Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Qazi Qütbəddin Əbü’l-Fəzail Muhəmməd ibn Ömər ibnü’l-Fəzl Təbrizi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə39/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   35   36   37   38   39   40   41   42   ...   50

Qazi Qütbəddin Əbü’l-Fəzail Muhəmməd ibn Ömər ibnü’l-Fəzl Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  H.  668-ci  ildə  (1270)  Təbrizdə  anadan  olmuşdu

1479


Əxəveyn  ləqəbi  ilə  tanınmışdı.  Təbrizdə  təhsil  almış,  Muhyəddin  Əbu  Muhəmməd 

Hüseyn Bəğəvinin (öl. 1122) ‚Şərhü’s-Sünnə‛ adlı çoxcildli hədis külliyatını dinləmişdi. 

Qütbəddin  Muhəmməd  Təbrizi  Bağdad  qaziliyinə  təyin  olunmuşdu.  O,  fiqhlə  yanaşı 

təfsir,  üsul,  məntiq,  ərəb  dili  və  xitabət  kimi  elm  sahələrində  dövrün  tanınmış 

mütəxəssislərindən  idi.  O,  həm  də  mahir  xəttat  idi,  gözəl  xəttlə  yazı  yazırdı.  Bağdad 

Müstənsiriyyə  mədrəsəsinin  müdərrisi  olmuş,  bundan  başqa  Bağdaddakı  bir  neçə 

mədrəsədə  də  dərs  vermişdi.  O,  gözəl  əxlaqlı,  yumuşaq  xasiyyətli  və  təvazökar  insan 

idi.  Qütbəddin  Təbrizi  həm  də  xeyriyyəçi  idi.  Yoxsulları  daim  himayə  edir,  onlara 

maddi  yardım  göstərirdi.  Alim  h.  736-cı  ilin  məhərrəm  ayında  (sentyabr  1335) 

Bağdadda vəfat etmiş və evinin yaxınlığındakı türbədə dəfn edilmişdi

1480


.  

 

Burhanəddin Übeydullah ibn Yusif Təbrizi 

Qahirəyə gəlmiş və bu şəhərdə məskunlaşmışdı. Şəmsəddin Səxavi, Übeydullah Təbrizi 

haqqında  yazarkən  ‚şeyximizdən  dərs  almışdır‛  deyə  qeyd  etmişdir

1481

.  Şəmsəddin 



Səxavinin  ən  çox  ehtiram  bəslədiyi  və  rəğbət  göstərdiyi  müəllimi  İbn  Həcər  Əsqəlani 

(1449)  olmuşdur

1482

.  Ehtimal  ki,  Burhanəddin  Übeydullah  Təbrizi  İbn  Həcər 



Əsqəlaninin  tələbəsi  olmuşdur.  Yenə  Səxavi  onun  haqqında  yazarkən  belə  deyir: 

                                                 

1477

  SƏFƏDİ,  Vafi  bi’l-Vəfayat,  C.  XXIV,  s.  105-106;  İBN  ŞAKİR,  Fəvatü’l-Vəfayat,  C.  I,  s.328-329;  İBN  TAĞRIBİRDİ, 



Nücumu’z-Zahirə, C. III, s. 288; Mənhəlü’s-Safi, C. II, s. 138; MƏQRİZİ, Kitabu’s-Süluk, C. II, s. 40. 

1478


 ZİRİKLİ, Ə’lam, C. IV, s. 64. 

1479


  Məhəmməd  Əli  Tərbiyət,  İbn  Həcər  Əsqəlaninin  əsərinə  istinad  edərək  onun  h.  680-ci  ildə  (1281)  anadan 

olduğunu qeyd edir. Bax: Danişməndani-Azərbaycan, s. 139. Halbuki həmin əsərdə Qütbəddin Muhəmməd Təbrizinin 

h. 668-ci ildə (1270) anadan olduğu qeyd edilmişdir.  

1480


  İBN  HƏCƏR,  Dürərü’l-Kaminə,  C.  II,  s.  390;  İBN  KƏSİR,  Bidayə  və’n-Nihayə,  C.  XIV,  s.  281;  İBNü’l-İMAD, 

Şəzəratü’z-Zəhəb, C. VI, s. 645; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. IV, s. 682-683. Səlahəddin Səfədi qazi Qütbəddin Təbrizinin 

h. 730-cu (1330) ildə vəfat etdiyini qeyd etmişdir.  

1481

 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 494. 



1482

 ŞEŞEN, həmin əsər, s. 223-224. 



‚şeyximiz  onu  (yəni  Burhanəddin  Übeydullahı)  tövsif  edərkən  ‚imam,  əllamə, 

tədiqiqatçıların  yeganəsi,  Burhanəddin  ibn  imam  İzzəddin‛  demişdi‛

1483

.  Bizim 



fikrimizcə Burhanəddin Übeydullah şeyx İzzəddin Yusif əs-Sarayi Təbrizinin (öl. 1402) 

oğlu idi. Çünki həmin dövrdə ‚imam İzzəddin Təbrizi‛ adlı başqa bir alimə rast gəlmək 

mümkün  olmamışdır.  Burhanəddin  Übeydullah  Təbrizinin  ölüm  tarixi  məlum  deyil. 

XV əsrdə yaşamışdır.  

 

Mövlana Şəmsəddin Muhəmməd ibn Əhməd ibn Hacı Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  qari  idi.  Təbrizdə  dünyaya  gəlmiş  və  təvəllüdü  h. 

755-ci  ildən  (1354)  əvvələ  təsadüf  edir.  Dəməşqdə  yaşamış  və  bu  şəhərdə  İbn  Əzibə 

ləqəbi  ilə  tanınmışdı.  Mövlana  Şəmsəddin  Təbrizi  tacir  idi  və  ticarət  məqsədiylə  İran, 

Anadolu,  Hindistan,  Yəmən  və  Hicaza  səfərlər  etmişdi.  Getdiyi  ölkələrdəki  məşhur 

alimlərdən ərəb filologiyası, qiraət, fiqh və hədis elmlərinə dair dərslər almışdı. Misirdə 

Cəmaləddin  Əbu  Muhəmməd  Əbdürrəhim  ibn  Həsən  Əsnəvi  (öl.  1370),  Hələbdə 

Şihabəddin Əbü’l-Abbas Əhməd ibn Həmdan əl-Əzrai (öl. 1381), Dəməşqdə İmadəddin 

İsmayıl ibn Ömər İbn Kəsir (öl. 1373) və Təqiyəddin Muhəmməd ibn Rafi’ (öl. 1372) ilə 

görüşmüşdü. O, zəngin şəxsi kitabxanaya malik idi. H. 795-ci ildə (1393) Qüds şəhərinə 

getmişdi. İki il burada qaldıqdan sonra Məkkəyə getmişdi. Mövlana Şəmsəddin Təbrizi 

mömin,  çox  ibadət  və  zikr  edən,  fəzilətli  və  saleh  insan  idi.  Elmi  və  elm  əhlini  sevər, 

alimlərə ehtiram göstərərdi. O, ərəb dili, qiraət və təfsir dərsləri vermişdi. H. 835-ci ilin 

məhərrəm  ayında  (sentyabr  1431)  Məkkədə  uzun  sürən  xəstəlikdən  sonra  vəfat 

etmişdi

1484


. 

 

Şeyx Ümdətəddin Əbu Mənsur Muhəmməd ibn Əsəd ibn Muhəmməd ibn Cə’fər ət-



Tusi Təbrizi 

Mühəddis  idi.  H.  486-cı  ildə  (1093)  Xorasanın  Tus  şəhərində  anadan  olmuşdu.  Tusda 

Əbu  Hamid  Qəzzalinin  tələbəsi  olmuş,  ondan  şafi’i  fiqhini  öyrənmişdi.  Daha  sonra 

Mərvə getmiş, Muhəmməd ibn Mənsur əs-Səm’aninin tələbəsi olmuşdu. Mərvərrudda 

                                                 

1483


 SƏXAVİ, həmin əsər, C. II, s. 494. 

1484


 SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 328. 

Hüseyn  ibn  Məs’ud  Bəğəvi,  Əbdülqəffar  əş-Şirazi,  Hüseyn  ibn  Məs’ud  əl-Fərradan 

hədis dərsləri almışdı. H. 551-ci ildə (1156) Bağdada gəlmiş və bu şəhərdə hədis dərsləri 

vermişdi.  Daha  sonra  Təbrizə  getmiş,  Təbriz  mədrəsələrində  hədis  dərsləri  vermiş,  h. 

573-cü  ilin  rəcəb  ayında  (yanvar  1178)  bu  şəhərdə  vəfat  etmişdir.  Əbu  Əhməd 

Əbdülvəhhab  ibn  Səkinə  onun  tələbələri  arasından  yetişmiş  mühəddislərdəndir. 

‚Şərhü’s-Sünnə‛  və  ‚Məalimü’t-Tənzil‛  şeyx  Ümdətəddin  Təbrizinin  qələmindən 

çıxmış məşhur əsərlərdir

1485


.  

 

Seyyidü’ş-şərif  Şəmsəddin  Muhəmməd  ibn  Muhəmməd  ibn  Abdullah  ibn 



Muhəmməd əş-Şafi’i Təbrizi 

Şafi’i məzhəbinə mənsub fəqih idi. O, ata və ana tərəfindən imam Hüseyn (ا) və imam 

Həsənin  (ا)  nəslindən  idi.  Öz  dövrünün  tanınmış  alimlərindən  biri  olan  seyyid 

Şəmsəddin  Muhəmməd  Təbrizi  h.  881-ci  ildə  (1476)  65  yaşında  Məkkədə  vəfat 

etmişdi

1486


 

Fəxrəddin  Əbü’l-Məali  Muhəmməd  ibn  Muhəmməd  ibn  Muhəmməd  ibn  Yusif  əl-



Əxlati Təbrizi 

Qari,  xəttat  və  katib  idi.  Təbrizdə  məskunlaşmış,  bu  şəhərdə  yaşamışdı.  İbnü’l-Fuvati 

onunla  h.  664-cü  ildə  (1266)  Təbrizdə  görüşdüyünü  qeyd  etmişdir.  Onun  Təbrizin 

Meydan  məhəlləsində  sahib  Şəmsəddin  ibn  Muhəmməd  ibn  Muhəmməd 

Cüveyninin

1487


  tikdirdiyi  Darü’z-Ziyafə  ilə  üzbəüz  məscidin  bitişiyində  tələbələrinə 

Qur’ani-Kərim  qiraət  və  təcvidini  öyrətdiyi  məktəbi  var  idi.  İbnü’l-Fuvati  Fəxrəddin 

Əbü’l-Məali  Əxlatinin  xoşsima  və  mülayim  insan  olduğunu,  onun  məktəbində  son 

Abbasi  xəlifəsi  Müstə’sim  Billahın  (1242-1258)  nəvələrini  gördüyünü  qeyd  etmişdir. 

                                                 

1485


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 897. 

1486


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 875.    

1487


  Şəmsəddin  Muhəmməd  ibn  Muhəmməd  Cüveyni  (öl.  1284)  Elxani  hökmdarlarından  ilk  üçünün  Hülagü  xan 

(1258-1265),  Əhməd  xan  Təküdar  (1262-1282)  və  Abaqa  xanın  (1282-1284)  sahibi-divanı,  baş  vəziri  olmuşdu.  O, 

məşhur tarixçi, ‚Tarixi-Cahanquşa‛nın müəllifi, Əlaəddin Əta-Məlik Cüveyninin (öl. 1283) qardaşı idi. Bax:  İstoriya 

İrana s Drevneyşix Vremyon do Kontsa XVIII veka, s. 366.  


Müəllif  həmçinin  Fəxrəddin  Əxlatinin  şeyx  Əbu  İshaq  ibn  Şəhriyar  əl-Kazeruninin

1488


 

təriqətinə mənsub olduğunu qeyd etmişdir

1489

.  


 

Şeyx Əminəddin Əbu’l-Xeyr Müzəffər ibn Əbu Muhəmməd ibn İsmayıl ibn Əli əl-

Varani Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  H.  558-ci  ildə  (1163)  anadan  olmuşdu.  Mosulda 

Əbü’l-Müzəffər  Muhəmmədin  tələbəsi  olmuşdu.  Daha  sonra  Bağdadda  Nizamiyyə 

mədrəsəsində  təhsil  almış,  Əbü’l-Qasım  ibn  Fəzlandan  fiqh  elmini  öyrənmişdi.  Əbu 

Əhməd  ibn  Səkinə  və  Əbü’l-Fərəc  ibn  Kuleybdən  hədis  dinləmişdi.  Daha  sonra  həcc 

ziyarətinə  getmiş,  həccdən  sonra  Misirə  getmişdi.  Misirdə  Nasiriyyə  və  Səlahiyyə 

mədrəsələrində  dərs  vermişdi.  Əminəddin  Müzəffər  Təbrizi  fiqh  və  fiqh  üsulu 

sahələrində  dərinləşmiş  abid  və  zahid  insan  idi.  Qahirədə  Şərifiyyə  məscidinin 

yaxınlığında  yaşayırdı.  Burada  fətva  mərcii  idi.  Tez-tez  elmi  diskussiyalarda  iştirak 

edirdi.  Çox  mütaliə  edir  və  risalələr  qələmə  alırdı.  O,  fiqh  və  ərəb  dilinin 

qrammatikasına  dair  üç  cildlik  ‚Səmtu’l-Fəvaid‛  adlı  bir  əsər  qələmə  almışdı.  ‚əl-

Məhsul‛


1490

  adlı  əsəri  ixtisar  və  icmal  etmişdi.  Onun  bu  əsəri  ‚əl-Müxtəsər‛  adı  ilə 

məşhur  olmuş  və  mədrəsələrdə  dərslik  kimi  istifadə  olunmuşdu.  Əbu  Hamid 

Qəzzalinin ‚əl-Vəciz‛ adlı əsərinə giriş yazmışdı. ‚Simkü’l-Fəraiz‛ və  ‚Sibtü’l-Məsail‛ 

adlı  əsərlər  də  Əminəddin  Təbrizinin  qələmindən  çıxmış  əsərlərdir.  Onun  tələbələri 

arasından hafiz Zəkiəddin əl-Mənzəri kimi tanınmış alimlər yetişmişdi. Ölümündən bir 

müddət  əvvəl  İraqa,  daha  sonra  İrana  getmiş  və  h.  621-ci  ilin  zilhiccə  ayında  (1224) 

Şiraz şəhərində vəfat etmişdi

1491

.    


                                                 

1488


  Şeyx  Əbu  İshaq  ibn  Şəhriyar  Kazeruni  (öl.  1034)  Şiraz  yaxınlığındakı  Kazerun  qəsəbəsində  dünyaya  gəlmişdi. 

Babası  məcusi  olsa  da  atası  İslamı  qəbul  etmişdi.  Mənbələrdə  qeyd  edildiyinə  görə  şeyx  Əbü’l-İshaq  Kazeruni 

minlərlə  məcusinin  İslamı  qəbul  etməsinə  səbəb  olmuşdu.  Onun  ətrafında  böyük  bir  mürid  kütləsi  toplanmışdı. 

Ölümündən sonra müridlərinin səyi ilə onun adı ilə, Kazeruniyyə adlanan təriqət qurulmuşdu. Bu təriqət həmçinin 

İshaqiyyə və Mürşidiyyə adı ilə də tanınmışdı. Kazeruniyyə təriqəti XII-XVI əsrlərdə İran, Azərbaycan və Anadoluda 

ən  çox  mənsubu  olan  təriqətlərdən  biri  idi.  Şeyx  Əbu  İshaq  Kazeruni  və  Kazeruniyyə  təriqəti  haqqanda  ətraflı 

məlumat  üçün  bax:  CAMİ,  Nəfəhatü’l-Üns,  s.  297;  Kadir  ÖZKÖSE,  ‚Anadolu’nun  Türkleşmesi  ve  İslamlaşmasında 

Tasavvuf Zümre ve Akımlarının Rolü‛, CÜİFD, C. VII/1, Sivas 2003, s. 249-279. 

1489

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 371. 



1490

 əl-Məhsul-Fəxrəddin Razinin kəlam elminə dair əsəridir.  

1491

 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s. 206; İBN QAZİ ŞUHBƏ,  Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 81; ƏSNƏVİ, 



Təbəqatu’ş-Şafi’iyyə,  C.  II,  s.  151-152;  İBNü’s-SABUNİ,  Təkmilətü’l-İkmal,  s.  53;  SÜYUTİ,  Hüsnü’l-Mühazirə,  s.  218; 

KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 35, 67, 794; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 893.        



 

Şeyx Fəxrəddin Əbu Cə’fər Ömər ibn Əhməd ibn Ömər Təbrizi  

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Onun  atası  şeyxü’l-arif  Nəcməddin 

Təbrizi  də  yaşadığı  dövrün  tanınmış  fiqh,  hədis  və  təfsir  alimlərindən  idi.  Fəxrəddin 

Ömər  Təbrizi  atası  Nəcməddin  Təbrizi,  imam  Zəhirəddin  Ramazan  ibn  Muhəmməd 

Təbrizi,  Ümdətəddin  Muhəmməd  ibn  Əsəd  əl-Əttari  kimi  alimlərdən  dərs  almışdı.  O, 

bu  alimlərin  yanında  imam  Muhyəddin  Hüseyn  Bəğəvinin  (öl.  1122)  ‚Şərhü’s-Sünnə‛ 

adlı  çoxcildli  hədis  külliyatını,  imam  Məcdəddin  Əbü’s-Səadə  ibnü’l-Əsir  əl-Cəzəri 

Məvsilinin ‚Cəmiü’l-Üsul‛ adlı hədis külliyatını, şeyx Şihabəddin Ömər Sührəvərdinin 

‚Əvarifü’l-Məarif‛  adlı  əsərini,  həmçinin  bu  alimlərin  özlərinin  müəllifi  olduqları 

əsərləri  oxuyub  öyrənmişdi.  İbnü’l-Fuvati,  Fəxrəddin  Ömər  Təbrizi  ilə  Təbrizin  cümə 

camesində  görüşdüyünü,  həmçinin  onun  atası  şeyxü’l-arif  Nəcməddin  Təbrizini  də 

gördüyünü  qeyd  etmişdir

1492

.  Əfsus  ki,  müəllif  onlarla  neçənci  ildə  görüşdüyünü  və 



vəfat  tarixlərini  qeyd  etməmişdir.  Lakin  İbnü’l-Fuvatinin  1260-cı  illərdən  1280-ci  ilə 

qədər,  daha  sonra  1304,  1310-1311,  1316-1318-ci  illərdə  Azərbaycanda  olduğunu

1493

 

nəzərə alaraq bu görüşün də həmin bu illərdə baş verdiyini təxmin etmək olar.  



 

Əbü’s-Səfa Xəlil ibn Əhməd ibn Xəlil Təbrizi 

Təsəvvüf  əhlinə  mənsub  mühəddis  idi.  Əbü’s-Səfa  Xəlil  Təbrizinin  təvəllüdü  h.  560-cı 

illərə  (1165-1175)  təsadüf  edir.  Təhsil  almaq  məqsədiylə  Dəməşqə  getmiş  və  burada 

Əbu  Həfs  ibn  Təbərzəddən  hədis  dərsləri  almışdı.  Təhsili  başa  vurduqdan  sonra 

Dəməşqdə qalmış və tədrislə məşğul olmuşdu. Əbü’s-Səfa Xəlil Təbrizi h. 27 şəvval 655-

ci  ildə  (6  noyabr  1257)  Dəməşqdə  vəfat  etmiş  və  buradakı  Sufiyyə  qəbristanında  dəfn 

edilmişdi

1494


.  

 

Qazi Əbü’l-Hüseyn Budeyl ibn Əli Təbrizi 

                                                 

1492


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 266. 

1493


 ŞEŞEN, həmin əsər, s. 237. 

1494


 İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 25. 

Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Təhsil almaq üçün Bağdad getmiş və 

burada  şeyxülislam  Əbu  İshaq  İbrahim  Şirazidən  fiqh,  fiqh  üsulu  və  xilaf  (müqayisəli 

hüquq) elmlərini öyrənmişdi. O, həmçinin ərəb ədəbiyyatı üzrə mütəxəssis idi. Təhsilini 

başa  vurduqdan  sonra  Təbrizə  qayıtmış,  burada  tədrislə  məşğul  olmuşdu.  Təbriz 

yaxınlığındakı  vilayətlərdən  birinin  qaziliyinə  də  təyin  olunmuşdu

1495


.  Ölüm  tarixi 

məlum  deyil.  Şeyxülislam  Əbu  İshaq  Şirazinin  tələbəsi  olduğuna  görə  onun  XI-XII 

əsrlərdə yaşadığını təxmin etmək olar.  

 

Şeyx Kəmaləddin Təbrizi 

İbnü’l-İmad  öz  əsərində  onun  tədqiqatçı  alim  və  saleh  insan  kimi  tövsif  etmiş, 

Dəməşqdə yaşadığını və təsəvvüf əhlindən olduğunu qeyd etmişdi. O, geyiminə xüsusi 

diqqət  yetirir,  daim  təmiz  və  gözəl  geyinirdi.  Şeyx  Kəmaləddin  Təbrizi  h.  957-ci  ilin 

rəbiəlaxir ayında (1550) Dəməşqdə vəfat etmişdi

1496



 



Şeyx Tacəddin Əbdürrəhman ibn Muhəmməd Təbrizi 

Şafi’i məzhəbinə mənsub fəqih və vaiz idi. H. 661-ci ildə (1263) anadan olmuşdu. Təbriz 

şəhərinin şeyxi  idi və  Əfzəli ləqəbi  ilə tanınırdı. O, abid, zahid,  saleh əməlli, mübarək 

insan  idi.  Səlahəddin  Səfədi  şeyx  Tacəddin  Əbdürrəhman  Təbrizinin  sələfi-salehinin 

etiqadına  sıx  bağlı  olduğunu  qeyd  etmişdi

1497


.  Şeyx  Tacəddin  Təbrizi  Elxanilərin  baş 

vəziri  Rəşidəddinin

1498

  üsuli-idarəsini  daim  tənqid  edir,  onun  əleyhinə  çıxışlar  edirdi. 



Vəzir Rəşidəddin müxtəlif yollarla şeyx Tacəddin Əbdürrəhman Təbrizini ələ almaq və 

öz tərəfinə çəkmək istəmişdi. Lakin şeyx Tacəddin Təbrizi gözütox insan olduğu üçün 

                                                 

1495


 SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. X, s. 63.  

1496


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 181. 

1497


 SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. III, s. 37. 

1498


 Rəşidəddin Fəzlullah ibn Əbü’l-Xeyr Əli Həmədani (1247—1318) Elxani hökmdarlarından Qazan xan və Olcaytu 

xanın baş vəziri olmuşdur. Mənşəcə yəhudi idi, sonradan İslamı qəbul etmişdi. O, Qazan xanın məşhur islahatlarının 

ideya müəllifi idi. Vəzir Rəşidəddin Fəzlullah həm də həkim və varlı tacir idi. Onun İran, İraq və Azərbaycanın bir 

çox  şəhərlərində,  hətta  o  vaxt  hələ  Bizansın  paytaxtı  olan  İstanbulda,  ticarət  müəssisələri  var  idi.  Rəşidəddin 

Fəzlullahdan sadəcə nəqd pul olaraq qalan mirasın məbləği 37. 500. 000 dinar (1 dinar=4,25 gr qızıl) idi. Rəşidəddin 

Fəzlullah  daim  korrupsiyada,  xalqın  və  dövlətin  əmlakını  talamaqla  suçlanmışdı.  Nəhayət,  başda  Tacəddin  Şərəf 

Əlişah Təbrizi olmaqla, rəqibləri onu Olcaytu xanı müalicə bəhanəsi ilə (Rəşidəddin Fəzlullahın əsl ixtisası həkimlik 

idi)  zəhərləyərək  öldürməkdə  ittiham  edib  1318-ci  ildə  qılıncla  (şaquli)  iki  yerə  bölünərək  edam  edilməsinə  və 

əmlakının müsadirə edilməsinə nail olmuşdular. Ətraflı məlumat üçün bax: ONULLAHİ, XIII-XVII Əsrlərdə Təbriz 

Şəhəri, s. 58; İstoriya İrana s Drevneyşix Vremyon do Kontsa XVIII veka, s. 207 



vəzirin  bütün  cəhdləri  boşa  çıxmışdı.  Ümumiyyətlə  şeyx  Tacəddin  Təbrizi  heç  bir 

səlahiyyət sahibinə meyl etməmiş və heç kimdən heç bir iltimas qəbul etməmişdi. Vəzir 

Rəşidəddin  xidmət  etdiyi  moğolların  qəzəbinə  gələrək  edam  ediləndən  sonra  şeyx 

Tacəddin 

Əbdürrəhman 

Təbrizi 


‚onun 

öldürülməsi 

100 

min 


səlibçinin 

öldürülməsindən  daha  xeyirli  olmuşdur‛  demişdi.  Şeyx  Tacəddin  Əbdürrəhman 

Təbrizi  atası  imam  Əfzələddin  Əbu  Hamid  Muhəmməd  Təbrizi  və  öz  oğulları  ilə 

birlikdə  həcc  ziyarətinə  getmişdi.  Həcc  ziyarətinə  gedərkən  bir  müddət  Dəməşqdə 

qalmış, ehtimal ki, buradakı alimlərlə görüşmüşdü. Alim h. 719-cu ilin səfər ayının ilk 

ongünlüyündə  (24  mart-2  aprel  1319)  həcc  ziyarətindən  qayıdarkən  Bağdadda,  58 

yaşında ikən vəfat etmiş və Şunuziyyə qəbristanında dəfn edilmişdi

1499


.  

 

Xacə Şeyxi ibn Muhəmməd ibn Əli Təbrizi 

Tarixçi idi. Məkkədə yaşamış və İbn Fəhddən tarix dərsləri almışdı. H. 865-ci ildə (1461) 

Məkkədə vəfat etmişdi

1500

.  


 

Vaiz Fəxrəddin Əbü’l-Fəzl İsmayıl ibnü’l-Müsənna Təbrizi 

Şafi’i  məzhəbinə  mənsub  vaiz,  tarixçi  və  fəqih  idi.  Fəzilət  və  alicənablağı  ilə  tanınmış 

vaiz  Fəxrəddin  Təbrizi  gözəl  nitq  və  xitabət  qabilyətinə  malik  idi.  Şafi’i  məzhəbinin 

tanınmış  alimlərindən  imam  Sədrəddin  Əbu  Bəkr  Muhəmməd  ibn  Əldülləfit  Xocəndi 

(öl. 1154) h. 543-cü ildə (1148) Təbrizə gəldiyi vaxt onunla görüşmüş, onu tərifləmiş və 

təqdir  etmişdi.  Ona  olan  heyranlığını  imam  Sədrəddin  Əbu  Bəkr  Xocəndi  aşağıdakı 

beytlə dilə gətirmişdi: 

Salət əni’l-mubərriz fi’l-məani 

٢ٗاؼُٔا ٢ك و ّهثُٔا ٖػ دُأٌ 

                  Bi Təbriz fəqalu ibnü’l-Musənnə             ٠َّ٘صُٔا ٖتا اُٞاوك ى٣هثرت 

                  Fəqalət fəhl ləhu san iləyh 

 

    ٚ٤ِ٣ ٕاش ُٚ َٜك دُاوك 



                  Fəqal huvə’l-vəhid fələyisənnə 

             ٠ّ٘ص٣لاك ك٤ؼُٞا ٞٛ ٍاوك 

                                                 

1499


 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 170; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. III, s. 37; İBN HƏCƏR, Dürərü’l-Kaminə

C. II, s. 3-4; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 606. 

1500

 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s.176. 



‚Təbrizin  əsl,  bariz  şəxsiyyətini  soruşdum,  İbnü’l-Müsənna  dedilər,  onun  sanında 

başqası  varmı  dedim?  Yoxdur,  o  yeganədir  dedilər‛.  Fəxrəddin  İsmayıl  Təbrizi 

həmçinin  ‚Tarixi-Azərbaycan‛

1501


  adlı  bir  əsərin  də  müəllifi  idi.  Alim  h.  580-ci  ildə 

(1184) vəfat etmişdi

1502



 



Şeyx Ziyaəddin Ziya ibn İmadəddin Təbrizi 

Mühəddis idi. O, hədis elmindəki dərin biliyi ilə yanaşı fəzilətli, saleh və mömin insan 

kimi  tanınmışdı.  Onun  dərslərinə  çox  sayıda  tələbə  toplanırdı.  Kəlam  və  fəlsəfə  ilə 

məşğul  olanların  onun  belə  izdihamlı  tələbə  qruplarına  dərs  verməsindən  xoşları 

gəlmirdi.  Buna  görə  də  Ziyaəddin  Təbrizi  ilə  fəlsəfəçilər  arasında  münafirət  var  idi. 

Alim h. 801-ci ildə (1399) vəfat etmişdi

1503

.  


 

Fələkəddin Əbü’l-Məali Abdullah ibn Əli ibn Muhəmməd Təbrizi  

Fələkəddin  Əbü’l-Məali  yaşadığı  dövrdə  Azərbaycanın  görkəmli  mütəfəkkiri, 

filologiya,  kəlam  və  məntiq  sahəsində  tanınmış  mütəxəssisi  olmaqla  yanaşı  həm  də 

Təbriz şəhərinin idarəçiliyində mühüm rol oynamışdır. İbnü’l-Fuvati Fələkəddin Əbü’l-

Məali  Təbrizini  ‚katib,  hikmət  və  fəzilət  sahibi  insan‛  kimi  sözlərlə  tövsif  etmişdir. 

Fələkəddin  Əbü’l-Məali  gözəl  əxlaqlı,  bacarıqlı  alim  idi.  O,  bir  sıra  risalələrin  müəllifi 

idi.  O,  həmçinin  Elxanilərin  vəziri  Rəşidəddin  Fəzlullahın  (öl.  1318)  ‚Təvzihatü’r-

Rəşidiyyə‛  adlı  əsərinə  geniş  və  gözəl  bir  şərh  yazmışdı

1504

.  İbnü’l-Fuvati  (öl.  1323) 



Fələkəddin  Əbü’l-Məalini  Təbrizdə  gördüyünü  yazmışdır.  Lakin  onun  ölüm  tarixi 

barədə  hər  hansı  bir  məlumat  verməmişdir.  Fələkəddin  Əbü’l-Məali  Təbrizi 

                                                 

1501


  Şübhəsiz  bu  əsər  həm  Azərbaycan  Atabəyləri,  həm  də  ümumiyyətlə  Azərbaycan  tarixi  haqqında  çox  qiymətli 

əsərdir. Fəqət məhrum akademik Z. Bünyadovun da qeyd etdiyi kimi bu əsər dövrümüzə qədər gəlib çatmamışdır. 

Yaxud da əlyazması hələ ki, tapılmamışdır.  

1502


  İBNü’l-FUVATİ,  Məcməü’l-Adab  ,  C.  IV/3,  s.  117-118.  Mərhum  akademik  Ziya  Bünyadov,  Fəxrəddin  Əbü’l-Fəzl 

İsmayıl  ibn  Müsənna  Təbrizi  haqqında  məlumat  verərkən  yazmışdır:  ‚Görkəmli  şəxsiyyətlərin  kartotekasını  tərtib 

edən  İbnü’l-Fuvati  yazır:  ‚Mən  Təbrizdə  tam  mənasında  görkəmli  şəxsiyyətlər  barəsində  soruşanda  mənə  İbnü’l-

Müsənnanın adını çəkdilər......... ‛ (bax:  Azərbaycan Atabəyləri Dövləti, s. 230). Yəni yuxarıda qeyd etdiyimiz şe’rdəki 

mənanın İbnü’l-Fuvati tərəfindən ifadə edildiyini bildirmişdir. 1244-1323-cü illərdə yaşamış İbnü’l-Fuvatinin 1184-cü 

ildə ölmüş Fəxrəddin Əbü’l-Fəzl Təbrizinin müasiri olması mümkün deyil. Mətndən də görüldüyü kimi Fəxrəddin 

Əbü’l-Fəzl Təbrizi haqqında soruşub bu məlumatı alan İbnü’l-Fuvati deyil 1148-ci ildə Təbrizə səyahət etmiş imam 

Sədrəddin Əbu Bəkr Xocəndi (öl. 1154) olmuşdur.  

1503

 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 187. 



1504

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 502-503. 



filologiyaya  dair  ‚Hadiyyət  ilə  Həlli’l-Kafiyyə‛  və  ‚Zəvabitü’l-Kafiyyə‛  adlı  əsərlərin 

müəllifi idi

1505

. Alimin XIII-XIV əsrlərdə yaşadığını təxmin etmək olar.  



 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin