Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Hüseyn ibn Abdullah Mərəndi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə24/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

Hüseyn ibn Abdullah Mərəndi 

Hədis  ravisi  idi.  Əbu  Abdullah  əl-Hakim  ibnü’l-Bəyi’dən  hədis  dinləmiş  və  nəql 

etmişdi. Hüseyn Mərəndi h. 433-cü ildə (1042) Qüdsdə vəfat etmişdi

902


.  

 

Əbü’l-Fərəc Hibətullah ibn Nəsr ibn Əhməd Mərəndi 

Mühəddis, hədis ravisi idi. Təhsil almaq məqsədiylə Bağdada getmişdi. Bağdadda Əbu 

Əmr  Əbdülvahid  ibn  Muhəmməd  ibn  Mehdi  əl-Farsinin  tələbəsi  olmuş,  ondan  hədis 

dinləmişdi.  Hafiz  Əbü’l-Fityan  Ömər  ibn  Əbdülkərim  ibn  Sədveyh  ər-Rəvasi  ondan 

hədis dinləmişdi. Ölüm tarixi 460-cı ildən (1068) sonraya təsadüf edir

903



 



Əbü’l-Vəfa Xəlil ibn Muhsin ibn Muhəmməd Mərəndi 

Şafi’i məzhəbinə mənsub fəqih idi. O, gözəl əxlaqlı, xoşrəftar, saleh insan idi. Bağdadda 

Nizamiyyə  mədrəsəsində  təhsil  almış,  Əbu  İshaq  Şirazinin  tələbəsi  olmuşdu.  Əbu 

Hüseyn Əhməd ibn Muhəmməd əl-Bəzzaz, Əbu Nəsr Muhəmməd ibn Muhəmməd əz-

Zeynəbi  və  başqalarından  hədis  dinləmişdi.  Bioqraf  və  tarixçi  Əbu  Sə’d  Əbdülkərim 

Səm’ani  qeyd  edir  ki,  ‚mənim  dostlarım  və  yaşıdlarımdan  bir  çoxu  onun  tələbəsi 

olmuş,  ondan  hədis  dinləmişdilər‛.  Alim  h.  512-ci  ilin  cəmadiəlaxir  ayında  (oktyabr 

1118) Bağdadda vəfat etmiş və Şuniziyyə qəbristanında dəfn edilmişdi

904

.  


 

Əbu Həfs Ömər ibn Əbdülməcid Mərəndi  

Qari  idi  Əbü’l-Qasım  əs-Süheylin  tələbəsi  olmuş,  ondan  Qur’ani-Kərimin  qiraət  və 

təcvidini  öyrənmiş,  həmçinin  ərəb  filologiyasına  dair  dərslər  almışdı.  Əbu  Həfs  Ömər 

Mərəndi  yaşadığı  dövrdə  qiraət  və  ərəb  dilinin  qrammatisı  sahəsində  tanınmış 

                                                 

902


 KƏTTANİ, Zeyl Tarixi-Məvlidi, s. 181. 

903


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 253-254. 

904


  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  IV  s.  253-254;  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  II,  s.  226;  YAQUT  əl-HƏMƏVİ, 

Mu’cəmü’l-Büldan,  C.  V,  s.  176-177.  YAQUT  əl-HƏMƏVİ,  Əbü’l-Vəfa  Xəlil  Mərəndinin  h.  612-ci  ildə  (1215)  vəfat 

etdiyini yazır. Lakin onun Əbu İshaq Şirazinin (öl.1083) tələbəsi olduğunu, başqa sözlə onunla görüşdüyünü nəzərə 

alaraq bunun mümkün olmadığını deyə bilərik.   


mütəxəssilərdən  biri  idi.  O,  qrammatikaya  dair  ‚Şərhü’l-Cəməl‛

905


  adlı  əsərin  müəllifi 

idi. Alim h. 616-cı ilin rəbiəlaxir ayında (iyun 1219) 73 yaşında vəfat etmişdi

906

.  


 

Hafiz Əbu İshaq İbrahim ibn Muhəmməd ibnü’l-Əzhər Mərəndi 

Hədis  hafizi,  qari  və  xətib  idi.  Əli  ibn  Cabir  əl-Əzdi  Məvsili,  İshaq  ibn  Səyyar  ən-

Nüseybidən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Əbü’l-Müfəzzəl  əş-Şeybani,  Əbu 

Muhəmməd  Əhməd  ibn  Abdullah  əl-Muzəni  əl-Hərəvi  və  başqaları  ondan  hədis 

dinləmiş  və  nəql  etmişdilər.  Hafiz  Əbu  İshaq  İbrahim  Mərəndi  Böyük  Səlcuqlu 

sultanlarının  vəziri  Nizamülmülkün  (öl.  1092)  dostu  idi,  vəzir  ona  böyük  hörmət 

bəsləyirdi

907


.  Əbu  İshaq  İbrahim  Mərəndi  hədis  sahəsində  bir  əsər  qələmə  almışdı.  O, 

həmçinin Qur’an qiraəti və təcvidinə dair ‚Qərətu Əynü’l-Qurra fi’l-Qiraət‛ adlı əsərin 

müəllifi idi

908


. Ölüm tarixi məlum deyil. XI əsrdə yaşamışdır.  

 

Xətib Əbu Muhəmməd Abdullah ibn Nəsr ibn Əbdüləziz ibn Süveyd Mərəndi 

Ədəbiyyatçı  və  hədis  ravisi  idi.  H.  482-ci  il  rəbiələvvəl  ayında  (may  1089)  Mərənddə 

anadan  olmuşdu.  Ərəb  dili  və  ədəbiyyatı  üzrə  yaşadığı  dövrün  ən  məşhur 

mütəxəssislərindən  biri  idi.  Bağdad  Nizamiyyə  mədrəsəsində  Muhəmməd  əl-

Əbivərdinin

909

 tələbəsi olmuş və ərəb ədəbiyyatını ondan öyrənmişdi.  Şair idi və gözəl 



şer  yazırdı.  O,  həmçinin  mahir  xəttat  idi.  Bir  müddət  Bağdadda  qalmış,  sonra  Mərvə 

getmiş və 15 il bu şəhərdə yaşamışdı. Daha sonra Mərvərruda

910

 getmiş, burada çox az 



müddət yaşmış və h. 10 məhərrəm 541-ci ildə (21 iyun 1146) vəfat etmişdi

911


.  

                                                 

905

 Əndəlusulu ərəb filoloq və ədibi Əbu Muhəmməd Abdullah ibn Muhəmməd ibnü’s-Seyyid əl-Bətlyusinin (1052-



1127) ərəb dili qrammatikası və morfologiyasına dair ‚İslahü’l-Cəməlü’l-Vaqi’ fi’l-Cəməl li’l-Züccaci‛ adlı əsərinə bir 

çox şərh yazılmışdır. Bunlardan biri də Əbu Həfs Ömər Mərəndi tərəfindən qələmə alınmışdır.  

906

 İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 483.



 

907


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 253-254; İBN MAKULA, İkmal, C. II, s. 420; MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. I, s. 

292. 


908

 BAĞDADLI, İzahü’l-Məknun, C. II, s. 147. 

909

  Muhəmməd  ibn  Əhməd  ibn  Muhəmməd  əl-Əbivərdi  (öl.  1113).  Əslən  Xorasanın  Əbivərd  qəsəbəsindəndir. 



Yaşadığı dövrdə ərəb dili və ədəbiyyatı üzrə böyük mütəxəssis və şair olmuşdur. ‚Divan‛ı və başqa əbədi əsərləri 

vardı.  


910

  Mərvərrud-indiki  Əfqanıstan  ərazisində,  Özəbəkistanla  sərhəddə,  Herat  şəhərinin  şimali-şərqində  yerləşən 

qəsəbə. Mərvərrud şəhəri və nahiyəsi üçün bax: BAKUVİ, Təlxisü’l-Asar, s. 104. 

911


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 253-254; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 234; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl 

Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə,  v.  123a;  Kəmaləddin  Əbü’l-Bərəkat  Əbdürrəhman  İBNü’l-ƏNBARİ,  Nuzhətü’l-Əlba  fi 

Təbəqatü’l-Üdəba, s. 297-298, Zərqa 1985. 

 

Vaiz Əbü’l-Bəqa Həmkan ibn Əli ibn Həmkan Mərəndi 

Mühəddis,  həmçinin  Təbriz  şəhəri  cümə  məscidinin  vaizi  idi.  Şeyx  Əbü’l-Məhasin 

Əbdüləziz ibn Əli ibn Yəhyadan hədis dinləmişdi. Tarixçi İbn Əsakir (öl. 1175) 1134-cü 

ildə  çıxdığı  səyahət  vaxtı  Təbrizə  gəlmiş  və  onun  elm  söhbətlərində  iştirak  etmişdi

912



Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  



 

İmadəddin  Əbu  Zülfiqar  Muhəmməd  ibnü’l-Əşrəf  Zülfiqar  ibn  Muhəmməd 

Mərəndi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  H.  596-cı  ildə  (1200)  Mərənddə  anadan  olmuşdu. 

Fəzilət sahibi, zahid insan idi. Babası İmadəddin Əbu’s-Səmsam Mərəndi və Zeynəddin 

Əbü’l-Həsən  Muhəmməd  ibnü’l-Qətiyyinin  tələbəsi  olmuş,  onlardan  fiqh  və  hədis 

dərsləri  almışdı.  Zeynəddin  Qətiyyinin  yanında  imam  Buxarinin  ‚Səhih‛  adlı  hədis 

külliyatını  oxumuşdu.  H.  630-cu  ilin  şaban  (may  1233)  ayında  Bağdada  gəlmişdi. 

Əvvəlcə  əl-Xilatiyyə  təkkəsində  dərs  vermiş,  h.  631-ci  ilin  rəcəb  ayında  (aprel  1234) 

Müstənsiriyyə  mədrəsəsinin  açılışından  sonra  bu  mədrəsəsədə  şafi’i  fiqhi  dərsləri 

vermişdi.  Daha  sonra  h.  648-ci  ildə  (1250)  tikilib  istifadəyə  verilən  Vasitdəki  hədis 

mədrəsəsində  dərs  vermişdi.  Bağdadın  moğollar  tərəfindən  işğalından  (1258)  bir  il 

sonra  bağlı  olan  Müstənsiriyyə  mədrəsəsi  yenidən  açılmışdı.  Moğol  işğalı  və  idarəsi 

altındakı Bağdadda fəaliyyət göstərən bu mədrəsəninin müdərrisliyinə İmadəddin Əbu 

Zülfiqar Muhəmməd Mərəndi təyin olunmuşdu. İmadəddin Əbu Zülfiqar Muhəmməd 

Mərəndi h. 680-ci ildə (1281) Bağdadda vəfat etmişdi

913

.  


 

Qazi Məcdəddin Baba Mərəndi  

Məcdəddin  Mərəndi  XIII  əsrdə  Şam  diyarı  və  Anadoluda  yaşamış  fəqih  və  fütuvvət 

şeyxi  idi.  O,  Anadolu  Səlcuqlu  sultanı  Rüknəddin  IV  Qılıncarslanın  (1259-1266) 

hakimiyyəti  dövründə  Şamdan  Anadoluya  gəlmişdi

914

.  Anadoluya  gələndən  sonra 



                                                 

912


 İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 81. 

913


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 818-819. 

914


 Feridun ibn Ahmed SİPEHSALAR, Menâkıb-ı Hazreti Hüdavendigâr, (Çev. M. Biharî), s.76, İstanbul 1331. 

sultan  Rüknəddinin  yaxın  adamlarından  birinə  çevrilən  Məcdəddin  Baba  Mərəndi

915


 

Ağsaray şəhəri qaziliyinə təyin olunmuşdu

916

. Tarixçi Kəriməddin Ağsarayi Məcdəddin 



Baba  Mərəndini  alim,  zahid  və  ədalətli  qazi  kimi  təsvir  etmişdi

917


.  Şeyx  Şihabəddin 

Ömər  Sührəvərdi  ‚Risalətü’l-Fütuvvə‛  adlı  əsərində  Baba  Mərəndini  ‚şeyxlərin  şeyxi, 

tədqiqatçı  alimlərin  sultanı‛  kimi  ifadələrlə  vəsf  etmişdi

918


.  Qazi  Məcdəddin  Baba 

Mərəndinin ölüm tarixi məlum deyil. 

 

Əbu Abdullah Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd Miyanəci 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Saleh  əməlli,  xoşrəftar  və  mehriban  insan  kimi 

tanınmışdı.  Əbu  Abdullah  Kəsir  ibn  Səid  Bağdadinin  tələbəsi  olmuş  və  ondan  hədis 

dinləmişdi.  Əbu  Sə’d  Əbdülkərim  Səm’ani  öz  əsərində  Əbu  Abdullah  Muhəmməd 

Miyanəci  ilə  Məkkəyə  gedərkən  yolda  tanış  olub  yoldaşlıq  etdiyini,  Məkkədə  ikən 

ondan  bəzi  bilikləri  öyrənib  yazdığını  qeyd  edir.  Bu  həcc  ziyarətindən  sonra  Əbu 

Abdullah Muhəmməd Miyanəci İraqa gəlmiş, h. 533-cü ildə (1139) isə doğma şəhərinə 

qayıtmışdı

919

. Ölüm tarixi məlum deyil. XII əsrdə yaşamışdır.  



 

Əlaəddin Əli ibn Hüseyn ibn Abdullah Miyanəci 

XIII əsrdə yaşamış şafi’i məzhəbinə mənsub fəqih idi. Əlaəddin Əli Miyanəci həmçinin 

istedadlı  şair  idi.  İbnü’l-Fuvati  öz  ərəsində  onun  haqqında  məlumat  verərkən  ərəbcə 

yazdığı şerlərdən bir neçə misranı da qeyd etmişdi

920

.  


 

Qazi Əbu Bəkr Yusif ibn Qasım ibn Yusif ibn Faris Miyanəci 

Şafi’i məzhəbinə mənsub siqa mühəddis idi. Doğma şəhəri Miyanədə Muhəmməd ibn 

Abdullah  əs-Səmərqəndinin  dərslərində  iştirak  etmiş,  ondan  hədis  dinləmiş  və  nəql 

etmişdi.  Daha  sonra  Suriyaya  getmiş  və  Dəməşqdə  məskunlaşmışdı.  Bir  müddət 

                                                 

915


 ƏFLAKİ, Ariflerin Menkıbeleri, C. II, s. 157-160. 

916


 AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 490 

917


 Yenə orada. 

918


 Abdülbaki GÖLPINARLI, Yunus Emre ve Tasavvufu, s. 9, İstanbul 1992. 

919


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 379-380. 

920


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1048. 

Dəməşq  qazisinin  müavini  olmuşdu.  Sonra  hədis  dinləmək  müqsədi  ilə  Şam,  Cəzirə, 

İraq və Xorasan diyarlarına səyahət etmişdi. Əbi Xəlifə, Zəkəriyya əs-Saci və İmran əl-

Cəvaliqi kimi mühəddislərdən hədis dinləmişdi. Əbü’l-Həsən Muhəmməd ibn Örf əd-

Dəməşqi  və  Muhsin  ibn  Muhəmməd  əl-Hüseyni  də  ondan  hədis  dinləmiş  və  nəql 

etmişdilər.  Onun  qardaşı  oğlu  Əbu  Saleh  Əhməd  Miyanəci  (öl.  1039)  də  yaşadığı 

dövrün  tanınmış  hədis  alimlərindən  biri  olmuşdu.  Qazi  Əbu  Bəkr  Miyanəci  h.  376-cı 

ilin  şaban  ayında  (dekabr  986),  təqiribən  90  yaşında  vəfat  etmişdi

921


.  O,  hədis  elmi 

sahəsində ‚Əmali fi’l-Hədis‛ adlı əsərin müəllifidir

922



 



Əbu Məs’ud Saleh ibn Əhməd ibn Qasım Miyanəci 

Hədis ravisi  idi.  Əbü’l-Həsən Əli  ibn Ömər Darəqutni  (918-995) və onun müasiri olan 

mühəddislərdən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Əbu  Məs’ud  Saleh  Miyanəci  uzun 

müddət  Məkkədə  yaşamışdı.  Burada  Əbu  Mə’şər  Əbdülkərim  ibn  Əbdüssəməd  əl-

Muqri  ət-Təbəri  ondan  hədis  dinləmişdi

923


.  Ölüm  tarixi  məlum  deyil.  X-XI  əsrlərdə 

yaşamışdı.  

  

Hafiz Əbu Abdullah Əhməd ibn Tahir ibn Nəcm Miyanəci 

Yaşadığı dövrün böyük hədis  hafizlərindən  biri  idi. Hədis dinləmək məqsədiylə uzun 

səyahətlərə  çıxmışdı.  Əbu  Müslim  əl-Kəcci,  Abdullah  ibn  Əhməd  ibn  Hənbəl,  Yəhya 

ibn  Muhəmməd  əl-Hinnayi,  hafiz  Əbu  Bəkr  Əhməd  ibn  Harun  Bərdici,  hafiz  Əbu 

Osman  Səid  ibn  Əmr  Bərdəidən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Bir  müddət  Hələbdə 

qalmış  və  bu  şəhərin  qazisi  Əbu  İshaq  İbrahim  ibn  Cə’fər  ibn  Cabirdən  hədis  dərsləri 

almışdı

924


.  Abdullah  ibn  Əbu  Zur’ə  əl-Qəzvini,  Əbu  Bəkr  Yusif  ibn  Qasım  Miyanəci

Yaqub  ibn  Yusif  Ərdəbili,  Əhməd  ibn  Hüseyn  Maraği  və  Əhməd  ibn  Faris  əl-Lüğəvi 

ondan  hədis  dinləmişdilər.  Əhməd  ibn  Faris  əl-Lüğəvi  müəllimi  haqqında  demişdi: 

                                                 

921

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 379-380; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. III, s. 255; Şəmsəddin Muhəmməd 



ibn  Əli  İBN  TOLON  əs-Sahili,  Səğru’l-Bəssam  fi  zikri  mən  Vəlyə  Qəza‘u’ş-Şam,  s.  40-41,  Beyrut  1956;  KƏTTANİ,  Zeyl 

Tarixi-Məvlidi, s. 109. Əbdüləziz Kəttani alimin h. 375-cı ilin şaban ayında (dekabr 985) vəfat etdiyini qeyd etmişdir.  

922


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 176. 

923


  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  IV  s.  379-380;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  VI,  s.  366;  İBNü’l-

QEYSƏRANİ, Ənsabü’l-Müttəfiqə, s. 50. 

924

 İBNü’l-ADİM, Buğyətü’t-Tələb, C. II, s. 211. 



‚Mən  ömrümdə  onun  misli  bərabəri  ola  biləcək  hədis  alimi  görmədim‛.  Alimin  ölüm 

tarixi h. 350-cı (961-971) illərə təsadüf edir. O, doğma şəhəri Miyanədə vəfat etmişdi

925



İbnü’l-Adim  öz  əsərində  hafiz  Əbu  Abdullah  Əhməd  Miyanəci  haqqında  ətraflı 



məlumat verdikdən sonra onun nəbəvi tibbə aid nəql etdiyi bir hədisi də qeyd etmişdir: 

Əbu  Hüreyrə  (ا)  dedi:  Rəsulullah  (م)  buyurdular:  ‚Yerarmudu  (insanların  əkib 

becərməsinə ehtiyac olmadan yayılmış) mannı kimi bir ruzidir, suyu göz xəstəliyi üçün 

şəfadır, əcvə

926

 xurması isə cənnət meyvələrindəndir, zəhərlənməyə qarşı faydalıdır‛



927

 



Qazi Əbu’l-Həsən Əli ibn Həsən ibn Əli Miyanəci 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Dərin  biliyi  və  fəzilətli  şəxsiyyəti  ilə  tanınmışdı. 

Bağdadda  təhsil  almış,  qazi  Əbu  Təyyib  ət-Təbərinin  və  Əbu  İshaq  Şirazinin  tələbəsi 

olmuş, bu  iki alimdən fiqh elmini öyrənmişdi. O, şairliyi  ilə yanaşı ərəb ədəbiyyatı və 

kəlam  elmləri  sahəsində  də  mütəxəssis  idi.  Əbü’l-Həsən  Əli  ibn  Ömər  Qəzvini,  Əbu 

Muhəmməd  Həsən  əl-Xəllal,  Əbü’l-Hüseyn  Əhməd  ən-Nuridən  hədis  dinləmişdi. 

Əbu’l-Həsən  Əli  Miyanəci  Həmədan  şəhəri  qaziliyinə  təyin  olunmuşdu.  H.  471-ci  ilin 

şəvval ayında (aprel 1079) məsciddə sübh namazını qılarkən batıni-xaşxaşi sui-qəsdçilər 

tərəfindən qətlə yetirilmişdi

928


.  

 

Qazi Əbu Bəkr Muhəmməd ibn Əli ibn Həsən ibn Əli Miyanəci 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  və  fəqih  olan  Əbu  Bəkr  Muhəmməd  Miyanəci 

zahirən yaraşıqlı insan olmaqla yanaşı kəskin zəkalı, saleh və fəzilətli insan idi. Əbü’l-

Fəzl Əhməd ibn İsa Dinəvərinin tələbəsi olmuş, ondan hədis dərsləri almışdı. Bundan 

başqa  o,  Həmədanın  qabaqcıl  hədis  alimlərdən  də  hədis  dinləmiş  və  hədis  elmlərinə 

                                                 

925


 İBN ƏBDÜLHADİ, Təbəqatu-Üləma, C. III, s. 124; ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 931-932; SƏM’ANİ, Kitabü’l-

Ənsab, C. IV, s. 379-380; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. III, s. 229; İBNü’l-QEYSƏRANİ, Ənsabü’l-Müttəfiqə, s. 50. 

926


 Əcvə xurması Mədinə şəhərində yetişən xurma növüdür.  Yerarmudu isə dünyanın bir çox yerində, o cümlədən 

Azərbaycanda  yetişir  və  müalicəvi  bitki  kimi  şöhrət  tapmışdır.  Xalqa  arasında  bu  bitkini  ‚yeralması‛  və  ya 

‚dombalan‛ da adlandırırlar (latınca: Helianthus tuberosus). Yerarmudunun müalicəvi əhəmiyyəti haqqında ətraflı 

məlumat üçün bax: 

http://az.wikipedia.org/wiki/Yerarmudu

 

927



  İBNü’l-ADİM,  Buğyətü’t-Tələb,  C.  II,  s.  211.  [

ْوٍُِ ءالش ٢ٛٝ ح٘عُا ٖٓ جٞعؼُاٝ ،ٖ٤ؼُِ ءالش اٛؤآٝ ُٖٔا ٖٓ جأٌُا+.  Bu  və  bənzəri 

hədislər üçün bax: İBN MACƏ, Sünən, Tibb, 8/3454.  

928


  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  V,  s.  368;  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  IV,  s.  379-380;  ƏSNƏVİ, 

Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 215-216; HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 620. 

dair  biliklərə  yiyələnmişdi.  Atası  qazi  Əbu’l-Həsən  Əli  Miyanəcinin  qətlə 

yetirilməsindən sonra Həmədan şəhəri qaziliyi vəzifəsinə təyin olunmuş və bir müddət 

bu  vəzifəni  icra  etmişdi.  O,  şeyxülislam  Əbu  İshaq  İbrahim  Şirazinin  (öl.  1074)  yaxın 

dostlarından biri idi

929

. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. 



 

Əynü’l-Quzat  Əbu’l-Məali  Abdullah  ibn  Muhəmməd  ibn  Əli  ibn  Hüseyn  ibn  Əli 

Miyanəci 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  h.  490-cı  ildə  (1097)  anadan  olmuşdu.  Qazi  Əbu’l-

Həsən  Əli  Miyanəcinin  nəvəsi  və  qazi  Əbu  Bəkr  Muhəmməd  Miyanəcinin  oğlu  idi. 

Babası  və  atasından  sonra  Həmədan  qazisi  vəzifəsini  icra  etmişdi.  Əbu’l-Məali 

Abdullah  Miyanəci  həm  də  mütəkəllim,  ədib  və  şair  idi.  O,  Əbü’l-Fütuh  Əhməd  ibn 

Muhəmməd  Qəzzalinin

930

  (öl.  1126)  tələbəsi  olmuş,  həmçinin  Ömər  Xəyyamdan  (öl. 



1131) da dərs almışdı. İbnü’l-Fuvati və Beyhəqi onun haqqanda ‚o, fəlsəfə ilə  sufiliyin 

sintezini  yaratmışdı‛  demişdirlər

931

.  Neo-platonist  (yeni  əflatunçu)  fəlsəfi  cərəyanın 



davamçılarından olan Əynü’l-quzat öz əsərlərində məşşai (aristotelçi) fəlsəfi cərəyanın 

təmsilçilərinin fikirlərini cəsarətlə tənqid edirdi. Bu cür çıxışları ilə tezliklə rəqiblərinin 

diqqət  və  tənqidlərini  öz  üzərinə  çəkmişdi.  Onu  hüluliyyə

932


  etiqadında  olmaqda 

təqsirləndirmişdilər

933

.  Onun  elmi  irsini  araşdırmış  müasir  tədqiqatçılar  da  Əynü’l-



quzatın  Muhyəddin  ibnü’l-Ərəbidən  (1165-1240)  yarım  əsr  əvvəl  vəhdəti-vücud 

doktrinasını  meydana  çıxardığı  fikrindədirlər

934

.  Əynü’l-quzat  Miyanəcinin  İraq 



                                                 

929


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 379-380; ŞƏHRƏZURİ, Təbəqati’l-Füqəhai’ş-Şafi’iyyə, C. I, s. 230. 

930


 Hüccətülislam Əbu Hamid Qəzzalinin (1058-1111) kiçik qardaşı idi. 

931


  İBNü’l-FUVATİ,  Məcməü’l-Adab  ,  C.  IV/2,  s.  1131-1132;  Zəhirəddin  Əli  ibn  Zeyd  BEYHƏQİ,  Tətimmət  Səuanü’l-

Hikmə, v. 43b, AMEA Əİ Fondu, Nr: Fp-744. 

932


  Hüluliyyə  lüğətdə  hər  hansı  bir  şeyin  başqa  bir  şeyin  içində  həll  olması,  əriməsi,  iki  ayrı  şeyin  bütünləşməsi 

mənasını  ifadə  edir.  Dini-etiqadi  anlayış  olaraq  hüluliyyə,  qısaca  desək,  xaliq  ilə  məxluqatı,  yəni  yaradan  ilə 

yaradılmışları eyniləşdirən əqidədir. Məsələn budistlər Buddanın Tanrı ilə bütünləşdiyinə, daha doğrusu, Tanrının 

Buddanın  vücudunda  təcəlli  etdiyinə  inadıqları  üçün  onun  bütünə  sitayiş  edirlər.  Xristianlıqda  Tanrının  İsa  (×) 

peyğəmbərdə və Müqəddəs Ruh dedikləri varlıqda təcəlli tapdığına inanıldığı üçün onlar Tanrı ilə eyniləşdirilir və 

təslisə  (üçlü  birliyə)  etiqad  edilir.  Hülul  etiqadı  panteist  fəlsəfənin  əsasını  təşkil  edir.  Panteist  düşüncə  tərzi  isə 

ümumiyyətlə bütün politeist,  çoxtanrılı dinlərin, yəni bütpərəstliyin, bənzətmə yerində isə, onurğa sütununu təşkil 

edir. Bu etiqad həmçinin zərdüştilikdə, məzdəkilikdə və xürrəmilikdə də var idi. Hüliliyyə İslamın tövhid anlayışına 

qəti  surətdə  zidd  inancdır.  Sufizmdəki  ‚fəna  fillah‛  inancı  hüluliyyənin  yontularaq  İslami  qılığa  büründürülmüş 

formasıdır. Hüluliyyəyə dair ətraflı məlumat üçün bax: Təqiyəddin Əbü’l-Abbas Əhməd İBN TEYMİYYƏ, Hüseyn b. 



Mansur el-Hallac, (Trc. M. Bayram), s. 15-22, Konya (trz).       

933


 TƏRBİYƏT, Danişməndan, s. 84. 

934


 MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, 21.  

Səlcuqlu sultanı II Toğrulun (1131-1135) vəziri Əbü’l-Qasım Dərgəzini ilə münasibətləri 

pis idi, vəzir onu xoşlamırdı. Onun ətrafındakı vəziyyətin gərginliyini fürsət bilən vəzir 

alimin  əsərləri  əsasında  şikayət  hazırlayıb  Bağdad  qazilərinə  təqdim  etmişdi.  Əynü’l-

quzat  Miyanəcinin  bəzi  fikirləri  cəbriyyə

935

  məzhəbinin  etiqadi  əsasları  ilə  üst-üstə 



düşürdü.  Məsələn  o,  Qur’andakı  iman  və  zəlalət  məfhumlarının  rəmzi  xarater 

daşıdığını  iddia  edirdi.  Onun  fikirlərinə  görə  bədbəxtlik  olmasaydı  xoşbəxtlik,  günah 

olmasaydı səvab olmazdı. Küfrlə iman da beləcə bir-birinin tamamlayıcısı olduğu üçün 

Peyğəmbərin  (م)  imanı  ilə  iblisin  zəlaləti  də  bir-birinin  tamamlayıcısı  idi.  Bu  da  o 

mənaya  gəlir  ki,  əslində  küfr  olmasa  idi  iman  da  olmazdı

936


.    Belə  görünür  ki,  onun 

fikirlərinin formalaşmasında müəllimi Əhməd Qəzzalinin böyük rolu olmuşdu. Çünki 

Əhməd  Qəzzalinin  (öl.  1126)  ‚Tövhidi  şeytandan  öyrənməyən  kafirdir‛  sözü  yaşadığı 

dövrün  sünni  fəqihləri  tərəfindən  böyük  qəzəblə  qarşılanmış,  etirazlara  və  şikayətlərə 

səbəb  olmuşdu.  İfrat  sufizmdə  şeytan  qüsursuz  Allah  aşiqi  hesab  olunur,  çünki  o, 

Allahın  əmr  etməsinə  baxmayaraq  ondan  başqasına,  yəni  Adəmə,  səcdə  etməmiş  və 

ifrat mistiklərin dili  ilə desək şeytan ‚sənin  tərəfindən lənətlənmək, qovulmaq üzümü 

səndən  başqasına  tərəf  çevirməkdən  mənim  üçün  min  dəfə  daha  yaxşıdır‛ 

söyləmişdi

937


.  Əynü’l-quzat  Miyanəci  məhkəmənin  qərarı  ilə  h.  7  cəmaziyəaxir  525-ci 

ildə (7 may 1131) Həmədanda edam edilmişdi

938

. Şübhəsiz ki, Əynü’l-Quzat Miyanəcini 



edam kürsüsünə qədər aparan, vəzir Əbü’l-Qasım Dərgəzininin siyasi intirqaları deyil, 

onun özünün sahib olduğu əqidə idi. Bu əqidə Hüseyn ibn Mənsur əl-Həllac (öl. 922), 

Şihabəddin  Yəhya  Sührəvərdi  (öl.  1191),  Şəmsi-Təbrizi  (öl.  1247),  Fəzlullah  Nəimi 

Əstərabadi  (öl.  1401),  İmadəddin  Nəsimi  (öl.  1417)  kimi  daha  bir  çox  şəxsin  ömrünü 

edam və ya sui-qəsdlə başa vurmalarına səbəb olmuşdu.   

                                                 

935

 Cəbriyyə etiqadi məzhəblərdən biridir. Etiqadi məsələlərdə ‚cəbr‛ feeli, yəni insanın gördüyü işi, əməli, tamamən 



insanın  iradəsindən  ayıraraq  Allaha  aid  etməkdir.  Cəbriyyə  məzhəbi  iki  qola  ayrılmışdılar:  xalis  və  mötədil.  Xalis 

cəbriyyəçilərə  görə  insan heç bir  feel  və  iradəyə  sahib  deyil.  Yəni  bütün  əməl  və  feellərin  sahibi  Allahdır.  Məsələn 

xalis  cəbriyyəçilərə  görə  ‚bina  tikildi‛  demək  əslində  ‚binanı  Allah  tikdi‛  deməkdir.  Bu  bir  növ  insanı  Allah 

qarşısındakı  məsuliyyətdən  də  azad  edir.  Çünki  işlənən  günahları  da  əslində  insan  işləməmiş  olur.  Daha  ətraflı 

məlumat üçün bax: Muhəmməd ibn Əbdülkərim ŞƏHRİSTANİ, Miləl və’n-Nihal, (Trc. M. Öz), s. 85, İstanbul 2008. 

936


 ULUDAĞ-BAYBURTLUGİL, Nurettin, ‚Aynü’l-Kudat Hemedanî‛ , İA (TDV), C. IV, İstanbul 1991, s. 280-282. 

937


 Annamarie SCHİMMEL, İslamın Mistik Boyutları, (Trc. E. Kocabıyık), s. 195, İstanbul 2001. 

938


  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb,  C.  IV,  s.  365-366;  ULUDAĞ-BAYBURTLUGİL,  həmin  məqalə,  s.  280-282; 

Məhəmməd Əli Tərbiyət onun asılaraq edam edildiyini yazır: yenə orada



Əynü’l-quzat  Abdullah  Miyanəci  ‚Risalətü’l-Yəminiyyə‛

939


,  ‚Zübdətü’l-Həqaiq  fi 

Kəşfü’d-Dəqaiq‛,  ‚Tərcüməyi-Kənzü’l-Həqaiq  fi  Kəşfü’d-Dəqaiq‛,  ‚Təşbihü’l-Mü’min 

bi’l-Mədinə‛

940


  kimi  bir  neçə  əsərin  müəllifi  idi.  Onun  məlum  olan  bir  digər  əsəri  isə 

‚Şəqvai’l-Qərib əni’l-Ətvan ilə Üləmai’l-Büldan‛ idi

941



 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin