Bu qeydlərə istinadən onun, 

yuxarıda  haqqında  bəhs  etdiyimiz,  Mahmud  ibn  Muhəmməd  Dilşad  Şirvaninin  oğlu 

olduğunu  söyləmək  olar.  Pərviz  Şahmərasi

1260


  və  digər  bəzi  müəlliflər  onunla  atasını 

eyni  şəxs  zənn  edərək,  adlarını  aşağıda  sadalayacağımız,  tibbə  dair  əsərləri  Mahmud 

ibn  Muhəmməd  Dilşada  aid  etmişdirlər.  Bəzən  də  atasına  aid  olan  əsər  oğluna  aid 

edilmişdir

1261

. Həkim Şükrüllah Şirvani həm də istedadlı şair idi. O, farsca ‚Nəxlistan‛ 



adlı mənzumə qələmə almışdı. Bu əsər Sədi Şirazinin ‚Gülüstan‛ı tərzində yazılmışdı. 

‚Nəxlistan‛ın yeganə nüsxəsi İstanbul Millət kitabxanasında saxlanılır

1262

.   


Həkim  Şükrullah  Şirvani  Osmanlı  sultanı  Fateh  II  Mehmedin  (1451-1481)  şəxsi 

həkimlərindən biri olmuş, qısa müddətdə onun yaxın adamlarından birinə çevrilmişdi. 

Həcc  ziyarətinə  getmiş  və  İstanbula  qayıdarkən  bir  müddət  Misirdə  qalmışdı.  Burada 

Şəmsəddin  Səxavi  (öl.  1497)  kimi  Misirin  tanınmış  mühəddislərindən  hədis  dərsləri 

                                                 

1258


 YANİÇ, həmin məqalə

1259


 Osmanlı Müəllifləri, C. III, s. 139-140, 235. 

1260


 Bax: 

http://shahmarasi.blogfa.com

  

1261


 Bax: Fərid ƏLƏKBƏRLİ, ‚Məşhur Orta Əsr Azərbaycan Həkimləri‛, 

http://www.alakbarli.aamh.az

  

1262


  Arzu  SÜREN,  Şükrullah-i  Şirvani’nin  Nahlistan  Adlı  Eserinin  Metni ve  Metin  İncelemesi,  s.  21,  İstanbul  2006.  (Nəşr 

olunmamış magistr işi). A. Sürən bu əlyazmanın Bəyazid Dövlət kitabxanasında saxlanıldığını yazmışdır. 2000-2006-

cı illərdə tarixi Millət kitabxanındakı təmir və restavrasiya səbəbiylə bu kitabxanaya məxsus 16 min əlyazma və çap 

əsəri Bəyazid Dövlət kitabxanasında mühafizə edilmişdi.  



almışdı.  Həmçinin  Fateh  II  Mehmedin  müəllimi  mövlana  Şəmsəddin  Əhməd  ibn 

İsmayıl  Güranidən  (öl.  1488)  də  İstanbulda  hədis  dərsləri  almışdı.  Hədis  elminə  dair 

icazətini (diplom) mövlana Şəmsəddin Əhməd Güranidən almışdı.  

Həkim  Şükrullah  Şirvani  müxtəlif  elm  sahələrinə  aid  bir  sıra  əsərin  müəllifidir. 

Bunlardan  riyaziyyata  dair  ‚Fütuhat  fi’l-Cifr‛

1263


,  tibbə  dair  ‚Risalətü’s-Sultaniyyə  fi’t-

Tibb‛


1264

,  ‚Risalə  fi’l-Qulunc  və’l-İxtibas‛

1265

,  ‚Lətaifü’l-Cəlilə‛



1266

,  ‚Rəvzətü’l-İtr  fi’t-

Tibb‛

1267


,  ‚Müxtəsəri-Tibb‛

1268


,  ‚İxtiyarati-Bədi’i‛

1269


,  ‚Mürşid  fi’t-Tibb‛i

1270


  sadalaya 

bilərik.  Onun  tibb  sahəsində  qələmə  aldığı  bir  digər  əsəri  də  ‚əl-İlyasiyyə  fi’t-Tibb‛ 

adlanır.  Daha  çox  ‚Kamalnamə‛  adı  ilə  tanınan,  tibbə  dair  ‚Kəmaliyyətü’t-Tibb‛  adlı 

türkcə  qələmə  alınmış  əsərinin  bir  nüsxəsi  Bosniya-Hersoqovinanın  paytaxtı 

Sarayevodakı  ğazi  Xosrov  bəy  kitabxanasında  mühafizə  edilir.  Həmin  əsərin  iki 

əlyazma  nüsxəsi  İstanbul  Universiteti  Cərrahpaşa  tibb  fakultəsinin  kitabxanasında 

saxlanılır.  Alim  farsca  qələmə  aldığı  ‚Riyazü’l-Ülum‛  adlı  əsərini  Osmanlı  sultanı  II 

Bayəzidə  (1481-1512)  ithaf  etmişdi

1271

.  Şükrullah  Şirvaninin  Qur’an  elmlərinə  dair 



qələmə aldığı ‚Miftahü’n-Nəcat‛ adlı ərəbcə əsərin Türkiyədəki yeganə nüsxəsi Çorum 

şəhəri Həsən paşa İHK-də saxlanılır. Alim tibbə dair əsərlərinin çoxunu türkcə qələmə 

almışdı.  Həkim  Şükrullah  Şirvani  fəzilət  sahibi,  saleh  insan  idi.  H.  912-ci  ildə  (1506) 

İstanbulda vəfat etmişdi

1272

.  


 

Əbu Nəch Yusif ibn Şaban ibn Yusif Şirvani 

                                                 

1263

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 324. Katib Çələbi onun adını ‚Şükrullah Muhəmməd ibn İbrahim Şirvani‛ 



olaraq qeyd etmişdir. Fikrimizcə Katib Çələbi yanılmışdır. Çünki alimin əlyazma əsərlərinin hamısında atasının adı 

‚Mahmud‛  olaraq  yazılmışdır.  Bundan  başqa  Katib  Çələbinin  əsərindən  başqa  heç  bir  yerdə  mövlana  Şükrullah 

Şirvaninin ‚Fütuhat fi’l-Cifr‛ adlı əsərinin olduğuna rast gəlmədik. ‚Şükrullah Muhəmməd ibn İbrahim Şirvani‛nin 

‚Şükrullah Muhəmməd ibn Mahmud Şirvani‛dən fərqli adam olduğu ehtimalı da zəifdir. Çünki Katib Çələbi onun 

h. 912-ci il (1506) vəfat etdiyini bildirmişdir.  

1264


 İstanbul Süleymaniyyə kitabxanası Nr. 2756 və 2074/1, Köprülü kitabxanası Nr. 2/184-də saxlanılır. 

1265


 Süleymaniyyə kitabxanasında Nr. 2045/4 saxlanılır. 

1266


 Manisa İHK Nr. 4/1848 saxlanılır. 

1267


 KƏHALLƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 702. 

1268


 Manisa İHK-də saxlanılır. 

1269


 Manisa İHK-də saxlanılır. 

1270


 Manisa İHK və İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Kitabxanasında saxlanılır.  

1271


 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 240, 1152. 

1272


 TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 135; SEYİDOV, həmin məqalə

Şafi’i məzhəbinə mənsub fəqih və təsəvvüfçü idi. Nişapurada təhsil almış, bu şəhərdəki 

hədis  alimlərindən  hədis  dinləmişdi.  Daha  sonra  Nişapurda  Zeynü’l-İslam  ləqəbi  ilə 

məşhur  olmuş  Əbu  Nəsr  Əbdülkərim  ibn  Həvazin  əl-Quşeyri  Nişapurinin  (öl.  1072) 

xidmətinə  daxil  olaraq  onun  müridi  olmuşdu

1273

.  Ölüm  tarixi  məlum  deyil.  XI-XII 



əsrlərdə yaşamışdır.  

 

Mövlana həkim Kəmaləddin Məs’ud ibn Hüseyn Şirvani 

Teymurilər  dövlətində  (1368-1501)  yaşamış  məşhur  həkim  və  mütəfəkkirlərindən  biri 

idi. O, mövlana Fəthullah əş-Şabrani Şirvaninin (öl. 1486) tələbələrindən biri olmuşdur. 

Səid  Nəfisi  onun  həmçinin  Molla  Caminin

1274


  yetirmələrindən  biri  olduğunu  qeyd 

etmişdir


1275

.  O,  Teymurilərin  idarəsi  altındakı  Xorasana  getmiş  və  Heratdakı 

mədrəsələrdə  tədrislə  məşğul  olmuşdu.  Bu  şəhərdəki  İxlasiyyə  və  Gövhərşad 

mədrəsələrində  kəlam,  məntiq  və  hikmət  dərsləri  vermişdi.  Onun  dərslərini  dinləmək 

üçün hər gün yüzlərlə tələbə toplaşırdı. Həkim Kəmaləddin Şirvani  bir müddət sonra 

Gövhərşad  mədrəsəsini  tərk  etmiş  və  Qiyasiyyə  mədrəsəsində  dərs  verməyə 

başlamışdı. Dərin bilik və dünyagörüşünə sahib alim kimi onun şöhrəti bütün Xorasana 

yayılmışdı.  Teymurilər  dövrünün  bir  çox  tanınmış  alimi,  o  cümlədən  Nizaməddin 

Əlişir  Nəvai  (1441-1501)  onun  şöhrətini  duyub  dərslərində  iştirak  etmişdilər.  Onun 

qələmə  aldığı  əsərlərdən  biri  təbib  Şəmsəddin  Muhəmməd  ibn  Əşrəf  Səmərqəndinin 

(öl. təqribən 1204) əxlaq fəlsəfəsinə dair ‚Adabü’l-Fazil‛ adlı əsərinə yazdığı şərhdir

1276


Türkiyənin  əlyazma  əsər  kitabxanalarında  bu  əsərin  bir  neçə  əlyazma  nüsxəsi 

mövcuddur. Bunlardan biri İstanbul Atif əfəndi kitabxanasında saxlanılır. Müəyyən edə 

bildiyimiz  digər  iki  əsəri  isə  Əzudəddin  əl-İcinin  (öl.  1355)  əxlaq  və  ictimaiyyətə  dair 

‚Risalə fi Adabü’l-Bəhs‛ və ‚Risalətü’l-Və’ziyyə‛ adlı əsərlərinə yazdığı şərhlərdir. Bu 

iki  şərhdən  birincisinin  nüsxələri  Türkiyədə  Manisa  İHK  və  Ankara  Milli  kitabxana, 

ikincisi isə İstanbul Nuriosmaniyyə əlyazmalar kitabxanasında saxlanılır. Bundan başqa 

                                                 

1273

 SEYRƏFİNİ, Müntəxəb, s. 540. 



1274

  Nurəddin  Əbdürrəhman  ibn  Əhməd  (1414-1492)  İranlı  mütəfəkkir  və  ədib  idi.  Molla  Cami  adı  ilə  məşhur 

olmuşdu. 

1275


 NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 332. 

1276


 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 96; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 847; SEYİDOV, həmin məqalə

mövlana Kəmaləddin Məs’ud Şirvani ‚Haşiyə ələ Hikmətü’l-Əyn‛, ‚Haşiyə ələ Şərhü’l-

Məvaqif‛  adlı  əsərlərin  də  müəllifi  idi

1277

.  Bu  iki  əsərin  əlyazma  nüsxələri  Konya 



Yusifağa  kitabxanasında  mövcuddur.  Alim  h.  905-cü  ildə  (1499)  vəfat  etmiş,  onun 

cənazə  mərasimində  öz  dövrünün  məşhur  alim  və  mütəfəkkirləri  iştirak  etmişdilər. 

Nişancı  Mehmed  Paşa  öz  əsərində  onun  Osmanlı  sultanı  II  Bayəzidin  (1481-1512) 

dövründə vəfat etmiş alimlərdən biri olduğunu yazmış, lakin onun Osmanlı ölkəsində 

yaşayıb yaşamamasına dair hər hansı bir şey qeyd etməmişdir

1278


. Alimin ‚Şərhu-Risalə 

fi  Adabü’l-Bəhs‛  adlı  əsərinin  Türkiyədəki  əlyazma  əsər  kitabxanalarından  onlarla 

nüsxəsi mövcuddur.  

 

Əbdürrəhman ibn Əhməd Şirvani 

Hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi. İstanbuldakı mədrəsələrdən birində 

müdərris  olan  Əbdürrəhman  Şirvani  ‚Haşiəy  ələ  Şərhu-Risalə  fi  Adabü’l-Bəhs‛  adlı 

əsərin  müəllifi  idi.  Onun  haşiyə  yazdığı  bu  şərh,  yuxarıda  haqqında  məlumat 

verdiyimiz, Kəmaləddin Məs’ud Şirvani tərəfindən qələmə alınmışdır. Alimin digər bir 

əsəri ‚Haşiyə ələ Ləvami’ü’l-Əsrar‛ adlanır. ‚Ləvami’ü’l-Əsrar‛ qazi Siracəddin Əbü’s-

Səna  Urməvinin  (öl.  1283)  məntiqə  dair  ‚Mətaliü’l-Ənvar‛  adlı  əsərinə  şərh 

mahiyyətində  yazılmış  əsərdir.  ‚Ləvami’ü’l-Əsrar‛  adlı  şərh  qələmə  almış  iki  müəllif 

məşhurdur. Bunlardan biri Qütbəddin Muhəmməd ər-Razi Təhtani (öl. 1364), digəri isə 

Mahmud ibn Əbdürrəhman İsfəhanidir (öl. 1349). Əbdürrəhman Şirvaninin bunlardan 

hansının  şərhinə  haşiyə  yazdığı  məlum  deyil.  Bunu  müəyyənləşdirmək  üçün  görünür 

əsərin  özünü  tədqiq  etməyə  ehtiyac  var.  Əbdürrəhman  Şirvani  h.  1134-cü  ildə  (1722) 

vəfat etmişdir

1279



 



Əllamə Şəmsəddin Muhəmməd ibn İbrahim Şirvani 

                                                 

1277

 NƏFİSİ, yenə orada



1278

 NİŞANCI, Hadisat, s. 163. 

1279

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 129. 



Şafi’i məzhəbinə mənsub mütəkəllim idi. Yaşadığı dövrün məşhur kəlam alimlərindən 

olan Şəmsəddin Muhəmməd Şirvani özünün müasiri əllamə Muhyəddin əl-Kafiyəci

1280

 

ilə  dost  idi.  Bu  iki  alim  həm  təsəvvüf,  həm  də  kəlam  sahələrində  bir  sıra  əsərlərin 



müllifi  idilər.  Əllamə  Şəmsəddin  Şirvani  h.  778-ci  ildə  (1376)  anadan  olmuş,  h.  873-cü 

ildə (1468) vəfat etmişdi

1281

.  


 

Mövlana Pir Muhəmməd Şirvani 

Bacarıqlı  dövlət  xadimi  olan  Pir  Muhəmməd  Şirvani  eyni  zamanda  hənəfi  məzhəbinə 

mənsub  fəqih  idi.  Xorasanda  doğulub  boya-başa  çatmışdı.  Hindistana  gedib  Bayram 

xanın


1282

  himayəsində  yüksək  səviyyəli  elm  adamı  və  siyasi  xadim  kimi  yetişmişdi. 

Bacarıq  və  istedadı  ilə  özünə  yol  açan  Pir  Muhəmməd  Şirvani,  Baburi  sarayının  ən 

bacarıqlı  diplomatı  və  siyasətçisi  kimi  tanınmış,  tezliklə  saray  məmurları  və  xalq 

arasında  onun  tərəfdar  kütləsi  meydana  gəlmişdi.  Onun  belə  yüksəlişi  keçmiş  hamisi 

Bayram  xanın  ürəyincə  olmamış  və  o,  günbəgün  özünün  itaətindən  çıxan  Pir 

Muhəmməd  Şirvanini  cəzalandırmaq  qərarına  gəlmişdi.  Nə  ilə  ittiham  olunduğu 

məlum  olmayan  Pir  Muhəmməd  Şirvani,  Bayram  xanın  əmri  ilə  h.  965-ci  ildə  (1558) 

həbs  edilmişdi.  Həbsdə  ikən  Bayram  xana  məktub  yazan  Pir  Muhəmməd  Şirvani 

Qur’ani-Kərimdən  iqtibas  etmiş  və  ‚Əgər  göydə  və  yerdə  Allahdan  başqa  məbudlar 

olsaydı, onların (göy və yerin) hər ikisi fəsada uğrayardı‛

1283


 ayəsini məktubunda qeyd 

etmişdi.  Bu  ayəni  qeyd  etməklə  Pir  Muhəmməd  Şirvani  haqsız  yerə  həbs  edildiyini, 

ölkədə bir neçə deyil, tək hökmdarın olduğunu və tezliklə ədalətin öz yerini tapacağını 

bildirmişdi. Bayram xan onun bu məktubuna və ədalət tələbinə məhəl qoymamışdı. Bir 

müddət  sonra  həbsdən  qurtulan  Pir  Muhəmməd  Dehliyə  gələrək  münasib  bir  vaxtda 

                                                 

1280

 Muhyəddin Əbu Abdullah Muhəmməd ibn Süleyman Kafiyəci (1386-1474) yaşadığı dövrün məşhur alimlərindən 



idi. Türkiyənin Bergama qəsəbəsində dünya gəlmiş, Misirdə yaşamışdı 

1281


 SÜYUTİ, Nəzmü’l-İqyan, s. 109. 

1282


 Bayram xan Qaraqoyunluların Baharlı qoluna mənsub azərbaycanlı siyasi xadim, hərbi komandan və şair idi. O, 

Baburilərdən  Babur  şah,  Humayun  şah  və  Əkbər  şahın  baş  komandanı  olmuş,  bu  dövlətin  quruluşu  və 

möhkəmlənməsində  müstəsna  rol  oynamışdı.  Əkbər  şah  (1556-1605)  14  yaşlı  yeniyetmə  ikən  taxta  oturmuş  və  4  il 

müddətində dövləti faktiki olaraq Bayram xan idarə etmişdi. Lakin yeniyetməlik çağlarını geridə qoyan Əkbər şah 

dövləti  tək  başına  idarə  etməyə  başlamış  və  Bayram  xanın  nüfuzundan  narahat  olaraq  onu  saraydan  qovmuşdu. 

Bayram xan 1561-ci ildə Qucəratdakı məscidlərdən birində sübh namazını qılarkən bir zabit tərəfindən xəncərlənərək 

qətlə yetirilmişdi. O, həm də istedadlı şair idi. Türk, fars  və ərəb dillərində çox gözəl şerlər yazırdı. Özünün divânı 

vardı.  


1283

 Qur’ani-Kərim, Ənbiya surəsi, 22-ci ayə. (اَذَك

ٍََلَُ ُ َّللَّا  َّلاِئ ٌحَُِٜآ أَِٜ٤ِك  َٕاًَ  َُْٞ) 


sultanın hüzuruna daxil olmuşdu. Başına gələnləri və uğradığı haqsızlıqları danışmışdı. 

Sultan  tərəfindən  yenidən  irəli  çəkilən  Pir  Muhəmməd  Şirvani  Hindistanın 

cənubunadakı  Bicaqda  qalasının  fəthində  iştirak  etmişdi.  Pir  Muhəmməd  Şirvani  h. 

969-cu ildə (1562) vəfat etmişdi

1284

.  


 

Şəmsəddin Muhəmməd ibn Mərahiməddin Şirvani 

Təqribən  h.  780-ci  ildə  (1378)  Şirvanda  anadan  olmuşdu.  İlk  təhsilini  vətənində  almış, 

uşaq  yaşlarında  ikən  Qur’ani-Kərimi  əzbərləyib  hafiz  olmuşdu.  Daha  sonra  Teymuri 

ölkəsinə  gedərək  buradakı  mədrəsələrdə  təhsilini  davam  etdirmişdi.  Seyyid 

Muhəmməd ibn Əli Cürcani, Səlahəddin Musa Qazizadə Rumi (ö. 1437), Əbdürrəhman 

əl-Qışlaği, Rüknəddin əl-Xafi, Zeynəddin əl-Xafi kimi alimlərin yanıda dini və dünyəvi 

elmləri  öyrənmiş,  xüsusən  riyaziyyat  elmində  ixtisaslaşmışdı.  H.  830-cu  (1427)  ildə 

Qahirəyə  gəlmiş  və  Təqiyyədin  əl-Əcəmi  zaviyəsində  qalmışdı.  Qahirədə  Muhyəddin 

ibnü’l-Ərəbi və Əbu Hamid Qəzzalinin əsərlərini mütaliə etmişdi. Xüsusən Əbu Hamid 

Qəzzalinin  elmi  irsini  dərindən  araşdırmışdı.  Bundan  başqa  Sə’dəddin  Taftazani, 

Seyyid Şərif Əli Cürcani, Əlaəddin əl-Qonyəvi Təbrizi kimi alimlərin əsərlərini, bunlara 

yazılmış şərh və haşiyələri oxuyaraq öyrənmişdi. Əbü’l-Bərəkat əl-Ğirabi, İbn  Həssan, 

Zeynəddin Tahir, Şihabəddin əl-Ləkvirani, Nəcməddin ibn qazi Əclun, İbn Əbü’s-Səud, 

Molla Əli Kirmani, Abdullah əl-Gürani kimi  Qahirənin tanınmış alimlərinin dərslərini 

dinləmişdi. Təhsilini tamamladıqdan sonra elmi fəaliyyət və tədrislə məşğul olmuşdu. 

Əvvəlcə Təbərsiyyə mədrəsəsində şafi’i fiqhi dərsləri vermişdi. Daha sonra isə Səidü’s-

Süəda  xanəgahında  da  dərs  verməyə  başlamışdı.  Bir  müddət  Qahirəni  tərk  edərək 

Qüdsə  getmiş  və  Məscidü’l-Əqsada  ibadətlə  məşğul  olmuşdu.  H.  871-ci  ilin  şəvval 

ayında (may 1467) Misirdən dəniz yolu ilə həcc ziyarətinə getmişdi. Həccdən sonra bir 

müddət  mücavir  olaraq  Məkkədə  qalmış.  Həcc  ziyarətindən  qayıdandan  sonra 

Qahirədəki  Zahiriyyə  mədrəsəsinə  müdərris  təyin  olunmuşdu.  Alim  h.  h.  873-cü  ilin 

                                                 

1284

 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. s. 322-323 



səfər  ayında  (sentyabr  1468)  vəfat  etmiş  və  Qahirədə  şeyx  Abdullah  əl-Münəvvəfinin 

qəbrinin yanında dəfn edilmişdi

1285

.   


 

Musa ibn Dövlətşah Şirvani 

Mühəddis idi. Dostu bioqraf-tarixçi Aləməddin Qasım əl-Birzali (1267-1338) onun saleh, 

xoşrəftar,  dərin  biliyə  malik,  gözəl  insan  olduğunu  qeyd  etmişdi.  Musa  Şirvani 

Dəməşqdə  Babü’l-Xütbə  adlanın  yerdə  yaşamış  və  oradakı  məktəbdə  hədis  dərsləri 

vermişdi. Alim h. 12 səfər 721-ci ildə (12 mart 1321) Dəməşqdə vəfat etmişdi

1286


 

Şeyx Tacəddin Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani 

Onun  atası  Ərdəbildə  tanınmış  həkim  idi.  Ərdəbil  şəhərində  dünyaya  gəlmiş,  daha 

sonra Şirvana köçüb burada təhsil almış və bir müddət yaşamışdı. Daha sonra təhsilini 

davam etdirmək üçün Şirvandan Misirə getmişdi. Misirdə seyyid Əbü’l-Fəzl Abdullah 

ibn  Muhəmməd  Sədiq  ibn  Əhməd  əl-İdrisi  əl-Qimari  (öl.  1413),  Şeyxuniyyə 

mədrəsəsinin müdərrisi şeyx İrşadəddin əl-Müqəvvili, şeyx Qəvaməddin əl-İtqani, şeyx 

Rüknəddin əl-Qirami, şeyx Qütbəddin ət-Təhtani kimi alimlərdən dərs almış, müxtəlif 

elm  sahələrinə  dair  biliklərə  yiyələnmişdi.  O,  məzhəb  etibarı  ilə  hənəfi  olsa  da  şafi’i 

fiqhini  də  dərindən  bilirdi.  Çünki  əvvəlcə  şafi’i  ikən  sonradan  hənəfi  məzhəbini 

mənimsəmişdi.  Şeyx  Tacəddin  Übeydullah  Şirvani  əvvəlcə  Sürqatmışiyyə

1287


 

mədrəsəsinə  mü’id

1288

,  daha  sonra  isə  Əbubəkriyyə,  Xatuniyyə  və  Ayıtmışiyyə 



mədrəsələrinə  fiqh  dərsləri  vermək  üçün  müəllim  təyin  olunmuşdu.  Misir  Məmlüklü 

sultanı  Zahir  Seyfəddin  Bərququn  taxtdan  uzaqlaşdırılmasına  səbəb  olan  hərbi 

çevrilişi

1289


 tərtib edənlərdən əmir Mintaş onu qaziəsgər vəzifəsinə təyin etmişdi. Buna 

görə  də  o,  hərbi  çevrilişdə  iştirak  etməklə  ittiham  olunmuş,  lakin  məhkəmədə  özünü 

                                                 

1285


 SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 7-8.  

1286


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 69. 

1287


 Misir Məmlüklü dövlətinin türk mənşəli hərbiçilərindən əmir Seyfəddin Sürqatmış ən-Nasiri, sultan Nasirəddin 

Muhəmməd  ibn  Qələvunun  məmlüklərindən  biri  idi.  Onun  inşa  etdirib  öz  adını  verdiyi  mədrəsə  hədis  və  hənəfi 

fiqhinin tədris mərkəzlərindən biri idi.  

1288


 Aspirant, müdərris köməkçisi 

1289


  Əmir  Mintaş  Misir  Məmlüklü  dövlətinin  Malatya  canişini  idi.  Əmir  Yelbuğa  ilə  birlikdə  Sultan  Zahir  Bərquqa 

qarşı  çevriliş  hazırlayan  (bax:  s.  ???)  hərbiçilərdən  biri  olmuşdu.  Sultan  Zahir  Bərquq  həbsdən  qurtulub  çevriliş 

iştirakçılarına divan tutmuşdu. Ehtimal ki, şeyş Übeydullah ibnü’l-Ərdəbilinin bu çevrilişdə heç bir rolu olmamışdı. 

Çünki Məqrizinin qeydlərindən sultanın onu tutduğu vəzifədən azad etmədiyi məlum olur.  



müdafiə  edərək  bəraət  qazanmışdı.  Üstəlik  sultan  Zahir  Seyfəddin  Bərququn  (1382-

1389/1390-1399)  hakimiyyətinin  sonuna  qədər  bu  vəzifədə  qalmışdı.  Alim  h.  14 

ramazan 807-ci ildə (16 mart 1405) Qahirədə vəfat etmişdi

1290


. Aşağıda onun yaşadıqları 

dövrün tanınmış alimlərindən olmuş övladları haqqında da bəhs edəcəyik.  



 

Tacəddin Əhməd ibn Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  idi.  H.  791-ci  ilin  səfər  ayında  (fevral  1389)  anadan 

olmuşdu.  Qahirədə  İbn  Übeydullah  adı  ilə  tanınmışdı.  Misir  Məmlüklü  dövlətində 

xidmət edən əmirlər arasında onun dərs verdiyi çox sayıda şəxs var idi. O, dini dərsləri 

türkcə  verirdi

1291


.  Ehtimal  ki,  bunun  səbəbi  Misir  Məmlüklü  dövlətində  xidmət  edən 

məmurların  əksəriyyətinin  mənşəcə  türk  olması  olmuşdur.  Yəni  İbn  Übeydullahın 

dərslərini  daha  asan  anladıqları  üçün  məmlük  məmurlar  onun  dərslərinə  rəğbət 

göstərmişdilər.  İbn  Übeydullah  bir  müddət  Misir  şəhərlərindən  birində  hakim 

köməkçisi  işləmişdi.  Daha  sonra  Qahirədəki  Şeyxuniyyə  mədrəsəsində  fiqh  dərsləri 

verməyə  davam  etmişdi.  İbn  Übeydullah  bağırsaq  infeksiyası  xəstəliyinə  mübtəla 

olmuş və bu xəstəliyinin ağırlaşması səbəbiylə h. 13 ramazan 844-cü ildə (5 fevral 1441) 

vəfat etmişdi

1292

.  


 

Əbdürrəhman ibn Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani 

Hənəfi məzhəbinə mənsub fəqih idi. Əllamə Müzəffərəddin Əhməd ibnü’s-Saatinin (öl. 

1295) tələbəsi olmuş, onun yanında Qur’ani-Kərimi əzbərləyib hafiz olmuşdu. Atasının 

vəfatından  sonra  Qahirədəki  Əbubəkriyyə  və  Aytmışiyyə

1293

  mədrəsələrinin  müdərrisi 



olmuşdu. 811-ci ildə (1408) vəfat etmişdi

1294


 

Əbdüllətif ibn Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani 

                                                 

1290


 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 491-492; MƏQRİZİ, Süluk, C. III, s. 72.  

1291


 SƏXAVİ, Zəvu’l-Lami’, C. I, s. 240. 

1292


 Yenə orada

1293


  ‚Ayıtmışiyyə‛  mədrəsəsi  Məmluklü  ordusundakı  türk  mənşəli  hərbiçilərdən  əmir  Seyfəddin  Ayıtmış  ən-Nasiri 

tərəfindən  1383-cü  ildə  inşa  etdirilmişdi.  Əmir  Seyfəddin  Ayıtmış  bir  müddət  Misir  Məmlüklü  dövlətinin  Şam 

vilayətində səltənət naibi olmuşdu.  

1294


 SƏXAVİ, Zəvu’l-Lami’, C. I, s. 248. 

Hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi. İmam Nəsəfinin

1295


 müəllifi olduğu 

‚Kənzü’d-Dəqaiq‛, ‚Mənarü’l-Ənvar‛ və ‚Ümdətü’l-Əqaid‛ adlı  əsərləri əzbər bilirdi. 

Misir Məmlüklü dövlətində bir müddət haciblik vəzifəsini icra etmişdi. Əsasən tədrislə 

məşğul olmuşdu. H. 845-ci ildə (1442) vəfat etmişdi

1296

.  


 

Muhəmməd ibn Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani 

Atası  Tacəddin  Übeydullah  və  qardaşı  Əbdürrəhman  Şirvanidən  dərs  almışdı. 

Ümmu’s-Sultan  mədrəsəsində  dərs  vermişdi.  Qardaşı  Əbdürrəhman  Şirvaninin 

vəfatından  (1408)  sonra  Əbubəkriyyə  və  Ayıtmışiyyə  mədrəsələrinin  də  müdərrisi 

olmuşdu. H. 819-cu ildə (1416) vəfat etmişdi

1297


.    

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin