Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Şərəfəddin Əli ibn Əbdülqadir Maraği



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə23/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

Şərəfəddin Əli ibn Əbdülqadir Maraği 

Kəlam  alimi  idi.  Azərbaycanda  təhsil  almışdı.  O,  həmçinin  fiqh,  üsul,  ərəb  dili, 

astronomiya  və  tibb  elmləri  ilə  də  məşğul  olmuşdu.  Şərəfəddin  Əli  Maraği  mö’təzilə 

məzhəbinə  meyl  etmiş,  ‚Mənahic  fi’l-Üsul‛  və  ‚Kəşşaf‛  adlı  əsərləri  dərindən 

öyrənmişdi.  Lakin  daha  sonra  mö’təzili  fikirlərindən  imtina  etmiş  və  tövbə  edərək 

təsəvvüfə meyl etmişdi. O, bir müddət Dəməşqdəki Sümeysatiyyə xanəgahında qalmış, 

daha  sonra  Xanəgahi-Xatuna  köçərək  burada  ibadətlə  məşğul  olaraq  ömrünü  başa 

vurmuşdu.  Təqiyəddin  ibn  Mufəlləh  və  Nəcməddin  ibn  Həcci  onun  tələbəsi 

olmuşdular. Alim h. 788-ci ilin rəbiülaxir ayında (may 1386) 60 yaşında vəfat etmişdi

870


 

Şərəfşah ibn Məlikdad əş-Şərif əl-Abbasi Maraği 

Bağdadda,  Nizamiyyə  mədrəsəsində  təhsil  almışdı.  Hələ  tələbəlik  illərində  parlaq 

zəkası  və  idrakı  ilə  öz  üstünlüyünü  sübut  etmişdi.  Məzun  olandan  sonra  məşhur 

fəqihlərdən biri kimi tanınmışdı. Fiqhlə yanaşı məntiq elmi sahəsində də özünün dərin 

biliyi ilə seçilən Şərəfşah Maraği dialektik məsələlərə dair bir sıra əsərlərin müəllifi idi. 

Alim h. 543-cü ildə (1148) Nişapurda vəfat etmişdi

871


.  

 

Şeyx Şihabəddin Əhməd ibn Muhəmməd ibn İbrahim ər-Rumi Maraği 

Hənəfi məzhəbinə mənsub fəqih idi. Dəməşqdə Muiniyyə və Xatuniyyə mədrəsələrinin 

müdərrisi  olan

872

  şeyx  Şihabəddin  Əhməd  Maraği  əl-Əməvi  camesində  hənəfi 



camaatının imamlığını da icra edirdi. Şeyx Şəhabəddin Əhməd Maraği həm də məşhur 

qari  idi,  çox  gözəl  və  şirin  səslə  Qur’an  oxuyardı.  Şam  vilayətinin  səltənət  naibi  əmir 

Cəmaləddin Əfrəm Ağquş

873


 şeyx Şihabəddin Əhməd Marağiyə böyük hörmət bəsləyir 

                                                 

870

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 756. 



871

 İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. I, s. 75. 

872

 NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, 113. Muiniyyə mədrəsəsi Hələb atabəylərindən Nurəddin Muhmud Zəngi 



(1146-1174)  tərəfinən  1160-cı,  Xatuniyyə  mədrəsəsi  isə  onun  arvadı  Xatun  bint  Muinəddin  Azər  tərəfindən  1185-ci 

ildə inşa edilib istifadəyə verilmişdi. Daha ətraflı məlumat üçün bax: NUEYMİ, həmin əsər, C. I, s. 507, 588, C. II, s. 

149.   

873


  Mənşəcə  qıpçaq  türkü  olan  əmir  Cəmaləddin  Əfrəm  Ağquş  Misir  Məmlüklü  ordusunda  xitmət  etmiş 

komandanlardan  biri  olmuşdur.  Mənbələrdə  mömin,  çox  ibadət  edən,  xeyriyyəçi  şəxs  kimi  tanıdılan  əmir 

Cəmaləddin  Əfrəm həm də cəsur mücahid idi. O, başçılıq etdiyi hərbi birləşmə ilə Əyn Calut döyüşündə (3 sentyabr 

1260)  fərqənmiş,  moğol  ordusunun  baş  komandanı  Kətbuğanı  şəxsən  yaxalayıb  öldürmüşdü.  Məmlüklü  sultanı 

Nasirəddin  Muhəmməd  Qəlavun  (1293-1294,  1299-1309  və  1310-1341)  onu  Şam  vilayətinə  naibü’s-səltənə  təyin 


və  onun  arxasında  namaz  qılmaq  üçün  tez-tez  əl-Əməvi  camesinə  gəlirdi.  Əmir 

Cəmaləddin Əfrəm bəzən də piyada şeyx Şihabəddinin zikr və ibadətlə məşğul olduğu 

zaviyəyə  gedib  onunla  görüşür,  söhbət  edirdi.  Bu  zaviyə  Dəməşqin  Böyük  Meydan 

adlanan səmtinin şimali-şərq qismində yerləşirdi. Şeyx Şihabəddin Maraği h. 717-ci ilin 

məhərrəm ayında (mart 1317) vəfat etmiş və Sufiyyə qəbristanında dəfn edilmişdi

874


.   

 

Şeyx  Şərəfəddin  Əbü’l-Abbas  Əhməd  ibn  Əhməd  ibn  Muhəmməd  ibn  İbrahim 



Maraği 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  və  Şeyx  Şihabəddin  Əhməd  Marağinin  oğlu  idi. 

İbnü’ş-Şihabi  ər-Rumi  adı  ilə  tanınmışdı.  Atasının  vəfatından  sonra  Dəməşqdə 

Muiniyyə  və  Məşixiyyə  mədrəsələrinin  müdərrisi  olmuşdu.  Həmçinin  əl-Əməvi 

camesində  hənəfi  camaatının  imamı  və  Xatuniyyə  xanəgahının  şeyxi  idi.  Atasından 

sonra  onun  şeyxi  olduğu  bu  xanəgahda  ibadət,  irşad  və  mənəvi  tərbiyə  ilə  məşğul 

olmuşdu.  İki  dəfə,  ehtimal  ki,  qardaşını  görmək  üçün,  Misirə  səyahət  etmişdi.  H.  26 

səfər 742-ci ildə (10 avqust 1341) Dəməşqdə vəfat etmiş və Sufiyyə qəbristanında dəfn 

edilmişdi

875


.    

 

Şeyx  İmadəddin  Əbu  İshaq  İbrahim  ibn  Əhməd  ibn  Muhəmməd  ibn  İbrahim 



Maraği 

Hənəfi məzhəbinə mənsub fəqih və mühəddis idi. Şeyx Şihabəddin Əhməd Marağinin 

oğlu  və  Şərəfəddin  Əbü’l-Abbas  Marağinin  qardaşı  idi.  Atasının  həmçinin  ‚ər-Rumi‛ 

nisbəsi daşıması səbəbiylə İbnü’r-Rumi ləqəbi ilə tanınmışdı. Əhməd ibn Hibətullah ibn 

Əsakirdən hədis dinləmişdi. Qardaşından əvvəl bir müddət əl-Əməvi camesində hənəfi 

camaatının  imamı  və  Xatuniyyə  xanəgahının  şeyxi  olmuşdu.  Sonra  Qahirədəki 

                                                                                                                                                             

etmişdi.  Bax:  İBN  KƏSİR,  Bidayə  və’n-Nihayə,  C.  XIII,  s.  492;  Səlahəddin  Xəlil  ibn  Aybək  SƏFƏDİ,  Tuhfətü’z-Zəviə’l-



Əlbab, (Nşr. İ. S. Xülusi-Səmsam Z. H), C. II, s. 200-201, 208-215, Dəməşq 1991. 

874


  SƏFƏDİ,  Ə’yanü’l-Əsr,  C.  I,  s.  316-317;  İBN  KƏSİR,  Bidayə  və’n-Nihayə,  C.  XIV,  s.  156;  İBN  HƏCƏR,  Dürərü’l-

Kaminə,  C.  I,  s.  116.  Şeyx  Şihabəddin  Əhməd  Marağinin  həmçinin  ‚ər-Rumi‛  nisbəsi  daşıması  ehtimal  ki,  onun 

Anadoluda (Rum diyarı) anadan olması səbəbi ilədir.  

875

 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. I, s. 44; İBN RAFİ’, əl-Vəfayat, s. 38. 



xanəgahlardan birinin şeyxliyinə təyin edildiyi üçün Misirə getmişdi. H. 29 şəvval 741-

ci ildə (16 aprel 1341) Qahirədə vəfat etmişdi

876

.    


 

Əbu Bəkr Muhəmməd ibn Əli Maraği 

Yaşadığı  dövrün  tanınmış  filoloqlorandan  biri  olan  alim  Mosulda  yaşamışdı.  İbnü’n-

Nədim  onun  zəkası  və  elmi  biliyi  sayəsində  Əbü’l-Abbasın

877


  sarayındakı  alimlər 

sırasına  daxil  olduğunu  qeyd  etmişdir.  O,  tanınmış  alim  Əbu  İshaq  İbrahim  ibn 

Muhəmməd  əz-Züccac  Bağdadinin  (855-923)  müəllimi  olmuşdu.  Ərəb  dilinin 

qrammatikasına dair ‚Müxtəsər fi’n-Nəhv‛ adlı əsərin müəllifi idi. Onun bir digər əsəri 

də  ‚Şəvahidü’s-Sibəveyh  və  Təfsiruhə‛

878


  adlı  əsərə  yazdığı  şərh  idi

879


.  Ölüm  tarixi 

məlum  deyil.  Ömər  Rzanın  qeyd  etdiyinə  görə  alim  h.  311-ci  ildə  (923)  həyatda 

olmuşdur

880


. Buna görə onun IX-X əsrlərdə yaşadığını söyləmək olar. 

 

Əbu İshaq İbrahim ibn Əhməd ibn Abdullah ibn Muhəmməd Maraği 

Yaşadığı  dövrün  tanınmış  mühəddislərindən  biri  idi.  Hədis  dinləmək  üçün 

Azərbaycan,  İran,  İraq,  Hicaz,  Xorasanın  şəhərlərini  gəzmiş  və  bir  çox  alimdən  hədis 

dinləmişdi. Qəzvində İbrahim ibnü’l-Müəbbər və Əbu Əli Hüseyn ibn Muhəmməd ibn 

Şueyb  əl-Ənsari  Qəzvinidən  hədis  dərsləri  almışdı.  Əbu  İshaq  İbrahim  Maraği 

‚Müxtəsər  fi  Səvabü’l-Əmal‛  adlı  əsərin  müəllifi  idi.  Alim  h.  480-ci  (1087)  ilin 

                                                 

876

 İBN RAFİ’, əl-Vəfayat, s. 30. 



877

  Təssüf  ki,  İbnü’n-Nədim  bu  Əbü’l-Abbasın  kim  olduğunu  qeyd  etməmişdir.  Haqqında məlumat  verdiyinə  görə 

Əbu Bəkr Maraği, İbnü’n-Nədimdən (937-1010) ya əvvəl ya da onunla eyni dövrdə İraqda yaşmışdır. Elə isə buradakı 

Əbü’l-Abbas Abbasi xəlifələrindən biridir. Çünki həmin dövrdə İraq Abbasilərin hakimiyyəti altında idi. 37 Abbasi 

xəlifələsindən 8-i ‚Əbü’l-Abbas‛ künyəsi daşımışdı. Bunlardan 3-ü İbnü’n-Nədimdən sonra (öl. 1010) yaşamışdılar. 

Əbu  Bəkr  Muhəmməd  Marağinin  tələbəsi  Əbu  İshaq  əz-Züccac  Bağdadinin  (855-923)  yaşadığı  dövrlə  müqayisə 

edərək  burada  adı  çəkilən  Əbü’l-Abbasın  aşağıda adı  çəkilən  iki  Abbasi  xəlifəsindən  biri olduğunu  söyləmək  olar: 

Əbü’l-Abbas Əhməd əl-Mu’təməd Ələllah (869-892) və Əbü’l-Abbas Əhməd əl-Mu’təzid Billah (892-901). Sözü gedən 

Abbasi xəlifələri ilə bağlı ətraflı məlumat üçün bax: İmadəddin ƏBÜ’L-FİDA İsmayıl ibn Əli, Kitabü’t-Tibrü’-Məsbuk fi 

Təvarixi’l-Müluk, (Nşr. M. Əzəb) , s. 49, 52, Qahirə 1990.   

878


 Bu şərh Sibəveyh ləqəbi ilə tanınmış iranlı alim Əbu Bişr Əmr ibn Osman əl-Qənbər əş-Şirazinin (767-809) əsərinə 

yazılmışdır. Əbu Bişr Sibəveyh öz dövrünün məşhur dilçi alimlərindən və mühəddislərindən biri idi. O, ərəb dilinin 

qrammatik  qaydalarının  müəyyənləşdirilməsi,  ərəb  filologiyasının  təlim  və  tədrisi  metodologiyasının  təməlini 

qoymuş alimlərdən biri hesab olunur.  

879

 YAQUT əl-HƏMƏVİ, İrşadü’l-Ərib, s. 1546; İBNÜ’n-NƏDİM, əl-Fihrist, s. 88; QIFTİ, İnbahu’r-Ruvat, C. III, s. 196. 



880

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 548. 



ortalarında  Rey  şəhərində  vəfat  etmişdi

881


.  Fikrimizcə  Əbu  İshaq  İbrahim  Maraği 

aşağıda haqqında məlumat verdiyimiz Əbü’l-Leys Kəsir Marağinin atası idi.  

 

Əbü’l-Leys Kəsir ibn İbrahim ibn Əhməd ibn Abdullah Maraği 

Mühəddis  idi.  Qazi  Əbü’l-Fəth  Müzəffər  ibn  Muhəmməd  əl-Əssardan  hədis  dinləmiş 

və nəql etmişdi. Əbu Tahiri Əhməd əs-Süləfi İsfəhani Rey şəhərində onunla görüşmüş 

söhbət etmişdi

882

. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  



 

Hafiz  Əbü’l-Qasım  Əli  ibn  Əhməd  ibn  Muhəmməd  ibn  Həsən  ibn  Abdullah  ibn 

Muhəmməd ibnü’l-Leys Maraği 

Yaşadığı  dövrün  məşhur  hədis  hafizlərindən  biri  idi.  H.  326-cı  ilin  rəcəb  ayında  (may 

938)  Bəlxdə  doğulmuş  və  bu  şəhərdə  böyümüşdü.  O,  siqa,  mötəbər  hədis  ravisi  kimi 

tanınırdı.  İlk  olaraq  atasından,  daha  sonra  isə  Əbu  Səid  Heysəm  ibn  Kuleyb  əş-Şaşi, 

Əbü’l-Fəzl  Muhəmməd  ibn  Əhməd  əs-Süləmi,  Əbu  Bəkr  Muhəmməd  ibn  Əhməd  ibn 

Həbib,  Əbu  Muhəmməd  Abdullah  ibn  Muhəmməd,  Əbu  Cə’fər  Muhəmməd  ibn 

Muhəmməd  ibn  Cəmil  Bağdadidən  hədis  dinləmişdi.  Alim  Xorasan  və  Türküstan 

ellərini gəzmiş, Bəlx, Buxara, Nəsəf və Səmərqənddə hədis dərsləri vermiş və hədis nəql 

etmişdi.  Əbü’l-Qasım  Əli  Maraği,  Əbü’l-İsa  Tirmizinin  ‚Şəmailü’n-Nəbi‛  adlı 

əsərindəki hədisləri qəribü’l-hədis

883

 baxımından təhqiq etmişdir. Alim h. 28 səfər 411-ci 



ildə (23 iyun 1020) Buxarada vəfat etmişdi

884


 

Əhməd ibn Muhəmməd Mərəndi  

Müfəssir  olan  Əhməd  Mərəndi  həmçinin  fəraiz  elmi,  vərəsəlik  hüququ  sahəsində  də 

mütəxəssis  idi.  Məlum  olmayan  səbəbdən  əlil  olan  alim  tutulduğu  ağır  xəstəlikdən 

iztirab  çəkmiş  və  h.  549-cu  ildə  (1154)  vəfat  etmişdi.  Səlahəddin  Səfədi  onun  ‚əz-

                                                 

881

 RAFİ’İ, Tədvin, C. II, s. 101.



 

882


 ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 341. 

883


 Qəraibü’l-Hədis, hədis elmlərindən biridir. Daha çox hədis mətinlərinin ərəb dilinin filoloji qaydaları baxımından 

tədqiq edilməsinə deyilir.  

884

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 241-242. 



Zureyr‛  yəni  ‚kor‛  ləqəbi  ilə  tanındığını  qeyd  etmişdi

885


.  Əhməd  ibn  Muhəmməd 

Mərəndi ehtimal ki, mübtəla olduğu göz xəstəliyi səbəbiylə əlil olmuşdu.  

 

Şeyx İmadəddin Əbu Abdullah Muhəmməd ibn Hişam ibn Əbü’l-Heca’ Mərəndi 

Şafi’i məzhəbinə mənsub fəqih, mühəddis və müfəssir idi. O, xüsusilə Qur’ani-Kərimin 

ayələrini  Rəsulullahın  (s.ə.s)  hədisləri  ilə  şərh  etmək  sahəsində  ixtisaslaşmışdı.  İbnü’l-

Fuvati  onun  qələmə  aldığı  və  ayələrin  hədislərlə  şərh  edildiyi  bir  təfsir  risaləsini 

oxuduğunu  və  orada  Qur’ani-Kərimin  Mümtəhinə  surəsi  6-cı  (Ola  bilsin  ki,  Allah 

sizinlə  düşmənçilik  etdiyiniz  kimsələr  arasında  dostluq  yaratsın.  Allah  hər  şeyə 

qadirdir.  Allah  bağışlayandır,  rəhm  edəndir!)

886


  ayəsini  Əli  ibn  Əbu  Talibin  (ا) 

Rəsulullahdan  (م)  nəql  etdiyi  bu  hədislə  şərh  etmişdir:  ‚Düşməninlə  orta  yollu 

düşmənlik et (ona nifrətdə və düşmənçilikdə ifrata varma) ki,  bir gün dostuna çevrilə 

bilər‛


887

.  Təəssüf  ki,  İbnü’l-Fuvatin  alimin  ölüm  tarixi  və  yaşadığı  dövr  haqqında 

məlumat  verməmişdir.  İmadəddin  ibnü’l-Əbü’l-Heca’  Mərəndi  təqribən  XII-XIII 

əsrlərdə, Eldənizlilərin hakimiyyəti illərində (1136-1225) yaşamışdır. 

 

İmam Əbu Bəkr Muhəmməd ibn Muhəmməd Mərəndi 

Yaşadığı  dövrün  tanınmış  fəqihlərindən  və  şafi’i  alimlərindən  biri  idi.  Əbdülkərim 

Qəzvini  onu  ‚alim,  müttəqi  imam‛  kimi  sözlərlə  vəsf  etmişdi.  Əbu  Bəkr  Muhəmməd 

Mərəndi  Qəzvindəki  Əmir  Əli  əl-Hüsami  mədrəsəsinin  müdərrisi  idi.  Qəzvindən 

yetişmiş  bir  çox  məşhur  alim  onun  tələbəsi  olmuşdu.  Bunlardan  biri  də  imam  Əbu 

Süleyman  əz-Zübeyri  idi.  İmam  Əbu  Bəkr Muhəmməd  Mərəndi  bir  çox  qəzvinli  əyan 

və  əşraf  ailəsinin  övladının  təlim  və  tədrisi  ilə  məşğul  olmuşdu.  O,  güclü  xitabət 

qabiləyyətinə  malik  idi.  Əbdülkərim  Rafi’i  h.  580-ci  (1184)  ildə  imam  Əbu  Bəkr 

                                                 

885


 SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. VIII, s. 100. 

886


 [ 

ٌْ٤ ِؼ َن  ٌنُٞلَؿ ُ َّللَّا َٝ  ٌه٣ِكَه ُ َّللَّا َٝ اًجَّق ََٞٓ ُِْْْٜ٘ٓ ُْْرْ٣َقاَػ  َٖ٣ِمَُّا  َْٖ٤َت َٝ ٌَُْْْ٘٤َت َََؼْعَ٣  َْٕأ ُ َّللَّا ٠ٍََػ] 

887

  İBNü’l-FUVATİ,  Məcməü’l-Adab  ,  C.  IV/2,  s.  854.  Bu  hədis  üçün  bax:  Muhəmməd  ibn  İsmayıl  BUXARİ,  Ədəbü’l-



Müfrəd,  C.  II,  s.  664-665,  (Nşr.  A.  F.  Yavuz),  İstanbul  1974.  *

آ آٞ٣ يث٤ثؼ ٌٕٞ٣ ٕأ ٠ٍػ آ اٗٞٛ يع٤ـت طـتأ+.  Müsəlmanın 

dostluğunun da, düşmənliyinin də Allah üçün olmalı olduğuna dair çox sayıda hədis var. İmam Təbəri də bu ayəni 

şərh edərkən bu gün İslama və müsəlmanlara düşmən olanın, əgər Allah murad edərsə, bir gün İslamı qəbul edib 

müsəlman olamasının mümkün olduğunu bəyan edildiyini yazmışdır, yoxsa müsəlmanların kafirlərə qarşı sevgi və 

dostluq  hissləri  bəsləmələrinin  mümkün  olmadığı  Qur’anın  bir  çox  aysində  bildirilmişdir..  Bax:  Əbu  Cə’fər 

Muhəmməd ibn Cərir TƏBƏRİ, Camiü’l-Bəyan fi Təfsiri’l-Qur’an, C. VIII, s. 257, İstanbul 1996.  


Mərəndinin  xütbələrinin  qeyd  edildiyi  kitabı  gördüyünü  bildirməkdədir.  Müəllif  bu 

kitabın  alimin  tələbəsi  Əbu  Süleyman  əz-Zübeyri  tərəfindən  qələmə  alındığını  qeyd 

etmişdir.  Əbdülkərim  Rafi’i  alimin  xütbələrindən  birini  öz  əsərində  nəql  etmişdir

888


İmam  Əbu  Bəkr  Mərəndinin  ölüm  tarixi  məlum  deyil.  Təqribən  XI-XII  əsrlərdə 

yaşamışdır.  

 

Əbu Abdullah Muhəmməd ibn Musa Mərəndi 

Hədis ravisi və Əbu Nueym Cürcaninin

889


 vərraqı

890


 idi. O, Qəzvində yaşamış, İbrahim 

ibn  Hüseyn  Həmədanidən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Qəzvində  yetişmiş  bir  çox 

alim  ondan  hədis  dinləmişdi.  Muhəmməd  ibn  Əbu  Xəlil  və  Əbdürrəhman  ibn  Əbu 

Hatim hədis ravisi olaraq onu yüksək qiymətləndirmişdilər. Əbu Abdullah Muhəmməd 

Mərəndi vərraq olduğu üçün kitabların üzünün köçürülməsi  işi  ilə də məşğul olurdu. 

Onun  qələmindən  500  cilddən  çox  kitab  çıxmışdı

891

.  Ölüm  tarixi  məlum  deyil.  IX-X 



əsrlərdə yaşamışdır. 

 

Hafiz İbrahim Muhəmməd ibn Musa Mərəndi 

Əbu Abdullah Muhəmməd Mərəndinin oğlu idi. Hədis hafizi və atası kimi vərraq idi. 

O, da atası kimi çox sürətli yazı yazması ilə tanınmışdı

892

. Ölüm tarixi məlum deyil. X 



əsrdə yaşamışdı. 

 

Əbu Abdullah Muhəmməd ibn Abdullah ibn Bəndər ibn Abdullah ibn Muhəmməd 



ibn Kəka Mərəndi 

Mühəddis  idi.  Əbü’l-Həsən  Əli  Darəqutni,  İbn  Şahin

893

,  fəqih  Əbu  Həsən  Əli  ibn 



Muhəmməd  əl-Qəssar,  Əbu  Nəsr  Əbdürrəhman  ibn  Əhməd  Həmədani,  Əbü’l-Qasım 

                                                 

888

 RAFİ’İ, Tədvin, C. II, s. 17. 



889

 Hafiz Əbu Nueym Əbdülməlik ibn Muhəmməd ibn Ədiyy Cürcani Əstərabadi (856-935). Yaşadığı dövrün böyük 

hədis hafizlərindən biri idi.  

890


 Vərraq-kitab və.s dəftərxana ləvazımatının ticarəti ilə məşğul olan şəxs. 

891


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 176-177. 

892


 HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 588. 

893


 Hafiz Əbu Həfs Ömər ibn Əhməd ibn Osman ibn Əhməd ibn Muhəmməd ibn Əyyub ibn Şahin Bağdadi (öl. 995). 

Böyük hədis hafizlərindən biri idi. Hədis və təfsir sahələrində bir sıra əsərlərin müəllifi idi.  



Musa  ibn  İsa  Sərrac,  Əbü’l-Həsən  əl-Hərbi,  Əbu  Həfs  əl-Kinani  və  daha  onlarla 

mühəddisdən  hədis  dinləmiş  və  nəql  etmişdi.  H.  433-cü  ildə  (1042)  həcc  ziyarətindən 

qayıdarkən Dəməşqdə gəlmiş və burada hədis dərsləri vermişdi. Əbdüləziz əl-Kinani, 

Əbü’l-Qasım  ibn  Əbü’l-Əla,  Əbu  Mənsur  Hibətullah  ibnü’s-Səqr  Mərəndi,  Əbu  Həsən 

Əli  ibn  Həsən  ibn  Hərur  və  başqaları  da  ondan  hədis  dinləmişdilər

894


.  Əbu  Abdullah 

Muhəmməd  Mərəndinin  ölüm  tarixi  məlum  deyil.  XI  əsrdə  yaşamışdır.  İbn  Əsakir  öz 

əsərində onun nəql etdiyi hədislərdən aşağıdakını qeyd etmişdir: 

Ənəs  ibn Malik (ا) dedi: Allah Rəsulu  (م) buyurdular ki; ‚Kim şəhid olmağı  sədaqətlə 

(səmimi  olaraq)  istəsə  Allah  ona  şəhidlik  verilər.  Hətta  (düşmənin  silahı)  ona  isabət 

etməsə belə‛

895

.  


 

Muhyəddin Əbu Nəsr Əhməd ibn İbrahim ibnü’l-Hümami Mərəndi 

Mühəddis  idi.  H.  477-ci  (1084)  ildə  Qəzvində  təhsil  almış,  bu  şəhərdə  Əbü’l-Fəth  ər-

Raşidi, Əbu Mənsur əl-Muqri kimi alimlərdən hədis dərsləri almışdı

896


. Hafiz Əbu Tahir 

əs-Süləfi (öl. 1181) Azərbaycanda olarkən Xoy şəhəri yaxınlığında Muhyəddin Əhməd 

Mərəndi  ilə  görüşüb  söhbət  etmişdi

897


.  Muhyəddin  Əhməd  Mərəndinin  ölüm  tarixi 

məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.   

 

Əbu Bəkr ibn Muhəmməd ibn Hüseyn əs-Səylani Mərəndi 

XII  əsrdə yaşamış  şafi’i  məzhəbinə  mənsub  alim  idi.  Həyatı  haqqında  ətraflı  məlumat 

yoxdur. ‚Fəzlü’l-Füqəra ələ’l-Əğniya‛, ‚Nəcatü’z-Zakirin‛ və ‚Xəvf və Rəca‛ Əbu Bəkr 

əs-Səylani Mərəndinin müəllifi olduğu farsca əsərlərdir. Bu əsərlərin əlyazma nüsxələri 

Ankara  Milli  kitabxanada  mövcuddur.  Onun  Azərbaycan  türkcəsində  qələmə  aldığı 

‚Zadü’l-İbad‛  adlı  təsvvüfə  dair  əsərin  bilinən  yegan  nüsxsi  İstanbulda,  Topqapı 

muzeyində saxlanılır.  

 

Vəzir Fəxrəddin Əbü’l-Fəth Əli ibn Hüseyn ibn Muhəmməd ər-Rəvəki Mərəndi 

                                                 

894


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LIII, s. 331; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 176-177. 

895


  İBN ƏSAKİR, yenə orada. (ٚثصذ ُْٝ اٜ٤طػأ اهقاص جقاٜشُا ةِغ ٖٓ). Bu hədis üçün bax: MÜSLİM, Səhih, İmarat, 46/1908. 

896


 RAFİ’İ, Tədvin, C. II, s. 137. 

897


 ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 22. 

İbnü’l-Fuvati  onun  Anadolu  Səlcuqlu  dövlətində  vəzir  olduğunu  bildirməkdədir. 

Müəllifin yazıdığına görə Fəxrəddin Əbü’l-Fəth Mərəndi

898

 Anadolu Səlcuqlu sarayının 



sahibi-divanı  Muinəddin  Süleyman  Pərvanə  (öl.  1277)  ilə  birlikdə  h.  666-ci  ildə  (1268) 

Marağaya gəlmiş və  onlar  Marağa rəsədxanasının olduğu dağın ətəyindəki  çadırlarda 

qalmışdılar.  İbnü’l-Fuvati  həmin  vaxt  özünün  də  Marağada  olduğunu  yazır.  Müəllif 

Anadoludan  gələn  bu  rəsmi  heyətin  daha  sonra  Elxanlı  hökmdarı  Abaqa  xanla  (1262-

1282) görüşmək üçün yola çıxdığını bildirmişdir. O, rəsmi heyətin qiymətli hədiyyələrlə 

moğol  xanının  hüzuruna  getdiklərini,  həyiyyələr  arasında  şahinlər,  qatırlar  və  başqa 

qiymətli  quşların  da  olduğunu,  bu  heyətin  oradakı  fəqirlərə  qarşı  xeyli  səxavitli 

davranaraq  çoxlu  dirhəm  sədəqə  verdiyini  yazmışdır

899

.  Müəllif  Fəxrəddin  Əbü’l-Fəth 



Mərəndinin ölüm tarixini qeyd etməmişdir.  

 

Əbu Bəkr ibn İshaq ibn Hüseyn ibn Xalid Mərəndi 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  idi.  H.  712-ci  ildə  (1311)  anadan  olmuşdu.  Zahid  və 

abid  bir  insan  olan  Əbu  Bəkr  Mərəndi  təsəvvüf  əhlinə  mənsub  idi.  O,  Qahirədəki 

Nasiriyyə  xanəgahında  fiqh  dərsləri  verir,  həmçinin  mənəvi  tərbiyə  və  irşadla  məşğul 

olurdu


900

. Ölüm tarixi məlum deyil. XIV əsrdə yaşamışdır. 

 

Nemətullah ibn Muhəmməd ibn Mənsur Mərəndi 

Mühəddis  idi.  Mərəndin  cümə  məscidində  hədis  dərsləri  vermişdi.  O,  Əbu  Mənsur 

Hibətullah  ibnü’s-Səqr  Mərəndinin  tələbəsi  olmuş,  ondan  hədis  dinləmişdi.  Əbu 

Mənsur Hibətullah ibnü’s-Səqr Mərəndi isə Mərəndli məşhur mühəddis Əbu Abdullah 

Muhəmməd  ibn  Kəka  Mərəndinin  tələbəsi  olmuşdu

901


.  Nemətullah  Mərəndinin  ölüm 

tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  

                                                 

898


 (Ph) Doktorluq dissertasıyam Anadolu Səlcuqlu tarixi bağlı olduğu üçün sözü gedən dövrün tarixi mənbələri ilə 

yaxından  tanış  olub  tədqiq  etmə  fürsətim  olmuşdur.  Həmin  bu  dövrdə  Anadolu  Səlcuqlu  dövlətində  ‚Mərəndi‛ 

nisbəsi ilə tanınmış sadəcə bir şəxsə rast gəlmişdik, bu da Baba Mərəndi ləqəbli dövlət və din xadimi qazi Məcdəddin 

Mərəndidir.  Bunun  xaricində,  sözü  gedən  dövrdə,  xüsusən  də  sahibi-divan  Muinəddin  Süleyman  Pərvanənin 

ətrafında ‚Mərəndi‛ nisbəli başqa bir məşhur şəxsin olduğuna dair mənbələr heç bir məlumat vermirlər.  

899


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 244-245. 

900


 SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 230. 

901


 İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 308. 

 

Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin