Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Şeyx Fəxrəddin Əbü’l-Həsən Əli ibn Yunis ibn Mahmud Əhəri



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə15/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   11   12   13   14   15   16   17   18   ...   50

Şeyx Fəxrəddin Əbü’l-Həsən Əli ibn Yunis ibn Mahmud Əhəri 

Təsəvvüf  əhlinə  mənsub  mühəddis  idi.  İbnü’l-Fuvati  onun  yaşadığı  dövrün  böyük 

təsəvvüf alimlərindən  biri olduğu qeyd etmişdir. Alim h. 664-cü  ildə (1266) Marağaya 

gəlmiş və bu şəhərdə yaşamışdır. O, daim sükut edir

587

, sadəcə ondan nəsə soruşulanda 



cavab verirdi

588


. Ölüm tarixi qeyd olunmamışdır.  

 

Şeyx İmadəddin Əbü’l-Fəzl Fəzlullah ibn Hüseyn ibn Əbdüləziz Əhəri 

Mühəddis və təsəvvüf əhlinə mənsub şeyx idi. Şeyx İmadəddin Fəzlullah alim, zahid və 

saleh  insan  idi.  O,  Əhərdəki  məşhur  təsəvvüfçü  şeyxlərin  nəslindən  idi.  Ömər  ibn 

Əbü’l-Hüseyn  əl-Əştəridən  hədis  dərsləri  almışdı.  Onun  Əhərin  Babi-Kaşan  səmtində 

möhkəm  divarlarla  əhatə  olunmuş  zaviyəsi  var  idi.  İbnü’l-Fuvati  h.  659-cu  ildə  (1261) 

bu zaviyəni gördüyünü qeyd etmişdir. Şeyx İmadəddin Fəzlullah Əhəri həcc üçün yola 

çıxmış,  Bağdada,  oradan  da  Məkkəyə  getmişdir.  Həcc  ziyarətindən  sonra  bir  müddət 

Məkkədə qalmış və hədis dərsləri vermişdi. Onun dərslərini dinləmiş tələbələr arasında 

mühəddis  Rüknəddin  Əbü’l-Qasım  Əbdürrəhman  əl-Məkki  də  olmuşdur

589

.  Ölüm 


tarixi qeyd olunmamışdır. XII-XIII əsrlərdə yaşamışdır. 

 

Şeyx Şihabəddin Mahmud ibn Əhməd Əhəri  

Şafi’i məzhəbinə mənsub fəqih və fütüvvət şeyxi idi. h. 580-ci ilin şaban ayında (noyabr 

1184)  dünyaya  gəlmişdi.  Azərbaycan  Atabəylərinin  hakimiyyəti  dövründə 

Azərbaycanın tanınmış alim, zahid və abidlərindən biri olan şeyx Şihabəddin Mahmud 

Azərbaycan  mədrəsələrində  təhsil  alandan  sonra  təhsilini  davam  etdirmək  üçün 

təqribən  h.  606-cı  ildə  (1209)  Bağdada  getmişdi.  Bağdadda  azərbaycanlı  şeyx 

                                                 

587

  Bu  bir  növ  susma  orucu  olmalıdır.  Şeyx  Fəxrəddin Əli  Əhəri  hədis  alimi  olduğu  üçün  dilin  insanın  başına  bəla 



olan iki əsas  bədən üzvündən biri olduğu haqqındakı çoxsayılı hədisləri sözsüz ki, yaxşı bilirdi.  

588


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 263. 

589


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 806-807. 

Rüknəddin  Şücasi  ilə  tanış  olub  ona  intisab  etmiş,  müridi  olmuşdu.  Şeyx  Şihabəddin 

Mahmudun  ‚Eşqnamə‛  adlı  əsəri  olduğu  bilinir.  Şeyx  Şihabəddin  Mahmud  Əhəri  h. 

665-ci  ildə  (1267)  vəfat  etmiş  və  Əhərdəki  öz  xanəgahında  dəfn  edilmişdi.  Bu  gün 

qəbrinin  mövcud  olduğu  məqbərə,  məscid  və  xanəgah  təqribən  XIII  əsrin  axırlarında 

inşa edilmiş, sonrakı əsrlərdə bir neçə dəfə əsaslı təmir edilmişdi. 

 

Cəlaləddin Abdullah ibn Abdullah Ərdəbili 

Hənəfi məzhəbinə  mənsub  fəqih  idi. İraqın  tanınmış alimlərindən dərs almış, təhsilini 

başa  vurandan  sonra  Qahirəyə  getmişdi.  əl-Əşrəf  mədrəsəsinin  müdərrisi  olmuşdu. 

Həmçinin Misirdə qaziəsgər

590

 idi. H. 807-ci ilin ramazan ayında (mart 1405) Qahirədə 



vəfat etmişdi

591




 

Əbu Zur’ə Əbdülvəhhab ibn Muhəmməd ibn Əyyub Ərdəbili 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  idi.  Çox  ibadət  edən,  zahid  bir  şəxs  idi.  İranın  Fars 

vilayətində h. 415-ci il rəcəb ayının 5-i (11 sentyabr 1024) vəfat etmişdi

592


 

Şeyx Müinəddin Əbu Cə’fər Ömər ibn Muhəmməd ibn Xıdır Ərdəbili 

Təsəvvüf şeyxi və tarixçi idi. Mosulda anadan olmuş və bu şəhərdə böyümşüdü. Daha 

sonra Suriyaya gedərək burada məskunlaşmış və h. 570-ci ildə (1175) Dəməşqdə vəfat 

etmişdi.  Atabəy  Nurəddin  Mahmud  Zəngi

593


  (1146-1174)  şeyx  Müinəddin  Ömər 

Ərdəbiliyə  dərin  hörmət  və  ehtiram  bəsləyir,  onu  himayə  edirdi.  Müinəddin  Ömər 

Ərdəbili  Muhəmməd  peyğəmbərin  (م)  dövündəki  İslam  tarixinə  dair  ‚Vəsilətü’l-

Mütəəbbidin fi Sirəti Seyyidi’l-Mürsəlin‛ adlı əsərin müəllifi idi

594

.  


 

Qazi İmadəddin Əhməd ibn İsmayıl Ərdəbili 

                                                 

590

 Qaziəsgər və ya qaziüləsgər-hərbi işlər üzrə hakim. 



591

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 736-737. 

592

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 68. 



593

  İmadəddin  Zənginin  Mosulda  qurduğu  Zəngilər  dövləti  (1127-1234)  onun  ölümünən  (1146)  sonra  oğulları 

arasında  bölüştürülmüşdü.  I  Seyfəddin  Ğazi  və  Qütbədin  Məvdud  Mosul  atabəyi,  Nurəddin  Mahmud  isə  Hələb 

atabəyi olmuşdu.  

594

 BAĞDADLI, İzahü’l-Məknun, C. II, s. 454; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 573. 



Qazi  İmadəddin  Əhməd  Ərdəbil  şəhərinin  qazilərinin  nəslindən  idi.  Onun  mənsub 

olduğu  ailə  raşid  xəlifələrdən  Ömər  ibn  Xəttab  (ا)  və  Əli  ibn  Əbu  Talibin  (ا)  öz  dəsti-

xəttləri  ilə  yazdıqları  məktublara  sahib  idi  və  nəsildən  nəslə  ötürərək  bu  məktubları 

mühafizə  edirdilər.  Qazi  İmadəddin  Əhməd,  Şihabəddin  Sührəvərdi

595

  və  mühəddis 



Əbü’l-Xeyr  Qəzvininin  (1118-1194)  tələbəsi  olmuşdu.  O,  Əbü’l-Xeyr  Qəzvinidən 

Muhyəddin  Hüseyn  Bəğəvinin  (öl.  1122)  ‚Şərhü’s-Sünnə‛  adlı  çoxcildli  hədis 

külliyatını dinləmişdi

596


 

Şeyx Cəmaləddin Abdullah Ərdəbili 

Hənəfi məzhəbinə mənsub  fəqih  idi.  Elmi  ilə yanaşı  fəziləti və salehliyi  ilə də  məşhur 

olmuşdu.  Misirdə  Sürqatmışiyyə  mədrəsəsində  müəllim  işləmiş,  daha  sonra 

Canıbəkiyyə  mədrəsəsinə  müdərris  təyin  olunmuşdu.  Cəmaləddin  Abdullah  vəfatına 

qədər bu mədrəsədə dərs vermişdi. Alim h. 869-cu ilin şaban ayında (aprel 1465) vəfat 

etmişdi.  Vəfatından  sonra  Canıbəkiyyə  mədrəsəsi  müdərrisliyinə  onun  yetişdirdiyi 

alimlərdən şeyx Xeyrəddin əl-Şunişi təyin olunmuşdu

597

.  


 

Cəmaləddin Muhəmməd ibn Əbdülqəni Ərdəbili 

Öz dövrünün məşhur filoloq və ədəbiyyatşünaslarından biri idi. Qənizadə ər-Rumi adı 

ilə  tanınan  alim  həmçinin  hənəfi  məzhəbinə  mənsub  fəqih  və  müfəssir  idi.  ‚ər-Rumi‛ 

nisbəsi  ilə  tanınması  onun  Anadoluda  yaşadığı  ehtimalını  gücləndirir.  Cəmaləddin 

Muhəmməd  Ərdəbili  h.  980-1036-cı  (1572-1627)  illərdə  yaşamışdır.  Alim  ‚Haşiyə  ələ 

Ənvari’t-Tənzil  li’l-Bəyzavi‛,  ‚Ənvar  fi’l-Fiqhü’ş-Şafi’i‛,  ‚Şərhü’l-Unmuzəc  fi’n-Nəhv‛ 

adlı  əsərlərin  müəllifi  idi.  Bu  sonuncu  əsəri  Əbu’l-Qasım  Carullah  Zəməxşərinin  ərəb 

filologiyasına dair ‚Unmuzəc fi’n-Nəhv‛ əsərinə yazmış şərh idi

598

. Türkiyənin əlyazma 



                                                 

595


  Buradakı  şəxsin  şeyx  Şihabəddin  Ömər  Sührəvərdi  (öl.  1234)  yoxsa  ‚məqtul‛  ləqəbli  filosof  Şihabəddin  Yəhya 

Sührəvərdi  (1155-1191)  olduğunu  dəqiqləşdirmək  mümkün  olmamışdır.  Ehtimal  ki,  söhbət  şeyx  Şihabəddin  Ömər 

Sührəvərdidən gedir.  

596


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 656-657. 

597


  Şəmsəddin  Əbü’l-Xeyr  Muhəmməd  ibn  Əbdürrəhman  əs-SƏXAVİ,  Zəvu’l-Lami’  fi  Üləmai’l-Qərnü’t-Tasi’,  C.  II,  s. 

463, Əmman 1992. 

598

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 417; ZİRİKLİ, Ə’lam, C. VI, s. 298; KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 



270. Katib Çələbi və ona istinadən Xeyrəddin Zirikli Cəmaləddin Ərdəbilinin h. 647-ci ildə (1249) vəfat etdiyini qeyd 

etmişdirlər.  Fikrimizcə  Katib  Çələbi  yanılmışdır,  burada  Ömər  Rza  Kəhhalənin  verdiyi  məlumat  daha  doğrudur. 



əsər  kitabxanalarında  Cəmaləddin  Ərdəbilinin  ‚Şərhu  Unmuzəc  fi’n-Nəhv‛inin 

yüzlərlə  nüsxəsi  mövcuddur.  Paris  milli  kitabxanasında  isə  əsərin  dörd  nüsxəsi 

saxlanılır

599


.  Bu  da  əsərin  uzun  müddət  mədrəsələrdə  dərslik  kimi  oxudulduğunu 

göstərir.  



 

Qazi Kəmaləddin Musa ibn Abdullah ibn Mahmud ibn İsmayıl Ərdəbili 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  O,  Mosulda  seyyid  Rüknəddinin  tələbəsi  olmuş, 

ondan fiqh elmini öyrənmişdi. İbnü’l-Fuvati onun h. 714-cü (1315) ildə Sultaniyyədəki 

əl-Qazaniyyə mədrəsəsinin müdərrisi olduğunu yazmışdır. Müəllif həmçinin qeyd edir 

ki, o, qazi Kəmaləddin Ərdəbilidə vəzir Rəşidəddin Qəzvininin ‚Cəmiü’t-Təvarix‛ adlı 

əsərini görmüş və bu əsərlə ilk dəfə belə tanış olmuşdu

600

. Qazi Kəmaləddin Ərdəbilinin 



ölüm tarixi məlum deyil. XIII-XIV əsrlərdə yaşamışdır.      

 

Şeyx Sənanəddin Ərdəbili 

Təsəvvüf əhlindən xəlvətiyyə təriqətinə mənsub şeyx idi. Təsəvvüf yoluna mürşidi şeyx 

Çələbi Xəlifə

601


 vasitəsi ilə qədəm qoymuşdu. İstanbuldakı ilk xəlvətiyyə xanəgahı olan 

Qoca  Mustafa  paşa  xanəgahında  irşad,  mənəvi  tərbiyə  və  ibadətlə  məşğul  olmuşdu. 

Çələbi Xəlifə bu xanəgahın ilk şeyxi olmuşdur. Şeyx Sənanəddin Ərdəbili zahid və abid 

insan idi. H. 951-ci ildə (öl. 1554) qaldığı zaviyədə vəfat etmişdi

602

. O, sufilərin rəqs və 



səma mərasimlərinə dair ‚Risalə fi Dövranü’s-sufiyyə‛ adlı əsəri ərəb dilindən türkcəyə 

tərcümə  etmişdir.  Bu  tərcümənin  bir  nüsxəsi  Qahirədə,  Misir  milli  kitabxanası  türkcə 

əlyazmalar bölməsində saxlanılır.  

 

Əbü’l-Qasım Hibətullah ibn Abdullah ibn Əhməd ibn Cə’fər əl-Kəmmuni Ərdəbili 

                                                                                                                                                             

Çünki onun təfsirinə şərh yazdığı qazi Nasirəddin Bəyzavi 1289-cu ildə vəfat etmişdi. 1249-cu ildə ölmüş bir şəxsin 

özündən  40  il  sonra  vəfat  edəcək  alimin  əsərinə  şərh  yazması  mümkün  deyil.  Bundan  başqa,  yuxarıda  qeyd 

etdiyimiz  kimi,  Cəmaləddin  Ərdəbili  həmçinin  ‚Qazizadə‛  soyadı  ilə  tanınmışdır.  Bu  cür  soyadlarına  daha  çox 

Osmanlı imperatorluğundakı alim və bürokratlarda rast gəlinir. 

599


 Mac Guckin DE SLANE, Catalogue des Manuscrits Arabes, s. 650, 652, Paris 1883-1895. 

600


 BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 

601


  Çələbi  Xəlifə  və  Camal  əl-Xəlvəti  kimi  adlarla  tanınmış  şeyx  Hamidəddin  Muhəmməd  Ağsarayi  (öl.  1494) 

Xəlvətiyyə təriqətinin tanınmış şeyxlərindən idi.  

602

 TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 317. 



Yaşadığı  dövrdə  şafi’i  məzhəbinin  tanınmış  fəqihlərindən  biri  idi.  Qəzvin 

mədrəsələrində hədis və fiqh dərsləri almışdı. Qəzvində fəqih Əbu Zur’ə Abdullah ibn 

Hüseyn  ibn  Əhməd,  qazi  Əbdülcabbar  ibn  Əhməd

603


  kimi  alimlərdən  dərs  almışdı

604


Əbü’l-Qasım Hibətullah Ərdəbilinin ölüm tarixi məlum deyil. X-XI əsrlərdə yaşamışdır.  

 

İshaq ibn Əhməd Ərdəbili 

Hənəfi  məzhəbinə  mənsub  mütəkəllim  idi.  Sultan  IV  Muradın  hakimiyyəti  dövründə 

(1623-1640)  Osmanlı  imperatorluğunun  tanınmış  kəlam  alimlərindən  biri  idi.  O,  İbn 

Nuceym kimi məşhur olmuş kəlam alimi Zeynəddin ibn İbrahim əl-Misrinin (1562) ‚əl-

İşbah  və’n-Nəzair‛  adlı  əsəninə  şərh  mahiyətində  yazılmış  ‚Risalə  ələ’l-İşbah  və’n-

Nəzair‛ adlı əsərin müəllifi idi. İshaq Ərdəbili h. 1055-ci ildə (1645) vəfat etmişdir

605



 



Şeyx Əlaəddin Əli ibn Qasım Ərdəbili 

Şafi’i məzhəbinə mənsub qari  idi. Fələstinin  əl-Xəlil  şəhərində yaşamışdı. Kəmaləddin 

ibn Əbi Şərifin tələbəsi olmuşdu. O, Qur’ani-Kərimin tərtillə oxunması, qiraətdə təcvid 

qaydalarına riayət edilməsində öz dövrünün mahir qarilərindən idi. Bundan başqa ərəb 

dilinin  qrammatikası,  fəraiz,  fiqh  və  riyaziyyat  sahələrində  də  dərin  biliyə  malik  idi. 

İmam Şatibinin qiraət məktəbinin davamçılarından biri hesab olunurdu. Alim h. 896-cı 

ilin rəbiələvvəl ayında (yanvar 1491) əl-Xəlildə vəfat etmişdi

606


.  

 

Cəmaləddin Abdullah ibn Muhəmməd Həsən ibn Xıdır əl-Gürani Ərdəbili 

Şafi’i  məzhəbinə  mənsub  müfəssir  və  mütəkəllim  idi.  Güran

607


  qəsəbəsində  dünyaya 

gəldiyi  üçün  həmçinin  əl-Gürani  nisbəsi  ilə  tanınırdı.  Kəlam  sahəsindəki  dərin  elmi 

                                                 

603


  Qazi  İmadəddin  Əbdülcabbar  Əbü’l-Həsən  ibn  Əhməd  Əstərabadi  (öl.  1024)  mö’təzilə  məzhəbinin  tanınmış 

alimlərindən biri idi.  

604

 RAFİ’İ, Tədvin, C. IV, s. 134. 



605

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 339. 

606

 SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 97. 



607

  Ərəbcə  *ٕانًٞ+,  farscada  isə  *

گ

ٕانٝ +  formasında  yazılan  bu  yer  adını  Güran,  Kuran  və  ya  azərbaycan  türkcəsinə 



uyğun  şəkildə  Goran  kimi  oxumaq  mümkündür.  Güran  adı  ilə  iki  yaşayış  məntəqəsi  bilinir.  Bunlardan  biri  İranın 

İsfərayin şəhəri ətrafındakı, digəri isə yenə də İrandakı Şəhrizur yaxınlığındakı kənddir. Lakin məlum olduğu kimi 

Azərbaycanda  da,  Goranboy  rayonunda,  Goran  adlı  yaşayış  məntəqəsi  var.  Cəmaləddin  Abdullah  Ərdəbilinin 

Goranda  anadan  olması  da  mümkündür.  əl-Gürani  nisbəsi  ilə  məşhur  olan  başqa  bir  alim  mövlana  Şəmsəddin 

Əhməd ibn İsmayıl Güranidir (öl. 1488). Osmanlı tarixində qısaca Molla Gürani kimi tanınan kürd mənşəli bu alim 


biliyi  və  fəziləti  ilə  şöhrət  tapmışdı.  Dəməşqdə  Səidü’s-Süəda  xanəgahının  şeyxliyinə 

təyin  olunmuş,  burada  tələbələrə  təfsir  dərsləri  vermiş,  əl-Məzhəriyyə  təfsirini 

oxutmuşdu. Alim h. 894-cü (1489) ildə Suriyada vəfat etmişdi

608


 

Əllamə Tacəddin Əbü’l-Həsən Əli ibn Abdullah ibn Əbu Bəkr Ərdəbili 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Ərdəbildə doğulub böymüşdü. Daha sonra Təbrizə 

gedərək  bu  şəhərin  mədrəsələrində  təhsil  almışdı.  Təhsil  almaq  məqsədiylə  İranın 

Şəhrizur  şəhərinə  gedərək  bir  müddət  burada  yaşamışdı.  Daha  sonra  Azərbaycana 

qayıdaraq  Marağa  və  Sultaniyyədəki  mədrəsələrdə  təhsil  almış,  buradakı  alimlərdən 

müxtəlif  elm  sahələrinə  dair  bilikləri  öyrənmişdi.  O,  Qütbəddin  Mahmud  Şirazi  və 

Şəmsəddin ibnü’l-Müəzzindən hədis, Rüknəddin əl-Hədisidən ərəb filologiyası və fiqh, 

Nizaməddin ət-Tusidən xitabət və bəyan, seyyid Burhanəddin Übeydullahdan hikmət 

və  məntiq,  Əlaəddin  Ne’man  əl-Xarəzmidən  xilaf,  Kəmaləddin  Həsən  İsfəhanidən 

hesab,  həndəsə  və  astronomiya,  Səlahəddin  Musadan  cəbr,  şeyxüzzaman  Siracəddin 

Həmzə  Ərdəbilidən  fiqh  dərsləri  almışdı.    Həmçinin  şeyx  Fəxrəddin  Carullah  əl-

Cəndəraninin  yanında  Muhyəddin  Hüseyn  Bəğəvinin  (öl.  1122)  hədis  elmlərinə  dair 

‚Şərhü’s-Sünnə‛  və  ‚əl-Məsabih‛  adlı  əsərlərini  oxumuşdu

609

.  Səlahəddin  Səfədi 



Tacəddin  Əli  Ərdəbilinin  şeyx  Rüknəddin  Sücasi,  şeyx  Qütbəddin  Əbhəri,  şeyx 

Şihabəddin  Ömər  Sührəvərdi  kimi  azərbaycanlı  fütuvvət  ərbabının  əsərlərini 

oxuduğunu  və  onların  mənəvi  irsinin  davamçısı  olduğunu  qeyd  etmişdir

610


.  Tacəddin 

Əli  Ərdəbili  təhsilini  başa  vurduqdan  sonra  Bağdada  getmişdi.  Bir  müddət  Bağdadda 

qaldıqdan sonra həcc ziyarəti üçün Hicaza səyahət etmişdi. Həcc ziyarətindən sonra h. 

722-ci  ildə  (1322)  Misirə  gedərək  Qahirədə  əl-Hüsamiyyə-Toruntayi

611

  mədrəsəsinin 



müdərrisi  olmuşdu.  Yaşadığı  dövrdə  Misir  Məmlüklü  dövlətində  fiqh,  fiqh  üsulu, 

                                                                                                                                                             

sultan  Fateh  II  Mehmedin  (1451-1481)  şahzadəlik  illərində  müəllimi  və  tərbiyəçisi  olmuşdu.  Müasir  dövrdə  isə 

İranda yaşayan əlillahiləri ‚goran‛ adlandırırılar. Lakin bunun əl-Gürani nisbəsi ilə bir əlaqəsi ola biləcəyi ehtimalı 

yoxdur.  

608


 Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr SÜYUTİ, Nəzmü’l-İqyan fi İ’yanü’l-Əyan, s. 99, Beyrut 2001. 

609


 Səlahəddin Xəlil ibn Aybək SƏFƏDİ, Ə’yanü’l-Əsr və Ə’vanü’n-Nəsr, C. III, 407-408, Dəməşq 1998. 

610


 Yenə orada

611


 Hüsaməddin Toruntay-Misir Məmlüklü sultanı Mənsur Seyfəddin Qələvunun (1279-1290) hakimiyyəti dövründə 

səltənət  naibi  olmuşdu.  Türk  mənşəli  bu  dövlət  xadimi  öz  adı  ilə  tanınan  mədrəsəni  də  həmin  dövrdə  inşa 

etdirmişdi.  


təfsir,  hədis  və  ərəb  filologiyası  üzrə  qabaqcıl  alimlərindən  biri  kimi  tanınmışdı. 

Bundan  başqa  o,  tibb,  cədəl,  riyaziyyat,  həndəsə  və  məntiq  elmlərində  də  dərin  biliyə 

malik  idi.  Əl-Hüsamiyyə  mədrəsəsində  onun  dərslərində  çox  sayıda  tələbə  iştirak 

edirdi. Tacəddin Əli Ərdəbili müxtəlif elm sahələrinə dair bir sıra əsərlərin müəllifi idi. 

Bunlardan  biri  də  İbn  Hacib  Düveyninin  əsərinə  yazdığı  ‚Şərhu-Kafiyyə‛

612


  adlı 

şərhdir. Onun qələmə aldığı bir digər əsər ‚Haşiyə ələ Şərhü’l-Haviü’s-Səğir‛

613

 adlanır. 



‚Müxtəsər  Ulumü’l-Hədis  li  İbnü’s-Səlah‛  də  Tacəddin  Əli  Ərdəbilinin  qələmindən 

çıxmış  hədis  elmlərinə  dair  əsərdir.  O,  həmçinin  riyaziyyata  dair  ‚Təzkirə  fi’l-Hisab‛ 

adlı  əsərin  də  müəllifi  idi.  Alim  h.  746-cı  ilin  ramazan  ayında  (yanvar  1346)  Qahirədə 

vəfat etmişdi

614

.  


 

Əbü’l-Fəzl Mahmud ibn Əhməd ibn Muhəmməd Ərdəbili 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mütəkəllim  idi.  Bağdadda  Nizamiyyə  mədrəsəsndə 

təhsil  almışdı.  Təhsilini  başa  vurandan  sonra  Bağdadda  qalmış  və  Kəmaliyyə 

mədrəsəsində  müdərris  olmuşdu.  Tədrislə  məşğul  olduğu  dövrdə  Bağdadda  əl-Qəsr 

camesində  təşkil  olunan  elmi  diskussiyalarda  iştirak  edirdi.  Əbü’l-Fəzl  Mahmud 

Ərdəbili h. 625-ci (1228) ildə Bağdadda evinin həyətindəki quyuya yıxılaraq ölmüşdü

615

.  


 

İbrahim ibn Cəbrayıl Ərdəbili 

Mühəddis  idi.  Qəzvində  təhsil  almış,  Əli  ibn  Muhəmməd  ibn  Məhruyə  Qəzvini  və 

Əbü’l-Həsən  Əli  ibn  Muhəmməd  ibn  Quttandan  (öl.  1231)  hədis  dinləmişdi

616


.  Ölüm 

tarixi məlum deyil. XIII əsrdə yaşamışdır. 

 

Vəfa ibn İbrahim Ərdəbili 

                                                 

612

  Bu  əsərin  tam  adı  belədir  ‚Məbsutü’l-Əhkam  fi  Təshih  ma  Yətə’lləq  bi’l-Kəlm  və’l-Kəlam  min  Şərhu-Kafiyyə 



İbnü’l-Hacib‛. 

613


 əl-Haviü’s-Səğir-Şeyx Nəcməddin Əbdülğəffar Qəzvininin (öl. 1266) şafi’i fiqhinə dair qələmə aldığı əsərdir. 

614


  Təqiyəddin  Əhməd  ibn  Əli  əl-MƏQRİZİ,  Kitabu’s-Süluk  fi  Mərifəti-Düvəl  və’l-Müluk,  C.  II,  s.  122,  Beyrut  1997; 

KƏHHALƏ,  Mu’cəmü’l-Müəllifin,  C.  II,  s.  466;  SƏFƏDİ,  Ə’yanü’l-Əsr,  C.  III,  407-408;  BAĞDADLI  İsmayıl  Paşa, 



İzahü’l-Məknun fi’z-Zeyli ələ Kəşfü’z-Zünun, (Nşr. M. R. Kilisli-Yaltkaya Ş), C. II, s. 269, İstanbul 1945. 

615


  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  73;  Tacəddin  Əbdülvəhhab  ibn  Əli  əs-SÜBKİ,  Təbəqatü’ş-Şafi’iyyə  əl-Kübra

(Nşr. M. ət-Tənnahi-əl-Hülv Ə), C. VIII, s. 203, Qahirə 1976. 

616

 RAFİ’İ, Tədvin, C. II, s. 112. 



Mühəddis idi. Qəzvin və Tustər şəhərlərində təhsil almış, Xəlil ibn Əbdülcabbar və Əbu 

Sə’d  Əhməd  ibn  Əbdülvacid  ibn  Əhməd  Kirmanidən  hədis  dinləmişdi

617

.  Ölüm  tarixi 



məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  

 

İsmayıl ibn Əhməd ibn Muhəmməd əl-Bədri Ərdəbili 

XIV  əsrdə  Şam  vilayətində  yaşamış  fəqih  idi.  İsmayıl  Ərdəbili  dua  və  zikrlərə  dair 

‚Ənisü’l-Qülub  və  Qayətü’l-Mətlub‛  adlı  əsərin  müəllifi  idi.  Ölüm  tarixi  bilinmir.  H. 

863-cü ildə (1362) həyatda olmuşdu

618


.  

 

Tacü’s-Səidi Mir Əbü’l-Fəth Muhəmməd ibn Əmin əs-Səidi Ərdəbili 

XV  əsrdə  Osmanlı  imperatorluğunda  yaşamış  hənəfi  məzhəbinə  mənsub  əxlaq 

nəzəriyyəçisi,  mütəkəllim  və  riyaziyyatçılardan  idi.  Türk  riyaziyyatçı  və  astronom 

Səlahəddin  Musa  Qazizadə  Ruminin  (öl.  1437)  tələbəsi  olmuşdu.  Mir  Əbü’l-Fəth 

Ərdəbili  bir  sıra  əsərlərin  müəllifi  idi.  ‚Haşiyə  ələ  Şərhu  li’r-Risalətü’l-Əzudiyyə  fi 

Adabü’l-Bəhs‛, ‚Haşiyə ələ Şərhu li’Əşkalü’t-Tə’sis fi’l-Həndəsə‛, ‚Haşiyə ələ Kuçək‛, 

‚Risalə  fi  Məqulati’l-Əşr‛,  ‚Haşiyə  ələ  Şərhü’t-Təbrizi‛,  ‚Haşiyə  ələ  Qismü’l-Məntiq‛ 

Muhəmməd  əs-Səidi  Ərdəbilinin  qələmindən  çıxmış  əsərlərdir.  Qazizadə  Rumi 

Şəmsəddin  Muhəmməd  ibn  Əşrəf  əs-Səmərqəndinin    ‚Əşkalü’t-Tə’sis  fi’l-Həndəsə‛ 

adlı  əsərinə  şərh  yazmış,  Mir  Əbü’l-Fəth  Ərdəbili  də  bu  şərhə  haşiyə  yazmışdır. 

‚Haşiyə  ələ  Şərhu  li’r-Risalətü’l-Əzudiyyə  fi  Adabü’l-Bəhs‛  isə  tanınmış  azərbaycanlı 

alim  mövlana  Muhyəddin  Muhəmməd  Qarabağinin  (öl.  1535)  Əzudəddin  əl-İcinin 

əsərinə  yazdığı  şərhə  yazılmış  haşiyədir.  Bu  əsərin  nüsxələrindən  biri  AMEAƏİ-nun 

fondunda  mövcuddur

619


.  Türkiyənin  əlyazma  əsər  kitabxanalarında  bir  neçə  nüsxəsi 

mövcud  olan  ‚Haşiyə  ələ  Qismü’l-Məntiq‛  Sə’dəddin  Təftazaninin  (öl.  1390) 

‚Təhzibü’l-Məntiq  və’l-Kəlam‛  və  Cəlaləddin  Dəvvaninin  (öl.  1502)  buna  yazdığı 

‚Şərhu  Təhzibü’l-Məntiq‛  adlı  əsərindəki  məntiq  elminə  dair  qismlərə  yazılmış 

haşiyədir

620


.  Onun  məntiqə  dair  məşhur  əsərlərindən  biri  də  ‚Haşiyə  ələ  Risalətü’l-

                                                 

617

 RAFİ’İ, Tədvin, C. IV, s. 198. 



618

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 359. 

619

 ŞƏRİFOV, Əbdülqəni Əfəndi..., s. 138-139. 



620

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 142. 



Hənəfiyyə‛dir.  Bu  əsərin  Türkiyə  əlyazma  əsər  kitabxanalarında  yüzlərlə  nüsxəsi  var. 

Bu  da  həmin  əsərin  uzun  müddət  mədrəsələrdə  dərslik  kimi  istifadə  olunduğunu 

göstərir.  ‚Haşiyə  li’r-Risalətü’l-Əzudiyyə  fi  Adabü’l-Bəhs‛in  əlyazma  nüsxələrindən 

biri  Paris  milli  kitabxanasında  saxlanılır

621

.  Alimin  ölüm  tarixi  məlum  deyil.  H.  875-ci 



ildə  (1470)  həyatda  olduğu  bilinir.  1502-ci  ildə  vəfat  etmiş  Cəlaləddin  Dəvvaninin 

əsərinə haşiyə yazdığına görə ölüm tarixini XV əsrin sonu-XVI əsrin əvvəllərinə təsadüf 

etmiş olmalıdır.  


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin