Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə29/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   25   26   27   28   29   30   31   32   ...   50

Sührəvərdi 

Siqa hədis ravisi, mühəddis idi. Bağdadda yaşayırdı. Hədis elmi ilə yanaşı ərəb dili və 

ədəbiyyatı  sahəsində  də  böyük  mütəxəssis  idi.  Həmçinin  şair  idi,  gözəl  şerlər  yazırdı. 

O,  fəzilətli  və  saleh  insan  idi.  Əbu  Əli  Həsən  ibn  Əhməd  ibn  Şazan  əl-Bəzzaz,  vaiz 

Əbü’l-Qasım  Əbdülməlik  ibn  Muhəmməd  ibn  Buşrandan  hədis  dinləmişdi.  Əbu  Bəkr 

Muhəmməd  ibn  Əbdülbaqi  əl-Ənsari,  Əbü’l-Qasım  İsmayıl  ibn  Əhməd  Səmərqəndi, 

                                                 

1083


  Kəmaləddin  Əbü’l-Fəzl  Əbdürrəzzaq  ibn  Əhməd  İBNü’l-FUVATİ,  Həvadisü’l-Camiə’  və’t-Təcaribü’n-Nafiə’,  (Nşr. 

M. Cavad), s. 22, Bağdad 1351. 

1084

 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s.165; ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 262. 



Əbü’l-Bərəkat  Əbdülvəhhab  ibnü’l-Mübarək  əl-Ənmati,  Əbü’l-Fəzl  Muhəmməd  əs-

Səlami,  Əbü’l-Fərəc  Əbdülxaliq  ibn  Əhməd  əl-Yusifi,  Əbu  Həfs  Ömər  ibn  Zəfər  əl-

Məğazili  ondan  hədis  dinləmiş  və  nəql  etmişdilər.  Alim  407-ci  ilin  rəbiəlaxir  ayında 

(sentyabr 1016) vəfat etmişdi

1085

.   


 

Əbu Qalib Şüca’ ibn Faris ibn Hüseyn ibn Faris əz-Zıhli Sührəvərdi 

Yaşadığı dövrün tanınmış hədis hafizlərindən idi. H. 430-cu  ildə (1039) Azərbaycanda 

anadan  olmuşdu.  Künyə,  ata  və  baba  adlarını  müqayisə  edilməsi  onun  yuxarıda 

haqqında  yazdığımız  mühəddis  Əbü’ş-Şüca’  Faris  ibn  Hüseyn  Sührəvərdinin  oğlu 

olduğu fikrini oyandırır. Lakin Əbü’ş-Şüca’ Faris Sührəvərdi (öl. 1016) Əbu Qalib Şüca’ 

Sührəvərdinin  anadan  olmasından  23  il  əvvəl  vəfat  etdiyi  üçün  bu  mümkün  deyil. 

Bununla belə onların eyni nəslə mənsub olduqlarını söyləmək mümkündür. Ehtimal ki, 

Əbü’ş-Şüca’  Faris  Sührəvərdi  Əbu  Qalib  Şüca’  Sührəvərdinin  babası  idi.  Əbu  Qalib 

Şüca’  Sührəvərdi  Bağdadda  gedib  bu  şəhərdə  yaşamışdı.  Əbu  Talib  Muhəmməd  ibn 

Muhəmməd ibn əl-Bəzzar, Əbu Muhəmməd Həsən əl-Cəvhəri, Əbu Talib Muhəmməd 

ibn  Əli  ibnü’l-Fəth  əl-Əş’aridən  (öl.  1059)  hədis  dinləmişdi.  İsmayıl  ibn  Səmərqəndi, 

Əbdülvəhhab  əl-Ənmati,  Əbu  Tahir  Əhməd  əs-Süləfi  İsfəhani,  həmçinin  öz  oğlu  və 

qardaşı  Əbu  Hamid  ibn  Faris  əz-Zıhli  ondan  hədis  dinləmişdilər.  Alim  h.  3 

cəmaziələvvl 507-ci ildə (15 oktyabr 1113) Bağdadda vəfat etmişdi

1086

 



 

Şeyxü’ş-şüyux  Şihabəddin  Əbu  Həfs  Ömər  ibn  Muhəmməd  ibn  Abdullah  ibn 

Əmmuyə əl-Bəkri Sührəvərdi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  fütüvvət  təşkilatının  şeyxü’ş-şüyuxu,  baş  şeyxi  idi. 

Rəsulullahın  (م)  I  xəlifəsi  Əbu  Bəkrin  (ا)  nəslindən  idi.  H.  539-ci  ildə  (1144)  anadan 

olmuşdu. Bağdada gəlmiş və burada məskunlaşmışdı. Əmisi Əbu’n-Nəcib Sührəvərdi, 

Muhəmməd ibnü’l-Bəttə, Hibətullah əş-Şibli və Əbdülqadir Gilanidən (1078-1167) dərs 

                                                 

1085

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. III, s. 32-33. 



1086

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. III, s. 32-33; İBN ƏBDÜLHADİ, Təbəqatu-Üləma, C. IV, s. 11-13. 



almışdı

1087


.  Seyyid  Əbü’l-Qasım  əd-Dəbusidən  fiqh  elmini  öyrənmişdi.  Əbu 

Muhəmməd  Rizqullah  ibn  Əbdülvəhhab  ət-Təmimi,  Əbü’l-Həsən  Asim  ibn  Həsən  əl-

Kərxidən  hədis  dinləmişdi.  Ömər  ibn  Əbü’l-Həsən  Bistami  ondan  hədis  dinləmiş  və 

onun  tələbələrindən  biri  olmuşdu

1088

.  Mənbələrin  qeyd  etdiyi  təvəllüd  və  ölüm 



tarixlərindən əmisi Əbu’n-Nəcib Sührəvərdi vəfat edərkən Şihabəddin Ömərin 24 yaşlı 

gənc  olduğu  məlum  olur.  Bu  yaşına  qədər  əlbəttə  ki,  tədris  və  seyri-süluk  (təsəvvüfi 

təlim  mərhələləri)  gördüyü  ehtimalı  böyükdür.  Lakin  ‚Mənaqibi-şeyx  Əvhəddüddini-

Kirmani‛  adlı  mənaqibnamənin  müəllifi  Muhəmməd  Sivasinin  yazdığına  görə 

Ziyaəddin  Əbu’n-Nəcib  vəfatından  bir  müddət  əvvəl  xəlifəsi,  eyni  zamanda  yeznəsi 

olan şeyx Qüdbəddin Əbhəriyə belə demişdi: ‚qardaşımın oğlu Şihabəddin hələ ki, 15 

yaşlı  uşaqdır,  onunla  bağlı  qüsura  yol  vermə,  mən  səni  necə  irşad  etmişəmsə  sən  də 

onu  irşad  et.  Onun  təhsili  üçün  əlindən  gələni  hər  şeyi  et.  Görürəm  ki,  o,  böyük 

qabiyyət  və  qüvvətli  hafizəyə  malikdir.  Mənə  ondan  daha  əziz  heç  kim  yoxdur,  bu  iş 

üçün  də  səndən  daha  müşviq  heç  kim  yoxdur‛

1089

.  Mənaqibnamədə  həm  də 



Əvhədəddin  Kirmani  ilə  şeyx  Şihabəddin  Ömər  Sührəvərdinin  yaxın  dost  olduğunu 

görürük. Belə ki, şeyx Əvhədəddin Kirmani uzaq səfərlərə çıxanda azyaşlı qızı Aminə 

xanımı Bağdadda şeyx Şihabəddin Ömərin evində qoyurdu. Aminə xanım Şihabəddin 

Ömər Sührəvərdinin tələbələrindən və müridələrindən biri olmuşdu

1090

.   


Abbasi  xəlifəsi  Nasir  Li-Dinillah  (1180-1225)  şeyx  Şihabəddin  Öməri  fütuvvət 

təşkilatının,  eləcə  də  bütün  xilafətin  şeyxü’ş-şüyuxluğuna  təyin  etmişdi

1091

.  Şeyx 


Şihabəddin Ömər həmçinin mahir diplomat idi və xəlifənin şəxsi təmsilçisi olaraq bəzi 

diplomatik  fəaliyyətlərdə  olmuşdu.  O,  1221-ci  ildə  xəlifənin  səfiri  olaraq  Konyaya 

getmiş, Anadolu Səlcuqlu sultanı Əlaəddin I Keyqubadla (1220-1237) Gəvalə qalasında 

görüşmüş  və  danışıqlar  aparmışdı

1092

.  Onun  1217-ci  ildə  xəlifənin  adından  Xarəzmşah 



                                                 

1087


 Əbdürrəhman CAMİ,  Nəfəhatü’l-Üns min Həzəratü’l-Qüds, s. 297, İstanbul 1279;  ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-

Dübeysi, s. 287; MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 25. 

1088


 CAMİ, Nəfəhat, s. 527. 

1089


 BAYRAM, Şeyh Evhaü’d-Din El-Kirmanî ve Menâkıb-Nâmesi, s. 153. 

1090


 Həmin əsər, s. 154-155 

1091


 CAMİ, Nəfəhat, s. 527. 

1092


 ƏFLAKİ, Ariflerin Menkıbeleri, C. I, s. 13-15. 

Əlaəddin  Muhəmmədlə  (1200-1220)  apardığı  danışıqlar  isə  Xarəzmşahın  uzlaşmaz 

mövqeyi səbəbiylə uğursuzluqla nəticələnmişdi

1093

.  


İbn Kəsirin yazdığına görə xəlifənin əmri ilə h. 605-ci ildə (1208) şeyx Şihabəddin Ömər 

Sührəvərdi  tutduğu  bütün  vəzifələrdən,  o  cümlədən  vaizlikdən  azad  etmiş,  irşadla 

məşğul  olduğu  xanəgah  əlindən  alınmışdı.  Buna  səbəb  şeyx  Şihabəddinin  xəlifənin 

elçisi  olaraq  Misirə  gedib  Əyyubi  sultanı  Məlik  Adillə  (1200-1218)  görüşəndən  sonra 

sultanın  ona  verdiyi  çox  qiymətli  hədiyyələr  və  xeyli  miqdarda  nəğd  pulla  Bağdada 

qayıtması olmuşdu. Lakin şeyx ona verilən bütün hədiyyələri və nəğd pulu Bağdadın 

yoxsullarına  paylamış,  belə  ki,  özü  müflis  vəziyyətə  düşmüşdü

1094


.  Şeyx  Şihabəddin 

Ömər  Sührəvərdi  daha  sonrakı  illərdə  xəlifənin  elçisi  sifəti  ilə  müxtəlif  ölkələrə 

getdiyinə  görə  xəlifənin  onu  yenidən  əvvəlki  vəzifəsinə  qaytadığını  düşünmək  olar. 

Şeyx  Şihabəddin  Ömər  Sührəvərdi  h.  632-ci  ilin  rəbiəlvvəl  ayında  (dekabr  1234)  vəfat 

etmiş

1095


 və Bağdadın Şünuziyyə qəbristanında dəfn edilmişdi

1096


.  

‚Əvarifü’l-Məarif‛,  ‚Kənzü’l-İbad  fi  Şərhi’l-Əvrad‛,  ‚Cəzbü’l-Qülub  ilə  Müvasilatü’l-

Məhbub‛,  ‚Ədlətü’l-Əyan  və’l-Burhan‛,  ‚İ’lamü’l-hədi  və  Əqidə  Ərbabü’t-təqi‛,  ‚əz-

Zəxair‛,  ‚Risalə  fi’s-Süluk‛,  ‚Risalətü’l-Asimiyyə‛,  ‚Əsmai’l-Ərbəinü’l-İdrisiyyə‛, 

‚Rəşfə’n-Nəsaihü’l-İmaniyyə  və  Kəşfü’l-Fəzaihi’l-Yunaniyyə‛,  ‚Risalətü’l-Fütuh‛

1097


‚Risalətü’s-Seyr 

və’t-Təyr‛

1098


‚əl-Vəsiyyə‛, 

‚Mənasik‛, 

‚Munisü’l-Uşşaq‛

1099



‚Risalətü’r-Rahiqü’l-Məxtum‛  onun  qələmə  aldığı  əsərlərdir



1100

.  Bundan  başqa  o, 

Qur’ani-Kərimin  təfsirinə  dair  ‚Nuğbəti’l-Bəyan  fi  Təfsiri’l-Qur’an‛  əsərin  də 

müəllifidir

1101

. Şeyx Şihabəddin Ömər Sührəvərdi həmçinin bir sıra irili xırdalı risalə və 



tərcümənin  müəllifidir.  Şeyx  Şihabəddin  həm  də  istedadlı  şair  idi.  Şihabəddin  Ömər 

                                                 

1093

 KAFESOĞLU, həmin əsər, s. 216-217. 



1094

  İBN  KƏSİR,  Bidayə  və’n-Nihayə,  C.  XIII,  s.  141-143.  Əbu  Bəkr  ibn  Abdullah  ibn  Aybək  DƏVADARİ  şeyx 

Şihabəddin  Ömər  Sührəvərdinin  xəlifə  Nasir  li  Dinillah  (1180-1225)  tərəfindən  h.  604-cü  ildə  (1207-1208)  Əyyubi 

sarayına səfir göndərildiyini qeyd etmişdir. Lakin şeyxin Əyyubi hökmdarından hədiyyə aldıb-almadığına dair heç 

bir şey yazmamışdır. Bax: Kənzü’d-Dürər və Camiü’l-Ğürər, C. VII, s. 164, (Nşr. S. Ə. Aşur), Qahirə 1972. 

1095


  İbnü’l-Fuvati  onun  h.  632-ci  ilin  məhərrəm  ayında  (oktyabr  1234)  vəfat  etdiyini  qeyd  etmişdir.  Bax:  Məcməü’l-

Adab, C. IV/2, s. 840. 

1096


  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  III,  s.  33.  Həmidullah  Müstəvfiyə  görə  alimin  məzarı  Bağdadın  Babü’t-Təlha 

qəbristanındadır. Bax: Tarixi-Qozidə, s. 669-670, (Nşr. A. Nəvayi), Tehran 1364. 

1097

  Alimin  ‚Əsmai’l-Ərbəinü’l-İdrisiyyə‛,  ‚Rəşfə’n-Nəsaihü’l-İmaniyyə  və  Kəşfü’l-Fəzaihi’l-Yunaniyyə‛  və 



‚Risalətü’l-Fütuh‛ adlı əsərlərinin birər nüsxəsi İstanbul Köprülü yazma əsərlər kitabxanasında saxlanılır. 

1098


 Bir nüsxəsi İstanbul Nuriosmaniyyə kitabxanasında saxlanılır. 

1099


 Bu əsərin iki əlyazma nüsxəsi İstanbul Millət kitabxanasında saxlanılır.  

1100


 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 101, 109, 159, 201, 1073, 1079, 1112; C. II, s. 1017. 

1101


 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 583; C. II, s. 1165. 

Sührəvərdinin qələmə aldığı, indiyə qədər bilinməyən, ‚Risalə fi Şərhi-Ma’nii’l-Fəqr və 

Nəshü’-Füqəra‛ adlı əsəri bizim tərəfimizdən müəyyən edilmişdir

1102

.  


 

Şeyxü’s-şüyux  İmadəddin  Əbu  Cə’fər  Muhəmməd  ibn  Ömər  ibn  Abdullah  ibn 

Əmmuyə əl-Bəkri Sührəvərdi 

Məşhur fətüvvət şeyxi Şihabəddin Əbu Həfs Ömər Sührəvərdinin (öl. 1234) oğlu idi. H. 

618-ci  ildə  (1221)  Ümmü’n-Nasir  təkkəsinin  şeyxi  Rəziyəddin  İsa  ibn  Abdullah  əş-

Şəhrbaninin  vəfatından  sonra  onun  yerinə  bu  vəzifəyə  təyin  olunmuşdu.  Atası  şeyx 

Şihabəddin  Əbu  Həfs  Ömərin  vəfatından  (1234)  sonra  onun  yerinə  Bağdaddakı  əl-

Mə’muniyyə  təkkəsinin  şeyxliyinə  və  bütün  xilafətin  şeyxü’ş-şüyuxluğuna  təyin 

olunmuşdu.  H.  640-cı  ildə  (1242)  Abbasi  xəlifəsi  Müstə’sim  Billahın  (1242-1258)  elçilik 

heyətinin  başçısı  olaraq  Anadoluya getmiş  və  Anadolu Səlcuqlu  sultanı  Qiyasəddin  II 

Keyxosrovla (1237-1246) görüşmüşdü. Bu diplomatik missiyanı yerinə yetirəndən sonra 

Bağdada  qayıtmışdı.  Bir  müddət  sonra  Bağdaddakı  əl-Əzudi  xəstəxanasının 

idarəçiliyinə  təyin  olunmuş,  lakin  h.  650-ci  ildə  (1252)  könüllü  istefaya  getmişdi

1103


Ölüm tarixi məlum deyil.  

 

Şeyx Əizz ibn Ömər ibn Muhəmməd ibn Abdullah Sührəvərdi 

Mühəddis və fütuvvət şeyxi idi. Bağdadda yaşamış, Əbu Əli Muhəmməd ibn Səid ibn 

Nəbhandan hədis dərsləri almışdı. Şeyx Ömər ibn Əbu Bəkr ibn Cabir olun yetişdirdiyi 

mühəddislərdən  biri  idi.  Şeyx  Əizz  Sührəvərdi  h.  11  məhərrəm  657-ci  ildə  (30  dekabr 

1161) vəfat etmişdi

1104


.  

 

Şeyx Əbu Abdullah Muhəmməd ibn Əizz ibn Ömər ibn Muhəmməd ibn Abdullah 



əl-Bəkri Sührəvərdi 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  və  təsəvvüf  şeyxi  idi.  Yuxarıda  haqqında  bəhs 

etdiyimiz  şeyx  Əizz  Sührəvərdinin  oğlu  idi.  İsmayıl  ibnü’s-Səmərqəndi  və  Əbu  Sə’d 

                                                 

1102

 Əsər Konya BYEK, Nr. 198/27-də saxlanılır. 



1103

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 839-840. 

1104

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 144. 



Əhməd  ibn  Muhəmməd  Bağdadidən  hədis  dərsləri  almışdı.  Şeyx  Əbu  Abdullah 

Muhəmməd Sührəvərdi h. 517-ci ildə (1123) anadan olmuş, h. 607-ci ilin şəvval ayında 

(aprel 1211) Bağdadda vəfat etmişdi

1105


.  

 

Şeyx Əsəd ibn Muhəmməd ibn Əizz ibn Ömər ibn Muhəmməd Sührəvərdi  

Şafi’i məzhəbinə mənsub mühəddis və təsəvvüf şeyxi idi. Yuxarıda haqqında məlumat 

verdiyimiz  şeyx  Əbu  Abdullah  Muhəmməd  Sührəvərdinin  oğlu  idi.  Mühəddis 

Muhəmməd  ibn  Mahmud  ibnü’n-Nəccar  (öl.  1245)  onun  tələbələrindən  olmuş,  ondan 

hədis dərsləri almışdı. Şeyx Əsəd Sührəvərdi h. 547-ci ildə (1152) anadan olmuş, h. 614-

cü ilin rəcəb ayında (oktyabr 1217) vəfat etmişdi

1106


 

Fəxrəddin Əbu Abdullah Muhəmməd ibn Əbdülvaris ibn Ömər əl-Bəkri Sührəvərdi 

Mühəddis  idi.  Rəsulullahın  (م)  I  xəlifəsi  Əbu  Bəkrin  (ا)  nəslindən  idi.  Şeyxü’ş-şüyux 

Şihabəddin  Əbu  Həfs  Ömər  Sührəvərdinin  (öl.  1234)  əqrəbası  idi.  İbnü’l-Fuvati 

Fəxrəddin  Əbu  Abdullah  Sührəvərdinin  onun  müəllimlərimdən  İzzəddin  Əli  ibn 

Muhəmməd ibn Əhməd Sührəvərdinin babası olduğunu qeyd etmişdir. Fəxrəddin Əbu 

Abdullah  Sührəvərdi  atası  qazi  Vəcihəddin  Əbdülvaris  və  Əbü’l-Vəqt  Əbdüləvvəlin 

tələbəsi  olmuş,  onlardan  hədis  dərsləri  almıdı.  Fəxrəddin  Əbu  Abdullah  Sührəvərdi 

gözəl əxlaqlı və xoşrəftar insan idi. H. 606-cı ilin şəvval ayında (aprel 1210) vəfat etmiş 

və Bağdaddakı əs-Sultan camesinin yanında dəfn edilmişdi

1107

.  


 

Şeyx Əbü’l-Kərəm Mübarək ibn Həsən Sührəvərdi 

Hədis ravisi və fəqih idi. Bağdadda doğulub böyümüşdü. Bir sıra əsərlərin müəllifi olan 

şeyx Əbü’l-Kərəm Mübarək xeyirxah, saleh əməlli, xoşrəftar insan idi. O, Əbü’l-Qənaim 

ibn  Mə’munun  tələbəsi  olmuş,  fətva  verə  biləcəyinə  dair  icazətnaməni  ondan  almışdı. 

                                                 

1105


 ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 16. 

1106


 ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 143. 

1107


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 341. 

İsmayıl ibn Rizqullah ət-Təmimidən hədis dinləmişdi. Alim h. 550-ci ilin zilhiccə ayında 

(fevral 1156) vəfat etmişdi

1108

.  


 

Əbu Zəkəriyyə Yəhya ibn Abdullah ibn Əizz ibn Ömər Sührəvərdi 

Mühəddis  idi.  Əmiləri  şeyx  Muhəmməd  ibn  Əizz  Sührəvərdi  və  Ömər  ibn  Əizz 

Sührəvərdidən hədis dərsləri almışdı. H. 616-cı ildə (1219) Bağdadda vəfat etmişdi

1109


.  

 

Şihabəddin Əbü’l-Fütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi 

Şihabəddin Yəhya Sührəvərdi 1155-ci  ildə Sührəvərd qəsəbəsində dünaya gəlmişdi

1110


Qazi Nurullah onun şeyxü’ş-şüyux Şihabəddin Ömər Sührəvərdinin (1145-1234) bacısı 

oğlu olduğunu qeyd edir

1111


. Lakin digər mənbələrdə bunu təsdiqləyən mahiyyətdə heç 

bir  məlumat  yoxdur.  Fiqh,  fiqh  üsulu,  kəlam,  astronomiya  və  cədəl  kimi  elm 

sahələrində  öz  dövrünün  tanınmış  alimlərindən  olan  Yəhya  Sührəvərdi  Marağada 

Fəxrəddin  Razi  ilə  birlikdə,  şeyx  Məcdəddin  Cilinin  tələbəsi  olmuşdu

1112

.  Marağada 



tələbə  ikən  sufilərin  söhbət  məclislərində  iştirak  edən  Yəhya  Sührəvərdinin  təsəvvüfə 

meyli artmışdı

1113

. Bunun Yəhya Sührəvərdinin həyatının sonrakı dövrlərində və  işraq 



fəlsəfəsinin  təşəkkülündə  mühüm  rolu  olmuşdu.  Təhsilini  başa  vurduqdan  sonra  bir 

müddət  Azərbaycan,  Arran  və  Şirvanın  şəhərlərini  gəzən  gənc  Şihabəddin  Yəhya 

buradakı alim, mütəfəkkir və təsəvvüf ərbabı ilə görüşüb söhbət etmişdi

1114


. Daha sonra 

vətəni  tərk  edərək  Anadoluya  getmişdi.  Yəhya  Sührəvərdi  burada  Artuqlu  əmiri 

İmadəddin Əbu Bəkrin (1184-1204)  həmayəsinə daxil olaraq Diyarbəkirədə yaşamışdı. 

Diyarbəkirdə  yaşadığı  müddətdə  şərqi  Anadolunun  elm  və  mədəniyyət  mərkəzləri 

                                                 

1108


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. IV, s. 409. 

1109


 ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 382. 

1110


 Rzaqulu Xan HİDAYƏT,  Riyazü’l-Arifin, s. 211, Tehran 1305;  QƏZVİNİ, Asarü’l-Bilad, s. 264; BAKUVİ,  Təlxisü’l-

Asar, s. 75; İsaməddin Əhməd TAŞKÖPRÜZADƏ, Mövzuatü’l-Ülum, C. I, s. 326-329, Beyrut 1985. Şihabəddin Yəhya 

Sührəvərdinin künyəsi, təvəllüd və ölüm tarixləri haqqında mənbələrdə bir-birindən fərqli məlumatlara rast gəlmək 

mümkündür. 

1111


 Qazi Seyyid Nurullah ŞUŞTƏRİ, Məcalisü’l-Mu’minin, v. 345a, AMEA Əİ Fondu, Nr. D 106/10083. 

[

 باٜش ٠ئقاوهٛاٞـ



قٞت ٟقنٝهٌٜ هٔػ ٖ٣كُا

]

  Qazi  Şuştəri  ehtimal  ki,  Yəhya  Sührəvərdini,  Əbu’n-Nəcib  Sührəvərdinin  qardaşı  oğlu 



Şihabəddin Ömər Sührəvərdi ilə qarışdırmışdır.  

1112


 YAFİ’İ, Miratü’l-Cənan, C. III, s. 329-331. 

1113


 HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, s. 502. 

1114


  Şihabəddin  Yəhya  SÜHRƏVƏRDİ,  Məcmuate-Müsənnifati-Şeyx  İşraq,  C.  II,  s.  231,  (Nşr.  Corbin.H),  Tehran  1373; 

Ahmet Kamil CİHAN, ‚Şihabeddin Sühreverdî’nin Eserleri‛, EÜSBED, S. 11, Kayseri 2001, ss. 56-66. 



olan Məyyəfariqin, Mardin və Hərran şəhərlərinə səyahət etmişdi

1115


. Mardində dövrün 

məşhur  alimlərindən  Fəxrəddin  Mardini  ilə  tanış  olmuş  və  bir  çox  elmi  mövzuda 

onunla  fikir  mübadiləsi  aparmışdı.  Fəxrəddin  Mardini  onun  haqqında  belə  demişdi: 

‚Bizim dövrümüzdə (elmi biliyinə görə) onun tayı-bərabərini tapmaq olmaz, lakin mən 

onun  natəmiz  olmasından  və  düşkünlüyündən  ötrü  narahatam.  Ağlının  azlığı  onun 

axırına  çıxacaq‛

1116

.  Şihabəddin  Yəhyanın  geyiminə  və  zahiri  görkəminə  əhəmiyyət 



verməməsi  ilə  bağlı  Zəkəriyyə  Qəzvini  də  öz  əsərində  bir  hadisəni  nəqli  etmişdir. 

Müəllif yazır ki, Qəzvin fəqihlərindən birinin dediyinə görə o, Anadoluda olduğu vaxt 

qaldığı  mehmanxanada  Şihabəddin  Yəhya  ilə  tanış  olmuşu.  Şihabəddin  Yəhyanın 

əynində  qara  rəngli  paltar,  başında  qara  rəngli  qələnsut  varmış.  Şihabəddin  Yəhya 

səma’ (sufilərə məxsus rəqs) etdikdən sonra gəlib oturmuş və hadisəni nəql edən şəxs 

ona  ‚bu  əynindəkindən  başqa  paltar  geymirsən?‛  deyə  sual  vermişdi.  Şihabəddin 

Yəhya  bu  suala  yarımağız  cavab  verəndə  qəzvinli  fəqih  ona  bir  neçə  dəfə  təkidlə 

‚paltarını  yu‛  demişdi

1117

.  Diyarbəkirdən  Anadolu  Səlcuqlularının  hakimiyyəti 



altındakı Sivasa gedən Yəhya Sührəvərdi bir müddət orada yaşamışdı

1118


. O, Anadoluda 

ikən Səlcuqlu sultanı İzzəddin II Qılıncarslanın (1155-1192) oğulları şahzadə Nəsrəddn 

Börkyaruqşah,  Qütbəddin  Məlikşah  və  Rüknəddin  Süleymanşahın  müəllimi 

olmuşdu


1119

.  Qısa  müddət  üçün  Azərbaycana  qayıdan  Yəhya  Sührəvərdi  yenidən 

Anadoluya  getmişdi.  Lakin  orada  da  çox  qalmayıb  Şam  diyarına  getmək  istəmişdi. 

Sultan  İzzəddin  II  Qılıncarslanın  bunu  ona  məsləhət  görməməsinə  rəğmən  Yəhya 

Sührəvərdi  Anadolunu  tərk  edərək  Hələbə  getmişdi

1120


.  Şihabəddin  Yəhyanın 

Anadoludan  Suriyaya  hansı  tarixdə  getdiyini  müəyyənləşdirmək  çətindir.  İranlı 

tədqiqatçılar onun Şam diyarına 1183-cü ildə getdiyini güman etməkdədirlər

1121


. İbnü’l-

Əsirin  öz  əsərində  qeyd  etdiyi  bir  hadisəni  nəzərə  alaraq  onun  Rüknəddin 

Süleymanşahın  şahzadəliyi  dövründə,  bu  şahzadə  hələ  Toqat  məliki  belə  deyilkən, 

                                                 

1115

 Hilmi Ziya ÜLKEN, İslam Felsefesi, Kaynakları ve Tesirleri, s. 188-189, İş Bankası Yay. 1967. 



1116

 Müvəffəqəddin Əbü’l-Abbas İBN ƏBİ USEYBİYƏ, Uyunü’l-Ənba fi Təbəqatü’l-Ətibba, s. 641-642, Beyrut (trz). 

1117

 QƏZVİNİ, Asarü’l-Bilad, s. 264. 



1118

  ÜLKEN,  İslam  Felsefesi,  s.  188-189.  Ehtimal  ki,  Sivasda  Səlcuqlu  şahzadəsi  Qütbəddin  Məlikşahın  himayəsində 

yaşamışdı. Sivas məliki Qütbəddin Məlikşah 1189-cu ilin oktyabrında Konyaya gedib yaşlı atasına təzyiq göstərərək 

özünü vəliəhd şahzadə elan etdirmişdi.  

1119

 Yenə orada



1120

 Yenə orada

1121

 Bax: HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, s. 503; ZƏNCANİ, Tarixi-Zencan, s. 77. 



Suriyaya  getdiyini  deyə  bilərik.  İbnü’l-Əsir  ona  çatan  xəbərlərə  görə  şahzadə 

Rüknəddin  Süleymanşahın  etiqadının  pozuq  olduğunu,  onun  fəlsəfi  cərəyanlardan 

birinə  mənsub  olduğunu,  bu  firqəyə  mənsub  olmaqla  ittiham  edilənlərin  şahzadəyə 

pənah apardıqlarını qeyd etmişdir

1122

. İbnü’l-Əsirə görə şahzadə Rüknəddin ‚bu tayfa‛ 



ilə xoş rəftar edir, onlara lütf və ehsan edirdi. Müəllif yazır: ‚fəqət o, ağıllı idi və xalqın 

ona nifrət etməməsi üçün öz etiqadını gizlədirdi‛

1123

. İbnü’l-Əsir daha  sonra  aşağıdakı 



hadisəni  nəql  edir:  ‚Rüknəddin  Süleymanşahın  yaxın  adamlarından  olan  bir  şəxs 

zındıqlığı  və  fəlsəfi  bir  cərəyana  mənsub  olması  ilə  tanınırdı.  O,  sultanın  yaxın 

adamlarından biri idi. Bir gün bir fəqih həmin adamla elmi münazirəyə girişdi. Həmin 

şəxs  öz  fəlsəfi  etiqadından  danışmağa  başlayanda  fəqih  ayağa  qalxıb  şahzadə 

Rüknəddin  Süleymanşahın  hüzurunda  onu  sillələdi  və  ağır  sözlər  dedi.  Rüknəddin 

Süleymanşah müdaxilə etmədən səssizcə danışılanları dinləyirdi. Fəqih çıxıb gedəndən 

sonra  həmin  adam  şahzadə  Rüknəddinə  ‚belə  bir  adam  sənin  hüzurunda  mənə  qarşı 

hörmətsizlik  edib  həddini  aşır,  lakin  sən  səsini  belə  çıxarmırsan‛  dedi.  Şahzadə 

Rüknəddin  ona  belə  cavab  verdi:  ‚Əgər  mən  də  danışmağa  başlasaydım  ikimiz  də 

öldürülərdik.  Sənin  hər  istədiyini  açıq-aşkar  bəyan  etmən  mümkün  deyil‛.  Bu 

hadisədən sonra həmin filosof onun yanından çıxıb getdi‛

1124


Maraqlıdır  ki,  İbnü’l-Əsir  1188-ci  ildən  sonra  Şihabəddin  Yəhya  Sührəvərdini  edam 

etdirən  sultan  Səlahəddin  Əyyubinin  (1174-1193)  xidmətində  olduğu  və  bu  tarixdən 

1206-cı  ilə  qədər  Yəhya  Sührəvərdinin  edam  edildiyi  Hələbdə  yaşadığı  halda

1125

 

haqqında  danışdığı  bu  ‚zındıqlığı  və  fəlsəfi  bir  cərəyana  mənsub  olması‛  ilə  tanınan 



şəxsin  adını  açıq-aydın  yazmamışdır.  İbnü’l-Əsirin  haqqında  danışdığı  bu  şəxsin 

Şihabəddin  Yəhya  olması  ehtimalı  çox  qüvvətlidir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi 

Yəhya  Sührəvərdi  sultan  İzzəddin  II  Qılıncarslanın  digər  iki  oğlu  ilə  birlikdə 

Rüknəddin Süleymanşahın müəllimi olmuşdur. Bu vaxt Rüknəddin Süleymanşah hələ 

ki, hökmdar deyildi, daha sərbəst hərəkət edəcəyi Toqat məlikliyinə isə atası tərəfindən 

1186-cı  ildə  təyin  edilmişdi.  Atasının  sarayında  şahzadə  ikən  hələ  ki,  heç  kimdən 

                                                 

1122


 İBNü'l-ƏSİR, Kamil fi't-Tarix, C. XII, s. 163. 

1123


 Yenə orada

1124


 Yenə orada

1125


 ŞEŞEN, Müslümanlar’da Tarih-Coğrafya Yazıcılığı, s. 138. 

çəkinməyəcək bir vəziyyətdə deyildi. Himayə etdiyi sözü gedən filosofu da güman ki, 

bu səbəbdən müdafiə etməkdən çəkinmişdi.  

İbn Bibi Anadolu Səlcuqlu dövlətinin səltənət naibi Cəlaləddin Qaratayın qardaşı əmir 

Kəmaləddin  Kamyarın  fəlsəfə  və  filosoflara  qarşı  böyük  marağı  olduğunu,  bu  sahədə 

Şihabəddin  Yəyanı  böyük  alim  kimi  tanıdığını  qeyd  etmişdir

1126


.  Mənbələrdə 

Şihabəddin  Yəhyanın  həmçinin  simya  elmində  də  mahir  olduğu  barədə  məlumatlara 

rast  gəlinir

1127


.  Bununla  yanaşı  onunla  bağlı  bəzi  əcaib  hadisələr  də  mənqibə  halına 

gətirilərək  təbəqat  və  təzkirə  kitablarında  qeyd  edilmişdir.  Bu  mənqibələrin  birində 

yazıldığına  görə  bir  qrup  tələbəsi  ilə  birlikdə  Dəməşqdən  səyahətə  çıxan  Şihabəddin 

Yəhya  yolda  qoyun  otaran  tərəkəmələrə  rast  gəlmişdi.  O,  tələbələrindən  birinə  10 

dirhəm  pul  verərək  qoyun  alması  üçün  tərəkəmələrin  yanına  göndərir.  Tələbə 

tərəkəmələrdən  birinə  10  dirhəm  verərək  sürüdən  bir  qoyun  seçib  götürür.  Bir  qədər 

sonra  başqa  bir  tərəkəmə  arxadan  onlara  yetişərək  qoyunu  satanın  qiymətlərdən 

xəbərsiz  olduğunu,  10  dirhəmə  bundan  daha  kiçik  qoyun  ala  biləcəklərini  deyir. 

Şihabəddin Yəhya tələbələrə qoyunu götürüb getmələrini tapşırır, özü isə tərəkəmə ilə 

danışıb  onu  razı  salmağa  çalışır.  Həqiqətən  o,  çobanı  dilə  tutaraq  razı  sala  bilmişdi. 

Lakin  bir  müddət  sonra  tərəkəmə  yenidən  qoyunun  ucuza  getdiyi  fikrinə  qapılaraq 

onların  arxasınca  yollanmışdı.  Şihabəddən  Yəhyanı  çağırsa  da  o,  dönüb  arxaya 

baxmayaraq yoluna davam etmişdi. Nəhayət arxadan ona yetişən tərəkəmə Şihabəddin 

Yəhyanın qolundan tutub özünə tərəf çəkmişdi. Çəkilən qol qopub tərəkəmənin əlində 

qalmış,  qorxuya  qapılan  çoban  qopan  qolu  ataraq  qaçmağa  başlamışdı.  Şihabəddin 

Yəhya bir damla qan belə axmayan qolunu yerdən alıb yerinə qoymuş və tələbələri ilə 

birlikdə yola davam etmişdilər

1128


. Bir dəfə də güya insanlar Şihabəddin Yəhyanın suyu 

dibi  görünənə  qədər  iki  yerə  böldüyünü  görmüşdülər

1129

.  Hətta  Şihabəddin  Yəhyanın 



                                                 

1126


 İBN BİBİ, Əvamirü’l-Əlaiyyə, s. 478. Bu iki qardaş mənşəcə rum, yəni Anadolu yunanı idilər. Ailələri İslamı qəbul 

etmiş və türkləşmişdi.  

1127

  Əlişir  NƏVAYİ,  Nəsayimü’l-Məhəbbə  min  Şəmayimü’l-Fütuvvə,  (Nşr.  K.  Eraslan),  s.  382-383,  İstanbul  1979;  CAMİ, 



Nəfəhat, s. 658-659. 

 

1128



 YAFİ’İ, Miratü’l-Cənan, C. III, s. 329-330; CAMİ, Nəfəhat, s. 658-659; TAŞKÖPRÜZADƏ,  Mövzuatü’l-Ülum, C. I, s. 

326-329.  

1129

 QƏZVİNİ, Asarü’l-Bilad, s. 264.  



Məkkədə  ikən  Hira  mağarasına  gedərək  orada  yaşadığını,  ‚qum,  fə-ənzir‛

1130


 

[

نِمَٗأك ُْْه



]

 

yəni ‚qalx və insanları xəbərdar et‛ əmri gələnə qədər oradan çıxmayacağını bildirdiyi 



də  deyilirdi

1131


.  Sufizmin  mənqibə  kitablarında  bu  qəbildən  olan,  fizika,  tibb  kimi 

elmlərin qanunlarına, yəni sünnətullaha

1132

 meydan oxuyan nağılvari hekayələrə tez-tez 



rast gəlmək mümkündür. Lakin məsələ burasındadır ki, bu cür mənqibələrin yayılması 

hələ yaşadığı dövrdə Şihabəddin Yəhya haqqındakı ictimai rəyin birmənalı olmamasına 

yol açmışdı. Hələbdə yaşadığı vaxt insanların bir qismi onu təkfir edib kafirliklə ittiham 

edərkən,  digər  bir  qismi  də  onu  kəramət  sahibi  övliyaullahdan  biri,  yəni  Allah  dostu, 

xalis  mömin  hesab  edirdi

1133


.  Hələb  əhalisinin  Şihabəddin  Yəhyanı  təkfir  etdiklərini 

Şəms-Təbrizinin  sözlərindən  də  anlamaq  mümkündür.  Şəms-Təbrizi  Konyadakı 

söhbədlərinin  birində  deyirdi:  ‚Şam  diyarında  o  köpəklər  Şihaba  açıq-aşkar  kafir 

deyirdilər...‛

1134

.  


Anadoludan  Suriyaya  gedən  Şihabəddin  Yəhya  Hələbdəki  Həlaviyyə  mədrəsəsində 

dərs verməyə başlamışdı. Burada şeyx İftixarəddin adlı bir şəxslə tanış olmuş və onun 

vasitəsi ilə Hələb məliki, Əyyubi şahzadəsi əz-Zahirlə tanış olmuşdu

1135


. Qısa müddətdə 

məlikü’z-Zahirin

1136

  hörmətini  qazanan  Şihabəddin  Yəhya  Əyyubi  şahzadəsinin 



hüzurunda  tərtib  edilən  elmi  diskussiyalarda  iştirak  etməyə  başlamışdı.  O,  dərin 

                                                 

1130

  Bu  Qur’ani-Kərimin  Müddəssir  surəsinin  2-ci  ayəsidir.  Allah  Rəsulu  (م)  Hira  mağarasında  ikən  ona  vəhy 



edilmişdir.  Bu  əmrlə  İslamın  gizli  dəvət  dövrü  qapanıb  açıq  təbliğ  dövrü  başlamışdı.  Maraqlıdır,  əgər  Şihabəddin 

Yəyya Sührəvərdi də həqiqətən belə bir əmr gözləyibsə, kimdən gözləyib? 

1131

 Təqiyəddin Əbü’l-Abbas Əhməd İBN TEYMİYYƏ, İman Üzerine, (Trc. S. Uçan), s. 126, İstanbul 1994.       



1132

  Qur’ani-Kərimin  bəzi  ayələrində  Allahın  təbiətdə  yaratdığı  qanunlardan  danışılır.  Buna  Mülk  surəsi  3,  Əhzab 

surəsi 62-ci ayələri nümunə göstərə bilərik. Əhzab surəsi 62-ci ayədə deyilir: 

[

لا٣ِكْثَذ ِالله ِحٍَُُِّ٘ َك ِعَذ  َُْٖ َٝ



]

 ‚Sən sünnətullahda 

(Allahın qoyduğu qayda-qanunda) əsla dəyişiklik görməzsən!‛. Buradakı ‚qayda-qanun‛un Allahın yaratdığı təbiət 

qanunları  kimi  də  təfsir  olunmuşdur.  Yəni  əgər  su  100  C

0

-yə  qədər  isidilibsə  o  mütləq  qaynamalıdır.  Çünki  100 



dərəcə  suyun  qaynama  tempraturudur.  Bu,  qanundur.  Eləcə  də  əgər  insanın  toxumaları  zədələnərkən  qopubsa  o 

mütləq  qanamalıdır.  Burada  sadəcə  peyğəmbərlər  istisna  təşkil  edir.  Çünki  onlar  insanlara  ‚mən  Allahın  sizə 

göndərdiyi  elçiyəm‛  deyərkən  sübut  istəniləcəyi  təqdirdə,  insanların  hər  gün  şahidi  olmadıqları,  təbiətdəki 

qanunları  aşan,  sadəcə  və  sadəcə  Allahın,  yəni  o  qanunları  yaradanın,  qüdrətinin  yetə  biləcəyi  bir  hadisə  ilə 

üzləşmələri lazım gəlirdi ki, həmin şəxsin Allahın adından yalan danışmadığı məlum olsun.  

1133


 YAFİ’İ, Miratü’l-Cənan, C. III, s. 329-330; NƏVAYİ, Nəsayimü’l-Məhəbbə, s. 382-383; CAMİ, Nəfəhat, s. 658-659. 

1134


 ƏFLAKİ, Ariflerin Menkıbeleri, C. II, s. 93. Mənbələrdə Şihabəddin Yəhyanın 1191-ci ildə Hələb zindanında həbsdə 

olduğu  vaxt  Şəms  adlı  gənc  bir  tələbəsinin  də  onunla  birlikdə  olduğu  barədə  məlumatlar  var.  Bax:  ÜLKEN,  İslam 



Felsefesi, s. 207. Bu şəxsin Şəms-Təbrizi olduğunu ehtimal edirik. Çünki Şəms-Təbrizinin ‚Məqalat‛ında qeyd edilmiş 

söhbətlərindən  də  onun  Şihabəddin  Yəhya  Sührəvərdi  ilə  şəxsən  tanış  olduğu  məlum  olur.  Bax:  Məqalati-Şəmsi-



Təbrizi, (Nşr. Ə. Xoşnüvis), s. 258, 349-350, Tehran 1349. 

1135


 ZƏNCANİ, Tarixi-Zəncan, s. 76. 

1136


 Məlikü’z-Zahir ğazi (öl. 1216)-Əyyubi hökmdarı sultan Səlahəddin Yusif Əyyubinin (1169-1193) oğlu idi. Əyyubi 

hökmdarı əmisi Məlik I Adilə (1200-1218) bağlı olaraq Hələb şəhəri və ətraf vilayətləri idarə etmişdi. Məlikü’z-Zahir 

yeniyetməlik yaşlarından Hələb hakimi olmuş və gənc yaşlarında vəfat etmişdi. Ətraflı məlumat üçün bax: ƏBÜ’l-

FİDA, Kitabü’t-Tibrü’-Məsbuk, s. 73.  



mühakimə  qabiliyyəti  və  inandırıcı  dəlilləri  ilə  rəqiblərini  üstələməyi  bacarırdı.  Belə 

diskussiyalardan birində Hələbin fəqih və kəlam alimləri ilə qızğın mübahisəyə girişən 

Yəhya  Sührəvərdi  məlikü’z-Zahirin  ehtiramını  qazanmışdı

1137


.  Hələbdə  tez-tez 

mütəkəllimlər,  fəqihlər  və  məşşai  filosofların  iştirak  etdikləri  münazirə  məclislərində 

iştirak  edərək  özünün  işraqi-fəlsəfi  fikirlərini  müdafiə  edən  Yəhya  Sührəvərdi  qısa 

müddətdə  mütəkəllim  və  fəqihlərin  hədəfinə  çevrildi.  Şam  diyarı  üləması  Şihabəddin 

Yəhyanı  batini  əqidəli  olmaqla  və  küfrlə  suçlayaraq  sultan  Səlahəddin  Əyyubiyə 

şikayət  etdilər.  Onlar  sultan  Səlahəddin  Əyyubidən  onun  Misirə  aparılıb  orada 

nəzarətdə  saxlanmasını  və  Suriyaya  gəlməsinin  qadağan  edilməsini  xahiş  etmişdilər. 

Əks  təqdirdə  şahzadə  məlikü’z-Zahirin  əqidəsinin  pozulacağından  və  Hələbdə  fitnə 

qopacağından  əndişə  etdiklərini  bildirmişdilər.  Səlahəddin  Əyyubinin  əmri  ilə 

Şihabəddin Yəhya Sührəvərdi 1191-ci ildə məhkəməyə verilmiş, məhkəmə onu təqsirli 

bilərək  edama  məhkum  etmişdi.  Vəzir  Qazi  əl-Fazil

1138


  məhkəmənin  qərarını 

təsdiqləyərkən  üzərinə  öz  xətti  ilə  belə  yazmışdı:  ‚Şihabəddin  Yəyha  Sührəvərdinin 

qətli  vacibdir.  O,  buna  artıqlaması  ilə  layiqdir‛

1139


.  Hələb  zindanına  həbsə  göndərilən 

Şihabəddin  Yəhya  Sührəvərdi  1191-ci  ildə  burada  ölmüşdü.  Onun  necə  edam  edildiyi 

ilə bağlı mənbələrdə müxtəlif məlumatlar var. Lakin bunlardan daha səhih olanı, Əbu 

Yə’la Yafi’i və İbn Əbi Usəybiyyənin qeyd etdikləri kimi, onun öz istəyi ilə ac və susuz 

qalaraq ölməsidir

1140


. Şihabəddin Yəhya Sührəvərdi həyatda ikən də uzun müddət ac və 

susuz qalaraq riyazət edirdi

1141

. Hətta bu səbəbdən arıqlayaraq bədəni çox zəif olmuşdu. 



Görünür ölümü də belə qəbul etmək istəmişdi.  

                                                 

1137

 İBN ƏBİ USEYBİYƏ, Təbəqatü’l-Ətibba, s. 641-642; MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 



66-67; ZƏNCANİ, Tarixi-Zəncan, s. 84. 

1138


  Qazi  əl-Fazil  ləqəbi  ilə  tanınan  Əbdürrəhim  ibn  Əli  ibn  Muhəmməd  əl-Ləxmi  əl-Beysani  (1135-1200)  yaşadığı 

dövrün  məşhur  fəqih,  ədib  və  dövlət  xadimlərindən  biri  olmuşdu.  Fələstinin  Qəzza  bölgəsinin  Əsqəlan  şəhərində 

dünyaya  gələn  qazi  əl-Fazil  Misirdə  təhsil  almış,  Səlahədin  Əyyubinin  dövlət  divanında  müxtəifi  vəzifələri  icra 

etmiş, nəhayət sultan tərəfindən vəzirlik vəzifəsinə təyin edilmişdi.  

1139

 İBN ƏBİ USEYBİYƏ, Təbəqatü’l-Ətibba, s. 642; ZƏNCANİ, Tarixi-Zəncan, s. 84. 



1140

  YAFİ’İ,  Miratü’l-Cənan,  C.  III,  s.  331;  İBN  ƏBİ  USEYBİYƏ,  Təbəqatü’l-Ətibba,  s.  642.  Görünür  məhbusların  ölüm 

aclığı elan etməsinin tarixi xeyli qədimdir. Güman ki, bunu ilk edən də Şihabəddin Yəhya Sührəvərdi olmuşdur. 

1141


 HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, s. 504. Riyazət-yemək, içmək və digər dünyə nemətlərini tərk etmək. Az yemək və 

içməklə  nəfsi  tərbiyə  etmək.  Riyazət  oruc  tutmaqdan  fərqli  bir  şeydir.  Riyazət  nəticəsində  qeybdən  ilham  aldığını, 

həqiqətlərin kəşfinə məzhər olduğunu iddia edənlər də olmuşdur. Güman ki, riyazət sahiblərinin gözünə ‚qeybdən 

sadir olan həqiqət‛ kimi görünənlər uzun müddət ac və susuz qalmağın nəticəsində meydana gələn qarabasmalar və 

halusunyasiyalar olmuşdur.  


Yəhya  Sührəvərdi,  24-ü  müasir  dövrə  qədər  gəlib  çatmamış,  irili-xırdalı  102  əsərin 

müəllifi  idi.  Bilinən  78  əsərdən  26-sı,  əksəriyyəti  İranda  olmaqla,  nəşr  olunmuşdur

1142

.  


Yəhya  Sührəvərdi  həmçinin  şair  idi.  Onun  farsca  şerlərini  ehtiva  edən  bir  məcmuə 

Konya  Mövlana  muzeyi  kitabxanasında  saxlanılır

1143

.  Şihabəddin  Yəhya  əsərlərinin 



mühüm  bir  qismini  Anadoluda  yaşadığı  dövrdə  qələmə  almışdı.  Artuqlu  əmiri 

İmadəddin  Əbu  Bəkrə  ithafən  yazdığı  ‚Əlvahü’l-İmadi‛  adlı  əsərinin  ən  qədim 

nüsxələrindən  biri  Konya  Yusifağa  kitabxanası  Nr.  4866/3-də  saxlanılır.  Onun 

‚Risalətü’t-Təyr‛,  ‚Yəzdan  Şenaxt‛

1144

  (Nr.  12053),  ‚Tuhfətü’l-Əhbab‛  (Nr.  7342)  adlı 



əsərləri İranda,  Astanqüdse Rezəvi kitabxanasında

1145


, h. 691-ci  (1292)  il  istinsəx tarixli 

‚Hikmətü’l-İşraq‛  və  ‚Heyakilü’n-Nur‛  adlı  əsərləri  isə  İstanbulda,  Köprülü 

kitabxanasında

1146


  mühafizə  edilməkdədir.  Onun  Səlcuqlu  şahzadəsi  Nəsrəddn 

Börkyaruqşaha ithafən qələmə aldığı  ‚Pərtəvnamə‛ adlı əsəri Qahirə Milli kitabxanası 

Nr.  194,  ‚Risaleyi-Həqiqətü’l-Eşq  ya  Munisü’l-Üşşaq‛  adlı  risaləsi  isə  Nr.  510-da 

saxlanılır

1147

.  


Bundan  başqa  Şihabəddin  Yəhya  Sührəvərdinin  ərəbcə  və  farsca  qələmə  aldığı 

əsərlərinin  bəziləri  aşağıdakıladır:  ‚əl-Mütarixət‛,  ‚ət-Təlvihat‛,  ‚əl-Ləma’at‛,  ‚əl-

Müqavəmat‛, ‚Rəmzü’l-Mumi‛, ‚Məbdə’ və’l-Məad bi’l-Farisiyyə‛, ‚Bustanü’l-Qülub‛, 

‚Təvariqü’l-Ənvar‛,  ‚Tənkiha  fi’l-Üsul‛,  ‚Kitab  fi’t-Təsəvvüf  yu’raf  bi’l-Kəlima‛, 

‚Barikatü’l-İlahiyyə‛,  ‚Nəğəmatü’s-Səmaviyyə‛,  ‚Raqimü’l-Qüds‛,  ‚Kitabi-Zənd‛, 

‚Etiqadü’l-Hükəma‛, ‚Kitabü’s-Səbr‛, ‚Risalə fi halətü’t-Tufliyyə‛, ‚Risalətü’l-Me’rac‛, 

‚Ruzi ba camaate-Sufiyan‛, ‚Əqle-Sorx‛, ‚Avaze-Pəre-Cəbrail‛, ‚Qürbətü’l-Qəribiyyə‛, 

‚Səfire-Semurğ‛,  ‚Lüğəte-Muran‛,  ‚Risalətü’t-Təsvir  ayət  imn  Kitabullah  və  xəbəri-

Rəsulullah‛, ‚Qayətü’l-Mübtəda‛

1148


Şihabəddin  Yəhya  Sührəvərdinin  öz  dövrünün  böyük  mütəfəkkirlərindən  biri 

olduğunu onun müasiri olmuş alimlərin bir çoxu təsdiq etmişdirlər. İşraq fəlsəfəsi onun 

                                                 

1142

 CİHAN, həmin məqalə



1143

 Abdülbaki GÖLPINARLI, Mevlana Müzesi Yazmalar Kataloğu, C. I, s. 165, Ankara 1967. 

1144

  Möhtərəm  prof.  Mikayıl  Bayram  ‚Yəzdan  Şenaxt‛ın  Əxi  Əvrən  Nəsirəddin  Mahmud  Xoyiyə  aid  olduğunu 



müəyyən etmişdir, bax: Ahi Evren ve Ahi Teşkilatı’nın Kuruluşu, s. 68-69.   

1145


 MÜŞTƏRƏK, Fehriste-Kitabxaneyi-Astanqüdse-Rezəvi, C. XI, s. 294 ,340, Tehran 1926. 

1146


 MÜŞTƏRƏK, Fihris Mahtutat-ı Mektebet-i Köprülü, (Nşr. E. İhsanoğlu), C. II, s. 331, 361, İstanbul 1986. 

1147


 MÜŞTƏRƏK, A Title Catalogue of Persian Manuscripts in the National Library Till 1963, C. I, s. 38, 125, Kahire 1966.  

1148


 MƏMMƏDOV, həmin əsər, s. 68-69; CİHAN, həmin məqalə

əsərləri və düşüncələrində yenidən canlanma fürsəti tapmşdır. Buna görə də o Şeyxü’l-

İşraq adlandırılmışdır. İşraq fəlsəfəsinin mənşəi qədim yunan filosofu Platona (Əflatun) 

qədər  gedib  çıxır.  Platondan  sonra  bu  fəlsəfi  cərəyan  Misirdə  yayılmış  və  inkişaf 

etmişdi.  İşraq  fəlsəfəsi  Bizansın  rəsmi  dairələri  tərəfindən  təqib  edildiyi  üçün  bu 

düşüncə  VI  əsrin  ortalarında  mühacirət  edən  neoplatonist  (yeniəflatunçu)  filosoflar 

tərəfindən  İrana  gətirilmişdir

1149

.  Platon  və  ustadı  Sokrat  da  bu  fəlsəfənin  təməlini 



qoyarkən  qədim  İran  mütəfəkkirlərinin  düşüncələrindən  faydalanmışdılar.  Platon  öz 

akademiyasındakı mühazirələrində Zərdüştdən tez-tez rəğbətlə söz açardı

1150

. Abbasilər 



dövründə yunan filosoflarının əsərləri ərəbcəyə tərcümə edildikdən sonra neoplatonist 

cərəyan  müsəlman  məmləkətlərində,  ələlxüsus  İranda  yayılmaq  üçün  yeni  fürsət  əldə 

etmiş  oldu

1151


.  Neoplatonist  fəlsəfəyə  maraq  xüsusilə  Abbasilərdən  xəlifə  Mə’munun 

(813-833)  hakimiyyəti  illərində  zirvəyə  çatmışdı.  Bu  dövrdə  sufizm  də  bu  təmayülə 

paralel  olaraq  və  onun  təsirində  inkişaf  edirdi

1152


.  Şihabəddin  Yəhyanın  İşraq 

nəzəriyyəsinin  platonist  fəlsəfə  ilə  sufizmin  xəlitəsindən  ibarət  olması  bundan  irəli 

gəlir.  Şihabəddin  Yəhyanın  aristotelçi  məşşai  filosoflarla  həqiqəti  idrak  metodunda 

ixtilaf etdikləri əsas məsələ buradan irəli gəlir. Məlum olduğu kimi məşşai (peripatetik) 

fəlsəfə  varlıqları  üç  əsas  hissəyə  ayırır:  vacib,  mümkün  və  qeyri-mümkün.  İşraq 

fəlsəfəsində isə əşya ya nurdur ya da zülümət. Nur ikiyə ayrılır, zatı ilə qaim olan nur, 

zatından  qeyri  ilə  qaim  olan  nur.  İşraqiyyə  eynən  zülüməti  də  beləcə  iki  qismə  ayırır. 

Beləliklə  işraqiyyəyə  görə  əşya  üç  deyil,  dörd  əsas  hissəyə  ayrılır.  İşraqi  fəlsəfə 

məşşailərin  əşyanın  ya  cövhər  ya  da  a’raz  olduğu,  ya  özünü  idrak  etdiyi,  ya  da  öz 

varlığından  qafil  olduğu  fikrinə  qarşı  çıxmaqdadır.  İşraqiyyəyə  görə  əşya  ‚nuri-

mücərrəd‛dir. Özünü  dərk edib qavradıqca  ondan yeni şeylər südur olur ki,  bunu da 

‚nuri-a’raz‛ adlandırırdılar

1153



Məşşai fəlsəfə həqiqəti ortaya çıxaran, dəqiq biliyi əldə edən yol olaraq özünün burhani 



metodunu,  yəni  qəti  əqli  dəlillərə  əsaslanan  isbat  metodunu  qəbul  edir

1154


.  İşraqi 

                                                 

1149

 Zəbihullah SƏFA, Tarixi-Ədəbiyyat dər İran, C. II, s. 998-999, Tehran 1339. 



1150

 Həmin əsər, s. 333, 999. 

1151

 Həmin əsər, s. 999. 



1152

 ZƏNCANİ, Tarixi-Zəncan, s. 84; SƏFA, Tarixi-Ədəbiyyat dər İran, C. II, s. 999 

1153

 HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, s. 508. 



1154

 İsmayıl Hakkı İZMİRLİ, İslam’da Felsefe Akımları, (Nşr. N.A. Özalp), s. 24-25, İstanbul 1995. 



fəlsəfədə isə həqiqi elm, bilik Yəhya Sührəvərdinin ‚Hikmətü’l-İşraq‛ında qeyd etdiyi 

kimi  bu  biliyi  əldə  etmək  istəyən  şəxsin  ‚riyazət  və  zövqləri  vasitəsi‛  ilə  əldə  edilə 

bilər

1155


.  İşraqi  fəlsəfənin  metodu  naməlum  müəllif  tərəfindən  türkcə  qələmə  alınmış, 

Konya  BYEK  Nr.  1792-də  saxlanılan  məcmuədəki  bir  əsərdə  belə  açıqlanır:  ‚Cənabi-

Sührəvərdinin  fəlsəfəsindəki  məbdə’i-hərəkət  üsuli-mükaşəfədir.  Yəni  fəlsəfəyi-

zövqiyyədir.  Mükaşəfəyə  istinad  edir.  Əql  təriqi  insanı  həqiqətə  irsal  edəməz.  Əql 

məhəlli-ixtilafdır.  Həqiqətdə  mükaşəfə  əsasdır.  Bu  əsasla  gedilsə  yekdigərinə  ixtilaf 

edilməz.  İxtilaf  ancaq  dəlilə  aid  qalar.  Həqiqətdə  ixtilaf  mümkün  deyil.  Zira  həqiqət 

dəyişməz‛

1156


.  

Ardıcılları  və  fikirdaşları  şeyxü’l-İşraqın  əsərlərini  və  düşüncələrini  nə  qədər  təvil 

etməyə,  yozmağa  çalışsalar  da  bu  əsərlərin  məcusiliyin,  zərdüştiliyin  güclü  təsiri 

altında  qalmış  şəxs  tərəfindən  qələmə  alındığı  açıq-aşkar  özünü  biruzə  verir.  Onun 

‚Pərtəvnamə‛,  ‚Həyakilü’n-Nur‛,  ‚Əlvahi-İmadi‛,  ‚Rəsaili-İrfani‛,  ‚Risalətü’t-Təyr‛, 

‚Avaze-Pəre-Cəbrail‛,  ‚Əqle-Sorx‛,  ‚Ruzi  ba  camaate-sufiyan‛,  ‚Fi  halətü’t-Tufliyyə‛, 

‚Fi  həqiqətü’l-Eşq  ya  Munisü’l-Uşşaq‛,  ‚Lüğəte-Muran‛,  ‚Səfire-Semurğ‛,  ‚Bustanü’l-

Qülub ya Rəvzətü’l-Qülub‛, ‚Yezdan-Şenaxt‛ kimi farsca əsərləri Seyyid Hüseyn Nəsr 

və  Henry  Corbin  tərəfindən  ‚Məcmuate-Asari-Farisi  Şeyx  İşraq‛  adı  ilə  1970-ci  ildə 

Tehranda  iki  cild  halında  nəşr  edilmişdir.  Buradakı  əsər  və  məqalələrdə  Şihabəddin 

Yəhyanın  ciddi  şəkildə  qədim  İranın  din,  mədəniyyət  və  fəlsəfəsinin  təsirində  olduğu 

görülür.  Belə  ki,  o,  özünün  ‚Kitabi-Zənd‛  adlı  məqaləsində  Platonu  ‚rəisü’l-hikmə‛, 

Zərdüştü  isə  ‚imami-kamil  və  hakim‛  adlandırmaqdan  çəkinməmişdir

1157


.  Şihabəddin 

Yəhya  ‚Hikmətü’l-İşraq‛  adlı  əsərində  ‚işığın  və  zülmətin  zəmin  təşkil  etdiyi  təməl 

üzərində‛  qurduğu  fəlsəfəsini  rəmzlər  və  simvollar  vasitəsiylə  izah  etmişdir.  Müəllif 

deyir:  ‚Əgər  istifadə  etdiyim  rəmzləri  anlamasanız,  məni  qınamayın.  Bilin  ki,  bir  çox 

hikmət  sahibi  öz  fikirlərini  nadanların  tə’nəsindən  qorunmaq  üçün  rəmz  və  işarələrlə 

izah etmişdir. Bəsirət sahibləri anlayarlar‛

1158

. Lakin bu rəmzlər demək olar ki, müəllifin 



özündən başqa  heç kimin anlaya bilməyəcəyi növdəndir. İşin maraqlı tərəfi  isə Yəhya 

                                                 

1155

 HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, s. 504. 



1156

 ANONİM, Həyakilü’n-Nur Müəllifi Şeyx Sührəvərdi Həzrətlərinin Fəlsəfəsi, v. 259a, KBYEK, Nr. 1792. 

1157

 ÜLKEN, həmin əsər, s. 192. 



1158

 HƏLƏBİ, Tarixi-Fəlasifəyi-İran, s. 504. 



Sührəvərdinin  bu  rəmz  və  işarələrin  demək  olar  ki,  hamısını  qədim  İran  əsatirləri  və 

zərdüştilikdən götürməsidir. Bununla yanaşı onun əsərlərində israiliyyatın, yəni qədim 

yəhudi  dini  hekayələrinin  də  təsirini  görmək  mümkündür.  Məsələn  ‚Əqle-Sorx‛ 

(Qırmızı  Ağıl)  adlı  əsərində  bir  dostu  şeyxü’l-İşraqdan  soruşur:  ‚quşlar  bir-birlərinin 

danışığını  başa  düşürlərmi?‛.  O,  ‚bəli‛  deyə  cavab  verir.  Dostu  bunun  dəlilini  tələb 

edəndə  o,  güya  başına  gəlmiş  bir  əhvalatı  ona  nəql  edir.  Həmin  əhvata  görə  bir  gün 

quşlar  şeyxü’l-İşraqı  naməlum  bir  aləmə  aparırlar.  Orada  şeyxü’l-İşraq  ağ  saqqallı, 

qırmızı üzlü bir gənclə rastlaşır və ona ‚ey gənc!‛ deyə xitab edir. Həmin şəxs ona belə 

xitab  etməyin  yanlış  olduğunu  deyir  və  özünü  belə  tanıdır:  ‚Mən  həqiqətin  oğluyam. 

Həm  də  gənc  deyil,  nurani  bir  qocayam,  gəldiyim  yer  Qaf  dağıdır,  sən  də  əvvəlcə 

oradan  gəlmisən,  fəqət  unutmusan‛.  Şeyxü’l-İşraqın  ‚üzün  niyə  qırmızıdır‛  sualına 

həmin  şəxs  ‚axşamın  başlaması  qırmızıdır,  səhərin  başlaması  qırmızı,  günəş  batarkən 

qırmızıdır,  doğarkən  qırmızı.  Qəndilin  alovunun  çıxışı  nur  bəyazıdır,  ən  üstü  qara 

tüstü,  bu  ikisinin  arası  qırmızıdır.  Qürub  və  tülu’nun  hər  isisinin  arası  qırmızılıqdır, 

fəqət bir tərəfi qara (gecə), digər tərəfi isə bəyazdır (gündüz)‛ deyə cavab verir. Şeyxü’l-

İşraq  ondan  əziyyətdən  qurtulmanın  yolunu  soruşur.  O,  deyir  ‚dirilik  bulağını  tap,  o 

bulağın suyu ilə yuyun və beləcə Davudun zirehi bədənini örtsün, Bilarəkin qılıncının 

zərbəsindən  qorunarsan‛.  Sonra  aralarında  belə  bir  dialoq  baş  verir:  Şeyxü’l-İşraq: 

‚Dirilik  bulağı  haradadır?‛.  Əqle-Sorx:  ‚Zülümətdədir,  oraya  getmək  üçün  Xıdırın 

çarıqlarını  geyməlisinə‛.  Şeyxü’l-İşraq:  ‚Zülümətin  əlaməti  nədir?‛.  Əqle-Sorx: 

‚Qaradır və sən özün də zülümətsən, fəqət fərqində deyilsən‛. Şeyxü’l-İşraq: ‚Sənin bu 

aləmdə  nə  işin  var?‛.  Əqle-Sorx:  ‚Mən  səyyaham  və  bu  aləmdə  yeddi  əcaibə  rast 

gəldim.  Bunların  ilki  mənim  vətənim  olan  Qaf  dağıdır,  ikincisi  gecəni  aydınladan 

cövhərdir,  üçüncüsü  on  iki  iş  yeridir,  dördüncüsü  Davudun  zirehidir,  beşincisi 

Bilarəkin qılıncıdır, altıncısı dirilik bulağıdır, yeddincisi budaqlarında hər cür meyvənin 

yetişdiyi  Tuba  ağacıdır.  Simurğ  quşunun  yuvası  bu  ağacın  başındadır.  Zal  anadan 

olanda saçı və üzü ağappaq olduğu üçün atası Sam onu aparıb səhraya atmışdı. Simurğ 

Zalı alıb aparmış və böyütmüşdü‛

1159

. Sonra Şihabəddin Yəhya bu qədim İran əsatirini 



təfərrüatı ilə yazır. 

                                                 

1159

  Şihabəddin  Yəhya  SÜHRƏVƏRDİ,  Məcmuate-Asari-Farisi  Şeyx  İşraq,  C.  II,  s.  226-239,  (Nşr.  S.H.Nasr-Corbin.H), 



‚Ruzi  ba  camaate-sufiyan‛  (Sufilərin  arasında  bir  gün)  adlı  əsərində  isə  Şihabəddin 

Yəhya  özünün  yaradılış  fəlsəfəsini  belə  açıqlayır:  ‚Xoda  (tanrı)  fələkləri  yaradandan 

sonra,  fələyin  təzyinatı  üçün  nuru  ilk  fələyə  göndərmişdir.  Lakin  lətifliyindən  ötrü 

fələki-əvvəl  onu  daşıya  bilməmişdir.  Çünki  fələk  yaradılışı  etibarı  ilə  varlıqla  yoxluq 

arasındadır. Bir yandan ‚vücud‛a qonşudur, digər yandan isə ‚ə’dm‛ə. Bəs bu ikisinin 

arasında nə var? Ona əşya demək olarmı? Surətinə görə o, naçizə (əşya olmayana) daha 

yaxındır.  Amma  keyfiyyət  baxımından  digər  əşyadan  daha  çox  əşya  xüsusiyyətlərinə 

malikdir.  Məsələn  hava,  sən  onu  nəzərə  almırsan.  Lakin  onda  hərəkət  qüvvəsi 

mövcuddur. Zərrələri daşıya bilir. Bu onun lətifliyindən irəli gəlir. Nur ikinci fələyə çatı 

və  onu  cüzlərə  ayırdı.  Bu  cüzlərdən  ulduzlar  meydana  gəldi.  Bu  parçalanmadan  geri 

qalanlar  üçüncü  fələyə  çatdılar.  Bunladan  da  Zühal  (Saturun)  ulduzu  meydana  çıxdı. 

Bu parçalanmadan geri qalanlar dördüncü fələyə çatdı. Bunladan da Müştəri (Yupiter) 

ulduzu meydana çıxdı. Eynən beləcə Mərrix (Mars), sonra Afitab (Günəş), ondan Zöhrə 

(Venus), ondan Utarid (Merkuri), ondan da Ay meydana çıxdı‛

1160

.  


‚Səfire-Semurğ‛  (Simurğun  Naləsi)  adlı  risaləsində  Yəhya  Sührəvərdi  ilahi  eşq 

mövzusuna  toxunaraq  məsələni  belə  izah  edir:  ‚Mənsur  Həllac  deyir:  ‚iki  şəxs 

arasındakı sevgi, məhəbbət o vaxt möhkəm olur ki, onların arasında açılmamış heç bir 

sirr  qalmasın‛.  Kamil  insan  o  insandır  ki,  Haqq-Təalaya  bənzəməyə  çalışaraq  kamil 

elmi onun sifətlərindən əldə etsin. Lazımdır ki,  insan  maarifləndikcə onun vücudu da 

şərəflənsin.  Lakin  mütəkəllimlərin  və  digər  üsul  əhlinin  yolu  budur  ki,  insan  Tanrını 

sevməməlidir.  Çünki  sevgi  sevgiliyə  meyli  zəruri  edir.  Hər  növ  də  ancaq  öz  növünə 

meyl edə bilər. İnsanın Tanrıya olan sevgisi yalnız ona itaət etməkdən ibarətdir. Lakin 

əhli-mərifət  sübut  etmişdir  ki,  sevgi  və  ləzzəti  cinsiyyətlə  inhisar  etmək  yanlışdır. 

Məsələn  insan  gözəl  rəngi  və  ya  həyatı  da  sevə  bilər.  Halbuki  bunlar  onunla  eyni 

növdən  deyillər.  Bundan  başqa  Haqqın  sevgisi  heyvani  bir  qüvvədən  meydana  gələn 

sevgi  də  deyildir.  Bəlkə  Rəbbaniyyət  nöqtəsindədir  ki,  bütün  həqiqətlərin  mərkəzi 

oradır.  Bu  sevgidə  cinsiyyət  şərt  deyildir.  Bu  cür  eşqdə  murada  çatma  və  şövq  də 

                                                                                                                                                             

Tehran 1970. 

1160


 Həmin əsər, s. 244-245. 

yoxdur. Çünki məşuqun camalına çatdığın vaxt arzun və istəyin  qalmaz, sevgin bitər. 

İlahi eşqin ləzzəti bundadır ki, kamala çatıb əşyanın sirrini əldə edirsən‛

1161

.  


‚Həyakilü’n-Nur‛ (Nurdan Heykəllər) adlı əsərində isə Yəhya Sührəvərdi insanın ruhu 

ilə bağlı müxtəlif fikirləri maqayisə edərək öz nöqteyi-nəzərini açıqlayır: ‚Bəzi insanlar 

deyirlər ki, ‚nəfsi-natiqə‛ (danışan nəfs, ruh) cism deyildir və onu ilahi mənşəli hesab 

edirlər. Bu zənləri onları Xodadan (tanrıdan) uzaqlaşdırır. Çünki Tanrı təkdir, nəfs isə 

çox. Hər şəxsin ayrı bir nəfsi vardır. Bunların ilahi mənşəli olması birinin bir şeyi bildiyi 

vaxt  digərlərini  də  bilməsini  zəruri  edir.  Nəfsi-natiqə  ilahi  mənşəlidirsə  necə  olur  ki, 

bədənin əsiri olur, şəhvətin qucağına düşür və göylərin hökmü (qədər) ona təsir edir? 

Başqa  bir  güruh  isə  nəfsi-natiqənin  Tanrının  bir  hissəsi  olduğunu  deyir.  Bu  tamamilə 

sapğın bir zəndir. Çünki onlar özləri deyirlər ki, Tanrı cism deyildir. Elə isə necə olur ki, 

o,  hissələrə  ayrılır,  bunu  kim  edə  bilir?  Başqa  bir  güruh  isə  nəfsi-natiqənin  qədim  və 

əzəl olduğunu deyir ki, bu da batil bir fikirdir. Nəsfi-natiqə hədisdir (yaradılmışdır) və 

yenidir, Tanrı onu bədəndə yaratmışdır. Nə əvvəl, nə də sonra. Necə ki, hazır bir fitili 

başqa bir od və ya qəndillə yandıranda həmin qəndil və oddan heç bir şey azalmır‛

1162


Göründüyü kimi bu ‚ənəl-həqq‛ deməyin dolaylı yoludur. Burada şeyxü’l-İşraq kəlam 

alimlərinin və vəhdəti-vücudçuların fikirlərini öz aləmində çürüdərək ruhun keyfiyyət 

və necəliyinə dair fikirlərini açıqlamışdır.               

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin