Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əbu Abdullah Muhəmməd ibn Xumartəkin ibn Abdullah Təbrizi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə35/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

 

Əbu Abdullah Muhəmməd ibn Xumartəkin ibn Abdullah Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Onun  atası  Xumartəkin  məşhur  ədib,  müfəssir  və 

mühəddis Xətib Əbu Zəkəriyyə Yəhya Təbrizinin (öl. 1109) köləsi olmuş, Xətib Təbrizi 

onun  azad  etmişdi.  Xumartəkin  adı  bu  şəxsin  Orta  Asiyalı,  ehtimal  ki,  qıpçaq 

türklərindən,  olduğunu  düşünməyə  əsas  verir.  Əbu  Abdullah  Muhəmməd,  Xətib 

Təbrizinin  tələbəsi  olmuş,  onun  yanında  ərəb  dili  və  ədəbiyyatını  öyrənmişdi.  Əbü’l-

Xəttab əl-Gülvizan və Mübarək əl-Qəssaldan hədis dinləmiş və hədis dərsləri almışdı. 

Təhsilini başa vurduqdan sonra tədrislə məşğul olmuşdu. Ömər əl-Qurəşi, Əhməd ibn 

Yəhya  ibn  Hibətullah,  Əhməd  əl-Bəndənici,  Əbdüllətif  ibn  Yusif  kimi  alimlər  onun 

tələbələri  arasından  yetişmişdilər.  Əbu  Abdullah  Muhəmməd  Təbrizi  h.  569-cu  (1174) 

ildə vəfat etmişdi. Vəfat edərkən yaşı 80-i ötmüşdü

1336


.  

 

Məcdəddin ibn Muhəmməd əl-Xunəci Təbrizi 

XV  əsrdə  Misirdə  yaşamış  əxlaq  nəzəriyyəçilərindən  və  təsəvvüf  şeyxlərindən  idi. 

Məcdəddin Təbrizi ‚Tədibü’n-Nəfs və Təshihü’l-E’tiqad‛ adlı əsərin müəllifi idi. Ölüm 

tarixi məlum olmasa da h. 884-cü ildə (1479) həyatda olduğu bilinir

1337



 



Qazi Muhəmməd ibn Əhməd Təbrizi 

                                                 

1332

 Cahiliyyə dövrü ərəb şairi İmrü’l-Qeysin ‚Müəlləqə‛sinə yazılmış şərhdir.  



1333

  Əbu  Zəkəriyyə  Təbrizinin  öz  ustadı  Əbü’l-Üla  əl-Mə’ərrinın  əsərinə yazdığı  şərhdir.  Eyni  adlı əsər  Əbu  Yaqub 

Yusif Xoyi tərəfindən də qələmə alınmışdır, bax: s. ???. 

1334


 DE SLANE, həmin əsər, s. 139, 549, 550, 576. 

1335


    İBNü’l-ƏNBARİ,  Təbəqatü’l-Üdəba,  s.  270-273;  YAQUT  əl-HƏMƏVİ,  İrşadü’l-Ərib,  s.  1705-1707;  YAQUT  əl-

HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 156; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. IV, s.330; YAFİ’İ, Miratü’l-Cənan, C. II, s. 

210; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XII, s. 328; TAŞKÖPRÜZADƏ, Mövzuatü’l-Ülum, C. I, s. 201-202. 

1336


 ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 26. 

1337


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 15. 

XIV  əsrdə  yaşamış  şafi’i  məzhəbinə  mənsub  fəqih  və  qazilərdən  biri  idi.  Ölüm  tarixi 

bilinmir.  Qazilik  peşəsi,  qazilərin  davranış  üsul  və  qaydalarına  dair  qələmə  aldığı 

‚Dəsturü’l-Quzat‛  adlı  əsərini  h.  772-ci  ildə  (1370)  yazıb  bitirmişdi.  Beləcə  onun  vəfat 

tarixinin 1370-ci ildən sonraya təsadüf etdiyini təxmin etmək olar

1338

.  


 

İbn Əbü’l-Qasım Hüseyn ibn Muhəmməd Bağır Təbrizi 

Osmanlı dövlətində yaşamış hənəfi məzhəbinə mənsub fəqih və kəlam alimi idi. Həyatı 

haqqında  ətraflı  məlumat  yoxdur,  ölüm  tarixi  və  yaşadığı  dövrü  müəyyənləşdirmək 

mümkün  olmamışdır.  Onun  ‚Tahdidü’l-Müqəddərat‛,  ‚Tuhfətü’l-Cəlaliyyə‛  və 

‚Arifü’l-Lətaif‛ adlı əsərləri Türkiyədə, Amasiya Bəyazid İHK-də saxlanılır.  

 

Seyyid Şərəfəddin əl-Hüseyni əl-Laləvi Təbrizi 

İmam  Hüseynin  (ا)  nəslindən  olan  və  Mir  Şərəf  Təbrizi  adı  ilə  tanınan  alim  hənəfi 

məzhəbinə  mənsub  fəqih  və  tarixçi  idi.  Osmanlı  dövlətində  yaşamış  Mir  Şərəf  Təbrizi 

tarixə dair ‚Ənfəsü’l-Əxbar fi’t-Tarix‛ adlı əsərin müəllifi idi. O, bu əsərdəki mövzuları 

80 başlıq altında qələmə almışdı. Əsər Sasani şahları tarixinin xülasəsi ilə başlayıb raşid 

xəlifələr,  Əməvilər,  Abbasilər,  Böyük  Səlcuqlular,  moğol  xanları,  Teymurilər  və 

Osmanlı  sultanlarının  tarixi  ilə  davam  etmiş,  sultan  IV  Muradın  (1623-1640) 

hakimiyyəti  dövrünün  başlanğıcı  ilə  sona  çatmışdı.  Mir  Şərəf  Təbrizi  İstanbulun 

Üsküdar səmtinin qazisi olmuş, bu vəzifədən təqaüdə çıxmışdı. Alim İstanbulda vəfat 

etmişdi


1339

. Ölüm tarixi məlum deyil. XVI-XVII əsrlərdə yaşamışdır.  



 

Şeyx Əvhədəddin Əbu Abdullah ibn Sədrəddin Təbrizi 

Şafi’i məzhəbinə mənsub fəqih və təsəvvüf şeyxi idi. Azərbaycandan Misirə getmiş və 

Qahirədəki  ‚Səidü’s-Süəda‛  xanəgahında  tədrislə  məşğul  olmuşdu.  Şeyx  Əvhədəddin 

Təbrizi  təsəvvüf  ərbabının  ənənəvi  geyimi  olan  sadə  yun  əba  geyinir  və  vaxtının 

çoxunu  tədris,  tədqiqat  və  ibadətlə  keçirirdi.  İbn  Müləqqin  olun  bir  sıra  əsərlərin 

müəllifi olduğunu qeyd etmiş və vəfatından əvvəl şəxsi kitabxanasını və sahib olduğu 

                                                 

1338


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 54. 

1339


 KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 268. 

az miqdarda əmlakı vəqf etdiyini yazmışdır. Şeyx Əvhədəddin Təbrizi h. 2 şəvval 787-

ci ildə (6 noyabr 1385) Qahirədə vəfat etmiş və Sufiyyə qəbristanında dəfn edilmişdi

1340

.  


 

Şeyx Nəcməddin Əbu Bəkr Muhəmməd ibn Məvdud əz-Zahiri Təbrizi 

XII əsrdə yaşamış azərbaycanlı fütuvvət şeyxi idi. O, Təbrizdə Nəcməddin Zərkub adı 

ilə tanınmışdı. Bu da onun peşəsinin zərgərlik olduğunu göstərir. H. 640-cı (1242) ildə 

kubrəviyyə şeyxi Sə’dəddin Muhəmməd ibnü’l-Müəyyəd əl-Həmmuyə Cüveyninin (öl. 

1252)  Təbrizə  gəlməsi  ilə  Nəcməddin  Təbrizinin  həyatı  dəyişmişdi.  O,  şeyx  Sə’dəddin 

Həmmuyəyə intisab etmiş, onun müridlərindən biri olmuşdu. Şeyx Nəcməddin Zərkub 

Təbrizi  h.  712-ci  (1312)  ildə  vəfat  etmiş,  Təbrizin  Kəcil  qəbristanında  dəfn  edilmişdi. 

Şeyx Nəcməddin Təbrizi farsca ‚Risalə dər Bəyani-Fütuvvət‛ adlı əsərin müəllifi idi. O, 

həm də farsca sufiyanə şerlərin müəllifi idi

1341


.  

 

Qazi Əbdüssəməd ibn Bəyaz Təbrizi 

Şafi’i məzhəbinə mənsub fəqih və qari idi. Xüsusən Qur’ani-Kərimin qiraəti və təcvidi 

sahəsində ixtisaslaşmışdı. Bu səhədə ‚Müxtəsərü’ş-Şatibiyyə‛

1342


 adlı əsər qələmə almış 

və  bu  əsəri  ‚Müxtəsəri-Təbrizi‛  adı  ilə  məşhur  olmuşdu.  Qazi  Əbdüssəməd  Təbriz 

şəhərinin şeyxi idi. O, Məs’ud ibn Əhməd əl-Əxlatinin tələbəsi olmuş, qiraət və təcvid 

elmini  ondan  öyrənmişdi.  Təbrizdə  təhsilini  tamamlayandan  sonra  Əbdüssəməd 

Təbrizi  Dəməşqə  getmişdi.  Şam  diyarının  alimlərindən  dərs  almış  və  ölkəsinə 

qayıtmışdı.  Təbrizdə  çox  sayıda  insan  ondan  Qur’an  təcvidi  və  qiraət  qaydalarını 

öyrənmişdi.  O,  cümlədən  oğlu  Muhəmməd  Təbrizi,  Qəvaməddin  Həmdani, 

Əbdürrəhman  ət-Təbib  ondan  qiraət  qaydalarını  öyrənmişdilər.  Qazi  Əbdüssəməd 

Təbrizi  imam  Şatibinin  əsərini  ixtisar  edərək  nizamlamış  və  daha  asan  anlaşılan 

formaya  salmışdı. Onun bu  müxtəsəri 520 sətir idi. Bu əsər  uzun  illər  qiraət və təcvid 

sahəsində  dərslik  kimi  istifadə  edilmişdi.  İbnü’l-Cəzəri  onun  gözəl  əxlaqlı,  xoş 

davranışlı, son dərəcə dindar və təqvalı insan olduğunu, qazilik vəzifəsini icra edərkən 

                                                 

1340


 Siracəddin Ömər ibn Əli İBN MÜLQİN, Təbəqatü’l-Əvliya, s. 277, 

www.balligho.com

1341


 NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 177. 

1342


 İmam Əbu Muhəmməd Qasım ibn Firrə Şatibinin (1143-1194) ‚Şatibiyyə‛ adlı əsəri uzun illər boyu mədrəsələrdə 

və məktəblərdə Qur’an təcvidi və qiraəti sahəsində dərslik kimi istifadə olunmuşdur.  



heç  bir  məmurun  və  əmirin  iltimasını  dinləmədiyni  qeyd  etmişdir.  Hətta  Cəlairi 

hökmdarı  Şeyx  Üveys  belə  onunla  ziddləşməyə  cəsarət  etməzdi.  Alim  h.  765-ci  ildə 

(1364) Təbrizdə vəfat etmişdi

1343


 

Əbü’l-Kərəm Əbdülqafur ibn Bədəl ibn Həmzə əş-Şüruti Təbrizi 

Azərbaycan Atabəyləri dövündə (1136-1225) yaşamış tanınmış mühəddislərdən idi. H. 

545-ci  ilin  rəbiələvvəl  ayında  (iyul  1150)  Təbrizdə  dünyaya  gəlmişdi.  Əllamə  Əbu 

Mənsur  Muhəmməd  ibn  Əsəd  əş-Şafi’i  ət-Tusinin  tələbəsi  olmuş,  h.  569-cu  ilini 

ramazan  ayında  (aprel  1174)  ondan  ‚Şərhü’s-Sünnə‛ni

1344

  dinləyib  bitirmişdi.  Əbü’l-



Kərəm  Əbdülqafur  Təbrizi  h.  619-cu  ildə  (1222)  həcc  ziyarəti  üçün  Hicaza  getmişdi. 

Əbu  Bəkr  Muhəmməd  Bağdadi  öz  əsərində  Ərbildə  Əbü’l-Kərəm  Əbdülqafur 

Təbrizinin  dərslərində  iştirak  etdiyini  və  ondan  hədis  dinlədiyini  qeyd  etmişdir

1345


Lakin  müəllif  alimin  ölüm  tarixini  yazmamışdır.  Ehtimal  ki,  Əbu  Bəkr  Bağdadi  bu 

məlumatları qeyd edərkən Əbü’l-Kərəm Təbrizi hələ həyatda idi. 

 

Əbü’l-Fəth Muhəmməd ibn Davud ibn Yusif Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  idi.  Məşhur  mühəddis  Əbu  Muhəmməd  Hüseyn 

Bəğəvinin  (öl.  1122)  ‚Məsabihü’s-Sünnə‛  adlı  əsərinə  yazdığı  ‚Şərhü’l-Müşkilati’l-

Məsabih‛  adlı  şərhi  h.  680-ci  ildə  (1281)  yazıb  başa  çatdırmışdı

1346


.  Deməli  ölüm  tarixi 

1281-ci ildən sonraya təsadüf edir. 

 

Muhəmməd Rəcəb Təbrizi  

Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Muhəmməd Rəcəb Təbrizi ‚Nəfhü’l-

Məsk  fi  Şərhu  Tətimməti’s-Səlk‛  adlı  əsərin  müəllifi  idi.  Ölüm  tarixi  h.  909-cu  ildən 

(1503) sonraya təsadüf edir

1347

.  


                                                 

1343


 İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 322. 

1344


 Muhyəddin Hüseyn Bəğəvinin (öl. 1122) çoxcildli hədis külliyatı. Əbu Bəkr Muhəmməd Bağdadi bu qədər dəqiq 

məlumat verdiyinə görə ehtimal ki, ‚Şərhü’s-Sünnə‛nin həmin nüsxəsini, yəni əllamə Əbu Mənsur Tusinin tələbəsi 

Əbü’l-Kərəm  Təbriziyə  oxuduğu  nüsxəsini  görmüşdü.  Çünki  əlyazma  əsərlərin  ilk  səhifələrində  qiraət  və  səmə’ 

qeydəlir olur. Yəni həmin nüsxənin nə vaxt kim tərəfindən oxunduğu və dinləndiyi mədrəsələrdə qeyd olunurdu.  

1345

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 254. 



1346

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 285. 

1347

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 291. 



 

Cəmaləddin Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd əl-Aqsarayi Təbrizi 

Filoloq,  ədib  və  həkim  idi.  Cəmaləddin  Muhəmməd  Təbrizi  öz  dövrünün  tanınmış 

alimlərdən  biri  idi.  O,  ərəb  filologiyasına  dair  ‚Kəşfü’l-İ’rab  fi  Şərhü’l-Lübab‛  adlı 

əsərin müəllifi idi. Katib Çələbi və ona istinadən Ömər Rza alimin h. 740-cı ildə (1339) 

həyatda  olduğunu  yazmışdırlar

1348


.  Katib  Çələbinin  qeydinə  görə  alim  adı  çəkilən 

əsərini həmin ildə Şirazda yazıb başa çatdırmışdır

1349

. Buradan Cəmaləddin Təbrizinin 



XIV əsrdə yaşadığını təxmin etmək olar. ‚Kəşfü’l-İ’rab fi Şərhü’l-Lübab‛ın Türkiyədəki 

yeganə nüsxəsi Konya şəhərində, Yusifağa kitabxanasında saxlanılır. Bu nüsxənin üzü 

h.  759-cu  ildə  (1359)  katib  Yusif  ibn  Hüseyn  Ağşəhri  tərəfindən  köçürülmüşdür. 

Bundan  başqa  alim  ‚Haşiyə  ələ  Şərhu  Məcməi’l-Bəhreyn‛,  ‚Haşiyə  ələ’l-Kəşşaf  ‛, 

‚İzahü’l-İzah‛,  ‚Həllü’l-Mu’cəz‛  kimi  əsərlərin  müəllifi  idi.  ‚Haşiyə  ələ  Şərhu 

Məcməi’l-Bəhreyn‛  əllamə  Müzəffərəddin  Əhməd  ibnü’s-Saati  Bağdadinin  (öl.  1295) 

hənəfi  fiqhinə  dair  ‚Məcməi’l-Bəhreyn  və  Mültəqəi’n-Nəhreyn‛  adlı  əsərinə  yazılmış 

bir  şərhə  haşiyə  idi.  Bu  haşiyənin  Paris  milli  kitabxanasında

1350

  və  Türkiyədə  Manisa 



İHK-də  əlyazma  nüsxələri  var.  Manisadakı  kitabxanada  Cəmaləddin  Muhəmməd 

Təbrizinin  Carullah  Zəməxşərinin  müllifi  olduğu  Qur’an  təfsirinə  yazılmış  ‚Haşiyə 

ələ’l-Kəşşaf‛ adlı əsərinin də bir nüsxəsi mövcuddur. Həmin kitabxanada alimin tibbə 

dair  ‚Həllü’l-Mu’cəz‛  adlı  əsərinin  də  bir  nüsxəsi  mühafizə  edilir.  ‚Həllü’l-Mucəz‛in 

digər  əlyazma  nüsxəsi  isə  Ankara  milli  kitabxanasındadır.  ‚İzahü’l-İzah‛  isə  Xətibu-

Diməşq  ləqəbi  ilə  tanınmış  Qütbəddin  Muhəmməd  Qəzvininin  (öl.  1338)  ərəb 

filologiyası  sahəsindəki  ‚İzah  Məna  və’l-Bəyan‛  adlı  əsərinə  şərh  mahiyyətində 

yazılmışdır.  ‚İzahü’l-İzah‛ın  müəyyən  etdiyimiz  üç  nüsxəsindən  biri  Paris  milli 

kitabxanasında

1351


,  digər  ikisi  isə  Türkiyədə  Çorum  İHK  və  Kastamonu  İHK-də 

mühafizə edilir. 

 

Əbdülməcid ibn Bəyaz Təbrizi  

                                                 

1348

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 708; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 676. 



1349

 KATİB ÇƏLƏBİ, həmin əsər

1350

 DE SLANE, həmin əsər, s. 185. 



1351

 DE SLANE, həmin əsər, s. 699. 



Qari  və  yuxarıda  haqqında  məlumat  verdiyimiz  qazi  Əbdüssəməd  Təbrizinin  qardaşı 

idi.  O,  da  Təbrizdə  Məs’ud  ibn  Əhməd  əl-Əxlatinin  tələbəsi  olmuş,  Qur’ani-Kərimin 

qiraət  və  təcvidini  ondan  öyrənmişdi.  Əbdülməcid  Təbrizi  Təbrizdə  qiraət  və  ticvid 

dərsləri  vermişdi.  Sədrəddin  ibn  Hacı  ibn  Ədib,  Əminəddin  Muhəmməd  ibn  Əhməd 

ibn Şəhriyar, qardaşı Əminəlmülk ibn Bəyaz Təbrizi, şeyxülislam Xətib ibn Əbdüllətif, 

Əbdürrəhman  əl-Kürd,  Kəmaləddin  ibn  Ömər  ondan  Qur’ani-Kərimin  qiraət  və 

təcvidini öyrənmişdilər

1352


.   

 

İmadəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Əbdürrəhman  ibn  Əbdülməcid  ibn 



Abdullah əl-Übeydi Təbrizi 

Şafi’i məzhəbinə mənsub fəqih və qari olan İmadəddin Əbu Abdullah Təbrizi həmçinin 

siyasi xadim və idarəçi idi. Onun mənsub olduğu ailə Təbrizin fəzilət sahibi alimləri ilə 

məşhur  nəsillərdən  biri  idi.  O,  mövlana  Şəmsəddin  Əbdülkafinin  tələbəsi  olmuşdu. 

Həmçinin atasından və Seyyidü’l-Müəzzəm Əbu Nəsr Muhəmməddən Marağada hədis 

dərsləri  almışdı.  İbnü’l-Fuvati  alimlə  h.  706-cı  ildə  (1306)  Təbrizdə  görüşdüyünü  və 

həmin  vaxt  onun  Təbrizdə  Sultanü’l-Ətiqə  mədrəsəsində  olduğunu  qeyd  etmişdir

1353


Ölüm tarixi məlum deyil. XIII-XIV əsrlərdə yaşamışdır.  

 

İmadəddin Əbü’l-Məkarim Muhəmməd ibn Əbdülvəhhab ibn İbrahim Təbrizi 

Onun ailəsi əslən zəncanlı idi. Atası İzzəddin Əbdülvəhhab əl-Xəraci Zəncani haqqında 

irəlidə ətraflı məlumat veriləcəkdir. İmadəddin Əbü’l-Məkarimin mənsub olduğu nəsil 

alimləri və fəzilətli insanları ilə məşhur idi. O, atasından fiqh və hədis dərsləri almışdı. 

Hələ  uşaqlıq  və  yeniyetməlik  illərində  kəskin  zəkası,  hazırcavablığı  və  natiqliyi  ilə 

fərqlənmişdi.  Elxanilərin  hakimiyyəti  illərində  Təbrizdəki  vəqflərin  baş  mütəvəllisi

1354

 

təyin edilmişdi. İmadəddin Əbü’l-Məkarim Təbrizi həmçinin istedadlı şair idi və farsca 



çox  gözəl  şerlər  yazırdı.  İbnü’l-Fuvati  onun  sahib  Şəmsəddin  ibn  Muhəmməd  ibn 

                                                 

1352

 İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 382. 



1353

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 826. 

1354

 Mütəvəlli-Vəqflərin, xeyriyyə cəmiyyətlərinin idarəçiliyi ilə məşğul olan şəxs. 



Muhəmməd  Cüveynini

1355


  mədh  edən  şe’rini  öz  əsərində  qeyd  etmişdi

1356


.  Ölüm  tarixi 

məlum deyil. H. 670-ci ildə (1272) həyatda olduğu bilinir. XIII-XIV əsrlərdə yaşamışdır.  

 

Şeyx Vəliyəddin Əbu Abdullah Muhəmməd ibn Abdullah əl-Öməri Təbrizi 

XIV  əsrin  məşhur  mühəddislərindən  idi.  Onun  müəllifi  olduğu  ‚Mişkətü’l-Məsabih‛ 

adlı hədis külliyatında 4719 hədis qeyd edilmişdir. ‚Mişkətü’l-Məsabih‛ mühəddis şeyx 

Muhyəddin  Hüseyn  Bəğəvinin  (öl.  1122)  ‚Məsabihü’s-Sünnə‛  adlı  hədis  külliyatının 

təkmilləşdirilmiş  və  genişləndirilmiş  formasıdır

1357


.  Həyatı  haqqında  ətraflı  məlumatın 

olmadığı  şeyx  Vəliyəddin  Təbrizi  digər  bəzi  əsərlərin  də  müəllifi  idi.  Bunlardan 

‚Kitabü’l-İkmal  fi  Əsmai’r-Rical‛  hədis  raviləri  haqqında  və  hədis  üsuluna  dair 

əsərdir


1358

. O, həmçinin ‚Şərhu Məqsurəti İbn Dureyd‛ adlı tövhid və əqaidə dair əsərin 

müəllifi  idi.  Ömər  Rza  onun  hədis  elmlərinə  dair  ‚əl-Məsəbih  fi’l-Hədis  və  Zeynü’l-

Əbvabih‛  adlı  başqa  bir  əsərin  də  müəllifi  olduğunu  bildirmişdi

1359

.  Şeyx  Vəliyəddin 



Təbrizinin  fiqhə  dair  ‚Minəhü’l-Qəffar  Şərhu  Tənvirü’l-Əbsar‛  adlı  əsərinin  nadir 

əlyazma  nüsxələrindən  biri  Türkiyə  Manisa  İHK-də  mühafizə  edilir.  Məhəmmədəli 

Tərbiyət  ‚Mişkətü’l-Məsabih‛in  daha  çox  hindli  müsəlmanların  müraciət  etdikləri 

hədis əsəri olduğunu qeyd etmişdir

1360

. Şeyx Vəliyəddin Təbrizi öz əsərindəki hədislərin 



raviləri haqqında ‚Əsmaü’r-Rical fi’l-Mişkət‛ adlı bir əsər də qələmə almışdı. Bu əsərin 

nüsxələrindən biri Türkiyə Çorum Həsən paşa İHK-də saxlanılır. ‚Mişkətü’l-Məsabih‛ 

Mustafa  Uysal  tərəfindən  türkcəyə  tərcümə  olunaraq  iki  cild  halında  Türkiyədə  nəşr 

edilmişdir.  Bu  əsərə  Əbü’l-Həsən  Übeydullah  əl-Mübarəkfuri  və  Nurəddin  Əbü’l-

Həsən Əli əl-Qari (öl. 1605) kimi tanınmış alimlər şərh yazmışdırlar

1361


. Şeyx Vəliyəddin 

Təbrizi h. 749-cu (1348) ildə vəfat etmişdir.  



 

                                                 

1355

  Şəmsəddin  Muhəmməd  ibn  Muhəmməd  Cüveyni  (öl.  1284)  Elxani  hökmdarlarından  ilk  üçünün  Hülagü  xan 



(1258-1265),  Əhməd  xan  Təküdar  (1262-1282)  və  Abaqa  xanın  (1282-1284)  sahibi-divanı,  baş  vəziri  olmuşdu.  O, 

məşhur tarixçi, ‚Tarixi-Cahanquşa‛nın müəllifi, Əlaəddin Əta-Məlik Cüveyninin (öl. 1283) qardaşı idi. Bax:  İstoriya 



İrana s Drevneyşix Vremyon do Kontsa XVIII veka, s. 366.  

1356


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 830-831. 

1357


 TƏRBİYƏT, Danişməndan, s. 369-370. 

1358


 Yenə orada

1359


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 437. 

1360


 Danişməndan, s. 369-370. 

1361


 NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 394. 

Katib İmadəddin Muhəmməd ibn Əli ibn Muhəmməd ibn Əli Təbrizi 

XIII əsrin  ikinci yarısı-XIV əsrin əvvəllərində Azərbaycanın tanınmış  siyasət və dövlət 

xadimi olmuş, Elxanilərin sarayında müxtəlif vəzifələrdə çalışmışdı. Bir müddət Elxani 

hökmdarı  Əbu  Səid  Bahadırın  (1316-1335)  baş  vəziri  Tacəddin  Şərəf  Əlişah  Təbrizinin 

(öl. 1324) müavini olmuşdu

1362


 

 

Əlaəddin Əli ibn Abdullah ibn Yusif ibn Həsən Təbrizi 

Hələbdə  böyümüş  və  burada  təhsil  almışdı.  Əbu  Cə’fər  ibn  Abdullah  Əndəlüsinin 

tələbəsi  olmuş,  ondan  ərəb  filologiyası  və  ədəbiyyatını  öyrənmişdi.  Əlaəddin  Əli 

Təbrizi  qısa  müddətdə  nəsr,  nəzm,  münşəat  və  hüsnxətt  sahəsindəki  istedadı  ilə 

tanınmışdı.  Onun  qələmə  aldığı  ədəbi  əsərlərə  böyük  maraq  yaranmışdı.  Misir 

Məmlüklü sultanı Zahir Seyfəddin Bərququn (1382-1389/1390-1399) Hələb canişini əmir 

Yelbuğa Nasiri onu öz sarayına dəvət etmişdi. Əlaəddin Əli  Təbrizi bir müddət sonra 

əmir  Yelbuğa  Nasirinin  sirr  katibliyinə

1363


  təyin  edilmişdi

1364


.  Sultan  Zahir  Bərququn 

Hələb  canişinliyi  vəzifəsindən  azad  etdiyi  əmir  Yelbuğa  qiyam  qaldırmış  və  bəzi 

komandanlarla  birlikdə  Qahirədə  hərbi  çevrilişlə  sultan  Zahir  Bərququ  taxtdan 

uzaqlaşdırmışdı. Qiyamçılar sultanı Kərək şəhərindəki zindanda həbs etmişdilər. Lakin 

tezliklə  sultan  Zahir  Bərquq  öz  tərəfdarlarının  köməyi  ilə  həbsdən  qurtulub  yenidən 

Misir  Məmlüklü  taxtına  oturmuşdu

1365

.  Hərbi  çevrilişdə  iştirak  edənlərin  bir  çoxu,  o 



cümlədən  Əlaəddin  Əli  Təbrizi    h.  794-cü  ildə  (1392)  edam  edilmişdilər.  Əmir 

Yelbuğanın  məmurlarından  və  Əlaəddin  Əli  Təbrizinin  dostlarından  olan  Şəmsəddin 

ibnü’l-Mühacir  alimin  faciəli  ölümündən  duyduğu  kədəri  yazdığı  qəsidə  ilə  dilə 

gətirmişdi

1366



 



Əbü’l-Hüseyn Əbdüləziz ibn Əbdürrəzzaq ibn İsa Təbrizi 

                                                 

1362

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 835-836. 



1363

  Katibü’s-sirr,  sirr  katibi  orta  əsr  müsəlman  dövlətlərində  dövlət  başçısının  gündəlik,  həm  siyasi,  həm  də  şəxsi, 

həyatını da qələmə alırdı. Bundan başqa gizli yazışma və müqavilələrini də sirr katibləri qələmə alırdılar.   

1364


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 105-106. 

1365


 Əyman Ömər ŞÜKRİ, Sultan Bərquq-Müəssis Dövlətü’l-Məmalikü’l-Cərakizə, s. 234-250, Qahirə 2002.  

1366


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 106. 

Mühəddis idi və Sahib Təbrizi adı ilə tanınmışdı. İbn Malik əl-Qutey’i, Muhəmməd ibn 

İsmayıl  əl-Vərraq,  Təyyib  ibn  Yəmən  əl-Mötəzidi  kimi  alimlərdən  hədis  dərsləri 

almışdı.  Əbü’l-Hüseyn  Əbdüləziz  Təbrizi  h.  436-cı  ilin  cəmadiələvvəl  ayında  (dekabr 

1044)  Bağdadda  vəfat  etmiş  və  Babi-Hərb  qəbristanında  dəfn  edilmişdi

1367

.  Nəql 


silsiləsində  Əbü’l-Hüseyn  Əbdüləziz  Təbrizinin  də  olduğu  hədislərdən  biri 

aşağıdakıdır:  

Cərir  ibn  Abdullah  (ا)  dedi:  ‚Ayın  bədrlənmiş  olduğu  bir  gecədə  Allah  Rəsulu  (م)  ilə 

birlikdə  idik,  Rəsulullah  (م)  aya  baxaraq  buyurdular:  ‚Siz  bu  ayı  gördüyünüz  kimi 

Rəbbinizi  də  (cənnətdə)  belə,  pərdəsiz,  görəcəksiniz,  onu  görməkdə  heç  bir  çətinliyə 

düşməyəcəksiniz‛

1368



 



İmam Eynəddin Əbü’l-Abbas Əhməd ibn Muhmud ibn Abdullah əs-Sivasi Təbrizi 

Qur’ani-Kərim hafizi və qari idi. Əslən Anadolunun Sivas şəhərindən idi. İbnü’l-Fuvati 

onunla  h.  706-cı  ildə  (1306)  Təbrizdə  görüşdüyünü  qeyd  etmişdir.  Eynəddin  Sivasi 

Təbrizdə Elxanilərin baş vəziri Rəşidəddin Fəzlullah Qəzvininin inşa etdirdiyi camenin 

imam-camaatı idi

1369


. Ölüm tarixi məlum deyil. 

 

Tacəddin Şərəf Əlişah ibn Əbu Bəkr Təbrizi 

Dövlət  xadimi,  həmçinin  şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Vəzir  Rəşidəddin 

Fəzlullahın  edam  edilməsindən  sonra  Elxani  hökmdarlarından  Əbu  Səid  Bahadırın 

(1316-1335)  vəziri  olmuşdu.  Mömin,  fəzilətli  və  müdrik  bir  insan  idi.  Onun  təşəbbüsü 

ilə  əvvəlki  Elxani  hökmdarı  Olcaytunun  (1304-1316)  din  sahəsində  etdiyi  dəyişikliklər 

tamamən aradan qaldırılmışdı. Olcaytu həyatı boyunca qəribə şəkildə bir neçə dəfə din 

və  məzhəb  dəyişdirmişdi.  Nestorian  məzhəbli  xristian  olan  anası  Aruk  xatun  körpə 

ikən  onu  xaç  suyuna  salaraq  adını  Nikolay  qoymuş  və  xristian  kimi  tərbiyə  etmişdi. 

Lakin  yeniyetməlik  yaşlarında  Olcaytu  buddizmi  qəbul  etmişdi.  Gənclik  illərində  isə 

                                                 

1367


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. X, s. 468. 

1368


  XƏTİB  BAĞDADİ,  yenə  orada.  Bu  hədis  üçün  bax:  BUXARİ,  Səhih,  Məvaqifü’s-Səlat  Nr.  6/26;  MÜSLİM,  Səhih

Məsacid Nr. 211; ƏBU DAVUD, Sünən, Sünnət Nr. 19/4729; TİRMİZİ, Sünən, Cənnət Nr. 16/2551. (

 الله ٌٍٞن ك٘ػ اً٘

م

 حِ٤ُ 



ٚر٣ؤن ٢ك ٕٞٓاعذ لا هٔوُا ٕٝهذ أً ٌْتن ٕٝهرٌ ٌْٗا ٍاوك نكثُا)  

1369


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1121. 

müsəlman  olmuş,  sünni  əqidəni  mənimsəmsəyərək  adını  dəyişdirib  Muhəmməd 

Xudabəndə  qoymuşdu.  Bir  neçə  il  sonra  monqol  Olcaytu  yenidən  buddist  olmaq 

istəmişdi.  Amma  bunun  irtidad  sayılaraq  əhali  və  yerli  məmurlar  arasında  ciddi 

narazılığa səbəb olacağı barədə xəbərdarlıqdan sonra fikrindən daşınmışdı. Daha sonra 

tanış  olduğu  iraqlı  şiə  ilahiyyatçısı  Cəmaləddin  ibn  Mütəhhər  əl-Hillinin  təsiri  ilə  şiə 

əqidəsini mənimsəmiş və şiəliyi Elxanilərin rəsmi məzhəbi elan etmişdi. Bundan sonra 

Elxani  sarayında  iraqlıların  nüfuzu  artmağa  başlamış  və  yüksək  rütbəli  mülki 

məmurların  əksəriyyəti  iraqlılardan  təyin  olunmuşdu.  Bu  isə  istər  hərbi,  istərsə  də 

mülki məmurlar və yerli əhali arasında narazılıqlara səbəb olmuşdu. Zorakı şiələşdirmə 

Azərbaycan,  İraq, Fars  və  İsfəhan  vilayətlərində  iğtişaşların  başlamasına  səbəb  olmuş, 

hətta  Bağdadda  hənbəlilərlə  hökumət  qüvvələri  arasında  silahlı  toqquşma  baş 

vermişdi


1370

.  Olcaytunun  alkoqola  düşkünlüyü  səbəbiylə  xəstələnərək  təqribən  40 

yaşında  ölməsindən  sonra  hakimiyyətə  11  yaşlı  oğlu  Əbu  Səid  Bahadır  keçmişdi. 

Faktiki  dövləti  və  ordunu,  uşaq  yaşlarındakı  hökmdarın  yeznəsi,  əmir  Çoban  idarə 

edirdi.  Şərəf  Əlişah  Təbrizi  Əmir  Çobanla  olan  səmimi  münasibəti  səbəbiylə  baş 

vəzirlik  vəzifəsində  qalmışdı.  Hakimiyyətin  dəyişməsindən  sonra  bir  sıra  iri  dövlət 

məmuru  edam  edilmiş  və  əmlakları  müsadirə  edilmişdi.  Olcaytunun  dövründə  dini 

sahədə  edilmiş  bütün  dəyişikliklər  aradan  qaldırılmışdı.  Cümə  xütbələrində  isə 

yenidən 4 raşid xəlifənin adları  sıra ilə oxunmağa başlanmışdı. Şərəf Əlişah Təbrizi h. 

724-cü  ilin  cəmadiəlaxir  ayında  (iyun  1324)  Azərbaycanın  Ucan  şəhərində  vəfat 

etmişdi

1371


. Onu da qeyd edək ki, Şərəf Əlişah Təbrizi Elxanilərin vəzirlərindən öz əcəli 

ilə  ölən  yeganə  vəzirdir

1372

.  Daha  doğrusu  onu  Elxani  hökmdarının  əmri  ilə  edam 



edilməmiş,  qətlə  yetirilməmiş  vəzir  adlandırmaq  daha  doğru  olardı.  Əbu  Bəkr  əl-

Əhərinin verdiyi məlumata görə ölümündən bir müddət əvvəl vəzir Şərəf Əlişahla əmir 

Çobanın arasında soyuqluq meydana gəlmişdi. Əmir Çobanın oğlu Timurtaş tez-tez baş 

vəzirə  hədə-qorxu  gəlir  və  ondan  əmlakına  dair  bəyannamə  tələb  edirdi.  Vəzir  Şərəf 

Əlişah  onun  bu  davranışını  əmir  Çobana  şikayət  etmişdi.  Əmir  Çobandan  da  eyni 

                                                 

1370

  Əbu  Abdullah  Muhəmməd  İBNü’l-ƏZRAQ,  Bidai’s-Sülk  fi  Təbai’l-Mülk,  (Nşr.  Ə.  Nəşşar),  C.  I,  s.  93-94,  Dəməşq 



2006.    

1371


  QƏZVİNİ,  Tarixi-Qozidə,  s.  149-150;  İBN  KƏSİR,  Bidayə  və’n-Nihayə,  C.  XIV,  s.  144-147,  400;  İBNü’l-İMAD, 

Şəzəratü’z-Zəhəb, C. VI, s. 615; FƏHMİ, həmin əsər, s. 215-217, 221-223. 

1372


 QƏZVİNİ, yenə orada; MÜŞTƏRƏK, İstoriya İrana s Drevneyşix Vremyon do Kontsa XVIII veka, s. 207. 

münasibəti  gördüyü  üçün  tamamilə  ümidini  itirmiş  və  xəstələnmişdi.  Daha  sonra  bu 

xəstəliyi  səbəbiylə  vəfat  etmişdi.  Əbu  Bəkr  əl-Əhəri  ‚deyirdilər  ki,  o,  nəsə  içib  və 

ölüb‛

1373


 yazaraq vəzir Şərəf Əlişahın intihar etdiyinə eyham vurmuşdu. Lakin bu uzaq 

ehtimaldır.  Şərəf  Əlişahın  qorxudan  xəstələnib  ölməsi  də  mümkündür.  Çünki  ondan 

əvvəlki bütün vəzirlər edam edilmişdilər. Rəşidəddin Fəzlullah özündən əvvəlki vəzir 

Sə’dəddin  əs-Savinin  edamı  üçün  çalışmış,  buna  nail  olmuş  və  onun  yerinə  keçmişdi. 

Vəzir Şərəf Əlişah da Rəşidəddin Fəzlullahın edam edilməsi üçün əlindən gələni etmiş 

və  onun  yerinə  keçmişdi.  Əvvəlki  acı  təcrübə  istənilən  şəxsin  səhhətinə  ağır  təsir  edə 

bilərdi.  Görünür  vəzir  Şərəf  Əlişahın  qorxması  üçün  kifayət  qədər  səbəb  olub.  Çünki 

Şərəf Əlişah Təbrizi həm də varlı tacir idi. Onun Təbriz, Sultaniyyə və Bağdadda ticarət 

müəssisələri  fəaliyyət  göstərirdi.  Qarabağla  Təbriz  arasındakı  yol  üzərindəki  5 

karvansaraydan 3-nü Şərəf Əlişah Təbrizi tikdirmişdi. O, həmçinin Təbrizdə möhtəşəm 

bir qəsr (Ərk qalası) və ‚Əlişah camesi‛ adı ilə tanınan gözəl bir məscid tikdirmişdi

1374


Həmidullah  Müstəvfi  mərmərdən  tikilmiş  bu  məscidin  öz  ehtişamına  görə  ancaq 

Mədaindəki  Sasani  şahlarının  sarayı  ilə  müqayisə  edilə  biləcəyini  qeyd  etmişdir. 

Qəzvini bu məscidin sadəcə ibadət zalının eninin 250 uzunluğunun 200 gəz olduğunu 

qeyd  etmişdir.  Əlişah  Təbrizi  Səlmas  şəhərinin  dağılmış  qala  divarlarını  da  bərpa 

etdirmişdi

1375

.  


 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin