Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Mövlana şeyx Yusif Müsküri Şirvani



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə32/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

Mövlana şeyx Yusif Müsküri Şirvani 

Onun ulu babaları h. VII (XIII) əsrdə Mədinədən Qarabağa, oradan da Qubanın Müskür 

nahiyəsinə  gəlmişdilər.  Şeyx  Yusif  Müsküri  hicri  VIII  (XVI)  əsrin  ortalarında  burada 

dünyaya  gəlmişdi.  Xəlvəti  təriqətinə  mənsub  olan  mövlana  Yusif  Müsküri  seyyid 

Yəhya Bakuvinin müridi olmuş, irşad xirqəsini ondan almışdı. O, məmləkəti Müskürə 

qayıdaraq burada irşad və mənəvi tərbiyə ilə məşğul olmuşdu. Ehtimal ki, o, burada öz 

şeyxinin  xəlifəsi  olmuşdu.  Onun  nəslindən  olanlar  sultanlar  və  əmirlər  tərəfindən 

ehtiramla  qarşılanırdılar.  Mövlana  Yusif  Müskürinin  məzarı  və  onun  yurdu  sonralar 

Şeyxlər (indi Xaçmazın Şıxlar kəndi) adı ilə məşhur olmuşdu. Mövlana Yusif Müsküri 

‚Bəyanü’l-Əsrar‛  adlı  ərəbcə  qələmə  alınmış,  müqəddimə  və  24  fəsildən  ibarət  olan, 

əşyanın maddi və mənəvi xüsusiyyətlərinə, təsəvvüf əhlinin adət və ədəb qaydalarına 

aid  əsərin  müəllifi  idi.  Mövlana  Yusif  Müskürinin  ölüm  tarixi  XIV  əsrin  sonlarına 

təsadüf edir

1236


.  

 

Seyyidü’ş-Şərif Vəli ibn Hüseyn əl-Əcəmi Şirvani 

Şafi’i məzhənə mənsub mühəddis və astronom idi. İmam Həsənin (ا) nəslindən idi. H. 

928-ci  ildə  (1522)  həcc  ziyarətinə  getmiş  və  qayıdarkən  Suriyanın  Dəməşq  və  Hələb 

şəhərlərində  olmuşdu.  Bu  şəhərlərdəki  alimlərdən  dərs  almışdı.  Hələbdə  Burhan  əl-

İmadinin


1237

 

yanında 



‚Səhihi-Buxari‛ni

1238


 

oxumuşdu. 

Hələb 

və 


Dəməşqdə 

astronomiyaya  dair  dərslər  vermişdi.  Məşhur  alim  Raziəddin  Muhəmməd  ibnü’l-

                                                 

1235


  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb,  C.  VII,  s.  864;  TAŞKÖPRÜZADƏ,  Şəqaiqü’n-Numaniyyə,  s.  164-165;  Mehmet 

RIHTIM, Seyid Yəhya Bakuvi və Xəlvətilik, s. 18-22, Bakı 2005, Ahmed Hilmi HOCAZADE, Seyyid Yahya eş-Şirvani, s. 4-

5, İstanbul 1319; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, s. 783.  

1236


  BAKIXANOV,  Gülüstani-İrəm,  s.  205;  ŞƏRİFOV,  Əbdülqadir  Əfəndi...,  s.  77-78.  Prof.  Kamandar  Şərifov  mövlana 

Yusif Şirvaninin ‚Silsilətü’l-Üyun‛ adlı bir əsəri haqqında da məlumat vermişdir.  

1237

 Burhan İbrahim ibn Həsən əl-İmadi Hələbi (öl. 1547) mühəddis idi. 



1238

  İmam  Muhəmməd  ibn  İsmayıl  Buxarinin  (810-869)  ‚Cəmi’u’s-Səhih‛  adlı  hədis  külliyatı  .  İslam  dünyasında 

mötəbər 6 hədis kitabından (Kutubi-Sittə) biridir.  


Hənbəli  (öl.  1563)  onun  tələbəsi  olmuş  və  onun  yanında  ‚Mətni-Çəğmini‛ni

1239


 

oxumuşdu. Vəli Şirvani daha sonra Şirvana qayıtmış və burada hədis dərsləri vermişdi. 

O, Sədri-Şirvan ləqəbi ilə tanınmış mövlalə Şəmsəddin Bərdəinin qələmə aldığı bir əsərə 

haşiyə  yazaraq  buradakı  hədislərin  isnadını  müəyyənləşdirmişdi.  Alim  h.  956-cı  ildə 

(1549) vəfat etmişdi

1240


.  

 

Şeyx Kəmaləddin Muhəmməd ibn şeyx Qiyasəddin Əhməd əş-Şamaxi Şirvani 

Xəlvəti  təriqətinə  mənsub  şeyx  və  hənəfi  məzhəbinə  mənsub  fəqih  idi.  Şamaxı 

şəhərində anadan olmuşdu. O, seyyid Yəhya Bakuvinin tələbəsi və müridlərindən biri 

idi.  Səfəvilərin  təzyiq  və  təqibi  səbəbiylə  Şirvanı  tərk  edib  Misirə  getmiş  və  Qahirədə 

yaşamışdı.  Qahirədə  məskunlaşandan  sonra  şeyxlik  və  mürşidlik  iddiasında  olmadan 

mütəvazi  həyat  sürmüşdü.  Qahirədə  əl-Xəlil  karvansarayının  yaxınlığında  yaşayırdı. 

Tələbələrinə  elm  öyrətməklə  yanaşı  buradakı  emalatxanasında  müxtəlif  incəsənət 

əsərləri  və  məişət  əşyaları  hazırlayıb  satırdı.  Şeyx  Kəmaləddin  Muhəmməd  Şirvani 

mömin,  ədəb  və  gözəl  əxlaq  sahibi,  xoşrəftar  və  təvazökar  insan  idi.  O,  uzun  ömür 

yaşamış, h. 927-ci ilin rəbiələvvəl ayında (fevral 1521) 113 yaşında vəfat etmişdi

1241


 

Şeyx İbrahim ibn Muhəmməd əl-Ərdəbili əş-Şamaxi Şirvani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  H.  864-cü  ildə  (1459)  həcc  ziyarətinə  getimş  və  h. 

865-ci  ilin  (1460)  ilin  əvvəllərində  həcc  ziyarətindən  qayıdarkən  Qahirəyə  gəlmiş  və 

buradakı  alimlərlə  görüşüb  söhbət  etmişdi.  Fəzilət  və  təvazö  sahibi  alim  idi.  Misirdə 

qaldığı bir il müddətində tədrislə məşğul olmuş, lakin çox az tələbə onun dərslərindən 

faydalana  bilmişdi.  Həmin  il  yenə  həcc  ziyarəti  üçün  Məkkəyə  getmiş  və  daha  sonra 

Azərbaycana  qayıtmışdı.  Şəmsəddin  Səxavi  onun  öz  vətənində  tədrislə  məşğul 

                                                 

1239


  Mahmud  ibn  Muhəmməd  ibn  Ömər  Çəğmini  Xarəzmi  (öl.  1221)  yaşadığı  dövrün  məşhur  riyaziyyatçı  və 

astronomlarından biri olmuşdur. ‚Müləxxəs fi’l-Hey’ə‛ və ‚Qüvvəi-Kəvakib və Zə’fuha‛ onun astronomiyaya dair 

məşhur  əsərləridir.  Onun  bu  iki  əsəri  uzun  müddət  mədrəsələrdə  dəslik  kimi  oxutulmuşdu.  Ehtimal  ki,  ‚Mətni-

Çəğmini‛ bu iki əsərdən biridir.  

1240

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 176; QƏZZİ, Kəvakibü’s-Sairə, s. 294. 



1241

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 88-89; Ziya BÜNYADOV, ‚Sufiyskiy Tarikat Qyulşaniyya‛,  İzbrannıye 



Soçineniya, C. III, s. 156, Bakı 1999. 

olduğunu  və  fətva  mərcii  olduğunu  qeyd  etmişdir.  Alim  h.  877-ci  ildə  (1472)  vəfat 

etmişdi


1242

.  


 

Əbdürrəhman ibn Abdullah ibn Əbü’l-Xeyr əz-Zübeydi əş-Şamaxi Şirvani 

Mühəddis  idi.  Şam  diyarında,  Zübeyd  şəhərində  hədis  tədrisi  ilə  məşğul  olmuşdu. 

Burada  onun  dərslərində  çox  sayıda  tələbə  iştirak  etmişdi.  Onun  tələbələri  arasından 

Nəfisəddin  əl-Ələvi  kimi  mühəddis  yetişmişdi.  Alim  h.  797-ci  ilin  şaban  ayında  (iyun 

1395) vəfat etmişdi

1243


 

Əbü’l-Fəzl Şaban ibn Hacı ibn Mülkan Şirvani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Xorasanın  Nişapur  şəhərinə  getmiş 

buradadakı  hədis  və  fiqh  alimlərinin  bir  çoxu  ilə  görüşərək  onların  tələbəsi  olmuşdu. 

Əbu  Muhəmməd  Abdullah  ibn  Yusif  ibn  Bamuyə  əl-İsfəhani  (öl.  1018),  hafiz  Əbu 

Abdullah Muhəmməd ibn Abdullah Hakim Nişapuri kimi mühəddislərdən dərs almış 

Əbü’l-Fəzl  Şaban  Şirvani  təhsilini  başa  vurduqdan  sonra  Azərbaycana  qayıtmış  və 

burada tədrislə məşğul olmuşdu

1244

.  


 

Şeyx Şəmsəddin Muhəmməd ibn Əhməd ibn Səlah Şirvani 

Zahid və abid bir şəxs olmaqla yanaşı hikmət, məntiq, astronomiya və rəsəd elmlərində 

dövrün  tanınmış  alimlərindən  idi.  Dəməşqdəki  ‚Səidü’s-Süəda‛  və  ‚Şihabiyyə‛ 

xanəgahlarının  şeyxi  olmuşdu.  Yaşadığı  dövrdə  Xacə  Nəsrəddin  Tusi,  Əsirəddin 

Müfəzzəl  Əbhəri  (öl.  1265),  şeyx  Qütbəddin  İbrahim  əl-Misri,  imam  Fəxrəddin 

Muhəmməd  Razi,  şeyx  Şərəfəddin  Muhəmməd  Məs’udi,  şeyx  Əbü’l-Fəth  Muhəmməd 

ibn  Xəyyam,  Bəhmənyar  Şirvani,  rəis  Əbu  Əli  ibn  Sina  kimi  alimlərin  fəlsəfə, 

astronomiya,  məntiq,  riyaziyyat,  həndəsə  və.s  elm  sahələrinə  dair  əsərlərinin  dərin 

                                                 

1242


 SƏXAVİ, Zəvu’l-Lami’, C. I, s. 107. 

1243


 İBN HƏCƏR, İbnai’l-Ğumr, s. 167. 

1244


 SEYRƏFİNİ, Müntəxəb, s. 274. 

bilicisi kimi tanınmışdı. H. 698-ci ildə (1299) Dəməşqdən Qahirəyə getmiş və bir il sonra 

h. 699-cu ildə (1300) burada vəfat etmişdi

1245



 



Şeyx Əli Əkbər ibn Mustafa ibn Mahmud əş-Şamaxi Şirvani  

Şafi’i  məzhəbinə  mənsub  fəqih  olmaqla  yanaşı  ərəb  filologiyası  və  ədəbiyyatı  üzrə 

tanınmış  mütəxəssis  idi.  Hindistanın  Heydərabad  şəhərində  yaşamışdı.  Ərəb 

filologiyası və şafi’i fiqhi sahəsində bir sıra əsərlərin müəllifi idi. Bunlardan ‚Məsailü’t-

Təmriniyyə  fi’s-Sərf‛,  ‚Məsalətu’l-İxbar  bi’z-Zeyy  fi’n-Nəhv‛,  ‚Məşkukü’l-Məvrudə 

fi’l-Məsaili’l-Məntiqiyyə‛,  ‚Əcviyyə’ş-Şafi’iyyə  fi’l-Məntiq‛  və  ‚Tuhfətu’n-Nizamiyyə 

fi’l-Füruqi’l-İstilahiyyə  fi’l-Lüğə‛ni  sadalamaq  olar.  Sonuncu  əsərini  h.  1310-cu  ildə 

(1863) qələmə almışdır

1246

. Ölüm tarixi məlum deyil. 



 

Əbü’l-Fəzl Şaban əş-Şabrani Şirvani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Əsnəvi  onu  ‚əhli-  zöhd,  fəzilətli 

imam‛  kimi  sözlərdə  tövsif  etmişdi.  Əbü’l-Fəzl  Şabrani  İranın  Təbəristan  vilayətinin 

Amul  şəhərində  fiqh  təhsili  almış,  Əbu  Leyla  Bəndar  ibn  Muhəmməd  əl-Bəsrinin 

tələbəsi  olmuşdu.  Bu  şəhərin  mühəddislərindən  hədis  dinləmişdi.  Təhsilini  başa 

vurduqdan  sonra  vətəninə  qayıtmış,  Şabrandakı  mədrəsələrdə  dərs  vermişdi.  Əbü’l-

Fəzl Şaban əş-Şabrani h. 494-cü ilin şaban ayında (iyun 1101) vəfat etmişdi

1247


.  

 

Mövlana Fəthullah ibn Əbu Yəzid Abdullah ibn Əbdüləziz ibn  İbrahim əş-Şabrani 



Şirvani 

Riyaziyyatçı  və  astronom  həmçinin  şafi’i  məzhəbinə  mənsub  fəqih  və  müfəssir  idi. 

Təqribən  h.  820-ci  ildə  (1417)  Şabran  şəhərində  anadan  olmuş,  ilk  təhsilini  doğma 

şəhərində aldıqdan sonra təhsilini davam etdirmək üçün səyahətə çıxmışdı. Bir müddət 

Xorasanın Tus şəhərində təhsil almış, burada Nizaməddin Nişapurinin astronomiyaya 

                                                 

1245

  SƏFƏDİ,  Vafi  bi’l-Vəfayat,  C.  II,  s.  101;  həmçinin  bax:  BÜNYADOV,  ‚Novıye  Materialı  o  Vidnıx  Deyatelyax 



Azerbaydjana ve Epoxu Srednevekovya‛, s. 60. 

1246


 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 1311. 

1247


 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 20.  

dair  ‚Şərhü’t-Təzkirə  fi  İlmü’l-Hey’ə‛  əsərini  oxumuşdu.  Daha  sonra  Səmərqəndə 

getmiş  və  burada  türk  riyaziyyatçı  və  astronom  Səlahəddin  Musa  Qazizadə  Ruminin 

(öl.  1437)  tələbəsi  olmuşdu

1248


.  Səmərqənd  mədrəsələrində  ərəb  filologiyası,  fiqh, 

riyaziyyat,  astronomiya  və  kəlam  elmlərini  öyrənmişdi.  1440-cı  ildə  Səmərqənddəki 

alimlərdən icazət (diplom) alaraq elmi tədqiqat və tədrisə başlamışdı. Əllamə İzzəddin 

Yusif ibn İbrahim Ərdəbilinin

1249

 (öl. 1377) şafi’i fiqhinə dair ‚Ənvar li Əməlü’l-Əbrar‛ 



adlı əsərinə farsca şərh yazmış və Teymuri hökmdarı Uluq bəyə təqdim etmişdi. 1440-cı 

illərin birinci yarısında vətənə qayıtmışdı. Bir müddət Şirvandakı mədrəsələrdə tədrislə 

məşğul  olmuş  daha  sonra  Anadoluya,  Osmanlı  ölkəsinə  getmişdi.  Onun  bu  ölkəyə 

gəlişi  sultan  II  Muradın  (1421-1451)  hakimiyyətinin  son  illərinə  təsadüf  etmişdir. 

Candarlı İsmayıl bəyin tövsiyyəsi ilə bir müddət Qastamonu şəhərindəki mədrəsələrdə 

dərs vermişdi. Müəllifi olduğu ‚Ayətü’l-Kürsi‛ təfsirini 1453-cü ildə Bursada sədriəzəm 

Candarlı  Xəlil  paşaya  təqdim  etmişdi.  Musiqi  və  bəstəkarlığa  dair  ‚Məcəllətü  fi’l-

Musiqi‛ adlı əsərini də həmin il Osmanlı sultanı Fateh II Mehmedə (1451-1481) təqdim 

etmişdi.  İstanbulun  fəthindən  sonra  onu  himayə  edən  Candarlı  ailəsinin  başçısı  Xəlil 

paşanın  sultanın  əmri  ilə  edam  edilməsi  ilə  vəziyyət  bir  qədər  dəyişmiş  və  Fəthullah 

Şirvani  857-ci  ilin  (1453)  ortalarında  yenidən  Qastamonuya  gedərək  buradakı 

mədrəsələrdə tədrislə məşğul olmuşdu. Qastamonuda ustadı Musa Qazizadə Ruminin 

müəllifi  olduğu  ‚Şərhü’l-Müləxxəs  fi  İlmü’l-Hey’ə‛  adlı  əsərinə  ‚Fəvaid  və’l-Fəvaid‛ 

adlı bir haşiyə yazaraq sultan Fateh II Mehmedə təqdim etmişdi. Lakin ümid etdiyinin 

əksinə olaraq sultandan iltifat görməmişdi. ‚Haşiyəyi-Təlvih‛, ‚Şərhu-Əşkali-Tə’sis‛ də 

alimin  qələmindən  çıxmış  əsərlərdir.  Bundan  başqa  Fəthullah  Şirvani  ərəb  dilinin 

qrammatikasına dair ‚Şərhu-İrşadü’l-Hadi‛

1250


 adlı bir əsər də qələmə almışdır. 1465-ci 

ildə  həcc  ziyarəti  üçün  yola  çıxmışdı.  Yolda  İraqın  bəzi  şəhərlərində  qalmış  və 

                                                 

1248


  Bursalı  Mehmed  Tahir  onun  Seyyidü’ş-Şərif  Əbü’l-Həsən  Əli  Cürcani  (öl.  1413)    və  Əli  Quşçunun  (öl.  1474) 

tələbəsi olduğunu qeyd etsə də (bax:  Osmanlı Müəllifləri, C. I, s. 392) bu mümkün görünmür. Çünki Seyyidü’ş-Şərif 

Cürcani onun anadan olmasından 4 il əvvəl ölmüş, Əli Quşçu isə onunla həmyaş olmuşdur. Taşköprüzadə də onun 

Seyyidü’ş-Şərif Cürcaninin tələbəsi olduğunu qeyd etmişdir (bax: Şəqaiqü’n-Numaniyyə, s. 65). 

1249

 Haqqında bax: səh. ??? 



1250

 BAĞDADLI İsmayıl Paşa, Hədiyyətü’l-Arifin Əsmai’l-Müəllifin və Asarü’l-Müsənnifin, (Hzr. R. Bilge-İnal M. K), C. I, 

s. 815, İstanbul 1951; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 130. Bu əsər Sə’dəddin Təftazaninin ərəb filologiyasına 

dair  yazdığı  ‚İrşadü’l-Hadi‛yə  yazılmış  şərhdir.  Katib  Çələbi  və  Bağdadlı  İsmayıl  Paşa  Sə’dəddin  Təftəzaninin  (öl. 

1389)  Mövlana  Fəthullah  Şirvaninin  (1417-1478)  müəllimi  olduğunu  qeyd  etsə  də  bu  iki  şəxsin  təvəllüd  və  vəfat 

tarixlərindən də görüldüyü kimi bu mümkün deyil. Katib  Çələbi alimin adını ‚Şah Fəthullah Şirvani‛ olaraq qeyd 

etmişdir. 


mədrəsələrdə  dərslər  vermişdi.  1466-cı  ildəki  həcc  ziyarətindən  sonra  bir  il  Məkkədə 

mücavir  olaraq  qalmışdı.  Məkkədə  qaldığı  dövrdə  ətrafına  toplaşmış  tələbələrin  istəyi 

ilə  dərslər  vermişdi.  Qayıdarkən  Qahirəyə  gəlmiş,  buradakı  elmi  fəaliyyətlərlə  tanış 

olub alimlərlə görüşmüşdü

1251

. Qahirədən İstanbula getmiş, lakin heç vaxt sultan Fateh 



II  Mehmedin  etimadını  qazana  bilməmiş  və  irəli  çəkilməmişdi.  Mövlana  Fəthullah 

Şirvani  h.  891-cı  ildə  (1486)  Qastamonuda  vəfat  etmişdi

1252

.  O,  Əli  Quşçu  ilə  birlikdə 



Osmanlı mədrəsələrində riyaziyyat və astronomiyaya dair tədqiqat ənənəsinin təməlini 

qoymuş şəxs idi. Fəthullah Şirvani riyaziyyat, astronomiya, filologiya, ədəbiyyat, təfsir, 

fiqh  üsulu  sahələrinə  aid  6  məşhur  əsərin  müəllifidir.  Bundan  başqa  musiqi,  həndəsə, 

optika  kimi  sahələrə  dair  onlarla  risalə  qələmə  almışdı.  Əsərlərinin  çoxunu  ərəbcə, 

bəzilərini  isə  farsca  qələmə  almışdı.  Onun  ‚Risaleyi-Əqaid‛  adlı  əsərinin  bir  nüsxəsi 

Türkiyə  Konya  şəhəri  Yusifağa  əlyazmalar  kitabxanasında,  ‚Haşiyə  ələ  Şərhü’l-

Məvaqif‛ adlı əsəri İstanbul Atif əfəndi kitabxanasında, astronomiyaya dair ‚Haşiyə ələ 

Şərhi’l-Müləxxəs  fi’l-Hey’ə‛  adlı  əsəri  Türkiyə  Kütahya  şəhəri  Vahidpaşa  İHK, 

‚Məcəllətü  fi’l-Musiqa‛  adlı  əsəri  İstanbul  Topqapı  sarayı  kitabxanası  Nr.  3449-da, 

Nəsrəddin  Tusinin  ‚Təzkirə  fi  İlmü’l-Hey’ə‛  adlı  əsərinə  yazdığı  şərh  İsfəhanın 

Muhəmmədşəfi mədrəsəsi kitabxanası və Tehran universitetinin kitabxanasında, əllamə 

İzzəddin Yusif Ərdəbilinin ‚Ənvar li Əməlü’l-Əbrar‛ adlı əsərinə farsca yazdığı şərhin 

alimin  öz  dəsti  xətti  ilə  22  şəvval  845  (5  mart  1442)  tarixində  qələmə  aldığı  nüsxəsi 

Tehran Sipəhsalar kitabxanasında saxlanmaqdadır. Alimin ‚Məcəllətü fi’l-Musiqa‛ adlı 

əsəri 1986-cı ildə Frankfurtda ‚Ərəb və İslami Elmlər Məcmuası‛nda nəşr olunmuşdur.  

 

Seyyid Sahib Muhəmməd ibn Muhəmməd əl-Əcəmi Şirvani 

O,  hələ  kiçik  ikən  atası  vəfat  etmişdi.  H.  886-cı  (1482)  ildən  etibarən  təhsil  almağa 

başlayan  Sahib  Muhəmməd  Şirvani  Məkkənin  hənəfi  imamı  Şəmsəddin  Buxarinin 

tələbəsi olmuşdu. Məkkədəki alimlərdən hədis dinləmiş və hədis elmlərini öyrənmişdi. 

                                                 

1251

 SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 241. 



1252

 TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 65-66; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 130, 573; C. II, s. 1003, 

1083; Bayram AKDOĞAN, ‚Fethullah Şirvani’ye Göre Makamların Tesirleri ve İcra Edileceği Vakitler‛,  AÜİFD, C. 

XLVIII/I,  Ankara  2007,  s.  77-82;  Bursalı  Mehmed  Tahir  Fəthullah  Şirvaninin  857-ci  (1453)  ildə  Qastamonuda  vəfat 

etdiyini və burada dəfn edildiyini qeyd etmişdir. Bax: Osmanlı Müəllifləri, C. I, s. 392. 


Daha  sonra  Mədinəyə  getmiş  və  Məscidi-Nəbəvidə  mücavir  olaraq  qalmışdı.  Bu 

müddətdə  Mədinə  alimlərinin  dərslərində  də  iştirak  etmişdi.  Hicazdakı  təhsilini  başa 

vurduqdan sonra h. 895-ci ildə (1490) Qahirəyə getmişdi. Səxavi (öl. 1497) h. 899-cu ildə 

(1494) onun Qahirədə yaşadığını qeyd etmişdir

1253

. Ölüm tarixini qeyd etmədiyiniə görə 



alimin Şəmsəddin Səxavidən sonra vəfat etdiyini təxmin etmək olar.  

 

Qənbər ibn Abdullah əl-Əcəmi Şirvani 

Şafi’i məzhəbinə mənsub fəqih  idi. Şirvanda  təhsil almış, daha sonra Misirə getmiş və 

əl-Əzhər camesində dərs vermişdi. O, zahid və abid insan idi. Təsəvvüfə meyl etmişdi. 

Sadə  geyinir  və  dünyəvi  şeylərdən  mümkün  qədər  az  istifadə  edərdi.  Başında  külah, 

əynində yun köynək və xirqə olurdu. İbnü’l-İmad və İbn Həcərin verdiyi məlumatdan 

Qənbər Şirvaninin mövləvi təriqətinə mənsub olduğunu təxmin etmək olar. Çünki hər 

iki müəllif onun səma’ və rəqsi xoşladığını qeyd etmişdilər. Amma mümkündür ki, o, 

başqa bir təriqətə də mənsub olsun. Çünki rəqs və səma’ sufi təriqətlərinin bir çoxunda 

əsas  ritullardan  hesab  olunur.  Qənbər  Şirvani  kəlam  və  astronomiya  elmləri  ilə  də 

məşğul  olmuşdu.  O,  bu  sahədə  bəzi  əsərlərin  müllifi  idi.  H.  801-ci  ilin  şaban  ayında 

(aprel 1399) vəfat etmişdi

1254

.  


 

Mahmud ibn Muhəmməd Dilşad Şirvani 

XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib 

idi. Qələmə aldığı əsərlərdən onun həmçinin təbabətlə də məşğul olduğu məlum olur. 

Ehtimal  ki,  oğlu  həkim  Şükrullah  Şirvani  də  atasının  təbabətdəki  məharətini  davam 

etdirərək  yaşadığı  dövrün  məşhur  tibb  alimlərindən  biri  olmuşdu.  Mahmud  ibn 

Muhəmməd  Dilşad  Şirvani  yaxın  bir  qohumu  ilə  aralarındakı  ziddəyyətlərdən  ötrü 

vətəni tərk edərək Osmanlı ölkəsinə getmiş və orada yaşamışdı. Prof. Kamandar Şərifov 

Mahmud  Dilşad  Şirvaninin  həyat  və  yaradıcılığı  haqqında  Azərbaycanda  ən  geniş 

                                                 

1253


 SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 1. 

1254


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 704; İBN HƏCƏR, İbnai’l-Ğumr, C. II, s. 202. 

tədqiqatı aparmış alimdir

1255


. Bundan başqa Türkiyədə möhtərəm ustadım prof. Mikayıl 

Bayramın  elmi  rəhbərliyi  ilə  ərsəyə  gəlmiş  bir  namizədlik  dissertasiyasında

1256

  alimin 



həyat və yaradıcılığı haqqında ətraflı və müqayisəli məlumat verilmişdir. Mahmud ibn 

Dilşad Şirvani bir sıra əsərlərin müəllifi idi. Bunlardan daha çox ‚Tuhfəyi-Muradi‛ adı 

ilə tanınan ‚Muradi fi Əsnafi’l-Cəvahir‛ adlı hənəfi fiqhinə dair türkcə qələmə alınmış 

əsər  müəllif  tərəfindən  Osmanlı  sultanı  II  Murada  (1421-1451)  təqdim  edilmişdir.  Bu 

əsərin bilinən üç əlyazma nüsxəsindən biri Paris milli kitabxanasında, digəri Qahirədə 

Misir  milli  kitabxanasında,  üçüncüsü  isə  Türkiyədə  Kastamonu  İHK-də  saxlanılır. 

Alimin  tibbə  dair  türkcə  yazdığı  ‚Kəhhalnaməyi-Nuri’l-Uyun‛  adlı  əsərinin  yeganə 

nüsxəsi  İstanbul  Millət  kitabxanasındadır.  Mahmud  Şirvaninin  ən  məşhur  əsəri 

‚Tərcüməyi-Tarixi-İbn  Kəsir‛dir.  Mahmud  Şirvani  məşhur  mühəddis,  müfəssir  və 

tarixçi İmadəddin İsmayıl ibn Kəsirin (1300-1373) ‚Bidayə və’n-Nihayə‛ adlı tarixə dair 

çoxcildli  əsərini  ixtisarla  ərəbcədən  türkcəyə  tərcümə  etmişdir.  Bu  əsərin  Türkiyədəki 

kitabxanalarda beş əlyazma nüsxəsi mövcuddur. 2001-cü ildə dissertasiyam üçün elmi 

material toplayarkən bu əsərin Nr. 900/3693-ə qeydli Konya BYEK-dəkı nüsxəsi ilə tanış 

olmuşdum.  Əsər  uzun  müddət  Burdur  İHK-də  saxlanmış,  daha  sonra  Konyaya 

gətirilmişdi.  Lakin  dissertasiya  mövzuma  aid  olmadığı  üçün  əsərin  sadəcə  kataloq 

nömrəsini  götürməklə  kifayətlənmişdim.  ‚Tərcüməyi-Tarixi-İbn  Kəsir‛in  müəyyən 

etdiyimiz digər dörd nüsxəsi isə İzmir İHK-də saxlanılır.  

Bursalı  Mehmed  Tahir  Mahmud  ibn  Muhəmməd  Dilşad  Şirvaninin  həmçinin  Ömər 

ibnü’l-Vərdinin  (öl.  1349)  ‚Xəridətü’l-Əcaib  və  Fəridətü’l-Qəraib‛  və  İsmayıl  əl-

İstəxrinin  (X  əsr)  ‚Məsalikü’l-Məmalik‛  adlı  coğrafiyaya  dair  əsərlərini,    həmçinin 

aşağıda haqqında məlumat verdiyimiz  mövlana Muhyəddin Muhəmməd Qarabağinin 

(öl.  1535)  ‚Calib’s-Sürur  və  Səblü’l-Qürur‛  adlı  əsərini  türkcəyə  tərcümə  etdiyini 

bildirmişdir

1257


.  Lakin  Səma  Yaniçin  fikrinə  görə  ‚Xəridətü’l-Əcaib  və  Fəridətü’l-

Qəraib‛ və ‚Məsalikü’l-Məmalik‛ xacə Mahmud ər-Rumi adlı başqa bir alim tərəfinən 

                                                 

1255


 Kamandar ŞƏRİFOV, ‚Mahmud Şirvani‛,  AMEA ƏİFilologiya Məsələləri, Bakı 1999, s. 56-67. Həmçinin bax: 

Səma  YANİÇ,  ‚Hace  Hatib  Mahmud  er-Rumi,  Eserleri  ve  Osmanlı  İlim  Hayatındaki  Yeri‛,  SÜTAD,  S.  17,  Konya 

2005, 411-423.  

1256


  Dissertant  yoldaşlarımızdan  Səma  Yaniç  ‚Hace  Hatib  Mahmud  er-Rumî  ve  Haridetü’l-Acayib  ve  Feridetü’l-

Garayib‛ adlı namizədlik dissertasiyasını 2004-cü ildə Konya Səlcuq universitetində müdafiə etmişdir.   

1257

 Osmanlı Müəllifləri, C. III, s. 139-140, İstanbul 1342. 



tərcümə olunmuş və bu iki müəllif müasir tədqiqatçılar tərəfindən eyni şəxs kimi qəbul 

edilmişdirlər

1258

. Bizim fikrimizə görə də Bursalı Mehmed Tahirin verdiyi məlumatlarda 



ziddiyət  var.  Belə  ki,  Mehmed  Tahir  alimin  sultan  II  Muradın  (1421-1451)  dövründə 

yaşadığını  qeyd  etməklə  yanaşı  onun  Muhyəddin  Qarabağinin  ‚Calib’s-Sürur‛  adlı 

əsərini  türk  dilinə  tərcümə  etdiyini  bildirir

1259


.  Halbuki  Muhyəddin  Qarabaği  1535-ci 

ildə  vəfat  etmişdir.  Mahmud  Şirvaninin  özündən  təqribən  bir  əsr  sonra  yaşamış  bir 

şəxsin  əsərini  tərcümə  etməsi  şübhəsiz  ki,  mümkün  deyil.  Mahmud  Şirvaninin  ölüm 

tarixi dəqiq məlum olmasa da h. 843-cü ildən (1439) sonraya təsadüf etdiyi bilinir.  

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin