Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əbdülvəhhab ibn Əhməd ibn Muhəmməd Gəncəvi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə19/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   15   16   17   18   19   20   21   22   ...   50

Əbdülvəhhab ibn Əhməd ibn Muhəmməd Gəncəvi 

Atası  kimi  mühəddis  olan  Əbdülvəhhab  Gəncəvi  yuxarıda  haqqında  bəhs  etdiyimiz 

Əbu  Abdullah  Əhməd  Gəncəvinin  oğlu  idi.  Əbu  Bəkr  Bağdadi  onun  alim,  saleh  və 

mömin  bir  gənc  olduğunu,  Əbu  Əli  əl-Həddad  kimi  İsfəhanın  tanınmış  hədis 

alimlərinin  yanıdan  təhsil  aldığını  qeyd  etmişdir.  Əbdülvəhhab  Gəncəvi  tədrislə 

məşğul  olmuş  və  hədis  dərsləri  vermişdir.  Lakin  o,  gənc  yaşlarında,  atasından  əvvəl 

vəfat  etmişdir

723


.  Təəssüf  ki,  Bağdadi  onun  ölüm  tarixini  qeyd  etməmişdir.  XII  əsrdə 

yaşadığı təxmin olunur.  

 

Qazi Tahir Gəncəvi 

                                                 

721

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 346. 



722

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 482. 

723

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 482. 



Şafi’i məzhəbinə mənsub fəqih idi. Gəncə əyanlarından olan qazi Tahir Gəncəvi fiqh və 

ədəbiyyat  sahəsində  yaşadığı  dövrdə  Gəncənin  ən  tanınmış  alimlərindən  biri  idi.  O, 

Əbü’l-Qasım  Əli  ibn  Əbdürrəhman  Nişapuridən  hədis  dinləmiş,  Əbü’l-Fəzl  Şaban  ibn 

Əli  ibn  Muhəmməd  Bərdəidən  isə  fiqh  elmini  öyrənmişdi.  İsfəhanda  Böyük  Səlcuqlu 

imperatorluğunun  məşhur  vəziri  Nizamülmülkün  hüzurunda  olmuşdu.  Vəzirin 

təşəbbüsü  ilə Gəncə qaziliyinə təyin edilmişdi. Tarixçi və siyasi xadim əmir Əbu Nəsr 

Əli  ibn  Makula  (öl.  1082)  Gəncədə  olduğu  vaxt  onunla  görüşmüşdü

724


.  Ölüm  tarixi 

məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  

 

Şeyx Əbu Zəkəriyyə Yəhya ibn Mənsur Gəncəvi 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis,  zahid  və  abid  şəxs  idi.  Həmçinin  Qur’an  hafizi 

olan şeyx Əbu Zəkəriyyə Gəncəvi öz dövrünün mahir qarilərindən biri idi və çox gözəl 

səslə  Qur’an  oxuyurdu.  O,  İran,  İraq  və  Xorasanın  şəhərlərini  gəzərək  bu  yerlərin 

tanınmış  alimlərinin  dərslərində  iştirak  etmişdi.  Nişapurda  təhsil  almış,  burada 

Zeynü’l-İslam  ləqəbi  ilə  məşhur  olan  Əbu  Nəsr  Əbdülkərim  ibn  Həvazin  əl-Quşeyri 

Nişapurinin (öl. 1072) tələbəsi olmuşdu. O, daha sonra Zeynü’l-İslam Quşeyrinin yaxın 

dostlarından birinə çevrilmişdi. Nişapurdan həcc ziyarəti üçün Hicaza getmiş, həccdən 

qayıdarkən İsfəhanda Böyük Səlcuqlu sultanlarının vəziri Nizamülmülklə görüşmüşdü. 

Nizamülmülklə  şeyx  Əbu  Zəkəriyyə  Gəncəvinin  yaxın  münasibəti  var  idi.  Şeyx  Əbu 

Zəkəriyyə Gəncəvi h. 496-cı ilin ramazan ayında (iyun 1103) vəfat etmişdi

725


 

Əbu Sə’d Muhəmməd ibn Yəhya ibn Mənsur Gəncəvi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  olan  Əbu  Sə’d  Gəncəvi  yuxarıda  haqqında  bəhs 

etdiyimiz şeyx Əbu Zəkəriyyə Yəhya Gəncəvinin oğlu idi. Gəncliyi Xorasanın Nişapur 

şəhərində keçmiş, ehtimal ki, burada dünyaya gəlmişdi. Əbu Hamid Əhməd ibn Əbdus 

və  Əbu  Əli  Nəsrullah  ibn  Əhməd  Xoşnamın  tələbəsi  olmuşdu.  Tarixçi  alim  Əbü’l-

Qasım  Əli  ibn  Əsakir  (öl.  1175)  Əbu  Sə’d  Muhəmməd  Gəncəvinin  Mərv  şəhərində 

tədrislə məşğul olduğunu qeyd etmişdir. İbn Əsakir və digər bir tarixçi alim Əbu Sə’d 

                                                 

724


 ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 131. 

725


 SEYRƏFİNİ, Müntəxəb, s. 533. 

Səm’ani,  Muhəmməd  ibn  Yəhya  Gəncəvinin  tələbəsi  olmuş,  ondan  hədis 

dinləmişdilər

726

.  Əbu  Sə’d  Muhəmməd  Gəncəvi  h.  11  şəvval  549-cu  ildə  (18  dekabr 



1154) Nişapurda oğuz türkləri tərəfindən qətlə yetirilmişdi

727


. Böyük Səlcuqlu dövlətinə 

qarşı  qiyam  qaldıran  Orta  Asiyadakı  oğuz  türkləri  1153-cü  ilin  aprel  ayında  sultan 

Səncəri (1118-1157) girov götürmüş, 1154-cü ilin noyabr və dekabr aylarında Xorasanın 

Mərv,  Nişapur,  Tus  və  Məşhəd  kimi  bir  sıra  şəhərlərini  zəbt  edərək  qətl  və  qarətlə 

məşğul  olmuşdular

728


.  Əbu  Sə’d  Muhəmməd  Gəncəvi  də  bu  iğtişaşlar  vaxtı  qətlə 

yetirilmişdi.  

 

Əbü’l-Əla Müvəffəq ibn Yəhya ibn Mənsur Gəncəvi 

Mühəddis  və  yuxarıda  haqqında  bəhs  etdiyimiz  Əbu  Sə’d  Muhəmməd  Gəncəvinin 

qardaşı  idi.  Nişapurda  yaşamış,  burada  İsmayıl  ibn  Hüseyn  əl-Fəraizi,  Əbu  Abdullah 

Muhəmməd  ibn  Mahmud  ər-Rəşidi  kimi  dövrün  tanınmış  mühəddislərindən  dərs 

almış,  hədis  dinləmişdi.  Təhsilini  başa  vurduqdan  sonra  tədrislə  məşğul  olmuşdu. 

Tarixçi  alim  Əbu  Sə’d  Səm’ani,  alimin  öz  oğlu  Əbdürrəhim  ibn  Müvəffəq  Gəncəvi 

ondan hədis dinləmişdilər. Ölüm tarixi məlum deyil XI-XII əsrlərdə yaşamışdır

729


.  

 

Əllamə Əbu Həfs Ömər ibn Osman ibn Hüseyn ibn Şueyb Gəncəvi 

Mühəddis,  müfəssir  və  ədəbiyyatçı  idi.  O,  mömin  və  fəzilət  sahibi  insan  kimi 

tanınmışdı. Bağdad və Həmədanda təhsil almışdı. Əbü’l-Müzəffər əl-Əbivərdidən ərəb 

ədəbiyyatını  öyrənmiş

730


,  Əbu  Muhəmməd  Əbdürrəhman  əd-Düveyninin  yanında 

Nəsainin ‚Sünən‛ adlı hədis küliyyatını oxumuşdu. Daha sonra alim İraqdan Xorasana 

getmiş, burada Şeyxü’s-sələfi ləqəbi ilə tanınan Müsəddid ibn Muhəmməd Gəncəvidən 

hədis elmlərinə dair dərslər almış, hədis dinləmişdi

731

. Təhsilini başa vurduqdan sonra 



                                                 

726


  Əbü’l-Qasım  Əli  ibn  Həsən  İBN  ƏSAKİR,  Mu’cəmü’ş-Şüyux,  (Nşr.  S.  əş-Şihabi),  s.  280, Dəməşq  1980.  İbn  Əsakir 

1134-cü ildə təhsil almaq məqsədiylə vətəni Suriyadan yola çıxmış, Azərbaycan, İran və Xorasanın elm mərkəzlərini 

gəzərək buralardakı alimlərin dərslərini dinləmişdi.  

727


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s.482. 

728


 SEVİM-MERÇİL, Selçuklu Devletleri Tarihi, s. 224. 

729


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s.483. 

730


  BÜNYADOV,  ‚Novıye  Materialı  o  Vidnıx  Deyatelyax  Azerbaydjana  ve  Epoxu  Srednevekovya‛,  s.  59-60; 

BÜNYADOV, Azərbaycan Atabəyləri Tarixi, s. 231. 

731

 ZƏHƏBİ, Müştəbih, s. 121; QIFTİ, İnbahu’r-Ruvat, C. II, s. 329-330. 



Sərəxs

732


, Mərv

733


 və Nişapur

734


 şəhərlərində hədis dərsləri vermiş və bir çoxları ondan 

hədis dinləmişdilər. Öz oğlu Əbdürrəhman ibn Ömər Gəncəvi, mühəddis və tarixçi İbn 

Sə’d  Səm’ani  ondan  hədis  dərsləri  almışdılar.  Əbü’l-Həfs  Ömər  Gəncəvi  hədis  elminə 

dair  bəzi  əsərlərin  də  müəllifi  idi.  Cəlaləddin  Süyuti  və  Əhməd  Ədnirəvi  onun  çox 

gözəl  üslubda  qələmə  alınmış  Qur’ani-Kərim  təfsirinin  də  müəllifi  olduğunu  qeyd 

etmişdilər.  Bağdadlı  İsmayıl  paşa  da  həmin  əsər  haqqında  ‚bu  təfsirin  misli  bərabəri 

yoxdur‛ deyə qeyd etmişdir

735


. Alim h. 550-ci ilin rəbiələvvəl ayının 14-ü (18 may1155) 

Mərv şəhərində vəfat etmişdi

736

.   



 

Qazi Fələkəddin Əbü’l-Həsən Əli ibn Abdullah Gəncəvi 

Gəncə  şəhərinin  şafi’i  məzhəbinə  mənsub  qazisi  olmuşdur.  Fələkəddin  Əli  Gəncəvi 

həmçinin  ədib  və  şair  idi

737


.  Ölüm  tarixi  məlum  deyil.  Təqribən  XII-XIII  əsrlərdə 

yaşamışdır.  

 

Əbu Bəkr Muhəmməd ibn Əbdürrəhman ibn Yəhya Gəncəvi 

H.  481-ci  ildə  (1088)  Dəməşqdə  hədis  dərsləri  verməyə  başlamışdı.  O,  Əbu  Tahir 

Abdullah  ibn  Əhməd  əs-Süleytidən  hədis  nəql  etmişdi.  Əbü’l-Qasım  ibn  Sabir  ondan 

hədis dinləmiş və dinlədiyi hədisləri qeyd etmişdi. Əbu Bəkr Muhəmməd Gəncəvinin 

ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır

738


.  

 

Şeyx Müsəddid ibn Muhəmməd Gəncəvi 

Mühəddis və fəqih idi. ‚Şeyxü’s-sələfi‛ ləqəbi ilə tanınmışdı. Əli ibn İsa əl-Bəqqilanidən 

hədis dinləmiş və nəql etmişdi. Əbü’l-Həfs Ömər ibn Osman ibn Şueyb Gəncəvi və Əbu 

                                                 

732


 Sərəxs-İranın şimali-şərqində, Türkmənistanla sərhəddə yerləşən şəhər.  

733


 Mərv-Türkmənistan ərazisində yerləşir, indi Marı adlanır.  

734


 Nişapur-İranın şimali-şərqində yerləşən şəhər. 

735


 BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 151. 

736


  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  II,  s.  346;  ƏDNİRƏVİ,  Təbəqatü’l-Müfəssirin,  s.  82-83;  Cəlaləddin 

Əbdürrəhman  ibn  Əbu  Bəkr  əs-SÜYUTİ,  Təbəqatü’l-Müfəssirin,  s.  30,  Qahirə  1972;  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  I,  s. 

408; Əbu Bəkr Muhəmməd ibn Əbdülqəni İBN NÖQTƏ Bağdadi, Təqyid li-Mə’rifəti-Ruvatü’s-Sünən və’l-Əsanid, s. 227, 

Beyrut 2001.  

737

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 505. 



738

 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LIV, s. 106. 



Müzəffər  ibnü’s-Səm’ani  ondan  hədis  dinləmişdilər.  Şeyxü’s-sələfi  Gəncəvi  h.  550-ci 

ildə (1155) Mərv şəhərində vəfat etmişdi

739

 



 

Qazi  Ümdətəddin  Əbu  Mənsur  Vəhvuzan  ibn  Abdullah  ibn  Amir  əs-Səqurbati 

Gəncəvi

740


 

Mühəddis,  fəqih,  xətib  və  ədib  idi.  İbnü’l-Fuvati  başqa  bir  tarixçi  Mühibbəddin  Əbu 

Abdullah İbnü’n-Nəccara istinadən onun Gəncə yaxınlığındakı Səqurbat qəsəbəsindən 

olduğunu qeyd etmişdir.  Qazi Ümdətəddin  Gəncədə təhsil almış, qazi Əbu Əli Həsən 

ibn Muhəmməd  Nəiminin tələbəsi olmuşdu. H. 502-ci  ilin rəbiələvvəl ayında  (oktyabr 

1108)  həcc  ziyarətindən  qayıdarkən  Bağdada  gəlmiş  və  bir  müddət  burada  qalaraq 

hədis dərsləri vermişdi. Xeyrəddin Əbü’l-Xeyr Hezarəsb ibn Əvəz əl-Hərəvi (öl. 1121) 

onun  tələbələri  arasından  yetişmiş  alimlərdən  biri  idi.  Qazi  Ümdətəddin  Gəncəvi  h. 

505-ci ildən (1111) sonrakı yaxın tarixlərdə Gəncədə vəfat etmişdi

741


.  

 

Muhəmməd ibn Muhəmməd ibn Əbu Bəkr ibn Əbdürrəhman Gəncəvi 

Mühəddis  və  həkim  idi.  H.  675-ci  ildə  (1276)  anadan  olmuş  və  Dəməşqə  gedib  orada 

məskunlaşmışdı.  İbn  Qəvvas  və  Tacəddin  əl-Fizaridən  hədis  dinləmişdi.  Bacarıqlı 

həkim kimi şöhrət tapmışdı. H. 731-ci ilin zilqədə ayında (avqust 1331) vəfat etmişdi

742


.  

 

Yəzid ibn Ömər ibn Cənzət Gəncəvi 

Hədis  ravisi  idi.  Bağdadda  yaşamış,  Rəbyi’  ibn  Bədr  və  Ömər  ibn  Əli  əl-Məqdisidən 

hədis  nəql  etmişdi.  Abbas  ibn  Muhəmməd  ibn  Hatim  əd-Duri  (öl.  884),  İsa  ibn 

                                                 

739


 ZƏHƏBİ, Müştəbih, s. 121; HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 209. 

740


  Bu  şəxsin  adına  və  nisbəsinə  aydınıq  gətirmək  yerinə  düşəcəkdir.  Güman  edirik  ki,  milliyətcə  ərəb  olan  İbü’l-

Fuvati,  mükəmməl  farsca  (ŞEŞEN,  həmin  əsər,  s.  237)  və  böyük  ehtimalla  türkcə  də  bilməsinə  baxmayaraq,  uzun 

müddət yaşadığı Azərbaycandakı bəzi şəxs və coğrafi adları yazarkən imla xətalarına yol vermişdir.  Mərhum akad. 

Ziya  Bünyadov  haqlı  olaraq  İbnü’l-Fuvatinin 

[

٢غاتنٞوٍُا



]

  ‚əs-Səqurbati‛  olaraq  qeyd  etdiyi  bu  nisbəni  ‚əs-

Saqurabadi‛ kimi oxumuş və əsərində qeyd etmişdi (bax: Azərbaycan Atabəyləri Dövləti, s. 184). Lakin İbnü’l-Fuvatinin 

alimin 


[

ٕاوٞٛٝ


]

 ‚Vəhuzan‛ olaraq qeyd etdiyi adı mərhum akademikin əsərində ‚Varzuqan‛ kimi yazılmışdır.  

741

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 894. 



742

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 2. 



Abdullah  Təyalisi  də  ondan  hədis  dinləmiş  və  nəql  etmişdilər

743


.  Ölüm  tarixi  məlum 

deyil. IX əsrdə yaşamışdır. 

 

Əbü’l-Fəzl İsmayıl ibn Əli ibn İbrahim Gəncəvi 

Mühəddis və şafi’i məzhəbinə mənsub fəqih idi. H. 498-ci ildə (1105) Gəncədə dünaya 

gələn  Əbü’l-Fəzl  İsmayıl  h.  514-cü  ildə  (1120)  təhsil  almaq  üçün  Bağdada  getmişdi. 

Bağdadda  Əbü’l-Bərəkat  Hibətullah  ibn  Muhəmməd  ibn  Əli  əl-Buxari,  Muhəmməd 

ibnü’s-Səmərqəndi,  Əbü’l-Həsən  Muhəmməd  ibn  Mərzuq  əz-Zəfərani,  Əbü’s-Səud 

Əhməd  ibn  Əli,  Həsən  ibn  İshaq  əl-Baqrihi,  Əbu  Nəsr  Əhməd  ibn  Muhəmməd  ət-

Tusidən  hədis  dinləmiş,  hədis  elmlərinə  dair  biliklərə  yiyələnmişdi.  Şeyx  Cəmaləddin 

Əbü’l-Həsən ibn Əli ibnü’l-Müslim və Əbü’l-Fəth əl-Müəssisidən fiqh dərsləri almışdı. 

Həmçinin  İraqın  əl-Ənbar  şəhərində  Xəlifə  ibn  Məhfuzdan  da  dərs  almışdı.  Zəhəbi 

onun  h.  566-cı  ildə  (1171)  Dəməşqə  gələrək  burada  hədis  dərsləri  verdiyini  qeyd 

etmişdir.  Əbü’l-Fəzl  İsmayıl  Gəncəvi  h.  588-ci  ilin  cəmaziələvvəl  ayında  (may  1192) 

Dəməşqdə vəfat etmişdi

744

. 



 

Qaziü’l-quzat Əlaəddin Əbdürrəhim ibn Muhəmməd ibn Əhməd ibn Fəzlullah ibn 

Əbdülhəmid Maraği 

H.  662-ci  ilin  rəbiələvvəl  ayında  (yanvar  1264)  Marağada  alim  ailəsində  dünyaya 

gəlmişdi.  Onun  atası  və  babaları  yaşadığı  dövrün  tanınmış  elm  adamlarından 

olmuşdular.  Əlaəddin  Əbdürrəhim  Maraği  Bağdada  getmiş  və  bu  şəhədə  yaşamışdı. 

Elxanilər dövründə İraq qaziü’l-quzatlığına təyin olunmuşdu. O, İraqda özünün dərin 

elmi, fəziləti və ədalətliliyi ilə şöhrət tapmışdı. Buna görə də İraqda heç bir qazi, hakim 

və  alim  onun  bu  vəzifəyə  təyininə  etiraz  etməmişdi.  Bu  vəzifəni  icra  etdiyi  dövrlərdə 

haqqında  heç  bir  şikayət  edilməmişdi.  İbnü’l-Fuvati  h.  715-ci  ilin  ramazan  ayında 

(dekabr  1315)  Bağdadda  baş  qazi  Əlaəddin  Əbdürrəhim  Maraği  ilə  görüşdüyünü 

                                                 

743

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 346; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 408. 



744

  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  II,  s.  346;  ZƏHƏBİ,  Müştəbih,  s.  121-122;  ZƏHƏBİ,  Müxtəsər  Tarixi-



İbnü’-Dübeysi,  s.  137; ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s. 180-181;  Əsnəvi  onun  h.  587-ci  ilin  cəmaziələvvəl ayında 

(iyun 1191) vəfat etdiyini qeyd etmişdir.  



yazmışdır

745


.  Müəllif  onun  ölüm  tarixini  qeyd  etməmişdi.  Ehtimal  ki,  o,  İbnü’l-

Fuvatidən (öl. 1323) sonra vəfat etmişdi.  

 

Şeyx Üveys ibn Əmr ibn Əli Maraği 

Mühəddis idi. Bağdadda şərif Əbü’l-Hüseyn Muhəmməd ibn Əli ibnü’l-Mühtədi Billah 

əl-Haşimidən hədis dinləmiş və nəql etmişdi. Vaiz Əbu Bəkr Muhəmməd ibn Kəmmar 

ibn  Nasir  əl-Həddadi  Maraği  onun  tələbələrindən  olmuş,  ondan  hədis  dərsləri 

almışdı

746


. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. 

 

Əllamə Bəhaəddin Əbdülvəhhab ibn Əbdülvəli ibn Əbdüssəlam Maraği 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Təqribən  h.  700-cü  (1300)  ildə  anadan  olmuşdu. 

Fiqh,  fiqh  üsulu  və  kəlam  kimi  ilahiyyat  elmlərində  dərinləşmişdi.  Onun  müasiri 

olduğu  bioqraflar  Bəhaəddin  Marağinin  fiqh  üsulu  sahəsində  yaşadığı  dövrün  ən 

böyük  mütəxəssisi  olduğunu  qeyd  etmişdirlər.  O,  Qahirədə  şeyx  Təqiyəddin  əs-Sübki 

və  şeyx  Əlaəddin  Qonyəvi  Təbrizinin  tələbəsi  olmuşdu.  ‚əl-Haviü’s-Səğir‛

747


  əsərini 

əzbərləmişdi.  Təhsilini  başa  vurduqdan  sonra  Misirdən  Suriyaya  getmiş  və  orada 

məskunlaşmışdı.  Bəhaəddin  Maraği  dərin  mühakimə  qabiliyyətinə,  parlaq  zəkaya  və 

müstəsna hafizəyə malik bir insan idi. O, Qur’ani-Kərimin tilavəti ilə çox məşğul olur, 

çox ibadət edirdi. Mehriban və ünsiyyətcil insan kimi tanınan alimin kəlam və fiqh elmi 

sahəsində qələmə aldığı bəzi əsərləri var idi. Bunlardan biri də ‚Münqizü’z-Zələl fi İlm 

və’l-Əməl‛ adlı əsər idi. O, həmçinin ‚Şərhu Müntəhi’s-Sul və Əməl fi İlmi’l-Üsul‛ adlı 

kəlam elminə dair əsərin də müəllifi idi. Bəhaəddin Maraği h. 764-cü ilin şəvval ayında 

(iyul 1363) Dəməşqdə taun epidemiyası vaxtı xəstəliyə yoluxaraq vəfat etmişdi

748


.  

 

                                                 



745

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1026-1027. 

746

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 154. 



747

 əl-Haviü’s-Səğir-Şeyx Nəcməddin Əbdülğəffar Qəzvininin (öl. 1266) şafi’i fiqhinə dair qələmə aldığı əsərdir.  

748

 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. X, s. 70; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 31; İBNü’l-İMAD, 



Şəzəratü’z-Zəhəb,  C.  VI,  s.  696;  Təqiyyəddin  Muhəmməd  İBN  RAFİ’,  əl-Vəfayat,  s.  83,  Dəməşq  1986;  BAĞDADLI, 

İzahü’l-Məknun, C. II, s. 374;  KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 49-50. Bağdadlı İsmayıl paşa alimin atasının 

adını, digər müəlliflərdən fərqli olaraq, ‚Əbdülvəli‛ deyil ‚Əbdürrəhman‛ kimi qeyd etmişdir. Ömər Rza Kəhhalə 

isə onun adının ‚Harun‛ olduğunu bildirmişdi. Halbuki alim haqqında məlumat verən mənbələrin heç birində belə 

bir qeyd yoxdur. 



Əbu Abdullah Muhəmməd ibn Vəfa ibn Əbdüsseyyid Maraği 

Mühəddis idi. Əbü’l-Fəzl ibnü’l-Həddadın tələbəsi olmuş, ondan hədis dinləmişdi. Şam 

diyarında  hədis  tədrisi  ilə  məşğul  olmuşdu.  H.  16  şaban  689-cu  ildə  (23  avqust  1290) 

Dəməşqdə vəfat etmişdi

749



 



Vaiz Muhəmməd ibn Kəmmar əl-Həddadi Maraği 

Mühəddis  idi.  Üveys  ibn  Əmr  Maraği,  qazi  Əbü’l-Fərəc  Tərrasi,  vaiz  Əbu  Abdullah 

Hüseyn ibn Muhəmməd, Əbu Səid Mənsur ibn Abdullah Maraği kimi dövrün tanınmış 

hədis  alimlərinin  tələbəsi  olmuşdu.  Ondan  hədis  dinləyib  nəql  etmiş  mühəddislərdən 

Ömər  əl-Qurəşinin  adını  çəkmək  olar.  Vaiz  Muhəmməd  Maraği  h.  572-ci  ildə  (1176) 

vəfat etmişdi

750

.  


 

Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn Əli Maraği 

Hədis ravisi idi. Misirdə və Dəməşqdə yaşamış, Rəbyi’ ibn Süleymandan hədis dinləmiş 

və nəql etmişdi. Onun müasiri olan mühəddislər Əbu Bəkr Əhməd Marağini siqa, yəni 

mötəbər  hədis  ravisi  adlandırmışdılar.  O,  hədis  sahəsində  bir  neçə  dəyərli  əsərin 

müəllifi idi. Əbu Bəkr Əhməd Maraği h. 338-ci ildə (949) vifat etmişdi

751


.   

 

Fəxrəddin Əbu Əbdülvəhhab İlyas ibn Abdullah əz-Zahiri Maraği 

Mühəddis  idi.  Təqribən  600-cü  ildə  (1204)  Marağada  dünyaya  gəlmişdi.  Moğol  istilası 

vaxtı vətəni tərk edərək Bağdada getməyə məcbur olmuşdu. Bağdadda xəlifə əz-Zahir  

(1225-1226)  və  əl-Müstə’sim  Billahın  (1242-1258)  hakimiyyətləri  dövündə  Abbasilərin 

sarayında  xidmət  etmişdi.  Bağdadda  Zeynəddin  Əbü’l-Həsən  Muhəmməd  ibnü’l-

Qətiyyinin  tələbəsi  olmuş  və  onun  yanında  imam  Buxarinin  ‚Səhih‛ini  oxumuşdu. 

                                                 

749

 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. VII, s. 408. 



750

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 123. 

751

  İBN  TAĞRIBİRDİ,  Nücumu’z-Zahirə,  C.  I,  s.  423;  Əbu  Muhəmməd  Əbdüləziz  KƏTTANİ,  Zeyl  Tarixi-Məvlidi’l-



Üləma və Vəfayatihim, (Nşr. A. Həməd), s. 69, Riyad 1409.  

Həmçinin  başqa  mühəddislərdən  də  dərs  almışdı.  H.  685-ci  ilin  cəmaziələvvəl  ayında 

(iyul 1286) Bağdadda vəfat etmişdi

752

.  


 

Əbu Yaqub Yusif ibn Adəm ibn Əbu Abdullah ibn Adəm Maraği 

Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. H. 511-ci ildə (1117) doğulmuşdu. Əbu 

Abdullah  əl-Fəravinin  tələbəsi  olmuş,  ondan  imam  Müslümün  ‚Səhih‛  adlı  hədis 

külliyatındakı  hədisləri  və  şərhini  dinləmişdi.  Əbu  Bəkr  Əbdürrəzzaq  ibn  Əbdülqadir 

əl-Ceyli Bağdadda ondan hədis dinləmişdi. Həmçinin fəqih Hilal ibn Məhfuz ər-Rəsi’ni 

də  ondan  hədis  dinləmiş  və  nəql  etmişdi.  Əbu  Yaqub  Yusif  Maraği  Dəməşqdə  hədis 

dərsləri  verərkən  onun  dərslərində  çox  sayıda  tələbə  toplaşırdı

753


.  Alim  h.  569-cu  ilin 

rəbiələvvəl ayında (oktyabr 1173) vəfat etmişdi

754



 



Qazi Əbdüllətif ibn Nuri Maraği 

Şafi  məzhəbinə  mənsub  fəqih  idi.  Mühəddis  Muhəmməd  ibn  Əsəd  Həfdənin  tələbəsi 

olmuş,  ondan  ‚Şərhü’s-Sünnə‛ni

755


  dinləmişdi.  Bir  müddət  Mərənd  şəhərində  tədrislə 

məşğul olmuşdu. Burada onun yetişdirdiyi tələbələr arasından hafiz Bədrəddin Əbü’l-

Xeyr  Bədəl  Təbrizi

756


  (öl.  1238)  kimi  alim  çıxmışdır.  Əbdüllətif  Maraği  Azərbaycan 

Atabəyləri  (1136-1225)  dövündə  Təbriz  şəhəri  qaziliyinə  təyin  olunmuşdur

757

.  Ölüm 


tarixi məlum deyil. XII-XIII əsrlərdə yaşamışdır.  

 

Əbu Bəkr Maraği 

Əbu Bəkr Maraği Mədinədə Məscidi-Nəbəvinin abadlıq işlərindən məs’ul idi. H. 654-cü 

ilin  ramazan  ayının  ilk  gecəsi  (21-22  sentyabr  1256),  təravih  namazından  sonra  o, 

əlindəki  çıraqla  məscidin  şimali-qərb  hissəsindəki  zirzəmiyə  enmiş,  lakin  ehtiyatsızlıq 

                                                 

752

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 123-124. 



753

 İBN NÖQTƏ, Təqyid li-Mərifəti-Ruvat, s. 285; ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, s. 373.  

754

 ZƏHƏBİ, Siyəru Ə’lamü’n-Nübəla, C. XX, 591. 



755

 Muhyəddin Hüseyn Bəğəvinin (öl. 1122) çoxcildli hədis külliyatı. Əbu Bəkr Muhəmməd Bağdadi bu qədər dəqiq 

məlumat verdiyinə görə ehtimal ki, ‚Şərhü’s-Sünnə‛nin həmin nüsxəsini, yəni əllamə Əbu Mənsur Tusinin tələbəsi 

Əbü’l-Kərəm  Təbriziyə  oxuduğu  nüsxəsini  görmüşdü.  Çünki  əlyazma  əsərlərin  ilk  səhifələrində  qiraət  və  səmə’ 

qeydəlir olur. Yəni həmin nüsxənin nə vaxt kim tərəfindən oxunduğu və dinləndiyi mədrəsələrdə qeyd olunurdu.  

756


 Bax: səh. ??? 

757


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 337. 

ucbatından  çıraq  əlindən  düşmüşdü.  Bununla  da  yanğın  başlamışdı.  Yanğın  elə  qısa 

müddət  ərzində  böyümüşdü  ki,  insanlar  onun  qarşısını  ala  bilməmişdilər.  Yanğın 

tezliklə  məscidin  tavanını  bürümüş  və  bütün  məscid  yanıb  kül  olmuşdu.  Belə  ki, 

divarlar  və  sütunlardan  başqa  heç  nə  qalmamışdı.  Hətta  məscidin  qurğuşun 

lövhələrdən  düzəldilmiş  dam  örtüyü  də  ərimişdi.  Əbu  Bəkr  Marağinin  özü  də  bu 

faciədə yanıb ölmüşdü. Yanğın hətta Allah Rəsulunun (م) məqbərəsinə də sıçramış və 

məqbərənin damının bir qismi yanmışdı

758


. İbn Kəsir yazır ki, bu hadisə sanki sonrakı 

illərdə baş verəcək fəlakətləri xəbər vermişdi. Çünki bu hadəsədən təqribən iki il sonra 

moğollar  Bağdadı  zəbt  etmiş,  dəhşətli  qırğın  törətmiş  və  şəhəri  oda  vermişdilər.  Əbu 

Şamə isə öz əsərində  həm bu  hadisə, həm də Bağdadın  başına gələn fəlakət haqqında 

nə’t yazmışdı.  

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin