Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə18/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   14   15   16   17   18   19   20   21   ...   50

Şeyx Əbu Səlah Ərməniyyi 

XII-XIII  əsrlərdə  Misirdə,  Əyyubilər  dövlətində  yaşamış  azərbaycanlı  tarixçi, 

coğrafyaşünas  və  sosioloq  alimdir.  Həyatı  haqqında  ətraflı  məlumat  yoxdur.  Onun 

                                                 

695

 Qəyravan-indiki Tunis şəhəri.  



696

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 74-75; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 156. Yaqut əl-Həməvi bu 

şəxsin adını ‚Əbu Abdullah İsa ibn Malik ibn Şimr Ərməniyyi‛ olaraq qeyd etmişdir. 

697


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395. 

698


 İBN HƏCƏR, Lisanü’l-Mizan, C. I, s. 139. 

müəllifi  olduğu  ‚Tarix‛  adlı  əsərin  bilinən  yeganə  nüsxəsi  Paris  milli  kitabxanasında 

saxlanılır.  Əsər  Səlahəddin  Yusif  Əyyubinin  (1169-1193)  Misirdə  hakimiyyətə  gəldiyi 

564-cü ildən (1169) başlayaraq Misirin coğrafiyası, yaşayış məntəqələri, əhalisi və tarixi 

haqqında  çox  dəyərli  məlumatları  ehtiva  edir.  Xüsusilə  də  bu  əsərdə  Misirin  xristian 

əhalisi,  monastır  və  kilsələri  barədə  nadir  məlumatlar  mövcuddur.  Əsər  tamamlanıb 

başa  çatdırılmamışdır

699

.  Güman  ki,  şeyx  Əbu  Səlahın  vəfatı  buna  mane  olmuşdur. 



Ölüm tarixi məlum deyil. 

 

Əminəlmülk Hüseyn ibn Muhəmməd ibn Hüseyn Gəncəvi 

Mühəddis  idi. Hədis  dinləmək üçün  səyahətə çıxmış, Əbdülvəhhab ibn Məndə və ən-

Nə’alidən hədis dinləmişdi

700

. Ölüm tarixi məlum deyil.  



 

Şeyx İmadəddin Əbu Abdullah Muhəmməd ibn Yusif ibn Əbdülmün’im Gəncəvi 

Təsəvvüf əhlinə mənsub, fəzilət sahibi, əsilzadə şəxs idi. Şeyx İmadəddin Gəncəvi həm 

də  istedadlı  şair  idi.  İbnü’l-Fuvati  əsərində  onun  şerlərindən  nümunələr  qeyd 

etmişdir


701

. Ölüm tarixi məlum deyil. Təqribən XIII-XIV əsrlərdə yaşamışdır.  

 

Müfti Sənanəddin Yusif  ibn Hüsaməddin ibn İlyas Gəncəvi 

Hənəfi  məzhəbinə  mənsub  müfəssir  və  fəqih  idi.  Onun  adı  və  nisbəsi  müxtəlif  tarixi 

mənbələrdə bir-birindən fərqli qeyd olunmaqdadır. Məsələn M. Sürəyya onun Gəncəli 

olduğunu  qeyd  etmişdir

702

.  Nişancı  Mehmed  paşa  və  İdrisi  Bidlisi  onun  nisbəsini 



‚Bərdəizadə‛ olaraq qeyd etmişdilər

703


. Taşköprülüzadə onun nisbəsini ‚Əcəmi‛ olaraq 

qeyd  etmiş  və  ‚O,  Bərdənin  qəsəbələrindən  olan  Gəncədən  idi‛  yazmışdı

704

.  Katib 



Çələbi  isə  onun  Seyyid  Şərif  Cürcaninin  ‚Şərhü’t-Təcrid‛

705


  adlı  əsərinə  haşiyə 

                                                 

699

 DE SLANE, həmin əsər, s. 84. 



700

 ZƏHƏBİ, Müştəbih, s. 121; HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 209. 

701

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 856. 



702

 Mehmed SÜREYYA, Sicil-i Osmani, (Hzr. N. Akbayar), C. V, s. 1514, İstanbul 1996. 

703

 NİŞANCI, Hadisat, s. 160; Şərəfxan ibn Şəmsəddin BİDLİSİ, Şərəfnamə, (Trc. Y. Vasilyeva), C. II, s.120, Moskva 1976. 



704

 TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 184-185. 

705

 ‚ət-Təcrid fi İlmü’l-Kəlam‛ və ya qısaca ‚Təcridü’l-Kəlam‛ adı ilə tanınan əsərin müəllifi Nəsrəddin Tusi (öl. 1274) 



idi.  Nəsrəddin  Tusinin  əqaidə  dair  mülahizələrini  ifadə  etdiyi  bu  əsərdə  ‚imamət‛  mövzusu  əhəmiyyətli  yer 

yazdığını  qeyd  etdikdən  sonra  nisbəsini  ‚ət-Təbriziyü’l-Gəncəvi‛  olaraq  qeyd 

etmişdi


706

.  Bəzən  müəlliflərin  bir-birinə  zidd  bu  qeydlərindən  alimin  Bərdə  şəhərində 

dünyaya  gəlib  ilk  təhsilini  də  orada  aldığı  qənaəti  hasil  edilmişdir

707


.  Lakin  həmin 

qeydlərə  diqqət  yetirəndə  Sənanəddin  Yusifin  ata  və  babalarının  Bərdəli  olduğu, 

özünün  isə  Gəncədə  anadan  olub  ilk  təhsilini  orada  aldığı,  daha  sonra  isə  təhsilini 

Təbriz  şəhərində  davam  etdirdiyi  nəticəsini  çıxarmaq  olar.  Təbriz  həmin  dövrdə 

Azərbaycan  Ağqoyunlular  dövlətinin  həm  paytaxtı,  həm  də  elm  və  mədəniyyət 

mərkəzi idi. Alimin müasirləri olan Nişancı Mehmed paşa (öl. 1571) və İdris Bidlisi (öl. 

1521)  onun  haqqında  məlumat  verərkən  nisbəsini  ‚Bərdəizadə‛  yəni  Bərdəlinin  oğlu, 

Bərdəlinin  övladı  kimi  qeyd  etmişdilər

708

.  Bu  da  Sənanəddin  Yusifin  ata-babalarının 



Bərdəli  olduğu,  özünün  isə  Gəncədə  doğulub  böyüdüyünü  göstərir.  Katib  Çələbinin 

onun  haqqında  məlumat  verərəkən  nisbəsini  ‚ət-Təbriziyü’l-Gəncəvi‛  yazmasının 

səbəbi  isə  Sənanəddin  Yusifin  müəllifi  olduğu  əsərləri  yazarkən  əsəri  hansı  şəhərdə 

yazımşdırsa  həmin  şəhəri  nisbə  olaraq  istifadə  etməsindən  irəli  gəlir.  İrəlidə  ətraflı 

məlumat  verəcəyimiz  kimi  Sənanəddin  Yusif  uzun  müddət  Türkiyənin  Amasiya 

şəhərində  yaşamış  və  bu  şəhərin  müftisi  olmuşdu.  Alimin  Türkiyədəki  əlyazma  əsər 

kitabxanalarında saxlanılar əsərlərinin böyük əksəriyyətində nisbəsi ‚əl-Amasi‛ olaraq 

qeyd edilmişdi. Bu onun həmin əsərləri Amasiyada qələmə aldığını göstərir. Görünür 

‚Haşiyə ələ Şərhi’t-Təcrid‛i Təbrizdə qələmə almış və nisbəsini də özü ‚ət-Təbriziyü’l-

Gəncəvi‛  kimi  yazmışdır.  Bununla  yanaşı  onu  da  qeyd  edim  ki,  Katib  Çələbi  onun 

‚Haşiyətü’ş-Şərhi’l-Fəraiz‛  adlı  əsəri  haqqında  məlumat  verərkən  adını  ‚Sənanəddin 

                                                                                                                                                             

tutmuşdur. Tusi burada ‚imamət‛ mövzusunu şiəlik nöqteyi-nəzərindən dəyərlindirmişdi. Tusidən sonra onun bu 

əsərinə həm şiə, həm də sünni alimlər tərəfindən çox sayıda şərh, haşiyə və tə’liqat yazılmışdır. Nəsrəddin Tusinin 

bu  əsərdəki  əqidəvi  mülahizələrinin  çürüdülməsi  babında  qələmə  alınmış  əsərlərdən  Şəmsəddin  Əbü’s-Səna 

Mahmud  İsfəhaninin  (öl.  1349)  ‚Təşyidü’l-Qəvaid  fi  Şərhi  Təhriri’l-Əqaid‛,  Seyyid  Şərif  Cürcaninin  ‚Haşiyə  ələ 

Şərhi’t-Təcrid‛,  Əli  Quşçunun  (öl.  1474)  ‚Şərhü’t-Təcrid‛,  Ağqoyunlu  dövrü  alimlərindən  Cəlaləddin  Muhəmməd 

Dəvvaninin  (1426-1502)  ‚Rəsilü’l-Cəlaliyyə‛  adlı  əsərlərinin  adını  çəkə  bilərik.  Osmanlı  imperatorluğunun  ilk 

dövrlərində bunlardan ən məşhuru Seyyid Şərif Cürcaninin ‚Haşiyə ələ Şərhi’t-Təcrid‛ adlı əsəri olmuşdur. Başda 

Fateh  II  Mehmed  olmaqla  Osmanlı  sultanları  bu  əsərin  mədrəsələrdə  dərslik  kimi  tələbələrə  oxudulmasını  təmin 

etmişdilər.  Osmanlı  imp-ğu  alimlərindən  bir  çoxu  bu  əsərə  haşiyə  yazmışdılar.  Bunlardan  biri  Sənanəddin  Yusif 

Gəncəvi,  digəri  isə  onun  müasiri  və  ‚Haşiyətü’l-Haşiyə  ələ  Şərhi’t-Təcrid‛in  müəllifi  olan  Xətibzadə  Mehmed 

Qastamonidir (öl. 1495). Taşköprülüzadənin bəyan etdiyinə görə (bax: Şəqaiqü’n-Numaniyyə, s. 185) Sənanəddin Yusif 

Gəncəvi, Xətibzadənin bu haşiyəsindəki bəzi fikirlərini tənqid etmişdir.  

706

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 1083. 



707

  Bilal  DƏDƏYEV,  ‚Osmanlı  Eğitimine  Katkıda  Bulunan  Bazı  Azerbaycan  Müderrisleri‛,  Journal  of  Qafqaz 



University, S. 26, Bakı 2009, s. 215-223. 

708


 NİŞANCI, yenə orada; BİDLİSİ, yenə orada

Yusif  əl-Bərdəi‛  olaraq  qeyd  etmişdir

709


.  Şübhəsiz  ki,  Katib  Çələbinin  gördüyü 

Sənanəddin  Yusifə  aid  əlyazmanın  özündə  alimin  adı  məzh  belə  yazılmışdı.  Həcc 

ziyarəti  üçün  getdiyi  Məkkədə  qaldığı  müddətdə  türkcə  qələmə  aldığı  ‚Məcmu’  fih 

Kitaban‛  adlı  əsərində  isə  müəllifin  adı  ‚Sənanəddin  Yusif  əl-Məkki‛  kimi  qeyd 

edilmişdi.  Bu  əsərin  əlyazma  nüsxəsi  Səudiyyə  Ərəbistanında,  Kral  Səud  Universiteti 

kitabxanasında  saxlanılır  və  surəti  şəxsi  kitabxanamda  mövcuddur.  Aşağıda  da 

görəcəyimiz  kimi  Sənanəddin  Yusifin  qələmindən  çıxmış  əsərlərin  böyük  əksəriyyəti 

özündən  əvvəlki  və  ya  özünün  müasiri  olan  alimlərin  əsərlərinə  yazdığı  haşiyələrdən 

ibarətdir.  Bu  onun  ‚əl-Muhaşşi‛,  yəni  haşiyəçi,  haşiyə  yazan  ləqəbi  ilə  tanınmasına 

səbəb olmuş,  haqqında məlumat verən bir çox müəllif onun bu  ləqəbini adının önünə 

yazmışdır.  

Bağdadlı İsmayıl paşa onun h. 893-cü ildə (1488) anadan olub h. 996-cı ildə (1588) vəfat 

etdiyini qeyd etmişdir

710


. Alim  haqqında məlumat verən digər mənbələrin heç birində 

belə məlumat yoxdur və bu tamamilə yanlışdır. Yanıldığının ən əsas dəlili elə İsmayıl 

paşanın  öz  əsərindəki  başqa  bir  qeyddir.  İsmayıl  paşa  Sənanəddin  Yusifin  oğlu 

Muhəmməd  Çələbi  haqqında  məlumat  verərkən  onun  İstanbul  Süleymaniyyə 

mədrəsəsində  müdərris  ikən  h.  989-cü  ildə  (1581)  vəfat  etdiyini  qeyd  etmişdir

711


Muhəmməd  Çələbinin  müdərris  (rektor)  ola  biləcək  yaşa  çatmasına  rəğmən  atasının 

ondan  daha  uzun  ömr  yaşadığını  təxmin  etmək  xeyli  çətindir.  H.  893  (1488)  tarixi 

böyük ehtimalla alimin Azərbaycandan Anadoluya gəliş tarixidir. Bu sultan II Bayəzdin 

(1481-1512)  hakimiyyəti  illərinə  təsadüf  edir.  Bu  tarix  Ağqoyunluların  hakimiyyəti 

dövrünün  sonlarına  təsadüf  edir  ki,  bu  da  Azərbaycan  tarixinin  ən  qarışıq  və  daxili 

çəkişmələrə  səhnə  olan  dövrlərindəndir.  Bu  zaman  bir  çox  tanınmış  alim  vətəni  tərk 

edərək Azərbaycandan ətraf müsəlman məmləkətlərinə getmişdilər. Sənanəddin Yusif 

Osmanlı  məmləkətinə  gələndən  sonra  Bursadakı  mövlana  Xosrov  mədrəsəsində  dərs 

vermişdi. Sonra İznikdəki bir mədrəsəyə müdərris, daha sonra isə Amasiya müftiliyinə 

                                                 

709


 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 276. 

710


 BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. II, s. 564. Bursalı Mehmed Tahir də mütfi Sənanəddin Yusifin ölüm tarixi və yeri 

haqqında  səhv  məlumat  vermişdir.  Mehmed  Tarihə  görə  alim  h.  986-cı  (1578)  ildə  İstanbulda  vəfat  etmişdir.  Bax, 



həmin əsər, C. II, s. 54-55. Ümuniyyətlə mənbələrdəki bir-birinə zidd məlumatlar ‚Sənanəddin Yusif Amasyəvi‛ adlı 

iki ayrı şəxsin təqribən eyni dövrdə Osmanlı dövlətində yaşadığı fikrini oyadır.  

711

 BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. II, s. 252. 



təyin  olunmuşdu.  Amasiya  müftisi  olduğu  dövrdə  həmçinin  Amasiyadakı  sultan 

Bayəzid  mədrəsəsinin  müdərrisi  olmuşdu

712

.  Əbdizadə  Hüseynin  bildirdiyinə  görə 



‚Mədrəsəyi-Sultaniyyə‛  kimi  tanınan,  891-ci  ildə  (1486)  Amasiyada  sultan  II  Bayəzd 

tərəfindən  inşa  etdirilmiş  bu  mədrəsənin  belə  bir  xüsusiyyəti  var  idi  ki,  Amasiya 

müftiliyinə təyin olunan şəxs həm də bu mədrəsənin müdərrisliyinə təyin olunurdu

713


Yəni belə demək mümkündürsə, müfti-müdərris hər gün məşğul olub həll etdiyi fiqhi 

məsələlərin  həm  praktika  və  həm  də  nəzəriyyəsini  tələbələrə  göstərmək  fürsəti  əldə 

etmiş olurdu.  

Müfti  Sənanəddin  Yusifin  ölüm  tarixi  haqqında  iki  əsas  mülahizə  mövcuddur.  M. 

Sürəyya  onun  h.  922-ci  ildə  (1516)  vəfat  etdiyini  qeyd  etmişdir

714

.  Amasiya  şəhərinin 



tarixini  yazmış  Əbdizadə  Hüseyn  Hüsaməddin  isə  onun  h.  913-cü  ilin  əvvələrində 

(may-avqust  1507)  yatağında  qəflətən  öldüyünü  qeyd  etmiş  və  ölümünün  müəmmalı 

olduğuna  eyham  vurmuşdu.  Bununla  bağlı  Hüseyn  Hüsaməddin  maraqlı  bir  əhvalat 

yazmışdır  ki,  xülasəsini  burada  nəql  etmək  yerinə  düşəcəkdir.  Əvvəla  onu  deyim  ki, 

son  dövr  Osmanlı  tarixçilərindən  olan  H.  H.  Əbdizadənin  (öl.  1939)  əsərini  tədqiq 

edərkən onun ümumiyyətlə azərbaycanlılara qarşı münfi münasibət bəslədiyinin şahidi 

oldum.  Belə  ki,  ‚Tarixi-Amasiya‛  adlı  əsərinin  III  cildinin  4-7  səhifələrini,    ‚h.  736-cı 

ildə  Amasiya  Əyanı  və  Azərilər‛  başlığı  altında,  azərbaycan  türklərinə  olan  mənfi 

münasibətinin açıqlamasına sərf edərək, əsassız iddialar ortaya atmışdır. Buna görə də 

onun  müfti  Sənanəddin  Yusif  Gəncəvi  haqqında  verdiyi  məlumatlara  da  ehtiyatla 

yanaşmaq lazım olduğu fikrindəyəm. Çünki müəllifin özünün şəxsi qənaətlərini tarixi 

hadisələrə  əks  etdirmə  ehtimalı  böyükdür.  Beləliklə  Əbdizadə  sultan  II  Bayəzidin 

hakimiyyəti  illərində  oğullarından  şahzadə  Əhmədin  Amasiya  canişini  oluduğunu  və  

əcəmlərin,  yəni  iranlıların  şahzadə  üzərində  dərin  təsirə  malik  olduqlarını  yazır. 

Müəllif burada ‚əcəm‛ məfhumuna azərbaycanlıları da daxil etməkdədir. Bu nüfuz və 

təsir  nəticəsində  başı  şah  İsmayıl  Səfəvinin  göndərdiyi  hədiyyələrə  və  əyləncəyə 

qarışmış  şahzadə,  şah  İsmayılın  Ərzincanı  tutub  talan  etməsinə,  hətta  Amasiya 

yaxınlığındakı  Toqada  qədər  gəlib  çıxmasına  lazımi  əhəməyyət  verməmiş  və  bu 

                                                 

712


 TAŞKÖPRÜZADƏ, yenə orada

713


 Hüseyn Hüsaməddin ƏBDİZADƏ, Tarix-i Amasya, C. I, s. 292, İstanbul 1327-1330. 

714


 SÜREYYA, yenə orada

ərazilərin müdafiəsini  təşkil etməmişdi. Əbdizadənin yazdığına görə bunun ən böyük 

səbəbkarı əcəmlər idi. Bu acınacaqlı vəziyyəti görən amasiyalı şair Fəğani İshaq Çələbi 

bir şer yazaraq Amasiyadakı əcəmləri həcv, şahzadəni isə tənqid etmişdi. Əbdizadənin 

yazdığına  görə  əcəmlər  şairin  bu  həcvini  ‚həzm‛  edə  bilməmiş  və  ondan  qisas  almaq 

qərarına  gəlmişdilər.  Fəğani  İshaq  Çələbi  şahzadə  Əhmədin  oğlu  şahzadə  Muradın 

yaxın  adamlarından,  həmsöhbətlərindən  biri  idi.  Nəticə  çıxarmağı  oxucunun  öz 

ixtiyarına buraxaraq Əbdizadənin qeydini olduğu kimi iqtibas edirəm: ‚Əcəmlər sultan 

Əhmədin ən ziyadə etimad etdiyi bir zat ilə Fəğaninin şahzadə Murad bəyə əlaqəsi və 

sui-niyyəti  olduğunu  icad  və  iftira  edərək  sultan  Əhmədi  inandırmışlardı‛.  ‚Əlaqə  və 

sui-niyyət‛  deyərkən  şübhəsiz  ki,  uşaqbazlıq  nəzərdə  tutulmuşdu.  Çünki,  müəllifin 

yazdığına  görə,  bu  söz  şahzadə  Əhmədin  qəzəbinə  elə  səbəb  olmuşdu  ki,  o,  məsələni 

araşdırtmağa belə ehtiyac görmədən şair Fəğanini edam etdimişdi. Fəğani xalq arasında 

sevilən  şair  idi.  Bundan  başqa  o,  Amasiyadakı  nüfuzlu  ailələrdən  birinə  mənsub  idi. 

Xalq  onun  qohumu  olan  Amasiya  qazisi  Müslihzadə  Əbdürrəhman  əfəndiyə  öz 

əqrəbasını  qoruya  bilmədiyi  üçün  tənə  etdi.  Qazi  Müslihzadə  insanların  bu  acı  və 

tikanlı  sözlərindən  ötrü  xəstələnib  yatağa  düşdü  və  vəfat  etdi.  Qazinin  Muhəmməd, 

Mahmud  və  Seyyidi  adlı  oğulları  isə  Amasiyanı  tərk  edib,  şahzadə  Yavuz  Səlimin 

canişin  olduğu,  Trabzona  getmişdilər.  Fəğani  hadisəsi  şahzadə  Əhmədin  Amasyada 

nüfuzunun  sarsılmasına  səbəb  olmuşdu.  Fəğaninin  nüfuz  sahibi  qohumları  yuxarıda 

haqqında danışdığımız xəbəri şahzadə Əhmədə kimin çatdırdığını araşdırmışdılar. Belə 

məlum  olmuşdu  ki,  bunu  şahzadəyə  müfti  Sənanəddin  Yusif  Gəncəvi  çatdırmışdır. 

Qısa  müddət  sonra,  h.  913-cü  ilin  əvvələrində  (may-avqust  1507)  müfti  Sənanəddin 

Yusif  Gəncəvi  yuxuda  ikən  qəflətən  ölmüşdü

715


.  Osmanlı  tarixində  şahzadə  Yavuz 

Səlimlə qardaşı şahzadə Əhməd arasındakı mübarizə məlum idi. Hər iki qardaş ataları 

II Bayəziddən sonra Osmanlı taxtına oturmaq istəyirdi. Yavuz Səlim hələ şahzadəliyi və 

Trabzon canişinliyi dövründə qızılbaş təhlükəsinə qarşı sərt mövqeyi və amansızlığı ilə 

tanınmışdı.  Osmanlı  dövlətinin  yüksək  rütbəli  mülki  və  hərbi  məmurları  hələ  II 

Bayəzid  sağ  ikən  ikiyə  ayrılaraq  bir  qismi  şahzadə  Əhmədi,  digər  qismi  isə  şahzadə 

Səlimi  dəstəkləmişdilər.  Qızılbaş  meylli  məmurların  bir  çoxu  şahzadə  Əhmədin 

                                                 

715

 Hüseyn Hüsaməddin ƏBDİZADƏ, Tarix-i Amasya, C. III, s. 253-254, İstanbul 1927. 



tərəfində  idilər.  Lakin  tale  Yavuz  Səlimin  üzünə  gülmş,  bu  şahzadə  həm  dövlət 

xadimləri  arasında  tərəfdarlarının  çoxluğu,  həm  də  üstün  şəxsi  keyfiyyətləri 

baxımından  taxta  namizədlik  məsələsində  qardaşı  Əhmədi  üstələmişdi.  Əbdizadənin 

nəql etdiyi bu hadisədə şair Fəğani, qazi Müslihzadə və müfti Sənanəddin Gəncəvi də 

iki  qardaş  arasındakı  bu  taxt-tac  mübarizəsinin  qurbanı  olmuşdular.  Əks  təqdirdə, 

qəhərindən  öldüyü  zənn  edilən  qazi  Müslihzadənin  oğullarının  Amasiyanı  tərk 

etmələrini,  üstəlik  Yavuz  Səlimin  canişin  olduğu  Trabzona  getmələrini  başqa  cür  izah 

etmək çətindir.  

Burada  bir  məsələyə  də  toxunmaq  yerinə  düşəcəkdir.  Əbdizadə  Hüseyn  yaşadığı 

dövrlə  tədqiq  etdiyi  tarixi  dövrü  bir-biri  ilə  qarışdırmışdır.  Daha  doğrusu  o,  tədqiq 

etdiyi  dövrdə  Azərbaycanın  ictimai  vəziyyətindən  bixəbər  olmuşdur.  Həmin  dövrdə 

şah İsmayılın tərəfdarlarının çoxu Əbdizadənin zənn etdiyi kimi əcəmlər, yəni İran və 

Azərbaycan  əhalisi  deyildi.  Əksinə  şah  İsmayılın  ordusundakıların  böyük  əksəriyyəti 

məhz  Anadolunun  yarıköçəri  qızılbaşları  idi  ki,  Azərbaycan  və  İranda  əhaliyə  qanlı 

divan  tutmuşdular.  Həsən  Can  İsfəhani

716


,  İdris  Bidlisi  kimi,  Əbdizadənin  ifadəsi  ilə 

desək  ‚əcəm‛  olan,  şəxslər  isə  sultan  Yavuz  I  Səlimi  qızılbaş  hərəkatına  qarşı  təşviq 

edən  şəxslər  olmuşdular.  Qısacası  həmin  dövrdə  Osmanlı-Səfəvi  mübarizəsinin 

təməlində  nə  milli,  nə  irqri,  nə  də  coğrafi  amil  yatmırdı.  Məsələ  tamamən  siyasi  və 

məfkurəvi mübarizə idi.  

Müfti  Sənanəddin  Yusif  Gəncəvi  yaşadığı  dövrün  böyük  alimlərindən  idi.  O,  təfsir, 

fiqh, əxlaq və filologiya sahisəndə bir sıra əsərlərin müəllifi idi. Alimin müəllifi olduğu 

‚Haşiyə ələ Bəyzavi‛nin nüsxələrindən biri İstanbul Millət kitabxanasında saxlanılır. Bu 

haşiyə qazi Bəyzavinin Qur’ani-Kərimin Ənam surəsindən Kəhf surəsinə qədər olan 11 

surəsinə  və  Ayətü’l-Kürsiyə  yazdığı  təfsirə  yazılmışdır.  Həmin  kitabxanada 

Sənanəddin  əfəndinin  eyni  adlı  başqa  bir  əsəri  də  mövcuddur.  Bu  nüsxə  isə  qazi 

Bəyzavinin  Qur’anın  Kərimin  Ənamdan  Kəhfə  qədərki  11  surəsinə,  həmçinin  Mülk, 

Müzzəmmil,  Müddəsir,  Duhə,  İnşirah,  Tin,  Ələq,  Qədr,  Bəyyinə,  Zilzal,  Adiyət 

surələrinə yazdığı təfsirə haşiyədir. Bu haşiyələr onun qazi Bəyzavi təfsinə yazdığı tam 

haşiyənin  ayrı-ayrı  hissələridir.  Həmin  kitabxanada  alimin  kəlam  elminə  dair 

                                                 

716

 Məşhur Osmanlı tarixçisi, ‚Tacü’t-Təvarix‛in müəllifi Xacə Sə’dəddinin atasıdır.  



‚Tə’yinü’l-Mərahim‛ adlı əsərinin də bir nüsxəsi mövcuddur. Bu əsərin digər nüsxələri 

isə  İstanbuldakı  Atif  əfəndi  əlyazma  əsərlər  kitabxanası,  Nuriosmaniyyə  əlyazma 

əsərlər  kitabxanasında  saxlanılır.  Alimin  ‚Haşiyə  ələ  Ənvari’t-tənzil  və  Əsrari’t-Təvil‛ 

adlı  əsərinin  nüsxələri  Atif  əfəndi  və  Konya  BYEK-də  mövcuddur.  Bu  qazi  Bəyzavi 

təfsirinin tamamına yazılmış haşiyədir. Sənanəddin əfəndinin ‚Təfyinü’l-Məkarim‛ adlı 

əsərinin  müəyyən  edə  bildiyimiz  yeganə  nüsxəsi  Manisa  İHK-də  saxlanılır.  Onun 

‚Mənasiki-Həcc‛ adlı əsərinin əlyazma nüsxəsi Ankara Milli kitabxasında, ‚Müntəxabu 

İğasəti’l-Ləhfən  fi  Məsaidi’ş-Şeytan  li-İbnü’l-Qəyyim  əl-Cəvziyyə‛  adlı  ərəbcə  və 

‚Nuru’l-Hüda‛ adlı türkcə qələmə aldığı mənəvi tərbiyə və İslam əxlaqına dair əsərləri 

İstanbul  Köprülü  əlyazma  əsərlər  kitabxanasında,  ‚Haşiyə  ələ  Şərhi’l-Məvaqif‛  adlı 

əqidəyə  və  kəlama  dair  əsərinin  iki  nüsxəsi  isə  Diyarbəkir  İHK-də  saxlanılır.  Burada 

adlarını  sadaladıqlarımızdan  başqa  Katib  Çələbi  alimin  vərəsələki  hüququna  dair 

‚Haşiyə  li-Şərhi’l-Fəraiz‛,  münazirə  (elmi  diskussiya)  qaydalarına  dair  ‚Risalə  fi 

Ababü’l-Bəhs‛,  astronomiyaya  aid  ‚Risalə  fi’l-Hey’ə‛  kimi  əsərlərinin  olduğunu  da 

qeyd  etmişdir

717


.  Sənanəddin  Yusif    Gəncəvi  həkim  Kəmaləddin  Məs’ud  Şirvaninin

718


 

(öl.  1499)  təbib  Şəmsəddin  Səmərqəndinin  (öl.  təqribən  1204)  əxlaq  fəlsəfəsinə  dair 

‚Adabü’l-Fazil‛  adlı  əsərinə  yazdığı  şərhə  haşiyə  yazmışdır.  Bu  haşiyənin  bir  nüsxəsi 

Paris milli kitabxanasında saxlanılır

719

.  


 

İbrahim ibn Muhəmməd Gəncəvi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Yaşlandığı  vaxt  dinləyib  əzbərlədiyi 

hədisləri  unutmamaq  üçün  qələmə  almışdı.  İslam  dinini  təbliğ  etmək  məqsədiylə 

Gəncəni  tərk  etmiş  və  2  il  davam  edən  səyahətə  çıxmışdı.  Bu  səyahət  vaxtı  vəfat 

etmişdi

720


. Ölüm tarixi h. 385-ci (995) ildən əvvələ təsadüf edir.  

 

                                                 



717

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 276, 1039, 1107. 

718

 Həkim Kəmaləddin Məs’ud Şirvani haqqında ətraflı məlumat üçün bax: s. ??? 



719

 DE SLANE, həmin əsər, s. 412. 

720

 İBN MAKULA, İkmal, C. I, s. 125; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 408; ŞƏHRƏZURİ, Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə



C.  I,  s.  319.  İbnü’s-Səlah  Şəhrəzuri,  Əbü’l-Həsən  Əli  Darəqutninin  (öl.  995)  özünün  ‚əl-Mu’təlif‛  adlı  əsərində 

İbrahim  ibn  Muhəmməd  Gəncəvinin  əzbərindəki  hədisləri  qələmə  aldığını  yazdığını  bildirməkdədir.  Ehtimal  ki, 

Darəqutni, haqqında məlumat verdiyi, bu mühəddisdən sonra vəfat etmişdir. Yaxud da onun müasiri olmuşdur.  


Əbu Məs’ud Əhməd ibn İbrahim ibn Muhəmməd ibn Əhməd ibn İbrahim ibn Musa 

ibn Abdullah Gəncəvi 

Mühəddis idi və mənsub olduğu ailədən bir çox hədis alimi çıxmışdı. O cümlədən atası 

da  mühəddis  idi.  Əbu  Əmr  ibn  Mənduyə  və  Əbü’l-Qasım  İsmayıl  əl-İsmailidən  hədis 

dinləmişdi

721

.  Mənbələrdə  bu  haqda  dəqiq  məlumata  rast  gəlməsək  də,  fikrimizcə 



yuxarıda  haqqında  bəhs  etdiyimiz  İbrahim  ibn  Muhəmməd  Gəncəvi  onun  atası  idi. 

Ölüm tarixi məlum deyil. Təqribən XI əsrdə yaşamışdır. 

 

Əbu Abdullah Əhməd ibn Muhəmməd ibn Əhməd Gəncəvi 

Mühəddis  idi.  Uzun  müddət  İsfəhanda  yaşamış  bu  şəhərdəki  hədis  alimlərindən  dərs 

almışdı.  Əbu  Bəkr  Muhəmməd  Bağdadi  öz  əsərində  İsfahanda  olarkən  onunla 

görüşdüyünü  qeyd  etmişdi.  Bağdadinin  bildirdiyinə  görə  Əbu  Abdullah  Əhməd 

Gəncəvi  İsfəhanda  Əbu  Muhəmməd  Əbdürrəhman  əd-Düveyninin  tələbəsi  olmuş  və 

ondan  Nəsainin  ‚Sünən‛  adlı  hədis  küliyyatını  dinləmişdi.  Əbu  Abdullah  Gəncəvinin 

müəllimlərindən  biri  də  Əbü’l-Qasım  Hibətullah  İsfəhani  olmuşdur

722


.  Ölüm  tarixi 

məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin