Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə37/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

Mircan əş-Şafi’i Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Şah  İsmayıl  Xətainin  Təbrizi  ələ  keçirməsindən 

sonra  təzyiq  və  təqibə  məruz  qaldığı  üçün  vətəni  tərk  edib  Suriyaya,  Hələb  şəhərinə 

getmişdi.  Hələbdə  yaşamış  və  burada  tədrislə  məşğul  olmuşdu.  H.  934-cü  ilin  şaban 

ayında (may 1528) isə Dəməşqə köçmüş və tədris fəaliyyətini burada davam etdirmişdi. 

Mircan Təbrizi Kubrəviyyə təriqətinə mənsub sufi  idi. H. 935-ci  ilin  məhərrəm ayında 

(sentyabr 1528) Dəməşqi tərk edərək Azərbaycana getmiş və h. 936-cı ildə (1529) vəfat 

etmişdi


1416

.  


   

Mövlana Muhyəddin Muhəmməd ibn Əbdüləvvəl Əbdi əl-Qəzvini Təbrizi 

Hənəfi  məzhəbinə  mənsub  fəqih,  bununla  yanaşı  görkəmli  ədib  və  mahir  xəttat  idi. 

Əslən Qəzvinli olan atası Ağqoyunlular dövründə Təbriz şəhərinin qazisi olmuşdu. O, 

ilk  təhsilini  Azərbaycanın  tanınmış  hənəfi  fəqihlərindən  olan  atası  Əbdüləvvəl  Əbdi 

Təbrizidən almışdı. Uşaqlıq çağlarında Ağqoyunlular dövründə Azərbaycanda yaşamış 

məşhur  alimlərdən  Cəlaləddin  Dəvvanini  (öl.  1502)  görmüşdü.  Atası  ilə  birlikdə 

Osmanlı  sultanı  II  Bayəzidin  (1481-1512)  hakimiyyəti  dövründə  Anadoluya  getmişdi. 

Burada  alim  kimi  yetişmişdi.  Amasyalı  mövlana  Əbdürrəhman  Müəyyidzadə 

tərəfindən  Osmanlı  sultanı  II  Bayəzidə  təqdim  olunmuşdu

1417


.  Mövlana  Əbdürrəhman 

Müəyyidzadə  Cəlaləddin  Dəvvaninin  tələbəsi  olmuş

1418

,  təhsilini  Azərbaycan 



mədrəsələrində  almışdı.  Böyük  ehtimalla  mövlana  Muhəmməd  Təbrizi  və  onun  atası 

qazi  Əbdüləvvəl  Əbdi  Təbrizini  də  tələbəlik  illərində  tanımışdı.  Sultan  mövlana 

Muhəmməd  Təbrizini  mədrəsələrdən  birinə  müdərris  təyin  etmişdi.  O,  sonra 

                                                 

1414

  İndi  Türkiyənin  cənubi-şərqində,  Suriya-Türkiyə  sərhəddində,  Şırnak  vilayətində  kiçik  bir  qəsəbədir  və  Cizrə 



adlanır.   

1415


  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb,  C.  VII,  s.  710,  724;  İBN  QAZİ  ŞUHBƏ,  Təbəqatü’ş-Şafi’iyyə,  C.  III,  s.  207; 

ƏDNİRƏVİ, Təbəqatü’l-Müfəssirin, s. 141; SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 187; İBN HƏCƏR, İbnai’l-Ğumr, C. II, s. 216, 

242. 

1416


 QƏZZİ, Kəvakibü’s-Sairə, s. 276; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 122.    

1417


 TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 289. 

1418


 NİŞINCI, Hadisat, s. 159; BURSALI, Osmanlı Müəllifləri, C. I, s. 355. 

Anadoludakı  şəhərlərdən  birinə  qazi,  sonra  İstanbuldakı  vəzir  Qoca  Mustafa  paşa 

mədrəsəsinə  müdərris  təyin  olunmuşdu.  Daha  sonra  Manisada  və  Ədirnədəki 

mədrəsələrdən  birinin  müdərrisi  olmuşdu.  Mövlana  Muhəmməd  Təbrizi  İstanbula 

gələrək  Səmaniyyə  mədrəsəsində  dərs  vermişdi.  Sonra  Hələb  və  Dəməşq  şəhərləri 

qaziliyinə,  daha  sonra  isə  İstanbul  şəhəri  qaziliyinə  təyin  olunmuşu.  Mövlana 

Muhəmməd  Təbrizi  mübtəla  olduğu  göz  xəstəliyi  səbəbiylə  ayda  80  aqça  almaqla 

təqaüdə  çıxmışdı.  Alim  bir  sıra  əsərlərin  müəllifi  idi.  O,  əsərlərini  ərəb,  fars  və  türk 

dillərində  qələmə  almışdı.  Mövlana  Muhəmməd  Təbrizi  həm  də  mahir  xəttat  idi.  Çox 

gözəl  xətt  nümunələri  ilə  sənət  əsərləri  meydana  gətirmişdi.  O,  təmiz  etiqadlı,  fəzilət, 

zöhd  və  vəra’  sahibi  insan  idi.  Ərəb,  fars  və  türk  dillərində  elmi  və  ədəbi  əsərlərin 

müəllifi idi. Bunlardan ‚Haşiyə ələ Şərhu-Fəraizü’s-Siraciyyə‛

1419


, ‚Həvaşi ələ Umurü’l-

Ammə‛


1420

,  ‚Risalə  fi  Qətü’l-Yəd‛

1421

,  ‚Şərhu  Hidayətü’l-Hikmə‛nin



1422

  adlarını 

sadalamaq olar. Mövlana Muhəmməd Təbrizi h. 966-cü ildə (1559) vəfat etmişdi

1423


.  

 

Muhəmməd ibn Əbu Muhəmməd Təbrizi 

Həkim  və  şafi’i  məzhəbinə  mənsub  mütəkəllim  idi.  Təbrizdə  təhsul  almış,  təhsilini 

davam etdirmək üçün Dəməşqə getmişdi. Dəməşqdə Qüdbəddin ət-Təhtavidən məntiq 

və  kəlam  elmlərini  öyrənmişdi.  Əmir  Mengli  Buğa

1424


  onu  Qahirədəki  əl-Mənsuriyyə 

xəstəxanasına tibb tədrisi və müalicə üçün təyin etmişdi. Daha sonra əmir Mengli Buğa 

əl-Mənsuriyyə  mədrəsəsinin  şafi’i  fiqhi  tədrisini  də  Muhəmməd  Təbriziyə  həvalə 

                                                 

1419

  ‚Fəraizü’s-Siraciyyə‛  və  ya  ‚Fəraizü’s-Səcavəndi‛  İslam  miraz  hüququna  dair  Siracəddin  Muhəmməd 



Səcavəndinin  (öl.  1200)  qələmə  aldığı  əsərdir.  Muhyəddin  Təbrizi  bu  haşiyəni  h.  957-ci  ilin  şaban  ayında  (avqust 

1550) yazıb bitirmişdi. Türkiyədəki əl yazma əsər kitabxanalarında bu əsərin bir neçə nüsxəsi mövcuddur. Bunlardan 

üçü Ankarada, Milli kitabxanada saxlanılır.  

1420


  Əzudəddin  əl-İcinin  (öl.  1355)  İslam  mülkü  hüququna  dair  əsərinə  yazılmış  haşiyədir.  Muhyəddin  Təbrizi  bu 

haşiyəni h. 954-cü ilin rəcəb ayında (avqust 1547) yazıb bitirmişdi.  

1421

  İslam  cinayət  prosesual  hüququna  dair  əsərdir.  Muhyəddin  Təbrizi  bu  haşiyəni  h.  950-ci  ilin  zilqədə  ayında 



(fevral 1544) yazıb bitirmişdi.  

1422


 ‚Hidayətü’l-Hikmə‛ Əsirəddin Müfəzzəl ibn Ömər Əbhərinin (öl. 1265) məntiq elminə dair əsəridir. 

1423


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 173; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 382;Taşköprüzadə alimin 

h. 963-cü ildə (1556) vəfat etdiyini qeyd etmişdir, bax: həmin əsər, 289; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 391. Səid 

Nəfisi  alimin  h.  966-cı  ildə  (1559)  vəfat  etdiyini  qeyd  etmişdir.  İbnü’l-İmad  isə  onun  h.  954-cü  ildə  (1547)  vəfat 

etdiyini bildirmişdir.  

1424

  Əmir  Seyfəddin  Mengli  Buğa  əş-Şəmsi  Misir  Məmlüklü  dövlətinin  yüksək  rütbəli  hərbi  bürokratlarından  biri 



olmuşdur. Çərkəz mənşəli Məmlüklü sultanı II Şaban (1363-1377) onu h. 764-cü ilin zilqədə ayında (avqust 1363) Şam 

vilayəti naibü’s-səltənətliyinə təyin  etmişdi.  Əmir  Mengli  Buğa  mömin  və  xeyriyyəçi  bir şəxs idi.  Bax:  İBN  KƏSİR, 



Bidayə və’n-Nihayə, C. XIV, s. 454-455. 

etmişdi.  Muhəmməd  Təbrizi  əl-Mənsuriyyə  mədrəsəsi  müdərrisi  vəzifəsindən  azad 

edilndən sonra Qahirədəki əl-Mardiniyyə camesində dərs verməyə başlamışdı. Burada 

onun  ətrafında  böyük  tələbə  kütləsi  toplanmış  və  onun  dərslərinə  böyük  maraq 

yaranmışdı.  Muhəmməd  Təbrizi  h.  776-cı  ilin  zilhiccə  ayında  (may  1375)  vəfat 

etmişdi

1425


.  

 

Muhibbəddin Muhibbullah Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  müfəssir  idi.  Həcc  ziyarəti  üçün  yola  çıxaraq  Suriya  yolu  ilə 

Məkkəyə  getmiş,  həcc  ziyarətindən  sonra  bir  müddət  Məkkədə  mücavir  olaraq 

qalmışdı.  Daha  sonra  geri  qayıdarkən  Dəməşqdə  gəlmiş  və  orada  məskunlaşmışdı. 

Muhibbədin  Təbrizi  şeyx  Muhyəddin  ibnü’l-Ərəbinin  irsini  araşdırır,  onun  əsərlərini 

mütaliə edirdi. H. 958-ci ildə (1551) Dəməşqdə vəfat etmişdi

1426


.    

 

Şeyx  Muhibbəddin  Əbü’s-Səna  Mahmud  ibn  Əli  ibn  İsmayıl  ibn  Yusif  əl-Qonyəvi 



əl-Mısri Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Bundan  başqa  fiqh  üsulu  və  ərəb  dili  üzrə  də 

tanınmış  mütəxəssis  idi.  H.  719-cu  ildə  (1319)  Misirdə  anadan  olmuşdu.  O,  hələ  kiçik 

ikən  atası  vəfat  etmişdi.  Mühibbəddin  Mahmud  Təbrizi  yaxşı  təhsil  almış,  Misirin  ən 

tanınmış  alimlərinin  tələbəsi  olmuşdu.  Təhsilini  başa  vurandan  sonra  tədris  və  elmi 

fəaliyyətlə  məşğul  olmuşdu.  O,  həm  də  fətva  mərcii  idi.  Bioqraf-tarixçi  Cəmaləddin 

Əsnəvi  onun  yaxın  dostu  idi.  İbnü’l-İmad  bu  səbəbdən  Cəmaləddin  Əsnəvinin  öz 

əsərində  onu  tərifləyərkən  mübaliğə  etdiyini  qeyd  etmişdi

1427

.  Lakin  Cəmaləddin 



Əsnəvinin onun  haqqında mübaliğə etdiyini söyləmək çətindir.  Əsnəvi onun Qur’ani-

Kərimi  çox  tilavət  etdiyini,  çox  ibadət  edən,  zahid  bir  insan  olduğunu,  fenomenal 

yaddaşa  sahib  olduğunu,  mütaliə  və  tədqiqat  xaricində  çox  az  şeylə  maraqlandığını, 

ciddi  insan  olduğunu,  insanlarla  mümkün  qədər  az  ünsiyətdə  olmağa  çalışdığını, 

                                                 

1425


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 5; İBN HƏCƏR, İbnai’l-Ğumr, C. II, s. 29. 

1426


 QƏZZİ, Kəvakibü’s-Sairə, s. 342; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 122.    

1427


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 688.    

atasının

1428


  dostlarını  daim  hörmət  və  ehtiramla  qarşıladığını  qeyd  edir.  Mühibbəddin 

Mahmud  Təbrizi  Qahirədə  Şərifiyyə  mədrəsəsinin  müdərrisi  olmuşdu.  Alim  h.  758-ci 

ilin rəbiəlaxir ayında (aprel 1357) vəfat etmişdi

1429


. O, fiqh və fiqh üsuluna dair bir sıra 

əsərlərin müəllifi  idi. İbnü’l-Hacib  Düveyninin  fiqh üsuluna dair əsərinə yazdığı  şərhi 

‚Şərhu  Müxtəsərü’l-Müntəha‛  adlandırmışdı.  ‚Etirazat  ələ  Şərhü’l-Havi  fi’l-Fiqh‛  adlı 

əsər də alimin qələmindən çıxmışdı

1430

 



 

Şeyx  Əlaəddin  Əbü’l-Həsən  Əli  ibn  Nurəddin  Əbi’l-Fida  İsmayıl  ibn  Yusif  əl-

Qonyəvi Təbrizi 

 Şafi’i məzhəbinə mənsub fəqih olan şeyx Əlaəddin Əli Təbrizi yuxarıda haqqında bəhs 

etdiyimiz  şeyx  Muhibbəddin  Mahmud  Təbrizinin  atası  idi.  H.  668-ci  ildə  (1270) 

Konyada


1431

 dünyaya gəlmişdi. İlk təhsilini Konyada almışdı. Burada Tacəddin əl-Xilafi 

və  Şəmsəddin  əl-İykidən  üsul  və  xilaf  dərsləri  almışdı.  H.  693-cü  ildə  (1294)  təhsilini 

davam  etdirmək  üçün  Dəməşqə  gəlmişdi.  Burada  şeyx  Nəcməddin  Məkki,  şeyx 

Şəmsəddin əl-Abəci, İbrahim ibn Ənbər əl-Mardini kimi alimlərin tələbəsi olmuş, hədis 

dinləmiş  və  ərəb  dilinin  qrammatikasını  öyrənmişdi.  Dəməşqdə  Əməvi  məscidində 

dərs  vermişdi.  Bu  vaxt  həm  də  Dəməşqdəki  ‚Səidü’s-Süəda‛  xanəgahının  şeyxi 

vəzifəsini icra etmişdi

1432

. Daha sonra İqbaliyyə mədrəsəsində tədrislə məşğul olmuşdu. 



H.  700-cü  ildə  (1301)  Suriyadan  Misirə  köçmüş  və  burada  dövrün  tanınmış 

mühəddislərindən  şeyx  Şərəfəddin  Dimyati  və  şeyx  Təqiyəddin  ibn  Dəqiqdən  hədis 

dərsləri  almışdı.  Qahirədəki  Şərifiyyə  mədrəsəsində  dərs  vermiş,  daha  sonra  Şam  və 

Misir  vilayətlərinin  şeyxü’ş-şüyuxluğuna

1433

  təyin  olunmuşdu.  O,  bu  vaxt  Qahərədəki 



Toloniyyə  məscidinin  də  imamı  idi.  H.  727-ci  ildə  (1327)  Dəməşq  qaziliyinə  təyin 

olunmuşdu.  Əlaəddin  Əli  Təbrizi  fiqh,  hədis,  təfsir,  sərf,  kəlam,  fiqh  üsuluna  dair  bir 

sıra əsərlərin müəllifi idi. O, həm də şair idi və gözəl şerlər yazırdı. Onun əsərlərinin ən 

                                                 

1428

 Atası Əlaəddin Əli Təbrizi öz dövrünün məşhur alimlərindən idi. Sonrakı səhifələrdə onun haqqında da məlumat 



verilmişdir.  

1429


 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 172; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 152.  

1430


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 819. 

1431


 Konya-Türkiyədə, Anadolunun mərkəzində şəhər. 

1432


 DƏVADARİ, Kənzü’d-Dürər, C. IX, s. 322.  

1433


 Şeyxü’ş-Şüyux-şeyxlərin şeyxi, baş şeyx. 

tanınmışları  Zəməxşərinin  ‚Kəşşaf‛,  Həliminin  ‚Minhəc‛

1434


,  Nəcməddin  Əbdülğəffar 

Qəzvininin  ‚əl-Haviü’s-Səğir‛  adlı  əsərlərinə  yazdığı  şərhlər  və  ixtisarlardir.  Bundan 

başqa  o,  ‚Şərhu-Tə’ərrüf‛

1435


,  ‚Müsənnif  fi  Həyatü’l-Ənbiya‛,  ‚əş-Şafi  fi’l-Üsul‛,  ‚əl-

İbtihac fi İntixabü’l-Minhəc‛ adlı əsərlərin də müəllifi idi

1436

. Alim h. 14 zilqədə 729-cu 



(9  sentyabr  1329)  ildə  Dəməşqdəki  bağında  vəfat  etmiş  və  Qasiyyun  qəbristanında

1437


 

dəfn edilmişdi.  

Bioqraf Cəmaləddin Əsnəvi şeyx Əlaəddin Əli Təbrizinin mömin, fəzilətli, zahid insan 

olmaqla yanaşı, həmçinin həşmətli və vüqarlı şəxsiyyətə sahib olduğunu qeyd etmişdi. 

O, bəziləri kimi maddi mənfəət naminə sultana yaranmırdı. Sultanın hüzuruna çağırılıb 

müəyyən  məsələlərə  dair  fikri  soruşulduğu  vaxt  doğruluq  və  obyektivlikdən 

uzaqlaşmırdı.  Buna  görə  də  Misir  Məmlüklü  sultanı  Nasirəddin  Qəlavun  ona  dərin 

hörmət bəsləyir və deyirdi: ‚Mənim ölkəmdə onun misli ola biləcək alim yoxdur‛

1438

.  


 

Həkim Fəxrəddin Əbu Bəkr Əhməd ibn Mikayıl ibn Əbdullah əl-Qonyəvi Təbrizi 

Kəmaləddin  ibnü’l-Fuvati  (1244-1323)  h.  705-ci  ildə  (1306)  onunla  Təbrizdə 

görüşdüyünü qeyd edir. İbnü’l-Fuvati onun gənc və zəki bir insan olduğunu, Təbrizdə 

tibb  elminin  tədrisi  və  müalicə  işi  ilə  məşğul  olduğunu  qeyd  etmişdi.  Fəxrəddin 

Qonyəvi  ona  h.  663-cü  ildə  (1265)  Konyada  anadan  olduğunu,  Misirə  gedib  orada 

mənşəcə yəhudi olub İslamı qəbul etmiş Bəhaəddin Əbdüsseyyid ibn İshaq ibn Yəhya 

əl-İsrailidən  tibb  təhsil  aldığını,  daha  sonra  Dəməşqə  gedib  bu  şəhərdə  yaşadığını  və 

İbn  Hud  ləqəbi  ilə  məşhur  olmuş  həkim  Bədrəddin  Həsən  ibn  Əli  ibn  Əbi’l-Həccac 

Yusifin tələbəsi olduğunu söyləmişdi

1439


 

Şeyx Müslihəddin Əbü’l-Fəth Musa ibn Əmirhəcc ibn Muhəmməd Təbrizi 

                                                 

1434


 Fəqih və mühəddis Hüseyn ibn Həsən ibn Muhəmməd ibn Həlimi Cürcaninin (949-1012) ‚Minhəcü’d-Din‛ adlı 

əsəri şeyx Əlaəddin Əli Təbrizi tərəfindən ixtisar edilmişdi. Bax: KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 1061. 

1435

  Bu  şərh  Muhəmməd  ibn  İbrahim  Gülabadinin  (X  əsrdə  yaşayıb.  Gülabad  Buxaranın  qəsəbələrindən 



biridir)‛Kitabü’t-Tə’ərrüf li-Məzhəbü’t-Təsəvvüf‛ adlı əsərinə yazılmışdır. 

1436


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 406.  

1437


 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 170-172; YAFİ’İ, Miratü’l-Cənan, C. II, s. 648; İBN KƏSİR, Bidayə və’n-Nihayə

C. XIV, s. 242; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 126; İBN TOLON, Səğru’l-Bəssam, s. 91-92. 

1438

 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 171. 



1439

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 108. 



Hənəfi məzhəbinə mənsub fəqih idi. H. 669-cü ildə (1271) anadan olmuşdu. H. 710-cu 

ildə (1310) Təbrizdən Dəməşqə getmiş bir müddət bu şəhərdə qaldıqdan sonra vətənə 

qayıtmışdı.  Daha  sonra  h.  726-cı  ildə  (1326)  Qahirəyə  getmiş,  bu  şəhərdə  yaşamağa 

başlamışdı.  Hənəfi  alimlərindən  əllamə  Müzəffərəddin  Əhməd  ibnü’s-Saatinin  (öl. 

1295)  fiqh  üsuluna  dair  ‚əl-Bədyi‘‛  adlı  əsərinə  iki  cildlik  şərh  yazmışdı.  Şeyx 

Müslihəddin  Musa  Təbrizi  fəzilətli,  saleh  insan  kimi  tanınmışdı.  H.  736-cı  ilin  zilhiccə 

ayının  axırlarında  (avqust  1336)  həcc  ziyarətindən  qayıdarkən  Mədinə  yaxınlığındakı 

Bəni-Salim vadisində vəfat etmiş və orada dəfn edilmişdi

1440

.    


 

Şeyxülislam  Feyzullah  Muhəmməd  ibn  Muhəmməd  ibn  Pir  Muhəmməd  Ərzurumi 

Təbrizi 

H.  1049-cu  ildə  (1639)  Ərzurumda  alim  ailəsində  dünyaya  gəlmişdi.  Seyyid  Feyzullah 

əfəndinin  atası  seyyid  Muhəmməd  ibn  Pir  Muhəmməd  ibn  Əhməd  ibn  şeyx  Cüneyd 

Təbrizi  Ərzurum  müftisi  olmuşdu.  Seyyid  Muhəmmədin  fars  dilinin  qrammatikasına 

dair türkcə qələmə aldığı ‚Düsturü’l-Əməl fi Zurubi-Əmsali-Əcəm‛ adlı əsərin yeganə 

əlyazma  nüsxəsi  İstanbul  Topqapı  muzeyi  kitabxanasında  saxlanılır.  Feyzullah  əfəndi 

ilk  təhsilini  atasından  almışdı.  Daha  sonra  Ərzurumun  məşhur  alimlərindən  müxtəlif 

elm  sahələrinə  dair  bilikləri  öyrənmişdi.  Onun  müəllimlərindən  biri  də  şeyx  Mehmed 

Vani  əfəndi  olmuşdu.  Feyzullah  əfəndi  daha  sonra  şeyx  Mehmed  Vaninin  qızı  ilə 

evlənmişdi. Müəlliminin tövsiyəsi ilə h. 1074-cü ildə (1663) İstanbula getmişdi. H. 1078-

ci ildə (1668) həcc ziyarətindən qayıdandan sonra Osmanlı sarayına yaxınlığı ilə tanınan 

qaynatasının  vasitəçiliyi  ilə  sultan  IV  Mehmedə  (1648-1687)  təqdim  olunmuşdu.  IV 

Mehmedin  təqdirini  qazanan  seyyid  Feyzullah  əfəndi  sultan  tərəfindən  şahzadə 

Mustafa  ilə  şahzadə  Əhmədin  müəllimliyinə  təyin  olunmuşdu.  Həmin  illərdə  seyyid 

Feyzullah  əfəndi  İstanbuldakı  Heydər  paşa,  Mehrimah  sultan,  Ayasofiya  və  Səxni-

Səman mədrəsələrində müdərrislik etmişdi. H. 8 rəbiülaxir 1099-cu ildə (11 fevral 1688) 

                                                 

1440


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 69; İBN QUTLUBUĞA, Tacü’t-Təracim, s. 35; Əlaəddin Əli ibn Əmrullah 

XINALIZADƏ, Təbəqatü’l-Hənəfiyyə, v. 22

a

, Hacı Mahmud Əfəndi Kitabxanası, Nr: 4662. Xınalızadə Əli Əfəndi şeyx 



Müslihəddin Musa Təbrizinin iki dəfə Dəməşqə getdiyini yazmışdır. Əli əfəndi əmçinin ‚əl-Bədiy‘‛ şərhinin alimin 

öz dəsti-xətti ilə yazılmış nüsxəsini gördüyünü qeyd etmişdir. Lakin Xınalızadə şeyx Müslihəddin Təbrizinin ölüm 

tarixini yanlışlıqla ‚h. 636-cı il‛ olaraq qeyd etmişdir. Bunun müəllifin deyil, əsərin üzünü köçürmüş müstənsixin yol 

verdiyi xəta olması da mümkündür. 



Sultan  II  Süleyman  (1687-1691)  tərəfindən  Osmanlı  imperatorluğu  şeyxülislamlığına 

təyin  edilmişdi.  Lakin  iki  həftə  sonra  bəzi  yüksək  rütbəli  hərbiçilərin  təzyiqi  ilə  başqa 

bir neçə mülki dövlət məmuru ilə birlikdə əvvəlcə istefaya sonra da Ərzuruma sürgünə 

göndərilmişdi. H. 1106-cı ilin cəmaziəlaxirində (yanvar 1695) sürgün müddəti bitmiş və 

İstanbula  qayıtmışdı.  Həmin  il  Osmanlı  taxtına  oturan  tələbəsi  II  Mustafa  (1695-1703) 

tərəfindən  ikinci  dəfə  Osmanlı  şeyxülislamlığına  təyin  olunmuşdu.  Xoşrəftar,  fəzilətli, 

yumuşaq xasiyyətli insan, hədis, təfsir və filologiya sahələrində tanınmış alim olmasına 

baxmayaraq şeyxülislam Feyzullah əfəndi tez-tez səlahiyyət sahəsindən kənara çıxaraq 

mülki və hərbi işlərə müdaxilə etmişdi. O, başda oğulları və yeznələri olmaqla, bir çox 

əqrəbasını  dövlət  vəzifələrinə  təyin  etdirmişdi.  Sultan  II  Mustafanı  öz  təsirində 

saxlamağı  bacaran  şeyxülislam  Feyzullah  əfəndi  sədriəzəmlər  (baş  vəzir)  Daldaban 

Mustafa  paşa  və  Rami  Mehmed  paşaya  daim  təzyiq  göstərmiş,  vəzifəyə  təyin  və 

vəzifədən azad edilmə kimi işlərə müdaxilə etmişdi. Şeyxülislam Feyzullah əfəndi ona 

qədər  və  ondan  sonra  heç  bir  şeyxülislamın  etmədiyi  bir  işi  də  etmişdi.  O,  sultan  II 

Mustafadan özündən sonra oğlu Fəthullah əfəndinin şeyxülislam olacağına dair fərman 

almışdı.  15  iyul  1703-cü  ildə  sədriəzəm  Rami  Mehmed  paşanın  təhriki  ilə  bir  qrup 

hərbiçi  gecikən  maaşlarının  ödənməsi  tələbi  ilə  İstanbuldakı  atmeydanında 

(hippodrom)  toplaşmışdılar.  Onlara  mülki  əhalidən  də  qoşulanların  sayı  tezliklə  bir 

neçə  mini  keçmişdi.  Üç  gün  sonra  atmeydanına  toplaşanların  sayı,  20  mini  əsgər 

olmaqla,  70  mini  keçmişdi.  İstanbulda  xaos,  özbaşnalıq,  qətl  və  qarət  hadisələri  baş 

vermişdi.  Bu  vaxt  sultan  II  Mustafa  Ədirnədə  idi.  Qiyamçılar  tələblərinin  sultana 

çatdırılması  üçün  Ədirnəyə  heyət  göndərmişdilər.  Ən  başlıca  tələbləri  Feyzullah 

əfəndinin istefaya göndərilməsi idi. Lakin şeyxülislam Feyzullah əfəndi heyət üzvlərini 

həbs  etdirmişdi.  Bu  qiyamçıların  daha  da  qəzəblənməsinə  səbəb  olmuşdu.  Bu  dəfə 

sultanın taxtdan uzaqlaşması tələbi ilə Ədirnəyə yürüş etmiş və şahzadə Əhmədin taxta 

oturmasını  tələb  etmişdilər.  Sultanın  13  rəbiüləvvəl  1115-ci  ildə  (27  iyul  1703) 

şeyxülislam  Feyzullah  əfəndini  istefaya  göndərməsi  də  onları  təskin  etməmişdi. 

Qiyamçıların  qarşısını  ala  bilməyən  II  Mustafa  22  avqust  1703-cü  ildə  hakimiyyəti 

qardaşı  III  Əhmədə  (1703-1730)  təhvil  verməyə  məcbur  olmuşdu.  3  sentyabr  1703-cü 


ildə qiyamçıların əlinə keçən şeyxülislam Feyzullah əfəndinin aqibəti qorxunc olmuşdu. 

Qiyamçı əsgərlər onu başını kəsərək öldürmüşdülər

1441

.  


Şeyxülislam Feyzullah əfəndi müxtəlif elm sahələrinə aid bir sıra əsərlərin müəllifidir. 

Bunlardan  ən  məşhuru  ‚Məcmuayi-Fətəva‛dır.  Bu  əsərdə  seyyid  Feyzullah  əfəndinin 

şeyxülislam  ikən  verdiyi  fətvalar  toplanmışdır.  Əsərin  türkcə  əlyazma  nüsxələri 

Türkiyə  Çorum  Həsən  paşa  İHK,  İzmir  Milli  kitabxanası,  Ankara  Diyanət  İşləri 

Başqanlığı  kitabxanası,  İstanbul  Bələdiyyəsi  kitabxanası,  Almaniya  Berlin  Milli 

kitabxanasında saxlanılır. Feyzullah əfəndinin türk dili və ədəbiyyatı sahəsində qələmə 

aldığı  ‚Şərhi-Qəsidəyi-Hacı  Bayram  vəli‛  adlı  əsərinin  iki  əlyazma  nüsxəsindən  biri 

Misirdə  Qahirə  Milli  kitabxanasında,  digəri  isə  İstanbul  Bələdiyyəsi  kitabxanasında 

saxlanılır.  Şeyxülislam  Feyzullah  əfəndinin  digər  bir  əsəri  qazi  Bəyzavinin  ‚Ənvarü’t-

Tənzil və Əsrarü’t-Tə’vil‛ adlı Qur’an təfsirinə yazdığı şərhdir. 

 

Nizaməddin Əbu Abdullah Muhəmməd ibn Əbdülkərim ibn Əli Təbrizi 

Dəməşqin  tanınmış  qarilərindən  və  Qur’an  hafizlərindən  idi.  H.  613-cü  ildə  (1216) 

Təbrizdə  anadan  olmuşdu.  Atası  ilə  birlikdə  ticarət  məqsədiylə  Hələbə  getmiş  və 

burada qalıb təhsil almışdı. Hələbdə İbn Rəvahə və İbn Şəddad kimi alimlərin tələbəsi 

olmuş,  onlardan  Qur’an  təcvidi  və  tilavətinin  incəliklərini  öyrənmişdi.  H.  635-ci  ildə 

(1238)  imam  Səxavi,  Əbü’l-Qasım  əs-Səfravi,  Əbu  Əmr,  Əfifəddin  ibnü’r-Rəmmah, 

Əbdüzzahir ibn Nəşvan kimi alimlərin yanında hədis külliyatlarını oxumuş və müxtəlif 

sahələrə  aid  bilikləri  öyrənmişdi.  Misirə  gedib  iki  il  İsgəndəriyyədə  yaşamışdı.  Sonra 

Suriyaya  qayıdıb  Dəməşqdə  məskunlaşmış  və  mütəvazi  həyat  sürmüşdü.  Burada 

Qur’ani-Kərimin  tilavəti  ilə  məşğul  olmuşdu.  Mübtəla  olduğu  xəstəlik  səbəbiylə  bir 

neçə ay Dəməşq xəstəxanasında yatmış və h. 704-cü ilin rəbiəlaxir ayında (noyabr 1304) 

vəfat  etmişdi.  Onun  oğlu  Şəmsəddin  Muhəmməd  ibn  Muhəmməd  Təbrizi  də  qari  idi. 

Atasından 6 il sonra h. 710-cu ildə (1310) vəfat etmişdi

1442


.  

                                                 

1441

  KOMİSYON,  Türk  ve  İslam  Ansiklopedisi,  C.  II,  s.  681-682,  Tercuman  Tarih  ve  Kültür  Yayınları  1979;  SÜREYYA, 



Sicil-i Osmani, C. II, s. 533. 

1442


  İBN  HƏCƏR,  Dürərü’l-Kaminə,  C.  II,  s.  339,  437;  ZƏHƏBİ,  Mə’rifəti’l-Qurrai’l-Kibar,  s.  123;  SƏFƏDİ,  Vafi  bi’l-

Vəfayat, C. III, s. 231. Səlahəddin Səfədi, Nizaməddin Muhəmməd Təbrizinin h. 706-cı ildə (1306) vəfat etdiyini qeyd 

etmişdir. 



 

Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin