Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Mahmud ibn Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə34/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

Mahmud ibn Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani 

H.  794-cü  ilin  rəcəb  ayında  (iyun  1392)  Qahirədə  anadan  olmuşdu.  Uşaq  yaşlarında 

Qur’ani-Kərimi əzbərləyib hafiz olmuş və atası Ümmü’s-Sultan mədrəsəsində müdərris 

ikən  oradakı  dərslərdə  iştirak  etmişdi.  Yeniyetməlik  yaşlarında  ‚əl-Muxtar‛ı

1298


  və 

Əxsıkətinin ‚Üsul‛unu

1299

 əzbərləmişdi. Bir müddət şeyx Şihabəddin ibn Xasın tələbəsi 



olmuşdu. Şeyx Cəlaləddin Nəsrullah Bağdadi, şeyx Seyfəddin əs-Seyrami, Kəmaləddin 

Ömər İbnü’l-Adim (öl. 1262), İzzəddin ibn Cəmaə əl-Kinani kimi alimlərin fiqh və fiqh 

üsuluna dair qələmə aldıqları əsərləri mütaliə etmişdi. Mahmud ibn Übeydullah Şirvani 

qazi  köməkçisi  vəzifəsinə  təyin  olunmuş  və  bir  müddət  bu  vəzifəni  icra  etmişdi.  O, 

Ümmü’s-Sultan,  Əbubəkriyyə,  Ayıtmışiyyə,  Mahmudiyyə,  əl-Əzhər,  Əlcihiyyə, 

Sürqatmışiyyə  mədrəsələrində  dərs  vermişdi.  Bir  neçə  dəfə  həcc  ziyarətinə  getmiş  və 

Məkkədə mücavir olaraq qalmışdı. Misir Məmlüklü sultanı Zahir Seyfəddin Çaxmaqın  

(1438-1453) hakimiyyəti dövründə Dəməşq şəhəri qaziliyinə təyin olunmuşdu. Misir və 

                                                 

1295


  İmam  Hafizəddin  Əbü’l-Bərəkat  Abdullah  ibn  Əhməd  ən-Nəsəfi  (öl.  1310)  hənəfi  məzhəbinin  məşhur 

alimlərindən  fəqih,  müfəssir  və  kəlam  alimi  idi.  ‚Kənzü’d-Dəqaiq‛  fiqhə,  ‚Mənarü’l-Ənvar‛  fiqh  üsuluna  və 

‚Ümdətü’l-Əqaid‛ isə alimin kəlam elminə dair qələmə aldığı əsərlərdir.  

1296


 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 412. 

1297


 SƏXAVİ, Zəvu’l-Lami’, C. IV, s. 152. 

1298


 Abdullah ibn Mahmud ibn Məvdud əl-Məvsili tərəfindən qələmə alınmış ‚əl-İxtiyar li-Təlili’l-Muxtar‛ adlı əsər 

İmam Əbu Hənifənin (699-767) fiqhə dair fikir və fətvalarını ehtiva edir. 

1299

 Hüsaməddin Əbü’l-Vəfa Muhmməd ibn Muhəmməd əl-Əxsıkəti (öl. 1246) əslən Özbəkistanın Fərqanə vilayətinin 



Əxsıkət qəsəbəsindən olub hənəfi məzhəbinə mənub tanınmış alim idi. ‚Üsuli’l-Məzhəb ələ’l-Müntəxəb‛ alimin fiqh 

üsuluna dair qələmə aldığı əsərdir.  



Şam diyarının Qüds, Hələb və Dimyat şəhərlərini gəzmişdi. Əmir Yaşbəklə tanış olmuş 

və onun yaxın adamlarından birinə çevrilmişdi. Mahmud ibn Übeydullah Şirvani h. 14 

şaban 875-ci ildə (5 fevral 1471) vəfat etmişdi

1300


.  

 

Şeyx Əhməd ibn Muhəmməd ibn Əli ibn İbrahim Şirvani 

1200-cü  ilin  ramazan  ayında  (1786)  Yəməndə  anadan  olmuşdu.  Şafi’i  məzhəbinə 

mənsub fəqih idi. Bundan başqa münşəat, ədəbiyyat və şe’r sənətində yaşadığı dövrün 

tanınmış alimlərindən idi. Şafi’i fiqhini öz atasından, şeyx Əli ibn Yəhya əl-Əfif Yəməni 

və seyyid Zeynəlabidin ibnü’l-Ələvi əl-Mədənidən, ədəbiyyat və münşat sənətini şeyx 

Həsən  ibn  İsa  Nəcəfi,  Bəhaəddin  ibn  Muhsin  Amulidən  öyrənmişdi.  Daha  sonra 

Yəməndən Hindistana getmişdi. Kəlküttə şəhərində mövlana Heydər Əli ət-Təvəkkinin 

yanında  məntiqə  dair  ‚Şərhü’ş-Şəmsiyyə‛  və  hədis  üsuluna  dair  ‚Şərhü’l-Nüxbəti’l-

Fikr‛  adlı  kitabları  oxumuşdu.  Təhsilini  başa  vurandan  sonra  bir  müddət  Kəlkütdədə 

yaşamışdı.  Burada  sultan  Qaziyəddin  Heydəri  mədh  edən  ‚Mənaqibü’l-Heydəriyyə‛ 

adlı əsərini qələmə almışdı. ‚Şəmsü’l-İqbal‛ adlı əsərini isə Cahangir Muləmməd xana 

(1712-1713)  ithaf  etmişdi.  Şeyx  Əhməd  Şirvani  Hindistanın  demək  olar  ki,  bütün  iri 

şəhərlərinə  səyalət  etmişdi.  Alim  ‚Tuhfətü’l-Yəmən‛,  ‚Ucbü’l-Əcaib‛,  ‚Hədiqətü’l-

Əfrah‛,  ‚Mənahicü’l-Bəyan‛,  ‚əş-Şafi  fi  Əruz  və’l-Qəvafi‛,  ‚Bəhrü’n-Nəfais‛, 

‚Cəvarisü’t-Təfrih‛ və ‚Cəvhərü’l-Vuqad fi şərh Banət Səad‛ adlı əsərlərin müəllifidir. 

Alim h. 1253-cü ildə (1837) vəfat etmişdir

1301




 

Əllamə Şəmsəddin Muhəmməd Şirvani 

Mütəkəllim  idi.  Qahirədə  yaşamış,  burada  tədris  və  elmi  fəaliyyətlə  məşğul  olmuşdu. 

H. 847-ci ildə (1443) vəfat etmişdi

1302


.  

 

Mövlana Əbdülkərim Şirvani 

                                                 

1300


 SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 68. 

1301


 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 903-904; BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 190; C. II, s. 431. 

1302


 SÜYUTİ,Hüsnü’l-Mühazirə, s. 299. 

Hənəfi  məzhəbinə  mənsub  fiqh  və  kəlam  alimi  idi.  Sultan  Qiyasəddin  Tuğluq  şahın 

hakimiyyəti  illərində (1321-1325) Dehlidə təhsil almışdı. Dərin biliyi və alicənablığı  ilə 

tanınan  Əbdülkərim  Şirvaninin  tələbələri  arasından  məşhur  alimlər  yetişmişdi. 

Bunlardan  biri  şeyx  Nəsirəddin  Mahmud  ibn  Yəhya  Dehləvidir.  O,  Mövlana 

Əbdülkərim  Şirvaninin  yanında  Bəzdəvinin

1303


  fiqh  və  fiqh  üsuluna  aid  ‚Şərhü’l-

Hidayə‛  adlı  əsərini  oxumuşdu

1304

.  Mövlana  Əbdülkərim  Şirvani  ‚Nüqul  fi  Məsaili’l-



Fiqhiyyə‛

1305


  və  ‚Xüsasətü’l-Məsail‛  əsərlərin  müəllifidir

1306


.  Ölüm  tarixi  məlum  deyil. 

XIV əsrdə yaşamışdır 

 

Mövlana Muhyəddin Muhəmməd ibn Musa Talışi  

Hənəfi  məzhəbinə  mənsub  fəqih,  astronom  və  kəlam  alimi  idi.  1440-cı  ildə 

Azərbaycanda  anadan  olmuş,  İstanbulda  yaşamış  və  XVI  əsrin  birinci  rübündə  orada 

vəfat etmişdi. Muhyəddin Talışi kəlam elminə dair bir sıra əsərin müəllifi idi. ‚Haşiyə 

ələ  Şərhu  İsağuci  li’l-Hüsaməddin  əl-Kati‛

1307


,  ‚Şərhu  Təvaliü’l-Ənvar  min  Mətalii’l-

Ənzar‛, ‚Şərhu Hikmətü’l-Əyn li’l-Katibi‛

1308

, ‚Risalə fi Bəyani-Ruyəti’s-Subhi’l-Kəzibi 



Qəblə’l-Fəcr‛,  ‚Risalətü’l-Ünsüriyyə‛  Muhyəddin  Talışinin  qələmindən  çıxmış 

əsərlərdir.  Bu  əsərlərin  nüsxələri  Paris  Milli  kitabxanası,  İstanbul  Köprülü  əlyazma 

əsərlər kitabxanası, Nuriosmaniyyə kitabxanası, Konya BYEK, Çorum Həsən paşa İHK, 

Ankara  Milli  kitabxanada  saxlanılır.  ‚Şərhu  Təvaliü’l-Ənvar  min  Mətalii’l-Ənzar‛ın 

Türkiyə  Manisa  İHK-ndəki  nüsxəsi  1499-cu  ildə  müəllifin  öz  dəsti-xətti  ilə  qələmə 

alınmışdır.  

Alimin  ‚Haşiyə  ələ  Şərhu  İsağuci‛  adlı  əsərinin  dünyanın  bir  sıra  kitabxanalarında 

yüzlərlə əlyazma nüsxəsi saxlanılır. Sadəcə AMEA Əİ Fondunda bu əsərin 107 nüsxəsi 

                                                 

1303


  Fəxrü’l-İslam  ləqəbi  ilə  şöhrət  tapmış  Əli  ibn  Muhəmməd  Bəzdəvi  1009-1089-cu  illərdə  yaşamış  iranlı  hənəfi 

alimlərindəndir. 

1304

 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 171. 



1305

  Akad.  Ziya  Bünyadov  Əbdülkərim  Şirvani  adlı  azərbaycanlı  alimin  ‚Nüqul  fi  Məsaili’l-Fiqhiyyə‛  adlı  əsərinin 

Misir  Milli  kitabxanasında  saxlanıldığını  təsbit  etmişdir. Əsər 2475/12  sayılı  farsca  məcmuənin 82-93-cü  vərəqlərini 

ehtiva edir. Fikrimizcə bu şəxs haqqında danışdığımız mövlana Əbdülkərim Şirvanidən başqası deyildir. Bax: Ziya 

BÜNYADOV,  ‚Soçineniya  Azerbaydjanskix  Persoyazıçnıx  Avtorov  v  Natsionalnoy  Biblioteke  Yeqipta‛,  İzbrannıye 

Soçineniya, C. III, s. 184. 

1306


 BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 216. 

1307


 ŞƏRİFOV, Əbdülqəni Əfəndi..., s. 131-132; DE SLANE, həmin əsər, s. 238, 413.    

1308


  KATİB  ÇƏLƏBİ,  Kəşfü'z-Zünun,  C.  I,  s.  845.  ‚Hikmətü’l-Əyn‛-Əllamə  Nəcməddin  Əbü’l-Həsən  Əli  əl-Katibi 

Qəzvininin (öl. 1276) kəlam elmi sahəsində qələmə aldığı əsərdir.  



mövcuddur. Bu da onu göstərir ki, əsər uzun müddət mədrəsələrdən dərs vəsaiti kimi 

istifadə olunmuşdur. Muhyəddin Talışi bu haşiyəni Hüsaməddin  Həsən əl-Katinin (öl. 

1358)  XIII  əsrdə  yaşamış  azərbaycanlı  alim  Əsirəddin  Əbhərinin  məntiq  elminə  dair 

‚İsağuci‛ adlı əsəninə yazdığı şərhə yazmışdır

1309

.   


 

Həsən ibn Hüseyn Talışi 

XVI əsrdə Osmanlı imperatorluğunda yaşamış fəqih və ədib idi. ‚Qəsidətü’l-Bürdə‛yə 

ərəbcə  şərh  yazmışdır

1310


.  Bu  şərhin  nüsxələrindən  biri  Ankara  Milli  kitabxanada 

saxlanılır. Həsən Talışi 1557-ci ildə vəfat etmşidir.  



 

Əhməd Talışi 

Osmanlı imperatorluğunda yaşamış hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi. 

‚Tə’liqat  Haşiyə  ələ’t-Təcrid‛  Əhməd  Talışinin  qələmindən  çıxmış  əsərdir.  Bu  şərhin 

nüsxələrindən  biri  Konya  Yusifağa  kitabxanasında  saxlanılır.  Əhməd  Talışinin  ölüm 

tarixini və ya yaşadığı dövrü müəyyənləşdirmək mümkün olmamışdır.  

 

Hüsaməddin Hüseyn ibn Həsən ibn Hamid Təbrizi 

Hənəfi məzhəbinə mənsub fəqih idi. Mömin, fəzilət sahibi, saleh insan olmaqla yanaşı 

daim  araşdıran,  tədqiq  edən  alim  idi.  Hüsaməddin  Hüseyn  Təbrizi  gözəl  nitq 

qabiliyyətinə  malik  idi.  Osmanlı  sultanı  Fateh  II  Mehmedin  (1451-1481)  hakimiyyəti 

dövründə  İstanbulda  yaşamış  və  Səmaniyyə  mədrəsəsidə  dərs  vermişdi.  O,  sultanla 

birlikdə bir neçə hərbi səfərdə də iştirak etmişdi. Sultan Fateh II Mehmed Hüsaməddin 

Hüseyn  Təbriziyə  böyük  ehtiram  bəsləyirdi.  Hüsaməddin  Hüseyn  Təbrizi  huşsuzluq 

xəstəliyinə  tutulmuşdu.  Hətta  mədrəsədə  tez-tez  dərs  verəcəyi  hücrələri  səhv  salır  və 

tələbələrin  xəbərdar  etməsindən  sonra  səhv  gəldiyini  anlayırdı.  Buna  baxmayaraq  o, 

yaşadığı  dövrün  böyük  alimlərindən  biri  olmuşdur.  Vaxtının  çoxunu  mütailə  etməklə 

                                                 

1309


 ŞƏRİFOV, həmin əsər, s. 131-132, 248. 

1310


 KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. II, s. 422. Belə bir rəvayət var ki, şair Kə’b ibn Züheyr İslamı qəbul edəndən 

sonra  Muhəmməd  peyğəmbərlə  (م)  görüşmüş  və  bu  görüş  vaxtı  onun  şanına  qəsidə  demişdi.  Peyğəmbər  (م)  də 

hədiyyə  olaraq  Kə’b  ibn  Züheyrə  öz  bürdəsini  (üst  geyim, xələt)  vermişdi.  Həmin  qəsidə  ‚Qəsidəyi-Bürdə‛ adı  ilə 

məşhur olmuşdu.  



və müxtəlif məsələlərə dair risalələr yazmaqla keçirirdi

1311


. Ölüm tarixi məlum deyil. XV 

əsrdə yaşmışdır.      

 

Şeyx Kəmaləddin ibn Ömər Təbrizi 

Qari  idi.  Fəzilət  sahibi  insan  kimi  tanınmışdı.  Tədqiqatçı  alim  şeyx  Kəmaləddin 

Təbrizinin  əsl  peşəsi  həkimlik  idi.  O,  tibb  və  Qur’an  tilavəti  ilə  yanaşı  başqa  elm 

sahələrində  də  mahir  idi.  Qur’ani-Kərimin  qiraət  və  təcvidini  Əbdülməcid  ən-Nəssac, 

Mə’sud  əl-Əxlati  və  qari  Əbdüssəməddən  öyrənmişdi.  Dostu  şeyx  Əbdülmühin  ibn 

Muhəmməd  Təbrizi  də  onun  yanında  Qur’an  qiraətini  öyrənmişdi

1312

.  Ölüm  tarixi 



məlum deyil. XIV əsrdə yaşamışdır.   

 

Mövlana Şəmsəddin Muhəmməd əl-Hənəfi Təbrizi 

Şeybanilər  dövlətində  yaşamış  hənəfi  məzhəbinə  mənsub  fəqih  və  mütəkəllim  idi. 

Əzudəddin əl-İcinin ‚Adabü’l-Bəhs‛ adlı əsərinə şərh yazmışdı

1313

. Bu şərh ‚Risalətü’l-



Hənəfiyyə  ələ  Adabü’l-Əzudiyyə‛  adı  ilə  məşhur  olmuşdu.  Bu  şərhin  nüsxələrindən 

biri  Türkiyədə,  Balıkəsir  İHK-də  saxlanılır.  Eyni  əsərin  ‚Şərhü’l-Adabü’l-Əzudiyyə‛ 

adlı  nüsxəsi  İstanbulda  Köprülü  əlyazma  əsərlər  kitabxanasında  saxlanılır. 

Ümuniyyətlə  Türkiyənin  əlyazma  əsər  kitabxanalarında  bu  əsərin  ondan  çox  nüsxəsi 

saxlanmaqdadır.  Bunların  əksəriyyəti  Ankara  Milli  kitabxanasındadır.  Həmçinin  Paris 

milli  kitabxanasında  da  ‚Şərhü’l-Adabü’l-Əzudiyyə‛nin  bir  nüsxəsi  mövcuddur

1314



Alimin  kəlam  sahəsində  qələmə  aldığı  əsərlərdən  biri  də  Cəlaləddin  Dəvvaninin 



‚Risalə  fi  İsbati’l-Vacib‛inə  yazdığı  haşiyədir.  ‚Haşiyə  ələ  Risalə  fi  İsbati’l-Vacibü‛in 

nüsxələrindən  biri  Türkiyə  Kastamonu  İHK-də  saxlanılır.  Alimin  məntiqə  dair 

‚Risalətü’l-Hüseyniyyə  fi  Fənni’l-Adab‛  adlı  əsərinin  nüsxələrindən  biri  Ankara  Milli 

kitabxanada saxlanılır. Alim təqribən h. 900-cü ildə (1494) vəfat etmişdi

1315

.  


 

                                                 

1311

 Təqiyəddin ibn Əbdülqadir əl-Qəzzi ət-TƏMİMİ, Təbəqatü’s-Səniyyə fi Təracimü’l-Hənəfiyyə, (Nşr. Ə. Muhəmməd), 



s. 531-532, Riyad 1989. 

1312


 İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 533. 

1313


 KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 97; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 349. 

1314


 DE SLANE, həmin əsər, s. 174. 

1315


 KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 97. 

Cübeyr ibn Hüseyn ibn Muhəmməd Təbrizi 

Mühəddis idi. H. 632-ci ildə (1235) Hələbdə anadan olmuşdu. Suriyadan Misirə getmiş, 

bir  müddət  Qahirədə  qalandan  sonra  İsgəndəriyyəyə  gedərək  orada  hədis  dərsləri 

vermişdi. H. 12 rəbiəlaxir 703-cü ildə (22 noyabr 1303) İsgəndəriyyədə vəfat etmişdi

1316

.  


 

Şeyx Əbu Səid Mahmud ibn Əyyub ibn Mahmud Təbrizi 

Təsəvvüf əhlinə mənsub qari idi və yaşadığı Mardin şəhərində zahid və abid insan kimi 

tanınmışdı. Məs’ud  ibn Əhməd əl-Əxlatinin tələbəsi olmuş, Qur’ani-Kərimin qiraət və 

təcvidini  ondan  öyrənmişdi.  Səid  ibn  Yusif  ibn  Səid  əl-Əxlati  də  qiraət  və  təcvidin 

incəliklərini  ondan  öyrənmişdi.  Şeyş  Əbu  Səid  Təbrizi  h.  792-ci  ilin  zilhiccə  ayında 

(noyabr 1390) Mardində vəfat etmişdi

1317

.  


 

Şeyx Haşim Təbrizi 

Qari  idi.  Təbrizdə  Məs’ud  ibn  Əhməd  əl-Əxlatinin  tələbəsi  olmuş  və  Qur’ani-Kərimin 

qiraət  və  təcvidini  ondan  öyrənmişdi.  Təbrizdə  təhsilini  tamamladıqdan  sonra 

Bağdadda  yaşamış  və  bu  şəhərin  məşhur  qarilərindən  biri  olmuşdu.  H.  709-cu  ildə 

(1309)  Bağdadı  tərk  edərək  Dəməşqə  getmiş  və  vəfatına  qədər  burada  yaşamışdı

1318


Ölüm tarixi məlum deyil. XIII-XIV əsrlərdə yaşamışdı.  

 

Əbdüləziz ibn Osman ibn Yusif ibn Məcd Təbrizi 

Mühəddis və hafiz idi. İmam Buxari və imam Müslimin ‚Səhih‛, imam Əbu Hənifənin 

(/) və imam Əhməd ibn Hənbəlin (/) ‚Müsnəd‛ adlı hədis külliyatlarını, Zəməxşərinin 

‚Kəşşaf‛  adlı  Qur’an  təfsirini  əzbər  bildiyi  deyilirdi.  Bir  müddət  Dəməşqdə  əl-Əməvi 

camesində  tədrislə  məşğul  olmuş,  daha  sonra  Misirə  getmişdi

1319


.  Ölüm  tarixi  məlum 

deyil. XIV əsrdə yaşamışdır.  

 

                                                 



1316

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, c.1, s. 261. 

1317

 İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 735. 



1318

 İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 784. 

1319

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 24. 



Əbü’l-Vəqt Əbdülməlik ibn Əli ibn Əli ibn Mübarəkşah ibn Əbu Bəkr əl-Bəkri əs-

Siddiqi Təbrizi 

I  raşid  xəlifə  Əbu  Bəkrin  (ا)  nəslindən  olan  Əbü’l-Vəqt  Əbdülməlik  Təbrizi 

Ağqoyunluların  hakimiyyəti  illərində  Azərbaycanda  yaşamış  tanınmış  şafi’i  fəqihi, 

əxlaq  nəzəriyyəçisi  və  təsəvvüf  şeyxi  idi.  O,  ‚Hədiyyətü’l-Mühibbin  fi’l-Əxbar  və’l-

Ədi’yyə  və’l-Əzkar‛,  ‚Dürərü’l-Mə’ani‛,  ‚Həblü’l-Mütəyyin  fi’l-Əzkar‛  adlı  əsərlərin 

müəllifi idi. Alim h. 896-cı ildə (1491) vəfat etmişdi

1320

.  


 

Əbü’l-Həsən Əli ibn İbrahim ibn Əli Təbrizi 

Ədib  və  şafi’i  məzhəbinə  mənsub  mühəddis  idi.  H.  371-ci  (981)  ildə  anadan  olmuş 

Əbü’l-Həsən  Əli  Təbrizi  bir  çox  ölkələrə  səyahət  etmişdi.  Ərəb  dili  və  ədəbiyyatı 

sahəsində öz dövrünün görkəmli alimlərindən biri idi. Əndəlüsə getmiş və bu ölkənin 

tanınmış  alimlərindən  dərs  almışdı.  Gözəl  xəttlə  malik  olan  Əbü’l-Həsən  Əli  Təbrizi 

həmçinin siqa ravi kimi tanınmışdı

1321

. Ölüm tarixi məlum deyil.  



 

Xəttat Kəmaləddin Cə’fər Təbrizi 

Ağqoyunlu hökmdarı sultan Baysunqurun (1490-1492) divan katiblərindən biri və saray 

kitabxanasının  müdiri  olmuşdu.  O,  özünün  müasirləri  arasında  nəsxi-təliq  xətti  ilə  ən 

gözəl yazı yazan xəttat idi. Mövlana Şihabəddin Aşpaz və şeyx Mahmud kimi dövrün 

mahir  xəttatları  Kəmaləddin  Təbrizinin  şagirdi  olmuşdular.  Kəmaləddin  Təbrizi  həm 

də istedadlı şair idi. O, ‚Cə’fər‛ təxəllüsü ilə çox gözəl qəsidələr yazırdı

1322

. Ölüm tarixi 



məlum deyil. XV-XVI əsrlərdə yaşamışdır.  

 

İsmayıl ibn Muhəmməd Təbrizi 

XIII əsrdə yaşamış azərbaycanlı kəlam alimi və mütəfəkkir idi. İsmayıl Təbrizi Luristan 

Atabəylərindən

1323

 I Yusufşahın (1274-1288) sarayında yaşamış alimlərdən biri idi. O, I 



Yusifşahın himayəsində elmi fəaliyyətlə məşğul olmuşdu. İsmayıl Təbrizi farsca qələmə 

                                                 

1320

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 319. 



1321

 QIFTİ, İnbahu’r-Ruvat, C. II, s. 221. 

1322

 NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 341.  



1323

  Bu  sülalə həmçinin ‚Fəzləvilər‛  və ‚Hezarəsblər‛  kimi də  tanınmışdırlar.  İranın  Luristan  bölgəsində  (İsfəhanın 

qərbi, İran körfəzinin şimalı, indiki Xürrəmabad şəhəri və ətrafı) 1148-1424-cü illərdə hakimiyyətdə olmuşdurlar. 


aldığı ‚Hüyutü’n-Nəfs‛, ‚Risaleyi-Nəsiriyyə‛ kimi kəlam elminə dair əsərlərin müəllifi 

idi


1324

 



Təbib Əli ibn Əhməd ibn Habil Təbrizi 

XII-XIII  əsrlərdə  Bağdadda  yaşamış  azərbaycanlı  həkim  idi.  Həyatı  haqqında  ətraflı 

məlumat  mövcud  deyil.  Təbib  Əli  Təbrizi  tibb  sahəsində  ‚əl-Muxtar  fi’l-Muncid‛  adlı 

əsərin müəllifi idi. Alim h. 610-cu ildə (1213) vəfat etmişdir

1325



 



Əminəddin  Muhəmməd  ibn  Əhməd  ibn  Şəhriyar  ibn  Muhəmməd  ibn  Əbdüləziz 

Təbrizi 

Qari  idi.  Qur’ani-Kərimin  qiraət  və  təcvidini  Əbdülməcid  ibn  Bəyaz  Təbrizidən  və 

Məs’ud ibn Əhməd əl-Əxlatinin tələbələrindən olan Əlişah Mərəndidən öyrənmişdi. O, 

Anadoluya  səfər  edərək  Antakiyaya  getmiş,  bir  müddət  burada  qaldıqdan  sonra  Şam 

diyarına  səyahət  etmişdi.  Şam  diyarında  bir  müddət  qarilik  etdikdən  sonra  yenidən 

Anadoluya  getmiş  və  Larəndə

1326

  şəhərində  Qur’ani-Kərim  tilavəti  ilə  məşğul 



olmuşdu

1327


. Ölüm tarixi məlum deyil. XIV-XV əsrlərdə yaşamışdır. 

 

Hafiz  Bədrəddin  Əbü’l-Xeyr  Bədəl  ibn  Əbu  Müəmmər  ibn  İsmayıl  ibn  Əbu  Nəsr 



Təbrizi 

Siqa mühəddis idi. Təvəllüd tarixi h. 550-ci (1155-1165) illərə təsadüf edir. Əbu Səd ibn 

Əbu Əsrun, Əhməd ibnü’l-Məvazini, Yəhya əl-Səqəfi, İlyas ibn Hamid ibn Mahmud ibn 

Əbu  Hucr  əl-Hərrani,  Bəhaəddin  ibn  Əsakirdən  hədis  dinləmişdi.  İsfəhanda  Əbu’l-

Məkarim əl-Ləban və Muhəmməd ibn Əbu Zeyd əl-Kərranidən, Nişapurda Əbu Səd əs-

Səffardan,  Misirdə  əl-Buseyridən  hədis  dinləmişdir.  Əl-Qövsi,  Muhyəddin  ibnü’s-

Sərraqə, Məcdəddin ibnü’l-Ədim, Cəmaləddin əş-Şureyşi, Mahmud ibn Übeydullah ibn 

Əhməd  Zəncani  ondan  hədis  dinləmişdilər.  O,  Ərbildəki  Daru’l-Hədisin  baş 

                                                 

1324


 NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 150. 

1325


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 400. 

1326


  Larəndə-Türkiyənin  indiki  Qaraman  şəhəri.  Qari  Muhəmməd  Təbrizinin  yaşadığı  dövrdə  bu  şəhər 

Qaramanoğulları dövlətin məxsus idi. 

1327

 İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 559. 



müdərrisliyinə təyin edilmişdi. Moğolların Ərbili işğalından bir müddət əvvəl buradan 

Hələbə  getmişdi.  O,  hədis  elminə  dair  bir  sıra  əsərlərin  müəllifidir.  Bunlardan  biri  də 

alimin  h.  601-ci  ildə  (1205)  qələmə  aldığı  ‚əl-Ərbəin‛  adlı  əsərdir.  Hafiz  Bədrəddin 

Bədəl  Təbrizi  h.  636-cı  ilin  cəmadiələvvəl  ayında  (dekabr  1238)  Hələbdə  vəfat 

etmişdir

1328


.  

 

Xətib  Əbu  Zəkəriyyə  Yəhya  ibn  Əli  ibn  Muhəmməd  ibn  Həsən  ibn  Bəstam  əş-



Şeybani Təbrizi 

Xətib  Təbrizi  adı  ilə  şöhrət  tapmış  Əbu  Zəkəriyyə  Yəhya  Təbrizi  şafi’i  məzhəbinə 

mənsub  ədib,  müfəssir  və  mühəddis  idi.  Ərəb  dili  və  ədəbiyyatını  Əbü’l-Üla  əl-

Mə’ərridən  (973-1057)  öyrənmişdi.  Həmçinin  dövrün  məşhur  ədiblərindən  Əbü’l-

Qasım  Fəzl  ibn  Muhəmməd  əl-Bəsri,  Əbü’l-Qasım  Übeydullah  ibn  Əli  ər-Rəqqi,  Əbu 

Muhəmməd  əd-Dəhan  əl-Lüğəvinin  tələbəsi  olmuşdu.  Səid  ibn  Mübarək  ibn  Əli  və 

Səlim ibn Əyyub ər-Razidən hədis dinləmişdi. Hafiz Xətib əl-Bağdadi və hafiz İbnü’n-

Nasir  də  ondan  hədis  dinləmişdilər.  Bağdadda  ərəb  ədəbiyyatı  üzrə  böyük 

mütəxəssislərdən  biri  idi.  Bağdad  Nizamiyyə  mədrəsəsində  ərəb  ədəbiyyatı  dərsləri 

vermişdi.  Başda  ərəb  dili  və  ədəbiyyatı  olmaq  üzrə  müxtəlif  sahələrə  dair  əsərlərin 

müəllifi idi. ‚İ’rabu’l-Qur’ani’l-Əzim‛, ‚Şərhü’l-Qəsaid‛, ‚Məqatilu’l-Firsan‛, ‚əl-Kafi fi 

İlmu’l-Əruz  və’l-Qəvafi‛,  ‚Şərhu’l-Ləm’ə‛,  ‚Şərhu’l-Həmasə‛,  ‚Şərh  Divanu’l-

Mütənəbbi‛,  ‚Şərhu’l-Müfəzzəliyyat‛,  ‚əs-Səb‘u’t-Tival‛,  ‚Şərhu’l-Məqsurə‛,  ‚Şərhu 

Süqutü’z-Zənd‛  Əbu  Zəkəriyyə  Yəhya  Təbrizinin  qələmindən  çıxmış  əsərlərdir.  Əbu 

Zəkəriyyə Xətib Təbrizinin müəllifi olduğu əsərlərdən biri də tanınmış ərəb şairi Həbib 

ibn  Əvs  ət-Tainin  (öl.  846)  ‚Divan‛ına  yazdığı  şərhdir.  Bu  divan  ‚Divani-Əbu 

Təmmam‛ adı ilə məşhur idi

1329


. Paris milli kitabxanasında xətib Əbu Zəkəriyyə Yəhya 

Təbrizinin  ‚Müləxxəs  İ’rabü’l-Quran‛

1330

,  ‚Şərh  Divanu’l-Mütənəbbi‛



1331

,  ‚Şərhu’l-

                                                 

1328


  HƏNBƏLİ,  Zeyl  Təbəqatü’l-Hənabilə,  C.  I,  s.  317;  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb,  C.  V,  s.  539;  SÜBKİ,  Təbəqatü’ş-

Şafi’iyyə əl-Kübra, C. VIII, s. 81; MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. II, s. 570; İBN TAĞRIBİRDİ, Nücumu’z-Zahirə, C. II, s. 

462; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, 115.  

1329

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 996. 



1330

 Özünün müəllifi olduğu ‚İ’rabu’l-Qur’ani’l-Əzim‛in xülasəsidir.  

1331

 Bu əsərin adı ‚Məvzih‛dir. 



Həmasə‛,  ‚Şərhü’l-Müəlləqə‛

1332


,  ‚Şərhu  Suqtü’z-Zənd  li’l-Mə’ərri‛

1333


  adlı  əsərlərinin 

əlyazma  nüsxələri  saxlanılır

1334

.  Əbu  Mənsur  ibn  Əhməd  əl-Cəvaliqi,  Əbü’l-Həsən  Səd 



əl-Ənsari kimi alimlər xətib Əbu Zəkəriyyə Yəhya Təbrizinin tələbəsi olmuşdular. O, h. 

502-ci ilin cəmadiəlaxir ayında (yanvar 1109) 81 yaşında vəfat etmişdi. Bağdadda İbriz 

qəbristanında, şeyxülislam Əbu İshaq Şirazinin məzarının yanında dəfn edilmişdi

1335


.  

Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin