Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Muhyəddin Muhəmməd ibn Əhməd Şirvani



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə31/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

Muhyəddin Muhəmməd ibn Əhməd Şirvani 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  və  mütəkəllim  idi.  O,  Siracəddin  Əbü’s-Səna 

Urməvinin  (öl.  1283)  əsərinə  yazılmış  şərhə  ‚Haşiyə  ələ  Şərhu-Mətaliü’l-Ənvar‛  adlı 

haşiyə yazmışdı. Alim h. 797-ci ildə (1493) vəfat etmişdi

1194


 

Şəmsəddin Muhəmməd ibn Şihabəddin Şirvani 

Hənəfi  məzhəbinə  mənsub  mütəkəllim,  cədəl  və  üsul  alimi  idi.  O,  Əzudəddin  əl-İci, 

Seyyid Şərif Cürcani, Qütbəddin Muhəmməd Təhtani kimi kəlam alimlərinin əsərlərinə 

şərh və haşiyələr yazmışdı. Şəmsəddin Muhəmməd Şirvani ‚Haşiyə ələ Şərhü’l-Əzud‛, 

‚Haşiyə ələ Şərhü’s-Seyyid‛, ‚Haşiyə ələ’l-Qütb fi’l-Məntiq‛ kimi əsərlərin müəllifi idi. 

Alim h. 892-ci ildə (1487) vəfat etmişdir

1195


 

                                                 



1193

 MURADİ, Sülukü'd-Dürər, C. I, s. 300; SÜREYYA, Sicil-i Osmani, C. V, s. 1422. 

1194

 BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. II, s. 217; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 69. 



1195

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C.II, s. 894, 946, 1045; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 347. 



Nurullah ibn Muhəmməd Rəfi ibn Əbdürrəhim Şirvani 

Sultan  İbrahim  (1640-1648)  və  sultan  IV  Mehmedin  hakimiyyəti  (1648-1687)  dövründə 

Osmanlı  imperatorluğunda  yaşamış  hənəfi  fəqihi,  mühəddis  və  mütəkəllim  idi. 

Nurullah Şirvani Bursadakı mədrəsələrdən birində müdərris olmuşdu. Alim ‚Təəllüqə 

ələ  Ənvarü’t-Tənzil‛,  ‚Şərhu-Təlxisü’l-Miftah  fi’l-Məani  və’l-Bəyan‛,  ‚Şərhu  Fiqhü’l-

Əkbər‛ kimi əsərlərin müəllifi idi

1196

. Bu sonuncu əsəri imam Əbu Hənifənin fiqhə dair 



fikir və bəyanlarının toplandığı ‚Fiqhü’l-Əkbər‛ə yazılmış şərhdir. Alim h. 1065-ci ildə 

(1655) vəfat etmişdi.  

 

Nurəddin ibn İsmayıl ibn Həsən Şirvani 

XVII-XVIII əsrlərdə yaşamış tarixçi, sosioloq, pedaqoq, mütəkəllim, əxlaq nəzəriyyəçisi, 

zooloq və riyaziyyatçı alim idi. Nuri Şirvani adı ilə tanınan alim uzun müddət Osmanlı 

imperatorluğunun  İraq  vilayətinin  Ərbil  və  Bağdad  şəhərlərində  yaşamışdı.  ‚Tarixi-

Tərbiyə‛,  ‚Xülasə  Tarixü’l-İslam‛,  ‚Dürusü’l-Və’ziyyə‛,  ‚Rəddü’l-Əvvam  ən  İmtahan 

Malihi’l-Ehtiram‛,  ‚Zübdətü’l-Həndəsə‛,  ‚İlmü’l-Heyvanat‛,  ‚Fəlsəfətü’l-Əxlaqiyyə‛, 

‚Fəlsəfətü’l-Elmiyyə‛,  ‚Fəlsəfətü’l-Aliyyə‛,  ‚Məntiqü’l-Cədid‛,  ‚Məntiqü’l-Qədim‛ 

kimi əsərlərin müəllifi olan Nurəddin Şirvani h. 1283-cü ildə (1822) vəfat etmişdi

1197



 



Şeyx Ziyaəddin Yusif ibn Əli əş-Şamaxi Şirvani 

Məxdumü’l-Xəlvətiyyə  ləqəbi  ilə  tanınmış  təsəvvüf  şeyxi  idi.  Ləqəbindən  də  məlum 

olduğu kimi o, xəlvətiyyə təriqətinə mənsub idi. ‚Adabü’l-İrşad‛ və ‚Silsilətü’l-Ərvah‛ 

adlı əsərlərin müəllifi olan Ziyaəddin Şirvani h. 890-cı ildə (1485) vəfat etmişdi

1198

.  


 

Şihabəddin Əhməd ibn Harun Şirvani 

Şafi’i  məzhəbinə  mənsub  alim  idi.  Təqribən  870-ci  ildə  (1466)  Qahirəyə  getmiş  və 

burada  dini  və  dünyəvi  elmlərə  dair  dərslər  almışdı.  Fəxrəddin  Osman  əl-Muqsi  və 

Şəmsəddin  Səxavi  onun  müəllimi  olmuşdular.  Təhsilini  başa  vurduqdan  sonra  Qüdsə 

                                                 

1196


 BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. II, s. 499; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 45. 

1197


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 45-46. 

1198


 BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. II, s. 562; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 172. 

getmiş və vəfat edənə qədər orada yaşamışdı. Səxavi onun ölüm tarixi haqqında ‚mən 

bu kitabı (Zəvu’l-Lami’-E.N) yazıb bitirəndən bir müddət sonra o, vəfat etdi‛ deyə qeyd 

etmişdi

1199


.  ‚Zəvu’l-Lami’‛  1497-ci  ildə  vəfat  etmiş  Səxavinin  ən  son  qələmə  aldığı 

kitablardan  biridir.  Şihabəddin  Əhməd  Şirvaninin  ölümü  bu  tarixdən  əvvələ  təsadüf 

edir və fikrimizcə o, gənc yaşlarında dünyasını dəyişmişdi. Çünki o, Səxavinin tələbəsi 

olmuş və Səxavi onun ‚qərib‛, yəni kimsəsiz vəfat etdiyini yazır. Buradan onun hələ ki, 

evlənib ailə və əqrəba sahibi olmadığı anlaşılır.  

 

Vaiz Əbü’l-Həsən Əli ibn Əhməd ibn Əli əl-Fəzzaz Şirvani 

Vaizliklə  yanaşı  həm  də  hədis  nəql  etmişdir.  Əbu  Nəsr  Mənsur  ibn  Əbi’s-Səqr 

Şirvanidən  hədis  dinləmişdi.  Şirvanın  Yəzdiyyə  (Şamaxı)  şəhərindəki  məscidlərdən 

birində  vaiz  idi.  Mühəddis  Süleyman  ibn  Abdullah  Şirvani  onun  yalan  danışmaqda 

məşhur  olduğu  üçün  tərk  edilmiş  bir  ravi  olduğunu  bildirmişdi.  Mühəddislər  ondan 

hədis  almırdılar.  Onun  nəql  etdiyi  hədislərin  isnadlarında  çox  sayıda  təhrif  olduğu 

bilinirdi.  Əli  ibn  Əhməd  əl-Fəzzaz  Şirvani  ‚Əxbaru’l-Həllac‛

1200

  adlı  kitab  qələmə 



almışdı. Əbü’l-Həsən əl-Fəzzaz dəfələrlə Şirvan qazisi Əbü’l-Qasım Həsən ibn Mümşad 

əz-Zərəndi  İsfəhaninin  ağır  tənqidinə  məruz  qalmışdı

1201

.  Əbu  Tahir  Əhməd  əs-Süləfi 



İsfəhani  (öl.  1181)  Azərbaycanın  şəhərlərinə  səyahət  edərkən  Yəzdiyyədə  onunla 

görüşmüş  və  söhbət  etmişdi

1202

.  Vaiz  Əbü’l-Həsən  Əli  Şirvaninin  ölüm  tarixi  məlum 



deyil. XI-XII əsrlərdə yaşamışdır.  

 

Qazi Qiyasəddin Əbu Nəsr Muhəmməd ibn Abdullah ibn Abbas Şirvani 

XIII  əsrdə  yaşamış  Azərbaycanın  tanınmış  şafi’i  fəqihlərindən  idi.  Qazi  Qiyasəddin 

Şirvani böyük mütəfəkkir, fəzilət və hikmət sahibi alim olmaqla yanaşı həmçinin dövlət 

                                                 

1199


 SƏXAVİ, Zəvu’l-Lami’, C. I, s. 418. 

1200


 Hüseyn ibn Mənsur Həllac 921-ci ildə Bağdadda edam olunmuş mistik idi. Onun həyatı və sərgüzəştləriylə bağlı 

bir neçə kitab yazılmışdır. Bunlardan biri də Əli ibn Əhməd ibn Fəzzaz Şirvaninin ‚Əxbaru’l-Həllac‛ kitabıdır.  

1201

 ZƏHƏBİ, Mizanü’l-E’tidal, C. IV, s.189; İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 118; Əbü’l-Həsən Əli ibn Muhəmməd 



KİNANİ, Tənzihü’ş-Şəri’ətü’l-Mərfuə, C. I, s. 86, Beyrut 1982. 

1202


  ƏBU  TAHİR  İSFƏHANİ,  Mu’cəmü’s-Səfər,  s.  288;  İBN  HƏCƏR,  Lisanü’l-Mizan,  C.  IV,  s.  157.  İbn  Həcər,  digər 

müəlliflərdən fərqli olaraq, vaiz Əbü’l-Həsən Əli Şirvaninin ləqəbini ‚Fəzzaz‛ deyil hekayəçi, hekayə oxuyan, vaiz 

mənasını ifadə edən ‚Qussas‛  صاصُوُا

]

 [ olaraq qeyd etmişdir. Bunun daha doğru olma ehtimalı böyükdür. Belə ki, 



biz onun Hüseyn ibn Mənsur Həllacın həyat hekayəsini qələmə aldığını və peşəsinin də vaizlik olduğunu bilirik.  

xadimi və ədib idi. İbnü’l-Fuvati onun öz müasiri olan qazilərə yazdığı bəzi məktubları 

gördüyünü qeyd etmişdir

1203

.   


 

Əbu Bəkr ibn Rüstəm Şirvani 

Osmanlı  dövlətində  yaşamış  tarixçi  və  dövlət  xadimidir.  O,  uzun  müddət  Osmanlı 

vergi  dairələrində  dəftərdar  vəzifəsini  icra  etmişdi.  H.  1139-cu  (1727)  ildə  İstanbulda 

vəfat etmiş və Süleymaniyyə camesi yaxınlığında dəfn edilmişdi. Əbu Bəkr Şirvani öz 

dövrünün  tanınmış  ziyalılarından  biri  olaraq  zəngin  şəxsi  kitabxanaya  malik  idi.  O, 

‚Malabəd li’l-Ədib‛ və ‚Şərhu Tarixi-Vəssaf‛

1204

 adlı əsərlərin müəllifi idi



1205

.  


 

Muhəmməd ibn Mahmud ibn Hacı Şirvani 

Osmanlı  dövlətində  yaşamış  müfəssir  idi.  Onun  qələmə  aldığı  ‚Miftahü’n-Nəcat‛  adlı 

qırx  iki  babdan  ibarət  əsər  Qur’ani-Kərimdəki  duaların  izahına  dair  idi.  Muhəmməd 

Şirvani  h.  912-ci  (1506)  ildə  vəfat  etmişdir

1206

.  ‚Miftahü’n-Nəcat‛ın  nüsxələrindən  biri 



Türkiyədə, Çorum Həsən paşa İHK-də saxlanılır. 

 

Kəmaləddin ibn Asayiş ibn Yusif Şirvani 

Hənəfi məzhəbinə mənsub, Osmanlı dövlətində yaşamış fəqih idi. H. 916-cı (1510) ildə 

vəfat etmiş alim ‚Miftahü’s-Səadə və Misbahü’s-Siyadə‛  kimi bir sıra əsərlərin müəllifi 

idi

1207


. Bu əsərin nüsxələrindən ikisi Konya BYEK-də saxlanılır. Bunlardan biri 1563-cü 

ildə istinsəx edilmişdir.  

 

Əllamə İsmayıl ibn Abdullah Şirvani 

                                                 

1203

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1211. 



1204

 ‚Tarixi-Vəssaf‛- Elxanilər dövrü tarixçilərindən Vəssaf Abdullah ibn Fəzlullah əş-Şirazinin (öl. 1334) ‚Təcziyətü’l-

Əmsar  və  Təzciyətü’l-Ə’sar‛  adlı  əsərinin  qısa  adıdır.  Əsər  beş  cilddən  ibarət  olub  Orta  Şərq  regionunun  tarixi  və 

coğrafiyası,  həmçinin  müəllifin  yaşadığı  dövrün  tarixi  hadirsələrinə  dair  qiymətli  məlumatlar  ehtiva  edir.  Lakin 

‚Tarixi-Vəssaf‛  farsca  ədəbi  dildə  və  xeyli  qəliz  üslubla  yazıldığı  üçün  sonrakı  tarixçilər  tərəfindən  bir  neçə  dəfə 

ixtisar edilmiş və şərh yazılmışdır. Belə şərhlərdən biri də Əbu Bəkr Şirvaniyə aiddir. Daha ətraflı məlumat üçün bax: 

ŞEŞEN, həmin əsər, s. 239.   

1205


 BURSALI, Osmanlı Müəllifləri, C. I, s. 233. 

1206


 BURSALI, Osmanlı Müəllifləri, C. I, s. 392. 

1207


 BURSALI, Osmanlı Müəllifləri, C. I, s. 392. 

Hənəfi  məzhəbinə  mənsub  müfəssir  və  fəqih  idi.  Mənbələr  onun  dərin  biliyə  malik 

tədqiqatçı  alim  olmaqla  yanaşı  mömin,  fəzilətli,  saleh  əməlli,  zahid,  xoşrəftar  insan 

olduğunu  qeyd  edirlər.  Cəlaləddin  Dəvvanidən

1208


  fiqh  elmini  öyrənmiş,  Cəmaləddin 

Xorasaninin yanında isə hədis oxumuşdu. Daha sonra xacə Übeydullah Səmərqəndinin 

yanıda  təsəvvüf  təlimi  almışdı.  O,  xacə  Übeydullahın  həm  müridi,  həm  də  dostu  idi. 

Xacə Übeydullah Səmərqəndinin ölümündən

1209

 sonra İsmayıl Şirvani Məkkəyə getmiş 



və  orada  tədrislə  məşğul  olmuşdu.  Sultan  II  Bayəzidin  hakimiyyəti  dövründə  (1481-

1512)  Anadoluya  getmiş  və  bir  müddət  Osmanlı  dövlətinin  hakimiyyəti  altındakı 

torpaqlarda  yaşamışdı.  Daha  sonra  yenə  Məkkəyə  qayıtmış  və  vəfatına  qədər  orada 

yaşamışdı. Əllamə İsmayıl Şirvani ‚Təfsiri-Bəyzavi‛

1210

 adlı əsərə haşiyə yazmışdı. Alim 



h. 942-ci ilin zilhiccə ayında (iyun 1536) 84 yaşında Məkkədə vəfat etmişdi

1211


.     

 

İmam Əbu Xələf Əvəz

1212

 ibn Əhməd Şirvani 

Mütəkəllim və fəqih idi. Cüveyninin ‚əl-Müxtəsər‛

1213

 adlı əsərini ən gözəl şəkildə izah 



və  şərh  edən  Əbu  Xələf  Əvəz  Şirvani  bu  şərhini  ‚əl-Mötəbər  fi  Məsailü’l-Müxtəsər‛ 

                                                 

1208

  Cəlaləddin  Muhəmməd  ibn  Əsəd  Dəvvani  (1426-1502)  İranın  Kazerun  şəhərinin  Dəvvan  kəndində  dünyaya 



gəlmişdi. Hənəfi məzhəbi fiqhi üzrə öz dövrünün tanınmış alimi idi. O, Ağqoyunlu sultanı Uzun Həsən (1453-1478) 

ona dərin hörmət bəsləmiş və himayə etmişdi. Cəlaləddin Dəvvani Ağqoyunlular dövründə Azərbaycanda yaşamış 

məşhur  alimlərdən  idi.  O,  fiqhlə  yanaşı,  kəlam,  üsul,  əxlaq,  ərəb  dili  və  ədəbiyyatı  kimi  elm  sahələrində  böyük 

mütəxəssis idi. Cəlaləddin Dəvvani həm də şair idi.  

1209

  Xacə  Übeydullah  ibn  Mahmud  ibn  Şihabəddin  Səmərqəndi  1490-cı  ildə  Səmərqənddə  vəfat  etmişdir.  Mənbələr 



İsmayıl Şirvaninin onun ölümündən sonra Məkkəyə getdiyini qeyd edirlər. Lakin haradan Məkkəyə getdiyinə dair 

məlumat  vermirlər.  Ehtimal  ki,  Xacə  Übeydullah  vəfat  edərkən  İsmayıl  Şirvani  də  Səmərqənddə  idi  və  buradan 

Məkkəyə getmişdi.  

1210


 Tam adı ‚Ənvarü’t-Tənzil və Əsrarü’t-Tə’vil‛ olan, həmçinin Təfsiri-Bəyzavi və ya Qazi Təfsiri adı ilə də tanınan 

bu əsərin müəllifi Qazi Nasirəddin Abdullah ibn Ömər ibn Muhəmməd Bəyzavidir (öl. 1289). İranda, Şirazın Bəyza 

qəsəbəsində  dünyaya  gəlmiş,  dövrün  məşhur  alimlərinin  tələbəsi  olmuşdu.  Bir  müddət  Şirazın  baş  qazisi  olmuş, 

daha sonra bu vəzifəni tərk edərək 1252-ci ildə Təbrizə gəlmiş və ölümünə qədər burada yaşamışdır. Təbrizdə tədris 

fəaliyyəti  ilə  məşğul  olmuşdu.  Təfsir,  hədis,  fiqh,  fiqh  üsulu,  kəlam,  ərəb  dili  və  ədəbiyyatı  sahələrində  bir  sıra 

əsərlərin müəllifidir. Bax: Həmidullah Mustəvfi QƏZVİNİ, Tarixi-Qozidə, (Trc. E. G. Browne), s. 222, London 1913. 

1211

  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb,  C.  VIII,  s.  141;  Nəcməddin  Muhəmməd  əl-QƏZZİ,  Kəvakibü’s-Sairə  Bi  Əyani’l-



Miətü’l-Aşirə, s. 224, Beyrut 1997; TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 214. 

1212


 Mənbələrdə hərəkəsiz *ضٞػ+ kimi yazılan bu kəlməni * 

َض ََّٞػ+ əvvəz və ya *ض َِٞػ+ ivəz kimi oxumaq mümkündür. 

Hər  ikisi  ərəb  dilində  əvəzini  vermə,  mükafatlandırma,  kompensasiya  etmə  mənasını  ifadə  edir.  Bu  gün 

Azərbaycanda belə bir şəxs adı olduğu üçün biz burada bunu Əvəz kimi qeyd etdik. 

1213

 Əbu Muhəmməd Abdullah ibn Yusif ibn Muhəmməd əl-Cüveyni Nişapurinin (öl. 1047) ‚Muxtəsəru’l-Muxtəsər‛ 



adlı  əsəri  nəzərdə  tutulur.  Bu  alim  İmamu’l-Hərameyn  ləqəbi  ilə  məşhur  olmuş  əşari  kəlamçısı  Əbü’l-Məali 

Rüknəddin Əbdülməlik Cüveyninin atası idi.  



adlındırmışdı.  O,  bu  əsərini  h.  544-cü  ilin  rəbiəlaxir  ayında  (avqust  1149)  yazıb 

bitirmişdi. Alimin ölüm tarixi h. 550-ci (1155-1165) illərə təsadüf edir

1214



 



Şeyx Bədrəddin Şirvani 

Fəqih və müfəssir idi. Qazi Bəyzavinin ‚Ənvarü’t-Tənzil və Əsrarü’t-Tə’vil‛ adlı Qur’an 

təfsirinə  geniş  şərh  yazmış  və  təfsirdəki  sözlərin  izahını  vermişdi.  Şeyx  Bədrəddin 

Şirvani. H. 1020-ci ildə (1611) vəfat etmişdir

1215

.  


 

Fəthəddin Əbdürrəhman ibn Muhəmməd ibn Fəthullah Şirvani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mühəddis  idi.  Məkkədə  getmiş  və  burada  təhsil 

almışdı. Şəmsəddin Səxavinin dərslərində  iştirak etmiş və onun yanında hədis elminə 

dair biliklərə yiyələnmişdi

1216

. Ölüm tarixi məlum deyil. XV-XVI əsrlərdə yaşamışdır. 



 

Mövlana Hüseyn ibn Abdullah Şirvani 

XVI  əsrdə  Osmanlı  imperatorluğunda  yaşamış  hənəfi  məzhəbinə  mənsub  fəqih  idi. 

Onun  Azərbaycandan  Anadoluya  hansı  tarixdə  getdiyi  məlum  deyil.  Lakin  şah 

Təhmasibin  (1524-1576)  Şirvanı  zəbt  etməsindən  sonra  Səfəvilərin  təzyiq  və 

təqiblərindən qurtulmaq üçün vətəni tərk etmək məcburiyyətində qalan alimlərdən biri 

olduğunu  söyləmək  olar.  Belə  ki,  mövlana  Hüseyn  Şirvani  ‚Əhkamü’d-Diniyyə‛  adlı 

əsərini  Osmanlı  sultanı  Qanuni  I  Süleymana  (1520-1566)  təqdim  etmişdi  və  bu  kitab 

Səfəvilərlə  müharibə  elan  etməyin  vacibliyini  vurğulayan  bir  çox  fətvanı  ehtiva 

edirdi

1217


.  Qanuni  I  Süleymanın  Səfəvilərə  qarşı  apardığı  hərbi  kampaniyalarda 

mövlana  Hüseyn  Şirvaninin  də  rolu  olduğu  istisna  deyil.  Biri  Konya  BYEK,  ikisi  isə 

Ankara  Milli  kitabxanasında  olmaqla  ‚Əhkamü’d-Diniyyə‛nin  Türkiyədə  üç  əlyazma 

nüsxəsi mövcuddur. Ankara Milli kitabxanasında mövlana Hüseyn Şirvaninin ‚Seyfü’l-

                                                 

1214


 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VII, s. 144; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 23.  

1215


 ƏDNİRƏVİ, Təbəqatü’l-Müfəssirin, s. 199-200. 

1216


 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 284. 

1217


 DE SLANE, həmin əsər, s. 280.  

Qati  fi  Bəyani-Etiqadi’r-Rafizi‛  və  ‚Risalə  fi’t-Təsəvvüf‛  adlı  iki  əsəri  də  mövcuddur. 

Alim h. 947-ci ildə (1540) vəfat etmişdi.  



 

Əbdürrəzzaq Şirvani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mütəkəllim  idi.  Hələbə  getmiş  və  təqribən  20  il  bu 

şəhərdə yaşamışdı. Burada imam Əlaəddin Əbu Abdullah Muhəmməd əl-Buxari (1377-

1429)  kimi  dövrün  məşhur  alimlərinin  tələbəsi  olmuş,  fiqh  və  fiqh  üsulu  dərsləri 

almışdı.  Bundan  başqa  kəlam  elminə  dair  dərslər  də  almışdı.  Əbdürrəzzaq  Şirvani 

Dəməşqdə  ərəb  dilinin  qrammatikası,  ümumi  filologiya,  natiqlik  və  məntiq  dərsləri 

vermişdir.  Əbdürrəzzaq  Şirvani  Dəməşqdə  vəfat  etmişdi

1218


.  Ölüm  tarixi  məlum  deyil. 

XIV-XV əsrlərdə yaşamışdır.  

 

Şeyx Muhyəddin Muhəmməd ibn Cəmaləddin ibn Ramazan Şirvani 

Müfəssir idi. Qazi Bəyzavinin ‚Ənvarü’t-Tənzil və Əsrarü’t-Tə’vil‛ adlı Qur’an təfsirinə 

iki  cildlik  haşiyə  yazmışdı.  Şeyx  Muhyəddin  Şirvani  h.  1063-cü  ildə  (1653)  vəfat 

etmişdi


1219

.  


 

Şeyx Hamidəddin Əbdülmuhsin ibn Əbdüssəməd ibn Lütfullah ibn Muhəmməd ibn 

Həsən Şirvani 

Şafi’i  məzhəbinə  mənsub  müfəssir  və  fəqih  idi.  Dayısı  şeyx  Səfiyəddin  Əbdülmömin 

ibn  Əbdürrəhim  Şirvanidən  ərəb  dili,  fiqh  və  məntiq  dərsləri  almışdı.  Dayısının 

yanında  ‚əl-Ənvar‛

1220

,  ‚əl-Havi‛



1221

  və  Qonyəvinin  bu  əsərə  yazdığı  şərhi

1222

 

oxumuşdu.  Daha  sonra  şeyx  Səlahəddin  Musa  Ərdəbilinin  tələbəsi  olmuş,  onldan 



Qur’an elmlərinə dair məna, bəyan, təfsir və təfsir üsulu dərsləri almışdı. Qəvaməddin 

                                                 

1218

 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 322. 



1219

 ƏDNİRƏVİ, Təbəqatü’l-Müfəssirin, s. 211; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 198. 

1220

 Fikrimizcə əllamə İzzəddin Yusif ibn İbrahim Ərdəbilinin (öl. 1377) şafi’i fiqhinə dair  ‚Ənvar li Əməlü’l-Əbrar‛ 



adlı əsəri nəzərdə tutmuşdur. 

1221


 ‚əl-Haviü’s-Səğir‛ Şeyx Nəcməddin Əbdülğəffar Qəzvininin (öl. 1266) şafi’i məzhəbi fiqhinə dair qələmə aldığı 

əsərdir. 

1222

  Şeyx  Əlaəddin  Əbü’l-Həsən  Əli  əl-Qonyəvi  Təbrizi  (öl.  1329)  Qəzvininin  ‚əl-Haviü’s-Səğir‛  adlı  əsərinə  şərh 



yazmışdır. (bax: səh. ???) Böyük ehtimalla Səxavi bu əsəri nəzərdə tutmuşdur. 

Muhəmməd  əl-Kərbalinin  yanında  Zəməxşərinin  ‚əl-Kəşşaf‛  adlı  təfsirini  və  imam 

Buxarinin  ‚Səhih‛  adlı  hədis  külliyatını  oxumuşdu.  Muhəmməd  Şirazidən  hədis 

elmlərinə  dair  bilikləri  öyrənmişdi.  Dini  elmlərlə  yanaşı  şeyx  Hamidəddin  Şirvani 

riyaziyyat  və  astronomiya  kimi  dəqiq  elmlərə  dair  biliklərə  də  yiyələnmiş,  ‚Şərhi-

Çəğmini‛ni

1223


  oxumuşdu.  Şeyx  Hamidəddin  Şirvani  Məkkəyə  gəlmiş  və  bu  şəhərdə 

məskunlaşmışdı.  Burada  tədrislə  məşğul  olmuş  və  sonralar  dövrün  tanınmış 

alimlərindən  olmuş  Übeydullah  ibn  Əla  əl-İci,  Şəmsəddin  əz-Zəfərani  kimi  bir  çoxları 

onun  tələbəsi  olmuşdular.  Şeyx  Hamidəddin  Şirvani  alimliyi  ilə  yanaşı  mömin,  abid, 

zahid, fəzilətli və saleh insan idi. Alim h. 889-cu ilin səfər ayında (mart 1484) Məkkədə 

vəfat etmişdi

1224



 



Şeyx Səfiyəddin Əbdülmömin ibn Əbdürrəhim Şirvani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Şirvanda  yaşamış,  fiqh  elmi  ilə  yanaşı  ərəb 

filologiyası və kəlam üzrə Azərbaycanın tanınmış alimlərindən biri olmuşdu. Yuxarıda 

haqqında bəhs etdiyimiz şeyx Hamidəddin Şirvanin dayısı və müəllimi idi. Ölüm tarixi 

məlum deyil. Təqribən XIV-XV əsrlərdə yaşamışdır

1225


.  

 

Şeyx Əbu Abdullah Muhəmməd ibn Abdullah ibn Bakuyə əl-Bakuvi Şirvani 

Təsəvvüf  əhlinə  mənsub  mühəddis  idi.  Yaşadığı  dövrün  tanınmış  mühəddislərindən 

biri olan Əbu Abdullah Bakuvi, Əbu Abdullah Muhəmməd ibn Xəfif əş-Şirazi (öl. 981) 

ilə görüşmüş və onun söhbətlərində iştirak etmişdi. Tanınmış sufi müəllif Əbü’l-Qasım 

Quşeyri (öl. 1072) və Əbu Sə’d ibn Əbi Sadiq əl-Hiyri Əbu Abdullah Bakuvinin tələbəsi 

olmuş, ondan hədis dinləmişdilər. Əbu Abdullah Bakuvinin ölüm tarixi h. 420-ci (1029) 

ildən sonraya təsadüf edir

1226

. Əbu Abdullah əl-Bakuvinin ‚Əxbarü’l-Arifin‛ adlı əsərin 



müəllifi olduğunu qeyd edən Katib Çələbi onun 428-ci (1037) ildə vəfat etdiyini yazır

1227


                                                 

1223

 ‚Şərhi-Çəğmini‛ adı ilə tanınmış əsər Bursalı türk riyaziyyatçı və astronom Səlahəddin Musa Qazizadə Ruminin  



dövrün  məşhur  riyaziyyatçı  və  astronomlarından  biri  olmuş  Mahmud  ibn  Muhəmməd  ibn  Ömər  Çəğmini 

Xarəzminin (öl. 1221) ‚Müləxxəs fi’l-Hey’ə‛ adlı əsərinə yazdığı şərhdir.  

1224

 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 466. 



1225

 SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 473. 

1226

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I s. 181; İBNü’l-ƏSİR, Lübab, C. I, s. 113. 



1227

 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 83. 



A. Bakıxanov isə onun h. 442-ci (1051) ildə vəfat etdiyini qeyd etmişdir

1228


. O, həmçinin 

‚Bidayət  Halü’l-Həllac  və  Nihayətuhu‛  və  ‚Hikayətü’s-Sufiyyə‛adlı  əsərlərin  də 

müəllifi idi

1229


.  

 

Seyyid Yəhya ibn Seyyid Bəhaəddin əş-Şamaxi əl-Bakuvi Şirvani 

Şamaxı  şəhərində  anadan  olmuşdu.  Atası  varlı  insan  idi.  Yeniyetmə  yaşlarında  yaxşı 

təhsil  almışdı.  Şirvanşahlar  dövründə  Şamaxı  Azərbaycanın  elmə  və  mədəniyyət 

mərkəzlərindən  biri  idi.  O,  Şamaxı  mədrəsələrində  Şəmsəddin  Əxskəti,  Hafizəddin 

Gərdəri,  Tacəddin  Sərabi  və  Qütbəddin  Sərabi  kimi  alimlərin  tələbəsi  olmuşdu.  O, 

zahirən  yaraşıqlı  insan  olmaqla  yanaşı  gözəl  əxlaqlı  və  xoşrəftar  insan  idi.  Şeyx 

Pirzadənin  vasitəçiliyi  ilə  şeyx  Sədrəddin  Xəlvəti  ilə  tanış  olmuş  və  onun  müridi 

olmuşdu. Atası seyyid Bəhaəddin  oğlunun  sufizmə meyl etməsinə qəti surətdə etiraz 

etmişdi. Bunun əsas səbəbi isə həmin dövrdə Şirvanda sufizmə qarşı münasibətin mənfi 

olması idi. O, şeyx Sədrəddin Xəlvətinin qızı ilə evlənmişdi. Şeyx Sədrəddin Xəlvətinin 

ölümündən  sonra  köhnə  dostu  və  bacanağı  olan  Pirzadə  ilə  aralarında  şeyxlik 

məsələsinə  görə  anlaşmazlıq  meydana  gəlmişdi.  Seyyid  Yəhya  Şamaxıdan  Bakıya 

köçmüş  və  ömrünün  sonuna  qədər  burada  yaşayaraq  xəlvəti  təriqətini  yaymışdı. 

Şirvanşah  Xəlilullah  Dərbəndi  (1416-1464)  onu  himayə  etmiş  və  Bakıda  xəlvəti 

təriqətinin  ilk  dərgahı  açılmışdı.  Bakıda  xəlvəti  xanəgahı  ilə  yanaşı  məscid  və 

mədrəsənin inşasına da Şirvanşah Xəlilullah maddi yardım göstərmişdi. Mövlana Yusif 

Məxdum, Dədə Ömər Rövşəni, qazi Ziya Şirvani, Qubad Şirvani,  Əbdülməcid Şirvani 

seyyid Yəhyanın tanınmış müridlərindən və xəlifələrindən idilər. Seyyid Yəhya Bakuvi 

‚Kəşfü’l-Qülub‛  adlı  əsərini  Şirvanşah  Xəlilullaha  ithaf  etmişdi.  Bundan  başqa  seyyid 

Yəhya  Şirvani  ‚Şərhi-Sualati-Gülşəni-Raz‛

1230


,  ‚Əsrarü’t-Talibin‛

1231


,  ‚Şəfaü’l-Əsrar‛, 

‚Əsrarü’l-Vəhy‛,  ‚Əvradü’s-Subah‛

1232

,  ‚Virdü’s-Səttar‛



1233

,  ‚Gülşəni-Əsrar‛

1234

  adlı 


                                                 

1228


 BAKIXANOV, Gülüstani-İrəm, s. 195, Bakı 1951. 

1229


 MƏMMƏDOV, həmin əsər, s. 9-10. 

1230


 ‚Gülşəni-Raz‛ azərbaycanlı mütəsəvvif şeyx Mahmud Şəbüstərinin (1340) əsəridir. 

1231


 Bu iki əsərinin əlyazma nüsxələri Türkiyə, Çorum Həsən paşa İHK-də mövcuddur.  

1232


 Bu əsərin əlyazma nüsxələrindən biri Ankara, Milli kitabxanada saxlanılır.  

1233


  Türkiyənin  əlyazma  əsər  kitabxanalarında  bu  əsərin  bir  neçə  nüsxəsi  mövcuddur.  Bunlardan  biri  də  İstanbul, 

Nuriosmaniyyə kitabxanasındadır.  

1234

 Bu əsərin əlyazma nüsxələrindən biri İstanbul Millət kitabxanasında saxlanılır. 



əsərlərin  müəllifi  idi.  H.  868-ci  ildə  (1464)  Bakıda  vəfat  etmiş  və  Şirvanşahlar  saray 

kompleksinin həyətindəki türbədə dəfn edilmişdir

1235



 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin