Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


ORTA ƏSRLƏRDƏ YAŞAMIŞ AZƏRBAYCANLI ALİMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə8/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

ORTA ƏSRLƏRDƏ YAŞAMIŞ AZƏRBAYCANLI ALİMLƏR 

 

Qazi Burhanəddin Əbu Nəsr ibn Məs’ud Anəvi  

Qazi  Burhanəddin  Əbu  Nəsr  1143-cü  ildə  Azərbaycanın  şimal-qərbindəki  Ani 

şəhərində  dünyaya  gəlmişdi.  Həmin  dövrdə  Ani  Şəddadi  əmirliyinin  hakimiyyəti 

altında idi. Burhanəddin Anəvinin babaları Böyük Səlcuqlu sultanı Alp Arslanın Anini 

fəthindən  (1064)  sonra  gəlib  bu  şəhərdə  məskunlaşmışdılar.  Onun  atası  Məs’ud, 

Şəddadi  əmirliyinin  ordusunda  xidmət  edən  zabit  idi.  İlk  təhsilini  Anidə  alan 

Burhanəddin  Əbu  Nəsr  şafi’i  fiqhi  ilə  yanaşı  fars  dili  və  ədəbiyyatı,  tibb,  astronomiya 

kimi dəqiq elmlər sahəsində də mütəxəssis idi. Xaçpəsətlərin də yaşdığı Anidə xristian 

teologiyası  və  İncili  öyrənən  Burhanəddin  Əbu  Nəsr  gənc  yaşlarından  etibarən  şe’r 

yazmağa  başlamışdı.  1161-ci  ildə  Anini  işğalı  vaxtı  gürcülərə  əsir  düşən  Burhanəddin 

Anəvi  6  illik  əsarətdən  sonra  vətənə  qayıda  bilmişdi

337


.  Əsirlikdən  qayıdandan  sonra 

Anidən  Təbrizə  gedən  gənc  Burhanəddin  burada  vaiz  Mahmud  Təbrizinin  tələbəsi 

olmuş,  ondan  fiqh  elminin  incəliklərini  öyrənmişdi.  Ondakı  şairlik  istedadını  görən 

vaiz Mahmud bu qabiliyyətini müsbət istiqamətdə inkişaf etdirməsini  tövsiyə etmişdi. 

Burhanəddin  Anəvi  ustadının  təşviqi  ilə  peyğəmbərlərin  həyatını  nəzm  etmişdi. 

Təbrizdə  təhsilini  tamamlayan  Burhanəddin  Anəvi  Əxlatşahlar  hökmdarı  əmir 

Seyfəddin  Bəgtemürün  (1183-1193)  ölkəsinə  gedərək  burada  yaşamış,  əmirin  yaxın 

adamlarından  biri  olmuşdu.  1188-ci  ildə  həcc  ziyarəti  üçün  yola  çıxan  Burhanəddin 

Anəvi  əmir  Seyfəddinin  elçisi  olaraq  Bağdadda  Abbasi  xəlifəsi  Nasir  Lidinillahla 

görüşmüşdü.  1207-ci  ildə  Əxlatşah  əmirliyi  ləğv  edilərək  ərazisi  Əyyubilər  dövlətinə 

birləşdirilmişdi.  Bu  hadisədən  sonra  Konyaya  gedən  Burhanəddin  Anəvi  Anadolu 

Səlcuqlu  sultanı  İzzəddin  I  Keykavusun  (1211-1220)  xidmətinə  daxil  olmuşdu

338



Malatya şəhəri qaziliyinə təyin olunan Burhanəddin Əbu Nəsr Anəvi ‚Ənisü’l-Qülub‛ 



adlı  farsca  əsərini  yazıb  sultan  İzzəddinə  təqdim  etmişdi.  Bu  əsərin  son  qismi 

‚Nəsihətnamə‛ adlanır. Müəllif burada Burhan təxəllüsü ilə gənc hökmdar İzzəddin I 

Keykavusa nəsihət və öyüd mahiyyətində şerlər yazmışdı. ‚Ənisü’l-Qülub‛ İslam tarixi 

                                                 

337

  Mehmed  Fuad  KÖPRÜLÜ,  ‚Anadolu  Selçukluları  Tarihinin  Yerli  Kaynakları‛,  TTK,  Belleten,  C.  VII,  S.  27, 



Ankara 1943, ss. 456-483. 

338


 KÖPRÜLÜ, həmin məqalə

və əxlaqa dair əsər olsa da bu əsərdə Azərbaycan, Arran və Anadoluda yaşayan oğuzlar 

haqqında  dəyərli  tarixi  məlumatlar  var

339

.  ‚Ənisü’l-Qülub‛  Anadoludakı  farsdilli 



ədəbiyyatın  qiymətli  nümunələrindən  biridir.  Bu  əsər  Firdovsinin  ‚Şahnamə‛si 

tərzində  qələmə  alınmışdır  və  bir  növ  xəlifələrin  tərənnüm  edildiyi  şahnamədir

340



‚Ənisü’l-Qülub‛un  məlum  olan  yeganə  nüsxəsi  İstanbulda  Ayasofiya  kitabxanasında 



saxlanılır. Burhanəddin Anəvinin ölüm tarixi 1214-cü ildən sonraya təsadüf edir.  

 

Əbu Abdullah Nafi’ ibn Əli ibn Yəhya əs-Səravi əl-Azərbaycani 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  və  fəqih  idi.  Əbu  Əyyaş  Cə’fər  ibn  Muhəmməd 

Ərdəbilidən hədis dinləmişdi. Əli ibn Muhəmməd ibn Məhruyə Qəzvini, Əbü’l-Həsən 

Əli  ibn  İbrahim  əl-Qəttan  Qəzvininin  tələbəsi  olmuş,  onların  yanında  fiqh  elmini 

öyrənmişdi.  Əbü’l-Həsən  Əhməd  ibn  Muhəmməd  əl-Ətiqi  ondan  hədis  dinləmiş  və 

nəql  etmişdi

341


.  Əbu  Abdullah  Nafi’  əl-Azərbaycani  h.  382-ci  ildə  (992)  həcc 

ziyarətindən qaydarkən Bağdada gəlmiş və burada hədis dərsləri vermişdi

342

. əs-Səravi 



(١ٝهٍُا)  nisbəsinin  haradan,  hansı  yaşayış  məntəqəsindən  gəldiyinə  dair  yuxarıda 

məlumat  vermişdik,  bu  nisbə  cənubi  Azərbaycanın  Sərab  şəhərinə  aiddir.  Səm’ani 

alimin h. 400-cü ildən (1010) əvvəl vəfat etdiyini yazır

343


 

Muhəmməd ibn Muhəmməd ibn Hüseyn ibn Əbduk əl-Azərbaycani 

Mühəddis  idi.  Hədis  dinləmək  üçün  səyahətə  çıxmış,  Hicaz,  İraq,  Misir  və  Şam 

diyarının  mühəddislərindən  hədis  dinləmişdi.  İbnü’l-Müqəyyir,  İbn  Rəvahə,  İbn 

Qumeyrə,  İbn  Rəvvac  və  Səxavi  onun  hədis  dinlədiyi  mühəddislərdən  idilər.  Qüds 

şəhərində  yaşamış  və  burada  hədis  dərsləri  vermişdi.  İbn  Xubbaz  və  İbn  Əttar  kimi 

                                                 

339


 KÖPRÜLÜ, həmin məqalə

340


  Mikayıl  BAYRAM,  ‚Selçuklular  Zamanında  Anadolu’da  Bazı  Yöreler  Arasındaki  Farklı  Kültürel  Yapılanma  ve 

Siyasi Boyutları‛, SÜTAD, S. 1, Konya 1994, ss. 79-92; Ali ÖNGÜL, ‚Selçuklularda Eğitim Faaliyetleri ve Yetişen İlim 

Adamlarına Genel Bir Bakış‛, CBÜSBED, C. I, S. 2, Manisa 2003, ss. 67-78.  

341


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. IV, s. 66-67; Əbu Nəsr Əli ibn Hibətullah İBN MAKULA, İkmal, C. II, s. 

119,  Qahirə  1976;  Əbü’l-Fəzl  İBNü’l-QEYSƏRANİ,  Ənsabü’l-Müttəfiqə,  s.  22,  Bağdad  1970.  İbnül-Qeysərani  alimin 

adını digər müəlliflərdən bir qədər fərqli, ‚Əbu Abdullah Nafi’ ibn Əli ibn Bəhr ibn Əmr ibn Hazim‛  olaraq qeyd 

etmişdir. 

342

 Xətib Əhməd ibn Əli əl-BAĞDADİ, Tarixu-Mədinətü’s-Səlam Bağdad, C. XIII, s. 322, Qahirə 1931. 



343

 Yenə orada



hədis alimləri onun tələbəsi olmuşdular. Alim h. 682-ci ilin rəcəb ayında (oktyabr 1283) 

vəfat etmişdi

344



 



Əbu Yə’la Muhəmməd ibn Muhəmməd ibn Saleh ibnü’l-Haruyə əl-Azərbaycani 

Mühəddis,  siqa  hədis  ravisi  idi.  Azərbaycanda  dünyaya  gəlmiş,  lakin  gənclik  illəri 

Bağdadda  keçmiş  və  bu  şəhərdə  təhsil  almışdı.  Əbu  Cə’fər  ibnü’l-Məsləmə,  Malik  əl-

Banyasi  kimi  mühəddislərdən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Hafiz  Muhəmməd  ibn 

Əbdülvahid  əd-Dəqqaq,  Əbu  Qalib  Daməğani,  şair  Əbu  Bəkr  əl-Ərcani  ondan  hədis 

dinləmiş və nəql etmişdilər. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani həmçinin tanınmış 

ədib və tənqidçi idi. O, nəzm və nəsr tərzində çox gözəl ədəbi əsərlər qələmə almışdı. 

Bunlardan  ‚Nətayicü’l-Fitnə  fi  Nəzmi-Kəlilə  və  Dimnə‛,  ‚əs-Sadih‛  adlı  əsərlərinin 

adlarını çəkmək olar. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani İraqi-ərəb və İraqi-əcəmin 

bir  sıra  şəhərlərinə  səyahət  etmişdi.  Ömrünün  sonlarına  doğru  Kirmana  getmiş  və 

burada h. 509-cu ilin səfər ayında (iyul 1115), 95 yaşında ikən, vəfat etmişdi

345


.  

 

Əbu Bəkr Muhəmməd ibn Musa ibn Saleh əl-Mərəndi əl-Azərbaycani  

Hədis ravisi idi. Səmərqənddə yaşamış, burada hədis nəql etmişdi. Əli ibn Muhəmməd 

ibn  Hatim  ibn  Dinar  əl-Qəumsidən  hədis  dinləmişdi.  Həsən  ibn  Muhəmməd  ibn  Səhl 

əl-Farsi  də  ondan  hədis  dinləmişdi.  Ölüm  tarixi  h.  325-ci  ildən  (937)  sonraya  təsadüf 

edir


346

.  


 

Əbü’l-Fəth Saleh ibn Əhməd əl-Azəri 

Mühəddis  idi.  Əbu  Bəkr  Əhməd  ibn  Həccaf  əl-Azəri  Naxçıvanidən  hədis  dinləmiş  və 

hədis dərsləri vermişdi

347


. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.  

 

Əbu Abdullah Muhəmməd ibn Musa əl-Azəri 

                                                 

344


  Səlahəddin  Xəlil  ibn  Aybək  SƏFƏDİ,  Vafi  bi'l-Vəfayat,  (Nşr.  Z.  Mustafa-Arnavut  Ə),  C.  I,  s.  183,  Beyrut  2000; 

Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Mu’cəmü’l-Muxtəs bi’l-Mühəddisin, s. 80, Taif 1988. 

345

 Əhməd ibn Əli İBN HƏCƏR əl-ƏsqəlaniLisanü’l-Mizan, C. V, s. 283-284, Beyrut 1986. 



346

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 253-254. 

347

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437. 



Mühəddis  idi.  Əbu  Bəkr  Əhməd  ibn  Həccaf  əl-Azəri  Naxçıvanidən  hədis  dinləmiş  və 

hədis dərsləri vermişdi

 348

. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. 



 

Əbu Muhəmməd Həsən əl-Azəri 

XI  əsrdə  yaşamış  azərbaycanlı  tarixçi  alim  idi.  Əbu  Muhəmməd  Həsən  əl-Azəri 

‚Müxtəsər  ələ  Təbəqatü’l-Müluk‛  və  ‚Əxbaru  Müluki-Əcəm  və  Xüləfa‛  adlı  farsca 

tarixə  dair  əsərlərin  müəllifi  idi.  ‚Əxbaru  Müluki-Əcəm  və  Xüləfa‛  qədim  İran 

şahlarının tarixi ilə başlayıb Abbasi xəlifəsi Qaim bi-Əmrillahın (1031-1075) hakimiyyəti 

ilə sona çatmışdır

349

. Alimin ölüm tarixi məlum deyil.  



 

Əbdülxaliq ibn Əbü’l-Məali ibn Muhəmməd əl-Arrani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Şam  diyarında  şeyxü’ş-şüyux  Sədrəddin  Əbü’l-

Həsən  ibn  Həmmuyənin,  sonra  isə  Mosulda  əllamə  İmadəddin  Əbu  Hamid 

Muhəmməd  ibn  Yunis  Məvsilinin  tələbəsi  olmuş,  onlardan  şafi’i  fiqhini  öyrənmişdi. 

Təhsilini  başa  vurduqdan  sonra  Əxlat  şəhərinə  getmişdi.  Buradakı  mədrəsələrdə 

müdərris və müfti olmuşdu. Əxlatşah hökmdarları ona hörmət və ehtiram bəsləyirdilər. 

Alim  xarəzmlilərin  Əxlat  və  ətraf  vilayətləri  xarabazara  çevirmələrindən

350


  sonra  bu 

diyarı  tərk  edərək  Dəməşqə  getmiş  və  h.  15  şəvval  633-cü  ildə  (21  iyun  1236)  burada 

vəfat etmişdi

351


 

                                                 



348

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437. 

349

 Səid NƏFİSİ, Tarixi-Nəzm və Nəsr dər İran və dər Zebane-Farisi, C. II, s. 719, Tehran 1344. 



 

350


  Əxlatşahlar  və  ya  Sökəmənlər  dövləti  1100-1207-ci  illərdə  Anadolunun  şərqində,  Van  gölü  ətrafında  mövcud 

olmuş  türk dövləti idi. Bu dövlətin ərazisinə qismən Azərbaycanın qərb torpaqları da daxil olmuşdu. 1197-ci ildən 

etibarən  bu  dövləti  Sökmən  ailəsinə  mənsub  məmlük  əmirlər  idarə  etmişdilər.  1207-ci  ildə  əmir  Balabanın 

ölümündən  sonra  Əxlat  Əyyubilərin  əlinə  keçmişdi.  Lakin  Xarəzmşah  Cəlaləddin  Məngübərtinin  bu  coğrafiyaya 

gəlişindən  sonra  Əxlat  Əyyubilərlə  Xarəzmşah  arasındakı  hərbi  toqquşmanın  mərkəzində  qalmışı.  1226-cı  ilin 

dekabrında  Əxlat  Xarəzmşahın  əlinə  keçmişdi.  1231-ci  ildə  Əyyubi  və  Anadolu  Səlcuqlularının  müttəfiq  orduları 

Xarəzmşah  Cəlaləddini  Yassıçəmən  döyüşündə  ağır  məğlubiyyətə  uğratmışdılar.  Xarəzmşah  Cəlaləddin  Əxlatın 

Əyyubilərin  əlinə  keçəcəyini  bildiyi  üçün  şəhəri  oda  verib  xaraba  qoymuşdu.  Ehtimal  ki,  Əbdülxaliq  Arraninin 

Əxlatı  tərk  etməsi  də  bu  şəhər  üçün  fəlakətli  olan  1220-ci  illərə  təsadüf  etmişdi.  Bax:  Muhəmməd  ibn  Əhməd 

NƏSƏVİ,  Siyrətü’s-Sultan  Cəlaləddin  Məngübərti,  (Nşr.  Ə.  Həmdi),  s.  299-326,  Qahirə  1952;  İBNü’l-ƏSİR,  Kamil  fi’t-



Tarix, C. XII, s. 417, 427. 

351


  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  74;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  I,  s.  87.  Yaqut  əl-Həməvinin 

1229-cu  ildə  Şam  diyarının  digər  bir  şəhəri  Hələbdə  vəfat  etdiyini  nəzərə  alaraq  onun  Əbdülxaliq  əl-Arrani  ilə 

görüşdüyünü ehtimal etmək olar.  


Mahmud ibn Muhəmməd ibn Əli ibn Mahmud əl-Arrani 

Hülagülərin  hakimiyyəti  dövründə  yaşamış  tanınmış  azərbaycanlı  filoloq  və 

ədəbiyyatşünas  idi.  O,  irəlidə  haqqında  ətraflı  məlumat  verəcəyimiz  digər  bir 

azərbaycanlı  filoloq  İbn  Hacib  Düveyninin  əsərlərinə  şərh  yazmışdı.  Bunlardan  biri 

ərəb  dilinin  morfologiyasına  dair  ‚Şərhü’ş-Şafiyyə  fi’s-Sərf‛,  digəri  isə  ərəbcənin 

sintaksisinə dair ‚Şərhü’l-Kafiyyə fi’n-Nəhv‛dir. Ölüm tarixi məlum olmayan Mahmud 

əl-Arraninin  h.  734-cü  ildə  (1323)  həyatda  olduğu  bilinir

352


.  Bu  da  onun  XIII-XIV 

əsrlərdə yaşadığını göstərir.  

 

Fəxrəddin  Əbu  Muhəmməd  Osman  ibn  Muhəmməd  ibn  Abdullah  ibn  Bəşşarə  əl-

Arrani 

Yaşadığı dövrün tanınmış mühəddislərindən biri idi. H. 615-ci ilin səfər ayında (dekabr 

1218)  Xarəzmə  gedərək  şeyxü’ş-şüyux  Nəcməddin  Əbü’l-Cənnab  Ömər  əl-Xivəgi 

Xarəzminin

353

  tələbəsi  olmuş  və  ondan  Muhyəddin  Hüseyn  Bəğəvinin  (öl.  1122) 



‚Şərhü’s-Sünnə‛  adlı  çoxcildli  hədis  külliyatını  dinləmişdi

354


.  Ölüm  tarixi  qeyd 

edilməmişdir. XIII əsrdə yaşamışdır.  

 

Əhməd ibn İbrahim Bərdəi 

Hənbəli  məzhəbinə  mənsub  hədis  ravisi  idi.  Muhəmməd  ibn  Əhməd  ibn  Həsən  əl-

Səvvafdan  hədis  dinləmiş  və  nəql  etmişdi.  Şeyxülislam  Əbu  İshaq  İbrahim  Şirazi  də 

ondan hədis dinləmiş və nəql etmişdi

355

. Ölüm tarixi məlum deyil. XI əsrdə yaşamışdır. 



Onun  nəql  etdiyi  hədislərdən  biri  də,  adət  halına  gətirilmədən,  namazların  bəzən 

birləşdirilərək qılınmasına aid hədis idi:  

Abdullah  ibn  Abbas  (ا)  dedi  ki,  ‚Rəsulullah  (م)  Mədinədə  hər  hansı  bir  (təhlükə 

səbəbiylə  meydana  çıxan)  qorxu  və  yağışlı  hava  olmadan  zöhr  və  əsr  namazlarının 

                                                 

352


 Ömər Rza KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 829-830, Beyrut 1993. 

353


  Şeyxü’ş-şüyux  Nəcməddin  Əbü’l-Cənnab  Ömər  ibn  Əhməd  ibn  Muhəmməd  ibn  Abdullah  əl-Xivəgi  Xarəzmi 

(1145-1226) Kübrəviyyə təriqətinin qurucusu olub şeyx Nəcməddin Kübra adı ilə tanınmışdı. Şeyx Nəcməddin Kübra 

təsəvvüfə ilk addımlarını Şeyx Əbu’n-Nəcib Əbdülqahir Sührəvərdinin vasitəçiliyi ilə atmışdı.  

354


  Kəmaləddin Əbü’l-Fəzl  Əbdürrəzzaq  ibn  Əhməd  İBNü’l-FUVATİ,  Məcməü’l-Adab    fi  Mu’cəmü’l-Əlqab,  C.  IV/3,  s. 

231, (Nşr. M. Cavad), Dəməşq 1965. 

355

 Əbdürrəhman ibn Əlməd ibn Rəcəb əl-HƏNBƏLİ, Zeyl Təbəqatu’l-Hənabilə, C. I, s. 278, Qahirə 1952.  



arasını  birləşdirərək  qıldı‛.  Ona  ‚Rəsulullah  (م)  bunu  hansı  səbəblə  etdi?‛  deyə  sual 

verdilər. İbn Abbas ‚Ümmətini məşəqqətə salmamaq üçün‛ deyə cavab verdi

356

.  


 

Əbdürrəhman ibn Cə’fər Bərdəi 

Hədis ravisi idi. Əhməd ibn Muhəmməd əl-Müvəffəqidən hədis nəql etmişdi. 

Əbdürrəhman ibn Cundəb ondan hədis dinləmiş və nəql etmişdi

357


. Təqribən VIII-IX 

əsrlərdə yaşamışdır.  

 

Əbu Bəkr Muhəmməd ibn Yəhya ibn Hilal Bərdəi 

Mühəddis,  fəzilət  sahibi,  ədib  və  şair  bir  şəxs  idi.  Bağdadda  məskunlaşmış,  h.  350-ci 

(961) ildə Səmərqəndə köçmüşdü. Əbu Bəkr Muhəmməd Fəzl ət-Təbəri, Əbü’l-Hüseyn 

Muhəmməd  ibn  İbrahim  ibn  Şueyb  əl-Qazi  ət-Təbəri  və  başqalarından  hədis  dinləmiş 

və  nəql  etmişdi.  Hafiz  Əbu  Sə’d  Əbdürrəhman  ibn  Muhəmməd  əl-İdrisi  (öl.  1014) 

ondan  hədis  dinləmiş  və  nəql  etmişdir

358

.  Ehtimal  ki,  h.  350-ci  (961)  ildən  sonra 



Səmərqənddə vəfat etmişdir. 

 

Əbu Cə’fər Əhməd ibn Həsən ibn Muhəmməd Bərdəi 

Hədis  ravisi  idi.  İbn  Dəhhan  ondan  hədis  dinləmişdi.  Məşhur  bioqraf-tarixçi  Əli  ibn 

Hibətullah  ibn  Makula  isə  h.  454-cü  ildə  (1062)  Misirdə  ikən  İbn  Dəhhandan  hədis 

dinləmişdi

359


. Ölüm tarixi məlum deyil. Əbu Cə’fər Əhməd Bərdəinin XI  əsrdə yaşadığı 

ehtimal olunur.  

 

Hafiz Əbu Əli Hüseyn ibn Əli ibn Muhəmməd ibn Hüseyn ibn Tahir ibn Xalid ibn 

İdris ibn Bəkir ibn Həbib ibn Zəhir ibn Asim ibn Müdərrək Bərdəi 

                                                 

356

  HƏNBƏLİ,  Zeyl  Təbəqatu’l-Hənabilə,  C.  I,  s.  278.  Bu  hədis  üçün  həmçinin  bax:  MÜSLÜM,  Səhih,  bab:  Səlatu’l-



Misafirin, Cəmi’ Beynu’s-Səlateyn, hədis Nr. 50. (

هطٓ لاٝ فٞـ ه٤ؿ ٖٓ هصؼُاٝ هٜظُا ٖ٤ت صلى الله عليه وسلم الله ٌٍٞن غٔظ

 .

ياثػ ٖتلا َ٤وك



 :

يُل َؼك َُِْ

 .

ٍاه


 :

ٚرٓأ ضهؽ٣ لا ٢ً

) İMAM MÜSLÜM-Əbü’l-Hüseyn Müslüm ibnü’l-Həccac əl-Quşeyri Nişapurinin (821-875) Səhih adlı 

hədis külliyatı İslam dünyasında mötəbər 6 hədis kitabından (Kutubi-Sittə) biridir.  

357

 Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Mizanü’l-E’tidal fi Nəqdü’r-Rical, C. II, s. 304, Qahirə 



1964; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. III, s. 321. 

358


  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  I,  s.  212;  Şəmsəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd  ZƏHƏBİ,  Müştəbih  fi 

Əsmai’r-Rical, s. 32, Leiden 1881. 

359


 İBN MAKULA, İkmal, C. I, s. 385.  

Böyük  hədis  hafizlərindən  biri  idi.  Səmərqəndə  köçüb  bu  şəhərdə  yaşamışdı.  Hədis 

dinləmək  üçün  İraq  və  Xorasanın  şəhərlərinə  səyahət  etmişdi.  Əbü’l-Həsən  Əli  ibn 

Ömər Darəqutni, Əbu Əmr əl-Müseyyib ibn Muhəmməd əl-Ərğiyani, Əbu Bəkr Əhməd 

əl-İsmaili,  Əbu  Əmr  Səid  ibn  Qasım  ibn  Əla  Bərdəi  kimi  mühəddislərdən  hədis 

dinləmişdi.  Əbü’l-Abbas  Cə’fər  əl-Müstəğruri  ondan  hədis  dinləmiş  və  nəql  etmişdi. 

Alim h. 349-cu ildə Bərdədə anadan olmuş, h. 406-cı ilin ramazan ayında (fevral 1016) 

Səmərqənddə vəfat etmişdi

360


. 

 

Əllamə Əbu Abdullah Muhəmməd ibn Yəhya ibn Hişam əl-Əndəlusi Bərdəi 

İbnü’l-Bərdəi  ləqəbi  ilə  məşhur  olmuş  Əbu  Abdullah  Muhəmməd  Bərdəi  ərəb 

filologiyası və ədəbiyyatı üzrə yaşadığı dövrün ən görkəmli alimlərindən biri idi. Əbu 

Əli  əş-Şülubeyn  onun  müəllimi  olmuşdu.  Bundan  başqa  Əbu  Zərr  əl-Xuşəni,  Əbü’l-

Həsən  ibn  Xüruf,  Əbu  Əli  ər-Rəndi  kimi  alimlərdən  də  dərs  almışdı.  Əbu  Abdullah 

Muhəmməd Bərdəi ərəb ədəbiyyatı, ərəb dilinin qrammatikasına dair bir sıra məqalə və 

kitabın  müəllifi  idi.  ‚Məsailü’n-Nəxb‛,  ‚Fəslü’l-Məqal  fi  Əbniyyətü’l-Əfa’l‛,  ‚əl-İfsah 

bi-Fəvaidü’l-İzah‛,  ‚əl-İqtirah  fi  Təlxisü’l-İzah‛,  ‚Tətəbbəhu  bi’ş-Şərhü’t-Təmim  və’l-

İslah‛, ‚ən-Nəqz ələ’l-Müməttə‘‛, ‚Fəslü’l-Məqal fi Təlxis Əbniyyəti’l-Əfal‛, ‚Ğarrətü’l-

İsbah  fi  Şərhu  Əbyati’l-İzah‛  onun  bu  sahədə  qələmə  aldığı  əsərlərdəndir.  Bundan 

başqa o, şe’r və nəsr əsərləri qələmə almışdı. Alim h. 575-ci ildə (1179) anadan olmuş, h. 

14 cəmadiəlaxir 646-cı ildə (3 oktyabr 1248) Tunisdə vəfat etmişdi

361

.   


 

Əbu Əli Hüseyn ibn Səfvan ibn İshaq ibn İbrahim Bərdəi 

Mühəddis  idi.  Muhəmməd  ibnü’l-Fərəc  əl-Rəzzaq,  Muhəmməd  ibn  Şəddad  əl-

Müsəmməi,  Əbü’l-Abbas  əl-Bərəti,  Cə’fər  ibn  Əbi  Osman  ət-Təyalisi

362


,  İbn  Əbi 

Dünyadan


363

 hədis dinləmiş və nəql etmişdi. Şəmsəddin Zəhəbi onun İbn Əbi Dünyanın 

                                                 

360


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 212. 

361


  SƏFƏDİ,  Vafi  bi’l-Vəfayat,  C.  V,  s.  132;  KƏHHALƏ,  Mu’cəmü’l-Müəllifin,  C.  III,  s.  772.  ‚əl-Əndəlusi‛  nisbəsi  və 

‚ibnü’l-Bərdəi‛  ləqəbi  ilə  tanınması  alimin  ata  və  ya  babasının  Bərdəli  olduğunu,  özününü  isə  Əndəlusdə 

(İspaniyada) dünyaya gəldiyini göstərir.  

362


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VIII, s. 54. 

363


  Mühəddis  Əbu  Bəkr  Abdullah  ibn  Əbi  Dünya  Muhəmməd  ibn  Übeyd  ibn  Süfyan  ibn  Qeys  əl-Qurəşi  Bağdadi 

(823-894). 



yaxın dostlu olduğunu qeyd etmişdi

364


. Əbu İmran Musa ibn İmran ibn Musa ibn Hilal 

Səlmasi


365

,  Muhəmməd  ibn  Abdullah  ibn  Əxi  Meymi,  Əbu  Abdullah  ibn  Dost,  Əbü’l-

Hüseyn  ibn  Buşran,  Übeydullah  ibn  Əbü’l-Fəth  ondan  hədis  dinləmişdi.  Əbu  Əli 

Hüseyn Bərdəi ‚ustadi-əhəd‛ yəni misli olmayan müəllim ləqəbi ilə və xəlifənin imamı 

(pişnamazı) kimi tanınmışdı. H. 340-cı ildə (951) Qahirədə vəfat etmişdi

366


.   

 

Hafiz Əbu Əmr Səid ibn Qasım ibn Əla ibn Xalid Bərdəi 

Yaşadığı  dövrün  böyük  hədis  hafizlərindən  olan  Əbu  Əmr  Səid  Bərdəi  Türküstanın 

Taraz


367

  şəhərində  məskunlaşmışdı.  H.  350-ci  ildə  (961)  həcc  ziyarətinə  getmiş  və 

qayıdarkən  Bağdada  gəlmişdi.  Bağdadda  Muhəmməd  ibn  Hibban  əl-Bəsri,  İsfahanda 

Muhəmməd  ibn  Yəhya  ibn  Mundəh

368

,  Abdullah  ibn  Hüseyn  ibn  Bəhr  əş-Şamati 



Nişapuri, Muhəmməd ibn Cə’fər əl-Kərabisi Bəlxidən hədis nəql etmişdi. Əbü’l-Həsən 

Əli  ibn  Ömər  Darəqutni  (918-995),  Əbu  Əli  ibn  Fudalə  ər-Razi,  Əhməd  ibn 

Əbdurrəhman  əş-Şirazi,  Əbu  Əli  Hüseyn  ibn  Əli  Bərdəi  və  başqaları  ondan  hədis 

dinləmiş və nəql etmişdilər. Həmçinin Muhəmməd ibn İsmayıl əl-Vərraq da Bağdadda 

ondan hədis nəql etmişdi. Ondan hədis dinləyib nəql etmiş başqa bir tanınmış ravi Əbu 

Əbdürrəhman  Muhəmməd  ibn  Hüseyn  ibn  Muhəmməd  ibn  Musa  əl-Əzdi  əs-

Süləmidir

369


 (öl. 1021). Əbu Əmr Səid Bərdəi h. 362-ci ildə (973) Tarazda vəfat etmişdi

370


İbnü’l-İmad  alimin  Tarazda,  lakin  h.  363-cü  ildə  (974)  vəfat  etdiyini  qeyd  etmişdi

371



Nəql silsiləsində Əbu Əmr Səid Bərdəinin də olduğu hədislərdən biri aşağıdakıdır: 



                                                 

364


 ZƏHƏBİ, Müştəbih, s. 32.  

365


 Əbü’l-Qasım Əli ibn Həsən İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, (Nşr. M. Əmrəvi), C. XLI, s. 398, C. LXI. s. 187, 

Beyrut 1995. 

366

  XƏTİB  BAĞDADİ,  Tarixu-Bağdad,  C.  VIII,  s.  54;  Cəmaləddin  Əbü’l-Məhasin  Yusif  İBN  TAĞRIBİRDİ,  Nücumu’z-



Zahirə  fi  Müluki-Misr  və’l-Qahirə,  C.  I,  s.  424,  Qahirə  1930;  Əbdülhəyy  ibn  Əhməd  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb  fi 

Əxbari  mən  Zəhəb,  C.  II,  s.  238,  Dəməşq  1986;  Xətib  Əhməd  ibn  Əli  əl-BAĞDADİ,  Əsmai’l-Mübhəmə  fi’l-Ənbai’l-

Məhkəmə, s. 78, 80, 200, 300, 

www.almeshkat.net

 

367



 Taraz-indiki Qazaxıstanın cənubi-şərqində yerləşən şəhər. Qədim adı Taraz (Talas) olun bu şəhər 1997-ci ilə qədər 

Cambul adlanmışdı.  

368

 Əbu Nueym Əhməd ibn Abdullah İSBƏHANİ, Zikr Əxbaru-İsbəhan, C. I, s. 300, Leiden 1934. 



369

 Əbu Bəkr Əhməd ibn Hüseyn ibn Əli əl-BEYHƏQİ, Məvsusətu-Ricali’s-Sünəni’l-Kübra, s. 75, Qahirə (trz).

 

370


  Şəmsəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd  ZƏHƏBİ,  Kitab  Təzkərətü’l-Hüffaz,  s.  936-937,  Beyrut  (trz); 

SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  I,  s.  215-216;  XƏTİB  BAĞDADİ,  Tarixu-Bağdad,  C.  IX,  s.  110;  İBN  KƏSİR,  Bidayə  və’n-



Nihayə, C. II, s. 311. İbn Kəsir alimin adını ‚Əbu Əmr Səid ibn Qasım ibn Xalid Bərdəi‛ olaraq qeyd etmişdir.  

371


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. III, s. 222. 

 


Ayşə (ٍ) dedi: ‚Allah Rəsulu (م) ölüləri söyməyi nəhy (qadağan) etdi‛

372


 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin