Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


İmam Əbu Turab Əbdülbaqi ibn Yusif ibn Əli ibn Saleh ibn Əbdülməlik ibn Harun



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə22/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

İmam Əbu Turab Əbdülbaqi ibn Yusif ibn Əli ibn Saleh ibn Əbdülməlik ibn Harun 

ən-Nərizi

839


 Maraği 

                                                 

836

 ZƏHƏBİ, Mu’cəmü’ş-Şüyux, C. II, s. 329. 



[

 ََّٕأ


 

لاُظ َن


 

 َخآَ


 

 َََـَكَك

 

 َحََّ٘عُْا



 

،

 



 ََ٤ِوَك

 

 َُُٚ



 :

 

آَ



 

 َدًُْ٘


 

 ََُْٔؼَذ

 

؟

 



آَِّاَك

 

 َهًََل



 

آَِّئ َٝ

 

 َهًُِّل


 

،

 



 ٍَاَوَك

 :

 



٢ِِّٗئ

 

 ُدًُْ٘



 

 ُغِ٣اَتُأ

 

 َياَُّ٘ا



 

،

 



 ُدٌَُْ٘ك

 

 ُه ِظُْٗأ



 

 َهٍِْؼُُْٔا

 

،

 



 ُو ََّٞعَذَأ َٝ

 

٢ِك



 

 ِحٌٍَُِّّا

 

 َْٝأ


 

٢ِك


 

 ِكْوَُّ٘ا

 

،

 



 َهِلُـَك

 

َُٚ



]

 . Bu hədis üçün həmçinin bax: İBN ƏBDÜLBƏRR, İsarətü’l-Fəvaid, s. 463.  

Həmçinin bu hədisin təxrici üçün bax: 

http://www.islamweb.net/hadith/hadithServices.php

  

837


 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 18; NUEYMİ,  Daris fi Tarixi’l-Mədaris, C. I, 120; ƏYNİ,  İqdü’l-Cüman, s. 

277. 


838

 SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. V, s. 369-370. 

839

 Nəriz *ى٣هٗ]- Urmiyə gölünün cənubi-qərbində qəsəbədir. Muhəmməd ibn Əhməd əl-Əbbadinin (öl. 1066) əsərini 



təhqiq  edən  Dr.  Əhməd  Ömər  Haşim  və  Dr.  M.  Muhəmməd  Əzb  imam  Əbu  Turab  Əbdülbaqinin  nisbəsini  ‚əl-

Maraği  əl-Bərbəri‛  kimi  qeyd  etmişdilər.  Bax:  Zeyl  Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə,  s.  41,  Qahirə  (trz).  Bu  xətaya  əl-

Əbbadinin əsərinin əlyazma nüsxəsini təqhiq edib nəşrə hazırlayakan ‚ən-Nərizi‛ni *١ى٣هُ٘ا+ ‚əl-Bərbəri‛ *١هتهثُا] kimi 

oxumalarından  irəli  gəlmişdir.  Belə  bir  xətanın  meydana  gəlməsi  isə  ərəb  orfoqrafiyasının  xüsusiyyətlərindən  irəli 

gəlir.  Görünür  müstənsix  əlyazmada  hərflərin  nöqtələnməsi  işinə  lazımi  diqqəti  göstərməmişdir.  Təhqiqatçıları  isə 


Şafi’i  məzhəbinə  mənsub  mühəddis  və  fəqih  idi.  Fəzilət,  gözəl  əxlaq  sahibi,  xoşrəftar 

insan olan imam Əbu Turab Əbdülbaqi Maraği h. 401-ci ildə (1011) Marağada dünyaya 

gəlmiş,  uzun  müddət  Nişapurda  yaşamışdı.  Daha  sonra  Bağdada  getmiş  və  burada 

Qazi  Əbu  Təyyib  ət-Təbərinin  tələbəsi  olmuş,  ondan  fiqh  elmini  öyrənmiş  və 

icazətnaməsini almışdı. Daha sonra Nişapura qayıtmış və bu şəhərin müftisi olmuşdu. 

Bağdadda Əbu Əli Həsən ibn Əhməd Şazan əl-Bəzzaz, Əbu Abdullah ibnü’l-Mühamili 

Bağdadi,  Əbü’l-Qasım  Əbdülməlik  ibn  Buşran  Bağdadidən  hədis  dinləmişdi. 

Nişapurda  Əbu  Səd  Ömər  in  Əli  Daməğani,  Daməğanda

840

  Əbü’l-Qasım  Əbdülkərim 



ibn  Muhəmməd  ibn  Mənsur,  Mərvdə  Əbu  Həfs  Ömər  ibn  Muhəmməd  əl-Fərğuli, 

Nəvqanda


841

  Əbu  Sə’d  Muhəmməd  ibn  Əbü’l-Abbas  əl-Xəlili,  Əbu  Bəkr  Muhəmməd 

ibn  Əhməd,  İsfəhanda  Əbü’l-Qasım  İsmayıl  ibn  Muhəmməd  imam  Əbu  Turab 

Əbdülbaqi  Marağidən  hədis  nəql  etmişdilər.  Alim  492-ci  ilin  zilqədə  ayında  (oktyabr 

1099) vəfat etmişdi

842


.  

 

Hafiz Əhməd ibn Osman ən-Nərizi Maraği 

Yaşadığı  dövrün  tanınmış  mühəddislərindən,  hədis  hafizlərindən  biri  idi.  O,  Əhməd 

ibnü’l-Heysəm əş-Şə’rani və Yəhya ibn Əmr ibn Fəzlan ət-Tənuxi kimi dövrün məşhur 

mühəddislərindən  hədis  dinləmiş  və  nəql  etmişdi

843


.  Ərəb  şairi  Vəlid  ibn  Übeyd  əl-

Bihtəri  (öl.  898)  onun  şanına  şe’r  yazaraq  mədh  etmişdir.  Alimin  ölüm  tarixi  məlum 

deyil, təqribən IX əsrdə yaşamışdır.  

 

                                                                                                                                                             



digər  təbəqat  və  bioqrafiya  kitabaları  ilə  müqayisə  etməyə  ehtiyac  duymamışdırlar.  Yaqut  əl-Həməvi  isə  Nəriz 

haqqında məlumat verərkən bu qəsəbənin Ərdəbilin bəldələrindən biri olduğunu qeyd etmişdir. (Mu’cəm, C. VI, s. 

429).  Belə  görünür  ki,  Yaqut  əl-Həməvi  yanılmışdır.  Çünki  Nəriz  qəsəbəsi  Urmiyə  gölünün  cənubunda  yerləşir  və 

Marağaya  daha  yaxındır.  Bundan  başqa  bəzi  tədqiqatçılar  Nəriz  qəsəbəsi  ilə  Şiraz  yaxınlığındakı  Neyriz  *

ٕ

١

ى٣ن ] 



qəsəbəsini  qarışdırırlar.  Halbuki  bunlar  ayrı-ayrı  yaşayış  məntəqələridir.  Nəriz  və  Neyriz  haqqında  bax:  İBNü’l-

ƏSİR, Lübab, C. III, s. 306, 340.  

840

 Daməğan-İranın şimalında, Xəzər dənizinin cənubi-şərqində yerləşən şəhər. 



841

 Nəvqan- Xorasanın qədim şəhərlərindən biri idi. İranın şimali-şərqində, Məşhəd şəhəri ətrafında yerləşirdi.  

842

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 241-242; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, c.5, s. 59; İBNü’l-İMAD, Şəzəratü’z-



Zəhəb, C. III, s. 441; YAFİ’İ, Miratü’l-Cənan, C. II, s. 195; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 223; İBN TAĞRIBİRDİ, 

Nücumu’z-Zahirə, C. II, s. 214; ANONİM, Mu’cəmü’ş-Şüyux minə’r-Rical və’n-Nisa, v. 3b-4a, KSU Library, Nr. 3065; İBN 

ƏBÜ’l-VƏFA,    Cəvahirü’l-Muziyyə,  C.  II,  s.  356-357.  İbn  Əbü’l-Vəfa  alimin  h.  491-ci  ildə  (1098)  vəfat  etdiyini  qeyd 

etmişdir.  Digər  tərəfdən  sadəcə  bu  müəllif,  Əbu  Turab  Əbdülbaqi  Marağini  hənəfi  məzhəbinə  mənsub  alim  kimi 

təqdim etmişdir. Digər mənbələr isə onun şafi’i məzhəbinə mənsub mühəddis olduğunu yazırlar.  

843

 YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. VI, s. 429. 



Şeyx Kəmaləddin Əbü’l-Qasım Ömər ibn İlyas ibn Yusif Maraği 

Mühəddis  idi.  H.  643-cü  ildə  (1245)  Azərbaycanda  anadan  olmuşdu.  O,  Buxarinin 

‚Səhih‛  adlı  hədis  külliyatını  şeyx  İzzəddin  əl-Hərraninin,  Tirmizinin  ‚Sünən‛  adlı 

hədis  külliyatını  isə  Muhəmməd  ibn  Tərcəmin  yanında  oxumuşdu.  Təbriz  qazisi 

Nasirəddin  Bəyzavinin  yanında  onun  müəllifi  olduğu  ‚Minhəcü’l-Ğayə‛  adlı  əsəri 

oxumuşdu.  Azərbaycanda  qalıb  burada  tədris  və  elmi  fəaliyyətlə  məşğul  olan  alim  h. 

680-ci  illərdə  (1281),  ehtimal  ki,  Elxanilərin  hakimiyyəti  dövründə  moğol  zülmü 

səbəbiylə  meydana  gələn  dəhşətli  fəlakətlər səbəbiylə,  vətəninin  tərk  edərək  Dəməşqə 

getmişdi.  Təqribən  65  yaşından  sonra  Misirə  getmiş,  15  il  orada  yaşamışdı.  Yaşı  80-i 

ötdüyü vaxt Qüdsə gəlmiş və 3 il burada yaşayıb əl-Əqsa məscidində ibadətlə məşğul 

olmuşdu. H. 729-cu ildə (1329) isə yenidən Dəməşqə getmişdi. Şam vilayəti və Misirdə 

olduğu  vaxtlarda  da  tədrislə  məşğul  olmuşdu.  Məşhur  alimlərdən  Şəmsəddin  Zəhəbi 

(öl. 1347) onun tələbəsi olmuşdu. Həmçinin Nəsrəddin Tusi (öl. 1274) də Azərbaycanda 

ikən onun dərslərini dinləmişdi. Alim 80 yaşlarında Dəməşqdə vəfat etmişdi

844

.  


 

Fəxrü’l-Quzat Əbu Cabir Əbdülhəmid ibn Muhəmməd ibn Ömər Maraği 

Şafi’i  məzhəbinə  mənsub  müctəhid  alim,  fəqih  idi.  İbnü’l-Fuvati  yazır:  ‚mən  onun 

qələmə  aldığı  ‚Mənaqibü’l-İmamü’ş-Şafi’i‛

845


  adlı  əsəri  gördüm.  Bu  əsərdə  belə  bir 

hikmətli söz yazılmışdı‛

846



اكًٔ لاا خٞٔ٣ لا قٍٞؽُا ٝ اًاكتا ػِل٣ لا بامٌُا 



‚əl-Kəzzəb lə yəfləh əbədən, əl-Həsud lə yəmut əkmədən‛ 

‚Yalançı əbədiyyən iflah olmaz (yalanı tərk etməz), paxıl da qəmsiz ölməz‛ 

Təəssüf  ki,  İbnü’l-Fuvati  alimin  ölüm  tarixi  və  ya  yaşadığı  dövr  haqqında  heç  bir 

məlumat  verməmişdir.  Ehtimal  ki,  Fəxrü’l-Quzat  Maraği  Azərbaycan  Atabəyləri 

dövründə, XII-XIII əsrlərdə yaşamışdır.  

 

Şeyx Təqiyəddin Muhəmməd ibn Ömər ibn İlyas Maraği 

                                                 

844


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 148. 

845


 İmam Muhəmməd ibn İdris əş-Şafi’inin (767-819) həyat hekayəsi.  

846


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 205. 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  idi.  H.  674-cü  ilin  zilhiccə  ayında  (may  1276) 

Qüdsdə  anadan  olmuş,  bu  şəhərdə  böyümüşdü.  Zeynəb  bint  Şəkurun  tələbəsi  olmuş, 

ondan  hədis  dinləmişdi.  Dəməşqdə  Atabəkiyyə  mədrəsəsinin  müdərrisi  idi.  H.  761-ci 

ilin rəbiələvvəl ayında (fevral 1360) vəfat etmişdi

847

.  


 

Qazi Səfiyəddin Əbü’s-Səfa Xəlil ibn Əbu Bəkr ibn Muhəmməd Sədiq Maraği 

Hənbəli məzhəbinə mənsub müsnid mühəddis, fəqih və qari idi. Təvəllüd tarixi h. 590-

cı  (1194-1204)  illərə  təsadüf  edir

848


.  O,  İbnü’l-Hərastani  və  İbn  Məlaibdən  hədis 

dinləmiş,  Təqiyəddin  ibn  Masəveyhdən  Qur’ani-Kərim  qiraət  və  təcvidini  öyrənmiş, 

Müvəffəqəddin  Dəməşqi  və  Seyf  əl-Amidinin

849


  yanında  fiqh  elminə  yiyələnmişdi. 

Daha  sonra  Qahirədə  qazi  müavini  vəzifəsinə  təyin  olunmuşdu.  Səfiyəddin  Xəlil 

Maraği  çoxyönlü  alim  idi.  O,  həmçinin  xilaf  (müqayisəli  hüquq)  və  tibb  elmləri  ilə  də 

məşğul olmuşdu. Onun yetirmələri arasından bir çox məşhur alim çıxmışdır. Bunlardan 

İbnü’z-Zahiri,  hafiz  Yusif  əl-Mizzi,  Əbu  Həyyan  əl-Əndəlusi,  hafiz  Qütbəddin 

Əbdülkərim  ibn  Münir  əl-Hələbi,  Bədrəddin  Muhəmməd  ibnü’l-Cəvhəri,  şeyx  Əbu 

Bəkr  ibnü’l-Cə’bəri  və  Əbdülkərim  əl-Məzkurun  adlarını  sadalamaq  olar.  Alim  h.  17 

zilqədə  685-ci  ildə  (3  yanvar  1287)  Qahirədə  vəfat  etmiş  və  Məqabiri-Babu’n-Nəsrdə 

dəfn edilmişdi

850


.  

 

Şərəfəddin Muhəmməd ibn Xəlil ibn Əbu Bəkr ibn Muhəmməd Maraği 

Səfiyəddin  Əbü’s-Səfa  Xəlil  Marağinin  oğlu  idi.  Atasından  və  başqa  alimlərdən  hədis 

dinləmiş,  hədis  elmlərinə  dair  biliklərə  yiyələnmişdi.  Mühəddis  olan  Şərəfəddin 

Muhəmməd Maraği həm də Dəməşqdəki Səlahiyyə xanəgahının müəzzini idi

851


. Ölüm 

tarixi məlum deyil. XIII-XIV əsrlərdə yaşamışdır. 

                                                 

847


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 387; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, 105. 

848


 Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr SÜYUTİ, Hüsnü’l-Mühazirə fi Əxbari-Müluk Misr və’l-Qahirə, s. 272, Beyrut 

1997; İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 224. 

849

  Seyfəddin Əbü’l-Həsən  Əli  ibn  Əbu  Əli  ibn  Muhəmməd  ibn  Salim  Amidi  (öl.  1234)  hənbəli  məzhəbinə  mənsub 



fəqih  idi.  Həmçinin  hədis,  kəlam  və  tibb  alimi  idi.  H.  551-ci  ildə  (1156)  Türkiyənin  Diyarbəkir  (Amid)  şəhərində 

anadan olmuşdu. Müxtəlif elm sahələrinə aid 30-a yaxın əsərin müəllifidir. 

850

  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb,  C.  V,  s.  653;  İBNü’l-CƏZƏRİ,  Qayətü’n-Nihayə,  s.  224;  Şəmsəddin  Əbu  Abdullah 



Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Mə’rifəti’l-Qurrai’l-Kibar, s. 132, Qahirə 1967. 

851


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 290. 

 

Qazi Zeynəddin Əbu Bəkr ibn Hüseyn ibn Ömər ibn Muhəmməd ibn Yunis ibn Əbi 

Fəxr Əbdürrəhman ibn Nəcməddin əl-Osmani Maraği 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  H.  728-ci  ildə  (1328)  anadan  olmuşdu.  O,  bir  çox 

alimdən dərs almış və hədis dinləmişdi. Həmçinin Əbü’l-Abbas ibnü’-Şıhnənin tələbəsi 

olmuş, icazətini (diplom) ondan almışdı. Hafiz Yusif əl-Mizzi, Elməddin əl-Birzali kimi 

hədis alimlərinin tələbəsi olmuş, o cümlədən Şam vilayətinin Dəməşq, Həma və Hələb 

şəhərini  gəzərək  buradakı  alimlərdən  dərs  almışdı.  Şeyx  Təqiyəddin  Sübki

852



Moğultay



853

  və  şeyx  Şəmsəddin  Əbü’l-Məali  Muhəmməd  ibn  Əhməd  ibnü’l-Ləbandan 

hədis  dinləmiş  və  hədis  elmlərinə  dair  bilikləri  öyrənmişdi.  O,  həmçinin  şeyx 

Zeynəddin  Əbu  Hamid  Muhəmməd  ibn  Miskin  əl-Misrinin  (öl.  1348)  yanında  ‚ət-

Tənqih‛i

854


,    şeyx  Cəmaləddin  Əbdürrəhim  əl-İsnainin  yanda  isə  ‚əl-Minhəc‛i

855


 

oxumuş,  onlardan  fiqh  və  fiqh  üsulu  elmlərini  öyrənmişdi.  Təhsilini  başa  vurduqdan 

sonra Mədinəyə getmiş və təqribən bir il burada mücavir olaraq qalmışdı. Daha sonra 

Qahirəyə  qayıtmış  və  burada  tədqiqat  və  tədrislə  məşğul  olmuşdu.  Zeynəddin  Əbu 

Bəkr Maraği h. 809-cu ildə (1406) Mədinə şəhəri qaziliyinə təyin olunmuşdu. O, burada 

özünün bir sıra əsərlərini qələmə almışdı. Qazi Zeynəddin Əbu Bəkr əl-Osmani Maraği, 

Ömər  ibn  Şəbbənin  (öl.  262/876)  müəllifi  oluğu  ‚Tarixu-Mədinə‛  əsərini  ixtisar  etmiş, 

Muhyəddin  Yəhya  Nəvəvinin  ‚Minhəcü’l-Fıqhi‛  adlı  əsərinə  isə  şərh  yazmışdı. 

‚Təhqiqü’n-Nüsrə  bi-Təlxis  Məalim  Darü’l-Hicrə‛  adlı  əsər  də  onun  qələmindən 

çıxmışdı


856

.  Bağdadlı  İsmayıl  paşa  Zeynəddin  Əbu  Bəkr  Marağinin  ‚Mürşidü’n-Nasik 

ilə  Mə’rifəti’l-Mənasik‛  adlı  əsərinin,  yuxarıda  qeyd  etdiyimiz,  ‚Tarixu-Mədinə‛nin 

müxtəsəri  olduğunu  bildirmişdir.  İsmayıl  paşa  və  Ömər  Rza  alimin  ‚Vafi  bi-

Təkmilətü’l-Kafi‛  adlı  bir  əsərin  də  müəllifi  olduğunu  qeyd  etmişdirlər

857


.  Zeynəddin 

                                                 

852

  Təqiyəddin  Sübki-məşhur  fəqih,  tarixçi  və  bioqraf  alim  Tacəddin  Əbdülvəhhab  Sübkinin  (1327-1370)  böyük 



qardaşı idi.  

853


  Moğultay  ibn  Qılınc  ibn  Abdullah  əl-Bəqraci  (1291-1361).  Məşhur  mühəddis  və  tarixçi.  Atası  Anadolu 

türklərindən idi və Misir Məmlüklü ordusunun zabiti olmuşdu.  

854

 ‚Tənqihü’l-Füsul fi Üsul‛-Fəxrəddin Razinin fiqh üsuluna dair əsəridir.  



855

  ‚Minhəcü’l-Vüsul  ilə  İlmə’l-Üsul‛  Təbriz  qazisi  Nasirəddin  Abdullah  ibn  Ömər əl-Bəyzavinin  fiqh  üsuluna  dair 

əsəridir.   

856


  KATİB  ÇƏLƏBİ,  Kəşfü’z-Zünun,  C.  I,  s.  494;  ZİRİKLİ,  Ə’lam,  C.  II,  s.  87.  Katib  Çələbi  və  Xeyrəddin  Zirikli  qazi 

Zeynəddin Marağinin h. 816-cı ildə (1414) vəfat etdiyini qeyd etmişdirlər. 

857

 BAĞDADLI, İzahü’l-Məknun, C. II, s. 298, 450; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 437. 



Əbu  Bəkr  Maraği  Mədinə  şəhərinin  qazisi  ikən  Allah  Rəsulunun  (م)  məqbərəsinin 

təmiri üçün təşəbbüs göstərmiş və bu işin təşkilatçılarından biri olmuşdur. Daha sonra 

o, Mədinə qaziliyi vəzifəsindən azad edilmişdi. Alim h. 815-ci ilin zilhiccə ayında (mart 

1413) Mədinə şəhərində vəfat etmişdi

858

.   



 

Əllamə Şərəfəddin Əbü’l-Fəth Muhəmməd ibn Əbu Bəkr ibn Hüseyn ibn Ömər əl-

Osmani Maraği 

Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. H. 775-ci ilin axırlarnda (1374) Mədinə 

şəhərində dünyaya gəlmişdi. Mədinə qazisi Zeynəddin Əbu Bəkr əl-Osmani Marağinin 

(öl. 1413) oğlu idi. Əllamə Şərəfəddin Muhəmməd atasından, şeyx Siracəddin əl-Bəlqini

şeyx  Kəmaləddin  əl-Dumeyri  kimi  alimlərdən  fiqh  və  hədis  dərsləri  almışdı.  Əllamə 

Şərəfəddin  Muhəmməd  ‚Müxtəsəru  Fəthü’l-Bari‛

859

,  ‚Şərhü’l-Minhəc‛  kimi  əsərlərin 



müəllifi  idi.  Əllamə  Şərəfəddin  Muhəmməd  ahıl  yaşlarında  insanlarla  ünsiyyətdən 

uzaqlaşmış, uzlət həyatı yaşayaraq evindən nadir hallarda çıxmışdı. Alim h. 859-cu ilin 

məhərrəm ayında (1455) Mədinədə vəfat etmişdi

860


.  

 

Şeyx Zeynəddin Əhməd ibn Əbu Bəkr ibn Hüseyn ibn Ömər əl-Osmani Maraği 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Mədinədə,  alim  ailəsində  dünyaya  gəlmişdi.  Atası 

qazi  Zeynəddin  Əbu  Bəkr  əl-Osmani  Maraği  (öl.  1413)  və  qardaşı  əllamə  Şərəfəddin 

Əbü’l-Fəth  Muhəmməd  ibn  Əbu  Bəkr  əl-Osmani  Maraği  də  fiqh  və  hədis  alimi  idilər. 

Şəmsəddin  Səxavi  əllamə  Şərəfəddin  Əbü’l-Fəth  Muhəmməd  Marağinin  onun 

müəllimlərindən biri olduğunu və ‚zənnimcə Zeynəddin Əhməd yaşca böyük idi‛ deyə 

qeyd  etmişdir.  Zeynəddin  Əhməd  Maraği  atasının  və  şeyx  Süleyman  ibn  Əhməd  əl-

                                                 

858


 MƏQRİZİ, Dürərü’l-Uqud, C. I, s. 164; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 764. 

859


  ‚Fəthü’l-Bari‛-mühəddis,  tarixçi  və  bioqraf  Şihabəddin  Əhməd  ibn  Həcər  Əsqəlaninin  (öl.  1449)  qələmə  aldığı 

hədis elminə dair əsərdir. Bu əsər imam Buxarinin ‚Səhih‛ adlı hədis külliyatının şərhidir. 

860

  SÜYUTİ,  Nəzmü’l-İqyan,  s.  112.  Əllamə  Şəmsəddin  Muhəmməd  Marağinin  ölüm  tarixinin  doğruluğuna  dair 



tərəddüdüm var. Belə ki, onun bioqrafiyasını yazan ‚Nəzmü’l-İqyan‛ müəllifi Cəlaləddin Əbdürrəhman Süyutinin 

özü  h.  855-ci  ildə  (1451)  ölmüşdür.  Yəni  müəllifin  özündən  sonra  ölmüş  bir  şəxsin  ölüm  tarixini  qeyd  etməsi 

mümkün deyil. Bu nəşr vaxtı baş vermiş texniki xətadan qaynaqlana bilər. Cəlaləddin Süyutinin ölümündən sonra 

əsərində  düzəlişlər  edilməsi  ehtimalı  bir  o  qədər  də  mümkün  görünmür.  Çünki  aşağıda gördüyümüz  kimi  əllamə 

Şəmsəddinin qardaşı şeyx Nasirəddin Muhəmməd Marağinin ölüm tarixi qeyd olunmamışdır. Demək ki, Cəlaləddin 

Süyuti  vəfat  edərkən  bu  şəxs  hələ  həyatda  idi.  Yəni  əsərə  düzəliş  edən  olubsa  şeyx  Nasirəddinin  də  ölüm  tarixini 

qeyd  etməyi  unutmamalı  idi.  Buna  görə  də  əllamə  Şəmsəddin  Maraği  böyük  ehtimalla  ‚Nəzmü’l-İqyan‛  müəllifi 

Cəlaləddin Əbdürrəhman Süyutidən əvvəl vəfat etmişdi.  



İraqi  və  İbn  Hatim  əl-Heysəminin  tələbəsi  olmuşdu

861


.  Ölüm  tarixi  məlum  deyil.  XV 

əsrdə yaşamışdır.   

 

Şeyx  Nasirəddin  Əbü’l-Fərəc  Muhəmməd  ibn  Əbu  Bəkr  ibn  Hüseyn  ibn  Ömər  əl-

Osmani Maraği 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  idi.  Qazi  Zeynəddin  Marağinin  oğlu,  əllamə 

Şəmsəddin Muhəmməd Maraği və şeyx Zeynəddin Əhməd Marağinin kiçik qardaşı idi. 

Atasından və Mədinənin digər tanınmış alimləridən dərs almışdı

862

. Ölüm tarixi məlum 



deyil. XIV-XV əsrlərdə yaşamışdır.  

 

Ümmü’l-Hüseyn  Fatimə  bint  Cəmaləddin  Əbü’l-Yəman  Muhəmməd  ibn  Əbu  Bəkr 



ibn Hüseyn Maraği  

Mühəddisə  idi.  Alim  ailəsində  dünyaya  gəlmiş  Ümmü’l-Hüseyn  Fatimə  Maraği  fəqih 

Zeynəddin  Əhməd  ibn  Əbu  Bəkr  əl-Osmani  Marağinin  həyat  yoldaşı  idi.  Atası  şeyx 

Cəmaləddin Əbü’l-Yəman Muhəmməd Maraği yaşadığı dövrün tanınmış şafi’i fəqih və 

mühəddislərindən  biri  idi.  Fatimə  Maraği  atasından  hədis  və  fiqh  dərsləri  almışdı. 

Əmisi  oğlu  şeyx  Muhəmməd  ibn  Əbu’r-Rəcc  Marağidən  də  Qur’ani-Kərim  qiraət  və 

təcvid  qaydalarını  öyrənmişdi.  Hədis  dərsləri  vermişdi.  Fatimə  Maraği  h.  878-ci  ildə 

(1473) vəfat etmişdi

863



 



Zeynəddin Muhəmməd ibn Əbu Bəkr ibn Muhəmməd ibn Əbu Bəkr ibn Hüseyn ibn 

Ömər əl-Osmani Maraği 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Əllamə  Şərəfəddin  Əbü’l-Fəth 

Muhəmməd  Marağinin  nəvəsi  idi.  H.  858-ci  ildə  (1454)  anadan  olmuşdu.  Ailəsi 

Mədinədə  yaşamış  və  o,  uşaq  yaşlarında  atasını  itirmişdi.  Atasının  vəfatından  sonra 

onun  təlim  və  tərbiyəsi  ilə  babası  və  nənəsi  Fatimə  bint  Cəmaləddin  Əbü’l-Yəmən 

Muhəmməd Maraği məşğul olmuşdular. Gənc yaşlarında Hindistana getmiş və h. 889-

                                                 

861


 SƏXAVİ, Zəvu’l-Lami’, C. I, s. 162. 

862


 SÜYUTİ, Nəzmü’l-İqyan, s. 112. 

863


 SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 446. 

ci ilə qədər (1484) orara yaşamış və təhsil almışdı. Daha sonra Anadoluya getmiş və h. 

894-cü ildə (1489) vəfat edənə qədər orada yaşamışdı

864

.  


 

Ümmü’t-Təyyib Ayşə bint Əbu Bəkr ibn Hüseyn ibn Ömər əl-Osmani Maraği 

Mühəddisə  idi.  Qazi  Zeynəddin  Əbu  Bəkr  əl-Osmani  Marağinin  (öl.  1413)  qızı,    fəqih 

Zeynəddin  Əhməd,  əllamə  Şərəfəddin  Muhəmməd  və  şeyx  Nasirəddin  Muhəmmədin 

bacısı idi. Əvvəlcə atasından sonra isə h. 767-ci ildə (1366) şeyx İzzəddin ibn Cəmaədən 

hədis dərsləri almış, onun yanında imam Buxarinin ‚Səhih‛ini oxumuşdu. Daha sonra 

şeyx  Səlahəddin  ibn  Əbi  Əmr,  İbn  Ümeylə,  İbnü’l-Həbəl,  Bəhaəddin  ibn  Xəlil  və  əl-

Hərravi  kimi  hədis  alimlərinin  dərslərində  iştirak  etmişdi.  Təhsilini  bitirdikdən  sonra 

hədis nəql etmiş, onun dərslərini çox sayıda tələbə dinləmişdi. Bunlardan biri də şeyx 

Təqiyyəddin ibn Fəhd idi. Ölüm tarixi məlum deyil. XIV-XV əsrlərdə yaşamışdır

865


.  

 

Sədrəddin Muhəmməd ibn Davud ibn Həsən Maraği  

Astronom və  mütəkəllim  idi.  İbn  Yunisin

866


  astronomiyaya  dair  ‚Müxtəsəru’t-Tənbih‛ 

adlı əsərinə şərh yazmışdı

867

. Ölüm tarixini və yaşadığı dövrü müəyyən etmək mümkün 



olmamışdır. 

 

Şəmsəddin Muhəmməd ibn Daniyal ibn Yusif Maraği 

Misirin tanınmış ədiblərindən və münşilərindən biri idi. Təsəvvüf əhlindən idi. Misirdə 

yaşamış,  Əmir  Saların

868


  yaxın  adamlarından  biri  olmuşdu.  H.  12  cəmadiəlaxir  710-cu 

ildə (5 noyabr 1310) ölmüşdü

869



 



                                                 

864


 SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 485. 

865


 SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 446. 

866


 Əbü’l-Həsən Əli ibn Əhməd ibn Yunis əs-Sədəfi (950-1009) misirli məşhur astronom. Astronomiyaya dair bir sıra 

əsərin müəllifi olmuşdur. Onun günəş və ay tutulmalarına dair hazırladığı dəqiq cədvəl ölümündən sonra uzun illər 

istifadə olunmuşur.  

867


 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. IX, s. 98. 

868


 Misir Məmlüklülərinin sərkərdələrindən olan Əmir Salar moğolların məğlub edildiyi Mərcü’s-Səfər (20 aprel 1303) 

döyüşünün qəhrəmanlarından idi. 

869

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 293. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin