Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əbu Bəkr Muhəmməd ibn Aşir ibn Məruf Şirvani



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə30/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   26   27   28   29   30   31   32   33   ...   50

Əbu Bəkr Muhəmməd ibn Aşir ibn Məruf Şirvani 

Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Mömin və saleh insan olan Əbu Bəkr 

Muhəmməd  ibn  Aşir  fiqh  elmini  İlkiya  əl-Hərrasidən

1163


  öyrənmişdi.  Əbu  Bəkr 

Muhəmməd Şirvani Əbü’l-Xeyr Mübarək ibn Hüseyn əl-Qəssal əl-Müqri və Hibətullah 

ibn  Mübarəkdən  hədis  dinləmişdi.  Bioqraf-tarixçi  Səm’ani,  Əbu  Bəkr  Muhəmməd 

Şirvaninin  tələbəsi  olduğunu,  ondan  hədis  dinlədiyini  və  dinlədiyi  hədislərin  az  bir 

qismini  yazdığını  öz  əsərində  qeyd  etmişdi.  Əbu  Bəkr  Muhəmməd  Şirvani  Bağdadda 

                                                 

1161

 Həmin əsər, s. 328-329. 



1162

 Həmin əsər, s. 89-91. 

1163

 İlkiya əl-Hərrasi adı tanınmış Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Əli əl-Amuli ət-Təbəri (1058-1110) əslən İranın 



Mazəndaran (Təbəristan) vilayətinin Amul şəhərindən idi. Yaşadığı dövrün böyük təfsir, fiqh və  üsul alimlərindən 

biri  idi.  Onlarla  əsərin  müəllifi  idi.  ‚Əhkamü’l-Qur’an‛  adlı  təfsiri  əsərlərinin  ən  məşhurudur.  Nizamiyyə 

mədrəsəsinin baş müdərrisi (rektor) olmuşdu.   


yaşayır, Nizamiyyə mədrəsəsində dərs verirdi. Alim h. 539-cu ilin şəvval ayında (aprel 

1145) vəfat etmişdi

1164

. 



 

Qazi Məcdəddin Əbü’l-Məcd ibn Səncər ibn Muhəmməd Şirvani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  olan  qazi  Məcdəddin  Şirvani  öz  dövrünün  tanınmış 

alimlərindən biri idi. O, Şirvan qazisi olmaqla yanaşı həm də buradakı mədrəsələrdən 

birində  müdərris  idi.  İbnü’l-Fuvati  h.  673-cü  (1275)  ildə  onunla  görüşdüyünü  və  qazi 

Məcdəddin  Şirvaninin  köçüb  Təbrizdə  yaşadığını  qeyd  etmişdir

1165


.  Ölüm  tarixi  qeyd 

edilməmişdir.  

 

Muhyəddin İsa ibn Əbü’l-Məcd Şirvani 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Anadoluya getmiş və orada yaşamışdı. O, güman ki, 

yuxarıda  sözü  gedən  qazi  Məcdəddin  Əbü’l-Məcd  Şirvaninin  oğlu  idi.  İbnü’l-Fuvati 

onun  tanınmış  qazi,  əyan  və  zadəgan  ailəsinə  mənsub  olduğunu  bildirmişdi.  İbnü’l-

Fuvati  h.  716-cı  ilin  cəmadiəlaxir  ayında  (avqust  1316)  görüşdüyü  Muhyəddin  İsa 

Şirvaninin alicənab və fəzilətli şəxs olduğunu qeyd etmişdir

1166

.  


 

Şeyx Müəyyinəddin Əbü’l-Fəzl Bəxtiyar ibn Mühənna ibn Əbdürrəhman Şirvani 

XIII əsrdə yaşamış azərbaycanlı mütəfəkkir, ədəbiyyatşünas və filosof idi. İbnü’l-Fuvati 

onunla h. 662-ci (1264) ildə Marağada görüşdüyünü yazır. Müəllif həmçinin bildirir ki, 

şeyx  Əbü’l-Fəzl  Bəxtiyar  Şirvani  Nəsrəddin  Tusi  ilə  də  görüşmüş,  daha  sonra  Marağa 

yaxınlığındakı  hərbi  düşərgəyə  gedərək  orada  Hülagü  xanla  da  görüşmüşdü.  Şeyx 

Müəyyinəddin  Şirvani  h.  665-ci  ilin  rəbiələvvəl  ayında  (dekabr  1266)  Təbrizdə 

ölmüşdü

1167


 

                                                 



1164

  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  III,  s.  88-89;  SÜBKİ,  Təbəqatü’ş-Şafi’iyyə  əl-Kübra,  c.6,  s.  82;  YAQUT  əl-HƏMƏVİ, 



Mu’cəmü’l-Büldan, C. IV, s. 223; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 257; ŞƏHRƏZURİ,  Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə

C. I, s. 226. İbnü’s-Səlah Şəhrəzuri və Cəmaləddin Əsnəvi onun nisbəsini ‚Dərbəndi əş-Şirvani‛ olaraq qeyd etmiş və 

alimin əslən Dərbənd şəhərindən olduğunu bildirmişdir.  

1165


 BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 

1166


 BÜNYADOV, həmin məqalə

1167


 BÜNYADOV, həmin məqalə

Əbdürrəhman ibn Osman ibn Əmir Şirvani 

Mütəkəllim  idi.  Səxavi  onun  dəniz  yolu  ilə  Məkkəyə,  həcc  ziyarətinə  gəldiyini  qeyd 

etmişdi.  Həmin  dövrdə  Xəzərin  okeanlara  çıxışı  olmadığı  üçün  ehtimal  ki, 

Əbdürrəhman  Şirvani  Kiçik  Asiya  və  ya  Misirin  limanlarından  gəlmi  ilə  Məkkəyə 

getmişdi.  Səxavi  bəzi  tələbələrin  ondan  müəyyən  məsələlərə  dair  biliklər 

öyrəndiklərini,  özünün  isə  Əbdürrəhman  Şirvani  ilə  hədis  isnadı  və  terminologiyası 

barədə mübahisə edərək ona üstün gəldiyini qeyd edir. Bundan başqa Səxavi ‚o yerin 

(Şirvanın)  insanları  hədis  elmində  az  şey  bilirlər‛  deyə  bir  qeyd  də  etmişdir

1168



Əbdürrəhman Şirvaninin ölüm tarixi məlum deyil. XV əsrdə yaşamışdır.  



Doğrusu Şəmsəddin Səxavinin kəlam sahəsində ixtisaslaşmış  bir alimlə hədis elmində 

diskussiyaya  girişib  belə  bir  nəticə  çıxarmasına  heyrətlənməmək  mümkün  deyil. 

Əslində  Şəmsəddin  Səxavi  yaşadığı  dövrdə  İslam  dünyasının  ən  qabaqcıl 

tənqidçilərindən biri olmuşdur. O, ustadı İbn Həcər Əsqəlani xaric, ərəb və qeyri-ərəb, 

demək  olar  ki,  tanıdığı  bütün  alimləri  tənqid  etmişdir.  Buna  görə  tez-tez  öz  müasiri 

olan alimlərin qəzəbinə tuş gəlmişdi.  Cəlaləddin Əbdürrəhman Süyuti (öl. 1451) onun 

bu tərz tənqidçiliyini tənqid edən ‚Qavi fi Tarixi-Səxavi‛ adlı risalə qələmə almışdı

1169


.  

 

Əbü’l-Həsən  Muhəmməd  ibn  Nuh  ibn  Sabir  ibn  Əhməd  ibn  Nuh  ibn  Osman  ibn 



Nafi’ Şirvani 

Mühəddis  idi.  Əbu  Əli  Saleh  ibn  Muhəmməd,  Hamid  ibn  Səhl,  Nəsr  ibn  Əhməd 

Bağdadi  və  Səhl  ibn  Şazəveyhdən

1170


  hədis  dinləmiş  və  nəql  etmişdi

1171


.  Ölüm  tarixi 

məlum deyil. VIII-IX əsrlərdə yaşayıb. 

 

Əbü’l-Qasım Bəkir ibn Əmr Şirvani 

                                                 

1168

 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 248. 



1169

 ŞEŞEN, həmin əsər, s. 224. 

1170

 Əbu Harun Səhl ibn Şazəveyh Buxari (öl. 815) mühəddis idi.  



1171

 İBN MAKULA, İkmal, C. II, s. 122. 



Hədis ravisi idi. Buxarada yaşmışdı. Zəkəriyyə ibn Yəhya ibn Əsəd, Muhəmməd ibn İsa 

Mədaini, İshaq  ibn Muhəmməd  ibnü’s-Səbbah Cərcərayidən hədis dinləmişdi. H. 314-

cü ilin ramazan ayında (noyabr 926) vəfat etmişdi

1172


 

Şeyx Burhanəddin İbrahim ibn Muhəmməd ibn İbrahim Şirvani 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Fiqhlə yanaşı fəraiz, kəlam və riyaziyyat elmlərində 

də dərin biliyə malik idi. H. 865-ci ildə (1461) Qahirəyə, daha sonra Qırmızı dəniz yolu 

ilə  Misirdən  həcc  ziyarətinə  getmişdi.  Şeyx  Burhanəddin  Şirvani  fiqhə  dair  bəzi 

əsərlərin müəllifi idi

1173

. Ölüm tarixi məlum deyil. 



 

Şeyx Əkmələddin Əli ibn İbrahim ibn Muhəmməd əz-Zühri Şirvani 

Hənəfi məzhəbinə mənsub fəqih və təsəvvüf əhlinə mənsub nəqşibəndi şeyxi idi. Şeyx 

Əkmələddin  Əli  əfəndi  Şirvani  fəzilət,  vəra  sahibi,  zahid  insan  idi.  O,  h.  1078-ci  ildə 

(1667)  Şirvandan  Hicaza  getmiş  və  Mədinə  şəhərində  məskunlaşmışdı.  Osmanlı 

şeyxülislamlarından  seyyid  Feyzullah  əfəndi

1174


  onun  dayısının  oğlu  idi.  ‚Əqsəü’l-

Mətalib‛,  ‚Mühimmatü’l-Mə’rufi’l-Vacibə‛,  ‚Camiü’l-Mənasik‛,  ‚Xülasətü’t-Təvarix‛, 

‚Dəlilü’l-Zairin və Ənisü’l-Mücavirin‛ adlı əsərlərin müəllifi olan

1175


 şeyx Əkmələddin 

Əli  Şirvani  Mədinədə  fətva  mərcii,  müfti  idi.  O,  h.  1118-cı  ilin  cəmadiəlaxir  ayında 

(sentyabr 1706) Mədinədə vəfat etmişdi

1176


.   

 

Şeyx Muhəmməd ibn Əli ibn İbrahim əz-Zühri Şirvani 

Şeyx  Əkmələddin  Əli  Şirvaninin  oğlu,  hənəfi  məzhəbinə  mənsub  fəqih  idi.  H.  1112-ci 

ildə  (1700)  Mədinədə  anadan  olmuşdu.  Mədinə  qazisi  olan  əmisi  əllamə  Yusif 

Şirvaninin  tələbəsi  olmuş,  onun  yanında  hənəfi  fiqhini  oxumuşdu.  Cəmaləddin 

                                                 

1172

 İBN MAKULA, İkmal, C. II, s. 82. 



1173

 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 78. 

1174

  Seyyid  Feyzullah  əfəndinin  babaları  Təbrizli  idilər.  O,  iki  dəfə  Osmanlı  şeyxülislamlığına  təyin  olunmuşdu. 



Birinci  dəfə  1688-ci  ildə  təyin  olunub  cəmi  18  gün  bu  vəzifədə  qalmışdı.  İkinci  dəfə  isə  1695-1703-cü  illərdə 

şeyxülislam  olmuşdu.  Ümuniyyətlə  175  Osmanlı  şeyxülislamından  6-sı  onun  mənsub  olduğu  ailədən  çıxmışdır. 

Seyyid  Feyzullah əfəndinin  atası  seyyid  Mehmed  ibn  Pir  Mehmed  ibn  Əhməd  ibn  şeyx Cüneyd  Təbrizi,  Ərzurum 

müftisi olmuşdu. Bax: SÜREYYA, Sicil-i Osmani, C. II, s. 533-534; C. VI, s. 1760. 

1175

 BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 56, 215, 237; C. II, s. 391. 



1176

  Muhəmməd  Xəlil  əl-MURADİ,  Sülukü'd-Dürər  fi  Əyanü'l-Qərni's-Sani  Əşər,  C.  II,  s. 5,  Beyrut  1997;  KƏHHALƏ, 



Mu’cəmü’l-Müəllifin, C. II, s. 389. 

Abdullah ibn Salim əl-Bəsri, şeyx Muhəmməd Əbu Tahir ibn İbrahim Gürani, şeyx Əbu 

Təyyib əs-Sindi, şeyx Muəhmməd ibn Təyyib Məğribi kimi alimlərdən hədis, fiqh, fiqh 

üsulu,  təfsir  və  kəlam  dərsləri  almışdı.  Muhəmməd  Muradinin  yazdığına  görə  o, 

təsəvvüfə  meyl  etmiş  və  şeyx  Yusif  ibn  Muhəmməd  ibn  Nasirə  müridlik  edərək 

Nasiriyyə

1177


 təriqətinə mənsub olmuşdu. Osmanlı sarayı tərəfindən Mədinə müftiliyinə 

təyin olunmuş şeyx Muhəmməd Şirvani çox ibadət edən, zahid və abid şəxs idi. O, 10 

şəvval 1179-cu ildə (21 mart 1766) Mədinədə vəfat etmişdi

1178


 

Şeyx Əli ibn Muhəmməd ibn Əli əz-Zühri Şirvani 

Şeyx  Əli  Şirvani  Mədinə  şəhərində  yaşamış  və  buradakı  hənəfi  alimlərinin  rəisi 

olmuşdu. O, alim, zahid, elm və vəra sahibi insan idi. Vaxtının çoxunu mütaliə və elmi 

tədqiqatla  keçirirdi.  Alim  h.  1134-cü  ilin  zilqədə  ayında  (avqust  1722)  Mədinə 

şəhərində,  alim  ailəsində,  dünyaya  gəlmiş  və  bu  şəhərdə  böyümüşdü.  Onun  atası, 

yuxarıda  haqqında  bəhs  etdiyimiz,  Muhəmməd  əfəndi  Şirvani  Mədinənin  tanınmış 

hənəfi fəqihlərindən biri idi. Şeyx Əli Şirvini güclü yaddaşa və kəskin zəkaya malik idi. 

İlk təhsilini atasından  alan şeyx Əli Şirvini doqquz yaşında Qur’ani-Kərimi əzbərləyib 

hafiz  olmuşdu.  Daha  sonra  Mədinədə  şeyx  Muhəmməd  Həyyat  əs-Sindi,  Muhəmməd 

əfəndi  ibn  Əbdürrəhim,  şeyx  Muhəmməd  ibn  Təyyib  əl-Məğribinin  tələbəsi  olmuş, 

onlardan fiqh və fiqh üsulunu öyrənmişdi. Şeyx Muhəmməd Dəqqaq, seyyid Ömər əl-

Məkki, Sibt Abdullah  ibn Salim və şeyx Muhəmməd əl-Hureyşidən hədis dinləmiş və 

hədis  elmlərini  oxumuşdu.  Hənəfi  fiqhinə  dair  ‚əl-Hidayə‛

1179

  adlı  əsəri  əllamə  Mirzə 



İbrahim  əl-Özbəkinin  yanında  oxumuşdu.  Əli  Quşçunun  ‚Şərhü’t-Təcrid‛  adlı  əsərini 

əllamə Muhəmməd Razi əl-Abbasinin yanında oxumuş, Əli əfəndi ibn Muhəmməd əl-

Qayseridən  xəttatlıq  dərsləri  almışdı.  Təhsilini  başa  vurduqdan  sonra  Məscidü’n-

Nəbəvidə  fiqh  dərsləri  verməyə  başlamışdı.  O,  həmçinin  fətva  mərcii  idi.  H.  1186-cı 

                                                 

1177


 Nasiriyyə-Şazəliyyə təriqətinin qollarından biridir. Əslən şimali Afrikalı olan Əbü’l-Həsən Əli ibn Abdullah əş-

Şazəlinin  (öl.  1256)  qurucusu  olduğu  Şazəliyyə  təriqəti  əsasən  Afrika  müsəlmanları  arasında  yayılmışdı.  Nasiriyyə 

təriqəti  Şazəliyyənin  cərəyanlarından  biri  idi  və yuxarıda  adı  çəkilən şeyx  Yusif  ibn  Muhəmməd  ibn  Nasirin əmisi 

seyyid Əhməd ibn Muhəmməd ibn Nasir tərəfindən təsis edilmişdi. Bu cərəyan  XIX əsrin birinci yarısına qədər öz 

mövcudluğunu davam etdirə bilmişdi.  

1178


 MURADİ, Sülukü'd-Dürər, C. II, s. 104. 

1179


  ‚əl-Hidayə‛  hənəfi  məzhəbi  fiqhinə  dair  məşhur  əsərdir.  Şeyxülislam  Burhanəddin  Əbü’l-Həsən  Əli  əl-Fərqani 

Mərginani (öl. 1197) tərəfindən qələmə alınmışdır.  



(1772)  ildə  Mədinə  şəhəri  qazisinin  müavini  təyin  olunmuşdu.  Lakin  həsədçilərinin 

çoxluğu  səbəbiylə  bir  müddət  sonra  bu  vəzifədən  azad  edilmişdi.  Eynu  zamanda 

istedadlı  şair  olan  Şeyx  Əli  Şirvani  ‚Haşiyə  ələ  Dibaçətü’d-Dürər‛,  ‚Həvamiş  ələ’l-

Müxtəsər‛ adlı əsərlərin və daha bir neçə şərh və haşiyənin müəllifi idi. Alim h. 1200-cü 

ilin səfər ayında (dekabr 1785) Mədinədə vəfat etmişdi

1180


 

Şeyx Cəmaləddin Yusif ibn İbrahim ibn Muhəmməd əz-Zühri Şirvani 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  1080-ci  ildə  (1669),  qardaşı  şeyx 

Əkmələddin Əli əfəndidən sonra, Mədinəyə gəlmişdi. O, fiqh elmində dövrün məşhur 

alimlərindən  biri  olmuşdu.  İslam  hüququ  sahəsində  bir  çox  müşkül  məsələlərdə 

fəqihlər  ona  müraciət  edirdilər.  Dayısı  oğlu,  Osmanlı  dövlətinin  şeyxülislamı,  seyyid 

Feyzullah əfəndinin tövsiyəsi ilə Mədinə müftiliyinə təyin olunmuşdu. Ondan əvvəl bu 

vəzifəni qardaşı Əkmələddin Əli əfəndi icra etmişdi. Cəmaləddin Yusif Şirvani üç il bu 

vəzifəni  icra  etdəkdən  sonra  öz  xahişi  ilə  istefaya  göndərilmişdi.  Ondan  sonra  bu 

vəzifəyə  seyyid  Əsəd  əfəndi  əl-Üsküdari  təyin  olunmuşdu.  Cəmaləddin  Yusif  Şirvani 

müxtəlif  elm  sahələrinə  dair  bir  sıra  əsərlərin  müəllifi  idi.  Onun  qələmə  aldığı 

əsərlərdən ən məşhurları üç cildlik ‚Şərh ələ Mişkati’l-Məsabih‛

1181

, ‚Risalə fi Kərahəti-



İqtdai’l-Hənəfi bi’ş-Şafi’i‛, iki cildlik ‚Şərhu Mültəqi’l-Əbhər‛ adlı əsərlərdir. Alim h. 13 

şəvval  1134-cü  ildə  (27  iyul  1722)  Mədinədə  vəfat  etmiş  və  Rəsulullahın  (م)  oğlu 

İbrahimin qəbrinin yanında dəfn edilmişdi

1182


.  

 

Mustafa ibn Yusif ibn İbrahim əz-Zühri Şirvani 

Şeyx Cəmaləddin Yusif Şirvaninin oğlu, hənəfi məzhəbinə mənsub fəqih idi. O, fiqh və 

fiqh  üsulu  sahəsində  yaşadığı  dövrün  görkəmli  alimlərindən  biri  olmuşdu.  Fiqh 

sahəsindəki  dərin  biliyi  ilə  yanaşı  o,  həm  də  abid,  zahid,  fəzilətli  və  saleh  insan  idi. 

Mustafa Şirvani h. 1088-ci ildə (1677) Mədinədə alim ailəsində dünyaya gəlmişdi. Onun 

                                                 

1180


 MURADİ, Sülukü'd-Dürər, C. II, s. 24; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 516. 

1181


 Mişkatü’l-Məsabih-xətib Vəliyəddin Əbu Abdullah Muhəmməd ibn Abdullah Təbrizinin (öl. 1348) qələmə aldığı 

hədis külliyatıdır. Bu əsərin dəfələrlə ərəb dilində çap olunmuşdur. Mustafa Uysal ‚Mişkatü’l-Məsabih‛i türk dilinə 

tərcümə  edərək  iki  cilddə  nəşr  etmişdir.  ‚Mişkatü’l-Məsabih‛ə  çox  sayıda  şəhr,  haşiyə  və  tə’liqat  yazılmışdır.  Belə 

şərhlərdən birinin müəllifi də Cəmaləddin Yusif Şirvanidir.  

1182

 MURADİ, Sülukü'd-Dürər, C. II, s. 215; BURSALI Mehmed Tahir, Osmanlı Müəllifləri, C. II, s. 55-56, İstanbul 1333; 



KƏHHALƏ, Mü’cəmü’l-Müəllifin, C. IV, s. 140. 

atası Cəmaləddin Yusif Şirvani yaşadığı dövrün tanınmış fəqihlərindən biri idi. Mustafa 

Şirvani ilk təhsilini atasından almışdı. Daha sonra əmisi şeyx Əkmələddin Əli əfəndinin 

tələbəsi olmuşdu. Cəmaləddin Abdullah ibn Salim Bəsridən hədis elminə dair bilikləri 

öyrənmişdi. Təhsilini başa vurandan sonra Mədinədə, Məscidi-Nəbəvidə dərs vermişdi. 

Bundan başqa o, Mədinədəki Muhəmməd Ağa mədrəsəsində də fiqh dərsləri vermişdi. 

Bir  müddət  Mədinə  şəhəri  qazisinin  müavini  işləyən  Mustafa  Şirvani  daha  sonra 

Osmanlı dövləti tərəfindən Məscidi-Nəbəvi imamlığına və xətibliyinə təyin olunmuşdu. 

Mustafa  Şirvani  həm  də  istedadlı  şair  idi  və  onun  farsca  çox  gözəl  şe’rləri  vardı. 

Misirdən  dəniz  yolu  ilə  Anadoluya  getmək  üçün  yola  çıxmışdı.  Lakin  h.  1164-cü  ildə 

(1751) Misirdə vəfat etmişdi

1183

.      


 

Nurah Şirvani 

Hənəfi məzhəbinə mənsub fəqih, müfəssir və mütəkəllim idi. Yaşadığı dövrün tanınmış 

ziyalılarından  biri  olan  Nurah  Şirvani  aşağıda  haqqında  məlumat  verdiyimiz  əllamə 

Əbdürrəhim  Şirvaninin  nəvələrindən  idi.  Nurah  Şirvani  ‚Təəllüqat  ələ’l-Bəyzavi‛, 

‚Şərhu-Təlxis‛,  ‚Şərhu  Fiqhü’l-Əkbər‛  kimi  əsərlərin  müəllifi  idi.  Nurah  Şirvani 

İstanbuldakı  yəhudi  camaatının  liderlərindən  xaxam  Xagi  əfəndini  İslam  dininə  dəvət 

edərək  onun  müsəlman  olmasına  vəsilə  olmuşdu.  Xagi  əfəndini  İstanbulun  Xasköy 

səmtindəki  sinaqoqun  xaxamı  idi.  Nurah  Şirvani  bu  hadisənin  necə  baş  verdiyi  və 

xaxam  Xagi  ilə  aralarındakı  dini  müzakirələri  ‚Risaleyi-Məxsusə‛  adlı  əsərində 

yazmışdı. İslamı qəbul etdikdən sonra Xagi Mehmed əfəndi kimi tanınan sabiq xaxam 

ərəb  dilini  mükəmməl  şəkildə  öyrənərək  İslami  elmlər  sahəsində  alim  və  şair  kimi 

şöhrət tapmışdı. Xagi Mehmed əfəndi h. 1078-ci (1667) ildə İstanbulda vəfat etmişdi

1184



Nurah  Şirvani  isə  h.  1065-ci  (1655)  ildə  Bursada  vəfat  etmiş  və  Əli  paşa  məscid  və 



mədrəsə kompleksi yaxınlığında dəfn edilmişdi. 

 

Əllamə Əbdürrəhim Şirvani 

                                                 

1183

 MURADİ, Sülukü'd-Dürər, C. II, s. 201. 



1184

 BURSALI, Osmanlı Müəllifləri, C. II, s. 43. 



Osmanlı  dövlətində  yaşamış  mütəkəllim  idi.  Aşağıda  haqqında  bəhs  edəcəyimiz 

Muhəmməd  Əmin  Şirvaninin  müəllimlərindən  biri  olmuşdu.  Əbdürrəhim  Şirvani  h. 

1023-cü  (1614)  ildə  vəfat  etmişdi.  Alim  ‚Risalə  fi’l-Məntiq‛,  ‚Haşiyə  ələ  Şərhu-Adabi-

Məs’udi‛, ‚Haşiyə ələ Şərhi’l-Mətailü’l-Ənvar‛ kimi əsərlərin müəllifi idi

1185

.  


 

Əbu Bəkr ibn İsmayıl Şirvani 

XVI-XVII  əsrlərdə  Osmanlı  dövlətində  yaşamış  filoloq  alim  idi.  ‚Dürrətü’ş-Şirvaniyyə 

ələ  Şərhi’l-Əcurrumiyyə‛,  ‚Hidayətu  Zə’vi’l-Əlbab  ilə  Məvsiləti’t-Tüllab‛  və 

‚Məvahibü’r-Rəhmaniyyə  li’Tüllabi’l-Əcurrumiyyə‛  Əbu  Bəkr  Şirvaninin  qələmindən 

çıxmış əsərlərdir. Bunlardan ilk ikisinin əlyazma nüsxələri Türkiyə Diyarbəkir İHK-də, 

sonuncusunun əlyazma nüsxəsi isə Kastamonu İHK-də saxlanılır. Əbu Bəkr ibn İsmayıl 

Şirvani h. 1019-cu (1610) ildə vəfat etmişdir.  

 

Əbdürrəhman ibn Mahmud Şirvani  

XVI-XVII əsrlərdə Osmanlı dövlətində yaşamış kəlam alimi  idi. Onun müəllifi olduğu 

‚Haşiyə  ələ  Ləvamiü’l-Əsrar  fi  Şərhi  Mətalii’l-Ənvar‛  adlı  əsərin  əlyazma  nüsxəsi 

Türkiyə  Manisa  İHK-də  mövcuddur.  Əbdürrəhman  ibn  Mahmud  Şirvani  h.  1024-cü 

(1615) ildə vəfat etmişdir.  

 

Şeyx Muhəmməd Əmin ibn Sədrəddin Şirvani 

Yaşadığı  dövrdə  Osmanlı  imperatorluğunda  tanınmış  hənəfi  fəqihi,  müfəssir, 

mütəkəllim,  dinlər  tarixçisi  və  filoloqlardan  biri  idi.  İstanbuldakı  mədrəsələrdə 

müdərrislik  etmiş  və  bir  sıra  əsərlər  qələmə  almışdı.  ‚Tə’liqət  ələ  Əmkan  min  Təfsiri 

Bəyzavi‛, ‚Məqalətu-Əhli’l-İlm və’l-Məzahibi’l-Müxtəlifəti li-Təvaifi’l-Üməm‛, ‚Nübzə 

min əl-Həqaiq və Zübdə min əd-Dəqaiq‛, ‚Risalə fi Bəyani-Firaqi’d-Dallə‛, ‚Risalətü’l-

Bina‛,  ‚Şərhü’l-İsağuci‛,    ‚Haşiyə  ələ  Şərhü’ş-Şəmsiyyə  fi’l-Məntiq‛,  ‚Şərhü’l-

Qəvaidü’l-Əqaid  li’l-Qəzzali‛,  ‚Təfsir  Surəyi-Fəth‛,  ‚Risalə  fi  Təhqiqi’l-Məbdə  və’l-

Miad‛,  ‚Risalə  fi  İlmü’l-Hikmə‛,  ‚Tə’liqət  ələ  Təfsirü’l-Ayəti  və  Qalə  Firavnu  ya 

Əyyuhə’l-Məla‛, ‚Tə’liqət ələ Təfsiri Ayəteyn min Surəti-Hud‛, ‚Fəvaidü’l-Xaqaniyyə‛ 

                                                 

1185


 BURSALI, Osmanlı Müəllifləri, C. I, s. 359-360. 

kimi  əsərlərin  müəllifi  olmuş  Şeyx  Sədrəddin  Şirvani  h.  1036-cı  ildə  (1627)  İstanbulda 

vəfat  etmiş,  vəsiyyətinə  əməl  olunaraq  Üsküdar  səmtində  dəfn  olunmuşdu

1186



‚Fəvaidü’l-Xaqaniyyə‛ni  Osmanlı  sultanı  I  Əhmədə  (1603-1617)  ithafən  qələmə  alıb 



sultana  təqdim  etmişdi

1187


.  Alimin  Ayətü’l-kürsiyə

1188


  yazdığı  təfsirin  nadir 

nüsxələrindən  biri  Paris  milli  kitabxanasında  saxlanır

1189

.  Türkiyədə  Balıkəsir  İHK, 



Kastamonu İHK, Amasya Bəyazid İHK, Manisa İHK, Ankara Milli Ktbx, Konya BYEK, 

İstanbul SYEK-də şeyx Muhəmməd Əmin Şirvaninin müəllifi olduğu əsərlərin onlarla 

əlyazma  nüsxəsi  mövcuddur.  Alimin  məntiqə  dair  ‚Cəhətü’l-Vahdə‛  adlı  əsərinin 

Türkiyədəki  əlyazma  əsər  kitabxanalarında  yüzlərlə  nüsxəsi  saxlanılır.  Bu  da  onu 

göstərir  ki,  əsər  uzun  müddət  Osmanlı  mədrəsələrində  dərslik  kimi  istifadə 

olunmuşdu. Şeyx Muhəmməd Əmin Şirvani bu əsərinə şərh də yazmışdı. Onun nəvəsi, 

aşağıda  haqqında  məlumat  verdiyimiz,  əllamə  Sadiq  ibn  Ruhullah  Şirvani  Osmanlı 

imperatorluğunun şeyxülislamı olmuşdu. Şeyx Muhəmməd Əmin Şirvaninin atası şeyx 

Sədrəddin  Şirvani  də  yaşadığı  dövrün  tanınmış  alimlərindən  biri  idi  və  özünün 

‚Hikmətü’l-Mütəaliyə‛ adlı əsəri ilə tanınmışdı

1190

.  


 

Şeyxülislam  əllamə  Sadiq  ibn  Fəthullah  ibn  Muhəmməd  Əmin  əl-Qustantini

1191


 

Şirvani 

Hənəfi məzhəbinə mənsub fəqih idi. Sadiq Şirvani h. 16 cəmadiələvvəl 1040-cı ildə (21 

dekabr  1630)  alim  ailəsində  dünaya  gəlmişdi.  Onun  atası  Fəthullah

1192


  əfəndi 

İstanbuldakı  mədrəsələrdən  birində  müdərris  idi.  Onun  babası,  yuxarıda  haqqında 

məlumat verdiyimiz şeyx Muhəmməd Əmin ibn Sədrəddin Şirvani də yaşadığı dövrün 

tanınmış fəqihlərindən idi. Sadiq Şirvani ilk təhsilini atası və babasından almış, İstanbul 

mədrəsələrində  dövrün  qabaqcıl  alimlərinin  tələbəsi  olmuşdu.  Təhsilini  başa 

                                                 

1186

  BAĞDADLI,  Hədiyyətü’l-Arifin,  C.  II,  s.  275;  KƏHHALƏ,  Mu’cəmü’l-Müəllifin,  C.  III,  s.  142;  SEYİDOV,  həmin 



məqalə

1187


 BURSALI, Osmanlı Müəllifləri, C. II, s. 23. 

1188


 ‚Ayətü’l-kürsi‛-Qur’ani-Kərimin Bəqərə surəsi 255-ci ayəsi.  

1189


 DE SLANE, həmin əsər, s. 151.  

1190


 BURSALI, həmin əsər, C. II, s. 23. 

1191


 Osmanlıca mətinlərdə İstanbulun qədim adı olan Konstantinia ‚Qustantiniyyə‛ formasında yazılır.  

1192


  Bu  şəxsin  adı  Sicili-Osmanidə  Feyzullah,  Sülukü’d-Dürərdə  Ruhullah  kimi  qeyd  olunmuşdur.  Ankara  Milli 

kitabxanada  ‚Fəthullah  ibn  Muhəmməd  Əmin  ibn  Sədrəddin  Şirvani‛  adlı  müəllifin  ‚Risalə  fi  Bəyani-Hikməti-

Xaliqi’l-Cinn və’l-İns‛ adlı türkcə əsəri saxlanılır. Fikrimizcə bu şəxs Sadiq Şirvaninin atasıdır.  


vurduqdan  sonra  İstanbuldakı  mədrəsələrdən  birində  müdərris  olmuş,  daha  sonra 

Misir qaziliyinə təyin olunmuş və bir müddət bu vəzifəni  icra etmişdi. H. 1103-cü  ilin 

məhərrəm ayında (oktyabr 1691) İstanbul qaziliyinə, h. 1104-cü ilin şaban ayında (aprel 

1693)  Anadolu  qaziəsgərliyinə,  h.  1105-ci  ilin  şəvval  ayında  (iyun  1694)  Rumeli 

qaziəsgərliyinə  təyin  olunmuşdu.  H.  1105-ci  ilin  zilqədə  ayında  (iyul  1694)  sultan  II 

Əhməd  tərəfindən  (1691-1695)  Osmanlı  dövləti  şeyxülislamlığına  təyin  olunan  Sadiq 

Şirvani,  sultan  II  Əhmədin  vəfatından  (6  fevar  1695)  bir  ay  sonra  öz  istəyi  ilə 

vəzifəsindən  ayrılmışdı.  H.  1118-ci  ilin  şəvval  ayında  (yanvar  1707)  sultan  III  Əhməd 

(1703-1730) tərəfindən ikinci dəfə Osmanlı imperatorluğunun şeyxülislamlığı vəzifəsinə 

təyin olunmuşdu. H. 1119-cu ilin zilqədə ayında (fevral 1708) yaşlılığı səbəbiylə istefaya 

getmişdi.  Əllamə  Sadiq  əfəndi  Şirvani  h.  7  ramazan  1120-ci  ildə  (20  noyabr  1708) 

İstanbulda  vəfat  etmiş  və  Fındıqlı  came  qarşısındakı  qəbristanda  dəfn  edilmişdi.  O, 

fəzilətli,  saleh  və  abid  insan  idi.  Fiqh  və  təfsirə  dair  bir  sıra  əsərlərin  müəllifi  olmaqla 

yanaşı  həm  də  istedadlı  şair  idi.  Ərəb,  fars  və  türk  dilində  çox  gözəl  şerlər  qələmə 

almışdı

1193


.   

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin