Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əbu İmran Musa ibn İmran ibn Musa ibn Hilal Səlmasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə27/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   23   24   25   26   27   28   29   30   ...   50

Əbu İmran Musa ibn İmran ibn Musa ibn Hilal Səlmasi 

Mühəddis idi. Hədis dinləmək üçün çox səyahət etmişdi. Onun babası Musa ibn Hilal 

Səlmasi də tanınmış hədis ravisi idi

1017


. Dəməşqdə Əbü’l-Həsən ibn Cəusa, Əbu Təyyib 

Əhməd  ibn  İbrahim,  Məkhula  əl-Beyrutidən,  Hələbdə  Əbu  Bəkr  Muhəmməd  ibn 

Bərəkətdən  hədis  dinləmişdi.  Bundan  başqa  o,  Bağdad,  Kufə,  Rey,  Rəqqə,  Nusəybin, 

Rəmlə və Həma şəhərlərini gəzmiş və burada Muhəmməd ibn Müxəllid əl-Əttar, Cə’fər 

ibn Muhəmməd əl-Xuldi kimi ravilərdən hədis dinləmişdi. Əbu  Müzəffər Mihnəd  ibn 

Müzəffər  ibn  Həsən  Səlmasi,  şərif  Əbü’l-Qasım  əz-Zeydi  əl-Hərrani,  Muhəmməd  ibn 

Əhməd ibn Səfvət əl-Məsisi ondan hədis dinləmişdilər. İbn Əsakir onun hədis dinlədiyi 

və ondan hədis dinləmiş onlarla ravinin adını qeyd etmişdir. Alim h. 380-ci il rəbiülaxir 

ayında (iyul 990) Səlmasda vəfat etmişdi

1018


.  

 

Şərəfəddin Əbü’l-Qasım İbrahim ibn Abdullah ibn Əbu Əyyub Səlmasi  

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  H.  828-ci  ildə  (1425)  Səlmas  şəhərində  anadan 

olmuşdu.  Ağqoyunlu  imperatoru  Uzun  Həsənin  (1453-1478)  hakimiyyəti  dövründə 

Təbriz şəhəri qaziliyinə təyin olunmuş, həmçinin bu şəhərdə müxtəlif fənnlərdən dərs 

vermişdi.  O,  həmçinin  bir  sıra  əsərlərin  də  müəllifi  idi.  Şəmsəddin  Səxavi,  Şərəfəddin 

Əbü’l-Qasım  Səlmasi  ilə  h.  886-cı  ildə  (1482)  Məkkədə,  həcc  ziyarəti  vaxtı  tanış 

olduğunu  qeyd  etmişdir.  Şərəfəddin  Əbü’l-Qasım  burada  Şəmsəddin  Səxavidən 

müsəlsəl hədislərə

1019


 dair qısa müddətli dərs almışdı

1020


.  

 

                                                 



1016

 Mehmet Nadir ÖZDEMİR, ‚Abbasi Halifeleri İle Büyük Selçuklu Sultanları Arasındakı Münasebetler‛,  SÜTAD

S. 24, Konya 2008, ss. 315-369. 

1017


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. IV, s. 106. 

1018


  İBN  ƏSAKİR,  Tarixu-Mədinəti-Diməşq,  C.  VII,  s.  187;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  IV,  s.  106. 

Yuxarıda  adları  sadalanan  şəhərlərdən  Nusəybin  Türkiyənin  (Suriya  sərhəddində),  Rəmlə,  Rəqqə,  Həma  isə 

Suriyanın şəhərləridir.   

1019


 ‚Müsəlsəl hədis‛ üçün bax: AYDINLI, Hadis Istılahları Sözlüğü, s. 114-115. 

1020


 SƏXAVİ, Zəvu’l-Lami’, C. I, s. 43. 

Şeyx Əlaəddin Əbu Abdullah Muhəmməd ibn Osman ibn Əhməd Səlmasi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih,  Qur’ani-Kərim  hafizi  idi.  Bağdadda  Nəzamiyyə 

mədrəsəsində  fiqh  dərsləri  vermişdi.  O,  gözəl  əxlaqlı,  saleh  və  xoşrəftar  insan  idi.  H. 

616-cı  ildə  (1219)  Bağdaddakı  ‚əl-Qərənfilitin‛  Darü’l-Qur’anı

1021

  şeyxliyinə  təyin 



olunmuşdu

1022


. Ölüm tarixi məlum deyil. XII-XIII əsrlərdə yaşamışdır. 

 

Əbu Muhəmməd Həsən ibn Muhəmməd ibn Cə’fər ibn Davud ibn Həsən Səlmasi 

Hədis ravisi olan alim yuxarıda haqqında məlumat verdiyimiz Əbu Abdullah Hüseyn 

Səlmasinin əmisi  idi.  Hüseyn  ibn Muhəmməd ibn Übeyd əl-Əskəridən  hədis dinləmiş 

və  nəql  etmişdi.  Əli  ibn  Əhməd  əs-Sə’tri  ondan  hədis  dinləmişdi.  Əbu  Muhəmməd 

Həsən Səlmasi h. 419-cu ilin səfər ayında (mart 1028) Mədinədə vəfat vəfat etmişdi

1023



 



Əbu Nəsr Muhəmməd ibn  Həsən ibn Muhəmməd ibn Cə’fər ibn Davud ibn Həsən 

Səlmasi 

Səduq hədis ravisi idi. Əbu Muhəmməd Həsən Səlmasinin oğlu, Əbu Abdullah Hüseyn 

Səlmasinin  əmisi  oğlu  idi.  Əbu  Tahir  Muhəmməd  ibn  Əbdürrəhman  əl-Müxəllis, 

Muhəmməd  ibn  Əli  ibnü’n-Nəzir  əd-Diybacidən  hədis  dinləmiş  və  dinlədiyi  hədisləri 

qeyd etmişdi. Çox az hədis nəql etmişdi. Əbu Nəsr Muhəmməd Səlmasi h. 444-cü ilin 

rəiülaxir ayında (avqust 1052) vəfat etmişdi

1024

.  


 

Əbu  Tahir  Muhsin  ibn  Cə’fər  ibn  Muhəmməd  ibn  Cə’fər  ibn  Davud  ibn  Həsən 

Səlmasi 

Siqa, yəni mötəbər hədis ravisi və fəqih idi. Bağdadda yaşayırdı. Əbu Abdullah Hüseyn 

ibn Cə’fər Səlmasinin qardaşı idi. O, qardaşından 10 yaş kiçik olduğunu deyirdi. Əli ibn 

Ömər  əl-Hərbi,  Əbu  Həfs  Ömər  ibn  Əhməd  ibn  Şahin,  Əbu  Tahir  Muhəmməd  ibn 

Əbdürrəhman  əl-Müxəllisdən  hədis  dinləmiş,  dinlədiyi  hədisləri  qeyd  etmişdi.  Bir 

                                                 

1021

 Müasir təhsil sistemi ilə müqayisə edəcək olsaq bu ‚Qur’an Elmləri Kafedrası Müdürlüyü‛ kimi vəzifədir deyə 



bilərik. 

1022


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1091. 

1023


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394. 

1024


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395. 

müddət  Əbu  Hamid  əl-İsfərayini

1025


  ilə  həmsöhbət  olmuş,  ondan  şafi’i  fiqhini 

öyrənmişdi. Alim 436-cı ilin şəvval ayında (may 1045) Bağdadda vəfat etmiş və cənazə 

namazını qardaşı Əbu Abdullah Hüseyn Səlmasi qıldırmışdı

1026


.  

 

Əbü’l-Qasım  Cə’fər  ibn  Muhsin  ibn  Cə’fər  ibn  Muhəmməd  ibn  Cə’fər  ibn  Davud 



Səlmasi 

Əbu  Tahir  Muhsin  Səlmasinin  oğlu,  mühəddis  və  tarixçi  idi.  Bağdadda  doğulub 

böyümüş, bu şəhərdəki tanınmış alimlərin tələbəsi olmuşdu. Atasından, həmçinin Əbu 

Muhəmməd  Həsən  əl-Xəllaldan  hədis  dinləmişdi.  Tarixçi  İbn  Əsakir  onun  Bağdad 

şəhərinin tarixinə dair əsər qələmə aldığını bildirmişdi

1027


. Ölüm tarixi məlum deyil. XI 

əsrdə yaşamışdı.  

 

Əbu  Qalib  Səid  ibn  Muhsin  ibn  Cə’fər  ibn  Muhəmməd  ibn  Cə’fər  ibn  Davud 

Səlmasi 

Əbu  Tahir  Muhsin  Səlmasinin  oğlu,  Əbü’l-Qasım  Cə’fər  Səlmasinin  qardaşı  idi. 

Mühəddis  olan  Əbu  Qalib  atasından  hədis  dinləmişdi.  H.  440-cı  ildə  (1048)  isə  əmisi 

Əbu Abdullah Hüseyn ibn Cə’fər Səlmasidən hədis dərsləri almışdı

1028

. O, hədis elminə 



dair bir əsərin müəllifi idi. Ölüm tarixi məlum deyil. XI əsrdə yaşamışdır.  

 

Hacib Əbü’l-Fütuh Əhməd ibn Muhsin ibn Cə’fər Səlmasi 

Abbasi xəlifələrinin divanındakı haciblərdən

1029


 biri idi. Xəlifə II Müqtəfi Billahın (1136-

1160) hakimiyyəti dövründə baş haciblik vəzifəsinə təyin edilmiş, lakin daha sonra bu 

vəzifədən  azad  edilmişdi.  Sarayda  vəzir  Əbü’l-Qasım  Əli  Zeynəbinin  dərslərini 

                                                 

1025

  Əbu  Hamid  Əhməd  ibn  Muhəmməd  İsfərayini  (öl.  1016).  Şafi’i  məzhəbinə  mənsub  müctəhid  alim  idi.  Əslən 



Xorasanın İsfərayin (Nişapur şəhərinin şimali-qərbində) qəsəbəsindən olub Bağdadda böyümüş və təhsil almışdı.  

1026


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. XIII, s. 156; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395. 

1027


 İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 57. 

1028


 İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 99. 

1029


 Haciblik orta əsr müsəlman dövlətlərində mühüm saray vəzifələrindən biri idi. Haciblərin əsas işi əhalinin mülki 

məsələlərlə bağlı şikayətlərini dinləyərək qeyd etmək və bu şikayətləri dövlət başçısına çatdırmaq idi. Hansı məsələ 

ilə  bağlı,  kimin  dövlət  başçısının  qəbuluna  daxil  olacağını  da  haciblər  müəyyənləşdirirdilər.  Bu  mənada  haciblərin 

bir növ ‚ictimaiyyətlə əlaqələr‛ funksiyasını yerinə yetirdiklərini demək olar. 



dinləmiş,  saray protokolu və divan qaydalarını öyrənmişdi. H. 558-ci  ildə  (1163) vəfat 

etmişdi


1030

.   


 

Əlaəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ibn Muhəmməd Səlmasi 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Bağdada getmiş və Nizamiyyə mədrəsəsində təhsil 

almışdı.  Burada  fiqh,  fiqh  üsulu  sahəsində  ixtisaslaşmışdı.  Abid  və  zahid  insan  kimi 

tanınmışdı. Qur’an hafizi idi və çox tilavət edərdi. Saatlarla zikr etməklə məşğul olurdu. 

H. 638-ci ilin zilqədə ayının 4-ü (17 may 1241) vəfat etmişdi

1031


.  

 

Xətib Qiyasəddin Əbu Mənsur Muhəmməd ibnü’l-Mübarək ibn İbrahim Səlmasi 

XIII  əsrdə  yaşamış  Azərbaycanın  bacarıqlı  xətibi,  şafi’i  fəqihi,  Qur’an  hafizi  idi. 

Bağdada 


gedərək 

bu 


şəhərdəki 

mədrəsələrdə 

təhsil 

almışdı. 



Bağdada 

mühəddislərindən hədis dinləmiş və hədis elmlərinə dair biliklərə yiyələnmişdi

1032

.  


 

Şeyx İmaməddin Əbü’s-Səud Sə’dullah ibn Hüseyn Səlmasi 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  və  qari  idi.  H.  812-ci  ildə  (1409)  Azərbaycandakı 

mədrəsələrdə təhsil almış, daha sonra təhsilini davam etdərmək üçün Misirə getmişdi. 

Qahirədə  Sə’dəddin  ibnü’d-Deyrinin  tələbəsi  olmuşdu.  Şəmsəddin  ibn  Nəccardan 

Qur’ani-Kərimin  qiraəti  və  təcvidini  öyrənmişdi.  Qur’an  hafizi  idi.  Bir  müddət 

Qahirədəki Berdibək camesinin imamı olmuş, daha sonra Qüdsdəki Məscidü’l-Əqsanın 

hənəfi camaatına imamlıq etmişdi. Sonra isə Dəməşq qazisinin müavini vəzifəsinə təyin 

olunmuşdu.  H.  3  cəmadiələvvəl  890-cı  ildə  (18  may  1485)  Qüdsdə  vəfat  etmişdi. 

Sə’dullah  Təbrizi  fəzilətli,  nəcib,  işində  ədalətli  və  mömin  insan  idi.  Bu  kimi  şəxsi 

keyfiyyətləri  səbəbiylə  Qüds  və  Dəməşq  əhalisi  onu  sevir  və  ehtiram  göstərirdilər

1033



Şeyx  İmaməddin  Sə’dullah  Səlmasinin  h.  847-ci  ildə  (1444)  öz  dəsti-xətti  ilə  Qur’ani-



                                                 

1030


 SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. VII, s. 199. 

1031


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1085. 

1032


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1213. 

1033


 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 138. 

Kərimin  təcvid  və  tilavət  qaydalarına  dair  qələmə  aldığı  bir  risalənin  nadir  nüsxəsi 

Paris milli kitabxanasında mühafizə edilir

1034

 



 

Əbü’l-Həfs Ömər ibn Yusif ibn Hüseyn Səlmasi 

Hədis ravisi idi. Əhməd ibn Muhəmməd ibn Ömərdən hədis dinləmiş və nəql etmişdi. 

Hibətullah  ibnü’l-Mübarək  əs-Suqti

1035


  də  ondan  hədis  dinləmişdi

1036


.  Ölüm  tarixi 

məlum deyil. XI əsrdə yaşamışdır.  

 

Əbu Bəkr Muhəmməd ibn Osman ibn Həsən ibn İbrahim ibn Həsnuyə

1037


 əl-Bəzzaz 

Səlmasi 

Mühəddis idi. h. 549-cu ilin rəcəb ayında (sentyabr 1154) Bağdadda dünyaya gəlmiş, bu 

şəhərdə  böyümüş  və  təhsil  almışdı.  ‚əl-Bəzzaz‛  ləqəbindən  özünün  və  ya  ata-

babalarından  birinin  parça  taciri  olduğunu  təxmin  etmək  olar.  Bağdadda  mühəddis 

Əbü’l-Vəqt əs-Səcizinin tələbəsi olmuş, imam Buxarinin ‚Səhih‛ini və bu əsərin şərhini 

oxumuş,  ondan  hədis  elmini  öyrənmişdi.  Əbu  Bəkr  Muhəmməd  Səlmasi  h.  617-ci  ilin 

rəbiəlaxir ayında (iyun 1220) Bağdadda vəfat etmişdi

1038


.  

 

Əllamə Əbü’l-Həsən Müzəffər ibn Həsən ibn Mihnəd Səlmasi 

Mühəddis  idi.  Bağdadda  və  İraqın  digər  şəhərlərində  Osman  ibn  İsmayıl  əs-Sukkəri 

Bağdadi  kimi  mühəddislərdən  hədis  dərsləri  almışdı.  Onun  hədis  dinlədiyi  ravilər 

arasında  Əbü’l-Həsən  ibn  Cəusa,  Əbu  Bəkr  ibn  Ziyad  Nişapuri  də  olmuşdur.  Əbü’l-

Həsən Müzəffər Səlmasi h. 359-cu ildə (970) İsfəhana gəlmiş və burada tələbələrə hədis 

dərsləri  vermişdi.  Hafiz  Əbu  Bəkr  Əhməd  ibn  Musa,  Əbü’l-Abbas  Əhməd  Naxçıvani, 

Əbu Bəkr Əhməd ibn Cərir ibn Hübeyş Süleymani ondan hədis dinləmişdilər

1039

. Oğlu 


Əbu  Müzəffər  Mihnəd  Səlmasi  də  ondan  hədis  dinləmişdi.  Ondan  atasının  məzhəbi 

                                                 

1034

 DE SLANE, həmin əsər, s. 146-147. 



1035

 Əbü’l-Bərəkat Hibətullah ibnü’l-Mübarək əs-Suqti Bağdadi (öl. h. 509/1115) məşhur hədis alimlərindəndir.  

1036

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. IV, s. 262. 



1037

 

[



ٚ٣ٍٞ٘ؼ

]

 – Bu ad Həsənveyh olaraq da oxuna bilər. 



1038

 ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, s. 49. 

1039

 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVIII, s. 376-377; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395. 



soruşulanda o, Əbü’l-Həsən Müzəffər Səlmasinin hədis əhlinin məzhəbindən və səhabə 

ilə  tabiunun  mənhəcinə  mənsub  olduğunu  demişdi.  Əbü’l-Həsən  Müzəffər  Səlmasi  h. 

381-ci  ildə  (991)  Uşnuh

1040


  şəhərində  həbsxanada  vəfat  etmiş  və  cənazəsi  Səlmasa 

aparılıb  orada  dəfn  edilmişdir

1041

.  İbn  Əsakir  onun  hansı  səbəbdən  həbsxanaya 



düşdüyünü  qeyd  etmir.  İbn  Əsakir  öz  əsərində

1042


  Əbü’l-Həsən  Müzəffər  Səlmasinin 

nəql etdiyi hədislərdən ikisini qeyd etmişdir: 

Abdullah  ibn  Məs’ud  (ا)  dedi:  Rəsulullah  (م)  buyurdular  ki;  ‚Ölülərinizi  saleh 

insanların  arasında  dəfn  ediniz.  Çünki  yaşayan  (hər  hansı  bir  şəxs)  özünün  pis 

qonşusundan əziyyət gördüyü kimi ölü də pis qonşusundan əziyyət görür‛

1043


Ənəs  ibn  Malik  (ا)  dedi:  Rəsulullah  (م)  buyurdular  ki;  ‚(Dəfn  edilmək  üçün  aparılan) 

cənazəni  (məzara  qədər)  üç  şey  müşayət  edər.  Bunlardan  ikisi  geri  qayıdar,  biri  isə 

qalar.  Onu  (ölünü)  ailəsi,  mal-dövləti  və  əməli  müşayət  edər.  Ailəsi  və  mal-dövləti 

qayıdar, əməli qalar‛

1044


.  

 

Əbu Müzəffər Mihnəd ibn Müzəffər ibn Həsən ibn Mihnəd Səlmasi 

Mühəddis  idi.  Əbü’l-Həsən  Müzəffər  Səlmasinin  oğlu  idi  və  atasından  hədis 

dinləmişdi. Həmçinin Əbu İmran Musa ibn İmran ibn Musa ibn Hilal Səlmasidən hədis 

dinləmiş və nəql etmişdi

1045


. Ölüm tarixi məlum deyil. X-XI əsrlərdə yaşamışdır.  

 

Qazi  Əbu  Bəkr  Əhməd  ibn  Hureyz  ibn  Əhməd  ibn  Xumeyyis  ibn  Əhməd  ibn 



Hüseyn ibn Musa Səlmasi 

Yaşadığı  dövrün  tanınmış  mühəddislərindən  idi.  Onun  hədis  dinlədiyi  və  hədis 

elmlərinə dair bilikləri öyrəndiyi alimlərdən Əbu Əli Hüseyn ibn Muhəmməd ibn Yusif 

əl-Lihyani, Əbü’l-Qasım Təyyib ibn Yəmən, fəqih İsa ibn Süleyman, Yusif  ibn Hüseyn, 

Abdullah  ibn  Muhəmməd  ibn  Həbbabə,  hafiz  Əbu  Həfs  Ömər  ibn  Şahin  Bağdadi  (öl. 

                                                 

1040

 Uşnuh və ya Uşnu Azərbaycanın şəhərlərindəndər. Urmiyə gölünün cənubi-qərbində yerləşir.  



1041

 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVIII, s. 377. 

1042

 İBN ƏSAKİR, yenə orada.  



1043

 Əbu’ş-Şüca Şiruyə ibn Şəhrdar ibn Şiruyə əd-DEYLƏMİ, Firdəvsu’l-Əxbar, C. I, s. 102, Dəməşq 1997. ( ػٌٝ ًْاذٞٓ اٞ٘كقا

ءٍُٞا ناعت ٢ؽُا ٟلأر٣ أً ٙناعت ٟلأر٣ د٤ُٔا ٕاك ٖ٤ؽُاص ّٞه) 

1044


 MÜSLİM, Səhih, bab: Zöhd, hədis Nr. 2960. (ِٚٔػ ٠وث٣ٝ ُٚآٝ ِٚٛأ ٕا٘شا غظه٤ك ِٚٔػٝ ُٚآٝ ِٚٛأ ٙهثه ٠ُئ د٤ُٔا غثر٣) 

1045


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. IV, s. 106. 

995),  Əbu  Bəkr  ibn  Şazan,  Əbu  Bəkr  ibn  İsmayıl  əl-Vərraq,  Əbu  İshaq  İbrahim  ibn 

Əhməd Təbərinin adını sadalaya bilərik. Qazi Əbu Əmr Əhməd ibn Hureyz Səlmasinin 

yetişdirdiyi tələbələr arasından Əbü’l-Həsən ibn Əbü’l-Hədid, Əbü’l-Qasım ibn Əbü’l-

Əla, Əbu Abdullah ibn Əbü’l-Hədid, Əbü’l-Qasım Ömər ibn Əhməd Amidi kimi hədis 

alimləri  çıxmışdı.  Salmasda  onun  tələbəsi  olmuş  mühəddislərdən  Mahmud  ibn  Səadə 

Səlmasinin  (öl.  1116)  adını  çəkə  bilərik.  Alim  h.  428-ci  ildə  həcc  ziyarətinə  gedərkən 

ramazan  ayında  (18  iyun-17  iyul  1037)  Hələb  və  Dəməşqdə  qalmışdı.  Bu  şəhərlərdə 

qaldığı  müddətdə  hədis  dərsləri  vermişdi.  Ölüm  tarixi  məlum  olmayan  alim  X-XI 

əsrlərdə yaşamışdır. Hələb şəhərinin tarixini qələmə almış İbnü’l-Adim Hələbdə qaldığı 

müddətdə  Əbu  Bəkr  Əhməd  ibn  Hureyz  Səlmasinin  dərslərini  dinləmiş,  öz  əsərində 

Əbu Əli Hüseyn ibn Muhəmməd ibn Yusif əl-Lihyaninin ondan eşitdiyi bir hədisi qeyd 

etmişdir: 

Abdullah  ibn  Abbas  (ا)  dedi:  Allah  Rəsulu  (م)  buyurdular:  ‚Sərxoşluq  verən  hər 

(maddə) şey haramdır‛

1046



 



Əbü’l-Qasım Hureyz ibn Əhməd ibn Hureyz ibn Əhməd ibn Xumeyyis ibn Əhməd 

ibn Hüseyn Səlmasi 

Mühəddis  idi.  Yaşadığı  dövrün  fəziləti,  təmiz  əqidəsi  və  bəlağəti  ilə  məşhur 

imamlarından  biri  olan  alim  Səlmas  şəhərinin  qazisi  mühəddis  Əbu  Bəkr  Əhməd  ibn 

Hureyz Səlmasinin oğlu idi

1047

. Doğma şəhəri Səlmasda dərs verən mühəddis Mütəhhər 



ibn  Muhəmməd  əl-İsfəhanidən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Mühəddis  Əbü’l-

Bərəkat  Hibətullah  ibnü’l-Mübarək  əs-Suqti  ondan  hədis  dinləmişdi

1048

.  Ölüm  tarixi 



məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  

 

Əbu Yə’la Hureyz ibn İshaq ibnü’l-Müəmmil Səlmasi 

                                                 

1046


 İBNü’l-ADİM, Buğyətü’t-Tələb, C. I, s. 186. Müəllif burada həmin hədisin ərəbcə mətnini belə qeyd etmişdir: * ًَ

ّاهؼ هٌٍٓ+.  Eyni  mənanı  ifadə edən  nisbətən  fərqli  mətnli  *  ٌّا َهَؼ  ََُٜٞك  َهٌٌَْأ ٍباهَش ًَُُّ+ hədis xanım Ayşə (ٍ), Abdullah ibn 

Əmr (ا) və Əbu Musa əl-Əş’əri (ا) silsiləsi ilə də nəql olunmuşdu. Bax: CANAN, Kutubi-Sitte, Tercüme ve Şerhi, C. VIII, 

s. 124.  

1047

 ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 361. 



1048

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395. 



Hədis  ravisi  idi.  Bağdadda  Muhəmməd  ibn  Əli  ibn  Səxrdən  hədis  dinləmişdi. 

Hibətullah ibnü’l-Mübarək əs-Suqti də ondan hədis dinləmiş və nəql etmişdi

1049

. Ölüm 


tarixi məlum deyil. Təqribən X əsrdə yaşamışdır.  

 

Kəmaləddin Əbü’l-Həsən Nemətullah ibn Ömər ibn Əbü’l-Həsən Səlmasi 

Səlmas  şəhərinin  hakimi  və  bu  şəhərin  adlı-sanlı  əyanlarından  biri  olan  Nemətullah 

Səlmasi  həmçinin  mühəddis  idi.  Qazi  Əbu  Muhəmməd  Abdullah  ibn  Əhməd  ibn 

Hureyz  Səlmasi

1050


  ondan  hədis  dinləmişdi

1051


.  Hafiz  Əbu  Tahir  əs-Süləfi  (1083-1181) 

Səlmasda  olarkən  Kəmaləddin  Səlmasi  ilə  görüşüb  söhbət  etmiş,  ondan  hədis 

dinləmişdi.  Hafiz  Əbu  Tahir  onun  gözəl  xətti  olduğunu  bildirmiş,  onu  xeyirxah, 

mehriban  və  alicənab  insan  kimi  təsvir  etmişdi

1052

.  Ölüm  tarixi  qeyd  olunmur.  XI-XII 



əsrlərdə yaşamışdır.  

 

Əbü’l-Qasım Mahmud ibn Səadə ibn Əhməd Səlmasi 

Mühəddis idi. Onun ulu babası Musa ibn Hilal Səlmasi (öl. 990) də mühəddis olmuşdu. 

Musa  ibn  Hilal  Səlmasi  Ömər  ibn  Şəbbə

1053

  və  onun  yoldaşlarından  hədis  dinləmiş  və 



nəql  etmişdi.  Yaxın  qohumlarından  Əbu  İmran  Musa  ibn  İmran  ibn  Musa  ibn  Hilal 

Səlmasi  də  mühəddis  olmuşdu.  Mahmud  ibn  Səadə  Səlmasi  ilə  görüşüb  ondan  hədis 

dinləyən Əbu Tahir Əhməd əs-Süləfi İsfəhani onun Səlmas qazisi Əbu Bəkr Əhməd ibn 

Hureyz Səlmasi, İsmayıl ibn Əbdürrəhman əs-Sabuni Nişapuridən hədis dinləyib nəql 

etdiyini  qeyd  etmişdir.  Mahmud  ibn  Səadə  Səlmasi  yaşlı  vaxtlarında  hədis  dərsləri 

vermək  üçün  səyahətə  çıxmışdı.  Azərbaycan,  Arran,  Şirvan,  hətta  Dərbənd  və 

ətrafındakı  şəhərləri  gəzmiş,  buralarda  hədis  dərsləri  vermişdi.  Alim  h.  510-cu  ildə 

(1116) Səlmasda vəfat etmişdi

1054

. 



                                                 

1049


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 248. 

1050


 Bu şəxs yuxarıda haqqında bəhs etdiyimiz qazi Əbu Bəkr Əhməd ibn Hureyz Səlmasinin oğlu  və Əbü’l-Qasım 

Hureyz ibn Əhməd Səlmasinin qardaşı idi.  

1051

  İBNü’s-SABUNİ,  Təkmilətü’l-İkmal,  s.  127;  BÜNYADOV,  ‚Vidnıye  Deyateli  Azerbaydjana  v  Soçinenii  İbn  al-



Fuvati‛, s. 61-67. 

1052


 ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 234. 

1053


 Ömər ibn Şəbbə ən-Numeyri əl-Bəsri (öl. 876) mühəddis və tarixçi idi. O, ‚Tarixu-Mədinə‛ adlı əsərin müəllifi idi. 

Bu kitabda Allah Rəsulu (م) və Raşid xəlifələr dövründə Mədinə şəhərinin tarixi öz əksini tapmışdı.  

1054

 ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 361; ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 102. 



 

Şeyx Sədidəddin Muhəmməd ibn Hibətullah ibn Abdullah Səlmasi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  O,  öz  dövrünün  məşhur  alimlərindən  idi  və 

Bağdadda  İmadəddin  Muhəmməd  ibn  Yunis  və  onun  qardaşı  Kəmaləddin  Musa  ibn 

Yunisin  tələbəsi  olmuşdu.  Fiqh  elminə  dair  bir  sıra  əsərlərin  müəllifi  olan  şeyx 

Sədidəddin  Muhəmməd  Səlmasi  Bağdad  Nizamiyyə  mədrəsəsində  əvvəlcə  müid 

(aspirant), sonra isə müdərris olmuşdur. Sədidəddin Muhəmməd SəlmasiƏbu Hamid 

Qəzzalinin

1055


 elmi irsinin davamçılarından idi. O, Əbu Hamid Qəzzalini mədh etmiş və 

bir  alim  kimi  onu  yüksək  qiymətləndirmişdi.  Şeyx  Sədidəddin  Muhəmməd  Səlmasi 

Bağdadda  fətva  mərcii  idi.  Alim  h.  574-ci  ilin  şaban  ayında  (yanvar  1179)  vəfat 

etmişdi


1056



 



Vaiz Əbu Tahir İbrahim ibn Əhməd ibn Muhəmməd ibn Əhməd Səlmasi 

Müfəssir  idi.  Təfsirlə  yanaşı  hədis  və  ərəb  ədəbiyyatı  sahəsində  də  mütəxəssis  idi.  O, 

mömin,  vəra’  və  sidq  sahibi  insan  idi.  Hafiz  Şəmsəddin  Muhəmməd  Davudi  və 

Cəlaləddin  Süyuti  vaizlik  sənətində  yaşadığı  əsrdə  onun  misli  olmadığını  qeyd 

etmişdilər.  Əbu  Tahir  İbrahim  Səlmasi  hədis  mətnlərinin  istandı  sahəsində  də  dərin 

biliyə  malik  idi.  Əbü’l-Qasım  ibn  Ələyyək  Nişapuridən  və  Əbu  Hatim  Əbdürrəhman 

ibnü’r-Rəvvas Naxçıvanidən  hədis dinləmişdi. Hibətullah  ibnü’s-Səqti də ondan hədis 

dinləmişdi. Alim 433-cü ildə (1042) anadan olmuş, 496-cı ilin cəmadiəlaxir ayında (mart 

1103) Xoy şəhərində vəfat etmişdir

1057


 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin