Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Qazi Əbu Əli Hüseyn ibn Əbdürrəzzaq Əbhəri



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə14/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   10   11   12   13   14   15   16   17   ...   50

Qazi Əbu Əli Hüseyn ibn Əbdürrəzzaq Əbhəri 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  Həmədan  şəhərinin  qazisi  olan  Hüseyn  Əbhəri  h. 

456-cı  (1064)  ildə  anadan  olmuşdu.  O,  Bağdadda  təhsil  almış,  şeyx  Xətib  Əli  ibn 

Muhəmməddin tələbəsi olmuş, fiqh elmini ondan öyrənmişdi. O, fəzilət sahibi, saleh və 

mötəbər insan kimi tanınmışdı. Alim h. 530-cu (1136) ildə vəfat etmişdir

548

.  


 

Əbu Zeyd Şükr ibn Əhməd ibn Həməd əl-Müəddib Əbhəri 

Mühəddis idi. İsfəhanda Əbu Abdullah Qasım ibn Fəzl əs-Səqəfidən hədis dinləmiş və 

nəql  etmişdi.  Hafiz  Əbü’l-Qasım  Əli  ibn  Əsakir  (öl.  1175)  onun  tələbələrindən  olmuş, 

onun  hədis  dərslərində  iştirak  etmişdi

549

.  Ölüm  tarixi  məlum  deyil.  XII-XIII  əsrlərdə 



yaşamışdır.  

 

Qazi Fəxrəddin Muhəmməd ibn Xalid ibn Şuheyr Əbu Mənsur əl-Xəfifi Əbhəri 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  qazi  idi.  Seyyid  Ziyaəddin  Fəzlullah  ibn  Əli  ibn 

Abdullah  ibn  Həsən  əl-Həsəni  ər-Ravəndinin  tələbəsi  olmuş  və  h.  570-ci  ildə  (1175) 

icazətini  (diplom)  ondan  almışdı.  Qazi  Fəxrəddin  Əbhəri  alim,  fəzilətli  və  saleh  insan 

                                                 

547

  İbn  Əcurrum  adı  ilə  məşhur  olmuş  Əbu  Abdullah  Muhəmməd  ibn  Muhəmməd  ibn  Davud  ibn  Əcurrum  əs-



Sinhəci  1273-1323-cü  illərdə  yaşamış  Mərakeşli  ərəb  filoloqu  idi.  Onun  dilçilik  sahəsində  qələmə  aldığı 

‚Müqəddimətü’l-Əcurrumiyyə‛ adlı kitab bu gün də bu sahədə ən samballı əsərlərdən biri hesab olunur. Bu əsərə 

bir  çox  filoloq  şərh  yazmışdır.  Azərbaycanlı  filoloqlar  Şihabəddin  Əhməd Əbhəri  və  Əbu  Bəkr  Şirvani də  bu  əsərə 

şərh yazmışdılar.  

548

 İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 112b-113a. 



549

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. III, s. 435. 



idi.  Qaziliklə  yanaşı  tədrislə  də  məşğul  olmuşdu.  Onun  tələbələri  arasından  bəzi 

məşhur  alimlər  yetişmişdi.  Bunlardan  biri  də  h.  607-ci  ildə  ondan  icazət  almış  fəqih 

Muhəmməd  ibn  Əbü’l-Kərəm  Əbdürrəzzaq  ibn  Əbu  Bəkr  ibn  Heydər  Qəzvinidir.  İbn 

Heydər  Qəzvini  şeyx  Sədrəddin  İbrahim  ibn  şeyx  Sə’dəddin  Həmmuyənin  tələbəsi 

olmuşdu. Qazi Fəxrəddin Muhəmməd Əbhəri h. 677-ci ilin rəcəb ayında (dekabr 1278) 

vəfat etmişdir

550

. 



 

Qazi Şəmsəddin Əbu Muhəmməd Əbdülvasi’ ibn Əbdülkafi ibn Əbdülvasi’ Əbhəri 

Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. H. 599-cu (1202) ildə Əbhərdə anadan 

olmuşdu

551


.  Bir  müddət  Qəzvində  yaşamış  və  buranın  alimlərindən  dərs  almışdı.  İbn 

Ruzbeh,  Əbu  Abdullah  Hüseyn  ibnü’z-Zübeydi,  Əbü’l-Fəth  əl-Məndai,  Müəyyəd 

ibnü’l-Əhvətdən  hədis  və  fiqhə  dair  bilikləri  öyrənmişdi.  Əbü’l-Fəth  Meydanidən 

müdərrislik  icazəti  almışdı.  Hafiz  Yusif  ibn  Əbdürrəhman  əl-Mizzi  (öl.  1341)  ondan 

hədis  dinləmişdi.  Alim  h.  690-cı  ilin  şəvval  ayında  (oktyabr  1291)  Dəməşqdə,  əl-

Əsədiyyə  xanəgahında  vəfat  etmişdi

552

.  Qazi  Şəmsəddin  Əbhərinin  tələbəsi  olmuş 



tanınmış  alimlərdən  biri  də  imam  Şəmsəddin  Zəhəbidir.  Zəhəbi  müəllimi  haqqında 

məlumat verdikdən sonra ondan dinlədiyi hədislərdən birini qeyd etmişdir: Üsamə ibn 

Zeyd

553


  (ا)  dedi:  ‚Allah  Rəsulu  (م)  məni  və  (nəvəsi)  Həsəni  (ا)  qucağına  alıb  demişdi: 

‚Allahım, həqiqətən mən bunları çox sevirəm, sən də bu bunları sev‛

554



 



Əbü’l-Hüseyn Əbdülmuhsin ibn Abdullah ibn Əbdülmuhsin Əbhəri 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  və  fəqih  idi.  Bağdadda  Nizamiyyə  mədrəsəsinin 

tələbəsi  olmuş,  Əbü’l-Fəth  Əsəd  ibn  Əbu  Nəsr  əl-Mihənidən  (öl.  1129)  fiqh,  qazi  Əbu 

Bəkr  Muhəmməd  ibn  Əbdülbaqidən  hədis  dərsləri  almışdı.  Təhsilini  başa  vurduqdan 

                                                 

550


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 321. 

551


  Şəmsəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd  ZƏHƏBİ,  Mu’cəmü’ş-Şüyuxü’l-Mu’cəmi’l-Kəbir,  (Nşr.  M.  H. 

Heylə), C. I, s. 426, Taif 1988. 

552

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 665; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. II, s. 110. 



553

 Üsamə, Rəsulullah Muhəmmədin (م) oğulluğu Zeyd ibn Harisənin (ا) oğlu idi.  

554

 ZƏHƏBİ, Mu’cəmü’ş-Şüyux, C. I, s. 427. 



[

ٍُِٞو٤ك ٍٖؽُا ٝ ٢ُٗمُـأ٣ الله ٌٍٞن ٕاً

 ,

أُّٜثؼأك أُّٜثؼُا ٢ّٗا ُُِّْٜا



]

. Bu hədis üçün həmçinin 

bax: BUXARİ, Səhih, Mənaqib, 22. 


sonra vətənə qayıtmış və burada tədrislə məşğul olmuşdu

555


. Ölüm tarixi məlum deyil. 

XII əsrdə yaşamışdır.  

 

Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn Həsən ibn Macə Əbhəri  

Yaşadığı  dövrün  mühəddisləri  arasında  siqa  hədis  ravisi  kimi  tanınmışdı.  Əbu  Cə’fər 

Əhməd ibn Azər əl-Əbhərinin tələbəsi olmuş, ondan hədis dinləmiş və hədis elmlərinə 

dair bilikləri öyrənmişdi. Bundan başqa o, İsfəhanda təhsil almış və bu şəhərin məşhur 

hədisçilərinin  tələbəsi  olmuşdu.  İsmayıl  ibn  Əli  əl-Hümami,  Əbu  Sə’d  Əhməd  ibn 

Muhəmməd  əl-Bağdadi,  Əbü’l-Xeyr  Muhəmməd  ibn  Əhməd  Bağban,  Mahmud  ibn 

Əbdülkərim Furcə kimi bir mühəddis Əbu Bəkr ibn Əhməd Əbhərinin tələbəsi olmuş, 

ondan  hədis  dinləmişdilər.  Əbu  Bəkr  ibn  Əhməd  Əbhəri  h.  482-ci  ilin  səfər  ayında 

(aprel 1089) vəfat etmişdir

556


 

Qazi Əbu Bəkr Əbdürrəhman ibn Muhəmməd Əbhəri 

Xorasandakı  Tus  və  Əbivərd  şəhərlərinin  qazisi  olmuş,  daha  sonra  Şaş  (Daşkənd) 

qaziliyinə təyin edilmişdi. Həmçinin hədis ravisi idi. Əhməd ibn Muhəmməd ibn Qalib 

əl-Bəsri, Muaz ibn Nəcdət, Əbu Abdullah əl-Buşnəci, Əbdüssəməd ibn Fəzl əl-Bəlxidən 

hədis dinləmiş və nəql etmişdi. Lakin onun Xorasan valisi İsmayıl ibn Əhməddən bəzi 

münkər və mövzu hədisləri nəql etdiyi də eşidilmişdi. Bir müddət Buxarada yaşamışdı. 

Onun, Xorasanda vəzifə sahibi ikən, insanlara zülm etdiyi və yalançı olduğu deyilirdi. 

Buna görə də mühəddislər arasında mötəbər hədis ravisi kimi qəbul edilməmişdi. Qazi 

Əbu Bəkr Əbhəri h. 342-ci ildə (953) Şaşda ölmüşdü

557

. 



 

İbrahim ibn Həccac Əbhəri 

                                                 

555

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. VI, s. 257. 



556

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. VI, s. 594. 

557

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 48-49; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. III, s. 338. 



Hədis  ravisi  idi.  ‚Sünən‛  adlı  məşhur  hədis  külliyatının  müəllifi  Əbu  Davud 

Süleymanın

558

 tələbəsi olmuş, ondan hədis dinləmiş və nəql etmişdi. Ölüm tarixi h. 250-



ci (864) ildən əvvələ təsadüf edir

559


.  

 

Hafiz Əbu’ş-Şeyx Muhəmməd ibn Hüseyn Əbhəri 

Hədis hafizi idi. Muhəmməd ibn Musa əl-Hurəşi, Zəkəriyyə ibn Yəhya ibn Ömər ət-Tai 

və Əbu Bəkr ibn Nafi’dən hədis dinləmiş və nəql etmişdi. Əbu Bəkr əş-Şafi’i və Əbü’l-

Qasım  ət-Təbərani  ondan  hədis  dinləmişdilər.  Hafiz  Əbu’ş-Şeyx  Əbhəri  h.  286-cı  ildə 

(899) Bağdada getmiş və h. 290-cı ildə (903) orada vəfat etmişdi

560

.  


 

Əhməd ibn Həsən ibn Muhəmməd ibn Əhməd ibn Muhəmməd ibn Həsən ibn Macə 

Əbhəri 

Mühəddis  idi.  Yuxarıda  haqqında  bəhs  etdiyimiz  hədis  alimi  Əbu  Bəkr  ibn  Əhməd 

Əbhərinin  nəvəsi  olan  Əhməd  ibn  Həsən  Əbhəri  babasından  hədis  dinləmiş  və  nəql 

etmişdi. Alim h. 552-ci ilin zilqədə ayında (dekabr 1157) vəfat etmişdi

561

.  


 

Əsirəddin Müfəzzəl ibn Ömər ibn Müfəzzəl Əbhəri  

Filosof,  riyaziyyatçı,  astronom  və  mütəkəllim  olan  Əsirəddin  Əbhəri  ilk  təhsilini 

Zəncanda  almışdı

562


.  Yeniyetməlik  illərində  Fəxrəddin  Razidən  dərs  alan  Əsirəddin 

Əbhəri  Bağdada  getmiş  və  Nizamiyyə  mədrəsəsinin  tələbəsi  olmuşdu.  Daha  sonra 

Mosula  gedərək  burada  şeyx  Kəmaləddin  Musa  ibn  Yunusun  (1156-1242)  xidmətinə 

daxil  olmuşdu

563

.  1229-cu  ildə  Mosuldan  Ərbilə  gedən  Müfəzzəl  Əbhəri  buradakı 



Darü’l-Hədisin müdərrisi olmuşdu

564


. Yaxınlaşan moğol təhlükəsi səbəbiylə Ərbili tərk 

                                                 

558

  Əbu  Davud  Süleyman  ibn Əş’əs  ibn  İshaq ibn  Bəşir  ibn  Şəddad  əs-Sicistani  (817-888).  Sicistan  qədim  Xorasanın 



vilayətlərindən  biridir.  İndi  Əfqanıstala  İran  arasında  bölünmüş  vəziyyətdədir.  Əbu  Davudun  ‚Sünən‛  adlı  əsəri 

İslam dünyasında mötəbər 6 hədis kitabından (Kutubi-Sittə) biridir. 

559

 ƏNSARİ, Təbəqatu’l-Mühəddisin, s. 117. 



560

 ƏNSARİ, Təbəqatu’l-Mühəddisin, s. 182; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. III, s. 484. 

561

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. VI, s. 595. 



562

 Seyyid İbrahim ZƏNCANİ, Tarixi-Zəncan; Üləma və Danişməndan, s. 109, Tehran 1352. 

563

 İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. V, s. 123. 



564

 Həmin əsər, s. 123. 



edib  Şam  diyarına  getmiş  və  Dəməşqdə  məskunlaşmışdı

565


.  Uzun  müddət  Şam 

diyarında  yaşayan  Müfəzzəl  Əbhəri  daha  sonra  Anadoluya  getmişdi.  Onun  hansı 

tarixdə  Anadoluya getməsi  məlum  deyil.  Əsirəddin  Əbhərinin  ‚Zübdətü’l-Əsrar‛  adlı 

əsərinin Konya BYEK-ndəki Nr. 925-ə qeydli nüsxəsinin istinsəx tarixi h. 644-cü (1247) 

ildir. Buna istinadən onun 1247-ci ildən əvvəl Anadoluya gəldiyini deyə bilərik. Ehtimal 

ki, o, moğollarla Anadolu Səlcuqluları arasında baş vermiş Kosadağ döyüşündən (1243) 

əvvəl  Anadoluya  gəlmişdi.  Onun  İraqdan  Suriyaya  moğol  təhlükəsi  qarşısında 

getdiyini qeyd etmişdik. Kosadağ döyüşündən sonra isə demək olar ki, bütün Anadolu 

moğol işğalı təhlükəsiylə qarşı-qarşıya qalmışdı. Belə qarışıq bir vəziyyətdə onun Şam 

diyarından  Anadoluya  gəlməsini  güman  etmək  çətindir.  Böyük  ehtimalla  Əsirəddin 

Əbhəri 1234-1243-cü illər arasında gedib Rum diyarında məskunlaşmışdı.  

İranlı  tədqiqatçı  M.  Təqi  Rezəvinin  Əsirəddin  Əbhərinin  Anadoluya  gələndən  sonra 

İmadəddin  Əbü’l-Fida  İsmayıl  Əyyubi  tərəfindən  himayə  edilməsi  barədə  fikrinin

566


 

doğru  olma  ehtimalı  yoxdur.  Belə  ki,  əvvəla  İmadəddin  Əbü’l-Fida  İsmayıl  heç  vaxt 

Anadoluda yaşamamışdır. Hətta Anadoluda yaşasaydı belə 1265-ci ildə ölən Əsirəddin 

Əbhəri ilə görüşə bilməzdi. Çünki İmadəddin Əbü’l-Fida 1273-cü ildə doğulmuş, 1331-

ci ildə ölmüşdü.  

Daha  çox  fəlsəfə  və  məntiq  sahələrində  əsər  qələmə  almış  Əsirəddin  Əbhərinin  ən 

məşhur  əsəri  ‚İsağuci‛dir.  Bu  əsər  həm  də  ‚Risalətü’l-Əsiriyyə  fi’l-Məntiq‛  adı  ilə 

tanınmışdır

567

.  Qədim  yunan  filosofu  Porfirinin  (Porphyrius)  də  ‚Esagogie‛ 



(Kateqoriyalara Giriş) adlı əsəri var idi. Bu əsər Abbasi xəlifələrindən Mənsurun istəyi 

ilə  yunancadan  ərəb  dilinə  tərcümə  edilmişdi

568

.  Əsirəddin  Əbhərinin  adı  çəkilən 



əsərinin dünyadakı əlyazma əsər kitabxanalarında yüzlərlə nüsxəsi mövcuddur. Çünki 

bu əsər uzun müddət mədrəsələrdə məntiq sahisəndə dərslik kimi istifadə olunmuşdu. 

Alimin  fəlsəfə  və  məntiqə  dair  digər  əsərləri  bunlardır:  ‚Tənzilü’l-Əfkar  fi  Tə’dili’l-

Əsrar‛,  ‚Kəşfü’l-Həqayiq  fi’t-Təhriri’d-Dəqaiq‛,  ‚Risalətü’l-Bahirə  fi  Məqalətü’z-

                                                 

565


 Əli Əsğər HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, Əz Ağaze-İslam ta İmruz, s. 598, Tehran (Trz). 

 

566



 Muhəmməd Təqi REZƏVİ, Əhval və Asar Xacə Nasirəddini-Tusi, s. 184-186, Tehran 1354. 

567


 Mirzə M. Əli MÜDƏRRİS, Reyhanətü’l-Ədəb, C. I, s. 74, Təbriz (Trz). 

568


 Macit FAHRİ, İslam Felsefesi Tarihi, s. 27-29, İstanbul 1998. 

Zahirə‛,  ‚Kitab  Bəyanü’l-Əsrar‛,  ‚Təlxisü’l-Həqayiq‛,  ‚Zübdətü’l-Əsrar‛,  ‚Təhzibü’l-

Nükhət‛,  ‚Risalə  fi  Fəsadü’l-Əbhas‛,  ‚Risalə  Müştəmilə  ələ  Səməni  Əşərə  Məs’ələtin 

fi’l-Kəlam‛,  ‚Mərasidü’l-Məqasid‛,  ‚Hidayətü’l-Hikmə‛.  Astronomiyaya  dair  əsərləri 

bunlardır:  ‚Risalə  fi  İlmü’l-Astrolab‛,  ‚Müxtəsər  fi  İlmü’l-Hey’ə‛,  ‚Zicü’ş-Şamil‛, 

‚Dirayətü’l-Əflak‛, ‚Zicü’l-İxtiyari‛, ‚Zicü’l-Müləxxəs‛, ‚Müləxxəs fi Sən’əti’l-Məcisti‛. 

Həndəsəyə dair əsərləri bunlardır: ‚İslahu Kitabü’l-Ustukusat fi’l-Həndəsə li’l-Uqlidis‛, 

‚Risalə fi Bərqari’l-Məqtu‘‛.  

Əsirəddin  Əbhəri  ilə  Nasirəddin  Tusi  arasında  xoş  münasibətlər  olduğu  və  onların 

məktublaşdıqları məlumdur. Əsirəddin Əbhəri ‚Tənzilü’l-Əfkar fi  Tə’dili’l-Əsrar‛ adlı 

əsərini N. Tusiyə göndərmiş, o, da bu əsərə ‚Tə’dilü’l-Me’yar fi Nəqdi Tənzilü’l-Əfkar‛ 

adlı şərh yazmışdı

569


XIII-XIV əsrlərə aid Anadolunun yerli tarixi mənbələrində münəccim Əsirəddin adlı bir 

şəxs  haqqında  danışılır.  ‚Müsamərətü’l-Əxbar‛  müəllifi  bu  şəxs  haqqında  yüksək 

fikirlər bəyan edərkən

570

 İbn Bibi münəccim Əsirəddinin fitnə və məkrdə tayı-bərabəri 



olmadığını  qeyd  edir

571


.  İbn  Bibi  münəccim  Əsirəddinə  mənfi  münasibətinin  səbəbini 

açıqlayarkən  bir  hadisədən  söhbət  açır.  Sabiq  yüksək  rütbəli  dövlət  məmurlarından 

Tacəddin  Mu’təzin  oğlu  Zeynəddin  moğollarla  məktublaşdığı  üçün  Anadolu 

Səlcuqlularının  səltənət  naibi  Cəlaləddin  Qaratayın  (öl.  1254)  əmri  ilə  həbs  edilmişdi. 

Münəccim Əsirəddin bunu eşidən kimi daha ətraflı xəbər almaq üçün divana getmişdi. 

Divan  məmurları  münəccim  Əsirəddindən  çəkinirdilər.  Çünki  bu  şəxsin  fitnə  və 

məkrdə  tayı-bərabəri  yox  idi.  Zeynəddin  3-4  gün  sonra  əmir  Cəlaləddin  Qaratayın 

göstərişi  ilə  Antaliya  qalasına  aparılaraq  oradakı  zindanda  həbs  edilir.  Moğolların 

yanında  olan  Səlcuqlu  elçiləri  Konyaya  qayıdanda  münəccim  Əsirəddini  Arranda 

gördüklərini  bildirirlər.  O,  moğol  komandanı  Baycu  noyanın  yanına  gedərək 

Zeynəddinin  həbsi  ilə  əlaqəli  təfsilatlı  məlumat  vermiş,  bunun  müqabilində  qiymətli 

hədiyyələr  almışdı.  Zeynəddin  Baycu  noyanın  tələbi  ilə  Antaliyadakı  zindandan 

Konyaya gətirilmişdi.  Daha  sonra  sərbəst  buraxılan  Zeynəddin  Baycu  noyanın  yanına 

                                                 

569

 REZƏVİ, həmin əsər, s. 186. 



570

 AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 419. 

571

 Hüseyn ibn Muhəmməd İBN BİBİ, Əvamirü’l-Əlaiyyə fi Umuri’l-Əlaiyyə, (Nşr. A. S. Erzi), s. 273, Ankara 1956. 



getmişdi

572


.  Burada  sözü  gedən  münəccimin  Əsirəddin  Əbhəri  olduğunu 

dəqiqləşdirmək  çətindir.  Lakin  qeyd  etmək  lazımdır  ki,  onun  yaxın  dostu  Nasirəddin 

Tusi  moğol  Elxanilərə  sədaqətlə  xidmət  etmişdi.  Həmin  bu  dövrdə  Anadoluda 

Əsirəddin adlı ikinci bir münəccim, astronom yaşamamışdır.  

 

Əbu Abdullah Muhəmməd ibn Əhməd ibn Əmr Əbhəri 

əs-Siqa,  yəni  mötəbər  hədis  ravisi  idi.  Bir  müddət  İsfəhanda  yaşamış  və  İsfəhanın 

tanınmış hədis alimlərinin tələbəsi olmuşdur. Bəsrədə Nəsr ibn Əli və Əbi’r-Rəbyi’ əs-

Səmtidən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Aşağıdakı  hədisin  raviləri  arasında  Əbu 

Abdullah  Muhəmməd  Əbhəri  vardır:  Allah  Rəsulu  (م)  buyurdular  ki;  ‚Allah  İmranın 

qızı  Məryəmi,  Fironun  xanımı  Asiyəni  və  Musanın  bacısı  Külsümü  cənnətdə  mənə 

zövcə olaraq verməyə hökm etdi‛

573


. Əbu Abdullah Muhəmməd Əbhəri H. 315-ci  ildə 

(927) vəfat etmişdi

574

 



 

Hüseyn ibn Muhəmməd ibn Əsid Əbhəri 

Hədis  ravisi  idi.  Əhməd  ibn  Sabit  ər-Razi,  Səid  ibn  Ənbəsə  ər-Razi,  Əmr  ibn  Əli  əl-

İsfəhanidən hədis dinləmiş və nəql etmişdi. H. 293-cü ildə (906) vəfat etmişdi

575


.  

 

Qazi  Muhyəddin  Əbu  Salim  Əhməd  ibn  Əbu’n-Nəcm  ibn  Muhəmməd  ibn 



Əbdülmün’im əl-Üseydi Əbhəri  

Mühəddis və eyni zamanda Əbhər şəhərinin qazisi idi. Əbu Əli Həsən ibn Əhməd əl-

Muqri və Əbu Bəkr Əhməd əz-Zəncaninin tələbəsi olmuş, onlardan hədis, fiqh dərsləri 

və icazətnamə almışdı. Muhyəddin Əbhərinin ölüm tarixi h. 600-cü (1204) ildən sonraya 

təsadüf  edir.  İbnü’l-Fuvatinin  yazdığına  görə  alim  Əbhərdə  vəfat  edərkən  yaşı  100-ü 

                                                 

572

 Yenə orada



573

 İBN MACƏ, Sünən, Nikah babı, s. 311. (ٕٞػهك جأهٓاٝ  ٠ٌٞٓ دـأ ْصًِٝ ٕاهٔػ د٘ت ْ٣هٓ ح٘عُا ٢ك ٢٘ظٝو الله ٕأ ٖ٤ِٔؼذ آأ حشئاػ ا٣). Bəzi 

mühəddislər,  məsələn  şeyx  Nasirəddin  Əlbani,  bu  hədisin,  münkər  hədis  olduğunu  bildirmişdilər.  Bax: 

http://arabic.islamicweb.com/Books/albani.asp?id=1113

.  Münkər  hədis,  yəni  ravilərindən  birinin  zəif  olduğu 

hədisdir. Daha doğrusu zəif bir ravinin siqa raviyə müxalif olaraq nəql etdiyi hədisdir.  

574

 ƏNSARİ, Təbəqatu’l-Mühəddisin, s. 273.  



575

 ƏNSARİ, Təbəqatu’l-Mühəddisin, s. 274. 



ötmüşdü

576


.  Cəmaləddin  Əsnəvi,  irəlidə  haqqında  ətraflı  məlumat  verəcəyimiz,  1012-

1107-ci  illərdə  yaşamış  Əbu  Bəkr  Əhməd  əz-Zəncaninin  qazi  Muhyəddin  Əbhərinin 

müəllimi  olduğunu  qeyd  etmişdir

577


.  1107-ci  ildə  vəfat  etmiş  bir  şəxsin  tələbəsi 

olduğuna görə görünür vəfat edərkən Muhyəddin Əbhərinin yaşı 100-ü xeyli ötübmüş.  

 

Qazi  Muhyəddin  Əbu’t-Təyyib  Muhəmməd  ibnü’l-Mükərrəm  ibn  Məs’ud  ibn 

Həmmad əl-Əyyadi Əbhəri  

Yaşadığı dövrün tanınmış fəqihlərindən və alimlərindən biri olmuşdur

578

. İbnü’l-Fuvati 



alimin yaşadığı dövr və ya ölüm tarixiylə bağlı heç bir məlumat verməmişdir.  

 

Müəddib İzzəddin Əbü’l-Fəzl Muhəmməd ibn Əbdürrəhman ibn Muhəmməd Əhəri 

Onun  atası  Şəmsəddin  Əbdürrəhman  dövrünün  tanınmış  alimlərindən  idi  və  köçüb 

Təbrizdə məskunlaşmışdı. İzzəddin Əbü’l-Fəzl Əhəri öz atasının yanında təhsil almışdı. 

O,  gözəl  xəttlə  yazı  yazırdı.  İzzəddin  Əbü’l-Fəzl  Əhərinin  Təbriz  şəhərində  əyan  və 

zadəgan uşaqlarının təhsil aldıqları  şəxsi məktəbi var idi. Tarixçi  İbnü’l-Fuvati onunla 

iki  dəfə  görüşdüyünü  qeyd  etmişdir.  Birinci  dəfə  Əhərdə  şeyx  Cəlaləddin  Əbdülhəqq 

Əhərinin  yanında,  ikinci  dəfə  isə  1266-cı  ildə  Təbrizdə  xətib  Şihabəddin  əl-Həddadi 

Təbrizinin  evində

579


.  İbnü’l-Fuvati  İzzəddin  Əhərinin  ölüm  tarixini  qeyd  etməmişdir. 

Güman ki, o, İbnü’l-Fuvatidən (öl. 1323) sonra vəfat etmişdir.   

 

Hacib Fəxrəddin Cəbrayıl ibn Əhməd Peykər Əhəri 

İbnü’l-Fuvati  onun  haciblər  nəslinə  mənsub  olduğunu  və  hacib  ‚Təşkin  əl-Kəbir‛in

580

 

oğlu  olduğunu  qeyd  edir.  Hacib  Fəxrəddin  Cəbrayılın  Nurəddin  Mikayıl  adlı  bir 



qardaşı  da  var  idi.  Hacib  Fəxrəddin  Azərbaycanın  Əhər,  Əvrab,  Mincarun  qalalarının 

və  bu  qalaların  ətrafındakı  ərazilərin  hakimi  idi.  O,  vəzir  Rəbibəddin  Əbü’l-Qasım 

                                                 

576


 BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 

577


 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 301-302. 

578


 BÜNYADOV, həmin məqalə

579


 BÜNYADOV, həmin məqalə

580


 [ه٤ثٌُا ٖ٤ٌشذ]   

Harunun  yaxın  dostu  idi.  Onun  ölümündən  sonra  Şəmsəddin  Əlişir  haciblik 

vəzifəsində təyin olunmuşdu

581



İbnü’l-Fuvatinin ‚Məcməü’l-Adab‛ını təhqiq edib nəşrə hazırlayan Dr. Mustafa Cavad 



bu  adı  şərh  edərkən  ‚bu  ad  Nuştəkin  adını  xatırladır  və  Nuştəkin  Əbu  Nəsr  ibn 

Cuheyrin  xidmətində  olan  əmirlərdən  biri  idi‛  deyə  qeyd  etmişdir.  Azərbaycanın 

coğrafiyası  və  tarixi  ilə  tanış  olmaması  naşiri  yanıltmışdır.  Burada  sözü  gedən  şəxsin 

adı əslində ‚Təşkinü’l-Kəbir‛ deyil Piştəkindir. Bu şəxs və onun nəsli haqqında Nəsəvi 

öz  əsərində  ətraflı  və  maraqlı  məlumat  verir.  Nəsəvinin  yazdığına  görə  sultan 

Muhəmməd Xarəzmşah (1200-1220) İran, İraqi-Əcəm və Azərbaycanın bir qismini işğal 

edib  atabəy  Özbəyin  (1211-1225)  ordusu  məğlub  edəndən  sonra  atabəyin  vəziri 

Rəbibəddin  Əbü’l-Qasım  Harunu  və  atabəyin  əmirlərindən  məlik  Nüsrətəddin 

Muhəmməd  ibn  Piştəkini  (öl.  1231)  əsir  almışdı

582


.  Muhəmməd  Xarəzmşah  hər  gün 

Həmədan  şəhərinin  meydanında  topağac  (polo)  oynayır,  əsir  vəziri  və  əmirləri  də 

meydanda  ayaq  üstə  dayanıb  ona  tamaşa  etməyə  məcbur  edirdi.  Bunula  o,  əslində 

əsirləri  alçaltmaq  məqsədi  güdürdü.  Belə  günlərdən  birində  sultan  Muhəmmədin 

gözünə  məlik  Nüsrətəddin  Muhəmmədin  qulaqlarındakı  iri  sırğalar  sataşdı.  Bu 

halqavari  sırğaların  hər  biri  bilərzik  böyüklüyündə  idi.  Sultan  məlik  Nüsrətəddinə 

yaxınlaşıb  ‚bunlar  nədir  belə?‛  deyə  soruşmuşdu.  Məlik  Nüsrətəddin  isə  belə  cavab 

vermişdi:  ‚Böyük  Səlcuqlu  sultanı  Alparslan  (1063-1072)  gürcü  çarının  (IV  Baqrat) 

ordusunu  məğlub  etdiyi  vaxt  (1064)  əsir  alınmış  gürcü  komandanları  onun  hüzuruna 

gətirilmişdilər.  Sultan  onları  edam  etdirməyib  canlarını  bağışladı,  sonra  da  onları 

Böyük Səlcuqlu dövlətinə xidmət etmələri şərtiylə əsirlikdən azad etdi. Onların hər biri 

üçün  bir  cüt  qızıl  sırğa  düzəltdirib  üstünə  öz  adını  yazdırdı  və  onların  qulaqlarına 

taxdırdı.  Səlcuqlu  dövləti  zəiflədiyi  vaxt  həmin  məmlüklər  itaətdən  imtina  etdilər. 

Sadəcə  mənim  babam  İslamı  qəbul  etdi.  O,  Allaha  itaət  və  sultana  sədaqətdən  ötrü 

peşman  olmadı‛.  Onun  bu  sözləri  Muhəmməd  Xarəzmşahı  mütəəssir  etdi,  sultanın 

qəlbi  riqqətə  gəldi  və  onu  əsirlərin  arasından  ayırdı.  Hətta  öz  əli  ilə  ona  xələt 

geyindirdi.  Sonra  ondan  Azərbaycanda  haranın  hakimi  olduğunu  soruşdu.  Məlik 

                                                 

581

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 140. 



582

  Bu  haqda  daha  ətraflı  məlumat  üçün  bax:  BÜNYADOV,  Azərbaycan  Atabəyləri  Dövləti,  s.  110;  İbrahim 

KAFESOĞLU, Harezmşahlar Devleti Tarihi, s. 203, Ankara 1992. 


Nüsrətəddin  ‚Əhər  və  Ləvla  qalalarının‛  deyə  cavab  verdi.  Sultan  sahib  olduğu 

mülklərin  və  üstəlik  Sərab  şəhərinin  də  hakimliyini  ona  verdiyinə  dair  fərman 

imzaladı‛

583


.  Göründüyü  kimi  məlik  Nüsrətəddin  Muhəmməd  ibn  Piştəkin  babasının 

gürcü  ordu  komandanı  olduğunu,  əsir  düşüb,  sonra  azad  edildiyini  və  İslamı  qəbul 

edərək Əhər və ətraf vilayətlərin hakimi olduğunu bildirmişdir. İbnü’l-Fuvati isə hacib 

Fəxrəddin  Cəbrayılın  atasının  adının  ‚Təşkinü’l-Kəbir‛,  yəni  böyük  Təşkin  (yəni 

Piştəkin)  olduğunu  yazmışdır.  Ehtimal  ki,  əlyazmada  ‚Biştəkinü’l-Kəbir‛  və  ya 

‚Bişkinü’l-Kəbir‛  yazılmışdır.  Çünki  ərəb  dilində  ‚p‛  səsi  və  bunu  ifadə  edən  hərf 

yoxdur.  Naşir  isə  bunu  ‚Təşkin‛  kimi  oxumuşdur.  Ərəb  orfoqrafiyasının 

xüsusiyyətlərindən irəli gələn dolaşıqlığın Dr. Mustafa Cavadı yanıltdığını düşünürük. 

Əmir  Piştəkinin  Əhərdən  başqa  sahib  olduğu,  Nəsəvinin  Ləvla,  İbnü’l-Fuvatinin  isə 

Əvrab  olaraq  qeyd  etdikləri,  qala  isə  indiki  Meşkin  şəhəridir  ki,  Əhərlə  Ərdəbil 

arasında  yerləşir.  Meşkin  isə  ‚Piştəkin‛in

584


  vaxt  keçdikcə  deformasiyaya  uğramış 

şəklidir.  Həmidullah  Müstəvfi  (öl.  1350)  Azərbaycan  coğrafiyası  haqqında  məlumat 

verərkən  ‚Pişkin‛  maddəsində  belə  yazır:  ‚Bu  şəhərin  əvvəlki  adı  Vəravi  idi.  Lakin 

sonra  gürcü  Pişkin  buraya  canişin  təyin  olundu  və  şəhər  onun  adı  ilə  adlandırıldı‛

585



Həmidullah  Müstəvfinin  ‚Pişkin‛  adlandırdığı  gürcü  canişin  isə  bu  şəhərin 



hakimlərinin babası böyük Piştəkindən başqası deyildir

586


.  

İbnü’l-Fuvatinin  qeydlərindən  hacib  Fəxrəddin  Cəbrayıl  Əhərinin  atabəy  Özbəyin 

(1211-1225)  vəziri  Rəbibəddin  Əbü’l-Qasım  Harunun  müasiri  olduğu  məlum  olur.  Elə 

isə hacib Fəxrəddinin XII-XIII əsrlərdə yaşadığını təxmin etmək olar. Ehtimal ki, məlik 

                                                 

583


 Siyrətü’s-Sultan Cəlaləddin Məngübərti, s. 60-61. 

584


  Fikrimizcə  bu  ad  məhz  ‚Piştəkin‛  olaraq  oxunmalıdır.  Sözü  gedən  şəxsin  gürcü  ordusunun  əsir  düşmüş  hərbi 

komandanı olduğunu nərzərə alaraq belə demək olar. ‚Piştəkin‛ iki ayrı sözün, farsca ön, qabaq, qabaqcıl, rəhbər, 

öndəki  mənasını  ifadə  edən  ‚piş‛  və  türkcə  şahzadə,  bəyzadə  mənasını  ifadə  edən  ‚təkin‛  (əslində  ‚tegin‛  və  ya 

‚tigin‛)  sözlərinin  birləşməsindən  meydana  gəlmişdir.  Türk  və  İslam  tarixində  əsirlikdən  əmirliyə  və hökmdarlığa 

yüksəlmis çox sayıda mənşəcə türk olan şəxsə rast gəlmək olar. Məsələn bunlardan Alptəkin, Səbüktəkin, Savtəkin, 

Ənuştəkin, Böritəkin, Bəgtəkini nümunə göstərmək olar. Fikrimizcə burada sözü gedən Piştəkin də gürcü ordusunda 

xidmət edən və məşəcə türk olan sərkərdə idi. Çünki sözü gedən dövrdə gürcü ordusunda çox sayıda qıpçaq türkü 

xidmət  etmişdir.  Məlik  Nüsrətəddinin  də  dediyi  kimi  onun  ulu  babası  Səlcuqlu  dövlətinin  zəifləməsindən  sui-

istifadə edərək itaətdən boyun qaçırmamış, əksinə İslamı qəbul etmişdi. Fikrimizcə onu belə bir addıma sövq edən 

şey Azərbaycanda məzh öz irqdaşları arasında olması olmuşdur. ‚Piş‛ və ‚Tegin‛ sözləri üçün bax: KANAR,  Büyük 



Farsça-Türkçe  Sözlük,  s.  154;  Orhan  Güdül  KUTALMIŞ,  Türkçe  İnsan  Adları  ve  Anlam-kökenleri,  s.  249,  252. 

http://www.kitablar.org/details.php?book_id=1008

  

585


 Həmidullah Əhməd ibn Əbu Bəkr əl-MÜSTƏVFİ, Nüzhətü’l-Qülub, s. 85, (Nşr. G. Le Strange) London 1919. 

586


  Piştəkinlər  sülaləsi  haqqında  bax:  İ.  P.  PETRUŞEVSKİY,  Oçerki  po  İstorii  Feodalnıx  Otnoşeniy  v  Azerbaydjane  i 

Armenii v XVI-XIX vv, s. 79, Leninqrad 1949. 

Nüsrətəddin  Muhəmməd  hacib  Fəxrəddin  Cəbrayıl  Əhərinin  və  ya  onun  qardaşı 

Nurəddin Mikayılın oğlu idi.  

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin