Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Yəhya ibn Əhməd ibn Hüseyn Dərbəndi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə12/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

 

Yəhya ibn Əhməd ibn Hüseyn Dərbəndi 

Hədis  ravisi  idi.  Muhəmməd  ibn  Tahir  Tarsusidən  hədis  dinləmiş  və  nəql  etmişdi. 

Hafiz Əbu Tahir əs-Süləfi (öl. 1181) ondan hədis dinləmiş və nəql etmişdi

480


. Ölüm tarixi 

məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. 

 

Əbu Əmr Osman ibnü’l-Müsəddid ibn Əhməd Dərbəndi  

Şafi’i  məzhəbinə  mənsub  fəqih  olan  Əbu  Əmr  Osman  Dərbəndi  yaşadığı  dövrdə 

Bağdadın tanınmış hüquqşünaslarından biri idi. O, təhsil almaq üçün Bağdada gəlmiş 

və Nizamiyyə mədrəsəsində təhsil almışdı. Şeyxülislam Əbu İshaq İbrahim Şirazinin

481

 

tələbəsi  olmuş,  fiqh  elmini  ondan  öyrənmişdi.  İbn  Nəqur  və  Şərif  Əbü’l-Hüseyn 



Muhəmməd  ibn  Əli  ibnü’l-Mühtədi  Billah  əl-Haşimi  kimi  Bağdadın  qabaqcıl 

mühəddislərindən hədis dinləmişdi. Bir müddət Xorasanın Nişapur şəhərində yaşamış, 

bu  şəhərin  tanınmış  mühəddislərindən  hədis  dərsləri  almışdı.  Abidliyi,  zahidliyi  və 

salehliyi  ilə tanınmış  Əbu Əmr Osman Dərbəndinin ölüm tarixi  h. 500-cü (1107)  ildən 

sonraya təsadüf edir

482


.  

 

Əbü’l-Həsən Muhəmməd ibn Hişam ibn Vəlid ibn Əbdülhəmid Dərbəndi 

Mühəddis idi və İbn Əbu İmran əl-Babi

483


 adı ilə məşhur olmuşdu. Əbu Səid Abdullah 

əl-Əşca  əl-Kindi

484

  və  İbrahim  ibn  Müslüm  əl-Xarəzmi  kimi  hədis  alimlərindən  hədis 



                                                 

479


 SEYRƏFİNİ, Müntəxəb, s. 134. 

480


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 359. 

481


  İmam  Əbu  İshaq  İbrahim  ibn  Əli  Şirazi  (1003-1083).  Şafi’i  məzhəbinə  mənsub  böyük  alimləridən  biri  olmuşdur. 

Əslən İranın Şiraz şəhəri yıxınlığındakı Firuzabad kəndindəndir. Zöhd və vəra’ sahibi bir alim idi. Böyük Səlcuqlu 

sultanlarının  vəziri  Nizamülmülk  ona  dərin  hörmət  və  ehtiram  bəsləyərdi.  Abbasi  xəlifəsi  Qaim  bi-Əmrillah  ona 

xilafətin qaziülquzatlığı vəzifəsini təklif etmiş, lakin Əbu İshaq Şirazi imtina etmişdi. Nizamülmülkün xahişi ilə 1067-

ci  ildə  tədrisə  açılan  Bağdad  Nizamiyyə  mədrəsəsində  ilk  dərsi  Əbu  İshaq  Şirazi  vermiş,  daha  sonra  da  bu 

mədrəsənin müdərrisi olmuşdu. Əbu İshaq Şirazi fiqh və fiqh üsuluna dair 10-dan artıq əsərin müəllifidir.  

482

 ŞƏHRƏZURİ, Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, C. I, s. 591. 



483

 Məlum olduğu kimi Dərbənd şəhəri orta əsr ərəbdilli mənbələrdə Babü’l-Əbvab adlandırılırdı. ‚əl-Babi‛ nisbəsi 

də buna uyğun olaraq verilirdi.  

484


  Bu  ravidən  hədis  dinləmiş  digər  bir  azərbaycanlı  mühəddis  də,  yuxarıda  haqqında  ətraflı  məlumat  verdiyimiz, 

İmamü’s-Sibt ləqəbi ilə məşhur olmuş Əbu Bəkr Əhməd Bərdicidir (öl. 914). 



dinləmiş  və  nəql  etmişdi.  Bir  müddət  Bərdədə  yaşamış  və  burada  hədis  dərsləri 

vermişdi.  Müsə’ər  ibn  Əli  Bərdəi  İbn  Əbu  İmran  əl-Babidən  hədis  dinləmiş 

mühəddislərdən  biri  idi

485


.  İbn  Əbu  İmran  əl-Babinin  ölüm  tarixi  məlum  deyil.  IX-X 

əsrlərdə yaşamışdır.  



 

Əbü’l-Həsən Həbib ibn Fəhd ibn Əbdüləziz Dərbəndi 

Mühəddis  idi.  Əbu  Əmr  Osman  ibn  Muhəmməd  ibn  Dost,  Əbu  Nueym  Süleyman 

İsfəhani,  Əbü’l-Həsən  ibn  Bəxtuveyh,  Asim  ibn  İsmayıl,  Asim  əl-Əhvəl  kimi 

mühəddislərin  tələbəsi  olmuş,  onlardan  hədis  dinləmişdi.  Əbu  Bəkr  Əhməd  əl-İsmaili 

onun tələbəsi olmuş ondan hədis dinləmiş və nəql etmişdi. Əbu Bəkr Əhməd əl-İsmaili 

həmçinin  hafiz  Əbu  Əli  Hüseyn  Bərdəi  (öl.  1016),  Əbu  Zur’ə  Muhəmməd  Bərdəi  (öl. 

1021) kimi digər azərbaycanlı mühəddislərin də tələbəsi olmuşdu. Əbü’l-Həsən Həbib 

Dərbəndinin ölüm tarixi məlum deyil. X-XI əsrlərdə yaşamışdır

486

.  


 

Yusif ibn Muhəmməd Dərbəndi 

Mütəkəllim idi. Öz dövrünün fəziləti ilə məşhur alimlərindən idi. Qəznəvi sultanlarını 

sarayında xidmət etmişdi. Qəznəvi sultanlarından Xosrov Məlikin (1160-1186) yanında 

onun  xüsusi  hörməti  var  idi,  ali  dərəcəyə malik  idi.  Ömrünün  sonlarına  doğru  dünya 

işlərindən  əl  çəkib  Lahor

487


  şəhərində  inzivaya  çəkilmişdi.  Lahorda  vəfat  etmiş  və  bu 

şəhərdə dəfn edilmişdi. Ölüm tarixi məlum deyil. XII əsrdə yaşamışdır

488

.  


 

Hafiz Əbü’l-Vəlid Həsən ibn Muhəmməd ibn Əli ibn Muhəmməd Dərbəndi 

Hədis  hafizi  idi.  Hədis  dinləmək  üçün  çox  səyahət  etmişdi.  Orta  Asiyadan  Şimali 

Afrikaya  qədər  bütün  İslam  coğrafiyasını  gəzmiş  və  məşhur  mühəddislərdən  hədis 

dinləmişdi.  Çox  hədis  əzbərləmişdi.  Buxarada  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd 

ibn Muhəmməd Qəncardan və Əbu Bəkr Əhməd ibn Əli əl-Xətibdən hədis dinləmişdi. 

                                                 

485

  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  I,  s.  213.  Yaqut  əl-Həməvi  əsərində alimin  nisbəsini ‚əl-Babi‛  olaraq 



qeyd etmişdi.  

486


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 213. Bu alimin də nisbəsi ‚əl-Babi‛ olaraq qeyd edilmişdir. 

487


 Lahor-indiki Pakistan ərazisində yerləşən şəhər. 

488


 Əbdülhəyy ibn Fəxrəddin əl-HÜSEYNİ, Nüzhətü’l-Xəvatir və Behcətü’l-Məsami’ və’n-Nəvazir, s. 83, Beyrut 1999. 

Nişapurda  Əbu  Muhəmməd  Abdullah  ibn  Yəhya  əs-Səkri  Bağdadi  və  Əbü’l-Qasım 

Həsən  ibn  Muhməməd  əl-Ənbarinin  dərslərində  iştirak  etmişdi.  Onun  hədis  dinlədiyi 

mühəddislərdən  biri  də  Əbü’l-Hüseyn  ibn  Buşran  idi.  Əbu  Abdullah  Muhəmməd  ibn 

Fəzl  əl-Fəzari,  Əbü’l-Qasım  Zahir  ibn  Tahir  əş-Şəhami  hafiz  Əbü’l-Vəlid  Həsən 

Dərbəndinin  tələbəsi  olmuş,  ondan  hədis  dinləmişdilər.  Hafiz  Əbü’l-Vəlid  Həsən 

Dərbəndi h. 456-cı ilin ramazan ayında (iyun 1064) Səmərqənddə vəfat etmişdi

489

 



Şəmsəddin  Zəhəbi  nəql  silsiləsində  hafiz  Əbü’l-Vəlid  Həsən  Dərbəndinin  də  olduğu 

aşağıdakı hədisi öz əsərində qeyd etmişdir:  Huzeyfə ibnü’l-Yəman (ا) dedi: Rəsulullah 

(م) buyurdular ki: ‚Canım əlində olan Allaha and olsun ki, sizlər ya mə’rufu (yaxşılığı) 

əmr  edib  münkəri  (pisliyi)  qadağan  edəcəksiniz,  ya  da  Allah  sizin  üzərinizisə  elə  bir 

bəla göndərər ki, sonra ona yalvarsanız da duanız qəbul olmaz‛

490


. Tirmizi, Əhməd ibn 

Hənbəl və Nasirəddin Əlbani bu hədisin səhih olduğunu bəyan etmişdirlər. 

  

Şeyx Əbü’l-Əsvar Ömər ibn Münəxxil Dərbəndi 

 

Hədis ravisi idi. Bağdadda yaşamış, yaşının xeyli irəli vaxtlarında burada Əbu Talib ibn 

Yusifdən hədis dinləmişdi. Daha sonra h. 510-cu (1116-1126) illərdə Dəməşqə gəlmiş və 

burada  hədis  nəql  etmişdi.  Ondan  çox  az  ravi  hədis  dinləmişdi

491

.  Ehtimal  ki,  bunun 



səbəbi ravinin artıq xeyli yaşlı olması olmuşdur. Yə’ni hədis nəql etməyə başlayandan 

sonra  uzun  yaşamamışdır.  Ölüm  tarixi  məlum  olmasa  da  1120-1130-cu  illərə  təsadüf 

etdiyin təxmin etmək olar.  

 

Əbdülməlik ibn Əli ibnü’l-Muni Dərbəndi 

Şafi’i məzhəbinə mənsub fəqih və qari idi. Fəzilət sahibi alim kimi tanınmış Əbdülməlik 

Dərbəndi  Hələbdə  yaşamış,  burada  tədris  və  elmi  tədqiqatla  məşğul  olmuşdu. 

Əbdülməlik Dərbəndi ‚Müxtəsər fi’l-Fiqh‛, ‚Nüzhətü’n-Nazirin‛, ‚Əxlaq və’l-Məvaiz‛, 

                                                 

489

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. III, s. 238-239; SÜYUTİ, Təbəqatü’l-Hüffaz, s. 160; SEYRƏFİNİ, Müntəxəb



s. 198. 

490


  Şəmsəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd  ZƏHƏBİ,  Siyəru  Ə’lamü’n-Nübəla,  (Nşr.  Ş.  Arnavud-Hüseyn 

Ə),  C.  XVIII,  s.  99,  Beyrut  1983.  Bu  hədis  üçün  həmçinin  bax:  TİRMİZİ,  Sünən,  Fitən,  Nr.  2169.

 

[

  َّٕ ُهُْٓأَرَُ ِِٙكَ٤ِت ٢ٍِْلَٗ ١ِمَُّا َٝ



 ٌَُُْْ  ُةْ٤ ِعَرٍَْ٣ َلاَك َُُّٚ٘ػْكَرُِ َُّْش ،ِِٙكِْ٘ػ  ِْٖٓ اًاتاَمَػ ٌُْْ٤ََِػ  َسَؼْثَ٣  َْٕأ الله ٌََِّٖش ُْٞ٤ُ  َْٝأ ،هٌَُُْ٘ٔا َِٖػ َََّْٕٜٞ٘ذ َٝ  ِف ُْٝهْؼَُٔاِت

]

 



491

 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XLV, s. 343. 



‚Dəlailü’l-Mənahic‛  kimi  əsərlərin  müəllifi  idi.  H.  766-cı  (1365)  ildə  dünyaya  gəlmiş 

alim h. 839-cu (1436) ildə Hələbdə vəfat etmişdi

492

.  


 

Hüseyn ibn İbrahim Dərbəndi  

Təbəi-tabiundan olan hədis ravisi idi. Hafiz Əbu Übeydə Hümeyd ət-Təvil əl-Bəsridən 

(688-760)  hədis  dinləmişdi.  Hafiz  Əbu  Übeydə  Hümeyd  isə  Rəsulullahın  (م) 

səhabələrindən  Ənəs  ibn  Maliklə  (ا)  görüşüb  ondan  hədis  dinləmişdi.  Hüseyn  ibn 

İbrahim  Babü’l-Əbvabda  (Dərbənd)  hədis  dərsləri  vermişdi.  İsa  ibn  Muhəmməd  ibn 

Muhəmməd  əl-Bağdadi  ondan  hədis  dinləmiş  mühəddislərdən  biridir

493

.  Hüseyn 



Dərbəndinin ölüm tarixi məlum deyil. VIII-IX əsrlərdə yaşamışdır. 

 

Şeyx Əbu Muhəmməd Əbdan ibn Zərrin ibn Muhəmməd Düveyni 

Şafi’i məzhəbinə mənsub fəqih və qari idi. Şeyx İbn Əbi Loqma ləqəbi ilə tanınan alim 

gözdən əlil idi. H. 540-cı ildə (1145) vəfat etmişdi

494

.  


 

Əllamə  Cəmaləddin  Əbu  Əmr  Osman  ibn  Ömər  ibn  Əbu  Bəkr  ibn  Yunis  əl-Kürdi 

Düveyni 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  olan  Cəmaləddin  Osman  Düveyni  həmçinin  ərəb 

filologiyası,  təcvid

495


,  fiqh  üsulu  kimi  elm  sahələrində  də  tanınmış  mütəxəssis  və  bu 

sahələrə  dair  bir  çox  əsərin  müəllifi  idi.  Alim  h.  571-ci  (1175)  ildə  Misirdə  hərbiçi 

ailəsində dünyaya gəlmişdi və atası əmir İzzəddin Məvsuk Hezbaninin

496


 hacibi idi. Bu 

səbəbdən  o,  İbnü’l-Hacib  adı  ilə  tanınmışdı.  Onun  atası  Azərbaycanın  qədim 

şəhərlərindən  Düveyndə  anadan  olmuşdu.  Cəmaləddin  Düveyni  uşaqlıq  və 

yeniyetməlik illərində Qahirədə təhsil almış, Qur’ani-Kərimi əzbərləyib hafiz olmuşdu. 

O,  digər  şagirdlərdən  fenomenal  yaddaşı  və  parlaq  zəkası  ilə  fərqlənmişdi.  Qahirədə 

                                                 

492

 Xeyrəddin ibn Mahmud ZİRİKLİ, Ə’lam Qamusü’t-Təracim, C. IV, s. 235-236, Beyrut 1980. Xeyrəddin Zirikli alimin 



nisbəsini ‚əl-Babi‛ olaraq qeyd etmişdir. 

493


 İBN HƏCƏR, Lisanü’l-Mizan, C. II, s. 218; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 164; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-

Büldan, C. I, s. 213. əl-Həməvi alimin nisbəsini ‚əl-Babi‛ kimi qeyd etmişdir. 

494


 HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 314; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 623. 

495


 Təcvid-Qur’ani-Kərimin oxunuş qayda və üsullarını öyrədən elm. 

496


 Əmir İzzəddin Məvsuk Hezbani Əyyubilər dövləti sultanı Səlahəddin Yusif Əyyubinin (1169-1193) dayısı oğlu və 

sultanın əmirlərindən biri idi.  



imam  Əbu  Muhəmməd  Qasım  Şatibidən

497


  Qur’an  elmlərinə  dair  bilikləri  öyrənmiş, 

onun  yanında  ‚Təysir‛i

498

  oxumuşdu.  Qahirədə  Əbü’l-Fəzl  Muhəmməd  ibn  Yusif 



Qəznəvi,  Əbü’l-Cəud,  əl-Buseyri,  İbn  Yasin  kimi  alimlərdən  müxtəlif  elm  sahələrinə 

dair  bilikləri  öyrənmişdi.  Daha  sonra  Dəməşqə  getmiş,  burada  Qasım  ibn  Əsakir

499



Həmmad əl-Hərrani



500

, mühəddisə Fatimə bint Əbü’l-Həsən Sə’dülxeyr əl-Ənsari, Əbu 

Mənsur  əl-Əbyaridən  fiqh,  hədis,  təfsir  və  filologiya  dərsləri  almışdı.  Təhsilini  başa 

vurduqdan  sonra  Dəməşqdəki  ‚Zaviyətü’l-Malikiyyə‛  mədrəsəsində  dərs  vermişdi

501



Həmin illərdə filologiya, fiqh və fiqh üsulu sahələrində bir neçə risalə qələmə almışdı. 



Alim  h.  617-ci  (1220)  ilə  qədər  Dəməşqdə  qalmış,  sonra  Qahirəyə  qayıtmış  və  bu 

şəhərdəki əl-Faziliyyə mədrəsəsində dərs vermişdi. Bir neçə il Qahirədə tədrislə məşğul 

olduqdan  sonra  İsgəndəriyyəyə  getmiş  və  bu  şəhərdəki  mədrəsələrdə  dərs  vermişdi. 

Onun  yetirmələri  arasından  Cəmaləddin  əl-Fazil,  Əbu  Muhəmməd  Əlcəzairi,  Əbu  Əli 

ibnü’l-Cəlal,  Əbü’l-Fəzl  əl-Ərbili,  Əbü’l-Həsən  ibnü’l-Baqqal,  qaziü’l-quzat  Şihabəddin 

Əbu  Abdullah  Muhəmməd  Xoyi  (öl.  1294)  kimi  alimlər  çıxmışdı.  Əllamə  Cəmaləddin 

Düveyni  həm  də  istedadlı  şair  idi.  İbn  Tağrıbirdi  onun  haqqında  məlumat  verərkən 

şerlərindən nümunələr də nəql etmişdi. Cəmaləddin Osman Düveyni h. 26 şəvval 646-cı 

(11 fevral 1249) ildə İsgəndəriyyədə vəfat etmiş, Babü’l-Bəhr qəbristanında, şeyx Saleh 

ibn Əbu Şamənin qəbrinin yanında, dəfn edilmişdi

502

 



Alimin ən məşhur əsərləri ərəb dilinin qrammatikasına dair qələmə aldığı ‚Kafiyyə fi’n-

Nəhv‛  və  ‚Şafiyyə  fi’s-Sərf‛adlı  iki  əsərdir.  Bunlardan  birincisi  ərəb  dilinin  sintaksisi 

(nəhv),  ikincisi  isə  morfologiyasına  (sərf)  aid  idi.  Türkiyənin  əlyazma  əsər  saxlanılan 

bütün kitabxanalarında bu iki əsərin bir və ya bir neçə nüsxəsi mövcuddur. Bu da onu 

göstərir ki, bu əsərlər uzun müddət Osmanlı mədrəsələrində ərəb dili dərslərdində əsas 

                                                 

497

  İmam  Əbu  Muhəmməd  Qasım  ibn  Firrə  Şatibi  (1143-1194)  Əndəluslu  gözdən  əlil  alim  və  bütün  Qur’an 



qiraətçilərin  ustadı  hesab  olunurdu.  Başqa  bir  məşhur  qiraət  və  təcvid  alimi  ‚Qayətü’n-Nihayə‛nin  müəllifi  İbnü’l-

Cəzərinin  də  müəllimi  olmuşdu.  Onun  müəllifi  olduğu  ‚Şatibiyyə‛  əsəri  uzun  illər  boyu  mədrəsələrdə  və 

məktəblərdə Qur’an təcvidi və qiraəti sahəsində dərslik kimi istifadə olunmuşdur. 

498


 ‚Təysir fi Qiraəti’s-Səb‘‛ Əbu Əmr Osman ibn Səid əd-Dani (981-1053) tərəfindən qələmə alınmış Qur’ani-Kərimin 

təcvid və tilavət qaydalarına dair əsərdir.  

499

 Tarixçi və mühəddis Əbü’l-Qasım Əli ibn Əsakirin (öl. 1175) oğlu idi.  



500

 Əbü’s-Səna Həmmad ibn Hibətullah əl-Hərrani (1117-1202) yaşadığı dövrün tanınmış filoloq, şair və ədiblərindən 

biri olmuşdu.  

501


 NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. II, s. 1. 

502


 Cəmaləddin Əbü’l-Məhasin Yusif İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi və’l-Müstəvfi bə’də’l-Vafi, (Nşr. M. M. Əmin), C. 

II, s. 161, Qahirə 1984; ZƏHƏBİ,  Siyəru Ə’lamü’n-Nübəla, C. XXIII, s. 101; İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. III, s. 

248-250.  


dərslik  kimi  istifadə  olunmuşdur.  ‚Kafiyyə  fi’n-Nəhv‛  və  ‚Şafiyyə  fi’s-Sərf‛in 

Əbdülqəni  əfəndi  Nuxavi  kolleksiyasından  əldə  edilmiş  birər  nüsxəsi  AMEA  Əİ-nun 

fondunda da mövcuddur

503


. Əllamə Cəmaləddin Osman Düveyninin ərəb filologiyasına 

dair qələmə aldığı ‚Əmali‛, ‚Qəsidə fi Bəyani’l-Əsmai’l-Müənnəs‛, ‚Risalə fi Təhqiqi’l-

Məf’ulat‛,  ‚Vafiyyə  fi  Şərhi’l-Kafiyyə‛

504


  adlı  əsərləri  Ankara  Milli  kitabxanasında, 

‚Risalə  fi’s-Sərf‛  adlı  əsəri  Türkiyə  Çorum  Həsən  paşa  İHK,  ‚Qəsidətü’l-Müvəşşəhə 

bi’l-Əsmai’l-Müənnəsə‛  və  ‚İzah  Şərhü’l-Müfəssəl‛  adlı  əsərləri  Türkiyə  Diyarbəkir 

İHK,  ‚Safiyyə  fi  Şərhü’ş-Şafiyyə‛  adlı  əsəri  Ərzurum  İHK,  ‚Mənzumə  fi’l-Müzəkkər 

və’l-Müənnəs‛ adlı əsəri İstanbul SYEK, ‚Şərhü’t-Təsrif‛, ‚Muqribü’l-Kafiyyə‛, ‚Şərhu-

Şuzuri’z-Zəhəb‛  adlı  əsərləri  Türkiyə  Kastamonu  İHK,  ‚Qəvaidü’l-İ’rab‛  adlı  əsəri 

Kütahya  Vahidpaşa  İHK,  ‚Kafiyyə  fi’n-Nəhv‛,  ‚Şafiyyə  fi’s-Sərf‛,  ‚Risalə  fi 

Müqəddiməti’l-İ’rab  və’t-Təsrif‛  adlı  əsərləri  Konya  BYEK,  ‚əl-Məsalik‛  və  ‚Vafiyə  fi 

Şərhi’l-Kafiyyə‛ adlı əsərləri Manisa İHK, ‚Şəfa bi Tərifi-hüquqi’l-Mustafa‛ və ‚Şərhü’l-

Kafiyyə‛  adlı  əsərləri  Türkiyə  VGMK-nin  Ankara  şöbəsində  saxlanılır.  Alimin  ərəb 

ədəbiyyatına  dair  qələmə  aldığı  ‚Şərhü’l-Qəsidəti’t-Təntəraniyyə‛  adlı  əsəri  Konya 

BYEK, əruz vəzninə dair yazdığı ‚Hidayətü’s-saili’l-qəsdi’l-cəlil fi İlmi’l-xəlil‛ adlı əsər 

Kastamonu  İHK-də  saxlanılır.  Cəmaləddin  Düveyninin  müəllifi  olduğu  fiqhə  dair 

‚Müxtəsər  fi  Zikri  Təbəqatü’l-Hənəfiyyə‛  adlı  əsərin  bir  nüsxəsi  Amasiya  vilayəti 

Beyazıd  İHK,  ‚Müxtəsərü’l-Müntəlai’l-Vüsul‛  adlı  əsərin  müəyyən  etdiyimiz  iki 

nüsxəsindən  biri  Konya  BYEK-də,  digəri  isə  Qahirədə,  Misir  Milli  kitabxanasında, 

‚Üsuli’l-Fiqh‛  adlı  əsəri  isə  Konya  Yusifağa  kitabxanasında  mühafizə  olunur.  Həmin 

kitabxanada ‚Kitab Müntəhai’l-Vüsul və’l-Əməl fi İlmi’l-Üsul və’l-Cədəl‛ adlı əsərinin 

də  bir  nüsxəsi  mövcuddur.  ‚Müxtəsərü’l-Müntəlai’l-Vüsul‛un  Qahirədəki  nüsxəsində 

Əzudəddin  əl-İcinin  (öl.  1355)  bu  əsərə  yazdığı  şərh  də  mövcuddur.  Alimin  fiqh 

üsuluna dair ‚Kitab Müntəhai’l-Vüsul və’l-Əməl fi İlmi’l-Üsul və’l-Cədəl‛ adlı əsəri h. 

1326-cı ildə (1908) Misirdə Mustafa əfəndi əl-Məkkəvi tərəfindən nəşr olunmuşdur.     



 

Əbu Abdullah Muhəmməd ibn Mahmud ibn Əbi Nəsr ibn Fərəc Düveyni 

                                                 

503

 Kamandar ŞƏRİFOV, Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə Kitabxanasının Kataloqu, C. I, s. 244-245, 308, Bakı 2009. 



504

 ‚Vafiyyə fi Şərhi’l-Kafiyyə‛ uzun müddət Türkiyənin Tokat vilayəti Zilə İHK-də saxlanmışdır. 



Mühəddis idi. H. 544-cü ildə (1149) Azərbaycanın Düveyn şəhərində anadan olmuşdu. 

Təhsilini  davam  etdirmək  məqsədiylə  Misirə  getmiş  və  İsgəndəriyyədə  Əbu  Tahir  əs-

Süləfi İsfəhanidən hədis dərsləri almış, hədis dinləmişdi. Bundan başqa Əbu Abdullah 

əl-Məs’udi, Şərif Əbu Əli Muhəmməd ibn Əsəd əl-Cəvvani və Əbu Yaqub Yusif ibnü’t-

Tüfeyl kimi Misirin tanınmış hədis alimlərindən  hədis dərsləri almışdı. Əbu Abdullah 

Muhəmməd Düveyni h. 628-ci ilin zilqədə ayında (sentyabr 1231) vəfat etmişdi

505



 



Əbdürrəhman ibn Yəhya Düveyni 

Hədis ravisi idi. Səbbah ibn Müharib, Cuddar ibn Bəkr Düveynidən hədis dinləmiş və 

nəql etmişdi

506


. Ölüm tarixi məlum deyil.  

 

Əbü’l-Xeyr Fəxravər ibn Osman ibn Muhəmməd Düveyni 

Mühəddis  idi.  Əbü’l-Qasım  əl-Buseyri,  Əbu  Yaqub  Yusif  ibnü’t-Tüfeyl  və 

başqalarından  hədis  dinləmiş,  hədis  dərsləri  almışdı.  Cəmaləddin  İbnü’s-Sabuni  (öl. 

1282)  Əbü’l-Xeyr  Düveyni  ilə  görüşdüyünü  və  elmi  mövzularda  fikir  mübadiləsi 

apardığını  qeyd  etmişdir.  Əbü’l-Xeyr  Düveyni  h.  18  səfər  652-ci  ildə  (8  aprel  1254) 

Qahirədə vəfat etmişdir

507

.  


 

Şeyx Kəmaləddin Əbü’l-Fütuh Nəsrullah ibn Mənsur ibn Səhl Düveyni 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Bağdadda məşhur alim və mütəfəkkir Əbu Hamid 

Qəzzalinin tələbəsi olmuş, ondan şafi’i fiqhini öyrənmişdi. Daha sonra təhsilini davam 

etdirmək  üçün  Xorasanın  Nişapur,  Mərv  və  Bəlx  kimi  şəhərlərini  gəzmişdi.  O,  Əbü’l-

Həsən  Əli  ibn  Əhməd  əl-Mədyəni,  Əbu  Bəkr  Əhməd  ibn  Səhl  əs-Sərrac  və  Əbu  Səid 

Əbdülvahid əl-Quşeyridən hədis dinləmiş və nəql etmişdir. Qazi Kəmaləddin Şəhrəzuri 

onun tələbəsi olmuş, onun yanında fiqh və fiqh üsulu oxumuşdu. Əbu Sə’d əs-Səm’ani 

və  başqaları  ondan  hədis  nəql  etmişdilər.  Şeyx  Kəmaləddin  Düveyni  Xorasanadakı 

mədrəsələrdə  tədrislə  məşğul  olmuşdu.  Səm’ani  onun  Bəlxdəki  Nizamiyyə 

                                                 

505

 İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54. 



506

 İBN MAKULA, İkmal, C. I, s. 384. 

507

 İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54. 



mədrəsəsinin  müdərrisi  olduğunu  qeyd  etmişdir.  Alim  h.  546-cı  ilin  ramazan  ayında 

(dekabr 1151) Əfqanıstanın Bəlx şəhərində vəfat etmişdi

508

.  


 

Şueyb ibn Muhəmməd ibn Əhməd ibn Bəzyi’ Düveyni 

Hədis ravisi idi. Səhl ibn Suqeyr əl-Əxlatidən hədis dinləmiş və nəql etmişdi. Əbu Bəkr 

əl-Müfid də ondan hədis dinləmiş və nəql etmişdi

509


. Ölüm tarixini müəyyənləşdirmək 

mümkün olmamışdır. Lakin onun hədis dinlədiyi Səhl ibn Suqeyrin tabiundan Süfyan 

ibn Üyeynədən (725-813) hədis dinləyib nəql etdiyini nəzərə alaraq Şueyb Düveyninin 

IX-X əsrlərdə yaşadığını təxmin etmək olar.  



 

Əmir Əbu Mənsur Fərəc ibn Kişvarə Düveyni 

Əyyubilər  dövlətinin  ordusunda  xidmət  etmiş  hərbi  bürokratlardan  biri  idi.  Əyyubi 

ordusu  komandanlarından  birinin  müavini  olmuş,  əmir  rütbəsinə  yüksəlmişdi.  Əmir 

Əbu  Mənsur  Düveyni  həmçinin  mühəddis  idi.  O,  öz  dövrünün  məşhur  hədis 

alimlərindən  Hafiz  Əbu  Tahir  əs-Süləfi  İsfəhani  (1083-1181),  Əbu  Tahir  ibn  Əvf  və 

Əbü’l-Fəth Mahmuddan hədis dərsləri almışdır

510

. Ölüm tarixi məlum deyil. Əbu Tahir 



əs-Süləfinin  müasiri  olduğunu  və  aşağıda  haqqında  məlumat  verdiyimiz  qardaşının 

ölüm  tarixini  nəzərə  alaraqa  Əmir  Əbu  Mənsur  Düveynin  XII-XIII  əsrlərdə yaşadığını 

söyləmək olar.  

 

Fəridun ibn Kişvarə Düveyni 

Mühəddis və əmir Əbu Mənsur Düveyninin qardaşı idi. O, da qardaşı kimi Hafiz Əbu 

Tahir əs-Süləfinin tələbəsi olmuş, İsgəndəriyyədə ondan hədis dərsləri almışdı. Fəridun 

                                                 

508


  İBNü’l-ƏSİR,  Lübab,  C.  I,  s.  517;  BAĞDADİ,  Təkmilətü'l-İkmal,  C.  II,  s.  263;  Əbu  İbrahim  İsmayıl  ibn  Cə’fər  İBN 

KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 126a-b, 

http://www.way2əannah.com

; YAQUT əl-HƏMƏVİ, 



Mu’cəmü’l-Büldan,  C.  III,  s.  757;  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  II,  s.  218;  HİMYƏRİ,  Nisbə  ilə’l-Məvazi’,  C.  I,  s.  314. 

Cəmaləddin Himyəri əsərində ‚Əbü’l-Fütuh Nəsr ibn Mənsur əd-Düveyni‛ (öl. 1132) və ‚Kəmaləddin Nəsrullah ibn 

Mənsur əd-Düveyni‛ (öl. 1151) adlı iki ayrı adam haqqında danışır. 

509


 İBN MAKULA, İkmal, C. I, s. 384. 

510


 İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54. 

Düveyni Misirdə hədis dərsləri vermişdi. Alim h. 4 rəbiəlaxir 617-ci ildə (7 iyun 1220) 

Qahirədə vəfat etmişdi

511

.  


 

Əbu Muhəmməd Əbdürrəhman ibn Həməd ibn Həsən əs-Süfyani Düveyni 

Yaşadığı  dövrün  tanınmış  mühəddislərindən  idi.  Azərbaycanın  qədim  şəhəri 

Düveyndə

512


  hədis  dərsləri  vermişdi.  Hafiz  Əbu  Tahir  əs-Süləfi  (öl.  1181)  onunla 

Düveyndə  görüşüb  söhbət  etmiş,  hədis  dinləmişdi.  Hafiz  Əbu  Tahir  onun  Əbu  Nəsr 

Əhməd  əl-Kəssar  Dinəvəridən  hədis  dinləyib  nəql  etdiyini  qeyd  etmişdir.  Əbu 

Muhəmməd  Əbdürrəhman  Düveyninin  ölüm  tarixi  məlum  deyil,  XI-XII  əsrlərdə 

yaşamışdır.  Hafiz  Əbu  Tahir,  Əbu  Muhəmməd  Əbdürrəhman  Düveynidən  eşitdiyi 

aşağıdakı  məşhur  hədisi  öz  əsərində  qeyd  etmişdir.  Əbu  Səid  əl-Xudri  (ا)  dedi:  Allah 

Rəsulu  (م)  buyurdular  ki:  ‚Əzanı  eşitdiyiniz  vaxt  siz  də  müəzzinin  dediyini 

təkrarlayın‛

513

.     


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin