Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Məryəm  bint  Kəmaləddin  Əbü’l-Fəzl  ibn  Muhəmməd  ibn  Əbu  Bəkr  ibn  Hüseyn



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə21/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

Məryəm  bint  Kəmaləddin  Əbü’l-Fəzl  ibn  Muhəmməd  ibn  Əbu  Bəkr  ibn  Hüseyn 

Maraği 

Mühəddisə idi. Mədinədə yaşamış burada hədis elmlərini öyrənmiş və tədrislə məşğul 

olmuşdu. Ölüm tarixi məlum deyil. XV-XVI əsrlərdə yaşamışdır

801


.  

 

Ümmü’l-Hüseyn  bint  Kəmaləddin  Əbü’l-Fəzl  ibn  Muhəmməd  ibn  Əbu  Bəkr  ibn 



Hüseyn Maraği 

Mühəddisə  idi.  Məryəm  Marağinin  bacısı  olan  Ümmü’l-Hüseyn  Maraği  Mədinədə 

Şəmsəddin  Səxavidən  (öl.  1497)  hədis  dinləmişdi.  Ölüm  tarixi  məlum  deyil.  XV-XVI 

əsrlərdə yaşamışdır

802

. 



 

Əbü’l-Fəzl Cə’fər ibn Səqr ibn Səlb Maraği 

Hədis ravisi idi. Yaşadığı dövrün bir sıra tanınmış mühəddislərindən hədis dinləmişdi. 

Onun  hədis  dinlədiyi  mühəddislərin  arasında  Muhəmməd  ibn  Əhməd  ibn  İsmət  ər-

Rəmli  də  var  idi.  Əbü’l-Fəzl  Cə’fər  Maraği  Misin  Fustat  şəhərində  yaşamış  və  bu 

şəhərin  cümə  camesində  hədis  dərsləri  vermişdi

803


.  Ölüm  tarixi  məlum  deyil.  IX-X 

əsrlərdə yaşamışdır. Nəql silsiləsində onun da olduğu hədislərdən biri aşağıdakıdır: 

Abdullah  ibn  Ömər  (ا)  dedi:  Allah  Rəsulu  (م)  buyurdular  ki:  ‚Cümə  namazına  gələn 

qüsl alsın‛

804



 



Qazi Muhəmməd ibn Yəhya ibn Müslim Maraği 

Hənəfi məzhəbinə mənsub fəqih  idi. H. 470-ci  ildə  (1078) Marağada anadan olmuşdu. 

Fəzilətli və saleh insan kimi tanınmışdı. Əbu Nəsr Əqtanın imam Qudurinin

805


 əsərinə 

                                                 

801

 SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 459. 



802

 SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 469. 

803

 ƏBU BƏKR İSFƏHANİ, Mu’cəm, C. II, s. 242. 



804

 ƏBU BƏKR İSFƏHANİ, yenə orada. Bu hədis üçün bax: BUXARİ, Səhih, Cümə 3; TİRMİZİ, Sünən, Cümə 355/493; 

NƏSAİ, Sünən, Cümə 7/1359. (ٍَرـ٤ِك حؼٔعُا ٠ذأ ٖٓ) 

805


  Əbü'l-Hüseyn  Əhməd  ibn  Muhəmməd  əl-Quduri  (973-1037)  hənəfi  məzhəbinin  məşhur  alimlərindən  biri  və  bir 

sıra  əsərlərin  müəllifidir.  Qjljmj  aldığı  əsərlərdən  biri  də  ‚Müxtəsərü’l-Quduri‛  adlanır.  Bu  əsərə  bir  neçə  şərh 



yazdığı şərhi ən gözəl şəkildə izah və tədris edən alimlərdən idi. H. 563-cü ildə (1168) 

vəfat etmişdi

806



 



Hafiz Əbü’l-Fəth Muhəmməd ibn Cə’fər ibn Muhəmməd Maraği 

Hədis hafizi,  mühəddis və filoloq  idi. O, öz  dövrünün ərəb dilinin qrammatikası üzrə 

tanınmış  mütəxəssislərdən  idi.  Bəlağət  və  fəsahət  sahib  olan  hafiz  Əbü’l-Fəth 

Muhəmməd  Maraği  ərəb  dilində  mükəmməl  nitq  qabiliyyətinə  malik  idi.  Bağdadda 

yaşayırdı. Əbu Cə’fər Əhməd ibn Abdullah ibn Müslim ibn Quteybədən hədis dinləmiş 

və  nəql  etmişdi.  Qazi  Əbü’l-Hüseyn  əl-Mühamili  h.  371-ci  ildə  (981)  ondan  hədis 

dinləmişdi

807


.  Cəmaləddin  Qıfti  Iraq  Büveyhi  hökmdarlarından  İzzüddövlə  Əbu 

Mənsur  Bəxtiyar  əd-Deyləminin  (966-978)  Əbü’l-Fəth  Muhəmməd  Marağidən  dərs 

aldığını  qeyd  edir

808


.  Ehtimal  ki,  bu  fars  mənşəli  və  şiə  məzhəbli  hökmdar  Əbü’l-Fəth 

Marağidən ərəb dili və ədəbiyyatı dərsləri almışdı. Əbü’l-Fəth Muhəmməd Marağinin 

müəllifi olduğu əsərlərdən aşağıdakıların adlarını sadalamaq olar: ‚Kitabu’l-Bəhcət ələ 

Misal‛,  ‚Kitabü’l-Kamil‛,  ‚Kitabu’l-İstidrak‛

809

,  ‚Muxtarü’l-Əxbar‛  və  ‚Kitabü’l-



Xəlili‛

810


.  Bağdadlı  İsmayıl  paşa  alimin  h.  371-ci  ildə  (981)  vəfat  etdiyini  qeyd 

etmişdir


811

 



Əbü’l-Fəth Muhəmməd ibn Hüseyn Maraği 

Azərbaycan  Qaraqoyunlular  dövləti  dövründə  yaşamış  tanınmış  mühəddis  idi.  İbn 

Həcər Əsqəlaninin ‚Fəthü’l-Bari‛

812


 adlı hədis külliyatını ‚Müxtəsərü’l-Fəthü’l-Bari‛ adı 

ilə ixtisar etmişdi. Əbü’l-Fəth Muhəmməd Maraği h. 759-cu ildə (1455) vəfat etmişdir

813

. 



  

                                                                                                                                                             

yazılmışdır.  Əbu  Nəsr  əl-Əqta  da  bu  əsərə  ‚Təshihi-Quduri‛  adlı  bir  şərh  yazmışdı.  Bu  əsər  mədrəsələrdə  hənəfi 

fiqhinə dair dərsliklərdən biri kimi istifadə olunmuşdu.  

806

 İBN ƏBÜ’l-VƏFA,  Cəvahirü’l-Muziyyə, C. III, s. 397, 



807

 Şihabəddin Yaqut ibn Abdullah ər-Rumi əl-HƏMƏVİ, İrşadü’l-Ərib, s. 1480, Dəməşq 1980. 

808

 QIFTİ, İnbahu’r-Ruvat, C. III, s. 87. 



809

 İBNÜ’n-NƏDİM, əl-Fihrist, s. 88. 

810

 BAĞDADLI, İzahü’l-Məknun, C. II, s. 190, 284. 



811

 Həmin əsər, C. II, s. 190. 

812

 ‚Fəthü’l-Bari‛ İbn Həcər Əsqəlaninin (1449) imam Buxarinin ‚Səhih‛ adlı külliyatındakı hədislərə yazdığı şərhdir. 



813

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 262. 



Əbu Abdullah Xıdır ibn Muhəmməd ibn Mütəvəyyih Maraği 

Hədis ravisi idi. Uzun məddət Bağdadda yaşamış, daha sonra Tunisdə getmiş və orada 

məskunlaşmışdı

814


. Ölüm tarixi məlum deyil. Təqribən IX-X əsrlərdə yaşamışdır.  

 

Əbü’l-Fütuh Nəsr ibn Muhəmməd ibn İbrahim əl-Azərbaycani Maraği 

Əbu  Hamid  Qəzzalinin  tələbələrindən  və  onun  elmi  irsinin  davamçılarından  idi.  Əl-

Əqsa  məscidini  ziyarət  etmiş,  sonra  Dəməşqə  gələrək  bir  müddət  burada  yaşamışdı. 

Dəməşqdə  dərslər  və  söhbət  məclisləri  təşkil  edərək  Əbu  Hamid  Qəzzalinin  elm  və 

təfəkkür tərzini təbliğ etmişdi. Əbu Səd Əbdülkərim ibn Muhəmməd ibn Mənsur daha 

sonra Əbu Hamid Qəzzali haqqında ondan eşitdiklərini qələmə almışdı

815


. Ölüm tarixi 

məlum  deyil.  Əbu  Hamid  Qəzzali  ilə  görüşdüyünə  görə  onun  XI-XII  əsrlərdə 

yaşadığını təxmin etmək olar.  

 

Əbu Muhəmməd Cə’fər ibn Muhəmməd ibn Haris Maraği 

Yaşadığı dövrün tanınmış mühəddislərindən idi. Hədis dinləmək məqsədiylə səyahətə 

çıxmış  və  İslam  coğrafiyasının  bir  çox  şəhərlərini  gəzmişdi.  O,  hədis  dinləmək  üçün 

Bağdad,  Nişapur,  Bəsrə,  Kufə,  Hələb,  Mosul  və  Məkkəyə  səyahət  etmiş  və  buradakı 

mühəddislərdən  hədis  dinləmişdi.  Əbu  Muhəmməd  Cə’fər  Maraği  altımış  il  boyunca 

dinlədiyi  hədisləri  həm  əzbərləmiş,  həm  də  qeyd  etmişdi.  O,  doğru  sözlü,  sadiq  və 

dürüst  insan  kimi  tanınmışdı.  Bağdadda  Əbu  Bəkr  Cə’fər  ibn  Muhəmməd  əl-Farabi, 

Abdullah  ibn  Muhəmməd  ibn  Naciyyə,  Əbu  Bəkr  Muhəmməd  ibn  Yəhya  əl-

Mərvəzidən,  Bəsrədə  Əbu  Xəlifə  əl-Qazi,  Zəkəriyyə  ibn  Yəhya  əs-Sacidən,  Kufədə 

Abdullah ibn Muhəmməd ibn Səvvad əl-Haşimidən, Əhvazda Abdullah ibn Əhməd əl-

Cəvaliqidən,  Tustərdə  Əhməd  ibn  Yəhya  ibn  Zuheyrdən,  Məkkədə  Müfəzzəl  ibn 

Quteybədən,  Mosulda  Əbu  Yə’la  Əhməd  ibn  Əli  əl-Məvsilidən,  Hələbdə  Əbü’l-Həsən 

Əli ibn Əbdülhəmid əl-Qəzairidən (öl. 925) hədis dinləmişdi. Bundan başqa o, Cəmahir 

ibn  Muhəmməd  əz-Zəmləkani,  Cə’fər  ibn  Muhəmməd  əl-Qəyravani,  Mənsur  ibn 

                                                 

814

 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VIII, s. 337. 



815

 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. IV5, s. 62. 



İsmayıl  əl-Fəqih,  Əbü’l-Abbas  əd-Dəğuli,  Əli  ibn  Əbdan  kimi  ravilərdən  də  hədis 

dinləmişdi.  Hafiz  Əbu  Əli,  hafiz  Əbu  Abdullah  əl-Hakim,  Əbdürrəhman  ibn 

Muhəmməd  əs-Sərrac,  hakim  Əbu  Əhməd  ibn  Muhəmməd,  Əbü’l-Fəzl  Abbas  ibn 

Əbkəcur,  Əbu  Əbdürrəhman  əs-Süləmi,  Əbu  Bəkr  əl-Muqri  kimi  hədis  raviləri  də 

ondan hədis dinləmişdilər. Alim h. 26 rəcəb 356-cı ildə (7 iyul 967) vəfat etmişdi

816


.  

 

Əbü’l-Həsən Əli ibn Əhməd ibn Əbdürrəhman Maraği 

Mütəkəllim  idi.  Şeyx  Bədrəddin  əl-Faruqi  onun  tələbəsi  olmuşdu.  Onun  atası  Əbü’l-

Qasım  Əhməd  də  alim  idi  və  saleh  insan  kimi  tanınmışdı.  H.  716-cı  ildə  (1316)  vəfat 

etmişdi

817


 

Qazi İmadəddin Əbü’l-Fərəc Məs’ud ibn Əbu Muhəmməd ibn Əbdülhəmid Maraği 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Elm,  hikmət  və  fəzilətdə  öz  dövrünün  üstünü  idi. 

Hələ gənc yaşlarından gözəl əxlaqlı alim və mətəfəkkir kimi məşhur olmuşdu. Marağa 

şəhərinin  qaziliyinə  təyin  olunmuş,  fəqət  h.  646-cı  ildə  (1248)  gənc  yaşlarında  vəfat 

etmişdi.  Onun  ölümüdən  sonra  bu  vəzifəyə  Qütbəddin  Əbü’l-Xeyr  Əhməd  Maraği 

təyin olunmuşdu

818


.  

 

Əbu Bəkr Muhəmməd ibn Əli ibn Əbdülmün’im Maraği 

Şafi’i məzhəbinə mənsub fəqih və hədis ravisi  idi. Dəməşqdə Əbu  Saleh Əbdüssəməd 

ibn  Əbdürrəhman  əl-Həməvidən  (öl.  1145)  hədis  nəql  etmişdi.  O,  bir  müddət 

Dəməşqdəki  Bəzzan  mədrəsəsində  dərs  vermişdi.  Daha  sonra  Dəməşqi  tərk  edib 

Bağdada getmiş və burada fiqhlə məşğul olmuşdu. Ölüm tarixi məlum deyil. XII əsrdə 

yaşamışdır

819


.  

 

                                                 



816

 YAQUT əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan, C. VI, s. 153;  SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 241-242; İBNü’l-ADİM, 



Buğyətü’t-Tələb, C. VIII, s. 211. 

817


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 74. 

818


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 863. 

819


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LIV, s. 375. 

Əbu’n-Nəcib Muhəmməd ibn Mənsur ibn Muhəmməd Maraği 

Mühəddis  idi  və  h.  438-ci  ildə  (1046)  Dəməşqdə  yaşamış,  burada  hədis  nəql  etmişdi. 

Dəməşqdə Əbu Əli ibn Əbu Nəsr, Rişa ibn Nəzif, Misirdə Əbu Cə’fər Müslüm ibn Əli 

ibn Həsən əl-Ələvi, Əbü’l-Hüseyn ibn Muhəmməd ibn Hüseyn ibnü’t-Tüffaldan hədis 

dinləmişdi.  Nəsr  ibn  İbrahim,  Əbu  Muhəmməd  Abdullah  ibn  Hüseyn  ən-Nəhhas 

ondan hədis dinləmiş və nəql etmişdi

820

. Əbu’n-Nəcib Muhəmməd Maraği h. 456-cı ildə 



(1064) vəfat etmişdir. Onun, nəql silsiləsində olduğu, hədislərdən bir aşağıdakıdır: 

Əbu  Hureyrə  (ا)  dedi:  Allah  Rəsulu  (م)  buyurdular  ki;  ‚Vəziyyətə  görə  bir  dirhəm 

sədəqə(nin səvabı) yüz min sədəqə(nin səvabını)ni keçə bilər. Oradakılar ‚bu necə ola 

bilər ey Allahın Rəsulu?‛ dedilər. O, ‚İki dirhəmi olan şəxs bunlardan birini təsəddüq 

etsə,  digər  şəxsin  isə  sərvəti  olsa  və  oradan  yüz  min  dirhəm  infaq  etsə  (necə  olar?)‛ 

deyə cavab verdi‛

821



 



Fəxrəddin  Əbü’l-Leys  Muhəmməd  ibn  Əbdülməlik  ibn  Əbi’l-Haris  ibn  Süheym 

Maraği 

Astronom  və  mühəndis  idi.  H.  533-cü  ildə  (1139)  Marağada  anadan  olmuşdu.  O, 

Nəsrəddin  Tusinin  Hülagü  xana  təqdim  etdiyi  alimlərdən  biri  idi.  Onunla  birlikdə 

Fəxrəddin əl-Əxlati, Müəyyidəddin əl-U’rzi, Nəcməddin əl-Qəzvini də dövrün məşhur 

alimlərindən  idilər.  Bu  dörd  alim  astronomiya,  həndəsə,  riyaziyyat  və  metodologiya 

üzrə böyük mütəxəssislər idilər. Fəxrəddin Əbü’l-Leys Maraği öz ixtisas  sahəsinə dair 

bir neçə əsərin müəllifi idi. O, Mövlana Nəcməddin Əhməd ibnü’l-Bəvvabla da görüşür 

və onunla dostluq edirdi. Fəxrəddin Əbü’l-Leys Maraği saleh insan idi və nəfs tərbiyəsi 

ilə  də  məşğul  olurdu.  O,  yuxarıda  adı  çəkilən  alimlərlə  bir  yerdə  böyük  ehtimalla 

Marağada filosof Nəsirəddin Tusinin təşəbbüsü ilə açılmış rəsədxana və elmi mərkəzdə 

fəaliyyət göstərmişdir. Alim h. 667-ci ilin səfər ayında (oktyabr 1268) vəfat etmişdir

822


.  

 

                                                 



820

 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVI, s. 35; MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. VII, s. 300-301. 

821

 Bu hədis üçün bax: CANAN, Kutubi-Sitte, Tercüme ve Şerhi, C. X, s. 21; NƏSAİ, Sünən, Zəkat, hədis nr. 2480. ( نثٌ



قُأ حئآ ٚظهػ ٖٓ مـأك ه٤صً ٍآ ُٚ َظنٝ ٚت مكصرك أٛكؼأ مـأ ٕأٛنق ُٚ َظن ٍاه قُأ حئآ ْٛنق نثٌ ق٤ًٝ الله ٌٍٞن ا٣ اُٞاه قُأ حئآ ْٜٛنق)    

822


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 339. 

Müdərris Fəxrəddin Əbü’l-Fəzl Muhəmməd ibn Muhəmməd Maraği 

Bağdadda  yaşamış  və  buradakı  əs-Siqatiyyə  hədis  mədrəsəsinin  müdərrisi  olmuşdu. 

İbnü’l-Fuvati (öl. 1323) öz müəllimi Tacəddin Əli ibn Əncəbin onun bu vəzifəyə divan 

tərəfindən  təyin  olunduğunu  qeyd  etdiyin  bildirmişdir.  Ehtimal  ki,  Tacəddin  Əli 

‚divan‛  deyərkən  Abbasi  sarayını  nəzərdə  tutmuşdur.  İbnü’l-Fuvati  müdərris 

Fəxrəddin Marağinin zərif, nəzakətli, lütfkar və zarafatcıl insan olduğunu bildirmişdir. 

H.  652-ci  ildə  (1254)  həcc  ziyarətinə  getmiş  və  qayıdarkən  yolda  xəstələnmişdi.  Bu 

xəstəlik səbəbiylə də h. 653-cü ilin rəbiələvvəl ayında (aprel 1255) vəfat etmişdi

823

.  


 

Əbü’l-Həsən Əli ibn Həskuyə ibn İbrahim Maraği 

Şafi’i  məzhəbinə  mənsub  fəqih,  filoloq  və  ədəbiyyatşünas  idi.  Bağdadda  şeyxülislam 

Əbu  İshaq  Şirazinin  tələbəsi  olmuş  və  onun  yanında  fiqh  oxumuşdu.  O,  Əbu  İshaq 

Şirazi  və  xətib  Əbu  Muhəmməd  Abdullah  ibn  Muhəmməd  ibn  Hezarmərddən  hədis 

dinləmişdi. İbnü’s-Səlah Şəhrəzuri belə yazır: ‚Məndə şeyx Əbu İshaq Şirazinin müəllifi 

olduğu ‚əl-Lüma’ fi Üsulü’l-Fiqh‛ adlı kitab var. Bu nüsxəni Əli ibn Həskuyə Maraği öz 

dəsti  xətti  ilə  yazmışdır‛.  İbnü’s-Səlah  həmçinin  bu  nüsxənin  üzərində  ‚466-cı  ildə 

(1074)  oxundu‛  deyə  qiraət  qeydinin  olduğunu  bildirmişdi.  Bu  məlumatdan  Əli  ibn 

Həskuyə Marağinin həmin tarixdə tələbə olduğunu təxmin etmək olar

824


. Əbü’l-Həsən 

Əli Maraği uzun müddət Bağdadda yaşadıqdan sonra Mərvə köçmüş və vəfatına qədər 

bu  şəhərdə  yaşamışdı.  Alim  h.  516-cı  ilin  məhərrəm  ayında  (mart  1122)  Mərvdə  vəfat 

etmişdi


825

.  


 

Əbu Abdullah Hüseyn ibn Harun ibn Xüzeymə Maraği 

Hədis  ravisi  idi.  Nəsa  şəhərində  yaşamışdı.  H.  322-ci  ildə  (934)  həcc  ziyarətindən 

qayıdarkən  Bağdada  gəlmiş  və  burada  Həsən  ibn  Süfyan  Nəsaidən  hədis  nəql 

etmişdi


826

. Xətib Bağdadi onun ölüm tarixini qeyd etməmişdir. X əsrdə yaşamışdır.  

                                                 

823


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 374. 

824


 ŞƏHRƏZURİ, Təbəqati’l-Füqəhai’ş-Şafi’iyyə, C. II, s. 607. 

825


  SÜBKİ,  Təbəqatü’ş-Şafi’iyyə  əl-Kübra,  C.  VII,  s.  118;  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  II,  s.  227;  SƏM’ANİ,  Kitabü’l-

Ənsab, C. IV, s. 241-242; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 110a.  

826


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VIII, s. 146. 

 


 

Fələkəddin Əbu Abdullah Şahməlik ibn Abdullah Maraği 

Palazpuş


827

  ləqəbi  ilə  tanınan  Fələkəddin  Şahməlik  Marağa  hakimi  idi.  O,  himmət  və 

izzət sahibi, ədalətli və insaflı insan idi. Marağa əhalisinin və rəyyətin qeydinə qalırdı. 

Fələkəddin Şahməlik çox ibadət edən, zöhd və təqva sahibi şəxs idi. O, təsəvvüf əhli ilə 

yoldaşlıq  edir,  onlar  kimi  dəbdəbədən  uzaq,  sadə  yun  libas  geyirdi

828


.  İbnü’l-Fuvati 

onun  ölüm  tarixi  barədə  məlumat  verməmişdir.  Ehtimal  ki,  Fələkəddin  Şahməlik 

Maraği  Azərbaycan  Atabəyləri  dövründə  (1136-1225)  Marağa  və  Ruindej  hakimi  olan 

Əhmədili ailəsinə mənsub idi. Bizi bu düşüncəyə sövq edən mənbələrdə Marağa hakimi 

olmuş  Fələkəddin  adlı  bir  şəxsin  adının  çəkilməsidir.  İbnü’l-Əsir  öz  əsərində  h.  570-ci 

ildə  (1174-1175)  baş  vermiş  hadisələrdən  bəhs  edərkən  həmin  il  Eldənizli  hökmdarı 

Muhəmməd  Cahan  Pəhləvanın  (1175-1186)  Marağa  şəhərini  mühasirəyə  aldığını, 

bunun  səbəbinin  isə  bu  şəhərin  hakimi  İbn  Ağsunqurun

829

  ölümündən  sonra  onun 



yerinə  varisi  Fələkəddinin  keçməsi  olduğunu  qeyd  etmişdir

830


.  Təəssüf  ki,  müəllif  bu 

şəxsin  adını  və  künyəsini  yazmayaraq  sadəcə  ləqəbini  qeyd  etməklə  kifayətlənmişdir. 

Fikrimizcə burada sözü gedən şəxs Fələkəddin Şahməlik Marağidən başqası deyildir.  

 

Şeyx Şəmsəddin Muhəmməd ibn Muhəmməd ibn Əhməd ibn Əbü’l-Qasım Maraği 

Yaşadığı dövrdə Misirin maliki məzhəbinə mənsub məşhur fəqihlərindən biri olmuşdu. 

Fiqlə  yanaşı  ərəb  filologiyası,  fəraiz,  tarix  və  sosiologiya  elmlərini  sahəsində  də 

mütəxəssis  idi.  O,  öz  dövrünün  dərin  zəkası  və  fəziləti  ilə  tanınmış  mütəfəkkirlərdən 

                                                 

827

 İbnü’l-Fuvati bunu [َٞت يلات]    



   (bəlas buş) olaraq qeyd etmişdir ki, bu da özlüyündə ərəb dilində heç bir məna 

ifadə etmir. Ərəb dilində ‚p‛ səsi və hərfi olmadığı üçün qeyr-ərəb dillərdəki, içində ‚p‛ səsi olan kəlmələr, ‚b‛ ilə 

yazılır.  Bunu  nəzərə  alaraq  bu  ifadəni  Palazpuş  olaraq  oxumağı  və  qeyd  etməyi  məqsədəuyğun  gördük.  Palazpuş 

fars  dilində  palaz  geyən,  palaza  bürünən  mənasını  ifadə  edir.  Onun  bu  ləqəblə  tanınmasının  səbəbi  isə  fikrimizcə 

təsəvvüf əhlinə mənsub şəxslər kimi yun paltar, yun xələt geyməsi olmuşdur. Məlum olduğu kimi palaz da yundan 

toxunur. 

828

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 501. 



829

 1134-1174-cü illərdə Marağa və Ruindej hakimi olmuş Nüsrətəddin Arslan-Apa ibn Ağ-Sunqur Əhmədili nəzərdə 

tutulur. Mərhum akademik Ziya Bünyadov bu şəxsdən sonra yerinə Əlaəddin Körpə Arslanın (1174-1208) keçdiyini 

qeyd etmişdir. Bax: Azərbaycan Atabəyləri Dövləti, s. 237.  

830

 Kamil fi’t-Tarix, C. II, s. 339; BÜNYADOV, həmin əsər, s. 72. 



biri  idi.  İbn  Seyyidü’n-Nas

831


  və  onun  müasiri  alimlərin  tələbəsi  olmuş,  hədis,  fiqh  və 

digər  elmələr  dair  bilikləri  mənimsəmişdi.  Həmçinin  Qahirədə  sosiologiya  və  tarix 

fəlsəfəsi  elminin  banisi  Vəliyəddin  Əbdürrəhman  ibn  Xəldunla  (1332-1409)  dəfələrlə 

görüşərək  onun  tarix  və  digər  ictimai  elmlərə  dair  fikirlərindən  faydalanmışdı.  Şeyx 

Şəmsəddin Muhəmməd Maraği fiqh, hədis, tarix, siyasət və sosiologiya sahələrinə dair 

bir çox kitab və risalə qələmə almışdı. Alim h. 17 zilhiccə 811-ci (3 may 1409) ildə vəfat 

etmişdi

832


.  

 

Əllamə  Burhanəddin  Əbü’s-Səna  Mahmud  ibn  Abdullah  ibn  Əbdürrəhman  ibn 



Muhəmməd Maraği 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  idi.  H.  605-ci  ildə  (1209)  anadan  olmuşdu.  Hələb 

şəhərində  qazi  Zeynəddindən  və  Əbü’l-Qasım  ibn  Rəvahədən  hədis  dinləmişdi. 

Burhanəddin Mahmud Maraği abid, zahid, saleh, sidq və vəra’ sahibi alim idi. O, həm 

zahirən  yaraşıqlı  insan  idi,  həm  də  gözəl  əxlaqa  malik  idi.  Dəfələrlə  qazi  və  şeyxü’ş-

şüyux  vəzifələri  təklif  olunsa  da  o,  imtina  etmiş  və  elm  tədrisi  ilə  məşğul  olmuşdu. 

Dəməşqdə Fələkiyyə və Əkziyyə mədrəsərərinin müdərrisi, həmçinin fətva mərcii  idi. 

Yusif  əl-Mizzi

833

,  Elməddin  Birzali



834

,  Şəmsəddin  Zəhəbi  və  İbnü’l-Əttar  ondan  hədis 

dinləmiş və hədis elmlərinə dair bilikləri öyrənmişdilər. H. 681-ci ilin rəbiülaxir ayında 

(iyul  1282)  Dəməşqdə  vəfat  etmişdi

835

.  Şəmsəddin  Zəhəbi  müəllimi  Burhanəddin 



Mahmud  Marağinin  həyatı  və  elmi  fəaliyyəti  haqqında  məlumat  verdikdən  sonra 

ondan  dinlədiyi  hədislərdən  birini  öz  əsərində  qeyd  etmişdi.  Həmin  hədisdə  Hüzeyfə 

ibnü’l-Yəman  (ا)  deyir:  Allah  Rəsulu  (م)  buyurdular  ki:  ‚Sizdən  əvvəlki  ümmətlərdən 

birinə  mənsub  bir  şəxs  ölüb  cənnətə  daxil  olduğu  vaxt  ondan  soruşacaqlar  ‚cənnətə 

                                                 

831


  Hafiz  Fəthəddin  Əbü’l-Fəth  Muhəmməd  ibn  Muhəmməd  əl-İşbili  (1273-1334)  əslən  Əndəlusun  İşbiliyyə  (indiki 

İspaniyada Sevilla) şəhərindən idi. Yaşadığı dövrün tanınmış mühəddis, fəqih və üsul alimi idi. İbn Seyyidü’n-Nas 

ləqəbi ilə tanınmışdı. ‚Sirətü’n-Nəbəviyyə‛ adlı əsəri məşhurdur.  

832


 SƏXAVİ, Zəvu’l-Lami’, C. IV, s. 278, 389. 

833


 Yusif ibn Əbdürrəhman əl-Mizzi (1256-1341). Tanınmış mühəddis və bioqraf idi.  

834


 Elməddin Qasım ibn Muhəmməd əl-Birzali (1267-1338). Tanınmış mühəddis, tarixçi və bioqraf.  

835


  Təqiyəddin  Əbu  Bəkr  ibn  Əhməd  ibn  Muhəmməd  İBN  QAZİ  ŞUHBƏ  əd-Diməşqi,  Təbəqatü’ş-Şafi’iyyə,  (Nşr.  H. 

Əbdüləlim Xan), C. II, s. 61, Heydərabad 1978; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 644; İBN KƏSİR, Bidayə və’n-



Nihayə, C. XIII, s. 503; ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 251; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 124, 328; 

İBN  TAĞRIBİRDİ,  Nücumu’z-Zahirə,  C.  III,  s.  58.  İbn  Tağrıbirdi  Burhanəddin  Mahmud  Marağinin  h.  682-ci  ilin 

rəbiəlaxir ayında (1283) vəfat etdiyini qeyd edir.  


girmək  üçün  dünyada  hansı  əməli  işlədin?‛  O,  belə  cavab  verəcək  ‚Mən  insanlara 

ticarət  malı  satardım,  maddi  darlıqda  olanlara  möhlət  verər,  vəziyyətləri  düzələnə 

qədər  borclarını  ödəmələri  üçün  onları  gözləyərdim,  nəğd  satarkən  də  alacağımın  bir 

qismini bağışlayardım‛. Bundan ötəridir ki, uca Allah onu bağışlamışdı‛

836

.  


      

Əllamə Tacəddin Əbü’l-Cəvab Musa ibn Muhəmməd ibn Məs’ud əş-Şafi’i Maraği 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Kəskin  zəka  sihibi  olan  Tacəddin  Maraği  fiqhlə 

yanaşı, fiqh üsulu və ərəb filologiyası üzrə tanınmış mütəxəssis idi. H. 669-cu ilin (1271) 

sonlarından  etibarən  Dəməşqdəki  İqbaliyyə  mədrəsəsində  müdərrislik  etmiş,  hədis 

dərsləri vermişdi. Alim h. 693-cü ildə (1294) vəfat etmiş və Babü’s-Səğir qəbristanında 

dəfn edilmişdi. Vəfat edərkən yaşı 70-i ötmüşdü

837

.  


 

Bəhaəddin Yusif ibn Musa ibn Muhəmməd ibn Məs’ud Maraği 

Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis olan Bəhaəddin Maraği yuxarıda haqqında 

bəhs  etdiyimiz  Tacəddin  Musa  Marağinin  oğlu  idi.  Səlahəddin  Səfədi  müasiri  olan 

Yusif Marağini gənc, fəzilətli və dərin zəka sahibi alim kimi tövsif etmişdi. Yusif Maraği 

həm  də  istedadlı  şair  idi.  Səlahəddin  Səfədi,  Elməddin  Qasım  əl-Birzalinin  (öl.  1338) 

onun  haqqında  ‚bizim  ustadlarımızdan  hədis  dinləmişdi‛  dediyini  qeyd  edir. 

Bəhaəddin Yusif Maraği h. 699-cu ilin şəvval ayında (iyun 1300) vəfat etmişdir

838


.  

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin