Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əbu Muhəmməd Cə’fər ibn Muhəmməd ibn Cə’fər Ərdəbili



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə16/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

 

Əbu Muhəmməd Cə’fər ibn Muhəmməd ibn Cə’fər Ərdəbili 

Hədis  ravisi  idi.  Bağdadda  hafiz  Nəsr  Ərdəbilidən  hədis  dinləmiş  və  nəql  etmişdi.  H. 

342-ci  ildə (953) hədis  dərsləri almaq üçün İsfəhana getmişdi. Hafiz Əbu Bəkr Əhməd 

ibn  Musa  ibn  Mərduyə  ondan  hədis  dinləmiş  və  dinlədiyi  hədisləri  qeyd  etmişdi

622



Ölüm tarixi məlum deyil. X əsrdə yaşamışdır.  



 

Əbü’l-Hüseyn Yaqub ibn Musa Ərdəbili 

Bağdadda  yaşamış  siqa  hədis  ravilərindən  idi.  Əhməd  ibn  Tahir  ibn  Nəcm  Miyanəci, 

Səid ibn Əmr Bərdəi, Əbu Zur’ə Razidən hədis dinləmiş və nəql etmişdi.  Əbü’l-Həsən 

Əli  ibn Ömər Darəqutni, Əbu Bəkr əl-Birqani ondan hədis dinləmişdilər. Əbü’l-Həsən 

Yaqub Ərdəbili əs-siqa, əmin və mötəbər hədis ravisi idi. O, fəzilət sahibi, şafi’i fiqhini 

dərindən bilən alimlərdən idi. Alim h. 381-ci ilin rəbiəlaxir ayında (iyun 991) Bağdadda 

vəfat etmişdi

623


 

İbrahim ibn Muhəmməd ibn Əbdürrəhman ibn Vəsiq Ərdəbili 

Azərbaycan Atabəyləri dövrünün (1136-1225) məşhur qarilərindən biri, həmçinin şafi’i 

fəqihi  idi.  H.  567-ci  ildə  (1172)  anadan  olmuşdu.  Əbu’r-Rəbyi’  Süleyman  ibn  Zərqun, 

Əbu  İdris  əl-Xəulani  kimi  alimlərin  tələbəsi  olmuş,  onlardan  icazət  (diplom)  almışdı. 

                                                 

621

 DE SLAEN, həmin əsər, s. 242. 



622

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 68; ƏBU NUEYM İSBƏHANİ, Zikr Əxbaru-İsbəhan, C. I, s. 250. 

623

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 68; İzzəddin Əli İBNü’l-ƏSİR, Lübab fi Təhzibü’l-Ənsab, C. I, s. 41, Bağdad (trz).; 



ŞİRAZİ,  Təbəqatü’l-Füqəha, s. 45; XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. XIV, s. 295. 

İmad  ibn  Zəhran  əl-Məvsili,  Sur  ibn  Zuheyr  əl-Kufti  kimi  dövrün  tanınmış  qariləri 

onun tələbəsi olmuşdular. İbrahim Ərdəbili h. 654-cü ilin rəbiəlaxir ayında (may 1256) 

Misirin  İsgəndəriyyə  şəhərində  vəfat  etmişdi

624


.  Ehtimal  ki,  alim  moğolların  dağıdıcı 

hücumları vaxtı Azərbaycanı tərk edib Məmlüklər ölkəsinə getmişdi.  

 

Mövlana Kəmaləddin Hüseyn ibn Əbdülhəqq Ərdəbili 

Osmanlı  dövlətində  yaşamış  hənəfi  məzhəbinə  mənsub  fəqih  və  mütəkəllim  idi. 

Cəlaləddin Dəvvaninin tələbəsi olmuş və ustadının ‚Risalə fi İsbati’l-Vacib‛ adlı əsərinə 

şərh yazmışdı. Bundan başqa o, ‚Haşiyə ələ Təcridi’l-Kəlam‛

625

, ‚Haşiyətü’l-Haşiyə ələ 



Şərhi  Mətailü’l-Ənvar‛,  ‚Haşiyə  ələ  Şərhu  Müntəhaü’s-Sual‛

626


,  ‚Haşiyə  ələ  Şərhi’t-

Təcridi’l-Əqaidi’l-Cədid‛

627

  adlı  əsərlərin  də  müəllifi  idi.  Mövlana  Hüseyn  Ərdəbili  h. 



950-ci  ildə  (1543)  vəfat  etmişdi

628


.  Onun  müəllifi  olduğu  ‚Şərhu  Risalə  fi  İsbati’l-

Vacib‛in  əlyazma  nüsxələri  Türkiyənin  Ankara  Milli  kitabxanasında,  Kastamonu  İHK 

və  Kütahya  Vahid  paşa  İHK-də  saxlanılır.  ‚Haşiyə  ələ  Şərhi’t-Təcridi’l-Əqaidi’l-

Cədid‛in bir nüsxəsi isə Manisa İHK mövcuddur.  

 

Əbu İmran Musa ibn Bədəl Ərdəbili 

Mühəddis  idi.  H.  479-cu  ildə  (1086)  Nişapura  gəlmiş  və  buradakı  alimlərdən  hədis 

dərsləri  almışdı.  Onun  hədis  dinlədiyi  alimlərdən  biri  də  Zahir  ibn  Tahir  əş-Şəhhami 

idi


629

. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  

 

Şeyx Rüknəddin Əbu Yəzid Muhəmməd ibn Əhməd ibn Muhəmməd ibn Hilal ibn 

İbrahim Ərdəbili 

                                                 

624

 İBN HƏCƏR, Lisanü’l-Mizan, C. I, s. 78. 



625

 ‚ət-Təcrid fi İlmü’l-Kəlam‛ və ya qısaca ‚Təcridü’l-Kəlam‛ Nəsrəddin Tusinin (öl. 1274) əsəridir.  

626

  ‚Müntəhaü’s-Sual  və’l-Əməl‛  İbn  Hacib  Düveyninin  fiqh  üsuluna  dair  əsəridir.  Əzudəddin  əl-İci  bu  əsərə  şərh 



yazmışdır. Kəmaləddin Ərdəbili isə bu şərhə haşiyə yazmışdır.  

627


  ‚Təcridü’l-Əqaid‛,  ‚Təcridü’l-Kəlam‛  Nəsrəddin  Tusinin  (öl.  1274)  əsərləridir.  Cəlaləddin  Dəvvani  bu  əsərlərə 

şərh yazmışdır.  

628

 KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 1037; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 393. 



629

 SEYRƏFİNİ, Müntəxəb, s. 497. 



Şafi’i məzhəbinə mənsub fəqih idi və künyəsi Bayəzid (Əbu Yəzid) ilə Qahirədə məşhur 

olmuşdu.  Təqribən  h.  801-ci  ildə  (1399)  Ərdəbildə  anadan  olmuşdu.  Şəmsəddin 

Səxavinin  qeydlərinə  görə  Rüknəddin  Muhəmməd  Ərdəbili  uzun  boylu,  iri  cüssəli  və 

sağlam  bədənli  şəxs  olmuşdur.  İlk  təhsilini  vətənində  almış,  Mövlana  Mahmud  əl-

Mərzbanidən  ərəb  dilini  öyrənmişdi.  Daha  sonra  Anadoluya  gedərək  Sivasdakı 

mədrəsələrdən birində təhsil almış, Əfzələddin İznikinin

630

 tələbəsi olmuş, ondan hənəfi 



fiqhini  və  fiqh  üsulunu  öyrənmişdi.  Muhəmməd  əl-Əyzcanidən  isə  kəlam  dərsləri 

almışdı.  Daha  sonra  Osmanlı  ölkəsinə  getmiş  və  Şəmsəddin  əl-Fənarinin

631

  tələbəsi 



olmuşdu.  Onun  yanında  ‚Şərhü’l-Məvaqif‛

632


,  ‚Şərhü’l-Məqasid‛

633


  və  ‚Kəşşaf‛

634


  adlı 

əsərləri  oxumuşdu.  Daha  sonra  Anadoludan  Misirə  getmiş  və  Qahirədə  Bərquqiyyə 

mədrəsəsində  İbn  Həcər  əl-Əsqəlaninin

635


  (öl.  1449)  tələbəsi  olmuşdu.  Rüknəddin 

Muhəmməd Ərdəbili təhsilini başa vurduqdan sonra bir müddət Qahirədəki Qövsiyyə 

mədrəsəsində  dərs  vermişdi.  Daha  sonra  Misir  Məmlüklü  sultanı  Zahir  Seyfəddin 

Çaxmaq  (1438-1453)  onu  Fələstinin  əl-Xəlil  şəhərindəki  Məscidi-Xan  mədrəsəsinə 

müəllim  təyin  etmişdi.  Lakin  müdərris  İbnü’l-Xeyr  əz-Zəftavi  həsədi  səbəbiylə 

Rüknəddin Muhəmməd Ərdəbili ilə yola getməmiş və alim bu mədrəsəni tərk etmişdi. 

Rüknəddin  Muhəmməd  Ərdəbili  fiqh  və  digər  elm  sahələrinə  dair  bir  sıra  əsərlərin 

müəllifi  idi.  Bunlardan  ‚Təhrirü’l-Fətəva  fi  Şərhü’l-Havi‛,  ‚Mürşidü’l-İbad  fi’l-Əvqat 

və’l-Əvrad‛

636


,  ‚Şərhü’l-Minhəcü’l-Əsli‛,  ‚Şərhü’l-Havi‛  və  ‚Şərhü’l-Məsabihü’s-

                                                 

630

 Əfzələddin Fəzlullah ibn Hüseyn əl-Hənəfi İzniki Osmanlı imperatorluğunun tanınmış alimlərindən biri olmuşdu.  



631

  Şəmsəddin  Fənari  əfəndi  Osmanlı  dövlətinin  ilk  şeyxülislamı  olmuşdur  (1424-1431).  Onun  nəvəsi  Muhyəddin 

Fənarizadə isə 1543-1545-ci illərdə Osmanlı dövlətinin 14-cü şeyxülislamı olmuşdur. 

632


 Bu əsər Seyyidü’ş-Şərif Əli Cürcaninin əsəridir. Seyyidü’ş-Şərif Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Əli Cürcani 

(1340-1413) İranın Əstərabad (Cürcan) şəhərində dünyaya gəlmişdi. Hənəfi məzhəbinə mənsub fiqh, kəlam və təfsir 

alimi  idi.  Onun  qələmə  aldığı  əsərlərdən  biri  də  Əzudəddin  əl-İcinin  kəlam  elminə  dair  ‚əl-Məvaqif‛  adlı  əsərinə 

yazdığı şərhdir. Bu şərh o qədər gözəl və anlaşılan üslubda yazılmışdı ki, ‚Şərhü’l-Məvaqif‛ adı ilə əsərin özündən 

daha məşhur olmuşdu.  

633


  ‚Şərhü’l-Məqasid‛  Sə’dəddin  Təftazaninin  öz  əsərinə  yazdığı  şərhdir.  ‚əl-Məqasid‛  Sə’dəddin  Təftazani 

tərəfindən  kəlam  elminə  dair  qələmə  alınmış  əsərlərdən  biridir.  Sə’dəddin  Məs’ud  ibn  Ömər  Təftazani  (1322-1390) 

əslən  Xorasanın  Təftazan  qəsəbəsindəndir.  Əzudəddin  əl-İcinin  tələbəsi  olmuş,  ‚əl-Məqasid‛i  də  ustadının  ‚əl-

Məvaqif‛i üslubunda qələmə almışdı.  

634

  ‚əl-Kəşşaf  ən  Həqaiqü’t-Tənzil‛-Carullah  Əbü’l-Qasım  Mahmud  ibn  Ömər  Zəməxşərinin  (öl.  1144)  məşhur 



Qur’ani-Kərim təfsiridir. Zəməxşər qəsəbəsi Xarəzmdə, indiki Özəbəkistanın Xivə və Urgənc şəhərləri yaxınlığında 

yerləşirdi. Carullah Zəməxşəri əməldə hənəfi, etiqadda mö’təzilə məzhəbinə mənsub idi. ‚Kəşşaf‛dan başqa bir çox 

əsərin müəllifidir.  

635


 Şihabəddin Əbü’l-Fəzl Əhməd ibn Əli ibn Muhəmməd ibn Həcər Əsqəlani (öl. 1449) mühəddis, bioqraf və tarixçi. 

Əslən Fələstinin Əsqəlan (indi İsrailin işğalı altındadır və Aşkelon adlanır) şəhərindəndir. 

636

 BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 97; C. II, s. 297.  



Sünnə‛ni sadalamaq olar

637


. O, bir müddət Misir Məmlüklü dövlətində məmur olmuş, 

daha  sonra  Misirdən  Hindistana  getmişdir

638

.  Alimin  müasiri  olan  Şəmsəddin  Səxavi 



Hindistana gedəndən sonra ondan heç bir xəbər alınmadığını qeyd etmişdir. Təvəllüd 

tarixini  və  müasiri  olan  insanların  ölüm  tarixlərini  nəzərə  alaraq  alimin  XV  əsrin 

sonlarında vəfat etdiyini deyə bilərik.  

 

Şeyx Bədrəddin Muhəmməd ibn Bədəl ibn Muhəmməd ət-Təbrizi Ərdəbili 

Şafi’i  məzhəbinə  mənsub  qari  və  Qur’an  hafizi  idi.  Bədrəddin  Təbrizi  ərəb  dili  və 

ədəbiyyatı  üzrə  də  dərin  biliyə  malik  alimlərdən  idi.  O,  Əbu  Muhəmməd  Şatıbinin 

qiraət  və  təcvidə  dair  ‚Qayətü’n-Nihayə‛,  Nasirəddin  Bəyzavinin  fiqh  üsuluna  dair 

‚Minhəcü’l-Vüsul‛,  kəlam  elminə  dair  ‚Təvaliü’l-Ənvar‛  və  hədis  elmlərinə  dari 

‚Şərhu-Məsabihü’s-Sünnə‛  adlı  əsərlərini  dərindən  bilirdi.  Misirdə  onun  dərslərinə 

izdihamlı tələbə kütləsi toplaşırdı. Ölüm tarixi məlum deyil. XV əsrdə yaşamışdı

639



 



Qazi Əbu Əmr Məs’ud ibn Əli ibn Hüseyn ibn İshaq Ərdəbili 

Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. İbnü’l-Mülhi adı ilə tanınan qazi Əbu 

Əmr Məs’ud Ərdəbili h. 10 məhərrəm 421-ci ildə (17 yanvar 1030) anadan olmuşdu. O, 

təhsil almaq üçün Dəməşqə getmiş, bu şəhərdə Əbu Cə’fər ibnü’l-Məsləmə, onun oğlu 

Əbu  Əli  ibnü’l-Məsləmə,  Əbu  Əli  ibn  Vəşşah,  Əbü’l-Qənaim  ibnü’l-Mə’mun,  Əbü’l-

Qasım Yusif ibn Muhəmməd əl-Mehrvanidən hədis dinləmiş və nəql etmişdi. Nəsr ibn 

İbrahim  ondan  hədis  dinləmiş  və  nəql  etmişdi.  Bundan  başqa  qazi  Əbü’l-Müfəzzəl

640


Əbü’l-Fəth Nəsrullah ibn Muhəmməd, Əbu Muhəmməd ibn Tavus

641

, hafiz Əbu Tahir 



Əhməd  əs-Süləfi  İsfəhani

642


  ondan  hədis  nəql  etmişdilər.  Qazi  Əbu  Əmr  Məs’ud 

Ərdəbili  Rəvvadilərin  hakimiyyəti  dövründə  bir  müddət  Ərdəbil  şəhərinin  qazisi 

olmuşdu.  Təvəllüd  tarixi  məlum  olsa  da  ölüm  tarixini  müəyyən  etmək  mümkün 

                                                 

637

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 108. 



638

 SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 421.  

639

  SƏXAVİ,  Zəvu’l-Lami’,  C.  III,  s.  454.  Burada  adı  çəkilən  alimlər  və  əsərləri  haqqında  irəlidə  ətraflı  məlumat 



veriləcəkdir.  

640


 Bu şəxs İbn Əsakirin babası idi.  

641


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVIII, s. 11-12; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 223-224. 

642


  Şəmsəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd  ZƏHƏBİ,  Müxtəsər  Tarixi-İbnü’d-Dübeysi,  s.  341, 

www.balligho.com

  


olmamışdır.  XI  əsrdə  yaşamışdır.  Nəql  silsiləsində  Əbu  Əmr  Məs’ud  Ərdəbilinin  də 

olduğu hədislərdən biri aşağıdakıdır:  

Abdullah  ibn  Abbas  (ا)  dedi:  Bir  gecə  xalam  Maymunənin

643


  yanında  qaldım.  Allah 

Rəsulu (م) yatdı. Gecə yarısı oyanıb dəstəmaz aldı, səkkiz rəkat namaz qıldı, sonra üç 

rəkat  vitr  namazı  qıldı,  sonra  yerinə  uzandı.  Daha  sonra  qalxıb  iki  rəkat  namaz  qıldı, 

sonra (məsciddə camaata sübh namazının fərzini qıldırmaq üçün evdən) çıxdı

644



Hafiz  Əbu  Tahir  əs-Süləfi  İsfəhani  Ərdəbildə  qazi  Əbu  Əmr  Məs’udla  görüşmüş  və 



onunla  həmsöhbət  olmuşdu.  Hafiz  Əbu  Tahir  öz  əsərində  qazi  Əbu  Əmr  Məs’uddan 

dinlədiyi aşağıdakı hədisi öz əsərində qeyd etmişdi: Əbu Hüreyrə (ا) dedi: Allah Rəsulu 

(م)  buyurdular  ki:  ‚Ey  Əbu  Hüreyrə,  Qur’anı  öyrən  və  insanlara  öyrət.  Ölümündən 

sonra, insanların Kə’bəni təvaf etdiyi kimi, mələklər də sənin qərbrinin ətrafında dövr 

edərlər.  Əgər  qiyamət  günü  sirat  körpüsünü  bir  göz  qırpımında  keçib  cənnətə  daxil 

olmaq  istəyirsənsə,  insanlara  sünnəmi  öyrət  ki,  Allahın  dinində  yenilik  (bid’ət)  peyda 

edilməsin‛

645


.  

 

Hafiz Əbü’l-Qasım Həfs ibn Ömər Ərdəbili 

Yaşadığı dövrün məşhur hədis hafizlərindən biri idi. Hədis dinləmək üçün çox səyahət 

etmişdi.  Güclü  hafizəyə  malik  olan  Əbü’l-Qasım  Ərdəbili  siqa,  yəni  mötəbər  hədis 

ravisi  idi.  Əbu  Hatim  Razi,  Yəhya  ibn  Əbu  Talib,  Əbu  Qilabə  Əbdülməlik  ibn 

Muhəmməd  Rəqaşi,  İbrahim  ibn  Dəyzildən  hədis  dinləmişdi.  Əhməd  ibn  Tahir 

Miyanəci,  Yəhya  ibn  Muhəmməd  əl-Cə’davi,  Əhməd  ibn  Əli  ibn  Lal  və  başqaları  da 

                                                 

643

 Maymunə bint Haris-Allah Rəsulunun (م) xanımlarından idi.  



644

 İbn Əsakir bu hədisi öz əsərində qeyd edəndən sonra hafiz Əbu Həfs Ömər İbn Şahinin (öl. 995).bu hədisin qərib 

hədis, yəni ravisinin hədisin nəqlində tək qaldığı hədislərdən biri, olduğunu dediyini də qeyd etmişdir. Bax:  Tarixu-

Mədinəti-Diməşq,  C.  LVIII,  s.  12.  Abdullah  ibn  Abbasdan  (ا)  bununla  eyni  mövzuda  olub  və  demək  olar  ki,  eyni 

mənanı  ifadə  edən  başqa  bir  hədis  külliyatlarda  qeydi  olunmuşdur.  Məsələn:  BUXARİ,  Səhih,  Kitabü’l-Vitr,  Nr.  2; 

İMAM MALİK, Muvatta’, Namaz/Təhəccüd, Nr. 11; MÜSLİM, Səhih, Müsafir Namazı/Təhəccüd, Nr. 763. (ٕأ كثػ   ٖت الله

ياثػ ٙهثـأ  ك٘ػ حِ٤ُ خات ٚٗأ  ٢ثُ٘ا ضٝو حٗٞٔ٤ٓ  ضهػ ٢ك دؼعطظاك ٍاه ٚرُاـ ٢ٛٝ صلى الله عليه وسلم  صلى الله عليه وسلم الله ٌٍٞن غعطظاٝ جقاٌُٞا  الله ٠ِص الله ٌٍٞن ّا٘ك اُٜٞغ ٢ك ِٚٛأٝ 

َ٤ِوت ٙكؼت ٝأ َ٤ِوت ِٚثه ٝأ َ٤ُِا قصرٗا الئ ٠رؼ ٌِْٝ ٚ٤ِػ  ٚ٤ِػ الله ٠ِص الله ٌٍٞن عو٤رٌا  ٙك٤ت ٜٚظٝ ٖػ ُّٞ٘ا ػٍٔ٣ ًِعك ٌِْٝ   ٖٓ ْذاٞفُا خا٣٥ا هشؼُا أهه ْش

ّاه ْش ٕاهٔػ ٍآ جنٌٞ  ٍاه ٢ِص٣ ّاه ْش ٙءٞظٝ ٍٖؼأك ٚ٘ٓ أظٞرك نِؼٓ ٖش ٠ُئ ياثػ ٖتا  ْش غ٘ص آ َصٓ دؼ٘صك دٔوك   الله ٌٍٞن غظٞك ٚث٘ظ ٠ُئ دٔوك دثٛل

٠ِػ ٠٘ٔ٤ُا ٙك٣ صلى الله عليه وسلم  ٠ِصك اِٜرل٣ ٠٘ٔ٤ُا ٢ٗلأت مـأٝ ٢ٌأن   ٠ِصك ٕلإُٔا ٙاذأ ٠رؼ غعطظا ْش هذٝأ ْش ٖ٤رؼًن ْش ٖ٤رؼًن ْش ٖ٤رؼًن ْش ٖ٤رؼًن ْش ٖ٤رؼًن ْش ٖ٤رؼًن

ٖ٤رؼًن ػثصُا ٠ِصك ضهـ ْش ٖ٤رل٤لـ ) .  

645

 ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 156. 



[

اَ٣


 

اَتَأ


 

 َج َهْ٣ َهُٛ

 

،

 



 َِِِّْػ

 

 َياَُّ٘ا



 

 َٕآ ْهُوُْا

 

 ََُِّْٚٔؼَذ َٝ



 

،

 



 َيَِّٗاَك

 

 ِْٕئ



 

 َّدُٓ


 

 َدَْٗأ َٝ

 

 َيَُِمًَ



 

 ِخ َنا َو

 

 ُحٌَِئ َلأَُْا



 

 َى َهْثَه

 

أًََ


 

 ُنا َىُ٣

 

 ُدْ٤َثُْا



 

 ُن٤ِرَؼُْا

 

،

 



 َِِِّْػ َٝ

 

 َياَُّ٘ا



 

٢ِرٌَُّ٘


 

 ِْٕئ َٝ


 

اُٞٛ ِهًَ

 

 َيَُِل


 

،

 



 ِْٕئ َٝ

 

 َدْثَثْؼَأ



 

 َْٕأ


 

 َقَهُٞذ


 

٠ََِػ


 

 ِغا َه ِّصُا

 

 َحَك ْهَغ



 

 ٍْٖ٤َػ


 

٠َّرَؼ


 

 ََُـْكَذ

 

 َحََّ٘عُْا



 

 َلاَك


 

 ْزِكْؽُذ

 

٢ِك


 

 ِٖ٣ِق


 

 َِّللَّا

 

ااًشَكَؼ


 

 َيِ٣ْأ َهِت

]

 


ondan hədis dinləmiş və nəql etmişdilər. Əbü’l-Qasım Həfs Ərdəbili hədis elminə dair 

bir sıra əsərlərin müəllifi idi. Alim h. 339-cu ildə (950) vəfat etmişdi

646

.     



Şəmsəddin Zəhəbi nəql silsiləsində  hafiz Əbü’l-Qasım Həfs Ərdəbilinin də olduğu bir 

hədisi ‚Siyər‛ində qeyd etmişdir: Ənəs ibn Malik (ا) dedi: Rəsulullah (م) belə dua etdi: 

‚Allahım,  məni  yoxsul  yaşat,  yoxsul  olaraq  canımı  al  və  qiyamət  günü  yoxuslların 

arasında həşr elə‛. Xanımı Ayşə (ا) belə dua etməsinin səbəbini soruşanda O, belə cavab 

verdi:  ‚Çünki  yoxsullar  zənginlərdən  qırx  il  əvvəl  cənnətə  daxil  olacaqlar.  Ey  Ayşə! 

Yoxsulları sev, onlara yaxın ol ki, Allah da qiyamət günü səni cənnətə yaxın etsin‛

647

.  


Şəmsəddin  Zəhəbi  imam  Buxarinin  bu  hədis  haqqında  ‚münkər  hədisdir‛

648


  dediyini 

qeyd  etmişdir.  Tirmizi  isə  bu  hədisi  öz  külliyatında  qeyd  etsə  də  hədis  haqqında  ‚bu 

qərib  hədisdir‛

649


  demişdir.  Doğrusu  bu  hədisin  doğruluğu,  yəni  uydurma  olmadığı 

haqda  tərəddüd  etməmək  çətindir.  Bu  hədisdə  yoxsulluğa,  yoxsul  olmağa  və  yoxsul 

yaşamağa  təşviq  var.  Halbuki  ilk  dövr  müsəlmanlarının,  yəni  səhabənin  həyatına 

diqqət  yetirəndə  biz  tamamilə  başqa  bir  mənzərənin  şahidi  oluruq.  Raşid  xəlifələr 

dövründə  səhabənin  mühüm  əksəriyyəti  böyük  sərvət  sahibi  olmuşdular

650


.  Maddi 

varlıq  və  zənginliklərinin  bu  qədər  artmasına  baxmayaraq  onların  üstün  insani  və 

əxlaqi  keyfiyyətlərində  bir  azalma  olmamışdı.  Zəngin  olduqları  qədər  əliaçıq,  comərd 

və  alicənab  idilər.  Süfyan  Səvrinin  dediyi  kimi  ‚dünya  malı  onların  qəlblərində  deyil, 

əllərində idi‛. 

                                                 

646

 ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 850-851; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. XIII, s. 65; SÜYUTİ, Təbəqatü’l-Hüffaz, s. 



128; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. II, s. 235. 

647


 ZƏHƏBİ, Siyəru Ə’lamü’n-Nübəla, C. XV, s. 153. 

[

ٖ٤ًأٍََُا ِج َهْٓ ُو ٢ِك ٢ِٗ ْهُشْؼا َٝ ،اًا٘٤ٌٍِْٓ ٢ِِ٘٤ْؼَأ ََُُِّّْٜا



........

]

. Bu hədis üçün həmçinin 



bax: TİRMİZİ, Sünən, Zöhd, Nr. 2352; İBN MACƏ,  Sünən, Zöhd, Nr. 4126. İbn Macənin ‚Sünən‛ində bu hədis Əbu 

Səid əl-Xudridən (ا) nəql olunmuşdu.  

648

 Münkər hədis-Ravilərindən birinin zəif olduğu hədisdir. Daha doğrusu zəif bir ravinin siqa raviyə müxalif olaraq 



nəql etdiyi hədisdir. 

649


  Qərib  hədis-Başlanğıcda  tək,  sonrakı  ravi  təbəqələrində  isə  bir  çox  şəxs  tərəfindən  nəql  edilmiş  hədisə  deyilir. 

Qərib hədisin səhih, həsən və zəif olması mümkündür.  

650

 Məsələn bu hədisi nəql etdiyi yazılan Ənəs ibn Malik (ا) evləndiyi xanıma 4000 dirhəm (1 dirhəm=2,975 gr gümüş 



pul) mehr ödəyəcək qədər varlı insan idi. Əbdürrəhman ibn Əvf (ا) vəfat edərkən qoyduğu mirasın dəyəri 3.200.000 

dinar  (1  dinar=4,25  gr  qızıl  pul)  idi.  Bunun  1.320.000  dinarı  nəğd  pul  idi.  Osman  ibn  Əffanın  (ا)  mirasının  dəyəri 

30.500.000 dirhəm idi. Əhli-beytdən imam Həsən ibn Əli ibn Əbu Talib (ا) evləndiyi bir xanıma 100 kəniz və 100.000 

dirhəm mehr ödəyə biləcək qədər varlı idi. Bu insanlar zəngin olduqları qədər əliaçıq idilər. Məsələn imam Həsən 

ibn  Əli  ibn  Əbu  Talib  (ا)  hər  il  100.000  dirhəm  sədəqə  paylayırdı.  Borc  istəyən  bir  qohumuna  130.000  dirhəm 

bağışlamışdı.  Osman  ibn  Əffan  (ا)  hər  cümə  günü  bir  kölə  satın  alıb  azad  edirdi.  İqta  payı  olan  böyük  bir  bağı 

bacanağı Əli ibn Əbu Talibə (ا) bağışlamışdı. Təlhə ibn Übeydullahda (ا) olan 50.000 dirhəm alacağını bağışlamışdı. 

Əbdürrəhman  ibn  Əvf  (ا)  Təbük  səfərinə  gedən  ordunun  təchiztı  üçün  əmlakının  yarısını  bağışlamışdı.  İmkansız 

insanların  ehtiyacı  üçün  500  cins  at  bağışlamışdı.  Daha  ətraflı  məlumat  üçün  bax:  Cengiz  KALLEK,  Asrı-Saadette 

Yönetim Piyasa İlişkisi, s. 231-281, İstanbul 1997. 


 

Rəis Fələkəddin Əbu’n-Nəsr Cüneyd ibn İsmayıl ibn Əli ibn İsmayıl Ərdəbili 

Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə (1136-1225) yaşamış dövlət xadimi və 

alim  idi.  H.  606-cı  ildə  (1210)  həcc  ziyarətindən  qayıdarkən  bir  müddət  Bağdadda 

qalmışdı.  Bağdadda  ikən  tarixçi  Əbu  Abdullah  Muhəmməd  Dübeysi  onunla 

görüşmüşdü. Rəis Fələkəddin Ərdəbili tarixçi Dübeysiyə h. 535-ci ilin rəbiəlaxir ayında 

(noyabr  1140)  anadan  olduğunu  demişdi.  Alim  h.  615-ci  ildə  (1218)  Ərdəbildə  vəfat 

etmişdi

651


.  

 

Əbdülməlik ibn Əbdüləziz ibn Hibətullah ibn Bəndar Ərdəbili 

Mühəddis idi. H. 549-cu ildə (1154) Ərdəbildə anadan olmuşdu. Əbü’l-Məali əl-Ləhhas 

və  Əhməd  ibn  Muhəmməd  ər-Rəhbi  kimi  alimlərdən  hədis  dərsləri  almışdı.  İraqda 

yaşamış, tədris və tədqiqatla məşğul olmuşdu. Əbdülməlik Ərdəbili h. 615-ci ildə (1218) 

İraqın Ərbil şəhərində vəfat etmişdi

652


.  

 

Şəmsəddin Muhəmməd ibn Əbdülkərim ibn Muhəmməd Ərdəbili 

Şəmsəddin  Muhəmməd  Ərdəbili  alim  ailəsində  böyümüşdü.  Misir  Məmlüklülərinin 

tanınmış dövlət xadimlərindən miraxur Canıbək onun babasından fiqh dərsləri almışdı. 

Şəmsəddin Muhəmməd Ərdəbili gənc  ikən h. 886-cı  ildə (1482) həcc ziyarətinə getmiş 

və  Məkkədə  mücavir  olaraq  qalmışdı.  Bu  vaxt  Məkkədəki  alimlərin  yanında  imam 

Buxarinin ‚Səhih‛ adlı hədis külliyatını oxuyub başa çatdırmışdı

653

. Şəmsəddin Səxavi 



onun  ölüm  tarixini  qeyd  etməmişdir.  1480-ci  illərdə  tələbə  olduğuna  görə  ehtimal  ki, 

Şəmsəddin ƏrdəbiliSəxavidən (öl. 1497) sonra vəfat etmişdir.  

 

Muhəmməd ibn Cəmaləddin ibn Dərviş Ərdəbili 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Hələbdə  yaşamışdı.  Təhsil  almaq 

məqsədiylə  Qahirəyə  getmiş  burada  Əbdülqadir  ibnü’l-Əbardan  fiqh  dərsləri  almışdı. 

                                                 

651

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 494. 



652

 ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 247. 

653

 SƏXAVİ, Zəvu’l-Lami’, C. IV, s.109. 



Şəmsəddin  Səxavi  onun  müəllimi  olduğunu  və  bir  müddət  dərslərində  iştirak  edərək 

hədis  dinlədiyini  qeyd  etmşdir.  H.  889-cu  ilin  rəcəb  ayında  (avqust  1484)  Hələbə 

qayıtmışdı.  Ölüm  tarixini  qeyd  etmədiyi  üçün  Şəmsəddin  Səxavidən  (öl.  1497)  sonra 

vəfat etdiyini təxmin etmək olar

654

.  


 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin