Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əllamə İzzəddin Yusif ibn İbrahim Ərdəbili



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə17/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   13   14   15   16   17   18   19   20   ...   50

Əllamə İzzəddin Yusif ibn İbrahim Ərdəbili 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Yaşadığı  dövrün  tanınmış  alimlərindən  biri  idi.  O, 

qələmə aldığı əsərlərlə məşhur olmuşdu. Alim fiqhə dair ‚Ənvar li Əməlü’l-Əbrar‛ adlı 

əsərin müəllifi idi. Onun bu əsərinə çox sayıda şəhr və haşiyə yazılmışdır

655

. Bu əsərin 



nüsxələrindən  biri  AMEAƏİ-nun  fondunda  saxlanılır

656


.  Bundan  başqa  Paris  milli 

kitabxanasında

657

,  Qahirədə  Misir  milli  kitabxanasında  və  ər-Riyadda  Kral  Səud 



universitetinin  kitabxanasında  da  ‚Ənvar  li  Əməlü’l-Əbrar‛ın  nüsxələri  mövcuddur. 

Türkiyədə  Ankara  milli  kitabxanası,  Konya  BYEK  və  Diyarbəkir  İHK-də  ‚Ənvar  li 

Əməlü’l-Əbrar‛ın  ondan  çox  nüsxəsi  mühafizə  edilir.  Əllamə  İzzəddin  Ərdəbilinin 

digər bir əsəri əl-Bəğəvinin ‚əl-Məsabih‛

658

 adlı əsərinə yazdığı üç cildlik şərhdir. Alim 



uzun  müddət  Ərdəbildə  yaşamış,  daha  sonra  Misirə  köçmüşdü.  Misir  Məmlüklü 

hökmdarları  ona  böyük  hörmət  və  ehtiram  göstərmişdilər.  İzzəddin  Ərdəbili  həm  də 

mahir  xəttat  və  şair  idi.  Onun  gözəl  şerləri  var  idi

659


.  İbn  Hacər  Əsqəlani,  Yusif  ibn 

İbrahim Ərdəbilinin yaşadığı əsrdə ‚şeyxü’l-məşriq‛, yəni bütün şərqin şeyxi ləqəbi ilə 

tanındığını qeyd etmişdir

660


. Alim h. 779-cu ildə (1377) Misirdə vəfat etmişdir

661


.  

 

Əbü’l-Qasım Yusif ibn Muhəmməd ibn Yusif Ərdəbili 

                                                 

654

 SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 44. 



655

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 281-282.  

656

 ŞƏRİFOV, Əbdülqəni Əfəndi..., s. 61. 



657

 DE SLANE, həmin əsər, s. 204. 

658

  Muhyəddin  Əbu  Muhəmməd  Hüseyn  ibn  Məsud  ibn  Muhəmməd  Bəğəvi  (1044-1122).  Məşhur  mühəddis  və 



müfəssirlərdən biri idi. Muhyi’s-Sünnə, yəni ‚sünnəni dirçəldən‛ ləqəbi ilə tanınırdı. Əllamə İzzədin Ərdəbili  onun 

‚Məsabihü’s-Sünnə‛ adlı əsərinə şərh yazmışdır. 

659

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 734. 



660

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 128; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 139. 

661

 İBNü’l-İMAD, yenə orada. Katib Çələbi alimin ləqəbini ‚Cəmaləddin‛ kimi qeyd etmiş və onun h. 799-cu ildə (1397) 



vəfat etdiyini yazmışdır. Bax: Kəşfü’z-Zünun, C. I, s. 281. 

Hədis  ravisi  idi.  Misirdə  yaşamış  və  burada  hədis  nəql  etmişdi.  Onun  hədis  dinlədiyi 

mühəddislərdən  Əbu  İshaq  ibn  Səid  ibn  Abdullah  ət-Tuceybinin  adını  çəkmək  olar. 

Əbu  Tahir  Əhməd  ibn  Muhəmməd  əs-Süləfi  Misirdə  ondan  hədis  dinləmiş  və  qeyd 

etmişdir


662

.  Ölüm  tarixi  məlum  deyil.  XI-XII  əsrlərdə  yaşamışdır.  Nəql  silsiləsində 

Əbü’l-Qasım Yusif Ərdəbilinin də olduğu xəbərlərdən biri aşağıdakıdır:  

Abdullah ibn Məs’ud (ا) dedi ki: ‚(Cümə namazlarında imamın) namazı uzun qıldırıb, 

xütbəni  qısa  oxuması  o,  şəxsin  (İslam  dinini  yaxşı  bilib,  dində)  anlayışlı  olduğunu 

göstərir‛

663



 



Mövlana Zəhirəddin Əbdülkəbir ibn Üveys ibn Muhəmməd Lətifi Ərdəbili 

Hənəfi  məzhəbinə  mənsub  fəqih,  tarixçi  və  xəttat  idi.  Səid  Nəfisi  onun  həmçinin 

istedadlı  şair  olduğunu  və  Lətifi  təxəllüsü  ilə  farsca  gözəl  şerlər  yazdığını  qeyd 

etmişdir


664

.  İbnü’l-İmad  mövlana  Zəhirəddin  Ərdəbilinin  Qazizadə  ləqəbi  ilə 

tanındığını qeyd edir. Zəhirəddin Ərdəbili Azərbaycanda təhsil almış, dövrün qabaqcıl 

alimlərinin  tələbəsi  olmuşdu.  Osmanlı  sultanı  Yavuz  I  Səlim  (1512-1520)  Çaldıran 

döyüşü və Təbrizin zəbtindən  sonra geri qayıdarkən Zəhirəddin  Ərdəbilini də özü  ilə 

aparmışdı.  Zəhirəddin  Ərdəbili  alim,  kamil,  ünsiyyətcil,  vüqar,  heybət,  fəsahət  və 

bəlağət  sahibi  şəxs  idi.  Ələlxüsus  inşa,  yəni  katiblik  və  şe’r  sənətində  mahir  olan 

mövlana  Zəhirəddin  Ərdəbili  həmçinin  gözəl  xətlə  yazı  yazan  hüsnxətt  ustası  idi. 

Osmanlı xəzinəsindən ayda 80 aqça

665


 maaş alan Zəhirəddin Ərdəbili, İbn Xəllikanın

666


 

çoxcildli  ‚Tarix‛  adlı  əsərini  iki  cild  halında  ixtisarla  ərəbcədən  farscaya  tərcümə 

etmişdi.  Birinci  cildi  h.  926-cı  (1520),  ikinci  cildi  isə  h.  928-ci  (1522)  ildə  İstanbulda 

                                                 

662

 Əbu Tahir Əhməd ibn Muhəmməd əs-Süləfi İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 455, Məkkə (trz). 



663

  ƏBU  TAHİR  İSFƏHANİ,  yenə  orada.  Burada  bu  söz  Allah  Rəsulunun  (م)  səhabələrindən  olan  Abdullah  ibn 

Məs’udun  (ا)  sözü  kimi  qeyd olunub.  İmam  Müslümün  ‚Səhih‛ adlı  hədis  külliyatında  isə Əmmar  ibn  Yasir  (ا)  bu 

sözü  Allah  Rəsulundan  (م)  eşidərək  nəql  etmişdi.  Hər  iki  mənbə  də  bu  əsər  Əbu  Vail  və  əl-Ə’məş  kanalı  ilə 

ötürülmüşdür.  Müsüm,  Səhih,  Cümə  Nr.  869-da:  (

ٜٚوك ٖٓ ح٘جٓ ٚرثطـ هصهٝ َظهُا جلاص ٍٞغ ٕئ);  ƏBU  TAHİR  İSFƏHANİ, 



Mu’cəmü’s-Səfər, Nr. 1554-də: (َظهُا ٚوك ٖٓ ٚ٘٤ٓ حثطفُا هصهٝ جلاصُا ٍٞغ ٕئ) 

664


  NƏFİSİ,  Tarixi-Nəzm  və  Nəsr,  C.  I,  s.  254.  Fikrimizcə  S.  Nəfisi  burada  xətaya  yol  vermişdir.  Çünki  aşağıda  da 

görəcəyimiz  kimi  mövlana  Zəhirəddin  Ərdəbilinin  atası  şeyx  Üveys  Ərdəbili  də  ‚Lətifi‛  təxəllüsü  ilə  şerlər 

yazmışdır. M. Ə. Tərbiyət şeyx Üveys Ərdəbilinin yazdığı şerlərdən bir nümunəni də öz əsərində qeyd etmişdir.  

665


 Aqça-Osmanlı imperatorluğunun gümüş pulu. Qanuni I Süleymanın (1520-1566) dövründə zərb edilmiş aqçaların 

maksimum ağırlığı 0,85 gr olmuşdur. 

666

 Şəmsəddin Əhməd ibn Muhəmməd ibn Xəllikan (öl. 1281) fəqih, tarixçi, ədəbiyyatçı, bioqraf və filoloq idi. Onun 



‚Vəfayatü’l-Əyan  və  Ənba  Əbnaü’z-Zaman‛  adlı  tarixi  bioqrafiya  əsəri  həmçinin  ‚Tarixi-İbni  Xəllikan‛  adı  ilə  də 

tanınmışdı.    



tərcümə  edib  bitirmişdi

667


.  Bundan  başqa  mövlana  Zəhirəddin  Ərdəbili  farsca 

‚Qəzəvati-sultan Səlim‛ adlı kitabın da müəllifi idi. Bu kitabda Yavuz I Səlimin Misirə 

hərbi  səfəri  (1517)  barədə  dəyərli  məlumtalar  olmalıdır.  Çünki  mövlana  Zəhirəddin 

Ərdəbili bu yürüşdə sultan I Səlimlə birlikdə iştirak etmişdi

668

. İbnü’l-İmad, Zəhirəddin 



Ərdəbilinin xütbələrində imamiyyə məzhəbinə meyl etdiyini və səhabənin xütbə vaxtı 

mədh edilməsinin vacib olmadığını bildirməklə Səfəvilərin təbliğatını apardığını qeyd 

edir. O, həmçinin Zəhirəddin Ərdəbilinin Əhməd paşa ilə Səfəvilər arasında əlaqələrin 

qurulması üçün vasitəçilik etdiyini yazır. Bu fəaliyyəti Zəhirəddin Ərdəbilinin h. 930-cu 

ilin  rəbiəlaxir  ayının  15-i  (20  fevral  1524)  Qahirədə  boynu  vurularaq  edam  edilməsinə 

səbəb olmuşdu

669

 



Burada  bəzi  məsələlərə  aydınlıq  gətirməyə  ehtiyac  var.  Yuxarıda  adı  çəkilən  Əhməd 

paşa  mənşəcə  gürcü  olan  yüksək  rütbəli  Osmanlı  bürokratı,  sonralar  ‚xain‛  ləqəbi  ilə 

məşhur  olan  Əhməd  paşadır.  Əhməd  paşa  bəzi  yüksək  rütbəli  saray  bürokratları  ilə 

birlikdə sultan Yavuz I Səlimin son, sultan Qanuni I Süleymanın isə ilk vəziriəzəmi olan 

Piri  Mehmed  paşanın  əleyhinə  aparılan  kampaniyanı  idarə  edənlərdən  biri  idi.  Saray 

intriqaları  nəticəsində  Piri  Mehmed  paşa  könüllü  istefaya  getmişdi.  Uzun  müddət 

Rumeli bəylərbəyi olmuş

670


 Əhməd paşa bu vaxt ikinci vəzir idi, lakin vəziriəzəm olmaq 

həvəsində  idi.  Bunun  üçün  əlindən  gələn  hər  şeyi  etmişdi,  lakin  sultan  I  Süleyman 

gözlənilmədən  özünün  xüsusi  işlər  rəisi  olan  İbrahim  paşanı  vəziriəzəm  təyin  etdi. 

Əhməd  paşa  bu  hadisədən  sonra  təkidlə  boş  olan  Misir  vilayəti  canişinliyinə  təyin 

olunmasını  istədi. Bəd xasiyyəti və məkirliliyi  ilə  hamını bezdirən Əhməd paşanın bu 

vəzifəyə təyin olunması və saraydan uzaqlaşmasına heç kim etiraz etməmişdi. Tarixçi 

İbrahim  Peçevinin  sözü  ilə  desək  ‚cümlə  divan  əhli  əlindən,  dilindən  aciz  və  nalan 

olmuşlar  idi‛

671

. Hadisələrin sonrakı  inkişafı onu göstərir ki, Əhməd paşa İstanbuldan 



mümkün  qədər  uzağa,  Misir  vilayətinə  getmək  istəməklə  əvvəlcədən  edəcəyi  qiyamı 

planlaşdırmışdı.  O,  1523-cü  ilin  avqust  ayında  Qahirəyə  çatıb  vəzifəsinin  icrasına 

başlamışdı.  Misir  bu  tarixdən  cəmi  6  il  əvvəl,  1517-ci  ildə  Osmanlı  imperatorluğunun 

                                                 

667

 NƏFİSİ, yenə orada; NİŞANCI Mehmed paşa, Hadisat, s. 192, İstanbul 1983.  



668

 NƏFİSİ, yenə orada

669

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 99. 



670

 NİŞINCI, Hadisat, s. 229. 

671

 İbrahim PEÇEVİ, Tarixi-Peçevi, C. I, s. 80, İstanbul 1281. 



əlinə  keçmişdi.  Burada  hələ  də  əvvəlki  dövlətin  tərəfdarları  var  idi.  Əhməd  paşa 

tezliklə buradakı köhnə Məmlüklü əmirləri ilə yaxın əlaqə qurdu və 1524-cü ilin yanvar 

ayında  qiyam  qaldıraraq  özünü  Misir  sultanı  elan  etdi.  Lakin  onun  səltənəti  uzun 

çəkmədi. Onun özünə vəzir təyin etdiyi Osmanlı ordusunun sabiq zabiti Mehmed bəy 

Qazizadə İstanbuldan aldığı təlimata əsasən Əhməd paşaya qarşı hərbi çevriliş həyata 

keçirdi.  Əhməd  paşa  qaçmış,  lakin  bir  müddət  sonra  yaxalanıb  1524-cü  ilin  avqust 

ayında  edam  edilmişdi.  İbrahim  Peçevi  ‚Qanuni  sultan  Süleymanın  hakimiyyəti 

dövründəki şeyxlər və alimlər‛ başlığı altında üstün biliyi və bacarıqlarını sadalayaraq 

Mövlana Zəhirəddin Ərdəbili haqqında da məlumat verir və onun xain Əhməd paşa ilə 

birlikdə edam edildiyini qeyd edir

672

. Taşköprüzadə də öz əsərində alimi mədh edərək 



üstün  bilik  və  bacarıqlarını  sadalamışdır

673


.  Nişancı  Mehmed  paşa  da  onun  Qazizadə 

Əcəm  adı  ilə  tanındığını,  şe’r  və  münşəat  sahəsində  ustad  oludğunu  bildirmişdir

674



İbrahim  Peçevi,  Taşköprüzadə  və  Nişancı  Mehmed  paşa  kimi  rəsmi  Osmanlı 



tarixçilərinin  heç  biri  Zəhirəddin  Ərdəbilinin  məzhəb  və  əqidə  baxımından  hər  hansı 

bir  dəyişikliyə  uğradığını  qeyd  etmir  və  onun  sırf  siyasi  məsələdən  ötrü  edam 

edildiyini  yazırlar.  Ehtimal  ki,  Zəhirəddin  Ərdəbili  Osmanlı  dövlətinin  şərqdəki  ən 

böyük  rəqibi  olan  Səfəvilərin  Əhməd  paşaya  yardımını  təmin  etməyə  çalışmışdı. 

İbrahim  Peçevi  (öl.  1650)  ilə  İbnü’l-İmad  (öl.  1679)  demək  olar  ki,  eyni  dövrdə 

yaşamışdılar.  Lakin  İbrahim  Peçevinin  uzun  müddət  Osmanlı  sarayında  mailiyyə 

məmuru işlədiyini nəzərə alaraq onun hadislərədən daha dəqiq və ətraflı xəbərdar ola 

biləcəyini düşünmək olar.  

 

Şeyx Üveys ibn Muhəmməd Lətifi Ərdəbili 

Yuxarıda  haqqında  bəhs  etdiyimiz  mövlana  Zəhirəddin  Əbdülkəbir  Ərdəbilinin  atası 

idi. O, şafii məzhəbinə mənsub fəqih idi. Ağqoyunlular dövründə 5 il Ərdəbil şəhərinin 

qazisi  olmuşdu.  Şeyx  Üveys  Ərdəbili  həm  də  bacarıqlı  həkim  və  istedadlı  şair  idi.  O, 

Ərdəbildəki  mədrəsələrdə  dərs  vermişdi.  Şeyx  Üveys  Ərdəbili  tibbə  dair  ‚Risalə  dər 

                                                 

672

 PEÇEVİ, Tarixi-Peçevi, C. I, s. 50. 



673

 TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 281, Beyrut 1985. 

674

 NİŞINCI, Hadisat, s. 229.  



İlmi-Tibb‛  adlı  risalənin  müəllifi  idi

675


.  Ölüm  tarixi  məlum  deyil.  Təqribən  XV-XVI 

əsrlərdə yaşamışdır.  

 

Şərəfəddin Musa ibn Əhməd Ərdəbili 

Şafi’i məzhəbinə mənsub fəqih idi. O, Ərihada

676

 məskunlaşıb uzun müddət bu şəhərdə 



yaşadığı  üçün  daha  çox  şeyx  Musa  əl-Ərihavi  kimi  tanınmışdı.  Şərəfəddin  Musa 

Ərdəbili alim, zahid, fəzilət sahibi insan idi. O, h. 916-cı ilin zilhiccə ayında (mart 1511) 

Hələbdə vəfat etmiş və orada dəfn edilmişdi

677


.  

 

Şeyx Nurəddin Əbu Muhəmməd Fərəc ibn Muhəmməd İbn Əhməd ibn Əbü’l-Fərəc 



Ərdəbili 

Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Təbriz mədrəsələrindən birində təhsil 

almış,  Zəməxşərinin  çoxcildli  ‚Kəşşaf‛  adlı  Qur’an  təfsirini  oxumuşdu.  Təbrizdə  şeyx 

Fəxrəddin Əhməd ibn Həsən əl-Carbərdinin tələbəsi olmuşdu. Təhsilini başa vurandan 

sonra  Dəməşqə  getmişdi.  Dəməşqdə  Zahiriyyə  və  Baraniyyə  mədrəsələrdən  dərs 

vermişdi. Daha sonra bu şəhərdəki Nasiriyyə, Caruxiyyə və Cəvaniyyə mədrəsələrində 

də  tədrislə  məşğul  olmuşdu.  Qayınatası  şeyx  Nəcməddin  ibn  Şəhhamın  ölümündən 

sonra  əl-Qəsr  xanəgahnın  şeyxliyi  də  ona  tapşırılmışdı

678

.  Elmi  tədqiqatla  da  məşğul 



olan  alim,  qazi  Nasirəddin  Abdullah  Bəyzavinin  ‚Minhəcü’l-Vüsul‛  və  Muhyəddin 

Yəhya Nəvəvinin ‚Minhəcü’l-Fiqhi‛ adlı əsərinə şərh yazımşdı. Onun qazi Bəyzavinin 

əsərinə  yazdığı  şərh  ‚Həqaiqü’l-Üsul  fi  Şərhu  Minhəcü’l-Vüsul‛

679


,  Nəvəvinin  əsərinə 

yazdığı şərh isə ‚Şərhu Qit’əti min Minhəcü’t-Talibin‛ adlanırdı

680

. O, himmət və fəzilət 



sahibi  insan idi. Bütün namazlarını məsciddə, camaatla qılardı. Alim, yoluxduğu taun 

xəstəliyi

681

  səbəbiylə,  h.  749-cu  ilin  cəmadiəlaxir  ayının  13-cü  günü  (8  sentyabr  1348), 



                                                 

675


 TƏRBİYƏT, Danişməndan, s. 340; Charles Ambrose STOREY, Persian Literature, A Bio-Bibliographical Survey, C. II/2, 

s. 228-229, London 1971. 

676

 Əriha-İordaniyada, paytaxt Əmmandan 60 km cənubda, Ölü dənizdən 22 km şərqdə yerləşən şəhər.  



677

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 40. 

678

 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 248; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 172. 



679

 BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 169. 

680

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 618. 



681

  1348-ci  ilin  yay  və  payız  aylarında  bütün  orta  şərq  regionunu  bürüyən  şiddətli  taun  epidemiyası  yayılmış, 

təqribən 10 milyondan çox insan bu epidemiya səbəbiylə ölmüşdü. Həmin dövr üçün bu böyük rəqəm idi. İbn Kəsir 


günorta  saatlarında  Caruxiyyə  mədrəsəsində  vəfat  etmiş  və  Dəməşqin  Babu’s-Səğir 

səmtində dəfn edilmişdi

682

.   


 

Şeyx Şəmsəddin Muhəmməd ibn Əbdu Ərdəbili 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  idi.  Anası  onu  kiçik  yaşlarında  şeyx  Muhəmməd  əl-

Kəvakibi  əl-Hələbinin  yanına  aparmış  və  övladının  tərbiyəsini  şeyxə  həvalə  etmişdi. 

Şəmsəddin  Ərdəbili  şeyx  Muhəmməd  əl-Kəvakibinin  yanıda  yetişmişdi.  O,  zahid,  çox 

ibadət edən, saleh əməl sahibi, səxavətli və son dərəcə təvazökar insan idi. Şəmsəddin 

Ərdəbili h. 865-ci il cəmadiəlaxir ayında (mart 1461) anadan olmuş, h. 950-ci ilin şəvval 

ayında (yanvar 1544) Hələbdə vəfat etmişdi

683


.  

 

Mövlana İlyas ibn Əbih Ərdəbili 

Riyaziyyatçı və astronom idi. Baburi sultanlarından Nasirəddin Muhəmməd Humayun 

şah  (1530-1540)  İrandakı  sürgün  həyatından  qayıdarkən  İlyas  Ərdəbili  də  onunla 

birlikdə  Kabilə  gəlmişdi.  Humayun  şahın  oğlu  Əkbər  şahın  (1556-1605)  hakimiyyəti 

illərində  də  Qucəratda

684

  tədris  və  tədqiqatla  məşğul  olmuşdu.  Lakin  sonralar  bəzi 



fitnəkar  insanların  hərəkətləri  nəticəsində  ona  qarşı  münasibət  dəyişmişdi.  Nəcticədə 

İlyas  Ərdəbili  Hinditanı  tərk  edərək  Məkkəyə  getmiş,  həcc  ziyarətindən  sonra  doğma 

şəhəri  Ərdəbilə  gələrək  ömrünü  burada  başa  vurmuşdu

685


.  Ölüm  tarixi  məlum  deyil. 

XVI əsrdə yaşamışdır.  



 

Şeyx Əbdüləziz Ərdəbili 

Mühəddis  və  fəqih  idi.  Yaşadığı  dövrün  ən  görkəmli  alimlərindən  biri  olmuşdu. 

Dəməşqdə təhsil almış, şeyxülislam Təqiyəddin Əhməd ibn Teymiyyə əl-Hərrani (1263-

1328),  Burhanəddin  ibnü’l-Bərkəc,  Cəmaləddin  Yusif  əl-Mizzi  və  Şəmsəddin  Zəhəbi 

                                                                                                                                                             

həmin  ilin  sentyabr  ayında  Dəməşqdə  hər  gün  bu  xəstəlik  səbəbiylə  ölmüş  200  adamın  dəfn  edildiyini,  kəfən  və 

cənazə taxtası qıtlığı yarandığını qeyd etmişdir. Bax: Bidayə, C. XIV, s. 348-354.  

682


 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. X, s. 238-240; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 87; SƏFƏDİ, Ə’yanü’l-Əsr

C. IV, s. 36-37. 

683

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 99. 



684

 Qucərat-Hindistanın qərbində, Hindistan-Pakistan sərhəddində, Ərəbistan dənizi sahilində yerləşən vilayət.  

685

 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 313. 



kimi  tanınmış  alimlərin  tələbəsi  olmuşdu.  Daha  sonra  Hindistana  getmiş  və  Dehli 

sultanlarından  Muhəmməd  şah  Tuğluqun  (1325-1351)  himayəsində  bu  ölkədə 

yaşamışdı. Muhəmməd şah Tuğluq şeyx Əbdüləziz Ərdəbiliyə dərin hörmət və ehtiram 

bəsləyirdi.  Şeyx  Əbdüləziz  Ərdəbili  sultana  Abdullah  ibn  Abbas  (ا),  onun  nəslindən 

olan  Abbasi  xəlifələrinin  fəaliyyətləri  haqqında

686


  danışmış,  onun  bu  söhbətləri 

sayəsində sultanın qəlbində Abbasilərə qarşı ehtiram oyanmışdı

687

. Sultan Muhəmməd 



şah  Tuğluq  tez-tez  şeyx  Əbdüləziz  Ərdəbilinin  hədis  məclislərində  iştirak  edirdi.  Belə 

məcləslərdən birində sultan şeyxə hədis elmi ilə bağlı bir sual vermişdi. Şeyx Əbdüləziz 

Ərdəbili  hafizəsindən  nəql  etdiyi  sayısız  hədislərlə  sultanın  sualına  dolğun  cavab 

vermişdi.  Bunun  müqabilində  Muhəmməd  şah  ona  1000  qızıl  dinar

688

  bağışlamışdı



689

Şeyx Əbdüləziz Ərdəbilinin ölüm tarixi məlum deyil. XIV əsrdə yaşamışdır. 



 

Qari İbrahim ibn Əhməd ibn Muhəmməd ibn Əhməd Ərdəbili 

Mühəddis və qari idi. H. 687-ci ildə anadan (1288) olmuşdu. Təhsilini davam etdirmək 

üçün  Məkkəyə  getmiş  və  burada  Nəcməddin  ət-Təbəridən

690


  ‚Cami’ü’l-Üsul‛u

691


 

dinləmişdi. Həmçinin Təqiyəddin əz-Zəfəraninin yanında ‚əl-Məsabih‛i

692

, Cəmaləddin 



əl-Mətərinin  yanında  ‚əş-Şəfa‛nı

693


  oxumuşdu.  İbrahim  ibn  Əhməd  Ərdəbili, 

Əbdürrəhman  ibn  Ömər  əl-Qəbabinin  tələbəsi  olmuş,  Qur’an  təcvid  və  tilavətinə  dair 

icazətini ondan almışdı. O, həmçinin təbib idi

694


.  

 

                                                 

686

  Abbasi  xilafətinə  1258-ci  ildə  moğolların  Bağdadı  işğalı  ilə  son  qoyulsa  da  bu  nəslə  mənsub  şəxslər  Misirdə 



Məmlüklüləri  tərəfindən  himayə  edilir  və  xəlifə  olaraq  tanınırdılar.  Ehtimal  ki,  şeyx  Əbdüləziz  Ərdəbili  bir  növ 

diplomatik missiya yerinə yetirmiş, Dehli sultanları ilə Misir Məmlüklüləri arasındakı əlaqələrin möhkəmlənməsinə 

xidmət göstərmişdi. 

687


 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 170; Muhəmməd ibn Abdullah İBN BATTUTA, Rıhlə, C. II, s. 37, Qahirə 1322. 

688


 Dinar- 4,25 gr qızıl pul. Şeyx Əbdüləziz Ərdəbili təqribən 4,25 kg qızıl almışdı.  

689


 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 170; İBN BATTUTA, Rıhlə, C. I, s 115-116. 

690


  Nəcməddin  Əbu  Əli  Muhəmməd  ibn  Muhəmməd  ət-Təbəri  əl-Məkki  (öl.  1330)  yaşadığı  dövrün  tanınmış 

mühəddislərindən idi.  

691

  ‚Cami’ü’l-Üsul  li-Əhadisi’r-Rəsul‛-  Əbu  Səadət  Mubarək  ibn  Muhəmməd  İbnü’l-Əsir  əl-Cəzəri  əş-Şafi’inin  (öl. 



1209) hədis üsulu sahəsində qələmə aldığı əsərdir.  

692


 ‚Məsabihü’s-Sünnə‛-Hüseyn ibn Məs’ud əl-Fərra əl-Bəğəvinin (öl. 1122) hədis sahəsində qələmə aldığı əsərdir. Bu 

əsərə  bir  neçə  şərh  yazılmışdır.  Bunlardan  birinin  müəllifi  də  şeyx  Təqiyəddin  Əbdülmu’min  ibn  Əbu  Bəkr  əz-

Zəfəranidir. 

693


 ‚əş-Şəfa bi-Tərifi-Hüquqi’l-Mustafa‛-Qazi İ’yaz ibn Musa əl-Yəhsəbinin (öl. 1149) hədis sahəsində əsəridir. 

694


  İBN  HƏCƏR,  Dürərü’l-Kaminə,  C.  I,  s.  4;  Təqiyəddin  Əhməd  ibn  Əli  MƏQRİZİ,  Dürərü’l-Uqudu’l-Fəridə  fi 

Təracimü’l-Ə’mali’l-Müfidə, (Hzr. A. Dərviş-əl-Misri M), C. I, s. 78, Dəməşq 1995. 

Əbu Abdullah İsa ibn Malik ibn Bişr Ərməniyyi 

Əslən  Ərməniyyədən  olan  azərbaycanlı  mühəddis  idi.  Misirdə  yaşamış,  buranın 

alimlərindən  hədis  elmlərinə  dair  bilikləri  öyrənmişdi.  Daha  sonra  Qəyravanda

695


 

məskunlaşmış və orada hədis elminə dair bir sıra əsərlər qələmə almışdı. ‚əl-Hədis‛ və 

‚Safir‛ Əbu Abdullah İsa Ərməniyyinin iki məşhur əsəridir

696


. Yaşadığı dövr haqqında 

hər hansı bir məlumat yoxdur.  

 

Əbu Yaqub Fərqəd ibn Yaqub əs-Səbxi Ərməniyyi 

Mühəddis, hədis ravisi idi. İraqın Bəsrə şəhərinə yaşamışdı. Həsən əl-Bəsri və Səid ibn 

Cübeyrdən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Bir  çox  iraqlı  mühəddis  də  onun  tələbəsi 

olmuş, ondan hədis dinləmişdilər. Yaşlandığı dövrdə yaddaşında problemlər meydana 

gəlmiş,  buna  görə  də  o,  hədis  nəql  etməkdən  əl  çəkmişdi.  Əbu  Yaqub  Fərqəd 

Ərməniyyi  Bəsrədə  h.  131-ci  ildə  (749)  baş  vermiş  taun  epidemiyasından  əvvəl  vəfat 

etmişdi

697


.  

 

Əhməd ibn Süleyman Ərməniyyi 

Siqa  hədis  ravisi  idi.  İmam  Malik  ibn  Ənəsin  (/)  tələbələrindən  biri  olmuş  və  ondan 

hədis dinləmişdi. Əhməd ibn Süleyman Əbu Hüreyrə (ا) və Abdullah ibn Ömərdən (ا) 

mərfuən  hədis  nəql  etmişdi.  İbrahim  ibn  Müxəllid  də  Əhməd  ibn  Süleyman 

Ərməniyyidən hədis dinləmiş və nəql etmişdi

698

. Ölüm tarixi məlum deyil. İmam Malik 



ibn Ənəsin (öl. 795) müasiri olduğunu nəzərə alaraq VIII-IX əsrlərdə yaşadığını təxmin 

etmək olar.  

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin