Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əbu Bəkr Əhməd ibn Həccaf əl-Azəri Naxçıvani



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə25/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   21   22   23   24   25   26   27   28   ...   50

Əbu Bəkr Əhməd ibn Həccaf əl-Azəri Naxçıvani 

Mühəddis  idi.  Dəməşqdə  təhsil  almış  və  buradakı  alimlərdən  hədis  dinləmişdi.  Daha 

sonra hədis dinləmək üçün səyahətə çıxmışdı. Bəəlbəkdə

942


 Əbu Dəhdah və Əbu’s-Səriy 

Muhəmməd  ibn  Davuddan,  Hərranda

943

  Əbü’l-Həsən  Muhəmməd  ibn  Əhməd  əl-



Vaqifidən,  Tunisdə  Əbü’l-Abbas  ibn  Vəşadan  hədis  dinləmişdi.  Bundan  başqa  onun 

hədis dinlədiyi ravilər arasında Əbu Cə’fər Muhəmməd ibn Hüseyn ibn Yəzid və Əbu 

Übeydullah  Muhəmməd  ibn  Yəzid  də  var  idi.  Əbü’l-Abbas  Əhməd  ibn  Hüseyn 

Naxçıvani, Əbü’l-Həsən Abdullah, Əbu Saleh Şueyb Təbrizi (öl. 1109), Muhəmməd ibn 

Əhməd ibn Kürdan, Əbü’l-Fəth Saleh ibn Əhməd əl-Azəri, Əbu Abdullah Muhəmməd 

ibn  Musa  əl-Azəri  ondan  hədis  dinləmişdilər

944

.  Ölüm  tarixi  məlum  deyil.  XI  əsrdə 



yaşamışdır.  

 

Muhəmməd ibn Həsən Naxçıvani 

Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. Hədis dinləmək üçün bir sıra şəhərlərə 

səyahət  etmişdi.  İranın  Hulvan  şəhərində  Əbü’l-Həsən  Əli  ibn  Əhməd  ibn  Musa 

Dəməşqidən  hədis  dinləmişdi.  H.  388-ci  (998)  ildə  Qəzvində  Rəbiə  ibn  Əli  əl-İclidən 

hədis dərsləri almışdı

945

. Ölüm tarixi məlum deyil, X-XI əsrlərdə yaşamışdır.  



 

Şeyxü’l-İslam Əlaəddin Əbu Abdullah Muhəmməd ibn İsa ibn Əli Naxçıvani 

                                                 

939

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 1108.  



940

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 287.  

941

 MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 21. 



942

 Bəəlbək-indiki Livan ərizisində yerləşən şəhər. 

943

 Hərran-Türkiyənin cənubi-şərqində şəhər. 



944

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437. 

945

 RAFİ’İ, Tədvin, C. I, s. 99. 



XIII  əsrdə  yaşamış,  Azərbaycanda  qazilik  və  hakimlik  kimi  vəzifələrdə  çalışmışdı. 

Yaşadığı  dövrdə  şafi’i  fiqhinin  böyük  alimlərindən  biri  kimi  tanınmışdı.  İbnü’l-Fuvati 

onu ‚şeyxü’l-məşayixü’l-İslam‛, bütün şeyxlərin şeyxi kimi vəsf etmişdi. Şeyxü’l-İslam 

Əlaəddin Naxçıvani həmçinin görkəmli ədib idi və ərəbcə çox gözəl qəzəllər yazırdı

946



Ölüm tarixi məlum deyil.  



 

Əbu  Hatim  Əbdürrəhman  ibn  Əli  ibn  Yəhya  ibn  Muhəmməd  ibnü’r-Rəvvas 

Naxçıvani 

Mühəddis idi. Übeyd ibn Muhəmməd ibn Übeyd əl-Məşriqi və Buceyd ibn Muhmməd 

ibn Buceyddən hədis dinləmiş və nəql etmişdi. Xudadad ibn Asim Naxçıvani də ondan 

hədis  dinləmişdi.  Həmçinin  vaiz  Əbu  Tahir  İbrahim  Səlmasi  də  onun  tələbəsi  olmuş, 

ondan hədis dinləmişdi

947


. Ölüm tarixi məlum deyil. X-XI əsrlərdə yaşamışdır.  

 

Muhəmməd ibn Əli Naxçıvani 

Mühəddis  idi.  Əbdülkərim  Rafi’i  onu  ‚əl-ğazi‛  ləqəbi  ilə  tanıtmışdır.  Müəllifin 

qeydindən Muhəmməd Naxçıvaninin hərbiçi, mücahid olduğu məlum olur. Ehtimal ki, 

Muhəmməd  ibn Əli Naxçıvani Azərbaycan  Atabəylərinin ordusunda xidmət etmişdir. 

Çünki  onun  yaşadığı  dövr  Eldənizlərin  hakimiyyəti  illərinə  təsadüf  edir.  Rafi’i 

həmçinin Muhəmməd Naxçıvaninin mömin və saleh insan kimi tanındığını yazmışdır. 

Muhəmməd  Naxçıvani  h.  591-ci  ildə  (1195)  Qəzvində  bu  şəhərin  qazisi  Hüseyn  ibn 

Əhməd ibn Bəhramdan hədis dərsləri almışdı

948


.  

 

Təbib Fəxrəddin Əhməd ibn Qəribşah

949

 ibn Əli ibn Cəbrayıl Naxçıvani 

                                                 

946

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1093. 



947

 İBN MAKULA, İkmal, C. I, s. 426; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 426; İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. 

LVIII, s. 376. 

948


 RAFİ’İ, Tədvin, C. I, s. 165. 

949


  Mərhum  akademik  Ziya  Büyadov  əsərində  onun  adını  ‚Əhməd  ibn  Ərəbşah‛  olaraq  qeyd  etmişdir.  (bax: 

Azərbaycan Atabəyləri Dövləti, s. 229). Mərhum akademikin istinad etdiyi İbnü’l-Fuvatinin əsərində isə şəxsin adı * كٔؼأ

ٙاش ة٣هػ ٖت]  ‚Əhməd ibn Əribşah‛ (yaxud ‚Əhməd ibn Ureybşah‛) kimi qeyd edilmişdir. Özü özlüyündə ‚Əribşah‛ 

və ya ‚Ureybşah‛ bir ad kimi məna ifadə etmir. Bu adın [ٙاش ة٣هؿ ٖت كٔؼأ]  ‚Əhməd ibn Qəribşah‛ kimi oxunması daha 

münasibdir. Fikrimizcə əlyazma təhqiq edib çapa hazırlanarkən [ؽ] ‚ğəyn‛ hərfinin üzərindəki nöqtə ya oxunmamış 

ya  da  texniki  xəta  səbəbiylə  [ع+  ‚əyn‛  olaraq  çap  edilmişdir.  Yəni  buradakı  yanlışlıq  ərəb  orfoqrafiyasının 

xüsusiyyətlərindən  irəli  gələn  dolaşıqlıqdan  başqa  bir  şey  deyil.  Adlardakı  bənzər  bir  oxunuş  xətasını  irəlidə  də 



Yaşadığı dövrün tanınmış həkimlərindən biri, həmçinin ədib idi

950


. Ölüm tarixi məlum 

deyil. Təqribən XII-XIII əsrlərdə yaşamışdır.  

 

Təbib Nəcməddin Əhməd ibn Əbu Bəkr ibn Muhəmməd Naxçıvani 

Yaşadığı  dövrün  tanınmış  həkim,  mütəfəkkir  və  dövlət  xadimi  olan  Nəcməddin 

Naxçıvani  təqribən  1215-1222-ci  illərdə  Naxçıvanda  dünyaya  gəlmişdi

951


.  O,  uzun 

səyahətlərdən  sonra  Anadoluya  gedib  orada  yaşamışdı.  İbnü’l-İbri  onun  Naxçıvanda 

təhsilini  başa  vurduqdan  sonra  Anadoluya  getdiyini  yazır

952


.  İbn  Bibi  onu  ‚imami-

müəzzəm‛,  böyük  lider  adlandırmış  və  Nəcməddin  Naxçıvanini  bütün  fənnlərdə  və 

elmlərdə  dalğalanan  dənizə,  işıq  saçan  qəndilə  və  yağış  dolu  buluda  bənzətmişdi

953


Tarixçi yazırdı: ‚O, (Nəcməddin Naxçıvani-E.N) əqli və nəqli elmlərdə mahir idi, şəriət 

və hikmət elmlərini özündə toplamışdı‛

954


. Anadolu Səlcuqlu dövlətinin  səltənət naibi 

Cəlaləddin  Qaratay  Nəcməddin  Naxçıvaniyə  vəzirlik  vəzifəsini  təklif  etmişdi. 

Nəcməddin  Naxçıvani  dövlət  məmurlarının  illik  maaş  miqdarlarının  yarıya  qədər 

azaldılması şərti ilə bu təklifi qəbul etmişdi. O, moğol təhlükəsi ilə qarşı-qarşıya qalan 

Anadolu  Səlcuqlu  dövlətinin  xəzinəsinin  iri  dövlət  məmurları  tərəfindən  talan 

edildiyinin  fərqində  idi.  Mülki  və  hərbi  məmurların  etirazına  rəğmən  Cəlaləddin 

Qaratay  bu  şərti  qəbul  etmişdi.  Nəcməddin  Naxıçıvani  vəzirlik  etdiyi  beş  il  ərzində 

korrupsiyanın  kökünü  kəsməyə  müvəffəq  ola  bilmədiyini  görüb  istefa  etmişdi. 

İstefasından  sonra  Anadoluda  çox  qalmayan  Nəcməddin  Naxçıvani  Suriyaya  gedib 

Hələb  şəhərində  yaşamışdı

955

.  Nəcməddin  Naxçıvani  güman  ki,  Cəlaləddin  Qaratayın 



vəfatından (11 noyabr 1254) sonra Anadolunu tərk etmişdi.      

                                                                                                                                                             

təqdim edəcəyik. Fikrimizcə bunun əsas səbəbi əsəri təhqiq edərək çapa hazırlamış Dr. Mustafa Cavadın Azərbaycan 

tarixi və mədəniyyətinə dərindən bələd olmamasıdır. Əslində naşirdən belə bir şeyi gözləmək də əbəs olardı. Çünki 

İbnü’l-Fuvatinin  əsəri  bütün  İslam  coğrafiyasını  əhatə  etmiş  bioqrafik  ensklopediyadır  və  naşirin  belə  böyük  və 

rəngarəng coğrafiyadakı bütün ölkələrin tarixini və mədəniyyətini bilməsi xeyli müşkül olardı.      

950

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 95 



951

 Muhəmməd Bağer XANSARİ, Rəvzətü’l-Cənnat fi Əhvali’l-Üləma və’Sə’adat, C. I, s. 77, Tehran 1306. 

952

 Əbü’l-Fərəc Qriqoriy İBNü’l-İBRİ, Tarixu Müxtəsərü’d-Düvəl, s. 172, Beyrut 1992. 



953

 İBN BİBİ, Əvamirü’l-Əlaiyyə, s. 294-295. 

954

 Yenə orada



955

 İBN BİBİ, Əvamirü’l-Əlaiyyə, s. 296. 



Hələbdə məskunlaşandan sonra Nəcməddin Naxçıvani guşənişin  həyatı sürərək nadir 

hallarda evindən çıxır, insanlarla ünsiyyətdən uzaq dururdu

956

. O, İbn Sinanın əsərlərini 



oxumuş  və  bəzi  məsələlərdə  İbn  Sinanı  tənqid  etmişdi.  Digər  bir  azərbaycanlı  alim 

Əfzələddin  Xunəci  onun  İbn  Sinaya  bu  tənqidi  münasibətini  ‚Kəşfü’l-Əsrar‛  adlı 

əsərində  tənqid  etmişdi

957


.  İbnü’l-İbri  Nəcməddin  Naxçıvanidə  tənasüx  məzhəbinə 

qüvvətli meyl olduğunu qeyd etmişdir

958

. Bu Nəcməddin Naxçıvaninin fəlsəfənin işraqi 



metodunu mənimsədiyini göstərir. Ehtimal  ki, İbn Sinanın timsalında məşşai fəlsəfəni 

tənqid  etməsi  və  guşənişin  həyat  tərzini  seçməsi  də  onun  işraqi  fəlsəfi  cərəyana 

mənsubiyytindən  irəli  gəlirdi.  Ömrünün  son  günlərini  Hələbdə  keçirmək  istəməsinin 

səbəbi də alimin işraqi fəlsəfəyə qüvvətli bağlılığı ola bilər. Çünki bu fəlsəfi cərəyanın 

banihisi  hesab  olunan,  əl-Məqtul  ləqəbi  ilə  tanınan,  Şihabəddin  Yəhya  Sührəvərdi  (öl. 

1191)  də  ömrünü  Hələb  zindanında  başa  vurmuşdu.  İşraqiliyin  güclü  simalarından 

Nəsimi də ömrünü başa vurmaq üçün Hələbi münasib bilmişdi. Nəcməddin Naxçıvani 

1302-ci ildə Hələbdə vəfat etmişdi.  

‚Zübdətü’n-Nəqz  və Lübabü’l-Kəşf‛,  ‚Şərhü’l-İşarat  və’t-Tənbihat‛,  ‚Lübabü’l-Məntiq 

və  Xülasətü’l-Hikmə‛,  ‚Nəqz  Qəvaidü’l-İşarat‛,  ‚Kəşf  Təmvihü’ş-Şifa  və’n-Nəcat‛ 

Nəcməddin Naxçıvaninin məlum olan əsərləridir

959


. O, həmçinin ‚Həll Şükulü’l-Qanun 

fi’t-Tibb‛  adlı  əsərin  müəllifi  idi.  Bu  əsər  Əbu  Əli  ibn  Sinanın  (öl.  1037)  ‚Qanun  fi’t-

Tibb‛  adlı  əsərindəki  bəzi  məsələlərin  izahına  həsr  olunmuşdu.  Təbib  Əhməd 

Naxçıvaninin  bu  əlyazma  əsəri  Paris  milli  kitabxanasında  saxlanılır

960

.  Nəcməddin 



Naxçıvaninin  ‚Şərhü’l-İşarat  və’t-Tənbihat‛  adlı  əsərinin  əlyazma  nüsxələrindən  biri 

İstanbul Nuriosmaniyyə, digəri  isə Köprülü əlyazma əsərlər kitabxanasında saxlanılır. 

Manisa İHK-ndə isə alimin ‚Zübdətü’n-Nəqz və Lübabü’l-Kəşf‛ adlı əsərinin əlyazma 

nüsxəsi mövcuddur.  

 

Təbib Əkmələddin Müəyyəd ibn Əbdüllətif Naxçıvani 

                                                 

956

 İBNü’l-İBRİ, Tarixu Müxtəsərü’d-Düvəl, s. 172. 



957

 Yenə orada; MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 37. 

958

 İBNü’l-İBRİ, Tarixu Müxtəsərü’d-Düvəl, s. 172. 



[

ؿٌا٘رُا ةٛمٓ ٠ُئ َ٤ُٔا ك٣كش ٕاً ٝ

]

 

959



 MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 37-38. 

960


 DE SLANE, həmin əsər, 524; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 112. 

XIII  əsrin  tanınmış  həkimlərindən  biri  olan,  Bəy  Həkim  adı  ilə  şöhrət  tapmış 

Əkmələddin  Naxçıvani  Anadolu  Səlcuqlu  dövlətində  sərtəbib,  yəni  səhiyyət  naziri 

vəzifəsini  icra  etmişdi

961


.  Əkmələddin  Naxçıvani  mövlana  Cəlaləddin  Ruminin  sadiq 

müridlərindən biri olmuşdu. ‚Mənaqibü’l-Arifin‛də onunla bağlı bir neçə rəvayət qeyd 

edilmişdir.  Əhməd  Əflaki  onu  ‚Əsrin  Hippokratı,  Rum  həkimlərinin  ulularından  biri, 

mislilsiz mövlana Əkmələddin Təbib‛ kimi tanıtmaqdadır

962

. Onun əslən Azərbaycanın 



Naxçıvan  diyarından  olduğu  Cəlaləddin  Ruminin  oğlu  Sultan  Vələdin  (öl.  1312) 

‚Divan‛ındakı  bir  qəsidədən  məlum  olur.  ‚Divan‛dakı  41  beytlik  №387  qəsidənin  1-

dən  22-ci  beytə  qədər  olan  hissəsi  müvəşşəhdir.  Yəni  beytlərin  başlanğıc  hərfləri  ilə, 

şaquli  olaraq,  ‚Əkmələddin  Müəyyəd  Naxçıvani‛  adı  oxunmaqdadır

963

.  Carl 


Brockelmann isə onun atasının adının Əbdüllətif olduğunu müəyyən etmişdir

964


.  

Cəlaləddin  Ruminin  ‚Məktubat‛ındakı  XIV,  XCIII  və  CXXII  nömrəli  məktublar 

Əkmələddin  Naxçıvaniyə  yazılmışdır.  XCIII  məktub  ‚Hünərvər,  gözəl  etiqadlı,  özü 

doğru oğlumuz, təbiblərin fəxri, həkimlərin tacı, Əkməlü’l-Həqq və’d-Din‛ cümləsi ilə 

başlayır.  Mövlana  Cəlaləddin  Rumi  bu  məktubda  Konyadakı  ‚Fəxrəddin 

Arslandoğmuş‛  mədrəsəsinin  baş  müdərris  vəzifəsinin  yaxın  vaxtlarda  boşalacağı, 

‚Qaratay‛  mədrəsəsinin  müdərrisi  Şəmsəddin  Mardininin  bu  vəzifəyə  təyin 

ediləcəyini,  ‚Qaratay‛  mədrəsəsinin  bəzi  tələbələrinin  isə  onun  yerinə  təyin  olunacaq 

şəxsin  onları  sıxışdıracağından    əndişəli  olduqlarını  yazır.  Məktubun  sonunda  isə 

Cəlaləddin  Rumi  özünün  və  Hüsaməddin  Çələbinin  ‚Qaratay‛  mədrəsəsi  baş 

müdərrisliyinə  Əfsəhəddin  Mü’id  adlı  şəxsin  təyin  olunmasını  çox  arzu  etdiklərini 

yazmış,  Səlcuqluların  səhiyyə  nazirinə  ‚bu  işi  də  siz  görə  bilərsiniz‛  deyə  müraciət 

etmişdir

965


.  

Yuxarıda  Əkmələddin  Naxçıvaninin  Bəy  Həkim  ləqəbi  ilə  tanındığını  qeyd  etimişdik. 

Hal-hazırda Konyanın Bəy Həkim məhəlləsindəki məscid, bir vaxtlar daha geniş ərazini 

əhatə edirdi və yanında xəstəxana binası da mövcud olmuşdu

966

. Məscidin divarlarına 



                                                 

961


 ÜNVER, Selçuklu Tababeti, s. 92-93. 

962


 Əhməd ƏFLAKİ, Ariflerin Menkıbeleri, (Trc. T. Yazıcı), C. I, s. 117, İstanbul 1989. 

963


 SULTAN VƏLƏD, Divan, (Nşr. F.N.Uzluk), s. 230-232, Uzluk Basımevi 1941. 

964


 Carl BROCKELMANN, Geschıchte der Arabıschen Lıtteratur, E.S, C. I, s. 54, Leiden 1937. 

965


 Mövlana Cəlaləddin RUMİ, Mektuplar, (Trc. Ə. Gölpınarlı), s. 137-138, İstanbul 1963.  

966


 ÜNVER, Selçuklu Tababeti, s.66. 

indi  də  diqqətlə  baxıldıqda  bir  vaxtlar  onun  bitişiyində  başqa  bir  binanın  olduğunun 

müşahidə  etmək  mümkündür.  Osmanlı  sultanı  Fateh  II  Mehmedin  (1451-1481) 

dövründə  bu  bina  Bəy  Həkim  vəqfinin  nəzdində  olmuşdur.  Konyanın  müxtəlif 

yerlərində Bəy Həkim vəqfinə aid mülklər var idi

967

.  


Mövlana  Cəlaləddin  Rumi  ölüm  döşəyində  ikən  yanında  təbib  Qəzənfər  Təbrizi  ilə 

birlikdə  təbib  Əkmələddin  Naxçıvani  də  var  idi

968

.  Buradan  öyrənirik  ki,  1274-cü  ildə 



Əkmələddin  Naxçıvani  hələ  həyatda  idi.  Alimin  məlum  olan  tək  əsəri  İbn  Sinanın 

‚Qanun  fi’t-Tibb‛inə  yazdığı  şərhdir.  İnşaallah  bu  əsər  gələcəkdə  tərəfimizdən  nəşr 

ediləcəkdir. Əkmələddin Naxçıvaninin İbn Sinaya duyduğu heyranlığın həddi onun bu 

sözlərindən məlum olur: 

[

 ًٚ دٍٗآ قاورػا ٠ُاؼ ٝ ٠ظآ ءأٌؼ مالّذات



 هگا

 ٟكٓآ هثٔـ٤پ ٠لطصٓ خهعؼ وا كؼت

ٟقٞت دٌاٞـ ا٘٤ٌ ٖتا دو٤وؼ ٟقٞت ٌٖٔٓ ٝ

]

969



    ‚Keçmiş  və  indiki  hükəmanın  (filosofların)  ittifaq 

etdikləri qətaət budur ki, əgər həzrəti Mustafadan (Muhəmməd م) sonra peyğəmbərin 

gəlməsi  mümkün  olsaydı  bu  əlbəttə  ki,  İbn  Sina  olacaqdı‛.  Əkmələddin  Naxçıvaninin 

ölüm tarixi 1274-cü ildən sonraya təsadüf edir. O, Konyada vəfat etmiş və Bəy Həkim 

məscid və xəstəxanasının yanındakı türbədə dəfn olunmuşdu.  

 

Təbib Kəmaləddin Əbü’l-Fəzl Muhəmməd ibn Əbü’l-Fəzail Naxçıvani 

Yaşadığı  dövrün  dərin  bilikli  həkimlərindən  biri,  xəstəliklərin  təşxisi,  müayinəsi  və 

mücalicəsi işində böyük mütəxəssis idi. Kəmaləddin Naxçıvani Əhərə gələrək fütuvvət 

şeyxi  Qütbəddin  Əhərinin  müridi  olmuşdu.  Burada  o,  dərvişlər  kimi  xirqə  geymiş  və 

şeyx Qütbəddinin zaviyəsində yaşamışdı. İbnü’l-Fuvati onu ehtiramla yad edərək yazır 

ki,  özünün  moğol  əsiriyindən  azad  edilməsində  Kəmaləddin  Naxçıvaninin  xidməti 

olmuşdu


970

. İbnü’l-Fuvati yeniyetməlik illərində Bağdadın işğalı (1258) vaxtı moğollara 

əsir düşmüşdü. Təəssüf ki, İbnü’l-Fuvati həkim Kəmaləddin Naxçıvaninin ölüm tarixini 

qeyd etmir. Müasiri olduğuna görə onun da XIII-XIV əsrlərdə yaşdığını təxmin etmək 

olar.  

 

                                                 



967

 Feridun Nafız UZLUK, Fatih Devrinde Karaman Eyaleti Vakıfları Fihristi, s. 29, Ankara 1958. 

968

 RUMİ, Mektuplar, (Önsöz qismi), s. 228. 



969

 ÜNVER, Selçuklu Tababeti, s. 66. 

970

 BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 



Şeyx Muhyəddin Əbu Abdullah Muhəmməd ibn Abdullah ibn Əhməd Naxçıvani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  İbnü’l-Fuvati  onun  əslən  Tuslu  olduğunu,  onu  h. 

705-ci  (1306)  ildə  Arranda  sultanın  (ehtimal  ki,  Elxani  hökmdarı  Olcaytunun  (1304-

1316)-E.N)  düşərgəsində  gördüyünü,  burada  Muhyəddin  Naxçıvaninin  şafi’i 

fəqihlərinin  rəisi  Raziyəddin  ibn  Əli  ibn  Təus  əl-Hüseyni  ilə  görüşdüyünü  qeyd  edir. 

İbn  Fuvati  həmçinin  Naxçıvanda  daşınmaz  əmlak  və  sərvət  sahibi  olan  şeyx 

Muhyəddin Naxçıvaninin tanınmış şeyxlərin nəslindən olduğunu yazmışdır

971


.    

 

Əbu Musa Harun ibn Həyyan Naxçıvani 

Hədis  ravisi  idi.  Əbdürrəhman  ibn  Abdullah  əd-Dəşkətidən  hədis  dinləmiş  və  nəql 

etmişdi.  Əbu  İshaq  İbrahim  ibn  Ğəniyy  əl-Ərvəmi  ondan  hədis  dinləmişdi

972

.  Ölüm 


tarixi dəqiq məlum deyil. Təqribən 860-870-ci illərdə vəfat etmişdir.  

 

Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn Əli ibn Əhməd ibn Amir Naxçıvani 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  idi.  H.  362-ci  (973)  ildə  Qəzvinə  gələrək  burada 

hədis  dərsləri  vermişdi.  Əbu  Bəkr  Əhməd  Naxçıvani  Qasım  ibn  İsmayıl  əl-Mühamili, 

Hüseyn  ibn  İsmayıl  əl-Mühamili,  Əbü’l-Həsən  Muhəmməd  əl-Müseysidən  hədis 

dinləmiş  və  nəql  etmişdi.  Əbdülkərim  Rafi’i  öz  əsərində  nəql  silsiləsində  Əbu  Bəkr 

Naxçıvaninin  də  olduğu  aşağıdakı  hədisi  qeyd  etmişdir.  Abdullah  ibn  Ömər  (ا)  dedi: 

Allah Rəsul (م) buyurdular ki: ‚Qədəri (qəzavüqədəri) inkar edən küfr etmişdir‛

973

.  


 

Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani 

Şeyx Səlahəddin Həsən Naxçıvani Azərbaycanın tanınmış təsəvvüf şeyxlərindən idi. O, 

h.  603-cü  (1206)  ildə  Naxçıvanda  anadan  olmuşdu.  Yeniyetməlik  illərində  atası  vəfat 

edən  Səlahəddin  Naxçıvani  anası  və  qardaşı  ilə  birlikdə  Azərbaycanın  Xoy  şəhərinə 

gedərək  orada  məskunlaşmışdı.  23  yaşında  o,  anasını  da  itirmişdi.  Bundan  2  il  sonra, 

                                                 

971

 BÜNYADOV, həmin məqalə



972

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 426. 

973

 RAFİ’İ, Tədvin, C. II, s. 43. 



[

ٍٞو٣ ،هٔػ ٖتا

 :

ٚت دجظ أت هلً كوك نكوُات بمً ٖٓ ،صلى الله عليه وآله وسلم الله ٌٍٞن ٍاه



]

. Əbu’ş-Şüca Şiruyə əd-Deyləminin 

‚Firdəvsü’l-Əxbar‛  adlı  hədis  külliyatında  demək  olar  ki,  eyni  mətin  Əbu  Hüreyrə  (ا)  yolu  ilə  nəql  olunmuşdur. 

Həmçinin bax: Müttəqi əl-HİNDİ, Kənzü’l-Ümmal fi Sünən, Nr. 12/664. 



1231-ci  ildə  moğol  noyanı  Cormağunun

974


  Azərbaycanı  işğalı  vaxtı  Səlahəddin 

Naxçıvani moğollara əsir düşmüşdü. O, təqribən yeddi il moğolların əlində əsir olmuş, 

əsirlikdən azad olduqdan sonra doqquz il Bolqar

975


 ölkəsində yaşamışdı. Bu səbəblə də 

Bulğari  nisbəsi  ilə  tanınmışdı.  Bu  illərdə  təsəvvüfə  meyl  etmişdi.  Səid  Nəfisi  onun 

fütuvvət  şeyxi  Əbu’n-Nəcib  Sührəvərdinin  dostlarından  biri  olduğunu  yazır

976


.  Lakin 

Əbu’n-Nəcib  Sührəvərdinin  h.  563-cü  ildə  (1168),  yəni  şeyx  Səlahəddin  Naxçıvaninin 

təvəllüdündən  38  il  əvvəl  vəfat  etdiyini  nəzərə  alaraq  bunun  mümkün  olmadığını 

söyləyə  bilərik.  Ehtimal  ki,  şeyx  Səlahəddin  Naxçıvani  təsəvvüfdə  fütuvvət  əhlinin 

yolunu  mənimsəmişdi  və  Əbu’n-Nəcib  Sührəvərdinin  də  daxil  olduğu  bir  məşayix 

silsiləsinə  intisab  etmişdi.  Fikrimizcə  şeyx  Səlahəddin  Naxçıvani  kübrəviyyə  təriqəti 

şeyxi  Sə’dəddin  Həmmuyənin  (öl.  1254)  müridlərindən  biri  olmuş  və  fütuvvət 

məşrəbini  də  bu  yolla  mənimsəmişdi.  Çünki  yenə  Səid  Nəfisi  şeyx  Səlahəddin 

Naxçıvaninin  şeyx  Sə’dəddin  Həmmuyənin  ‚Risaləyi-Qəlbü’l-Münqəlib‛  adlı  əsərini 

ərəbcədən farscaya tərcümə etdiyini bildirmişdir

977

. Şeyx Səlahəddin  Naxçıvani Bolqar 



ölkəsindən Mavəraünnəhrə gəlmiş və üç il Buxarada yaşamışdı

978


. Daha sonra təqribən 

h.  648-ci  (1250)  ildə  Azərbaycana  gəlmiş  və  h.  672-ci  (1273)  ildə  Azərbaycandan  İrana 

gedərək  24  il  Kirmanda  yaşamışdı.  H.  697-ci  ilin  cəmadiələvvəl  ayında  (fevral  1298) 

Azərbaycana  qayıtmış  və  Təbrizdə  yaşamışdı.  Şeyx  Səlahəddin  Naxçıvani  h.  2 

rəbiələvvəl  698-ci  ildə  (8  dekabr  1298)  Təbrizdə  vəfat  etmiş  və  Surxab  qəbristanında 

dəfn edilmişdi. Şeyx Səlahəddin Naxçıvani, yuxarıda haqqında bəhs etdiyimiz, tərcümə 

əsəri ilə yanaşı farsca qələmə aldığı təsəvvüfi şerlərin də müəllifi idi

979


.    

 

Şeyx Baba Nemətullah ibn Əbü’l-Fəzl Mahmud Naxçıvani 

                                                 

974


  Cormağun  noyanın  əmri  altındakı  ordular  moğolların  Azərbaycana  ikinci  yürüşü  vaxtı  Xarəzmşah  Cəlaləddin 

Məngübərtini məğlub etmiş, bir sıra şəhərləri, o cümlədən Xoyu işğal etmişdilər.  Cormağun Noyanın Azərbaycana 

yürüşü haqqında daha ətraflı məlumat üçün bax: Timothy MAY, Chormaqan Noyan: The First Mongol Military Governor 

in the Middle East, s. 29-94, Indiana 1996.     

975


 Bolqar ölkəsi-Xəzər dənizinin şimalında, Volqa çayı hövzəsində yaşamış bolqar türklərinin ölkəsi. 

976


 NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. II, s.744. 

977


 NƏFİSİ, yenə orada. 

978


 TƏRBİYƏT, Danişməndan, s. 388.  

979


 TƏRBİYƏT, yenə orada, s. 388; NƏFİSİ, yenə orada. 

Hənəfi  məzhəbinə  mənsub  müfəssir  və  təsəvvüf  şeyxi  idi.  Baba  Nemətullah 

Anadoluda,  indiki  Konya  vilayətinin  Ağşəhir  qəsəbəsində  yaşamış  və  burada  ‚Əlvan 

Ağşəhri‛  kimi  tanınmışdı.  Baba  Nemətullah  abid,  zahid,  xoşrəftar  və  həlim  insan  idi. 

Osmanlı imperatorluğunda yaşamış təfsir alimlərinin ən məşhurlarından biri olmuşdu. 

Onun  Qur’ani-Kərimin  təfsirinə  dair  yazdığı  risalələr  asan  anlaşılan  idi  və  gözəl 

üslubda  qələmə  alınmışdı.  Əsərlərini  ərəb,  fars  və  türk  dillərində  qələmə  alan  Baba 

Nemətullah həmçinin filoloq idi. Onun tərtib etdiyi farsca-türkcə lüğət Konya Yusifağa 

kitabxanasında saxlanılır. ‚Təfsiri-cüzi’n-Nəbə‛ alimin Qur’ani-Kərimin Nəbə surəsinə 

yazdığı  təfsirdir.  Bu  əsərin  bir  nüsxəsi  İstanbul  Atif  əfəndi  kitabxanasındadır.  Onun 

‚Risalə fi’t-Təsəvvüf‛ adlı əsərinin bir nüsxəsi İstanbul Nuriosmaniyyə kitabxanasında 

mövcuddur.  Baba  Nemətullahın  ‚Şərhu-risaleyi-Əsrari’n-Nöqtəyi-Bəsmələ‛  adlı  adlı 

təfsirə  dair  əsərinin  h.  923-cü  ildə  (1516)  Təbrizdə  üzü  köçürülmüş  nüsxəsi  Türkiyə 

Əskişəhir İHKdır.  Alimin təfsir sahəsindəki ən tanınmış əsəri ‚Fəvatihü’l-İlahiyyə və’l-

Miftahü’l-Qeybiyyə‛dir.  Türkiyənin  əlyazma  əsər  kitabxanalarında  bu  əsərin  bir  çox 

nüsxəsi mövcuddur. Ən qədim nüsxəsi isə Baba Nemətullahın öz dəsti-xətti ilə h. 902-ci 

ildə (1497) yazdığı İstanbul Topqapı muzeyi kitabxanası, sultan III Əhməd bölməsində 

saxlanılır. ‚Fəvatihü’l-İlahiyyə‛ 1908-ci ildə İstanbulda iki cild olaraq çap olunmuşdur. 

Bundan  başqa  Baba  Nemətullah  ‚Hidayətü’l-İxvan‛,  şeyx  Mahmud  Şəbüstərinin 

‚Gülşəni-Raz‛  adlı  əsərinə  şərhin,  qazi  Nasirəddin  Bəyzavinin  ‚Ənvarü’t-Tənzil  və 

Əsrarü’t-Tə’vil‛ adlı Qur’an təfsirinə h. 900-cü ildə (1495) yazdığı haşiyənin də müəllifi 

idi.  Alim  h.  920-ci  ildə  (1514)  Aqşəhirdə  vəfat  etmişdir  və  məzarı  Baştəkkə  yolu 

yaxınlığındadır

980



 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin