Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə28/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   24   25   26   27   28   29   30   31   ...   50

Vaiz Əbu Zəkəriyyə

1058

 Yəhya ibn İbrahim ibn Əhməd ibn Muhəmməd Səlmasi 

                                                 

1055

  Əbu  Hamid  Muhəmməd  ibn  Muhəmməd  Qəzzali  (1058-1111)  əslən  Xorasanın  Tus  şəhərindən  idi.  Böyük 



Səlcuqlular dövrünün məşhur alimlərindən və mütəfəkkirlərindən biri olmuşdur. O, şafi’i məzhəbinə mənsub fəqih 

olsa da kəlam, hədis, əxlaq kimi mövzularda bir sıra əsərin müəllifidir.  

1056

 İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. IV, s. 237; YAFİ’İ, Miratü’l-Cənan, C. II, s. 375; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-



Şafi’iyyə, C. II, s. 84; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VII, s. 12; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-

Şafi’iyyə, v. 139a. 

1057


  Şəmsəddin  Muhəmməd  ibn  Əli  DAVUDİ,  Təbəqatü’l-Müfəssirin,  C.  I,  s.  3,  Qahirə  (trz);  SÜYUTİ,  Təbəqatü’l-

Müfəssirin, s. 5; İBN MAKULA, İkmal, C. I, s. 426; İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVIII, s. 376. 

1058


  İbnü’l-Cəvzi  onun  künyəsinin  ‚Əbu  Zəkəriyyə‛,  İbn  Əsakir  və  İbnü’l-Adim  isə  ‚Əbu  Bəkr‛  olaraq  qeyd 

etmişdirlər. İbnü’l-Cəvzi və İbn Əsakir Yəhya ibn İbrahim Səlmasini tələbəsi olmuş və onu yaxından tanımışdılar. Elə 



Yaşadığı  dövrün  məşhur  hədis  alimlərindən  idi.  Vaiz  Əbu  Tahir  İbrahim  ibn  Əhməd 

ibn Muhəmməd Səlmasinin  (öl. 1103) oğlu  idi.  H. 474-cü  ildə  (1081) anadan olmuşdu. 

Alim ailəsində dünyaya gələn Yəhya Səlmasi h. 481-ci ildə (1088) hədis dərsləri almağa, 

hədis dinləməyə başlamışdı. Atasından və Səlmasın tanınmış alimlərindən müxtəlif elm 

sahələrinə  dair  dərslər  alan  Yəhya  Səlmasi  təhsilini  davam  etdirmək  üçün  doğma 

şəhərini  tərk  edərək  səyahətə  çıxmışdı.  Mərənd,  Xoy  və  Mosulun  məşhur 

mühəddislərindən  hədis  elmələrini  öyrənmişdi.  Mosulda  Əbü’l-Vəfa  Xəlil  ibn  Şaban 

ibn  İbrahim,  Əbu  Bəkr  Muhəmməd  ibn  Qasım  Şəhrəzuri,  Əbü’l-Qasım  Nəsr  ibn 

Muhəmməd  ibn  Səfvan  əl-Məvsili,  Xoyda  Əbu  Abdullah  Muhəmməd  ibnü’l-Hadi  ibn 

Əhməd  əd-Dəqiqi,  Mərənddə  Əbü’l-Fəzl  Nemətullah  ibn  Muhəmməd  əl-Əbdəvi 

Mərəndinin tələbəsi olmuşdu. H. 548-ci ildə (1153) Dəməşqə getmiş və tədrislə məşğul 

olmuşdu. Əbu Zəkəriyyə Yəhya Səlmasinin tələbələri arasından hafiz Əbü’l-Qasım Əli 

ibn  Həsən  ibn  Əsakir  (öl.  1175),  hafiz  Əbü’l-Fərəc  Əbdürrəhman  ibn  Əli  ibnü’l-Cəvzi 

(öl. 1201), mühəddis Əbü’l-Fəzl Muhəmməd ibn Nasir əs-Səllami Bağdadi kimi alimlər 

yetişmişdi. O, əqidədə səhabə və tabiunun mənhəcinə sıx bağlı olan alim idi. ‚Kitabu’l-

Əvvəli  Səmah‛  və  ‚Kitab  fihi  Mənazilu’l-Əimməi’l-Ərbəə‛  alimin  ən  məşhur 

əsərləridir

1059


.  ‚Kitab  fihi  Mənazilu’l-Əimməi’l-Ərbəə‛  1999-cu  ildə  Beyrutda  nəşr 

olunmuşdur.  İbn  Həcər  Əsqəlani  onun  raşid  xəlifələrdən  Əli  ibn  Əbu  Talibin  (ا) 

həyatına dair ‚Mənaqibi-Əli ibn Əbu Talib‛ adlı bir əsərin də müəllifi olduğunu qeyd 

etmişdir


1060

Əbu  Zəkəriyyə  Yəhya  Səlmasi  h.  548-ci  ildə  (1153)  Dəməşqə  etmiş  və  buradakı 



mədrəsələrdə dərs verməyə başlamışdı. Sonra Bağdada getmiş və oradakı məscidlərdən 

birində vaiz olmuşdu. Daha sonra qəflətən Bağdadı tərk edib getmiş və uzun müddət 

sonra  Bağdada  qayıtmışdı.  Onun  yenidən  məscidlərdən  birində  vaizlik  üçün 

müraciətinə  müsbət  cavab  verilməmişdi.  Əbu  Zəkəriyyə  Yəhya  h.  540-cı  ildə  (1145) 

                                                                                                                                                             

isə belə bir ziddiyət necə meydana çıxmışdır? Ehtimal ki, Yəhya ibn İbrahim Səlmasinin həm Zəkəriyyə, həm də Bəkr 

adlı  oğlu  olmuş  və  o,  hər  iki  künyə  ilə  çağırılmışdı.  Yəhya  ibn  İbrahim  Səlmasinin  əsərində  (bax:  Mənazilu’l-

Əimməti’l-Ərbəə,  s.  7)  öz  künyəsini  ‚Əbu  Zəkəriyyə‛  olaraq  qeyd  etdiyini  nəzərə  alaraq  biz  də  burada  onun  bu 

künyəsini qeyd etdik. 

1059

  İBN  ƏSAKİR,  Tarixu-Mədinəti-Diməşq,  C.  LXIV,  s.  44;  Əbu  Zəkəriyyə  Yəhya  ibn  İbrahim  SƏLMASİ,  Mənazilu’l-



Əimməti’l-Ərbəə, (Nşr. M. Ə. Qədəh), s. 16-27, Mədinə 2002. 

1060


 İBN HƏCƏR, Lisanü’l-Mizan, C. VI, s. 193. 

doğma  şəhəri  Səlmasa  qayıtmış  və  burada  tədrislə  məşğul  olmuşdu.  O,  h.  550-ci  ilin 

şaban ayında (oktyabr 1155) Səlmasda vəfat etmişdi

1061

 



 

Qazi Əlaəddin Mənsur ibn Mahmud ibn Yusif ibnü’l-Əzizi Sərabi 

Elxanilərin  hökmdarlarından  Olcaytu  (1304-1306)  və  Əbu  Səid  Bahadırın  (1316-1335) 

hakimiyyəti  illərində  Azərbaycanda  Sərab  şəhərinin  qazisi  olmuşdur.  İbnü’l-Fuvati  h. 

716-cı ildə (1316) Elxanilərin paytaxtı Sultaniyyədə olarkən qazi Əlaəddin Mənsur Sərvi 

ilə  görüşdüyünü  qeyd  etmişdir

1062


.  Ölüm  tarixi  məlum  deyil.  XIII-XIV  əsrlərdə 

yaşamışdır.  

 

Qazi  Muhyəddin  Əbü’l-Xeyr  Muhəmməd  ibn  Əhməd  ibnü’l-Əziz  Yınal  əl-Maraği 

Sərabi  

Elxanilərin  hakimiyyəti  dövründə  Sərab  şəhərinin  şafi’i  qazisi  olmuşdu.  H.  672-ci  ilin 

rəbiəlaxir  ayında  (oktyabr-noyabr  1273)  Səraba  gələn  İbnü’l-Fuvati  burada  qazi 

Muhyəddin  Əbü’l-Xeyr  Sərabi  ilə  görüşdüyünü,  xəstələndiyi  vaxt  qazi  Muhyəddin 

Sərabinin  onun  qayğısına  qaldığını,  ondan  çox  diqqət,  xeyirxahlıq  və  mərhəmət 

gördüyünü qeyd edir. İbnü’l-Fuvati qazi Muhyəddin Sərabinin ona mütaliə üçün ərəb 

və  farsca  yazılmış  maraqlı  kitablar  gətirdiyini  qeyd  edir

1063


.  Alimin  ölüm  tarixi  qeyd 

olunmamışdır.   

 

Şeyx Rüknəddin Əbü’l-Qənaim Qənimət ibn Müfəzzəl Sücasi 

XII-XIII  əsrlərdə  yaşamış  fütuvvət  şeyxi  idi.  O,  şeyx  Qütbəddin  Əbhərinin  müridi  və 

xəlifəsi  olmuşdu.  Şeyx  Qütbəddin  Əbhərinin  mürşidi  isə  məşhur  şeyx  Əbu’n-Nəcib 

Əbdülqahir  Sührəvərdi  (öl.  1178)  idi.  Şeyx  Rüknəddin  Sücasi  Bağddada  yaşamış  və 

buradakı ‚Dərəcə‛ xanəgahında mənəvi tərbiyə və  irşadla məşğul olmuşdu. ‚Dərəcə‛ 

xanəgahını Abbasi xəlifəsi Müstərşid Billahın (1118-1135) vəziri Cəlalüddövlə Həsənin 

                                                 

1061


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LXIV, s. 45; İBNü’l-CƏVZİ, Müntəzəm fi’t-Tarix, C. X, s. 164-165; İBNü’l-

ADİM, Buğyətü’t-Tələb, C. IV, s. 212. 

1062

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1107. 



1063

 BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 



oğlu Şərəfüddövlə Əli tikdirmişdi. Bu xanəgah Dəclə çayının qərb sahilində yerləşirdi. 

1211-ci ildə Şeyx Rüknəddin Sücasinin vəfatından sonra onun yerinə şeyx Əvhədəddin 

Kirmani keçmişdir

1064


.  

 

Əbu Zeyd Ziyad ibn Həsən ibn Hüseyn ibn Əhməd ibn Mənsur Sücasi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Təhsil  almaq  üçün  h.  580-ci  (1184)  ildən  sonra 

Qəzvin  şəhərinə  getmiş,  orada  fiqh  və  hədis  dərsləri  almışdı

1065

.  Ölüm  tarixi  məlum 



deyil. XII-XIII əsrlərdə yaşamışdır.  

 

Ömər ibn Muhəmməd ibn Səid Sücasi 

Mühəddis  idi.  H.  587-ci  (1191)  ildə  Qəzvində  olmuş,  burada  mühəddis  imam  Əhməd 

ibn İsmayıldan hədis dərsləri almışdı

1066

.  


 

Əbu Cə’fər Muhəmməd ibn Əli ibn Muhəmməd ibn Abdullah ibn Səid Sücasi 

Yaşadığı dövrün tanınmış ədiblərindən biri idi. Hafiz Əbu Tahir əs-Süləfi Azərbaycana 

səyahət  edərkən  Sücasda  onunla  görüşüb  söhbət  etmişdi.  Əbu  Cə’fər  Muhəmməd 

Sücasi  bir  sıra  ədəbi  əsər  və  gözəl  şe’rlərin  müəllifi  idi

1067

.  Ölüm  tarixi  məlum  deyil, 



təqribən XI-XII əsrlərdə yaşamışdır.  

 

Abdullah ibn Ruzbeh Sührəvərdi 

Tabiundan  olan  hədis  ravisi  idi.  İslamı  qəbul  etmiş  ilk  azərilərdən  biri  olan  Abdullah 

ibn Ruzbeh, Əli ibn Əbu Talibdən (ا) hədis nəql etmişdi. Böyük ehtimalla Əli ibn Əbu 

Taliblə  (ا)  görüşmüşdür.  Əbu  Sə’d  İsmayıl  ibn  Əli  ibnü’l-Məsni,  Abdullah  ibn 

Ruzbehdən  nəql  etmişdi.  Buna  baxmayaraq  Əbu  Sə’d  İbnü’l-Məsni  və  digər 

mühəddislər onun siqa, yəni mötəbər ravi olduğu haqda tərəddüd etmişdilər. Abdullah 

ibn  Ruzbeh  Sührəvərdinin  ölüm  tarixi  məlum  deyil.  Əli  ibn  Əbu  Taliblə  (ا  /öl.661) 

                                                 

1064

 Mikail BAYRAM, Şeyh Evhaü’d-Din El-Kirmanî ve Menâkıb-Nâmesi, s. 7-9, 129-130, Konya 2006. 



1065

 RAFİ’İ, Tədvin, C. III, s. 28. 

1066

 RAFİ’İ, Tədvin, C. III, s. 454. 



1067

 YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. IV, s. 49. 



görüşdüyünü nəzərə alaraq onun VII-VIII əsrlərdə yaşadığını təxmin etmək olar. Əbü’l-

Fəzl Əbdürrəhim İraqi onun nəql etdiyi aşağıdakı hədisi öz əsərində qeyd etmişdir: 

Əli ibn Əbu Talib (ا) dedi: Rəsulullah (م) buyurdular ki: ‚Nə xoşbəxtdir məni görənlər 

(səhabə), məni görənləri görənlər (tabiun) və onları görənlər (təbəi-tabiun)‛

 1068



 



Muhəmməd ibn Muğirə Sührəvərdi 

Hədis ravisi  idi. Yəhya ibn Həsən əl-Mədayini və Əyyub  ibn Süveyd ər-Rəmlidən (öl. 

809)  hədis  dinləmiş  və  Abdullah  ibn  Cabirdən  (ا)  mərfuən  hədis  nəql  etmişdi

1069


Muhəmməd ibn Muğirənin ölüm tarixi məlum deyil. VIII-IX əsrlərdə yaşamışdır. 

 

Cəmaləddin  Əbdürrəhman  ibn  Əbdülmahmud  ibn  Əbdürrəhman  ibn  Muhəmməd 

ibn Ömər ibn Muhəmməd Sührəvərdi  

Məşhur  fütuvvət  şeyxi  Şihabəddin  Ömər  Sührəvərdinin  (1144-1234)  kötükcəsi  idi. 

Elxanilərin  vəziri  Rəşidəddin  Fəzlullahın  (öl.  1318)  qızı  ilə  evli  olan  Cəmaləddin 

Sührəvərdi  Bağdadda  yaşamışdı.  İraqın  vəqflər  naziri

1070

  vəzifəsinə  təyin  olunmuşdu. 



O, öz şanına şe’rlər yazdıracaq qədər lovğa, özündən razı, təkəbbürlü gənc idi. Üstəlik 

vəzifədə olduğu müddətdə çox haqsızlıq və zorakılıq etmiş, haqsız qazanc əldə etmişdi. 

İbn Həcər Əsqəlaninin təbiri ilə desək ‚təqvası az, günahı çox‛ idi. H. 737-ci ildə (1336) 

qayını İbn Rəşidəddinlə birlikdə qətlə yetirilmişdi

1071

.    


                                                 

1068


 Əbü’l-Fəzl Əbdürrəhim ibn Hüseyn İRAQİ, Zeyl Mizanü’l-Etidal, (Nşr. M. Müəvvəz-Əbdülmövcud A. Ə), s. 134, 

Beyrut 1995. 

[

٠َتُٞغ


 

 َُِْٖٔ


 

٢ِٗآ َن


 

،

 



 َُِْٖٔ َٝ

 

َٟأ َن



 

 َْٖٓ


 

٢ِٗآ َن


 

،

 



 َُِْٖٔ َٝ

 

َٟأ َن



 

 َْٖٓ


 

َٟأ َن


 

 َْٖٓ


 

٢ِٗآ َن


]

 . ‚Məni görənlər, məni görənləri görənlər....‛ deyərək 

İslamın ilk üç nəsli, yəni səhabə, tabiun və təbəi-tabiun nəzərdə tutulur. Hədisdə bu üç nəslin fəziləti və üstünlüyü 

bəyan  edilir.  Bu  hədis  6  mötəbər  hədis  külliyatlının  (Kutubi-Sittə)  heç  birinə  daxil  edilməmişdir.  Bununla  yanaşı 

səhabə  və  tabiunun  fəziləti  və  üstünlüyü  barədə  Kutubi-Sittədə  çox  sayıda  hədis  mövcuddur.  Yuxarıda  da  qeyd 

etdiyim kimi, bəzi mühəddislər Abdullah ibn Ruzbeh Sührəvərdinin siqa hədis ravisi olmadığı haqda (حوصت ً٤ُ) fikir 

bəyan etmişdirlər. Yuxarıda mətninin tərcüməsini qeyd etdiyimiz hədis, Ənəs ibn Malikdən (ا) nəqlən, Təbəraninin 

‚Mu’cəmü’s-Səğir‛ (C. I, s. 16) və imam Əhməd ibn Hənbəlin ‚Müsnəd‛ində (C. V, s. 245) mövcuddur. Bu hədisin 

isnad və təxrici üçün bax: 

http://www.islamweb.net/hadith/display_hbook.php

 

1069


 İBN HƏCƏR, Lisanü’l-Mizan, C. V, s. 298. 

1070


 (ماهؼُا فاهٝأ هظاٗ) 

1071


  İBN  HƏCƏR,  Dürərü’l-Kaminə,  C.  I,  s.  425.  Son  Elxani  hökmdarı  Əbu  Səid  Bahadır  1335-ci  ildə  oğlan  övladı 

olmadan  ölmüşdü.  Beləcə  Hülagü  xanın  nəslindən  olan  moğol  əyanlar  arasında  Elxani  taxtı  uğrunda  mübarizə 

başlamışdı. Burada mübarizə aparan əsas bir neçə qrup var idi ki, bunların da birinə vəzir Qiyasəddin Muhəmməd 

Rəşidi başçılıq edirdi. O, Hülagü xanın qardaşı Ərikbuğanın nəvəsi Arpa xanı Elxani taxtına oturtmaq istəyir, onun 

hərbi dəstəyinə və sivil bürokratlara arxalardı. Digər tərəfdə isə əsasən köçəri moğol hərbi feodallarının dəstəklədiyi, 

Elxanilərdən Baydu xanın (öl. 1295) nəvəsi, Musa xan var idi. Bu iki qrupun hərbi qüvvələri arasında 29 aprel 1336-cı 

ildə Marağa yaxınlığında baş vermiş döyüş Musa xanın qələbəsi ilə bitmişdi. Nəticədə əsir düşmüş vəzir Qiyasəddin 

Muhəmməd  öz  atasının,  vəqflər  naziri  Cəmaləddin  Əbdürrəhman  Sührəvərdi  isə  qaynatasının  qədərini  palaşaraq, 

Arpa  xanla  birlikdə,  bu  döyüşdən  bir  neçə  ay  sonra,  edam  edilmişdilər.  Lakin  Elxani  taxtı  Musa  xana  da  qismət 


 

Əbdülmahmud  ibn  Əbdürrəhman  ibn  Muhəmməd  ibn  Ömər  ibn  Muhəmməd 

Sührəvərdi 

Fütuvvət  əhlində  mənsub  vaiz  idi.  Məşhur  fütüvvət  şeyxi  Şihabəddin  Ömər 

Sührəvərdinin nəticəsi olan Əbdülmahmud Sührəvərdi Bağdadda yaşamış, babası şeyx 

İmadəddin  Əbu  Cə’fər  Muhəmməd  Sührəvərdinin  müridi  olmuşdu.  Əbdülmahmud 

Sührəvərdi mömin və saleh insan idi. Bağdad məscidlərindən birində vaizlik edirdi. H. 

714-ci ilin rəcəb ayında (1314) vəfat etmişdi

 1072

.   



 

Qazi  Əbu  Cə’fər  Muhəmməd  ibn  Abdullah  ibn  Muhəmməd  ibn  Əmmuyə  ibn  Sə’d 

Sührəvərdi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Şeyx  Əbu’n-Nəcib  Əbdülqahir  Sührəvərdinin 

qardaşı  idi.  Əsid  əl-Meyhəninin  tələbəsi  olmuş,  ondan  fiqh  elmini  öyrənmişdi.  Əbu 

Cə’fər Muhəmməd Sührəvərdi mahir natiq idi, onun və’zləri böyük maraqla dinlənirdi. 

Şəhrəzur  qaziliyinə  təyin  olunmuş  və  h.  539-cu  ildə  (1144)  Şəhrəzurda  batıni-xaşxaşi 

sui-qəsdçilər tərəfindən qətlə yetirilmişdi

1073

.  


 

Şeyx Şərəfəddin İsa ibn Muhəmməd ibn Qaraca ibn Süleyman Sührəvərdi 

Təsəvvüf  əhlinə  mənsub  şeyx,  həmçinin  vaiz  və  şair  idi.  Çox  gözəl  və  dərin  mənalı 

şerlər yazardı. H. 729-cu ilin rəbiəlaxir ayında (fevral 1329) vəfat etmişdi

1074


.   

 

Şeyx İmadəddin Muhəmməd ibn Ömər ibn Əbdürrəhman ibn Muhəmməd ibn Ömər 



Sührəvərdi 

                                                                                                                                                             

olmadı. Tezliklər moğol Cəlairilər sülaləsi Musa xanı məğlub edərək hakimiyyəti ələ keçirdilər. Bu hadislər haqqında 

daha  ətraflı  məlumat  üçün  bax:  İBN  KƏSİR,  Bidayə  və’n-Nihayə,  C.  XIV,  s.  202;  Əbdüssalam  Əbdüləziz  FƏHMİ, 



Tarixu’d-Dövləti’l-Moğoliyyə fi İran, s. 234-236, Qahirə 1981; MÜŞTƏRƏK, İstoriya İrana s Drevneyşix Vremyon do Kontsa 

XVIII veka, s. 217, Leninqrad 1958; MÜŞTƏRƏK, Azərbaycan Tarixi, s. 326-327. 

1072


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 44. 

1073


 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, c.6, s.66. 

1074


 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 240. 

Əslən  Zəncanın  Sührəvərd  qəsəbəsindən  olan  İmadəddin  Muhəmməd  Sührəvərdi 

Bağdadda  böyümüş,  bu  şəhərdə  təhsil  almışdı.  Onun  atası  şeyx  Şərəfəddin  Ömər 

Sührəvərdi  ‚əl-Hədisi‛  ləqəbi  ilə  tanınmış  məşhur  hədis  alimi  idi.  O,  atasından  Əbu 

Davud  Təyalisinin

1075

  ‚Müsnəd‛  adlı  hədis  külliyatını  dinləmişdi.  İbnü’l-Fuvatinin 



yazdığına  görə  h.  691-ci  ildə  (1291)  şeyx  Əfifəddin  Əbu  Muhəmməd  Əbdüssəlam  ibn 

Muhəmməd əl-Bəsrinin tələbəsi olmuşdu

1076

. Ölüm tarixi qeyd edilməmişdir.  



 

Əbu Nəsr Əhməd ibn Firuzan Sührəvərdi 

Mühəddis  idi.  H.  472-ci  (1079)  ildə  Qəzvində  Əbu  Mənsur  Nəsr  ibn  Əbdülcabbar  əl-

Qərai, Əbu Əli Hüseyn ibn Musa ibn Bəhram kimi mühəddislərdən hədis dinləmişdi

1077


Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. 

 

Muhəmməd ibn Əli ibn Əhməd ibnü’l-Əğər Sührəvərdi 

Mühəddis  idi.  H.  686-cı  ilin  rəcəb  (avqust  1287)  ayında  anadan  olmuşdu.  Rəşid  ibn 

Əbü’l-Qasım əl-Əvarif Sührəvərdi və Sührəvərddəki digər alimlərdən hədis dinləmişdi. 

Bağdada gəlmiş və burada müxtəlif sahələrə dair dərslər vermişdi. H. 760-cı ildə (may 

1359) Bağdadda vəfat etmişdi

1078


.  

 

Vaiz Əbu’r-Rza Əbdurrəhim ibn Əbdulqahir ibn Abdullah ibn Əmmuyə Sührəvərdi 

Bağdaddakı  məscidlərdən  birinin  vaizi  idi.  Əbu’n-Nəcib  Əbdülqahir  Sührəvərdinin 

oğlu, Əbu Muhəmməd Əbdullətif Sührəvərdinin böyük qardaşı idi. Ölüm tarixi h. 560-

cı (1165-1175) illərə təsadüf edir

1079


 

Şeyx  Ziyaəddin  Əbu’n-Nəcib  Əbdülqahir  ibn  Abdullah  ibn  Muhəmməd  ibn 



Əmmuyə Sührəvərdi 

                                                 

1075

 Hafiz Əbu Davud Süleyman ibn Davud əl-Farisi Təyalisi (750-819) yaşadığı dövrün tanınmış hədis alimlərindən 



biri, ‚Müsnəd‛ adlı hədis külliyatının müəllifi idi.  

1076


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 841. 

1077


 RAFİ’İ, Tədvin, C. II, s. 219. 

1078


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 357. 

1079


 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VII, s. 87. 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Onun soy kökü I xəlifə Əbu Bəkr əs-Sıddiqə (ا) çıxır. 

Təqribən  h.  490-cı  ilin  səfər  ayında  (fevral  1097)  Zəncan  yaxınlığındakı  Sührəvərd 

qəsəbəsində  anadan  olmuşdu.  İlk  təhsilini  vətənində  aldıqdan  sonra  Azərbaycandan 

Bağdada  getmiş  və  buradakı  Nizamiyyə  mədrəsəsində  təhsil  almışdı.  Əsid  ibn  Əbu 

Nəsr əl-Meyhəninin tələbəsi oluş, ondan fiqh elmini öyrənmişdi. Əbu Əli Muhəmməd 

ibn  Səid  ibn  Nəbhandan  hədis  dinləmişdi.  Əbu  Səd  Əhməd  ibn  Muhəmməd 

Bağdadinin  yanında  hədis  külliyatlarını  oxumuşdu.  Təhsilini  başa  vurandan  sonra 

Bağdadda qalmış və bu şəhərdə yaşamışdı. Bağdadda fətva mərcii idi. Fiqh, fiqh üsulu, 

təfsir  və  hədis  mövzularında  yaşadığı  dövrün  ən  böyük  alimlərindən  biri  idi.  İki  il 

məzun  olduğu  Nizamiyyə  mədrəsəsinin  müdərrisi  olmuşdu.  Daha  sonra  özünün  inşa 

etdirdiyi  bir  mədrəsədə  tədrislə  məşğul  oldu.  O,  zöhd  və  vəra’  sahibi  insan  idi. 

İnsanlarla az ünsiyyətdə olur, daha çox tək qalıb zikr və ibadətlə məşğul olurdu.  Şeyx 

Əbun’-Nəcib  Əbdülqahir  Sührəvərdi  bir  sıra  əsərlərin  müəllifi  idi.  Bunların  ən 

məşhurlarından biri də ‚Adabü’l-Müridin‛ adlı əsər idi

1080

. ‚Adabü’l-Müridin‛in ərəbcə 



əlyazma nüsxələri Türkiyədə Konya BYEK, Ankara Milli kitabxana və Manisa İHK-də 

saxlanılmaqdadır.  ‚Qəribü’l-Məsabih‛  şeyx  Əbu’n-Nəcib  Sührəvərdinin  qələmə  aldığı 

bir digər əsərdir

1081


. Alim h. 563-cü ilin cəmaziəlaxir ayında (mart 1168) vəfat etmiş və 

Bağdadda öz mədrəsəsinin həyətində dəfn edilmişdi

1082

 



 

Əbu Muhəmməd Abdullah ibn Əbdülqahir ibn Abdullah Sührəvərdi 

Fütuvvət  əhlinə  mənsub  şeyx,  zahid  və  abid  insan  olan  Əbu  Muhəmməd  Abdullah 

Sührəvərdi 

yuxarıda 

haqqında 

danışdığımız 

şeyx 

Ziyaəddin 



Əbu’n-Nəcib 

Sührəvərdinin  oğlu  idi.  Öz  əmisi  oğlu  şeyxü’ş-şüyux  Şihabəddin  Əbu  Həfs  Ömər 

Sührəvərdinin  müridi  olmuş,  onun  mənəvi  tərbiyəsində  yetişmişdi.  Şihabəddin  Ömər 

Sührəvərdinin  müridliyinə  daxil  olmamışdan  əvvəl  o,  bütün  dünyəvi  işlərdən  əl 

                                                 

1080


 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 101. 

1081


 MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 18-19. 

1082


 İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 2-3; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. III, s. 32-33; İBN KƏSİR, Bidayə 

və’n-Nihayə, C. XII, s.459; İBNü’l-CƏVZİ, Müntəzəm fi’t-Tarix, C. X, s.225. 

çəkmiş,  sahib  olduğu  var-dövləti  xeyriyyə  qurumlarına  bağışlamış,  vəqf  etmişdi.  Əbu 

Muhəmməd Abdullah Sührəvərdi h. 630-cu (1233) ildə vəfat etmişdi

1083

.  


 

Qazi  Əbu  Muhəmməd  Əbdüllətif  ibn  Əbdulqahir  ibn  Abdullah  ibn  Muhəmməd 

Əmmuyə Sührəvərdi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  H.  534-cü  ildə  (1140)  Bağdadda  anadan  olmuşdu. 

Yuxarıda  haqqanda  bəhs  etdiyimiz  Əbu’n-Nəcib  Əbdülqahir  Sührəvərdinin  oğlu  idi. 

Fiqh  elmindəki  ilk  təhsilini  atasından  almışdı.  Əbü’l-Bədr  əl-Kərxi,  Əbü’l-Qasım  Əli 

ibnü’s-Səbbağ,  Əbü’l-Fəzl  Muhəmməd  ibn  Ömər  Urməvidən  hədis  dinləmişdi.  Daha 

sonra  Xorasan  və  Mavəraünnəhrə  getmiş  və  bu  yerlərin  ən  məşhur  alimlərindən  dərs 

almışdı.  Təhsilini  başa  vurandan  sonra  Bağdada  qayıtmışdı.  Bir  müddət  Bağdadda 

qaldıqdan sonra Şam vilayətinə getmiş və Əyyubi hökmdarı Səlahəddin Yusif Əyyubi 

(1169-1193)  ilə  birlikdə  səlibçilərə  qarşı  hərbi  səfərlərdə  iştirak  etmişdi.  Sultan 

Səlahəddin  onu  səlbiçilərin  işğalından  təmizlənmiş  bütün  ərazilərin  qazisi  vəzifəsinə 

təyin  etmişdi.  Bu  vəzifəni  icra  edərkən  qazi  Əbu  Muhəmməd  Əbdüllətif  Sührəvərdi 

Əkkə  şəhərində  yaşamışdı.  Əbu  Muhəmməd  Əbdullətif  Sührəvərdi  bir  müddət  bu 

vəzifəni icra etdikdən sonra Bağdada qayıtmışdı. Daha sonra Ərbil şəhərinə köçmüş və 

ömrünün sonuna qədər bu şəhərdə yaşamışdı. Alim h. 610-cu ilin cəmadiələvvəl ayında 

(oktyabr 1213) Ərbildə vəfat etmişdi

1084


 

 

Əbü’ş-Şüca’  Faris  ibn  Hüseyn  ibn  Faris  ibn  Hüseyn  ibn  Qərib  ibn  Bəşir  əz-Zıhli 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin