Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Ədib Fəxrəddin Əbü’l-Məali Əhməd ibn İsa ibn Əbü’l-Həsən Maraği



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə20/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   16   17   18   19   20   21   22   23   ...   50

Ədib Fəxrəddin Əbü’l-Məali Əhməd ibn İsa ibn Əbü’l-Həsən Maraği 

Ədəbiyyatçı  və  şair  idi.  Marağanın  əsilzadə  ailələrindən  birinə  mənsub  idi.  Bağdadda 

yaşamış  və  yaşadığı  dövrün  alim  və  fəzilət  sahibi  şəxslərindən  biri  kimi  tanınmışdı. 

Dostu İbn Cükeynanın

759


 vəfatından mütəssir olaraq bir nə’t yazmışdı. İbnü’l-Fuvati bu 

nə’ti oxumuş və bir neçə beytini öz əsərində qeyd etmişdir

760



   



Fəxrəddin Əbü’l-Qasım Əhməd ibn Muhəmməd ibn Muhəmməd ibn Həsən Maraği 

Riyaziyyatçı alim idi. Qardaşlarının ən kiçiyi olan Fəxrəddin Əbü’l-Qasım Maraği gözəl 

simalı,  xoşrəftar,  səxavətli,  ismətli,  yumuşaq  xasiyyətli,  gözəl  nitq  qabiliyyətinə  malik 

olan  bir  şəxs  idi.  Qardaşları  ilə  birgə  mövlana  Rəxidəddin  ər-Razinin  tələbəsi  olmuş, 

daha  sonra  mövlana  Nəcməddin  Əhməd  ibnü’l-Bəvvabdan

761


  riyaziyyat  dərsləri 

almışdı. Təhsilini başa vurduqdan sonra h. 681-ci ilin şaban ayında (noyabr 1282) Elxani 

                                                 

758


  YAFİ’İ,  Miratü’l-Cənan,  C.  II,  s.  542;  İBN  KƏSİR,  Bidayə  və’n-Nihayə,  C.  XIII,  s.  338;  Şihabəddin  Əbu  Şamə 

Əbdürrəhman  ibn  İsmayıl  əl-MƏQDİSİ,  Təracim  Ricali’l-Qərneynü’s-Sadis  və’s-Sabi’,  s.  194,  Beyrut  (trz).  Burada 

göstərdiyimiz mənbələrdən sadəcə Yafi’i ehtiyatsızlıq ucbatından yanğın çıxaran şəxsin adını qeyd etmişdir.  

759


  Əbu  Muhəmməd  Həsən  ibn  Əhməd  ibn  Cükeyna  ət-Tahiri  (öl.  1134)  Abbasilər  dövrünün  məşhur  şair  və 

ədiblərindən biri olmuşdu. 

760

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 94-95. 



761

 Nəcməddin Əhməd ibn Əli ibn Əbü'l-Fərəc yaşadığı dövrün məşhur riyaziyyat, həndəsə və astronomiya alimi idi 

və İbnü’l-Bəvvab əl-Bağdadi adı ilə tanınmışdı. O, Marağaya gəlib burada elmi tədqiqat və tədrislə məşğul olmuşdu. 

Ehtimal  ki,  Elxanilər  dövründə  Marağada  Nəsrəddin  Tusinin  (1274)  təşəbbüsü  ilə  qurulmuş  elmi  tədqiqat 

mərkəzində çalışmışdı.  


şahzadəsi Arqunun xidmətinə daxil olmuşdu. Arqun xanın hakimiyyəti illərində (1284 - 

1291)  müxtəlif  vəzifələrə  təyin  olunmuşdu.  Bir  müddət  Bağdad  gedərək  burada 

maliyyə  müfəttişi  olaraq  çalışmışdı.  Fəxrəddin  Əbü’l-Qasım  Maraği  h.  721-ci  ilin 

zilhiccə  ayında  (yanvar  1322)  Anadoluda,  Sivas  şəhərində  qətlə  yetirilmiş  və  cənazəsi 

Marağaya gətirilərək burada dəfn edilmişdi

762


.  

 

Əbu Abdullah Hüseyn ibn Cə’fər Maraği 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  və  mütəkəllim  idi.  ‚Təklif  fi  Füruü’l-Fiqhi’l-Hənəfi‛, 

‚Hürufü’s-Səbə’ fi’l-Kəlam‛ adlı əsərlərin məülləifi olan Əbu Abdullah Hüseyn Maraği 

h. 389-cu ildə (999) vəfat etmişdi

763


 

Xətib Eynəddin Əbü’l-Fəzl Əhməd ibn Fəzlullah ibn Ömər əs-Sacusani Maraği 

XII-XIII  əsrlərdə  Azərbaycanın  görkəmli  fəqih,  xətib  və  katiblərindən  biri  olmuşdur. 

İbnü’l-Fuvati  onun  çox  yazı  yazdığını,  Marağa  şəhərinin  xətibi  olduğunu  və  onun 

haqqında öz dostu Səfiyəddin Əbu Muhəmməd əs-Sacusani Marağidən eşitdiyini qeyd 

etmişdir


764

. Ölüm tarixi məlum deyil.  

 

Hafiz Kəmaləddin Əbü’l-Fəzail Əbdülqadir ibnü’l-Qeybi Maraği 

Xəttat, bəstəkar, musiqişünas alim və şair idi. H. 20 zilqədə 754-cü ildə (17 dekabr 1353) 

ildə Marağada dünyaya gəlmişdi. 4 yaşında məktəbə getmiş, 8 yaşında Qur’ani-Kərimi 

əzbərləyərək  hafiz  olmuşdu.  10  yaşında  isə  qrammatika  dərsləri  alaraq  ərəb  dilini 

öyrənmişdi.  O,  Azərbaycandakı  mədrəsələrdə  təhsilini  başa  vurduqdan  sonra  gənc 

yaşlarında istedadlı alim kimi tanınmışdı. Sultan Üveys Cəlayirin (1356-1374) sarayında 

mülazim

765


 kimi işə başlamış, daha sonra sultan Əhməd Cəlayirin (1382-1410) sarayında 

                                                 

762

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 102-103. Əmir Çobanın oğlu Timurtaş (Dəmirdaş) Elxanilərin Diyari-



Rum (Anadolu) canişini idi. 1322-ci ildə özünü ‚Mehdi‛ elan edərək Elxanilərə qarşı qiyam qaldırmış, Anadolunun 

şərqindəki  bir  çox  şəhər  və  qəsəbələri  talan  edərək  dağıltmışdı.  Onun  bu  qiyamı  daha sonra  yatırılmışdı.  Bu  hərc-

mərclik vaxtı Anadoludakı bir sıra Elxani dövlət məmurları qətlə yetirilmişdilər. Böyük ehtimalla  Fəxrəddin Əbü’l-

Qasım Maraği də qiyamçılar tərəfindən qətlə yetirilmişi.  

763

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C.I, s. 608, 819; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 606. 



764

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1120. 

765

 Mülazim-mədrəsəni yeni bitirmiş tələbələrin ilk işi, stajerlik.  



məmur  olmuşdu.  Bu  illərdə  Təbrizdə  və  Bağdadda  yaşamışdı.  H.  795-ci  (1393)  ildə 

Bağdadı  zəbt  edən  əmir  Teymur  hafiz  Kəmaləddin  Marağini  özü  ilə  Səmərqəndə 

aparmışdı.  Əmir  Teymurdan  sonra  onun  oğulları  Miranşah  və  Şahruxun  sarayında 

xidmət  edən  hafiz  Kəmaləddin  Maraği  h.  837-ci  (1434)  ildə  Əfqanıstanın  Herat 

şəhərində  vəba  xəstəliyinə  yoluxaraq  vəfat  etmiş  və  orada  dəfn  edilmişdi.  Hafiz 

Kəmaləddin Maraği müxtəlif elm sahələrinə dair bir sıra əsərin müəllifi idi. Bunlardan 

‚Camiü’l-Əlhan‛ı  oğlu  Nurəddin  Əbdürrəhman  üçün  yazmışdı.  ‚Məqasidü’l-Əlhan‛ 

adlı əsərini 12 ramazan 821-ci  ildə (12 oktyabr 1418) yazıb başa çatdırmışdı. Bu əsərin 

alimin öz dəsti-xətti ilə yazılmış nüsxəsi Tehranda, Astan Qüdse-Rəzəvi kitabxanasında 

saxlanılır. İstanbuldakı Nuriosmaniyyə kitabxanasında isə alimin ‚Məqasidü’l-Əlhan fi 

Talifü’l-Nəğm  və’l-Əvzan‛,  ‚Camiü’l-Əlhan‛,  ‚Risalə  fi  Fəvaidü’l-Əşərə‛,  ‚Şərhu-

Ədvar‛  adlı  musiqişünaslığa  dair  əsərləri  mühafizə  edilir.  Bunlardan  sonuncusu 

tanınmış azərbaycanlı musiqişünas alim Səfiyəddin Əbdülmömin Urməvinin (öl. 1293) 

musiqiyə  dair  ‚Risalətü’l-Ədvar  fi  Həlli’l-Əvtar‛  adlı  əsərinə  yazılmış  şərh  idi.  Hafiz 

Kəmaləddinin  musiqiyə  dair  digər  bir  əsəri  ‚Kənzü’l-Əlhan  fi  İlmü’l-Ədvar‛  adlanır. 

Hafiz Kəmaləddin Maraği musiqiyə dair əsərlərini farsca qələmə almışdı. O, həmçinin 

istedadlı şair idi, türkcə və farsca çox gözəl şe’rlər yazmışdı

766


.  

 

Qazi Sədrəddin Əbu Bəkr Muhəmməd ibn Abdullah ibn Əbdürrəhman Maraği 

Şafi’i məzhəbinə mənsub fəqih  idi. Yaşadığı  dövrün əyanlarından,  fəzilətli və nüfuzlu 

şəxslərindən  biri  idi.  h.  538-ci  ildə  (1143)  Bağdada  getmiş  və  buradakı  mədrəsələrdə 

təhsil  almışdı.  Şeyx  Əbü’l-Bərəkat  İsmayıl  ibn  Əbi  Sə’din  tələbəsi  olmuş,  onun  hədis 

dərslərində  iştirak  etmişdi.  77  yaşında  sonuncu  dəfə  həcc  ziyarətinə  getmişdi.  Qazi 

Sədrəddin Maraği həmçinin sərvət sahibi varlı şəxs idi. O, həmişə bahalı libas geyir və 

öz  geyimi  ilə  fərqlənirdi.  Xeyriyyəçiliyi  ilə  məşhur  olmuş  qazi  Sədrəddin  Maraği  çox 

sayıda xeyriyyə qurumları təsis etmiş, xalqın istifadəsi üçün öz əmlakını vəqf etmişdi. 

Alim h. 570-ci ildə (1175) vəfat etmişdi

767



                                                 



766

 KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 1513; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. II, s. 777; TƏRBİYƏT, Danişməndan, s. 

88; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 193 

767


 ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 33. 

 

Qazi Muhyəddin Əbu Muhəmməd Həsən ibn Muhəmməd ibn Abdullah Maraği 

Şafi’i məzhəbinə mənsub fəqih idi. O, yuxarıda haqqında bəhs etdiyimiz qazi Sədrəddin 

Əbu Bəkr Muhəmməd Marağinin oğlu idi. O, özünün mədrəsəsini təsis etmiş və orada 

şafi’i  fiqhini  tədris  etmişdi.  Şair  Müəyyinəddin  Təntərani  qazi  Muhyəddin  Marağinin 

şərəfinə qəsidə yazaraq onu mədh etmişdi

768


. Alimin ölüm tarixi məlum deyil. XII-XIII 

əsrlərdə yaşamışdır.  



 

Müəyyinəddin  Əbu  Muhəmməd  İsmayıl  ibn  Muhəmməd  ibn  İsmayıl  ət-Təntərani 

Maraği 

Şafi’i məzhəbinə mənsub fəqih və ədib idi. Öz dövrünün görkəmli ədib və alimlərindən 

olan  Müəyyinəddin  Maraği  ərəb  və  fars  ədəbiyyatının,  nəzm  və  nəsrinin  nadir 

bilicilərindən idi. O, marağalı qazi Sədrəddin Əbu Bəkr və onun oğlu qazi Muhyəddin 

Əbu  Muhəmmədin  yaxın  adamlarından  biri  idi.  Müəyyinəddin  Maraği  h.  613-cü  ilin 

səfər ayında (iyun 1216) vəfat etmişdi

769



 



Əmir İzzəddin Əbü’l-Haris Arslan-Apa ibn Atabəy ət-Türki Maraği 

XII-XIII əsrlərdə yaşamış azərbaycanlı dövlət xadimi idi. O, ədalətli əmir kimi məşhur 

olmuşdu.  Sərab  qazisi  şeyx  Kəmaləddin  Əhməd  Maraği  onu  öz  şe’rlərində  tərənnüm 

etmişdi. Əmir İzzəddin Arslan-Apa h. 605-ci (1209) ildə Təbriz yaxınlığındakı Vazrukan 

adlı  yerdə  Əhər  hakimi  Nüsrətəddin  Piştəkinlə  döyüşdə  qətlə  yetirilmişdi.  Əmir 

İzzəddin  Arslan-Apa  Marağadakı  ‚əl-Qazi‛  mədrəsəsini  inşa  etdirmişdi.  Bu 

mədrəsənin kitabəsində belə yazılmışdı: ‚əş-Şafi’i (/) fiqhdə, təbirdə, döyüşdə və gücdə 

bütün insanların imamıdır. İslamda xilafət Abbasilərə məxsus olduğu kimi, imamət də 

ona (imam əş-Şafi’iyə (/)-E.N) məxsusdur‛

770


  

Katib Eynəddin Əbu Əli Bədəl ibn Əli ibn Abdullah Maraği 

                                                 

768


 BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 

769


 BÜNYADOV, həmin məqalə

770


 BÜNYADOV, həmin məqalə

XI-XII əsrlərdə, Eldənizlərin hakimiyyəti  illərində Azərbaycanın dövlət xadimlərindən 

biri olmuşdur. Marağada katib vəzifəsində işləmişdi. Katib Eynəddin Maraği həmçinin 

istedadlı  şair  idi.  İbnü’l-Fuvati  öz  əsərində  onun  ərəbcə  yazdığı  qəzllərdən  bəzi 

misraları  qeyd  etmişdi.  Katib  Eynəddin  Maraği  h.  525-ci  ildə  (1131)  Marağada  vəfat 

etmişdi

771


.  

 

Əbu Bəkr Muhəmməd ibn Musa ibn Həbşun Maraği 

Şam vilayətinin əmiri-sahili

772


 olan Əbu Bəkr Muhəmməd Maraği həmçinin hədis ravisi 

idi. O, Dəməşq və Səyda

773

 şəhərlərində yaşamışdı. Muhəmməd ibn Hısn ibn Xalid əl-



Alusi, Muhəmməd ibn Süfyan ibn Musa əs-Səffar, Muhəmməd ibn Əli ət-Təmimi, Əbu 

Nəsr  Fəth  ibn  Əfləh  Tarsusidən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Əbdülvəhhab  əl-

Meydani,  Əbu  Məs’ud  Saleh  ibn  Əhməd  əl-Manihi,  Əbu  Abdullah  Hüseyn  ibn  Cə’fər 

əl-Cürcani,  Əbü’l-Hüseyn  ibn  Cuməy’i

774

  də  ondan  hədis  dinləmiş  və  nəql  etmişdilər. 



Əbu  Bəkr  Muhəmməd  Maraği  h.  362-ci  ilin  məhərrəm  ayında  (oktyabr  972)  vəfat 

etmişdir


775

.  İbn  Əsakir  əsərində,  nəql  silsiləsində  Əbu  Bəkr  Muhəmməd  Marağinin  də 

adının olduğu bir neçə hədis qeyd etmişdir. Bunlardan biri də Cabir ibn Abdullahın (ا) 

adından  uydurulmuş,  Darəqutni,  Zəhəbi  kimi  mühəddislərin  haqqında  ‚hədis  deyil‛, 

‚heç bir şeydir‛

776


, ‚mətrukdur‛ dedikləri

777


, aşağıdakı sözdür:  

Cabir ibn Abdullah (ا) dedi ki, Allah Rəsulu (م) buyurdular ki; ‚(Me’rac gecəsi) cənnətin 

qapısın üzərində ‚Lə iləhə illallah, Muhəmməd rəsul Allah‛ yazıldığını gördüm‛

778


.  

 

İmadəddin Əbu Muhəmməd Yunis ibn Muhəmməd ibn Yunis ibn Məs’ud Maraği 

                                                 

771


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1121-1122. 

772


  Şam  vilayəti,  yəni  indiki  Suriya,  İordaniya,  Fələstin,  Livan  və  İsrail  dövlətlərinin  mövcud  olduğu  torpaqların, 

Aralıq  dənizi  sahillərinin  idarəsi  və  təhlükəsizliyinin  təmini  ilə  məşğul  olan  hərbi-inzibati  idarəçiyə  əmiri-sahil 

deyilirdi.  

773


 Səyda-Livan ərazisində, Aralıq dənizi sahilində yerləşən indiki Sidon şəhəri.  

774


  Şeyx  Əbü’l-Hüseyn  Muhəmməd  ibn  Əhməd  ibn  Muhəmməd  ibn  Əhməd  ibn  Əbdürrəhman  ibn  Yəhya  ibn 

Cuməy’i əl-Ğəssani əs-Səydavi (917-1012) məşhur mühəddislərdən biri olmuşdur. ‚əl-Mu’cəm‛ adlı hədis kitabının 

müəllifidir.  

775


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVI, s. 72; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 241-242. 

776


  ‚Leysə  bi-şey‛-(heç  bir  şeydir)  hədisin  nəql  silsiləsindəki 3  və  ya  4-cü  dərəcədəki  ravi  haqqında  istifadə  olunan 

ifadə.  Nəql  silsiləsində  belə  bir  ravinin  olduğu  hədis  qəti  surətdə  qəbul  edilmir.  Bax:  AYDINLI,  Hadis  Istılahları 



Sözlüğü, s. 89. 

777


 ZƏHƏBİ, Mizanü’l-E’tidal, C. I, s. 607, C. II, s. 207. 

778


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVI, s. 72. (الله ٌٍٞن محمد الله لائ ُٚئ لا اتٞرٌٓ  ح٘عُا بات ٠ِػ د٣أن). 

XIV əsrdə Azərbaycanın tanınmış qarilərindən idi. Hafiz Cəmaləddin Əbu Bəkr Əhməd 

ibn  Əli  əl-Bacəsəri  əl-Qəlanisinin  tələbəsi  olmuş,  h.  700-cü  ilin  məhərrəm  ayında 

(sentyabr  1300)  Qur’ani-Kərim  təcvidi  və  qiraətinə  dair  icazətini  (diplomunu)  ondan 

almışdı


779

.  


 

Əbu Əyyub Yəhya ibn Malik əl-Əzdi Maraği 

Tabiundan

780

 olan hədis  ravisi  idi. Mühəddislər onu əs-siqa, yəni mötəbər hədis ravisi 



adlandırmışdılar.  Abdullah  ibn  Əmr,  Səmurə  ibn  Cundəb  və  başqalarından  hədis 

dinləmiş  və  nəql  etmişdi.  Qatədə

781

  və  Sabit  ondan  hədis  dinləmişdilər



782

.  Ölüm  tarixi 

məlum deyil. VII-VIII əsrlərdə yaşamışdır.  

 

Əlaəddin Əli ibn Əhməd ibn Muhəmməd əl-Buxari Maraği  

Ədib,  şair,  filoloq  və  astronom  idi.  H.  607-ci  ildə  (1209)  Azərbaycana  gələrək  Marağa 

şəhərində  məskunlaşmışdı.  İstedadlı  natiq,  gözəl  xitabət  qabiliyyətinə  malik  idi.  Ərəb 

və  fars  dillərində  yüksək  fəsahət  və  bəlağətlə  çıxış  edirdi.  Bir  sıra  nəzm  və  nəsr 

əsərlərinin  müəllifi  idi.  Bir  müddət  Marağa  rəsədxanasıda  da  tədqiqatla  məşğul 

olmuşdu. Filosof Nəsirəddin Tusi (öl. 1274) onu elm məcləslərinə dəvət edirdi. H. 687-ci 

ildə (1288) Marağada vəfat etmişdi

783

.  


 

Şeyx Zeynəddin Əbu Həfs Ömər ibn Həsən ibn Məzyəd ibn Ümeylə ibn Cəmiə’ ibn 

İ’ydan əl-Mizzi Maraği 

Yaşadığı dövrün müsnid

784

 mühəddislərindən idi. H. 18 rəcəb 679-cu ildə



785

 (13 noyabr 

1280) anadan olmuşdu. Fəxrəddin əl-Buxarinin

786


 yanında Tirmizinin ‚Sünən‛ və Əbu 

                                                 

779

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 885. 



780

 Tabiun-Allah Rəsulunun (م) səhabələri ilə görüşüb onlardan İslamı öyrənmiş nəsilə deyilir.  

781

 İmam Qatədə ibn Diamə əş-Şeybani əl-Bəsri (680-735). Tabiun dövrünün məşhur alimlərindən idi.  



782

  ZƏHƏBİ,  Mizanü’l-E’tidal,  C.  IV,  s.  257;  İBNü’l-QEYSƏRANİ,  Ənsabü’l-Müttəfiqə,  s.  47;  HİMYƏRİ,  Nisbə  ilə’l-



Məvazi’, C. I, s. 586. 

783


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1038. 

784


 Müsnid-nəql etdiyi hədisə vaqif olub-olmamağından aslı olmayaraq hədisin mətnini isnadı, yəni ravi silsiləsi ilə 

birlikdə nəql edən mühəddis.  

785

  İbnü’l-Cəzəri  onun  h.  680-ci  ilin  şaban  ayında  (noyabr  1281)  anadan  olduğunu  qeyd  etmişdir.  Bax,  Qayətü’n-



Nihayə, s. 480. 

Davudun  ‚Sünən‛  adlı  hədis  külliyatlarını  oxumuşdu.  Misirdə  yaşamış,  burada  İbn 

Ümeylə adı ilə tanınmış və  tədrislə məşğul olmuşdu. Bu ölkədə ondan hədis dinləyən 

çox  sayıda  tələbə  var  idi.  Tirmizinin  ‚Şəmailü’n-Nəbi‛  və  ‚Sünən‛

787


,  Təbəraninin 

‚Camiü’s-Səğir‛

788

  adlı  hədis  kitablarındakı  hədisləri,  o  cümlədən  Yusif  əl-Mizzi  və 



İbnü’z-Zahirinin  kitablarındakı  hədisləri  təxric

789


  və  təfərrüd

790


  edən  şeyx  Zeynəddin 

Ömər Maraği bir müddət Dəməşqdə Atabəkiyyə mədrəsəsində hədis dərsləri vermişdi. 

İbnü’l-Cəzəri  şeyx  Zeynəddin  Ömər  Marağinin  hədis  isnadı  elmi  ilə  yanaşı  Qur’ani-

Kərim  qiraəti  və  təcvidi  sahəsində  də  tanınmış  mütəxəssis  olduğunu  qeyd  etmişdir. 

Qur’ani-Kərim  qiraəti  sahəsində  o,  çox  sayıda  tələbə  yetişdirmişdi.  Qiraət  dərslərində 

İbnü’l-İzz  əl-Qəlanisinin  ‚İrşad‛  və  ‚əl-Kifayə‛

791

,  İbn  Mehranın  ‚əl-Qayə‛



792

,  İbn 


Mücahidin  ‚əs-Səb’ə‛

793


  adlı  əsərlərindən  istifadə  edirdi

794


.  Şeyx  Zeynəddin  Ömər 

Maraği  h.  778-ci  ildə  (1376)  Misirdə  vəfat  etmişdi

795

.  ‚əl-Mizzi‛  nisbəsindən  onun 



Dəməşq  yaxınlığındakı  Mizzə  qəsəbəsində  doğulub  böyüdüyünü  təxmin  etmək  olar. 

Ehtimal  ki,  1341-ci  ildə  Dəməşqdə  vəfat  etmiş  məşhur  hədis  alimi  Yusif  ibn 

Əbdürrəhman əl-Mizzi ilə görüşmüş və ya onun tələbəsi olmuşdu.  

 

Şeyx Fəxrəddin Əhməd ibn Yusif ibn Rüstəm ibn Tavan Maraği 

                                                                                                                                                             

786


 Mühəddis Fəxrəddin Əbü’l-Həsən Əli ibn Əhməd ibnü’l-Buxari. 

787


  Əbu  İsa  Muhəmməd  ibn  İsa  ibn  Səvrə  ibn  Musa  ibn  Zəhhak  TİRMİZİ  (824-892).  Tirmiz  şəhəri  Özbəkistan 

ərazisində,  Əfqanıstanla  sərhəddə  yerləşir.  Onun ‚Sünən‛  adlı  əsəri  İslam  dünyasında  mötəbər  6  hədis  kitabından 

(Kutubi-Sittə) biridir.  

788


  Süleyman  ibn  Əhməd  ibn  Əyyub  əş-Şami  ət-Təbərani  (873-971).  Məşhur  mühəddislərdən  biridir.  O,  ‚Camiü’s-

Səğir‛ adlı hədis külliyatından başqa hədis elminə dair bir sıra əsərlərin müəllifidir. 

789

  Təxric-hər  hansı  bir  kitabındakı  hədislərin  hər  birinin  ayrı-ayrılıqda  istinadlarını,  mənbəini  müəyyənləşdirmək, 



əgər  varsa  digər  istinadlarını  və  mənbələrini  göstərməyə  deyilir.  Daha  ətraflı  məlumat  üçün  bax:  AYDINLI,  Hadis 

Istılahları Sözlüğü, s. 147. 

790


 Təfərrüd-bu kəlmə də ‚təxric‛ kimi hədis elminə aid bir istilahdır. Hər hansı bir hədisi nəql edən şəxslərin sayı 

(qərib  və  ya  fərd  olduğunu)  və  hədisin  səhihliyinin  müəyyənləşdirilməsi  ilə  bağlı  termindir.  Daha ətraflı  məlumat 

üçün bax: AYDINLI, həmin əsər, s. 153. 

791


  İbnü’l-İzz  Muhəmməd  ibn  Hüsyen  ibn  Bəndar  əl-Vasıti  əl-Qəlanisi  (1044-1127)  məşhur  qiraət  və  təcvid 

alimlərindən idi. ‚İrşadü’l-Mübtədi və Təzkirətü’l-Müntəhi‛ və ‚Kifayətü’l-Kəbir fi’l-Qiraətü’l-Əşr‛ onun bu sahədə 

qələmə aldığı əsərlərdir. 

792


 Əhməd ibn Hüseyn ibn Mehran Nişapurinin Qur’an qiraət və təcvidinə dair ‚əl-Qayə fi’l-Qiraə‛ adlı əsəri. 

793


 Əhməd ibn Musa ibn Mücahidin (öl. 936) ‚əs-Səb’ə fi’l-Qiraə‛ adlı əsəri. 

794


 İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 480. 

795


  İBN  TAĞRIBİRDİ,  Nücumu’z-Zahirə,  C.  III,  s.  496;  İBN  HƏCƏR,  Dürərü’l-Kaminə,  C.  II,  s.  150;  NUEYMİ,  Daris  fi 

Tarixi’l-Mədaris, C. I, s. 104. İbnü’l-Cəzəri alimin h. 778-ci ilin rəbiələvvəl ayının 28-i (15 avqust 1376) vəfat etdiyini və 

Dəməşqin Mizzə qəsəbəsində dəfn edildiyini qeyd etmişdir. Bax: Qayətü’n-Nihayə, s. 480.  



Təsəvvüf  əhlinə  mənsub  şeyx  idi.  Şeyx  Fəxrəddin  Əhməd  Marağadakı  ən  zəngin 

daşınmaz əmlak sahibi idi. Sultanlar və əmirlər ona hörmət və ehtiram bəsləyirdilər. O, 

baş qazi (qaziü’l-quzatü’l-məmalik) Mövlana Nizaməddin Əbü’l-Məkarim Əbdülməlik 

ibn  Muhəmməd  ibn  Əhməd  Marağinin  babası  idi.  Mövlana  Nizaməddin  Əbü’l-

Məkarim Maraği h. 664-cü ildə (1266) anadan olmuşdu

796


.  

 

Hacib Müqərrəbəddin Əbü’l-Müzəffər Yusif ibn Rüstəm ibn Tavan əs-Sitari Maraği 

Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə yaşamış dövlət xadimi  idi. Yuxarıda 

haqqında  bəhs  etdiyimiz  şeyx  Fəxrəddin  Əhməd  Maraği  onun  oğlu  idi.  Valilər  və 

hökmdarların  yanında  böyük  hörmət  sahibi  olan  hacib  Əbü’l-Müzəffər  Yusif 

Marağinin

797


 ölüm tarixi məlum deyil. 

 

Bədrəddin Davud ibn Gülbək ibn Əli Maraği 

Filosof  və  mütəfəkkir  idi.  Xüsusən  cədəl  və  xilaf  elmlərində  yaşadığı  dövrün  ən 

görkəmli  alimi  idi.  Katib  Çələbi  onun  Bədr  ət-Təvil,  yəni  uzun  Bədrəddin,  ləqəbi  ilə 

tanındığını  qeyd  etmişdir.  Onun  ən  məşhur  əsəri  şeyx  Rüknəddin  Əbu  Hamid 

Muhəmməd  ibn  Muhəmməd  Səmərqəndinin  (öl.  1121)  məntiq  elminə  dair  ‚İrşad  fi 

İlmü’l-Xilaf  və’l-Cədəl‛  adlı  əsərinə  yazdığı  şərhdir

798

.  Bu  əsərin  Türkiyədəki  yeganə 



nüsxəsi  Manisa  İHK-də  saxlanılır.  İmadəddin  ibn  Kəsir  onun  cədəl  və  xilaf  sahəsində 

böyük  mütəxəssis  olduğunu  qeyd  etmiş,  lakin  buna  baxmayaraq  dini  duyğuları  zəif, 

namaz qılmayan və faydasız işlərlə məşğul olan adam kimi tövsif etmişdi. Səlahəddin 

Səfədi  tanınmış  məntiqçi  alim  əllamə  Seydəddin  Əbu’r-Ruh  İsa  əl-Hənəfi  Bağdadinin 

(öl.  1306)  Bədrəddin  Marağinin  tələbələrindən  olduğunu  qeyd  etmişdir

799


.  Bədrəddin 

Davud Maraği h. 12 cəmadiəlaxir 660-cı ildə (3 may 1262) vəfat etmişdi

800

.  


                                                 

796


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 111. Nəvəsinin təvəllüd tarixini nəzərə alaraq şeyx Fəxrəddin Əhməd 

Marağinin  Azərbaycan  Atabəyləri  Dövləti  (1136-1225)  və  Xarəzmşah  Cəlaləddinin  (öl.  1231)  Azərbaycandakı 

hakimiyyəti  illərində  yaşadığını,  bu  dövlətlərə  mənsub  sultan  və  əmirlər  tərəfindən  himayə  gördüyünü  təxmin 

etmək olar.  

797

 BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 



798

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 132; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 702. 

799

 SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. III, s. 714. 



800

 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 413; Bədrəddin Mahmud ƏYNİ,  İqdü’l-Cüman fi Tarixi Əhlü’z-Zəman, s. 

89, Qahirə 1987. 


 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin